Məhkəmə qərarları › İş №1(048)-1/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-1/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-1/2024 10.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 12:40 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1992-ci ildə Lerik rayonunun Pirasora kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi işlə məşgul olan, Lerik rayonunun Prasora kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə, xx.xx.1998-ci ildə Lerik rayonunun Pirasora kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərişıq ASC-in Cənub RETSİ-in Lerik rayon şöbəsində mütəxəssis işləyən, Lerik rayonunun Prasora kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, 14 noyabr 2023-cü il tarixdə axşam saatlarında Lerik rayonunun Pirasora kəndində yaşayan valideynlərinə baş çəkmək üçün getmiş, Pirasora kəndində həmkəndlisi və dostu Təqsirləndirilən şəxs2 ilə görüşüb birlikdə evlərinə tərəf getdikləri zaman, saat təxminən 22 radələrində həmkəndlisi və Lerik şəhərində yaşayan qonşusu Zərərçəkmiş şəxs ilə rastlaşaraq sonuncunun ona olan 944 (doqquz yüz qırx dörd) manat borc pulu uzun müddət qaytarmadığına görə borcun tələbi ilə bağlı Lerik rayon məhkəməsində mülki iddia qaldırdıqdan sonra Zərərçəkmiş şəxs kənar şəxslərin yanında onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduğu zaman aralarında mübahisə yarnmış dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxslə dalaşmaışlar. Dalaşma zamanı Təqsirləndirilən şəxs1 əlində olan ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona onurğa sütunun İİ, İİİ bel fəqərələrinin köndələn çıxıntılarının yerdəyişmiş sınıqları, sağ Vİİİ qabırğanın xətti yerdəyişməmiş sınığı, burun sümüyünün basılmış sınığı, sağ göz almasına yayılmaş qansızma, sağ göz qapaqları-gözaltı, sol gözaltı, sağ bud, döş qəfəsi, bel nahiyələrində qançırlar, sağ baldır, qarın nahiyələrində sıyrıqlarla nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR zərər vurmuya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, 14 noyabr 2023-cü il tarixdə axşam saatlarında Lerik rayonunun Pirasora kəndində yaşayan valideynlərinə baş çəkmək üçün getmiş həmkəndlisi və dostu Təqsirləndirilən şəxs1 ilə Pirasora kəndində görüşüb birlikdə evlərinə tərəf getdikləri zaman, saat təxminən 22 radələrində həmkəndlisi və Lerik şəhərində yaşayan Zərərçəkmiş şəxs ilə rastlaşmışlar. X4 Mirzəyevlə söhbət edib ona olan borcunu qaytarmaması və kənar şəxslərin yanında ailəsinin ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduğu zaman aralarında mübahisə yarndıqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxslə dalaşmışlar. Dalaşma zamanı Nuralan Ağayev əlində olan ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona onurğa sütunun İİ, İİİ bel fəqərələrinin köndələn çıxıntılarının yerdəyişmiş sınıqları, sağ Vİİİ qabırğanın xətti yerdəyişməmiş sınığı, burun sümüyünün basılmış sınığı, sağ göz almasına yayılmaş qansızma, sağ göz qapaqlarıgözaltı, sol gözaltı, sağ bud, döş qəfəsi, bel nahiyələrində qançırlar, sağ baldır, qarın nahiyələrində sıyrıqlarla nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş cinayət üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 14 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində yaşadıqları Lerik Rayon pirasora kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında münahisə yaranmış və mübahisə zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirmişdir. Məhkəmə hazırlıq iclasından sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır, dəymiş ziyanı tam həcmdə zərərçəkmiş şəxsə ödəmişdir, hal-hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. O, zərər çəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş cinayət üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 14 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində yaşadıqları Lerik Rayon pirasora kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında münahisə yaranmış və mübahisə zamanı əlində olan ağac parçasıilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirmişdir. Məhkəmə hazırlıq iclasından sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır, dəymiş ziyanı tam həcmdə zərərçəkmiş şəxsə ödəmişdir, hal-hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. O, zərər çəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 14 noyabr 2023cü il tarixdə, saat 22 radələrində yaşadıqları Lerik Rayon pirasora kəndində həmkəndlisi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlində olan ağac parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə hazırlıq iclasından sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan üzr istəmiş və onunla barışmışlar, dəymiş ziyan tam həcmdə ona ödənilmişdir. Hazırda onlardan heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” PHŞ-nin Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 25 noyabr 2023-cü il tarixli 95 saylı rəyindən görünür ki, 20 noyabr 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş Zərərçəkmiş şəxs bədəni üzərində – ona onurğa sütunun İİ, İİİ bel fəqərələrinin köndələn çıxıntılarının yerdəyişmiş sınıqları, sağ Vİİİ qabırğanın xətti yerdəyişməmiş sınığı, burun sümüyünün basılmış sınığı, sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı, sol gözaltı, sağ bud, döş qəfəsi, bel nahiyələrində qançırlar, sağ baldır, qarın nahiyələrində kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiridən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, onlarlala barışmışdır, dəymiş ziyan tam həcmdə ona ödənilmişdir, ona görə də işə xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad olunan cinayət əməlləri tam sübuta yetirmişdir və onların əməlləri Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunmaları üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmiş əməlləri - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslə barışmalarını və ona dəymiş ziyanı ödəlmələrini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və onların barələrində CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar