Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-10/2023 07.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 11:15 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs- X6 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.2001-ci ildə Lerik rayonunun Hücü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Hücü kəndində daimi qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə, xx.xx.2003-cü ildə Lerik rayonunun Hücü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Hücü kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: X6 təqsirləndirilir ondan ötrü ki, o, həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2022-ci ilin iyul-avqust aylarında əlində meşə buraxılış orderi və meşəqırma bileti olmadan yaşadığı Lerik rayonunun Hücü kəndinin yaxınlığında yerləşən meşə sahəsində, X9 X2 meşəbəyliyinin 18 saylı meşə dolayında bir-birinə yaxın məsafədə vələs cinsindən diametrləri 16 sm-də 1 ədəd odunluq, 20 sm-də 5 ədəd odunluq, 24 sm-də 2 ədəd odunluq, 28 sm-də 2 ədəd odunluq, 40 smdə 2 ədəd odunluq, 48 sm-də 1 ədəd odunluq, 56 sm-də 1 ədəd odunluq, qızılağac cinsindən diametrləri 24 sm-də 1 ədəd odunluq, 32 sm-də 1 ədəd odunluq, 36 sm-də 1 ədəd odunluq, palıd cinsindən diametrləri 28 sm-də 1 ədəd odunluq, 40 sm-də 2 ədəd odunluq, 44 sm-də 1 ədəd odunluq, 64 sm-də 1 ədəd odunluq, 80 sm-də 1 ədəd odunluq və ağcaqayın cinsindən diametri 40 sm-də 1 ədəd yarımişlik olmaqla ümumilikdə 24 ədəd, 22,09 kub metr həcmində, 108,95 manat dəyərində köküstə yaş ağacları tamah məqsədilə qanunsuz kəsib odun doğrayaraq həmkəndlisi Şahid7 satmaqla cərimə qiyməti ilə birlikdə X12 2030,95 (iki min otuz manat doxsan beş qəpik) manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs X6 Azərbaycan Respublikası CM-nin 259.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki,o, həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2022-ci ilin iyul-avqust aylarında əlində meşə buraxılış orderi və meşəqırma bileti olmadan yaşadığı Lerik rayonunun Hücü kəndinin yaxınlığında yerləşən meşə sahəsində, X9 X2 meşəbəyliyinin 18 saylı meşə dolayında bir-birinə yaxın məsafədə vələs cinsindən diametrləri 16 sm-də 1 ədəd odunluq, 20 sm-də 5 ədəd odunluq, 24 sm-də 2 ədəd odunluq, 28 sm-də 2 ədəd odunluq, 40 sm-də 2 ədəd odunluq, 48 sm-də 1 ədəd odunluq, 56 sm-də 1 ədəd odunluq, qızılağac cinsindən diametrləri 24 sm-də 1 ədəd odunluq, 32 sm-də 1 ədəd odunluq, 36 sm-də 1 ədəd odunluq, palıd cinsindən diametrləri 28 sm-də 1 ədəd odunluq, 40 sm-də 2 ədəd odunluq, 44 sm-də 1 ədəd odunluq, 64 sm-də 1 ədəd odunluq, 80 sm-də 1 ədəd odunluq və ağcaqayın cinsindən diametri 40 sm-də 1 ədəd yarımişlik olmaqla ümumilikdə 24 ədəd, 22,09 kub metr həcmində, 108,95 manat dəyərində köküstə yaş ağacları tamah məqsədilə qanunsuz kəsib odun doğrayaraq həmkəndlisi Şahid7 satmaqla cərimə qiyməti ilə birlikdə X12 2030,95 (iki min otuz manat doxsan beş qəpik) manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X6 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailədə dolanışıq və maddi vəziyyətləri aşağı olduğundan, ailədə heç kim işləmədiyindən, evə qazanc gəlmədiyindən məcbur olub ağac kəsib odun doğrayıb satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 dayısı oğludur. Münasibətləri yaxşıdır. 2022-ci ilin iyul-avqust aylarında dayısı oğlu Təqsirləndirilən şəxs2la birlikdə sonuncuya məxsus “Hyundai” markalı motorlu mişarla Lənkəran RMTMnin Vizəzmin meşəbəyliyinin 18 saylı meşə dolayında vələs cinsindən, qızılağac cinsindən, palıd cinsindən və ağcaqayın cinsindən olmaqla ümumilikdə 24 ədəd ağacı qanunsuz kəsib odun doğramışlar. Həmin odunların 1 metrini 7 manatdan olmaqla həmkəndliləri Şahid7 satmışlar. Həmin odunları ögey dayısı Şahid8 idarə etdiyi ZİL-31 markalı avtomobillə Şahid7 həyətinə daşımışdır. Həmin ağacları qazanc əldə etmək məqsədilə kəsmişlər.Törətdiyi əməldən peşamandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsə vurlmuş ziyanın yarısını ödənilməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailədə dolanışıq və maddi vəziyyətləri aşağı olduğundan, ailədə heç kim işləmədiyindən, evə qazanc gəlmədiyindən məcbur olub ağac kəsib odun doğrayıb satmaqla məşğul olmuşdur. X6 dayısı oğlu və həmkəndlisidir. Münasibətləri yaxşıdır. 2022-ci ilin iyul-avqust aylarında dayısı oğlu Elnur Rüstəmovla birlikdə ona məxsus “Hyundai” markalı motorlu mişarla Lənkəran RMTM-nin Vizəzmin meşəbəyliyinin 18 saylı meşə dolayında vələs cinsindən, qızılağac cinsindən, palıd cinsindən və ağcaqayın cinsindən olmaqla ümumilikdə 24 ədəd ağacı qanunsuz kəsib odun doğramış və satmışlar. Törətdiyi əməldən peşamandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsə vurlmuş ziyanın yarısını ödəmişlər. Ona görə də qeyd edilənləri nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli onların özlərinin ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub 2022-ci ilin iyul-avqust aylarında əlində meşə buraxılış orderi və meşəqırma bileti olmadan yaşadığı Lerik rayonunun Hücü kəndinin yaxınlığında yerləşən meşə sahəsində, X9 X2 meşəbəyliyinin 18 saylı meşə dolayında bir-birinə yaxın məsafədə vələs cinsindən, qızılağac cinsindən, palıd cinsindən və ağcaqayın cinsindən olmaqla ümumilikdə 24 ədəd köküstə yaş ağacları tamah məqsədilə qanunsuz kəsib odun doğrayaraq həmkəndlisi Şahid7 satmaqla cərimə qiyməti ilə birlikdə X12 2030,95 (iki min otuz manat doxsan beş qəpik) manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Həmin ziyan təqsirləndirlən şəxslərdən tələb olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 09 mart 2022-ci il tarixdən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində çalışır. İdarə rəisinin 01 avqust 2022-ci il tarixli sərəncamı əsasında İdarənin məsləhətçi-müfəttişi Şahid2, İdarənin baş mütəxəssisi Şahid3, Lənkəran RMTM-nin meşələrin uçotu və kadastrı üzrə baş məsləhətçisi Şahid4, Mərkəzin Vizəzəmin meşəbəyliyinin meşəbəyisi Şahid6 və meşə gözətçisi Seymur Abdullalının iştirakları ilə Vizəzəmin meşəbəyliyinin 18 saylı meşə dolayının 27-ci kvartalına baxış keçirmişlər. Baxış zamanı dolayın ərazisində vələs cinsindən diametrləri 16 sm-də 1 ədəd, 20 sm-də 5 ədəd, 24 sm-də 2 ədəd, 28 sm-də 2 ədəd, 40 sm-də 2 ədəd, 48 sm-də 1 ədəd, 56 sm-də 1 ədəd, qızılağac cinsindən diametrləri 24 sm-də 1 ədəd, 32 sm-də 1 ədəd, 36 sm-də 1 ədəd, palıd cinsindən diametrləri 28 sm-də 1 ədəd, 40 sm-də 2 ədəd, 44 sm-də 1 ədəd, 64 sm-də 1 ədəd, 80 sm-də 1 ədəd və ağcaqayın cinsindən diametri 40 sm-də 1 ədəd olmaqla ümumilikdə 24 ədəd kök üstə yaş ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. Həmin ağacların kəsilmə dövrü 2022-ci ilin iyul-avqust aylarına təsadüf olunur. X7 həmin ağacların Lerik rayonunun Hücü kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz kəsildiyini demişdir. Baxışın sonunda akt tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 01 sentyabr 2021-ci ildən Lənkəran RMTM-nin keçmiş Razvandaband, hazırki Vizəzəmin meşəbəyliyinin 18 saylı dolayında meşə gözətçisi işləyir. Meşə gözətçisi kimi vəzifələri təhkim olunduğu meşə sahəsində qanunsuz ağac kəsmələri, meşə, əkin və səpinlərin qarşısını almaq, meşəni mühafizə etmək, bu sahədə qanunvericiliyin pozulması hallarını aşkar etdikdə idarəyə məlumat vermək və digər vəzifələrdən ibarətdir. Lerik rayonunun Hücü kəndi ərazisində yerləşən çayqırağı sahələr və kəndin içində olan sahələrin Tikəband bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu ona bildirilmişdir. Həmin ərazi mühafizə etdiyi meşə dolayının əhatəsində yerləşir. 2022-ci ilin avqust ayının ortalarında meşə sahəsini gəzərkən Təqsirləndirilən şəxs2 və Elnur Rüstəmovu evlərinin yaxınlığında yerləşən sahədə ağac kəsərkən görmüşdür. Onlar istilik mişarı ilə birlikdə ağac kəsib odun doğramışlar. Onlara yaxınlaşıb nə üçün ağac kəsdiklərini soruşduqda ona “sən bizi meşəyə buraxmırsan, biz də məcbur olub pay torpaqlarımızda ağac kəsirik, sən get öz meşəni qoru” demişlər. Bu barədə meşəbəyi Şahid6 məlumat vermiş, o da öz növbəsində bələdiyyəyə və ekologiyaya məlumat vermişdir. Həmin ərazinin meşə sahəsi olduğunu bilmədiyindən Lənkəran RMTM-nə yazılı məlumat verməmişdir. Elnur Rüstəmov və Təqsirləndirilən şəxs2 həmin ağaclardan hazırladıqları odunları həmkəndliləri Şahid8 satmış, sonuncu da idarə etdiyi ZİL-31 markalı avtomobillə həmkəndlisi Şahid7 satmışdır. Daha sonra 24 avqust 2022-ci il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları qəfləti yoxlama aparan zaman həmin ərazidə vələs cinsindən, qızılağac cinsindən, palıd cinsindən və ağcaqayın cinsindən olmaqla ümumilikdə 24 ədəd kök üstə yaş ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. Həmin ağacların kəsilmə dövrü 2022-ci ilin iyul-avqust aylarına təsadüf olunur. Ağacların kötükləri Şahid6 məxsus N207 nömrəli damğa ilə damğalanmışdır. Elnur Rüstəmov və Təqsirləndirilən şəxs2 2022ci ilin iyul-avqust aylarında birlikdə həmin ağacları qanunsuz kəsmişlər. Qeyd olunan ağaclar Lerik rayonunun Hücü kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz kəsilmiş, onları qanunsuz ağac kəsərkən görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, yaşadığı kənddə maye qaz yoxdur. Buna görə də məcbur olub evdə odun yandırırlar. Sağlamlıq vəziyyəti yol vermədiyindən özü meşə sahəsinə gedib odun gətirə bilmir. Buna görə də qış aylarında istifadə etmək üçün ayrı-ayrı şəxslərdən odun alır. Lerik rayonunun Hücü kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, qohumlarıdır, aralarında narazılıq və ziddiyyət olmamışdır. Teymur və Elnurun odun satdıqlarını bilmiş, buna görə də onlardan odun istəmişdir. Elnur və Teymur odun hazırladıqlarını, hazır odunlarının olduğunu demişlər. Ona odunun 1 metrini 8,5 manata satdıqlarını demişlər. Onlarla razılaşmış, Elnur və Teymurdan 25 metr odun almışdır. Həmin odunları həmkəndlisi Şahid8 məxsus ZİL-131 markalı avtomobillə həyətə gətirmişdir. Bunun üçün Mahirə 70 manat zəhmət haqqı vermişdir. Şahid8 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, 2022-ci ilin təxminən avqust ayında həmkəndlisi Şahid7 istifadəsində olan mobil telefona zəng edib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 1 metri 8,5 manat olmaqla ümumilikdə 25 metr odun aldığını, həmin odunları evinə aparmağını istəmiş, buna görə də həmin odunları idarə etdiyi ZİL 131 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəndin aşağı hissəsindən Şahid7 həyətinə aparmış, bunun müqabilində Zamin ona 70 manat zəhmət haqqı vermişdir. Həmin yerdə ağaclar Təqsirləndirilən şəxs2 və Elnur Rüstəmov tərəfindən kəsilmişdir. Onların həmin odunu qanuni və ya qanunsuz yolla əldə etdiklərini bilmir. Sadəcə olaraq onlar odun satmaqla dolanırlar. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Lerik rayonunun Hücü kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz kəsdiyi ağacların ümumi sayı 24, həcmi 22,09 m3, dəyər qiyməti 108,95 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 nömrəli əlavəsinə əsasən həmin ağacların qanunsuz kəsilməsinə görə cərimə qiyməti 1922 manat təşkil edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X12 vurduğu ümumi ziyan 108,95 + 1922 = 2030,95 manat təşkil edir. Həmin ağacların kəsilmə dövrü 2022-ci ilin iyul-avqust ayına təsadüf olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X6 və Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, X6 və Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 22849 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, X12 1000 (bir min) manat ziyan ödənilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 CM-nin 259.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. X6 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxs X6 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etmələri CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən, əməllərindən peşman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən X6 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarını nəzərə alaraq, X6 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla X6 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. X6 və Təqsirləndirilən şəxs2 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerlərini, yəni Lerik rayonu Hücü kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. X6 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Amil Abdullayev tərəfindən imzalanmış mülki iddiadan görünür ki, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 qarşı cinayət yolu ilə X9 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı Amil Abdullayev tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, X9 Təsərrüfatı Mərkəzinə vurulmuş və ödənilməmiş 1030,95 (bir min otuz manat, doxsan beş qəpik) manat ziyan təqsirləndirlən şəxslər X6 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbyacan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi üzrə “X10 üzrə Dövlət Fondunun” hesabına köçürülməli, iş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X4 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu, Hücü kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X4 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. X4 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu, Hücü kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran regional X3 direktoru Amil Abdullayev tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, X12 vurulmuş 1030.95 (bir min otuz manat doxsan beş qəpik) manat ziyan təqsirləndirlən şəxslər X6 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbyacna Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi üzrə “X10 üzrə Dövlət Fondunun” hesabına hesabına köçürülsün. Hökmün icrası Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-10/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-10/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver