Məhkəmə qərarları › İş №1(048)-10/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-10/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-10/2024 22.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:20 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1998-ci ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qobustan rayon məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respulikssı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddəində azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittiham ondan ibarətdir ki, o istintaqla müəyyən edilməsi mümkün olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz yolla əldə edərək özündə saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 1,219 qram narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq N aprel 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Lerik rayonu ərazisində yerləşən 1-ci sərhəd komendantlığının ərazisinə gətirib komendaturada 3-cü sərhəd zastavasının əsgəri, xalası oğlu Şahid2 ilə görüşüb ona satmışdır. Təqsirləndirilən şəxs Azay Salmaonvla görüşü başa çatdıqdan sonra komendantlığının hərbi qulluqçuları-zabitlər tərəfindən Şahid2 gətrilən əşyalara və üzərinə baxış keçirilərkən onun əynində olan isti gödəkcəsinin boyun hissəsində yerləşən papaq qoyulması üçün nəzərdə tutulmuş cibində gizlətdiyi 01 ədəd ağ rəngdə kağıza bükülmüş bükümdə 1,219 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməyərək göstərdi ki, Şahid2 xalası oğludur, Azay Lənkəran şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmət aparır. Şahid2la münasibəti həmişə yaxşı olmuşdur. Azay 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Azay xidmətdə olduğu müddətdə onunla telefon əlaqəsi olmuşdur. Bakı şəhərində avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olduğunu Azay bilmişdir. 2023-cü ilin aprel ayının əvvəlində Azay istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib danışan zamanı ona «atamla danışmışam yanıma gələcək sən onu gətirərsən” bildirdikdə Azaya “atan haçan yanınıza gəlmək istəsə onu gətirərəm» demişdir. N aprel 2023-cü il tarixdə, saat 08 radələrində idarə etdiyi avtomaşınla Azayın atası Şahid1 sonuncunun arvadını və qayınanasını götürüb saat 14 radələrində Lerik rayonunun Kələxan kəndində yerləşən sərhəd komendantlığına çatmış, Azayla təxminən 30 dəqiqə müddətində görüşüb ayrılmışlar. Bakı şəhərinə yola düşdükdən təxminən 5-6 dəqiqə sonra kimsə Zaura zəng edib və onları komendaturaya çağırmış, komendaturada bir nəfər onlarla söhbət edib mütləq N saylı hərbi hissəyə getməli olduğunu bildirdikdə Lənkəran şəhərində yerləşən N saylı hərbi hissəyə getmişlər. Azayın atası Zauru hərbi hissənin ərazisinə aparmışlar, təxminən 10 dəqiqədən sonra Zaur kənara çıxıb yanına gəlmiş, ona «Azayın üzərində marixuana tutublar, sən ona nəsə verməmisən» soruşduqda, Azaya heç nə vermədiyini bildirmişdir. Hərbi hissənin əməkdaşları onu və Zauru hərbi hissənin ərazisinə aparmışlar, hərbi hissənin komandirinin otağında olduqları zamana Azayı da ora gətirmişlər, hərbi hissənin komandiri ondan Azaya marixuna verib-vermədiyini soruşmuş, Azaya hər hansı bir növ narkotik vasitə vermədiyini bildirmiş, Azay isə üzünə qarşı üzərində aşkar olunmuş marixuananı guya onun tərəfindən ona verilməsini demişdir. İzahatı alındıqdan sonra buraxılmış və Zauru və onunla olan qadınları Bakı şəhərinə yaşadıqları ünvana aparmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 13 sentyabr 2022ci il tarixdən N saylı hərbi hissənin 1-ci sərhəd komendantlığının 3-cü sərhəd zastavasının 2-ci qrupunda qumbaraatan vəzifəsində xidmət aparmışdır. Təqsirləndirilən şəxs doğma xalası oğludur, münasibətləri yaxşıdır. Bakı şəhərində yaşadığı zaman təsadüf hallarda narkotik vasitə marixuanadan istifadə etmiş, marixuandan istifadə etdiyini xalası oğlu Eltac bilmişdir. 2023-cü ilin aprel ayının əvvəlində mobil telefon vasitəsi ilə Eltacla danışaraq yanına gələndə onun üçün marixuana gətirməsini demiş, Eltacla telefon danıışığı zamanı aralarında olan parolla danışaraq ondan şampun istəmiş, Eltacın ona marixuananın lazım olduğunu bilmişdir. N aprel 2023-cü il tarixdə Eltac atası Zaur, Gülinə və nənəsi ilə Lerik rayonunun Kələxan kəndində yerləşən, xidmət apardığı hərbi hissənin 1-ci sərhəd komendantlığına gətirmiş, özü isə xidmət apardığı 3-cü sərhəd zastavasının rəisinin icazəsi ilə 1-ci sərhəd komendantlığına gəlmiş, həmin gün saat təxminən 14-15 radələrində komendaturada valideynlərilə görüşmüş, atası onun üçün ərzaq gətirmiş, xalası oğlu Eltac ilə təklikdə görüşmüş, Eltacdan onun üçün marixuna gətirib-gətirmədiyini soruşmuş, Eltac bir büküm, yəni bir dəfə istifadə etmək üçün kağız bükümdə marixuana gətirmişdir. Həmin kağız bükümdə olan marixuananı ondan alıb əynində olan isti gödəkcənin papağını saxlamaq üçün nəzərdə tutulmuş cibində gizlətmiş, valideynlə görüş bitdikdən sonra onun üçün gətirilən ərzağa və üzərinə kapitan Şahid3 baxış keçirtmiş, əynində olan isti gödəkcənin papağını qoymaq üçün nəzərdə tutulmuş cibində gizlətdiyi, yəni Eltacın ona verdiyi kağız bükümda olan marixuananı aşkar edib götürmüşdür. Arşdırma aparılmış, Eltac marixuananı onun üçün hədiyə-pay kimi gətirdiyini, marixuanaya görə Eltaca hər hansı bir məbləğdə pul və yaxudda qiymətli hər hansı bir əşya və əmlak vermədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, N nömrəli hərbi hissənin N aprel 2023-cü il tarixdə 1-ci sərhəd komendantlığının nəzdində olan digər sərhəd zastavalarından valideynləri ilə görüşmək məqsədilə gələn əsgərlərin görüş keçirmələrinə nəzarət etmiş, əsgər Şahid2 1-ci sərhəd komendantlığında valideynləri ilə görüş keçirtdikdən sonra sərhəd zastavalırına qadağan olunmuş spirtli içiklərin, elektron ləvazimatlar, zəhərli qidalar, narokotik vasitələr və s. yoxlamaq məqsədilə üzərinə və əşyalarına 1-ci sərhəd komendantlığının komendaturasında komendantın maddi-texniki təminat işləri üzrə müavini kapitan Şahid3la birlikdə baxış keçirmişlər. Baxış zamanı əsgər Şahid2 əynində olan isti gödəkcəsinin boyun hissəsində yerləşən papaq qoyulması üçün nəzərdə tutulmuş cibində gizlətdiyi 01 ədəd ağ rəngdə kağıza bükülmüş bükümdə marixuanaya oxşar kütlə aşkar edib götürmüş, Şahid2la aparılmış söhbət zamanı heç bir təsi altında qalmadan özü səmimi və könüllü etiraf edib üzərində aşkar olunmuş kütlə narkotik vasitə marixuana olduğunu, xalası oğlu Eltacla telefon əlaqəsini yaratdığı zaman ondan istədiyini demiş, N aprel 2023-cü il tarixdə Eltac onunla görüşmək üçün gəlmiş və özü ilə gətirdiyi marixuananı gizli şəkildə, yəni valideynindən xəbərsiz ona vermişdir. Bu hadisəni dərhal aidiyyəti üzrə məruza etmiş, Şahid2 valideynini hərbi hissəyə dəvət etmək üçün müvafiq tədbirlər görmüş, əsgər Şahid2 əvvəllər narkotik vasitələri xidməti əraziyə keçirib istifadə etməsi barədə onda heç bir məlumat olmamışdır. . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid X2 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə X3 Regional Bölməsinin 18 aprel 2023-cü il tarixli, 19/469 saylı rəyindən görünür ki, Şahid2 üzərində aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 1,219 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 1,219 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,169 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzi Publik Hüquqi şəxsi Ambulator məcbari-narkoloji tibbi yoxlamanın 18 avqust 2023-cü il tarixli, 5271 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Lənkəran hərbi prokurorluğunun 15 may 2023-cü il tarixli, 3-3-19/2-385 saylı məktubundan görünür ki, N aprel 2023-cü il tarixdə Şahid2 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,169 qram narkotik vasitə marixuana 15 may 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(026)-18/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Məlikov X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(026)-18/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəində cəza çəkir. Qətimkan tədbirinin seçilməsi haqqında 19 avqust 2023-cü i tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Lerik rayon məhkəməsinin 10 yanvar 2024-cü il tarilxi qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyşdirilmiş və Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(026)-18/2023 saylı saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən imtina etdiyini bildirdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci bəndində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qərarının 8-ci bəndində qeyd olunur ki, şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunda göstərilmiş 1-ci siyahıya əsasən narkotik vasitə hesab olunan qurudulmuş maruxuanakannabisin Xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Onun külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 500 qramdan başlanır. Təqsirləndirilən şəxs ifadəsində xalası oğlu Şahid2 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana verdiyini etiraf etməsədə də, Şahid2 üzərindən aşkar olunmuş qeyd edilən narkotik vasitə marixuananı xalası oğlu Təqsirləndirilən şəxs tərəfindən hədiyyə-pay kimi verdiyini, marixuanaya görə Təqsirləndirilən şəxs hər hansı bir məbləğdə pul və yaxud da qiymətli hər hansı bir əşya və əmlak vermədiyini təsdiq etmişdir. Qüvvədən düşmüş “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz döriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyul 1997-ci il tarixli 1 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.). Lakin, 11 iyul 1997-ci il tarixli Prenum qərarı, hazırda qüvvədə olan “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 32-ci bəndinə əsasən qüvvədən düşmüşdür. Göründüyü kimi, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş obyektiv cəhətinin zəruri elementi olan “satış məqsədi” işin halları ilə bağlı Təqsirləndirilən şəxs qohumu Şahid2 gələcəkdə istifadə etməsi üçün 1,219 qram narkotik vasitə qurudulmuş marixuananın hədiyə-pay verilməsini, eləcə də əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri əhatə etməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmə dövlət ittihamçının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamdan imtina etməsini nəzərə alaraq hesab edir Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(026)-18/2023 saylı saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 60 (altmış) manat məbləğində pul Cəlilabad Hərbi məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Şahid2 tutularaq dövlət nəfinə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,169 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 43.1.1, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə təqsirləndirlməsinə dair cinayət cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(026)- 18/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(026)-18/2023 saylı hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji kabinetində qeydiyyata alınması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Lerik RPŞ-nin MSY-də saxlanılan 1.169 qram marixuana məhv edilsin. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar