Məhkəmə qərarları › İş №1(048)-11/2025

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-11/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-11/2025 04.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrəİdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1978-ci ildə Lerik rayonu, Aşağı Amburdərə kəndində anadan olmuş,Azərbaycan vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, İİ qrup əlil, Lerik rayonu, Aşağı Amburdərə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 288.2 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, hakimiyyət nümayəndəsi hesab edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsində yer qurluluşunun təşkili şöbəsində yer quruluşunun mühəndisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirərkən hücum edərək zor tətbiq etməklə ona xəsarət yetirmiş və eləcə də məhkmə qərarının icrası ilə əlaqədar olaraq orada olan Lerik rayon icra və Probasiya şöbəsinin rəisi Zərərçəkmiş şəxs2 təhkim olunmuş əmlakı zədələməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Belə ki, o, Lerik rayon məhkəməsinin 23 iyul 2024-cti il tarixli, 2(048)-149/2024 saylı qətnaməsinin icrası ilə əlaqədar qəbul edilmiş icra sənədi üzrə Lerik rayonu, Aşağı Amburdərə kəndində yerləşən JN- 66 nömrəli torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə Şahid8 Mirislam oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı, 0,87 ha torpaq sahəsinin sonuncunun mülkiyyətinə qaytarılması barədə xx.xx.2024-cü il saat 13 radələrində Lerik rayonu, Aşağı Amburdərə kəndində məcburi icra prosesinə dəvət edilmiş hakimiyyət nümayəndəsi hesab edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşımnaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsində yer quruluşunun təşkili şöbəsində yer quruluşunun mühəndisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası gedişində torpaq sahəsinin koordinatlarını dəqiqləşdirmək üçün nəzərdə tutulan “GPS” avadanlığından istifadə etməsinə mane olmaq məqsədi ilə sonuncuya hücum edib sifətinə bir dəfə yumruqla vurmaqla dodaq nahiyəsində qançırla nəticələnən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirərək ona zor tətbiq etməklə müqavimət göstərmiş, habelə qanunsuz hərəkətlərini davam etdirib həmin vaxt məhkmə qərarının icrasını təmin etmək üçün orada olan Lerik rayon icra və probasiya şöbəsinin rəisi Zərərçəkmiş şəxs2 təhkim edilmiş "CHEVROLET’ markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə yerdən götürdüyü istintaq məlum olmayan daşlar atıb avtomobilin alın şüşəsi və arxa stopunu zədələyərək 495 manat maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra edilməsinə qəsdən mane olmaqla ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 288.2 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, İİ qrup əlildir, heç bir yerdə işləmir. Ona heç bir bildiriş gəlmədən cavabdeh olduğu iş üzrə Lerik rayon məhkəməsi qətnamə çıxarmışdır. O, heç bir məhkəmə iclasında iştirak etməmişdir. Buna baxmayaraq 26 noyabr 2024-cü il tarixdə adlarını bilmədiyi və tanımadığı şəxslər onun Amburdərə kəndində yerləşən əkin sahəsinə gəlib sahəni böləcəklərini demişdirlər. O, bölgüyə və gələn dövlət hakimiyyəti orqanlarının əməkdaşlarının tələbi ilə razılaşmamışdır. Buna görə də aralarında mübahisə baş vermişdir. O, əsəbləşib Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 10 saylı ərazi idarəsinin mühəndisi Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən sillə vurmuşdur. Bundan sonra o, onların ərazidən getməyini tələb etmişdir. Məhkəmə qərarının icrası ilə bağlı orada Lerik rayon icra və probasiya şöbəsinin iki nəfər əməkdaşı Şahid9 və Zərərçəkmiş şəxs2 də iştirak edirmişlərr. O, onlarada ciddi şəkildə narazı qaldığını demiş və icra məmuru Dilqəm Mütəlliminin işini icra etməyə qəsdlə qoymamış, onu möhkəm itələmiş, daha sonra onun xidməti geyim formasının papağı yerə düşmüşdür. Bunları görən həyat yoldaşı Şahid6 əsəbləşib yerdə olan şüşə parçasını götürüb sol əlinin bilək nahiyəsini kəsmişdir. Bundan sonra orada olan Valeh Məcidova hücum etmiş, onunla əlbəyaxa dalaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs2 və Şahid9 xidməti avtomobillərinə oturub ərazidən uzaqlaşmışdırlar. Bundan sonra o və ailə üzvləri etiraz əlaməti olaraq sərhədə doğru gedib sərhədçilərdən kömək istəmişdirlər. Daha sonra DSX-nin əməkdaşları onları Bakı şəhərində yerləşən İstintaq İdarəsinə aparmışdırlar. Orada izahatlarını alıb onları buraxmışdırlarlar. Deyilənləri nəzərə alaraq onun barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsində yer quruluşu mühəndisi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2022-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsində yer quruluşunun təşkili şöbəsində yer quruluşunun mühəndisi vəzifəsində işləyir. Onun işi torpaq sahələrinin ölçülməsi, koordinatlarının dəqiqləşdirilməsi, mülkiyyət növlərinin təyin olunmasından ibarətdir. Həmçinin mübahisəli torpaq sahələrinin sahibliyinin müəyyənləşdirilməsi ilə bağlı mülki işlərdə mütəxəssis kimi dəvət edilir. Onların işi məhkəmə qətnaməsinin icrası zamanı mübahisəli torpaq sahəsinin koordinatlarını müəyyən edib icra məmuruna yerində göstərməkdən ibarətdir. Lerik rayon icra və probasiya şöbəsindən 07 noyabr 2024-cü il tarixdə, 258018/24 nömrəli məktub daxil olmuşdur. Həmin məktuba əsasən Lerik rayon məhkəməsinin 23 iyul 2024- cü il tarixli, 2(048)-149/2024 saylı icra sənədi üzrə Lerik rayonu, Aşağı Amburdərə kəndində yerləşən JN-66 nömrəli torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə tələbkar Şahid8 Mirislam oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,87 ha torpaq sahəsi borclu Təqsirləndirilən şəxs alınaraq Şahid8 Mirislam oğlunun mülkiyyətinə qaytarılması barədə məcburi icra prosesinə mütəxəssis qismində o və həmkarı Şahid10 dəvət edilmişdirlər. Qeyd edilən icra prossesi 26 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Onlar icra prosesinin icra olunduğu yerə getmişdirlər, orada Lerik rayon icra və probasiya şöbəsinin iki nəfər əməkdaşı Zərərçəkmiş şəxs2 və Şahid9 də iştirak edirmişlərlər. Borclu Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid6 da orada olmuşdur, həmçinin tələbkar Şahid8 mübahisəli torpaq sahəsində oluşdur. Borclu Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid6 onların işlərini görməklərinə qəti şəkildə nalayiq ifadələrlə etiraz edirmişlər. Onlar işlərinə başlayanda, yəni koordinatları müəyyən edən ölçü alətini (GPS) işə salanda borclu Təqsirləndirilən şəxs qəfildən ona hücum edib üst dodaq nahiyəsindən yumruq vumuşdur. O, aldığı zərbədən özünü itirmiş, üst dodağından qan gəlməyə başlamış və buna görə də işini icra edə bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra məmuru Şahid9 üzərinə hücum edib yumruqla sifətinə zərbə endirən zaman sonuncu zərbədən yayınmış və zərbə nəticəsində onun xidməti papağı (fraşka) uçaraq yerə düşmüşdür. Bundan hirsi soyumayan Təqsirləndirilən şəxs yerə düşmüş papağı təpiklə vurub bir-neçə metr qırağa atmışdır. Daha sonra Təqsirləndirilən şəxs icra məmuru Şahid9 üzərinə hücum edib qolundan və sinəsindən yapışıb onu yenidən vurmağa cəhd edəndə sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs qardaşı oğlu Ramiz Qasımov sonuncunu kənara çəkmişdir. Bu zaman iş üzrə cavabdeh Təqsirləndirilən şəxs Lerik rayon icra və probasiya şöbəsinə məxsus xidməti ’’CHEVROLET” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerdən daş götürüb atmışdır. Hadisə nəticəsində onun aldığı xəsarətə görə Kələxan kənd tibb məntəqəsinin müdiri Şahid4 ilkin tibbi yardım göstərmişdir. Onlar hadisə baş verən yerdən kənarlaşıb akt tərtib etmiş, daha sonra o, Lerik RPŞ-də izahat vermiş və iş yerlərinə qayıtmışdırlar. Bununla da Lerik rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(048)-149/2024 saylı icra sənədinin icra edilməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2001 -ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Orqanlarında işləyir, 2015-ci il tarixdən hal-hazıra kimi Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edir, ədliyyə müşaviri rütbəsindədir. Lerik rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(048)-149/2024 saylı icra sənədi üzrə Lerik rayonu, Aşağı Amburdərə kəndində yerləşən JN-66 nömrəli torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə tələbkar Şahid8 Mirislam oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı, 0,87 ha torpaq sahəsi borclu Təqsirləndirilən şəxs alınaraq Şahid8 Mirislam oğlunun mülkiyyətinə qaytarılmalı olmuşdur. Qeyd olunan icra sənədi Lerik rayon məhkəməsindən 26 avqust 2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Şahid9 icraatına verilmişdir. İş üzrə 28 avqust 2024-cü il tarixdə icraata başlama qərarı və könüllü icra üçün bildiriş yazılaraq tərəflərə göndərilmiş və məlumat üçün məhkəməyə verilmişdir. Bundan sonra 04 oktyabr 2024-cü il tarixdə və 18 oktyabr 2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs tələbin təmin olunması ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir, lakin borclu Təqsirləndirilən şəxs edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış və tələbi təmin etməmişdir. Bununla bağlı 07 noyabr 2024-cü il tarixdə İcra haqqında qanunun 41 -ci maddəsini rəhbər tutaraq 26 noyabr 2024-cü il tarixə məcburi icra prosesi təyin edilmişdir. Təyin olunmuş icra prosesinə uyğun olaraq o və icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Şahid9, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 10 saylı ərazi idarəsinin mühəndisləri Zərərçəkmiş şəxs1 və Şahid10 mübahisəli torpaq sahəsində olmuşdurlar. Həmin prosesə dəvət olunmuş tərəflər, yəni cavabdeh Təqsirləndirilən şəxs və tələbkar Şahid8 Mirislam oğlunun iştirakı ilə birgə qətnamənin mahiyyəti elan olunan zaman ani olaraq cavabdeh Təqsirləndirilən şəxs iş üzrə mütəxəssis qismində dəvət edilmiş Zərərçəkmiş şəxs1 sifət nahiyəsində yumruqla zərbə endirərək yerə yıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs icra məmuru Şahid9 üzərinə hücum edib yumruqla sifətinə zərbə endirən zaman sonuncu zərbədən yayınmış və zərbə nəticəsində onun xidməti papağı (fraşka) uçaraq yerə düşmüşdür. Bundan hirsi soyumayan Təqsirləndirilən şəxs yerə düşmüş papağı təpiklə vurub bir-neçə metr kənara atmışdır. Daha sonra Təqsirləndirilən şəxs icra məmuru Şahid9 üzərinə hücum edib qolundan və sinəsindən yapışıb onu yenidən vurmağa cəhd edəndə sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs qardaşı oğlu Ramiz Qasımov sonuncunu kənara çəkmişdir. Bu zaman iş üzrə cavabdeh Təqsirləndirilən şəxs onun və icra məmuru Şahid9 üzərinə təkrarən hücum etdiyini görüb dərhal xidməti ’’CHEVROLET” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmağa başlamışdırlar. Həmin zaman Təqsirləndirilən şəxs yerdən daş götürüb idarə etdiyi xidməti avtomobilə atmış, nəticədə avtomobilin arxa işığı sınmış, qabaq alm şüşəsi üç yerdən çatlamışdır. Həmin vaxtı hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs1 Kələxan kənd tibb məntəqəsinin müdiri Şahid4 ilkin tibbi yardım göstərmişdir. Onlar hadisə baş verən yerdən kənarlaşıb akt tərtib etmiş və iş yerlərinə qayıtmışdırlar. Hadisə nəticəsində ona təhkim olunmuş avtomobili maddi ziyan dəymişdir. Qeyd edilənləri nəzərə alaraq məhkmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Lerik rayon İcra və Probasiya şöbəsində icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid9 zərərçəkmiş şəxs qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Zərərçəkmiş şəxs2 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid6 Bahadır qızı verdiyi ifadəsində göstərmişdir ki, 26 noyabr 2024-cü il tarixdə adlarını bilmədiyi və tanımadığı şəxslər məhkəmə qərarı əsasında onların Amburdərə kəndində yerləşən əkin sahələrinə gəlib sahəni böləcəklərini demişdirlər. Belə ki, onların əkin sahəsinə sahiblik faktı üzrə uzun müddətdir ki, Lerik rayon məhkəməsində mülki iş gedirmiş. Buna baxmayaraq onlar həmin məhkəmə proseslərində iştirak etməmişdirlər. Onlara məhkəmə prosesi ilə bağlı bir neçə dəfə bildiriş gəlmiş, lakin qətnamə çıxan iclasın keçirilməsi ilə bağlı bildiriş gəlməmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs bölgüyə gələn dövlət hakimiyyəti orqanlarının əməkdaşlarının tələbi ilə razılaşmamışdır. Buna görə də mübahisə baş vermişdir. Təqsirləndirilən şəxs özündən asılı olmayaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin10 saylı ərazi idarəsinin mühəndisi Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən sillə vurmuşdur. Bundan sonra da onların ərazidən getmələrini tələb etmişdir. Məhkəmə qərarının icrası ilə bağlı orada Lerik rayon icra və probasiya şöbəsinin iki nəfər əməkdaşı Şahid9 və Zərərçəkmiş şəxs2 də iştirak edirmiş. Onlar Şahid9 və Zərərçəkmiş şəxs2 ciddi şəkildə narazı qaldıqlarını demiş və Təqsirləndirilən şəxs icra məmuru Dilqəm Mütəllimini işini icra etməyə qəsdlə qoymamış və Şahid9 möhkəm itələmiş, daha sonra Şahid9 xidməti geyim formasının papağı yerə düşmüş, sonra da Şahid9 papağını ayaqlamışdır. Bundan sonra orada olan Şahid8 həyat yoldaşı Təqsirləndirilən şəxs hücum edib döymüşdür. Bunları görəndən sonra o əsəbləşib yerdə olan şüşə parçasını götürüb sol əlini bilək nahiyəsini kəsmiş və axan qanını Şahid8 üstünə səpərək “qan istəyirsən al bu qanı” demişdir. Şahid8 ona baxıb “sənin ərini dəlixanaya göndərəcəm və sənidə əxlaqsızxanaya göndərəcəm” demişdir. Daha sonra Zərərçəkmiş şəxs2 və Şahid9 xidməti avtomobillərinə oturub ərazidən uzaqlaşmışdırlar. Bundan sonra o və ailə üzvləri etiraz əlaməti olaraq sərhədə doğru gedib sərhədçilərdən kömək istəmişdirlər. Daha sonra DSX- nin əməkdaşları onları Bakı şəhərində yerləşən İstintaq İdarəsinə aparmışdırlarr. Orada izahatlarını alıb onları buraxmışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid2 ifadəsində göstərdi ki, 26 noyabr 2024-cü il tarixdə həmkəndlisi Şahid1 müraciəti əsasında məhkəmə qətnaməsinə əsasən məcburi icra prosesi təyin edilmişdir. O və Şahid1 səhər tezdən sonuncunun traktoru üçün kotan almağa getmişdirlər. Lerik şəhərindən kəndə birlikdə qayıdırmışlar. Həmin vaxt həmkəndliləri Təqsirləndirilən şəxs Ağaq asım oğlu və Şahid8da məhkəmə qətnaməsi əsasında icra prosesi təyin edilmişdir. Onların işi Şahid1 işindən əvvəl başlamışdır. Təyin olunmuş icra prosesində Lerik rayon icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Zərərçəkmiş şəxs2, icra məmuru 2-ci dərəcəli ədliyyə qulluqçusu Şahid9, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 10 saylı ərazi idarəsinin mühəndisləri Zərərçəkmiş şəxs1 və Şahid10 iştirak edirmişlər. Bundan əlavə orada Lerik rayon icra hakimiyyəti başçısının Kələxan kənd inzibati dairəsi üzrə nümayəndəsi Şahid3 və başqa şəxslərdə olmuşdur. Həmin prosesə dəvət olunmuş tərəflər Təqsirləndirilən şəxs və Şahid8 Mirislam oğlunun iştirakı ilə birgə qətnamənin mahiyyəti elan olunan zaman ani olaraq cavabdeh Təqsirləndirilən şəxs iş üzrə mütəxəssis qismində dəvət edilmiş Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən yumruqla zərbə endirərək yerə yıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs icra məmuru Şahid9 üzərinə hücum edib qolundan və sinəsindən yapışıb onu yenidən vurmağa cəhd edəndə Təqsirləndirilən şəxs qardaşı oğlu Ramiz Qasımov sonuncunu kənara çəkmişdir. Bu zaman Təqsirləndirilən şəxs xidməti ’’CHEVROLET” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə daş atmış və nəticədə avtomobilin ön alın şüşəsi çatlamışdır. Həmin vaxtı hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs1 Kələxan kənd tibb məntəqəsinin müdiri Şahid4 ilkin tibbi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid3 ifadəsində göstərdi ki, o, 25 dekabr 2019-cu il tarixdən hal-hazıra kimi Lerik rayon İcra Hakimiyyəti Baçşısının Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 05 mart 2024-cü il tarixdən Lerik rayon İcra Hakimiyyəti Baçşısının Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifələrini icra edir. Lerik rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(048)-149/2024 saylı icra sənədi üzrə Lerik rayonu, Aşağı Amburdərə kəndində yerləşən JN-66 nömrəli torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə tələbkar Şahid8 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,87 ha torpaq sahəsi borclu Təqsirləndirilən şəxs alınaraq Şahid8 mülkiyyətinə qaytarılması barədə məcburi icra prosesinə dəvət edilmişdir. Qeyd edilən icra prorsesi 26 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Onlar icra prosesinin icra olunduğu yerə getmiş, orada Lerik rayon icra və probasiya şöbəsinin iki nəfər əməkdaşı Zərərçəkmiş şəxs2 və Şahid9, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin iki əməkdaşı Şahid10 və Zərərçəkmiş şəxs1 də iştirak edirmişlər. Borclu Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid6 da orada olmuş, həmçinin tələbkar Şahid8 mübahisəli torpaq sahəsində olmuşdur. Borclu Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid6 icra prosesinə qəti şəkildə nalayiq ifadələrlə etiraz edirmişlər. Təqsirləndirilən şəxs qəfildən Zərərçəkmiş şəxs1 hücum edib üst dodaq nahiyəsindən yumruqvurmuşdur. Zərərçəkmiş şəxs1 aldığı zərbədən özünü itirmiş, dodağından qan gəlməyə başlamış və buna görə də onlar işini icra edə bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra məmuru Şahid9 üzərinə hücum edib yumruqla sifətinə zərbə endirən zaman sonuncu zərbədən yayınmış və zərbə nəticəsində onun xidməti papağı (fraşka) uçaraq yerə düşmüşdür. Təqsirləndirilən şəxs yerə düşmüş papağı təpiklə vurub bir-neçə metr kənara atmışdır. Daha sonra Təqsirləndirilən şəxs icra məmuru Şahid9 üzərinə hücum edib qolundan və sinəsindən yapışıb onu yenidən vurmağa cəhd edəndə Təqsirləndirilən şəxs qardaşı oğlu Ramiz Qasımov sonuncunu kənara çəkmişdir. Bu zaman iş üzrə cavabdeh Təqsirləndirilən şəxs Lerik rayon icra və probasiya şöbəsinə məxsus xidməti ’’CHEVROLET' markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerdən daş götürüb atmışdır. Həmin vaxtı hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs1 Kələxan kənd tibb məntəqəsinin müdiri Şahid4 ilkin tibbi yardım göstərmişdir. Onlar hadisə baş verən yerdən kənarlaşıb akt tərtib etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid8 ifadəsində göstərdi ki, o, özünə məxsus torpaq sahəsinin həmkəndlisi Təqsirləndirilən şəxs alınması bardə Lerik rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lerik rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(048)-149/2024 qətnaməsi üzrə Lerik rayonu, Amburdərə kəndində yerləşən JN- 66 nömrəli torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə onun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı, 0,87 ha torpaq sahəsini faktiki olaraq istifadə edən borclu Təqsirləndirilən şəxs alınaraq mülkiyyətinə verilməli olmuşdur. Lerik rayon icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən 26 noyabr 2024-cü il tarixə məcburi icra prosesi təyin edilmişdir. Təyin olunmuş icra prosesinə uyğun olaraq, Lerik rayon icra və probasiya şöbəsinin rəisi Zərərçəkmiş şəxs2 və icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Şahid9, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 10 saylı ərazi idarəsinin mühəndisləri Zərərçəkmiş şəxs1 və Şahid10 mübahisəli torpaq sahəsində olmuşdurlar. Həmin prosesə başlayan zaman ani olaraq cavabdeh Təqsirləndirilən şəxs iş üzrə mütəxəssis qismində dəvət edilmiş Zərərçəkmiş şəxs1 sifət nahiyəsində yumruqla zərbə endirərək yerə yıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs icra məmuru Şahid9 üzərinə hücum edib yumruqla sifətinə zərbə endirən zaman sonuncu zərbədən yayınmış və zərbə nəticəsində onun xidməti papağı (fraşka) uçaraq yerə düşmüşdür. Təqsirləndirilən şəxs yerə düşmüş papağı təpiklə vurub bir-neçə metr kənara atmışdır. Daha sonra Təqsirləndirilən şəxs icra məmuru Şahid9 üzərinə hücum edib qolundan və sinəsindən yapışıb onu yenidən vurmağa cəhd edəndə Təqsirləndirilən şəxs qardaşı oğlu Ramiz Qasımov Təqsirləndirilən şəxs kənara çəkmişdir. Bu zaman iş üzrə cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və icra məmuru Şahid9 olduğu xidməti ’’CHEVROLET” markalı, 10- AO-731 dövlət qeydiyyat nişanlı avtomobilə yerdən daş götürüb atmış, nəticədə avtomobilin arxa işığı sınmış və qabaq alın şüşəsi çatlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərdi ki, O, 01 noyabr 2019-cu il tarixdən hal-hazıra kimi Kəlvəz kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyir. Lerik rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(048)-149/2024 saylı icra sənədi üzrə Lerik rayonu, Aşağı Amburdərə kəndində yerləşən JN- 66 nömrəli torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə tələbkar Şahid8 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,87 ha torpaq sahəsi borclu Təqsirləndirilən şəxs alınaraq Şahid8 mülkiyyətinə qaytarılması barədə məcburi icra prosesinə dəvət edilmişdi. Qeyd edilən icra prorsesi 26 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Onlar icra prosesinin icra olunduğu yerə getmişdirlər, orada Lerik rayon icra və probasiya şöbəsinin iki nəfər əməkdaşı Zərərçəkmiş şəxs2 və Şahid9, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin iki əməkdaşı Şahid10 və Zərərçəkmiş şəxs1 də iştirak edirmişlər. Borclu Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid6 da orada olmuş, həmçinin tələbkar Şahid8 mübahisəli torpaq sahəsində olmuşdur. Borclu Təqsirləndirilən şəxs və həyat yoldaşı Şahid6 icra prosesinə qəti şəkildə nalayiq ifadələrlə etiraz edirmişlər. O, hadisə yerindən kənarda olmuşdur. Baş vermiş hadisəni tam təfərrüfatı ilə görməmişdir. Orada adlarını bilmədiyi başqa şəxslər də olmuşdur. Həmin vaxtı hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs1 ilkin tibbi yardım göstərmiş, sonuncunun üst dodağının içəri səthi yırtılmışdır. Zərərçəkmiş şəxs1 işinin icrası zamanı borclu Təqsirləndirilən şəxs tərəfindən döyülməsini ona bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmu.ş tələbnamədən görünür ki,təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Lerik rayon İcra Hakimiyyəti başçısının Kələxan kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Nurlan Qasımov adlı bir azyaşlı uşağı vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspet Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. İşdə olan Lənkəran rayonlararası MTE və PA birliyinin xx.xx.2024-cü il tarixli, 97 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - üst dodaq nahiyyəsində qançır aşkr edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviti hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan 12 dekabr 2024-cü il tarixli Lerik rayon İcra və Pobasiya şöbəsinə məxsus **-AO-*** dövlət qeydiyyat nişanlı, Chevrolet markalı avtomobilə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs atmış olduğu daşlar nəticəsində avtomobilin ön alın şüşəsi çatlamış, arxa sol işığı (stopu) sınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin 23 dekabr 2024-cü il tarixli, 19/784 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Çinar” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən baş vermiş hadisə nəticəsində 2015-ci il buraxılışlı “Chevrolet Niva” markalı ** AO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 495,00 manat müəyyən edilir. İşdə olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin “kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”-nın xx.xx.2024-cü il tarixli, 3764 saylı ekspert rəyindən görünür ki:, Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs Üzvi (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət dəyişikliyi formasında psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs ifadəli şəxsiyyət dəyişikləri, ağıl zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən olunmadığı üçün o, törətdiyi əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Azər oğlu ona ittiham edilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Üzvi (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət dəyişikliyi diaqnozlu xəstəliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarında olmaqla öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), qavrama və təfəkkür proseslərində bir qədər lənglik, təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərinin qismən normadan aşağı olması müəyyən edilməklə, emosional iradi sferasında qıcığa qarşı həssaslıq, hirslilik, davranışlarını iradi tənzimləməsinin bir qədər zəifləməsi, emosional reaksiyalara meyllilik, hövsələsizlik aşkar olunur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs duyğu və qavrayış xüsusiyyətlərini, həmçinin hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 03 oktyabr 2022-ci il tarixli, K-458 nömrəli əmrindən görünür ki, Zərərçəkmiş şəxs1 10 saylı Lənkəran ərazi idarəsinin yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisidir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İdarə heyətinin xx.xx.2023-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisinin vəzifə təlimatının 2.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmlərin müraciəti əsasında mübahisə predmeti olan daşınmaz əmlaka dair rəy və sxemlərin verilməsi yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisinin vəzifə öhdəliyidir. İşdə olan 05 noyabr 2015-ci il tarixli Ədliyyə Nazirliyinin Təhvil-təslim aktından görünür ki, ’’CHEVROLET” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi Zərərçəkmiş şəxs2 təhkim edilmişdir. İşdə olan Lerik RMX-in xx.xx.2024-cü il tarixli, 1042 saylı məktubundan görünür ki, Lerik rayonu, Amburdərə kənd sakini Təqsirləndirilən şəxs “Epilepsiya. Şəxsiyyət dəyişkənliyi və davranış pozğunluğu” diaqnozu ilə Lerik RMX-nin poliklinika şöbəsində dispanser qeydiyyatmdadır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəni özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını və ikinci qrup əlil (epilepsiya xəstəliyi) olmasını cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilmiş ittiham üzrə daş atması hissəsində özünü təqsirli bilməməsinə, qiymət verərək hesab edir ki, təqsirləndirlən şəxsin bu hallar üzrə göstərdiyi xüsusuatlar özünü müdafiə xarakterlidir və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 288.2 və 315-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 288.2 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdarın halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi həmin maddələrin sanksiyası həddində cərimə və azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan» tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkmə xərcləri yoxdur İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin matreallarında saxlanılmalıdır. İş üzrə Zərərçəkmiş şəxs2 təhkim edilmiş ”CHEVROLET” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə vurulmuş 495 manat maddi ziyan tələbi ilə bağlı məhkəməyə mülki mühakimə icrtaatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.2 və 315ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 288.2-ci maddəsi ilə 2500(iki min beş yüz) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə və azadlığın məhdudlaşdırılması cəzaları hər biri müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik və Lənkəran ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu, Aşağı Amburdərə kəndində yerləşdiyi evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaların icrasına nəzarət Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs2 təhkim edilmiş ”CHEVROLET” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə vurulmuş 495 manat maddi ziyan tələbi ilə bağlı məhkəməyə mülki mühakimə icrtaatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin matreallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vəapelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar