Məhkəmə qərarları › İş №1(048)-13/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-13/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-13/2024 31.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat:11:40 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1976-cı ildə Lerik rayonu, Balaband kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməsi mümkün olmayan vaxtda və mənbədən 0,589 qram çəkidə, xeyli miqdarda psixotrop maddə hesab olunan metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edib idarə etdiyi «Jeep Wranqler» markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 17 dekabr 2023-cü il tarixdə, saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı idarə etdiyi avtomaşınla Lerik-Göydərə yolunun 15-ci km-də hərəkətdə olarkən saxlanılaraq Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 16:15-dən saat 16:35-dək ona məxsus, idarə etdiyi həmin avtomobilə baxış keçirilərək avtomobilin salonunda ön oturacaqların arasında olan barda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,287 qr və 0,302 qr: ümumi təmiz çəkisi 0,589 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Lerik şəhərində yaşayır. Şəxsi işləri ilə əlaqədar ilin çox vaxtlarında Rusiya Federasiyasının ərazisinə müxtəlif şəhərlərə getməklə orada yaşayır. Əvvəllər narkotik vasitədən istifadə etməmiş, narkotik vasitələrin növlərini tanımır. 10 dekabr 2023-cü il tarixdə Rusiya Federasiyasından Bakı şəhərinə gəlmiş, yaxalanmazdan 5-6 gün əvvəl şəxsi işi ilə əlaqədar Lənkəran şəhərinə getmiş, kiçik bazar adlanan ərazidə adını bilmədiyi və tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitə satdığını bildirmiş, həmin vaxt narkotik vasitədən istifadə etmək qərarına gələrək bir dəfə istifadə üçün nəzərdə tutulmuş və büküm formasında hazırlanmış toz şəkilli narkotik vasitəni 30 manata və içərisinə narkotik vasitə marixuana (nəşə) doldurulmuş siqareti isə 10 manata alaraq avtomobilinə qoyub Lerik şəhərinə qayıtmış, aldığı bu narkotik vasitələrdən istifadə etməmiş, 17 dekabr 2023-cü il tarixdə Lerik rayonunun Zuvand adlanan ərazisinə idarə etdiyi avtomaşınla gəzmək məqəsdilə gedərkən yolda həmin vasitələri çəkərək yoxlamaq qərarına gəlmiş, içərisində narkotik vasitə marixuana doldurulmuş siqareti çəkdiyi zaman adını bilmədiyi polis əməkdaşları onu yolda dayandırmış, polis əməkdaşları onu dayandırdıqları zaman dərhal siqareti söndürüb cibində olan həmişə istifadə etdiyi «sobranie» markalı siqaret qutusunun içərisinə qoymuş, bundan əlavə toz şəkilli narkotik vasitəni istifadə etmək üçün 5 manatlıq əskinasdan boru düzəldib siqaret qutusuna qoymuş, polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə daşınmasında şübhəli olduğunu bildirərək onu Lerik rayon polis şöbəsinə dəvət etmişlər, polis əməkdaşları ilə birlikdə Lerik rayon Polis şöbəsinə gəlmiş, üzərində vəkilin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmış, həmçinin ona məxsus «Jeep» markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilinə isə baxış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sol cibində «sobranie» markalı siqaret qutusunda 5 manatlıq əskinasdan hazırlanmış 01 ədəd trupka və 01 ədəd içərisində narkotik vasitə doldurulmuş siqaret, avtomobilinin qabaq oturacaqları arasında yerləşən barda saxladığı 01 ədəd bükümdə toz şəkilli narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Həmin narkotik vasitələr onundur, əvvəllər narkotik vasitədən istifadə etməmiş, 17 dekabr 2023-cü il tarixdə yoxlamaq məqsədilə yarımçıq istifadə etmişdir. Ötən müddət ərzində narkotik vasitə marixuanadan istifadə etməmiş, üzərində aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən Lənkəran şəhərində kiçik bazar adlanan ərazidə əldə etmiş, əldə etdiyi narkotik vasitədən hər hansı bir şəxsə heç vaxt satmamış, narokotik vasitədən istifadə etməsini ailə üzvləri və onunla ünsiyyətdə olan şəxslər bilməmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini, nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla Lerik RPŞ-də sahə rəisi işləyir. Lerik şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ünsiyyəti olmamışdır. 17 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi «Jeep Vrangler» markalı, 77 HA-209 qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə Lerik RPŞ-i tərəfindən Təqsirləndirilən şəxs müşahidəyə alınması üçün təxirəsalınmaz əməliyyət-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və müvafiq əmrə əsasən o, Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Lerik RPŞ-nin əməkdaşları Şahid3 və X4 ibarət qrup yaradılaraq Təqsirləndirilən şəxs müşahidəyə almaq üçün tədbirlər keçirtmişlər. Müşahidəyə aldıqları Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi «Jeep Vrangler» markalı, 77 HA-209 qeydiyyat nişanlı avtomaşınla Lerik-Göydərə yolunun 15-ci km-də hərəkətdə olarkən saxlanılaraq narkotik vasitələrdən istifadə və daşımasına əsaslı şübhələr olduğuna görə idarə etdiyi avtomaşınla Lerik RPŞ-nə gətirilmiş, üzərində şəxsi axtarışın və avtomobilinə baxışın keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmiş, əməliyyataxtarış qrupun tərkibində iştirak edən təhqiqatçı Haldun Məmmədli dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibində «Sobranie» filtrli siqaret qutusunda 01 ədəd yarımçıq istifadə olunan filtrli siqaret və 01 ədəd 5 manatlıq əskinasdan hazırlanmış trupka aşkar olunmuş, siqaretin içinə doldurulmuş kütlə narkotik vasitə marixuanaya oxşadığına görə qablaşdırılaraq götürülmüş, bundan sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi «Jeep Vrangler» markalı, 77 HA-209 qeydiyyat nişanlı avtomaşınına baxış keçirilmiş, avtomobilin salonunda öndə olan oturacaqların arasında quraşdırılmış barda 01 ədəd kağız büküm aşkar olunmuş, həmin büküm açılmış, bükümün içində 02 ədəd kiçik həcmli sellofan bükümlər olmuş, sellofan bükümlərdə isə rənginə və kəskin iyinə görə eyni olan psixotrop maddəyə oxşar vasitə aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüş, digər hər hansı bir şübhə doğuran kütlə, cinayət xarakterli əşya və alət aşkar olunmamış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş kütlə metamfetamindir siqaretdə olan kütlə isə marixuanadan özü istifadə etmək üçün son günlərdə Lənkəran şəhərində almışdır. Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib istifadə etməsi barədə ona məlumat daxil olmuş, lakin narkotik vasitəni hansı mənbədən əldə etməsi barədə məlumat əldə edə bilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşı Şahid3 şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Şahid1 X1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik şəhərində yaşamaqla 2022-ci ildən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ünsiyyəti olmamışdır. 17 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi «Jeep Vrangler» markalı, 77 HA-209 qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə ona məlumat daxil olmuş, daxil olmuş məluatı dərhal yoxlamaq məqsədi ilə Lerik RPŞ-nin rəhbərliyinə müvafiq raportla məruzə etmiş, Təqsirləndirilən şəxs müşahidəyə alınması üçün təxirəsalınmaz əməliyyət-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, qəbul etdiyi qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuş və müvafiq əmrə əsasən Lerik RPŞ-nin əməkdaşları Şahid3, Şahid2 və X4 ibarət qrup yaradılaraq Təqsirləndirilən şəxs müşahidəyə almaq üçün tədbirlər keçirtmişlər. Müşahidəyə aldıqları Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi «Jeep Vrangler» markalı, 77 HA-209 qeydiyyat nişanlı avtomaşınla Lerik-Göydərə yolunun 15-ci km-də hərəkətdə olarkən saxlanılaraq narkotik vasitələrdən istifadə və daşımasına əsaslı şübhələr olduğuna görə idarə etdiyi avtomaşınla Lerik RPŞnə gətirilmiş, üzərində şəxsi axtarışın və avtomobilinə baxışın keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmiş, əməliyyat-axtarış qrupun tərkibində iştirak edən təhqiqatçı Haldun Məmmədli dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibində «Sobranie» filtrli siqaret qutusunda 01 ədəd yarımçıq istifadə olunan filtrli siqaret və 01 ədəd 5 manatlıq əskinasdan hazırlanmış trupka aşkar olunmuş, siqaretin içinə doldurulmuş kütlə narkotik vasitə marixuanaya oxşadığına görə qablaşdırılaraq götürülmüş, bundan sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi «Jeep Vrangler» markalı, 77 HA-209 qeydiyyat nişanlı avtomaşınına baxış keçirilmiş, avtomobilin salonunda öndə olan oturacaqların arasında quraşdırılmış barda 01 ədəd kağız büküm aşkar olunmuş, həmin büküm açılmış, bükümün içində 02 ədəd kiçik həcmli sellofan bükümlər olmuş, sellofan bükümlərdə isə rənginə və kəskin iyinə görə eyni olan psixotrop maddəyə oxşar vasitə aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüş, digər hər hansı bir şübhə doğuran kütlə, cinayət xarakterli əşya və alət aşkar olunmamış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş kütlə metamfetamindir siqaretdə olan kütlə isə marixuanadan özü istifadə etmək üçün son günlərdə Lənkəran şəhərində almışdır. Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib istifadə etməsi barədə ona məlumat daxil olmuş, lakin narkotik vasitəni hansı mənbədən əldə etməsi barədə məlumat əldə edə bilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona hər hansı bir məlumat daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin məhkəmə-bioloji və fiziki kimyəvi ekspertizasının 18 dekabr 2023-cü il tarixli, 19/1047 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi «Jeep Vranqler» markalı, ** HA *** qeydiyyat nişanlı avtomobilin salonundakı barda aşkar olunmuş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,287 qr və 0,302 qr, ümumi təmiz çəkisi 0,589 qram ağ rəngli kristaldan ibarət maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 01 ədəd kağız borucuğun içərisində psixotrop maddə metamfetaminin izləri vardır, metamfetamin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır; 01 ədəd istifadə üçün hazırlanmış siqaretin (papirosun) içərisində təmiz çəkisi 0,089 qram olan bitki mənşəli gütlə təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X3 X8 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş məhkəmə-narkoloji eskpertizasının 19 dekabr 2023-cü il tarixli, 1096 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il və 2011-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə saat 14:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə saat 14:30-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət əməli törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2023cü il tarixdən 19 dekabr 2023-cü il tarixədək tutulduğu müddəti ona təyin olunmuş cəzadan çıxılaraq qəti cəza saxlanılmasını, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınmasını, onun üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni ünvan 1 ünvanında yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut - 0.069 qram marixuana və 0,489 qram metamfetamin məhv edilməli və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (alt) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdən 19 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni ünvan 1 ünvanında yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altımış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut - 0.069 qram marixuana və 0,489 qram metamfetamin məhv edilsin. Hökmün icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar