Məhkəmə qərarları › İş №1(048)-14/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-14/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-14/2023 01.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 11:00 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1987-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və dövrdə xaş-xaş birkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq 10,784 qram çəkidə narkotik vasitə tiryəki, tiryəkdən kustar üsulla hazırlanmış 0,055 qram çəkidə narkotik vasitə heroini və təsiredici maddəsinin ümumi miqdarı 0,72 qram (bir həbdə 0,04qr) olan 18 ədəd metadon həbini satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlamaqla daşımışdır. 29 noyabr 2022-ci il tarixdə, axşam saatlarında Lerik rayonunun Kələxan kəndində olarkən Lerik rayon İcra Hakimiyyəti Başçısının Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Lerik şəhərinə gətirilərək Lerik RPŞnin əməkdaşlarına təhvil verilmiş, 30 noyabr 2022-ci il tarixdə saat 00:35-də şübhəli şəxs qismində Lerik RPŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən özü ilə gəzdirdiyi bel çantasında saxladığı bir ədəd sellofan bükümdə içərisində təmiz çəkisi – 10,784 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd kiçik ölçülü sellofan bükümdə təmiz çəkisi 0,055 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,72 qram (bir həbdə 0,04qr) olan 18 ədəd metadon həbi və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd şüşə kolba aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4-5 ildir ki, narkotik vasitə nəşə, 2-3 ildir də psixotrop maddə metamfetamin və kakos qəbul edir. Tutulandan 1 ay əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsilə “Mehti” adlı İran vətəndaşı ilə tanış olmuş, onunla bir müddət danışmış, “Mehti” onunla iş görmək istədiyini demişdir. Mehti pul göndərməsini istəyib əvəzində “Whatsapp” vasitəsilə məkan göndərib narkotik vasitə verəcəyini demişdir. Mehtiyə pulunun olmadığını deyib ondan nisyə narkotik vasitə istəmiş, sonuncu onları çox adamın aldatdığını, nisyə mal vermədiklərini demişdir. Bundan sonra bir müddət onunla hal-əhval etmişlər. 28 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Mehti Whatsappla ona yazmış, bir qədər danışdıqdan sonra ona mesaj çatmamışdır. O, əvvəllər başqa nömrə ilə də əlaqə saxlamış, ona məxsus +**********40 saylı mobil nömrəni yığmışdır. Telefonu açan şəxs Mehtinin qardaşı olduğunu demiş, həmin şəxs ona “mən Mehtinin qardaşıyam, nə lazımdırsa mən de, həll edə bilərəm” demişdir. Ona Mehtinin lazım olduğunu demiş və telefonu söndürmüşdür. Təxminən 10 dəqiqə sonra Mehtinin qardaşı səs atıb “vaxtın varsa 5 dəqiqə danışaq” demişdir. Ona danışa biləcəyini bildirmiş və onunla telefonda danışmışdır. Həmin şəxs adının İran İslam Respublikasının vətəndaşı Avşar olduğunu, bir neçə dəfə müxtəlif şəxslərlə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu, onlara külli miqdarda pul qazandırdığını demişdir. Ona qram işinə baxmadığını, ancaq kiloqramla iş gördüyünü bildirmişdir. Avşardan nə etməli olduğunu soruşduqda, ona Lerik rayonunda tanışı olub-olmadığını bildirmişdir. Avşara tanışının olmadığını, nə istədiyini soruşmuşdur. Avşar ona 5 kq nəşə verəcəyini və onu lazımi yerdə çatdırmağını bildirib ona Whatsappda məkan göndərmişdir. Məkan Lerik rayonunun Kələxan kəndini göstərmişdir. Sərhəd çəpərində görüşüb ondan nəşəni götürməyi, nəşəni verdikdən sonra nəşəni hara çatdırmalı olduğunu deyəcəyini və əvəzində ona 5000 manat pul veriləcəyini demişdir. Avşara bunun üçün ona 2000 manatın kifayət edəcəyini bildirmişdir. Avşarla razılaşmış, 29 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhərində yerləşən avtovağzaldan nömrəsinə baxmadığı və sürücüsünü tanımadığı taksi ilə Lerik rayonunun Kələxan kəndinə gəlmişdir. Həmin şəxsə 50 manat pul vermişdir. Həmin taksi onu Kələxan kəndində düşürüb geri qayıtmışdır. Taksi şoferinə Kələxan kəndində toy axşamına gəldiyini demişdir. Kələxan kəndində olduğu zaman hava zülmət qaranlıq olmuşdur. Yolla təxminən 50 metr getmişdir ki, qabağına Chevrolet markalı, avtomobil çıxmışdır. Yanından ehmalca keçib getmiş, onun geri qayıdacağını hiss etmişdir. Hara gedəcəyini və nə edəcəyini bilməmişdir. Şəbəkə olmadığından Avşarla da əlaqə saxlaya bilməmişdir. Təxminən 15 dəqiqə sonra ağ rəngli avtomobil ona yaxınlaşmışdır. İçərisində 2 ədəd oğlan olmuş, adlarının Əli və Amin olduğunu demişlər. Ondan nə lazım olduğunu soruşmuşlar. Onlara “Lerikə toy axşamına gəlmişəm, azıb bura çıxmışam” demişdir. Ondan sənədlərini istəmiş və onlara hərbi biletini göstərmişdir. Onları Lerik şəhərinə toy axşamına gəldiyini inandırmış və onu Mercedes markalı avtomobillə Lerik şəhərinə, icra hakimiyyətinin inzibati binasının yanına gətirmişlər. Bundan sonra onların tanışları olan polis əməkdaşları yaxınlaşmışlar. Məcbur olub onlara da yalan danışmışdır. Özünü şübhəli apardığından polis əməkdaşları onu Lerik RPŞ-nə gətirmişlər. Orada dediyi mövzuların heç biri doğru olmadığı məlum olmuşdur. Buna görə də həqiqətləri onlara danışıb narkotik vasitə üçün İran vətəndaşı ilə danışıb nəşə götürməli olduğunu demişdir. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra dəvət edilmiş 2 nəfər tanımadığı hal şahidlərinin iştirakları ilə üzərinə şəxsi axtarış aparılmışdır. Bu barədə qərarla tanış olmuş və ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif olunduqda üzərində olan sarımtıl-qəhvəyi rəngli bel çantasını təqdim edib içərisində gizlətdiyi içərisində ümumilikdə 18 həb olan 2 list və 2 ədəd metadon həblərini, bir ədəd sellofan bükümdə narkotik vasitə tiryəki, içərisində bir ədəd xırda bükümdə narkotik vasitə heroini, narkotik vasitələri çəkmək üçün istifadə etdiyi 1 ədəd şüşə kolbanı və 1 ədəd dəmirdən olan trupkanı təqdim etmişdir. Həmçinin təqdim etdiyi Samsung markalı mobil telefon ona məxsusdur, üzərində ***-***-**-** nömrə kartı var, təqdim etdiyi bükümlərin içərisində heroin və tiryək vardır, həblər isə metadondur. Üzərində aşkar edilmiş narkotik vasitələri, həmçinin metadon həblərini təxminən 1 ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən istifadə etmək məqsədilə əldə etmişdir. Üzərinə şəxsi axtarış keçirələrkən hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Təqdim etdiyi narkotik maddələr ona məxsusdur, istifadə etmək üçün almışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin təsadüf hallarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Lerik rayonuna İran vətəndaşı ilə görüşüb ondan narkotik vasitə almaq məqsədilə gəlmişdir. Narkotik vasitələrə gəldikdə isə narkotik vasitə istifadəçisi olduğu üçün daima üzərimdə narkotik vasitə olur. Avşar adlı şəxsi tanımır, onu heç vaxt görməmişdir. Hazırda etdiyi əməldən peşimadır. Bir daha belə hallara yol verməyəcdir. Odur ki, göstərilənlərə nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 29 noyabr 2022-ci il tarixdə, axşam saatlarında Lerik RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 raportu icraatına daxil olmuşdur. Belə ki, Şahid2, Şahid3 və Taleh Əhmədov birlikdə Lerik şəhər mərkəzində xidmətdə olduqları zaman saat 23 radələrində Lerik RİHB-nin Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid8 mobil telefonuna zəng edib ona Kələxan kəndində bir nəfər şəxsin şübhəli olduğunu, Lerik şəhərinə gəlmək əvəzinə taksinin səhvən onu Kəlkəxan kəndinə gətirməsini, deməsinə görə “ciyər axşamı”na gəlməsini demiş, sonuncu həmin şəxsi Lerik RPŞ-nə gətirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə söhbət etməyə başlamış, Təqsirləndirilən şəxs ilk öncə ona Lerik şəhərində “ciyər axşamı”na gəldiyini demiş, bununla bağlı maraqlandıqda həmin gün “ciyər axşamı” məclisinin olmadığını, Təqsirləndirilən şəxs yalan danışdığını müəyyən etmişdir. Bu barədə ona bildirdikdə sonuncu səmimi etiraf edərək əslində Lerik rayonunun Kələxan kəndinə gəlməkdə məqsədi tanış olduğu Aşab və Mehdi adlı İran İslam Respublikasının vətəndaşlarından narkotik vasitəni götürüb Bakı şəhərinə sonradan deyəcəkləri ünvana aparmaq məqsədilə gəldiyini, yəni narkokuryer olduğunu bildirmişdir. Həmçinin narkotik vasitə istifadəçisi olduğunu və hazırda üzərində narkotik vasitə və onları istifadə etmək üçün trupka da olduğunu demişdir. Təqsirləndirilən şəxs bu etirafından sonra Təqsirləndirilən şəxs üzərinə axtarış, həmçinin əl və bel çantalarına baxış keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, həmçinin əl və bel çantalarına baxış keçirilmiş, baxış zamanı üzərində olan sarımtıl-qəhvəyi rəngli bel çantasından ümumilikdə 18 həb olan 2 list və 2 ədəd metadon həbləri, narkotik vasitə tiryək, həmçinin narkotik vasitə heroin, bundan əlavə narkotik vasitələri çəkmək üçün istifadə etdiyi 1 ədəd şüşə kolba və 1 ədəd dəmirdən olan trupka aşkar olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lerik RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 29 noyabr 2022-ci il tarixdə, axşam saatlarında Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Taleh Əhmədovla birlikdə Lerik şəhər mərkəzində xidmətdə olduğu zaman saat 23 radələrində Lerik RİHB-nin Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid8 mobil telefonuna zəng edib ona Kələxan kəndində bir nəfər şəxsin şübhəli olduğunu, Lerik şəhərinə gəlmək əvəzinə taksinin səhvən onu Kəlkəxan kəndinə gətirməsini, deməsinə görə “ciyər axşamı”na gəlməsini demişdir. Əlinasibdən həmin şəxs barədə bir qədər maraqlandıqdan sonra ondan həmin şəxsi Lerik şəhərinə gətirməsini istəmişdir. Şahid8 həmin şəxsi qohumu Şahid9lə birlikdə yanlarına yanına gətirmişdir. Ondan adını soruşduqda Təqsirləndirilən şəxs olduğunu demişdir. Qəhrəman onu taksinin Lerik şəhərinə gətirməli olduğu halda səhvən Kələxan kəndinə apardığını demişdir. Onunla bir qədər söhbət etmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onu Lerik RPŞ-nə gətirmişlər. Bununla bağlı raportla rəhbərliyə müraciət etmiş və onu şöbəyə təhvil vermişlər. Orada onunla söhbət zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu, həmçinin Lerik rayonuna tanımadığı İran İslam Respublikası vətəndaşından narkotik vasitə almaq məqsədilə gəldiyini demişdir. Şöbədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 30 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində onun, manqa komandiri Şahid5, Şahid4, Şahid3, 2 nəfər hal şahidinin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan sarımtıl-qəhvəyi rəngli bel çantasını təqdim edib içərisində gizlətdiyi içərisində ümumilikdə 18 həb olan 2 list və 2 ədəd metadon həblərini, bir ədəd sellofan bükümdə narkotik vasitə tiryəki, içərisində bir ədəd xırda bükümdə narkotik vasitə heroini, narkotik vasitələri çəkmək üçün istifadə etdiyi 1 ədəd şüşə kolbanı və 1 ədəd dəmirdən olan trupkanı təqdim etmişdir. Həmçinin bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisində heroin və tiryək vardır, həblər isə metadondur, tanımadığı şəxsdən istifadə etmək məqsədilə əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Aşkar edilmiş bükümlər zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş və imzalamışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Lerik rayon Divağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 30 noyabr 2022-ci il tarixdə, gecə saatlarında Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi Həşimxan Fərziyev istifadəsində olan mobil telefona zəng edib onu Lerik rayon polis şöbəsinə dəvət etmişdir. Lerik RPŞ-nə gəlmiş, şöbədə X5i, polis əməkdaşları Şahid5, Şahid3, Şahid4 və Şahid2, vəkil Müdafiəçi, Lerik şəhər sakini Şahid6 və adını sonradan bildiyi Təqsirləndirilən şəxs görmüşdür. X5 orada Təqsirləndirilən şəxs göstərib onun şöbə əməkdaşları tərəfindən Lerik RPŞ-nə gətirildiyini, deməsinə görə üzərində narkotik vasitə olmasını, şübhəli şəxs qismində tutulduğunu, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparmalı olduğunu demişdir. O və Şahid6 şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Bundan sonra iştirakları ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs çiynindən asdığı sarımtıl rəngli bel çantasının içərisindən sellofan bükümdən 2 list Metadon-40 növlü tabletkaları və 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitəyə oxşar qara rəngli, hissələrə bölünmüş kütləni, həmçinin həmin kütlə ilə birlikdə 2 ədəd həbi (tabletkanı) və 1 ədəd kiçik həcmli bükümdə toz halında kütləni təqdim etmiş, həmçinin özündə olan qara rəngli çantadan narkotik vasitələri çəkmək üçün istifadə etdiyi 1 ədəd şüşə kolbanı və 1 ədəd dəmirdən olan trupkanı təqdim etmişdir. Narkotik vasitə istifadəçisi olduğunu demişdir. Aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr iştirakları ilə götürülərək qablaşdırılmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər əşya və ya alət aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin protokollara imza etmişdir. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, xx.xx.2019-cu ildən hazıradək Lerik RPŞnin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 29 noyabr 2022-ci il tarixdə, axşam saatlarında Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Taleh Əhmədovla birlikdə Lerik şəhər mərkəzində xidmətdə olduğu zaman saat 23 radələrində Lerik RİHB-nin Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid8 mobil telefonuna zəng edib ona Kələxan kəndində bir nəfər şəxsin şübhəli olduğunu, Lerik şəhərinə gəlmək əvəzinə taksinin səhvən onu Kəlkəxan kəndinə gətirməsini, deməsinə görə “ciyər axşamı”na gəlməsini demişdir. Əlinasibdən həmin şəxs barədə bir qədər maraqlandıqdan sonra ondan həmin şəxsi Lerik şəhərinə gətirməsini istəmişdir. Şahid8 həmin şəxsi qohumu Şahid9lə birlikdə yanlarına yanına gətirmişdir. Ondan adını soruşduqda Təqsirləndirilən şəxs olduğunu demişdir. Qəhrəman onu taksinin Lerik şəhərinə gətirməli olduğu halda səhvən Kələxan kəndinə apardığını demişdir. Onunla bir qədər söhbət etmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onu Lerik RPŞ-nə gətirmişlər. Bununla bağlı raportla rəhbərliyə müraciət etmiş və onu şöbəyə təhvil vermişlər. Orada onunla söhbət zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu, həmçinin Lerik rayonuna tanımadığı İran İslam Respublikası vətəndaşından narkotik vasitə almaq məqsədilə gəldiyini demişdir. Şöbədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 30 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində onun, manqa komandiri Şahid5, Şahid4, Şahid3, 2 nəfər hal şahidinin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan sarımtıl-qəhvəyi rəngli bel çantasını təqdim edib içərisində gizlətdiyi içərisində ümumilikdə 18 həb olan 2 list və 2 ədəd metadon həblərini, bir ədəd sellofan bükümdə narkotik vasitə tiryəki, içərisində bir ədəd xırda bükümdə narkotik vasitə heroini, narkotik vasitələri çəkmək üçün istifadə etdiyi 1 ədəd şüşə kolbanı və 1 ədəd dəmirdən olan trupkanı təqdim etmişdir. Həmçinin bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisində heroin və tiryək vardır, həblər isə metadondur, tanımadığı şəxsdən istifadə etmək məqsədilə əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Aşkar edilmiş bükümlər zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş və imzalamışlar. Şahid6 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, ünvan 5 ünvanda yaşayır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 30 noyabr 2022-ci il tarixdə, gecə saatlarında Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi Həşimxan Fərziyev istifadəsində olan mobil telefona zəng edib onu Lerik rayon polis şöbəsinə dəvət etmişdir. Lerik RPŞ-nə gəlmiş, şöbədə X5i, polis əməkdaşları Şahid5, Şahid3, Şahid4 və Şahid2, vəkil Müdafiəçi, Lerik rayonunun Divağac kənd sakini Şahid7 və adını sonradan bildiyi Təqsirləndirilən şəxs görmüşdür. X5 orada Təqsirləndirilən şəxs göstərib onun şöbə əməkdaşları tərəfindən Lerik RPŞ-nə gətirildiyini, deməsinə görə üzərində narkotik vasitə olmasını, şübhəli şəxs qismində tutulduğunu, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparmalı olduğunu demişdir. O və Şahid7 şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Bundan sonra iştirakları ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs çiynindən asdığı sarımtıl rəngli bel çantasının içərisindən sellofan bükümdən 2 list Metadon-40 növlü tabletkaları və 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitəyə oxşar qara rəngli, hissələrə bölünmüş kütləni, həmçinin həmin kütlə ilə birlikdə 2 ədəd həbi (tabletkanı) və 1 ədəd kiçik həcmli bükümdə toz halında kütləni təqdim etmiş, həmçinin özündə olan qara rəngli çantadan narkotik vasitələri çəkmək üçün istifadə etdiyi 1 ədəd şüşə kolbanı və 1 ədəd dəmirdən olan trupkanı təqdim etmişdir. Narkotik vasitə istifadəçisi olduğunu demişdir. Aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr iştirakları ilə götürülərək qablaşdırılmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər əşya və ya alət aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin protokollara imza etmişdir. Şahid8 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik rayon İcra Hakimiyyəti Başçısının Kələxan kənd inzibati ərazi nümayəndəliyində mühasib işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 29 noyabr 2022-ci il tarixdə, saat təxminən 23 radələrində dayısı oğlu Şahid9lə birlikdə idarə etdiyi Mercedes C200 markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Kələxan kəndində gəzərkən naməlum şəxsin kənd ərazisində gəzdiklərini görmüşlər. Ona yaxınlaşıb səslənmişlər. Həmin şəxs yanına gəlib adının Təqsirləndirilən şəxs olduğunu, Lerik şəhərinə iş yoldaşının “ciyər axşamı” məclisinə gəldiyini, taksi sürücüsünün səhvən onu kəndə gətirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə əyləşdirib Lerik şəhərinə doğru yola düşmüşlər. Təqsirləndirilən şəxslə yolda söhbət edərkən özünü şübhəli apardığını görmüş və bu barədə tanışı Lerik RPŞ-nin əməkdaşı Şahid2 zəng edib məlumat vermişlər. Samir həmin şəxsi Lerik şəhərinə gətirməyini istəmişlər. Buna görə də Təqsirləndirilən şəxs dayısı oğlu Şahid9lə birlikdə Lerik şəhərinə gətirib Şahid2 təhvil vermişlər. Bundan sonra oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs həmin vaxt hansı məqsədlə Lerik rayonuna gəldiyini bilməmişdir. Lakin sonradan eşitmişdir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, Lerik rayonunun Kələxan kəndinə tanış olduğu İran İslam Respublikasının vətəndaşından narkotik vasitə alıb Bakı şəhərinə pul müqabilində aparmaq, yəni narkokuryerlik etmək məqsədilə gəlmişdir. Təqsirləndirilən şəxs onlara guya iş yoldaşının “ciyər axşamı” məclisinə gəldiyini, taksi sürücüsünün onu Lerik şəhərinə aparmaq əvəzinə rayonun Kələxan kəndinə gətirdiyini demişdir. Şahid9 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Şahid8 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş “şəxsi axtarışın və götürmənin aparılması haqqında” 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan bel çantasının içərisindən 2 list və 2 ədəd Metadon-40 növlü həblər, 1 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində qara rəngli, hissələrə bölünmüş narkotik vasitəyə oxşar kütlələr, 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar toz halında kütlə, narkotik vasitələri istifadə etmək üçün 1 ədəd kolba və trupka aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış, fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil abunə nömrəsi ilə 01 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan müddət ərzində hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, həmçinin SMS-lər Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən müvafiq qaydada götürülmüş diskə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə, saat 21:28-dən Lerik rayonunun anten əhatə dairəsində, saat 22:16, 22:50 və 22:52-də Lerik rayonunun Anburdərə kəndinin, saat 23:05-də Lerik rayonunun Qosmalian kəndinin anten əhatə dairəsində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil nömrəsinə 29 noyabr 2022-ci il tarixdə, saat 22:16-da X4 adına olan ***-***-**-** saylı nömrədən zənglər gəlmiş, həmin vaxt sonuncu Lerik rayonu, Zuvand ərazisi anten əhatə dairəsində qeydə alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin 30 noyabr 2022-ci il tarixli, 19/1223 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi: -10,784 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 1 ədəd bükümdə təmiz çəkisi: -0,055 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd şüşə kolbada psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini müəyyən etmək mümkün olmadı; Ümumi sayı 18 ədəd olan olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanlarıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı: -0,72 qramdır (bir həbdə 0,04 qr). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X6 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 02 dekabr 2022-ci il tarixli, 1246 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı 10,784 qram olan tiryəkdən ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,734 qram tiryək, -0,055 qram olan heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,035 qram heroin və 18 ədəd metadondan ekspertiza tədqiqatından sonra qalıq qalmış 16 ədəd metadon iş üzrə maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmiş və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil abunə nömrəsi ilə 01 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan müddətdə hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, SMS-lər, eləcə də həmin mobil telefon sahiblərinin anket məlumatları özündə əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, bir ədəd sellofan bükümdə içərisində təmiz çəkisi – 10,784 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd kiçik ölçülü sellofan bükümdə təmiz çəkisi 0,055 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 0,72 qram (bir həbdə 0,04qr) olan 18 ədəd metadon həbi və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd şüşə kolbanı əldə edərək, üzərində saxlamaqla daşıması özünün qismən etirafedici ifadəsi, həmçinin şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokolu, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məğul olmaması və üzərindən aşkar olunmuş narkotik vasitələri öz istifadəi üçün əldə etməsi barədə göstərdikləri özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş sübutlarla və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən polinarkomaniyadan məcburi müalicə təyin edilməsini və ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan Lerik rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 30 noyabr 2022-ci tarixdən hesablanması qərara alaınmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs qətimkan tədbiri» hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış Lerik Rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 10,784 qram olan tiryəkdən ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,734 qram tiryək, -0,055 qram olan heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,035 qram heroin və 18 ədəd metadondan ekspertiza tədqiqatından sonra qalıq qalmış 16 ədəd metadon məhv edilməli, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil abunə nömrəsi ilə 01 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan müddətdə hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, SMS-lər, eləcə də həmin mobil telefon sahiblərinin anket məlumatları özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 10,784 qram olan tiryəkdən ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,734 qram tiryək, -0,055 qram olan heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,035 qram heroin və 18 ədəd metadondan ekspertiza tədqiqatından sonra qalıq qalmış 16 ədəd metadon məhv edilsin, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil abunə nömrəsi ilə 01 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan müddətdə hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, SMS-lər, eləcə də həmin mobil telefon sahiblərinin anket məlumatları özündə əks etdirən 1 ədəd disk iş materillarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altımış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar