Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-14/2024 24.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 10:50 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8- inzibati binada (polis idarəsində) qeydiyyatda olan barəsində “həbs qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 12 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manata satış məqsədi olmadan 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,750 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün 11:10-da Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki qara rəngli parçadan gödəkcənin sol qol cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,750 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı AKM modelli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan yivli odlu silahlar növünə aid avtomatı, 01 ədəd «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı olan darağı və 15 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəşə yararlı patronları əldə edib üzərində saxlamaqla daşıyaraq 27 oktyabr 2023-cü il tarixdə Lerik rayonuna gətirmiş, həmin gün, saat 16:30-da Lənkəran-Lerik avtomobil yolunun 50-ci km-də, yolun Lerik rayonunun Noda kəndi ərazisindən keçən hissəsində, Lerik şəhəri istiqamətində piyada hərəkətdə olarkən Lerik RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 17:00-dan saat 17:30dək üzərində şəxsi axtarış aparılarkən üzərində gəzdirdiyi bir ədəd bənövşəyi rəngdə, sarı, ağ və qırmızı zolaqlar olan çantanın içərisində yeri ağ rəngdə qırmızı və sarı rəngdə bəzəklər olan döşəkağına (mələfə) bükülmüş vəziyyətdə həmin Kalaşnikov konstruksiyalı AKM modelli avtomat silahı, avtomat silahın üzərində olan «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab olunan 7,62x39 mm kalibrli 15 ədəd patron aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında ağrıları yaranan da istifadə etmək məqsədilə Bakı şəhərinin ərazisində yerləşən «Kubinka» adlanan ərazidə 10 manat verib 1 büküm narkotik vasitə heroin alaraq əynində olan gödəkçənin sol qol cibinə qoyub saxlamışmış, 12 oktyabr 2023-cü il tarixdə saat təxminən 11 radələrində ünvan 3 ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etidikdən sonra ona narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onlarla Yasamal RPİ-nin 27-ci polis şöbəsinə getməsini demişlər, polis əməkdaşların təklifi ilə razılaşıb onlarla birlikdə şöbəyə gəlmiş, vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarışa başlanmış, ona üzərində üzərində qanunsuz əşyalar varsa təqdim etməsi təklif olunmuş, təkliflə razılaşaraq əynində olan qara rəngdə gödəkçənin sol qol cibində saxladığı 01 ədəd bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim edərək özü istifadə üçün «Kubinka» adlalan ərazidə 10 manata tanımadığı şəxsdən aldığını bildirmiş, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təxminən 10 ildir ki, narkotik vasitə, əsasən heroindən istifadə edir, narkotik vasitə asılılığı vardır. Buna görə Yasamal RPİ-nin əməkdaşları tərəfindən 12 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. 1992-ci ildən 1994-cü ilin may ayınadək Ağdam və Kəlbəcər rayonları ərazisində gedən döyüşlərdə iştirak etmiş, döyüşlər bitdikdən sonra oradan özü ilə KM növlü Kalaşnikov konstruksiyalı avtomatı gətirib yaşadığı evdə, sonralar isə kirayə qaldığı evlərdə saxlayıb gizlətmiş, tanışları, dostları vəfat etmişdir. Lakin Lerik rayonunda Hüseyn adlı əsgərlik yoldaşı vardır. Təxminən 10 il bundan əvvəl bir dəfə Lerik rayonuna, əsgərlik yoldaşı Hüseynə baş çəkməyə gəlmiş, hazırda evində saxladığı avtomatı övladları görməsin deyə tanışı Hüseynə vermək üçün Lerik rayonuna gətirmək qərarına gəlmiş, buna görə də həmin bir ədəd AKM tipli avtomatı darağı ilə birlikdə ağ rəngdə, üzərində qırmızı və sarı rəngdə bəzəklər olan döşəkağına büküb, həmçinin həmin avtomatda istifadə olan 15 ədəd patronu sellofan torbaya büküb özündə olan bənövşəyi rəngdə, üzərində sarı, ağ və qırmızı zolaqlar olan çantaya qoyub nömrəsinə baxmadığı Mercedes markalı avtobusla Lənkəran şəhərinə, oradan da VAZ-2106 markalı, nömrəsinə baxmadığı avtomobillə Lənkəran-Lerik avtomobil yolunun xatırlamadığı km-də düşmüş, məqsədi orada soraqlaşıb Hüseyni tapmaq olmuş, avtomobil yolu ilə piyada yuxarı istiqamətdə hərəkətdə olarkən polis formasında olan 3 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər. Hansı səbəbdən yol ilə əlində çanta olmaqla piyada hərəkətdə olduğunu soruşmuşlar, onlara Bakı şəhər sakini olduğunu, əsgərlik yoldaşı Hüseyni axtardığını bildirmiş, polis əməkdaşları özünü şübhəli apardığını görüb onu Lerik RPŞ-nə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunaraq şübhəli şəxs qismində tutulduğunu hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, bu barədə qərarla tanış olmuş və ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra üzərində daşıdığı bir ədəd çantanı polis əməkdaşlarına təqdim edib içərisində avtomat silahı və patronlar olduğunu demiş, verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, həmin silah və sursatlar ona məxsusdur. Əsgərlik yoldaşı Hüseyn adlı şəxsə vermək üçün Lerik rayonuna gətirmiş, lakin Hüseynə bu barədə bildirməmiş, Hüseynlə təxminən 10 ildir ki, əlaqəsi yoxdur. Həmçinin yolda gəldiyi nəqliyyat vasitələrinin sürücülərinin də üzərində silah və sursat olmasından xəbərləri olmamışdır. Bu barədə heç kimə deməmişdir. Hüseynin onunla heç bir əlaqəsi olmamışdır. Təqdim etdiyi çantaya baxıldıqda içərisində döşəkağına bükülmüş üzərində darağı olan Kalaşnikov konstruksiyalı AKM avtomatı və çantada olan sellofan torbanın içərisində həmin avtomatda istifadə olunan 15 ədəd patron aşkar olunmuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamış, təqdim etdiyi silah, onun döyüş hissəsi və sursatlar qablaşdırılaraq götürülmüş, Təqdim etdiyi avtomat, onun darağı və 15 ədəd patron ona məxsusdur. Şəxsi axtarış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik RPŞ-in PPXB-in bölük komandiri vəzifəsində işləyir, Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. Post-patrul xidməti bölüyünün dislokasiyasına aid olan 5 saylı marşrutunda PPXB-nin bölük komandirinin müavini Kənan Sabirzadə və manqa komandiri Şahid3la Lənkəran- Lerik avtomobil yolunun 50-ci km-də üzü Lənkəran istiqamətində hərəkətdə olarkən əlində iri çanta olan bir nəfər şəxsin Lənkəran-Lerik avtomobil yolunun 50-ci km-də, Lerik rayonunun Noda kəndi ərazisində üzü Lerik şəhəri istiqamətində piyada hərəkətdə olduğunu görmüş, avtomobili saxlayıb həmin şəxsə yaxınlaşaraq özülərini təqdim etmişlər. Həmin şəxsdən anket məlumatlarını soruşduqları zaman adının Samir olduğunu, Bakı şəhərindən əsgər yoldaşı Hüseyn adlı şəxsin evinə qonaq gəldiyini bildirmiş, Təqsirləndirilən şəxs Hüseyn adlı şəxsin kimliyi, harada qalması və s. bu kimi halları soruşmuşlar, Samir suallarını cavablandıra bilmədiyinə və özünü şübhəli apardığına görə onu Lerik RPŞ-nə gətirmişlər. Lerik RPŞ-də bununla bağlı raportla şöbə rəhbərliyinə müraciət etmiş, raportun icrası şöbənin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Teymur Nuriyevə həvalə edilmiş, X3 tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışda Kənan Sabirzadə və Şahid3 iştirak etmişlər. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində daşıdığı bir ədəd çantanı təqdim edib içərisində avtomat silahı və patronlar olduğunu demiş, həmin silah-sursatın özünə məxsus olduğunu, əsgərlik yoldaşı Hüseyn adlı şəxsə vermək üçün Lerik rayonuna gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi çantaya baxıldıqda içərisində döşəkağına bükülmüş üzərində darağı olan Kalaşnikov konstruksiyalı AKM avtomatı, həmin avtomatın üzərində olan, avtomata taxılı vəziyyətdə bir ədəd daraq və sellofan torbanın içərisində həmin avtomatda istifadə olunan 15 ədəd patron aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamış, aşkar olunmuş silah, onun döyüş hissəsi və sursatlar qablaşdırılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş X2 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Şahid4 və Şahid5 məhkməyə ərizə ilə müraciət edərk, ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini bildirmişlər. Cinayət işinin materiallarında olan Şahid4 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Yasamal RPİ-nin 27-ci polis şöbəsinin əməliyyat müvəkkili işləyir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi olmamışdır. 12 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ərazidə narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında tədbirlərin keçirilməsinə razılıq alındıqdan sonra həmin gün saat təxminən 11 radələrində xarici əlamələri uyğun olan şəxsi ünvan 4 ünvanın qarşısında müşahidəyə aldıqları şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmalarını deyərək həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsində şübhəli olduğunu deyib onlarla 27-ci polis şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq onlarla 27-ci polis şöbəsinə gəlmiş, bundan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan qara rəngdə gödəkçənin sol qol cibindən 01 (bir) ədəd bükümü könüllü çıxarıb masanın üzərinə qoymuş, bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngdə spesfik iyi olan maddə olması müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə heroinin olmasını, şəxsi istifadəsi üçün 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Nəsimi rayonunun ərazisində yerləşən «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat almışdır. Təqsirləndirilən şəxs götürülən kütlə qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan Şahid5 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Yasamal RPİ-nin 27-ci polis şöbəsinin əməliyyat müvəkkili işləyir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi olmamışdır. 12 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ərazidə narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında tədbirlərin keçirilməsinə razılıq alındıqdan sonra həmin gün saat təxminən 11 radələrində xarici əlamələri uyğun olan şəxsi ünvan 4 ünvanın qarşısında müşahidəyə aldıqları şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmalarını deyərək həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsində şübhəli olduğunu deyib onlarla 27-ci polis şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq onlarla 27-ci polis şöbəsinə gəlmiş, bundan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan qara rəngdə gödəkçənin sol qol cibindən 01 (bir) ədəd bükümü könüllü çıxarıb masanın üzərinə qoymuş, bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngdə spesfik iyi olan maddə olması müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə heroinin olmasını, şəxsi istifadəsi üçün 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Nəsimi rayonunun ərazisində yerləşən «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat almışdır. Təqsirləndirilən şəxs götürülən kütlə qablaşdırılmışdır. Məhkəmə kimyəvi ekspertizası 12 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd zərfdəki 01 ədəd bükümdəyi təmiz çəkisi 0,750 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustvar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X4-Narkoloji Tibbi yolxamaya dair 16 oktyabr 2023-cü il tarixli 6573 saylı rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 28 oktyabr 2023-cü il tarixli, 23/788R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli «Kalaşnikov» konstruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələri və mexanizmləri üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. tədqiqat təqdim edilmiş 15 ədəd patronlar, zavod üsuli ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır. Təqdim edilmiş 01 ədəd əşya, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümünələri DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin istintaqa daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş AKM modelli avtomatdan atılmış güllə və giliz nümünələri İdarənin «güllə-giliz» kartotekasında «Arsenal» avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkəməyədək icraat zamanı 12 oktyabr 2023cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi Yasamal RPİ-in MSY-də saxlanılmışdır. Cinayət işində olan materiallarından görünür ki, Yasamal rayon prokurorunun müvafiq qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətninin müdafiəsindən imtina edilərək dərhal həbsdən azad edildiyinə görə barəsində 13 oktyabr 2023-cü il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli şəxs qismində 27 oktyabr 2023-cü il tarixdə saat 16:30-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında Lerik rayon Məhkəməsinin 29 oktyabr 2023-cü il tarixli 4(048)-20/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 oktyabr 2023-cü il tarixdən saat 16:30-dan hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görüünr ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,750 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,700 qram narkotik vasitə heroin və 01 ədəd 7,62 mm kalibrli «Kalaşnikov» konstruksiyalı AKM modelli avtomat, 01 ədəd avtomat silahın darağı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12 ədəd 7,62x39 mm kalibrli patronlar maddi sübut kimi tanınaraq saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cnayət törətməsini, əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmadır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə Yasamal RPİ-nin İŞ-də saxlanılan Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınmış ümumi təmiz çəkisi 0,750 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,700 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işi üzrə maddi sübut olan- Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd 7,62 mm kalibrli «Kalaşnikov» konstruksiyalı AKM modelli avtomat, 01 ədəd avtomat silahın darağı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12 ədəd 7,62x39 mm kalibrli patronlar CM-nin 99-1.1.1-ci maddəsinə əsasən müsadirə edilsin və DİN-in Təchizat İdarəsinin silah anbarına təhvil verilməli, iş üzrə ekspertiza xərci olan 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 354, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək şübbhəli şəxs qismində tutulduğu iki gün müddət azadlıqdan məhrumetmə cəzasının iki gününə bərəbər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxıraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut - Yasamal RPİ-nin İŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,700 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd 7,62 mm kalibrli «Kalaşnikov» konstruksiyalı AKM modelli avtomat, 01 ədəd avtomat silahın darağı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12 ədəd 7,62x39 mm kalibrli patronlar müsadirə edilərək DİN-in Təchizat İdarəsinin silah anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-14/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-14/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver