Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-14/2025 16.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Müdafəçi Lənkəran vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1990-ci ildə Lerik rayonu Babagil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lerik rayonu Babagil kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxx 1993-cü ildə Lerik rayonu Babagil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lerik rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Lerik rayonu Babagil kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Lerik rayonunun Babagil kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş 2025-cü ilin yanvar ayının ortalarında, gecə saatlarında Lerik rayonunun Babagil kəndi ərazisində örüş sahəsində Zərərçəkmiş şəxs2 məxsus 01 baş dişi döllü, ağ rəngli, diri çəkisi 36 kq olan və Zərərçəkmiş şəxs1 məxsus 01 baş dişi döllü, ağ rəngli diri çəkisi 32 kq olan qoyunları oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 324 manat dəyərində və zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə 288 manat dəyərində ziyan vurmuşlar. Bundan başqa o, təkrar oğurluq, yəni yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Lerik rayonunun Babagil kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş 2025-cü ilin yanvar ayının ortalarında, gecə saatlarında Lerik rayonunun Babagil kəndi ərazisində örüş sahəsində Zərərçəkmiş şəxs3 məxsus 01 baş dişi döllü, qırmızımtıl rəngli, diri çəkisi 26 kq olan və Zərərçəkmiş şəxs1 məxsus 01 baş erkək döllü, ağ rəngli, diri çəkisi 35 kq olan qoyunları təkrar oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 234 manat dəyərində və zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə 324 manat dəyərində ziyan vurmuşlar. Eyni zamanda o, təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Lerik rayonunun Babagil kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş 2025-cü ilin yanvar ayının sonlarında, gecə saatlarında Lerik rayonunun Babagil kəndi ərazisində örüş sahəsində Zərərçəkmiş şəxs1 məxsus 01 baş erkək döllü, düm ağ rəngli, diri çəkisi 30 kq olan və 01 baş dişi döllü, qaramtıl rəngli, diri çəkisi 30 kq olan qoyunları təkrar oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 540 manat dəyərində ziyan vurmuşlar. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Lerik rayonunun Babagil kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş 2025-cü ilin yanvar ayının ortalarında, gecə saatlarında Lerik rayonunun Babagil kəndi ərazisində örüş sahəsində Zərərçəkmiş şəxs2 məxsus 01 baş dişi döllü, ağ rəngli, diri çəkisi 36 kq olan və Zərərçəkmiş şəxs1 məxsus 01 baş dişi döllü, ağ rəngli diri çəkisi 32 kq olan qoyunları oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 324 manat dəyərində və zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə 288 manat dəyərində ziyan vurmuşlar. Bundan başqa o, təkrar oğurluq, yəni yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Lerik rayonunun Babagil kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş 2025-cü ilin yanvar ayının ortalarında, gecə saatlarında Lerik rayonunun Babagil kəndi ərazisində örüş sahəsində Zərərçəkmiş şəxs3 məxsus 01 baş dişi döllü, qırmızımtıl rəngli, diri çəkisi 26 kq olan və Zərərçəkmiş şəxs1 məxsus 01 baş erkək döllü, ağ rəngli, diri çəkisi 35 kq olan qoyunları təkrar oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 234 manat dəyərində və zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə 324 manat dəyərində ziyan vurmuşlar. Eyni zamanda o, təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Lerik rayonunun Babagil kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş 2025-cü ilin yanvar ayının sonlarında, gecə saatlarında Lerik rayonunun Babagil kəndi ərazisində örüş sahəsində Zərərçəkmiş şəxs1 məxsus 01 baş erkək döllü, düm ağ rəngli, diri çəkisi 30 kq olan və 01 baş dişi döllü, qaramtıl rəngli, diri çəkisi 30 kq olan qoyunları təkrar oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 540 manat dəyərində ziyan vurmuşlar. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonu Babagil kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 dayısı oğludur, onunla arasında münasibət həmişə yaxşı olub. 2025-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs2 ona zəng edərək İqbalın otardığı kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları oğurlamağı təklif etmiş, pula ehtiyacı olduğuna görə onunla razılaşmış və Ramizin olduğu yerə gəlmişdir. Həmin gün saat 20 radələrində örüş sahəsindən 02 baş dişi döllü, ağ rəngli, təqribi çəkiləri 30-35 kq olan quzuları oğurlayıb ona məxsus Vaz 2106 markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qoyaraq Masallı rayonuna aparıb tanımadığı şəxsə 360 manat satıb pulu arasında bölmüşlər. Təxminən 2-3 gün sonra yenidən ona məxsus avtomobillə örüş sahəsindən 01 baş erkək döllü, ağ rəngli və 01 baş dişi döllü, qırmızımtıl rəngli, təqribi çəkiləri 30-32 kq olan xırdabuynuzlu heyvanı avtomobilinə yükləyib Lənkəran şəhərinə aparıb 400 manata satıb pulunu aralarında bölmüşlər. Daha sonra 2-3 gün sonra, yanvar ayının sonlarında yenidən Ramizin meşəlik ərazidə gizlətdiyi 01 baş erkək döllü, ağ rəngli və 01 baş dişi döllü, qaramtıl rəngli, təqribi çəkiləri 30-30 baş xırdabuynuzl heyvanları axşam saat 21 radələrində avtomobilə yükləyib Masallı rayonuna aparıb 350 manata satıb pulunu aralarında bölmüşlər. Təqsirləndirilən şəxs2 ilə birlikdə 06 baş kənd sakinlərinə məxsus xırda buynuzlu heyvanları oğurlayıb sataraq pulunu aralarında bölmüşlər. Heyvanları satarkən heyvanların oğurluq olmasından heç kimin məlumatı olmamışdır. Törətdiyi əməldən peşimandır, ilk dəfədir cinayət törədir, zərərçəkmiş şəxslərə və qoyunları satdığı şəxslərə vurduğu ziyanı tam şəkildə ödəmişlər və həmin şəxslərlə barışmışlar. Bütün bunları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonu Babagil kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 qohumudur, onunla arasında münasibət həmişə yaxşı olub. 2025-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs1 zəng edərək İqbalın otardığı kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları oğurlamağı təklif etmişdir. Bir az sonra Qalib onun olduğu yerə gəlmiş və örüş sahəsindən birinci dəfə 02 baş dişi döllü ağ rəngli, təqribi çəkiləri 30-35 kq olan quzuları oğurlayıb Qalibin idarə etdiyi Vaz 2106 markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib Masallı rayonuna aparıb tanımadığı şəxsə 360 manat satıb pulu aralarında bölmüşlər. Təxminən 2-3 gün sonra yenidən Təqsirləndirilən şəxs1 məxsus həmin avtomobillə örüş sahəsindən 01 baş erkək döllü, ağ rəngli və 01 baş dişi döllü, qırmızımtıl rəngli, təqribi çəkiləri 30-32 kq olan xırdabuynuzlu heyvanı avtomobilinə yükləyib Lənkəran şəhərinə aparıb 400 manata satıb pulunu arasında bölmüşlər. Daha sonra 2-3 gün sonra, yanvar ayının sonlarında yenidən meşəlik ərazidə gizlətdiyi 01 baş erkək döllü, ağ rəngli və 01 baş dişi döllü, qaramtıl rəngli, təqribi çəkiləri 30-30 baş xırdabuynuzl heyvanları axşam saat 21 radələrində Qalibə məxsus avtomobilə yükləyib Masallı rayonuna aparıb 350 manata satıb pulunu arasında bölmüşlər. Təqsirləndirilən şəxs1 ilə birlikdə 06 baş kənd sakinlərinə məxsus xırda buynuzlu heyvanları oğurlayıb sataraq pulu aralarında bölmüşlər. Heyvanları satarkən heyvanların oğurluq olmasından heç kimin məlumatı olmamışdır. Törətdiyi əməldən peşimandır, ilk dəfədir cinayət törədir, zərərçəkmiş şəxslərə və qoyunları satdığı şəxslərə vurduğu ziyanı tam şəkildə ödəmişlər və həmin şəxslərlə barışmışlar. Bütün bunları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli onlarınn özlərinin ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təsəsrrüfatla məşğul olmaqla ailəsini dolandırır. İqbal adlı şəxs kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları örüş sahəsində otarmağı qarşılığında məvacib alır. 41 baş ona məxsus xırdabuynuzlu heyvanını 1 ilə yaxındır ki, İqbal adlı şəxsə otarmaq mqəsədilə vermişdir. 01 fevral 2025-ci il tarixdə, saat 12 radələrində İqbal telefon vasitəsilə ona zəng edərək 6 baş xırdabuynuzlu heyvanın itdiyini, onlardan 04 baş xırdabuynuzlu heyvanın ona məxsus olduğunu demişdir. O bu barədə Lerik rayon polis şöbəsinə müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin xırdabuynuzlu heyvanları Ramiz və Qalib oğurlamışlar. Ona məxsus xırdabuynuzlu heyvanlar 01 baş erkək döllü, ağ rəngli, diri çəkisi 35 kq olan, dəyəri 360 manat, 01 baş erkək döllü, düm ağ rəngli, diri çəkisi 30 kq olan, dəyəri 300 manat, 01 baş dişi döllü, qaramtıl rəngli, diri çəkisi 30 kq olan, dəyəri 280 manat, 01 baş dişi döllü, ağ rəngli diri çəkisi 32 kq olan, dəyəri 320 manat dəyərində heyvanlarının oğurlanması nəticəsində ona təxminən 1260 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurlmuş ziyan tam olaraq ödənilmişdir. Ondan üzr istəmiş və bağışlanmalarını xahiş etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışdığından onlardan heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, çobanlıqla məşğul olmaqla ailəsini dolandırır. Kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları örüş sahəsində otarmağı qarşılığında məvacib alır. 91 baş xırdabuynuzlu heyvanı örüş sahəsində hər gün səhər saat 09 radələrində aparıb axşamüstü 18 radələrində Babagil kəndində yaşadığı evin həyətinə gətirərək saxlayırmış. Hazırda həyətində olan 91 baş xırdabuynuz heyvanın 9 başı ona məxsus, 41 baş Nüsrətə məxsus, 6 baş Nizaminin, qalanı isə müxtəlif kənd sakinlərinə məxsusdur. 31 yanvar 2025-ci ildə örüş sahəsində otardığı xırdabuynuzlu heyvanlar ilə birlikdə Babagil kəndinin örüş sahəsində olarkən Ruslan və Qalib onun yanına gələrək onun ad günü münasibəti ilə təbrik edib içki içib yemək yemələrini təklif etmişlər. O razılaşmış, həmin şəxslərlə birlikdə örüş sahəsində spirtli içki qəbul edib yemək yemişlər. Daha sonra heyvanları evinin həyətyanı sahəsinə gətirmiş, sərxoş olduğundan heyvanları saya bilməmişdir. 01 fevral 2025-ci il tarixdə, saat 09 radələrində həmişəki kimi heyvanları Babagil kəndinin örüş sahəsinə aparmışdır. Örüş sahəsində saat 12 radələrində xırdabuynuzlu heyvanları saymış, 6 baş xırdabuynuzlu heyvanın olmadığını görüb, həmin heyvanların sahiblərinə telefon vasitəsilə bu barədə məlumat vermişdir. İtmiş heyvanlardan 4 başı Nüsrətə məxsus, 1 başı Nizamiyə məxsus, 1 başı ona məxsusdur. Daha sonra ona məlum olmuşdur ki,həmin xırdabuynuzlu heyvanları Ramiz və Qalib oğurlamışlar. 1 baş dişi döllü, ağ rəngli, diri çəkisi 36 kq olan, xırdabuynuzlu heyvanının oğurlanması nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Ondan üzr istəmiş və bağışlanmalarını xahiş etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışdığından onlardan heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ibtidai istintaq zamanı verdiyini ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Ondan üzr istəmiş və bağışlanmalarını xahiş etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışdığından onlardan heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, təsəsrrüfatla məşğul olmaqla ailəsini dolandırır. İqbal adlı şəxs kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları örüş sahəsində otarmağı qarşılığında məvacib alır. 7 baş ona məxsus xırdabuynuzlu heyvanı 1 ilə yaxındır ki, İqbal adlı şəxsə otarmaq məqəsədi ilə vermişdir. 01 fevral 2025-ci il tarixdə saat 12 radələrində İqbal telefon vasitəsilə ona zəng edərək 6 baş xırdabuynuzlu heyvanın itdiyini, onlardan 01 baş xırdabuynuzlu heyvanın ona məxsus olduğunu demişdir. O bu barədə Lerik rayon polis şöbəsinə müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin xırdabuynuzlu heyvanları Ruslan və Qalib oğurlamışlar. 1 baş dişi döllü, qırmızımtıl rəngli, diri çəkisi 26 kq olan, xırdabuynuzlu heyvanımın oğurlanması nəticəsində ona 220 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Lənkəran rayonu, Haftoni kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Şahid1 tanışıdır. Şahid1 qəsəbə ərazisində bir yerdə olanda ona qurban kəsmək üçün 2 baş qoyun lazım olduğunu və qoyun satan olanda ona xəbər etməyini xahiş etmişdir. Xatırladığı qədər 2025-ci ilin yanvar ayında Lerik rayonunda tanış olduğu Qalib telefon əlaqəsi saxlayaraq onun tanışı Ramizin qoyun satdığını bildirmişdir. O tanışı Elvinin 2 baş qoyun almaq istədiyini ona bildirmişdir. Sonra Elvin ilə telefon əlaqəsi saxlayaraq tanışı Qalibin qoyun satdığını ona demiş və Elvin qoyunları almaq istədiyini bildirmişdir. Həmin gün saat 19 radələrində Qalib ilə Lənkəran Kərkəlan kəndində görüşmüşlər. Qalib qoyunların gəldiyi VAZ 2106 markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olduğunu həmin qoyunların onunla birtlikdə gələn Ramizə məxsus olduğunu bildirmişdir. Qalibin gəldiyi VAZ 2106 markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər və Lənkəran rayonu, Haftoni qəsəbəsinə Elvinin yaşadığı evə getmişlər. Elvin onları evinin həyətyanı sahəsində qarşılamışdır. Gəldiyi avtomobilin yük yerindən qoyunları düşürdükdən sonra Elvin qoyunlara baxmış və almaq istədiyini bildirmişdir. Elvin 2 baş qoyunu Ramiz və Qalibdən 400 manata almışdır. Ramiz və Qalib qoyunları Elvinə satdıqdan sonra gəldikləri avtomobilə əyləşərək oranı tərk etmişlər. O da öz yaşadığı evə getmişdir. Həmin 2 baş qoyunu oğurluq olması barədə məlumatı olmamışdır. Ramiz və Qalibdən əvvələr heyvan almamışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq Elvinə satılan qoyunların oğurluq olduğunu bildirmişdir. O bu barədə Elvinə məlumat vermişdir. Polis əməkdaşları ilə birlikdə Elvinin yaşadığı evə getmişlər. Qoyunları Lerik RPŞ-nin əməkdaşlarına təhvil vermişlər, daha sonra Ramiz və Qalib ziyanı ödəmişdir. Məhkəmə iclasında şahid qismindən dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Lənkəran rayonu, Haftoni kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orada yaşayır. 2025-ci ilin yanvar ayında qurban kəsmək üçün ona qoyun lazım olduğunu tanışı Şahid4 bildirmiş və qoyun satan olanda ona xəbər etməsini ondan xahiş etmişdir. Təxminən 2025-ci ilin yanvar ayında Zaur onunla telefon əlaqəsi saxlayaraq tanıdığı bir nəfər şəxsin qoyun satdığını bildirmişdir. O Zaura qoyunları almaq istədiyini bildirmişdir. Bir neçə saat sonra Zaurdan əlavə sonradan adları ona məlum olan Ramiz və Qalib birlikdə VAZ 2106 markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Haftoni qəsəbəsində yerləşən evinə gəlmişlər və 2 baş qoyunun gəldikləri avtomobilin yük yerində olduğunu bildirmişlər. Heyvanları avtomobilin yük yerindən düşürdərək baxdıqdan sonra 01 baş ağ rəngli erkək döllü və 01 baş qırmızımtıl rəngli dişi döllü qoyunları Ramiz və Qalibdən 400 manata almışdır. Ramiz və Qalib qoyunları pulunu ondan aldıqdan sonra onun həyətini tərk etmişlər. O həmin qoyunları öz həyətində olan digər qoyunlarına qatmışdır. Aldığı 2 baş qoyunu oğurluq olması barədə məlumatı olmamışdır. Həmin şəxslərdən əvvəllər heyvan almamışdır. xx.xx.2025-ci il tarixdə Zaur onunla elefon əlaqəsi saxlayaraq aldığı qoyunların oğurluq olduğunu bildirmişdir. Həmin 02 baş qoyunu xx.xx.2025-ci il tarixdə Lerik rayon polis şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Daha sonra Qalib və Ramiz onun 400 manat ziyanını tam şəkildə ödəmişdir. Şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Şahid2 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Kasagül kəndi qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orada yaşayır. 31 yanvar 2025-ci il tarixdə tarixdə tanışı Rəsulgilə qonaq getmişdir. Həmin vaxtı Rəsul ona sosial şəbəkədə tanış olduğu Ramizin 2 baş qoyun satdığını bildirmişdir. O həmin qoyunları almaq istədiyini ona bildirmiş və yaşadığı evə getmişdir. Bir neçə saat sonra Rəsul sonradan adları ona məlum olan Ramiz və Qalib ilə birlikdə VAZ 2106 markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kasagül kəndində yerləşən evinə gəlmişlər. 01 baş erkək döllü, ağ rəngli və 01 baş dişi döllü ağ rəngli qoyunun gəldikləri avtomobilin yük yürində olduğunu bildirmişlər. Heyvanları avtomobilin yük yerində düşürdərək baxdıqdan sonra həmin qoyunları Ramiz və Qalibdən 350 manata almışdır. Ramiz və Qalib qoyunların pulunu ondan aldıqdan sonra onun həyətini tərk etmişlər. O həmin qoyunları həyətində olan tövləyə yerləşdirmişdir. Aldığı 2 baş qoyunun oğurluq olması barədə məlumatı olmamışdır. Ramiz və Qalibdən əvvələr heyvan almamışdır. xx.xx.2025-ci il tarixdə Rəsul onunla telefon əlaqəsi saxlayaraq aldığı qoyunların oğurluq olduğunu bildirmişdir. Polis əməkdaşları yaşadığı evə yaxınlaşıb aldığı 2 baş qoyuna baxış keçirdikdən sonra həmin qoyunların oğurluq olduğunu ona bildirmişlər. Daha sonra həmin 02 baş qoyunu Lerik rayon polis şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Onun 350 manat pulunu Ramiz və Qalib tam şəkildə ödəmişdir. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Kasagül kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. 31 yanvar 2025-ci il tarixdə saat 18 radələrində sosial şəbəkədə tanış olduğu Ramiz onunla telefon əlaqəsi saxlayaraq özünə məxsus 2 baş qoyunu satdığını bildirmişdir. O bir tanışı Vüsayiblə telefon əlaqəsi saxlayaraq tanışı Ramizin qoyun satdığını ona bildirmişdir. Vüsayib ona həmin qoyunları almaq istədiyini bildirmişdir. Həmin gün saat 20 radələrində Ramiz və adı sonradan ona məlum olan Qalib ilə Birlikdə VAZ 2106 markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu, Kasagül kəndinə gəlmişlər. Onlarla kənd ərazisində görüşdükdən sonra gəldikləri avtomobilə əyləşmiş və Vüsayibgilə getmişlər. Vüsayib onları evinin həyətyanı sahəsində qarşılamışdır. Gəldiyi avtomobilin yük yerindən qoyunları düşürdükdən sonra Vüsayib qoyunlara baxmış və almaq istədiyini bildirmişdir. Vüsayib 01 baş erkək döllü və 01 baş dişi döllü qoyunu Ramiz və Qalibdən 350 manata almışdır. Ramiz və Qalib qoyunları Vüsayibə satdıqdan sonra gəldikləri avtomobilə əyləşərək oranı tərk etmişlər. Həmin 2 baş qoyunu oğurluq olması barədə məlumatı olmamışdır. Ramiz və Qalibdən əvvələr heyvan almamışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq Vüsayibin aldığı qoyunların oğurluq olduğunu bildirmişdir. O bu barədə Vüsayibə məlumat vermişdir. Polis əməkdaşları ilə birlikdə Vüsayibin yaşadığı evə getmişlər. Polis əməkdaşları qoyunlara baxış kecirdikdən sonra həmin qoyunların oğurluq olduğunu onlara bildirmişlər. Həmin qoyunları polis əməkdaşlarına təqdim etmişlər, daha sonra ziyanı qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Noda kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məxsus 01 baş dişi döllü, ağ rəngli, diri çəkisi 36 kq olan qoyunun, Zərərçəkmiş şəxs3 məxsus 01 baş dişi döllü, qırmızımtıl rəngli, diri çəkisi 26 kq olan qoyunun, Zərərçəkmiş şəxs1 məxsus 01 baş dişi döllü, ağ rəngli diri çəkisi 32 kq olan qoyunun, 01 baş erkək döllü, ağ rəngli, diri çəkisi 35 kq olan qoyunun, 01 baş erkək döllü, düm ağ rəngli, diri çəkisi 30 kq olan qoyunun və 01 baş dişi döllü, qaramtıl rəngli, diri çəkisi 30 kq olan qoyunların 2025-ci ilin yanvar ayında oğurlanması ilə əlaqədar vurulmuş ziyanın məbləğini müəyyən etmək məqsədilə təqdim olunmuş material nəzərdən keçirilmiş və Lerik rayonu ərazisində qaramal ətinin satışı ilə məşğul olan şəxslər arasında keirilmiş sorğu zamanı məlum olmuşdur ki, 2025-ci ilin avqust ayı ərzində Lerik rayonu ərazisində 1 kq qoyun ətinin pərakəndə satış qiyməti 18,00 manata müəyyən edilmişdir. Təqdim olunmuş materialdan görünür ki, xırdabuynuzlu heyvanlarda diri çəki nisbətində ət çıxarı 50 %-ə düşür, belə olduğu halda Zərərçəkmiş şəxs2 məxsus 01 baş dişi döllü, ağ rəngli, diri çəkisi 36 kq olan qoyunun ət çıxarı 18 kq, Zərərçəkmiş şəxs3 məxsus 01 baş dişi döllü, qırmızımtıl rəngli, diri çəkisi 26 kq olan qoyunun ət çıxarı 13 kq, Zərərçəkmiş şəxs1 məxsus 01 baş dişi döllü, ağ rəngli diri çəkisi 32 kq olan qoyunun ət çıxarı 16 kq, 01 baş erkək döllü, ağ rəngli, diri çəkisi 35 kq olan qoyunun ət çıxarı 18 kq, 01 baş erkək döllü, düm ağ rəngli, diri çəkisi 30 kq olan qoyunun ət çıxarı 15 kq və 01 baş dişi döllü, qaramtıl rəngli, diri çəkisi 30 kq olan qoyunun ət çıxarı 15 kq təşkil edir, ətin pərakəndə satışı qiymətini və qaramalların nəzəri olaraq ayaq üstə təxmini diri diri çəkisinə uyğun qiymətləndirilərək alışı və satışını nəzərə alıb orta bazar qiymətlərinə uyğun 18x18=324 manat, 13x18=234 manat, 16x18=288 manat, 18x18=324 manat, 15x18=270 manat və 15x18=270 manat olmaqla, ümumilikdə 1710 (min yedi yüz on) manat qiymətləndirilməsi məqsədə müvafiqdir. Beləliklə aparılmış araşdırma və hesablamaya görə vət. Lerik rayonunun Babagil kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 01 baş qoyunun oğurlanması ilə ona 324 (üç yüz iyirmi dörd) manat, Zərərçəkmiş şəxs3 məxsus 01 baş qoyunun oğurlanması ilə ona 234 (iki yüz otuz dörd) manat, Zərərçəkmiş şəxs1 məxsus 04 baş qoyunun oğurlanması ilə ona 1152 (bir min yüz əlli iki) manat məbləğində, ümumilikdə zərərçəkmiş şəxslərə 1710 (min yedi yüz on) manat ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, Lerik rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən və Lerik rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Lerik rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edilmiş və ona qəti olaraq 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Lerik Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 7(048)-03/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 1 ay 20 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respubkikasının CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi onların özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəymiş ziyanı tam olaraq ödəmələri Azərbaycan Respublikası CM-nın 59.1.13 -cü maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, həmçinin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini, əməllərindən səmimi peşman olmalarını və zərərçəkmiş şəxslərin onlardan şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar qismində nəzərə alır Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də vurulmuş ziyanı tam olaraq ödəməsini nəzərə alır və belə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 04 fevral 2025-ci il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 05 fevral 2025-ci il tarixdə saat 15:05-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 05 fevral 2025-ci il tarixdə, gecə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 05 fevral 2025-ci il tarixdə saat 16:15-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İşdə olan qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 01 baş dişi döllü, qırmızımtıl rəngli qoyun, Zərərçəkmiş şəxs1 məxsus 01 baş dişi döllü, ağ rəngli diri çəkisi 32 kq olan, 01 baş erkək döllü, ağ rəngli, diri çəkisi 35 kq olan və 01 baş erkək döllü, düm ağ rəngli, diri çəkisi 30 kq olan qoyunlar maddi sübut kimi tanınmış və işin nəticəsinə kimi saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 04 fevral 2025-ci il tarixdən 05 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini olan Lerik rayonu, Babagil kəndində yerləşdiyi evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 05 fevral 2025-ci il tarixdən saat 00:30-dan 05 fevral 2025-ci il saat 16:15-dək şübhəli şəxs qismində tutulduğu bir gün CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzadan 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Babagil kənidində yerləşdiyi evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə verilmiş Zərərçəkmiş şəxs3 məxsus 01 baş dişi döllü, qırmızımtıl rəngli qoyun, Zərərçəkmiş şəxs1 məxsus 01 baş dişi döllü, ağ rəngli diri çəkisi 32 kq olan, 01 baş erkək döllü, ağ rəngli, diri çəkisi 35 kq olan və 01 baş erkək döllü, düm ağ rəngli, diri çəkisi 30 kq olan qoyunların sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №1(048)-14/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-14/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver