Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-15/2023 29.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:00-da Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1976-cı ildə Lerik rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Lerik rayonunun Gürdəsər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvansız evdə kirayədə yaşamış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(007)-308/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı Apelyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 1 (103)-2392/2022 saylı qərarı ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında cəza çəkən, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30 sentyabr 2020-ci il tarixdən başlayaraq 04 aprel 2010-cu il tarixdə anadan olmuş X7, 30 avqust 2011-ci il tarixdə anadan olmuş X4 və 13 yanvar 2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veri- ləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşa- ğa görə hər ay 130,00 manat, ümumilikdə 390,00 manat məbləğində alimentin tutularaq Liftiyeva (Əzimova) Zeynəb Elşad qızına ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(103)-7344/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olun- muş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 3(048)-218/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 26 iyul 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmaya- raq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 avqust 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Liftiyeva (Əzimova) Zeynəb Elşad qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 8750, 00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonun- cuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Gürdəsər kəndində qeydiyyatda olsada on beş ildən artıqdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Fərzəliyev küçəsində yerləşən ünvansız evdə kirayədə yaşamışdır. Həmin tarixdən etibarən Bakı şəhərinin müxtəlif yerlərində fərdi olaraq fəhləliklə məşğul olmaqla gündəlik gəliri orta hesabla 15 (on beş) - 20 (iyirmi) manat müqabilində təşkil etmişdir. 2009-cu ilin iyun ayının 25-də Əzimova (Liftiyeva) Zeynab Elşad qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 04 aprel 2010-cu il tarixdə Murad adlı, 30 avqust 2011-ci il tarixdə Mədinə adlı və 13 yanvar 2019-cu il tarixdə Rəvan adlı üç övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2019-cu ilin qış aylarında keçmiş həyat yoldaşı Zeynəb Əzimova ilə ayrılmaq qərararına gələrək ayrı-ayrı ünvanlarda yaşamağa başlamışlar. Həmin vaxtdan bir müddət keçəndən sonra 2021-ci ilin əvvəllərində keçmiş həyat yoldaşı Zeynəb Əzimova ondan boşanmağa görə və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 30 sentyabr 2020-ci il tarixdən başlayaraq 04 aprel 2010-cu il təvəllüdlü Murad Əzimovun, 30 avqust 2011-ci il təvəllüdlü Mədinə Əzimovanın və 13 yanvar 2019-cu il təvəllüdlü Rəvan Əzimovun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 175, 00 manat, ümumilikdə cəmi 525,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zeynəb Əzimovaya ödənilməsinə dair 26 fevral 2021-ci il tarixli, 2(007)-605/2021 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi ona qarşı qərəzli olaraq çıxarıldığı üçün qətnamədən razı olmadığına görə 2021-ci ilin payız aylarında apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(007)-605/2021 saylı qətnaməsi üzrə qeyd edilmiş alimentin məbləği dəyişdirilərək yuxarıda adları qeyd edilmiş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 130,00 manat, ümumilikdə cəmi 390,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zeynəb Əzimovaya ödənilməsinə dair 17 sentyabr 2021-ci il tarixli, 2(103)-7344/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Keçmiş həyat yoldaşı Zeynəb Əzimovaya məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən bir neçə dəfə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Lerik Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 3(048)-126/2021-ci il tarixli qərarı ilə 10 (on) gün, 24 yanvar 2022-ci il tarixli, 3(048)-20/2022-ci il tarixli qərarı ilə 10 (on) gün və 18 iyul 2022-ci il tarixli, 3(048)- 218/2022-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Zeynəb Əzimovaya alimentə görə 90,00 manat məbləğdə ödəniş etdiyini, 19 avqust 2022-ci il tarixədək 8750,00 manat qalıq borcu qaldığını və aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Zeynəb Əzimovanın üç az yaşlı uşağı ilə ona görüşə icazə vermədiyi üçün ödəniş etmədiyini bildirmişdir. Məhkəmə qətnaməsinin icrasından yayınmır, maddi vəziyyəti imkan verdikcə qətnamə üzrə borcunu hissə-hissə ödəyə biləcəkdir. Ona görə də məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2009-cu ilin iyun ayının 26-da Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 04 aprel 2010-cu il tarixdə Murad adlı, 30 avqust 2011-ci il tarixdə Mədinə adlı və 13 yanvar 2019-cu il tarixdə Rəvan adlı üç övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2019cu ilin qış aylarında keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə ayrılmaq qərararına gələrək ayrı-ayrı ünvanlarda yaşamağa başlamışlar. Həmin vaxtdan bir müddət keçəndən sonra azyaşlı uşaqlarının böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyinə görə və Təqsirləndirilən şəxs bir ata kimi uşaqların taleyi ilə maraqlanmadığı üçün 2021-ci ilin əvvəllərində sonuncudan boşanmaqdan və uşaqların saxlanılmasından ötrü aliment pulunun alınmasına dair aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 30 sentyabr 2020-ci il tarixdən başlayaraq 04 aprel 2010-cu il təvəllüdlü X7, 30 avqust 2011-ci il təvəllüdlü X4 və 13 yanvar 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 175,00 manat, ümumilikdə cəmi 525,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 26 fevral 2021-ci il tarixli, 2(007)-605/2021 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs qətnamədən narazı olduğu üçün 2021-ci ilin payız aylarında apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(007)-605/2021 saylı qətnaməsi üzrə qeyd edilmiş alimentin məbləği dəyişdirilərək yuxarıda adları qeyd edilmiş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa hər ay 130,00 manat, ümumilikdə cəmi 390,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 17 sentyabr 2021-ci il tarixli, 2(103)-7344/2021 saylı qətnamə çıxarılmış və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Lerik Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün sonuncunun barəsində icra məmuru tərəfindən bir neçə dəfə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Lerik Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 3(048)-126/2021-ci il tarixli qərarı ilə 10 (on) gün, 24 yanvar 2022-ci il tarixli, 3(048)- 20/2022-ci il tarixli qərarı ilə 10 (on) gün və 18 iyul 2022-ci il tarixli, 3(048)-218/2022-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bunlara baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona alimentə görə borclu olduğu məbləği ödəməkdən qəsdən qərəzli olaraq yayınmağa başlamışdır. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə 90,00 manat məbləğində ödəniş etdiyini və 19 avqust 2022-ci il tarixədək 8750,00 manat borcu qaldığını bildirərək qeyd edilən məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş edir. Odur ki, Şucaət Əzimovdan qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edərək, təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 ifadəsində göstərdi ki, 29 aprel 2021-ci il tarixdə şöbəyə daxil olmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(007)- 605/2021 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 30 sentyabr 2020-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay cəmi 525,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi dərhal icra olunmasından ötrü 29 aprel 2021-ci il tarixdə icraata başlama qərarı qəbul edilərək icra olunmasından ötrü borcluya göndərilmiş, tələbkara və məhkəməyə məlumat verilmişdir. "Elektron İcra" X3 Əzimovun barəsində müvafiq sorğular edilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Lerik rayonu, Gürdəsər kəndində yaşamadığı və icra məmurunun çağırışlarına gəlmədiyi üçün 07 may 2021-ci il tarixdə barəsində axtarış qərarı qəbul olunaraq icra olunmasından ötrü Lerik Rayon Polis Şöbəsinə göndərilmiş və barəsində 15 may 2021-ci il tarixdə axtarış işi açılmışdır. 31 may 2021-ci il tarixdə icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Lerik Rrayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Lerik Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmiş və həmin tarixdə borcunun ödəməsi üçün borclunun izahatı alınmış, izahatında qeyd etmişdir ki, hazırda heç bir yerdə işləmir və aliment borcunu ödəmək imkanınıda deyildir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Lerik Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 3(048)-126/2021 saylı inzibati xəta haqqında qərarına əsasən Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs inzibati qaydada həbsdən çıxdıqdan sonra 10 iyun 2021ci il tarixdə tələbkara olan 4725,00 manat aliment borcunun ödəməsi üçün cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq məktubu verilmişdir. 17 iyun 2021-ci il tarixdə icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması üçün təqdimat ilə Lerik Rayon Məhkəməsinə müraciət olunmuş və həmin rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 8(048)-29/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 15 avqust 2021-ci il tarixdə icra sənədi üzrə tələbkar Liftiyeva (Əzimova) Zeynəb Elşad qızı şöbəyə müraciət edərək aliment borcunun ödənilməsini tələb etmişdir. Lakin icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yenidən yaşayış yerini tərk etmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs barəsində yenidən 24 dekabr 2021-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə göndərilmiş və Lerik Rayon Polis Şöbəsində barəsində 14 yanvar 2022-ci il tarixdə axtarış işi açılmışdır. 24 yanvar 2022-ci il tarixdə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tutularaq Lerik Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmiş və aliment borcunun ödəməsi üçün izahatı alınmış və izahatında heç bir yerdə işləmədiyi üçün aliment borcunu ödəmək imkanında olmadığını qeyd etmişdir. 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Lerik Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(048)-20/2022 saylı qərarına əsasən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs inzibati qaydada həbsdən çıxdıqdan sonra 8925,00 manat aliment borcunun ödəməsi üçün cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq məktubu verilmişdir. 14 aprel 2022-ci il tarixdə Lerik Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(103)-7344/2021 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 30 sentyabr 2020-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 390,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(103)-7344/2021 saylı icra sənədi dərhal icra olunmasından ötrü 14 aprel 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbkara və məhkəməyə məlumat verilmişdir. "Elektron İcra" X3 Əzimovun barəsində müvafiq sorğular edilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Lerik rayonu, Gürdəsər kəndində yaşamadığı və icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində 28 aprel 2022-ci il tarixdə axtarış qərarı qəbul olunaraq icra olunması üçün aidiyyəti üzrə göndərilmiş və 08 may 2022-ci il tarixdə Lerik Rayon Polis Şöbəsində axtarış işi açılmışdır. 16 iyul 2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin tarixdə şöbəyə təhvil verilmiş və aliment borcunun ödənilməsi istiqamətində izahatı alınmışdır. Borclu izahatında qeyd etmişdir ki, hazırda işləmədiyi üçün imkanı olmadığından aliment borcunu ödəmək iqtidarında deyil. 18 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin həmin tarixli, 8(048)-218/2022 saylı inzibati xəta haqqında qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə həbs edilmişdir. 26 iyul 2022-ci il tarixdə icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Lerik Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq borcunun ödənilməsi üçün bildiriş təqdim edilmiş, 8490,00 manat aliment borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunması üçün barəsində qanuna müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Yenidən borclu Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlərinin olub-olmamamasını yoxlamaq məqsədi ilə "Elektron İcra" İnformasiya Sistemindən müvafiq sorğular edilmiş, lakin borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və digər gəlir yerləri aşkar edilməmişdir. Həmçinin iş üzrə tələbkar Zərərçəkmiş şəxs borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasından ötrü istintaq idarəsinə təqdimat verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(103)-7344/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixə kimi tələbkar Zərərçəkmiş şəxs alimentə görə olan borcundan 90,00 manat ödəniş etmiş və həmin tarixə kimi 8750,00 manat alimentə görə qalıq borcu vardır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 Xaniş oğlu şahid qismində dindirilmiş X2 göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Lerik Rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd ərazi icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(007)-308/ 2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 130-ci maddəsinin 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə (qüvvədə olan İXM-nin 528-ci maddəsi. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qərarda həmçinin qeyd olunmuşdur ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(007)- 308/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 1 (103)-2392/2022 saylı qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(007)-308/2022 saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilindiyi 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasının əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Gördündüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə Bakı Apelyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından əvvəl hazırki cinayəti törətmişdir. (18 iyul 2022-ci il tarixdə inzibati qaydada həbs tənbeh növü təyin edilmiş və 26 iyul 2022-ci il tarixdə isə rəsmi qaydada xəbərdarlıq edilmişdir.) Belə olan halda məhkəmə hesab edir ki, əvvəl törətdiyi halda, ona cəza CM-nın 66cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qaydalar əsasında təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CMnın 66.1-66.2-ci maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası CM-nın 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmadır. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 1 (103)- 2392/2022 saylı qərarı ilə təyin edilmiş 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasını cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-15/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-15/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver