Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-15/2024 14.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1956-cı ildə Lerik rayonunun Molalan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Lerik rayonunun Molalan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 08 iyul 2023-cü il tarixdə, saat 09 radələrində Noda- Şingədulan-Xanagah avtomobil yolunun Lerik rayonunun Molalan kəndinin ərazisindən keçən sahəsindən Molalan kəndinə ayrılan yolun başlanğıcında, Molalan kənd yolunun təmirinə Şingədulan kəndinin ərazisindən, yolayrıcından başlanması, həmkəndlisi Zərərçəkmiş şəxs isə Molalan kəndinin mərkəzindən başlanmasını istəməsi səbəbindən aralarında yaranan mübahisə zamanı sonuncu ilə qarşılıqlı dalaşmış, dalaşma zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona sol Vİİİ qabırğanın yerini dəyişməyən sınığı, döş qəfəsi nahiyəsində qançır, alın, sol üst göz qapağı nahiyələrində sıyrıqlarla nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş cinayət üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 08 iyul 2023-cü il tarixdə, saat 09 radələrində yaşadığı Lerik rayonunun Molalan kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş mübahisə zamanı qarşılıqlı dalaşmaqla yumruq və təpiklə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə zərbə vuraraq ona xəsarətlər yetirmişdir. Məhkəmə hazırlıq iclasından sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır, dəymiş ziyanı tam həcmdə zərərçəkmiş şəxsə ödəmişdir, hal-hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. O, zərər çəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 08 iyul 2023-cü il tarixdə, saat 09 radələrində yaşadığı Lerik rayonunun Molalan kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq və təpiklə bədənin müxtəlif nahiyələrinə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasından sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışmışdır, dəymiş ziyan tam həcmdə ona ödənilmişdir. Hazırda ondan heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs ilə barışdığını, nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 08 iyul 2023-cü il tarixli 58 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sol Vİİİ qabırğanın yerini dəyişməyən sınığı, döş qəfəsi nahiyəsində qançır, alın, sol üst göz qapağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsiridən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müyinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Sübutların qismətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmaqla iş materiallarında əlavə edilmişdir. Materiala əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, dəymiş ziyan tam həcmdə ona ödənilmişdir, ona görə də işə xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut – hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – hadisə yerinə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Mülki iddi və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-15/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-15/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver