Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-16/2024 24.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1964-cü ildə Lerik rayonun Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonun Nüvədi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 10 sentyabr 2023-cü il tarixdə, saat təxminən 18 radələrində ağır sərxoş vəziyyətdə evində qanunsuz saxlamaqla istifadə etdiyi 16 kalibrli, 182228-62 nömrəli «BUM» markalı qoşa hamarlüləli ov tüfəngini götürüb heç bir əsaslı səbəb olmadan həmkəndlisi Zərərçəkmiş şəxs1 həyətinə gəlib xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək orada olan həmkəndliləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib ətrafdakıların və kənd sakinlərinin eşidə biləcəkləri uca səslə söyüşlər söyüb belinə bağladığı patrondaşdan 2 ədəd patron götürüb tüfəngin lülələrinə qoyduqdan sonra Zərərçəkmiş şəxs1, sonuncunun yanında olan oğlu Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 doğru tuşlayaraq onlara sizi vuraram deyərək onları öldürməklə hədələmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs onları öldürmək istədiyinin real olduğunu bilərək hədəfdən yayınmaq üçün həyətdə olan ağacın arxasına keçmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs onlara tərəf bir dəfə atəş açdıqdan sonra həyətdə oturmuş Zərərçəkmiş şəxs2 doğru tüfəngi tuşlayaraq səni vururaram dedikdən sonra sonuncu Təqsirləndirilən şəxs onu öldürmək istədiyinin real olduğunu bilərək həyətdən çıxıb qonşusu Şahid1 evinə tərəf qaçdığı zaman xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2nın ardınca qaçaraq yolda sonuncuya doğru təkrar atəş açmış, onları öldürməklə hədələyərək silahdan istifadə etməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mütəmadi spirtli içki qəbul edir və sərxoş olanda özünü idarə edə bilmir. 10 sentyabr 2023-cü il tarixdə Bilnə kəndində yerləşən yeməkxanaya gəlib oradan bir ədəd 7,5 litrlik araq alıb evinə gedərək həmin araqdan bir qədər içmiş, həmin gün saat təxminən 18 radələrində həyətində saxladığı cücələrə qarğanın hücum etməsini görüb evində heç bir sənədi olmadan saxladığı 16 çaplı, qoşalülə ov tüfəngini və patrondaşı götürüb qarğanı vurmaq üçün həyətə çıxmış, uzaqdan kənd qəbristanlığının yaxınlığında qarğaların oturduğunu görüb həmin istiqamətə gedərkən həmkəndlisi Rafiqin evinin yanından keçdiyi zaman sonuncunun həyətində qaramal kəsib ağacdan asıb soyduğunu görüb tüfəng çiynində həyətə girmiş, Rafiq onu qarşılayaraq tüfənglə nə üçün həyətinə girdiyini soruşarkən hərəkətləri və sözləri sərxoş olduğuna görə ona pis təsir göstərdiyi üçün patrondaşdan patron çıxarıb tüfəngin lülələrinə qoyaraq havaya bir dəfə atəş açmış, həmin vaxt Rafiqin həyətində olan Surayyə qaçaraq həyətdən çıxıb qonşusu Zakirin evinə tərəf getdiyinə görə onun ardınca Zakirin həyətinə gedəndə ağacda qarğa görüb qarğa olan istiqamətə bir dəfə atəş açaraq Zakirin evinə girib Surayyənin evdə oturduğunu görmüş, Zakir tüfəngi ondan alaraq bayıra çıxmış, özü isə evində onun arvadı və orada olan Surayyə ilə söhbət etdiyi zaman Zakir evə qaytmış, tüfəng onda olmadığına görə tüfəngini kimə verdiyini soruşmuş, Zakir onu evindən kənara çıxartmış, tüfəngini Rafiqin evndə kiməsə verdiyini bilərək tüfəngini ona qaytarmadığına görə evinə getmiş, təxminən 1 saatdan sonra Lerik RPŞ-nin əməkdaşları evinə gələrək onunla söhbət etmiş, özündə olan patrondaşı onlara təqdim etmiş, bundan sonra onu Lerik RPŞ-nə gətirmişlər. Rafiqin həyətində və Zakirin evinə tərəf getdiyi zaman özündə olan tüfəngdən atəş açarkən hər hansı bir şəxsi öldürmək fikri olmamış, hər hansı bir şəxsə atəş açmamış, Rafiqin sözləri ona pis təsir göstərdiyi üçün onu qorxutmaq məqsədilə atəş açmışdır. Tüfənglə Rafiqin həyətinə girdiyi zaman sonuncu onu qarşılayaraq onunla söhbət edib nə üçün tüfənglə həyətinə girdiyini soruşmuş, sərxoş olduğuna görə sözləri ona pis təsir göstərdiyi üçün Rafiqi qorxutmaq məqsədilə bir dəfə havaya atəş açmış, Surayyə Rafiqin həyətində çıxıb Zakirin evinə tərəf gedərkən onun ardınca heç bir məqsədi olmadan gedərək ağacda olan qarğaya tərəf atəş açmış, Rafiqin həyətində olduğu zaman Rafiqə, oğluna və qonşusu Yaşara tərəf atəş açmamış, onları vurmaq məqsədində olmamış, əgər onlara atəş açıb vurmaq məqsədində olsaydı tüfəng əlində olduğuna görə heç kəs onun qarşını ala bilməzdi, birbaşa onların özlərinə atəş açmaq imkanı olmuşdur. Onlarla heç bir ziddiyyəti yoxdur, buna görə də onları öldürmək niyəti olmamışdır. Hadisə vaxtı özündə olan tüfəng atasından ona miras qalmışdır, tüfəngi saxlamaq üçün heç bir rəsmi sənədi yoxdur. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onu və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. 10 sentyabr 2023-cü il trixdə saat təxminən 18 radələrində təsərrüfatında olan qaramallardan bir başını kəsib ətini qonşularla bölmək üçün qonşusu Yaşar və Surayə həyətinə gəlmişlər, Yaşar və oğlu Şahinlə qaramalı kəsib soyduqları zaman həmkəndlisi Təqsirləndirilən şəxs çiynində tüfəng həyətinə daxil olaraq onunla görüşmüş, tüfəngi onda görüb nə üçün tüfənglə həyətinə gəldiyini soruşmuş, Əlibada ağır sərxoş vəziyyətdə ona «heç nə belə gəlmişəm» deyərək onunla danışığı bitirəndən sonra ondan təxminən 10-15 metr kənara çəkilərək çiynindən tüfəngi çıxarıb əlinə tutaraq belinə bağladığı patrondaşdan patronlar götürüb tüfəngin lülələrinə qoymuş, Əliabaya tüfənglə zarafat etmə deməsinə baxmayaraq sonuncu onun və ailə üzvlərinin, həmçinin həyətində olan şəxslərin ünvanına nalayiq ifadələr işlədərək söyüş söyərək ona, yanında qalan oğlu Şahin və qonşusu Yaşara tərəf atəş açmış, bundan sonra yaxınlıqda oturan qonşusu Surayə Ağayevaya tərəf tüfəngi tuşlayaraq nə üçün burada oturmusan demiş, həmin vaxt arvadı Səadət gəlib Surayəyə həyətindən çıxmasını demiş, Surayə həyətindən çıxaraq onun qardaşı Zakirin evinə tərəf getmiş, həmin anda Əlibaba onun arvadı Səadətə «sən onu nə üçün aradan çıxardırsan» deyərək Surayənin ardınca getmiş və yolda Surayəyə tərəf atəş açmış, Surayə qaçaraq onun qardaşı Zakirin evinə girmiş, Əlibaba da onun ardınca evə daxil olmuş, Zakir tüfəngi evinin daxilində Əliabadan almışdır. Bundan sonra Əliaba Zakirin evində oturmuş, Zakir Əlibabadan aldığı tüfəngi və patrondaşı onun həyətinə gətirib və oğluna vermiş, Yaşar Lerik RPŞ-nə məlumat vermiş, Bundan sonra Əlibaba Zakirnin evindən çıxıb öz evinə getmiş, təxminən 1 saatdan sonra Lerik RPŞ-nin əməkdaşları həyətinə gəlmişlər, tüfəngi və patrondaşı polisə təqdim etmişlər, daha sonra həmin əraziyə baxış keçirilmiş 2 ədəd giliz, yəni Əlibabanın atdığı gilizləri tapıb götürmüşlər. Təsvir etdiyi hadisə baş verən zaman, yəni Təqsirləndirilən şəxs onlara doğru atəş açması nəticəsində xəsarət alanlar olmamış, özü də heç bir xəsarət almamışdır. Həmin hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Əliaba Ağayev üzərində tüfəng həyətinə daxil olub onlara tərəf atəş açarkən ona maneçilik törədən olmamış, Təqsirləndirilən şəxs həyətinə daxil olanda ağır sərxoş vəziyyətdə olmuş, əlində tüfəng olduğuna görə atəş açıb onları vura biləcəyini düşünüb ona yaxınlaşan və onunla danışıq aparan olmamış, yalnız arvadı Səadət Surayəni həyətindən kənara çıxartmışdır. Əlibaba həyətində və evinin yanıda atəş açdığını eşidən kənd sakinləri narahat olub həyətinə toplaşmışlar. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onu və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. 10 sentyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə toplaşıb ətini aralarında bölüşdürmək məqsədilə qaramal kəsib dərisini soyduqları zaman Təqsirləndirilən şəxs əlində qoşalülə ov tüfəngi ağır sərxoş vəziyyətdə Rafiqin həyətinə daxil olaraq Rafiqlə görüşmüş, Rafiq ondan nə üçün tüfənglə həyətinə gəldiyni soruşmuş, Əlibada ağır sərxoş vəziyyətdə ona «heç nə belə gəlmişəm» deyərək Rafiqlə danışığı bitirəndən sonra onlardan təxmirnən 10-15 metr kənara çəkilərək çiynindən tüfəngi çıxarıb əlinə tutaraq belinə bağladığı patrondaşdan patronlar götürüb tüfəngin lülələrinə qoymuş, Rafiq ona tüfnglə zarafat etmə dedikdən sonra Əlibaba onun, Rafiqi və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək söyüş söymüş, tüfəngi ona, yanımda qalan Rafiqə və oğlu Şahinə tərəf tuşlayaraq atəş açmış, bundan sonra yaxınlıqda oturan qonşusu Zərərçəkmiş şəxs2 tərəf tüfəngi tuşlayaraq nə üçün burada oturmusan demiş, həmin vaxt Rafiqin arvadı Səadət gəlib Surayəyə həyətindən çıxmasını demiş, Surayyə həyətindən çıxaraq qonşusu Zakirin evinə tərəf getmiş, Əlibaba Surayyənin ünvanına nalayiq söyüşlər söyərək onun ardınca getmiş və yolda Surayyəyə tərəf atəş açmış, Surayyə qaçaraq Zakirin evinə girmiş, Əlababa da onun ardınca evə daxil olmuş, Zakir tüfəngi evinin daxilində Əliabadan aldıqdan sonra Əliaba Zakirin evində oturmuş, Zakir Əlibabadan aldığı tüfəngi və patrondaşı Rafiqin həyətinə gətirib Şahinə vermiş, özü dərhal Lerik RPŞnin əməkdaşı Kənan Sabirzədə ilə əlaqə saxlayıb hadisə barədə ona məlumat vermiş, bundan sonra Əlibaba Zakirin evindən çıxıb öz evinə getmiş, Əlibabanın Rafiqin həyətində atış açdığını bilən həmkəndliləri narahat olub Rafiqin həyətinə toplaşmışlar. Təxminən 1 saatdan sonra Lerik RPŞ-nin əməkdaşları Rafiqin həyətinə gəlmişlər, tüfəngi və patrondaşı polisə təqdim etmişlər, daha sonra polis tərəfindən həmin əraziyə baxış keçirilmiş 2 ədəd giliz, yəni Əlibabanın atdığı gilizlər tapılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs onlara doğru atəş açması nəticəsində xəsarət alanlar olmamış, özü də heç bir xəsarət almamış, həmin hadisə təxminən 10-15 dəqiqə davam etmiş, 10 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində Rafiqin həyətində tolpaşıb qaramal kəsib soyduqları zaman Təqsirləndirilən şəxs ağır sərxoş vəziyyətdə əlində qoşalülə ov tüfəngi Rafiqin həyətinə daxil olaraq onun, həyətdə olan Surayyə, Rafiq və ailə üzvlərinin ünvanına uca səslə söyüşlər söyüb təhqir etmiş, ona Rafiqə, oğlu Şahinə tərəf atəş açdıqdan sonra tüfəngi yaxınlıqda oturan Surayyəyə tərəf tuşlayaraq sən niyə burada oturmusan demiş, həmin vaxt Rafiqin arvadı Səadət gəlib Surayyəyə həyətindən çıxmasını demiş, Surayyə Rafiqin həyətindən çıxaraq Zakirin evinə tərəf getmiş, Əlibaba da Surayyənin ardınca gedərək yolda ona tərəf atəş açmaqla ünvanına nalayiq formada söyüşlər söyərk onu təhqir etmiş, Təqsirləndirilən şəxs Rafiqin həyətinə daxil olanda ağır sərxoş vəziyyətdə, əlində tüfəng olduğuna görə atəş açıb onları vura biləcəyini düşünüb heç kəs ona yaxınlaşmamış və onunla danışıq aparan olmamış, yalnız Səadət Surayyəni həyətindən kənara çıxartmışdır. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Lerik rayonunun Nüvədi kəndində tənha yaşayır, heç yerdə işləmir, təqaudçudur, Təqsirləndirilən şəxs həmkəndlisidir, onu və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. Təxminən 5 il bundan əvvəl Əlibaba ilə mühafizə etdiyi sahədə kolkosları kəsdiyinə görə mübahisəsi olmuşdur. Həmin vaxtdan hazıra kimi Əlibaba ilə küsülüdür, onu danışdırmır. 10 sentyabr 2023-cü il trixdə saat təxminən 18 radələrində qonşusu Rafiqin evinə getmiş, Rafiq oğlu Şahin və qonşusu Yaşar ilə həyətində qaramal kəsmişdi soyduqlarını görüb onların yanında həyətdə oturmuş, həmin vaxt Təqsirləndirilən şəxs çiynində qoşalülə ov tüfəngi həyətə daxil olmuş, Rafiq onunla görüşərək tüfənglə nə üçün həyətə gəldiyini soruşmuş, Əlibaba ona «belə gəlmişəm» deyərək Rafiqlə söhbət edə-edə onlardan təxminən 10-15 metr kənara çəkilib belinə bağladığı patrondaşdan iki ədəd patron çıxarıb tüfəngin lülələrinə qoyduqdan sonra onları, həyətdə olan şəxsləri cəm halda nalayiq formada təhqir edərək söyüş söymüş, Rafiq, oğlu Şahin və Yaşara tərəf təxminən 10-15 metr məsafədən atəş açmış, bundan sonra tüfəngi ona tərəf tuşlayaraq «nə üçün burada oturmusan» demiş, Əlibabaya onları vurma məni vur demiş, həmin vaxt Rafiqin arvadı Səadət gəlib onu həyətindən çıxmasını demiş, Rafiqin həyətindən çıxaraq qonşusu Zakirin evinə tərəf qaçmış, həmin anda Əlibaba onun ardınca gəlib ünvanına nalayiq söyüşlər söyərək yolda ona tərəf 1 dəfə atəş açdığına görə qaçıb Zakirin evinə girmiş, Əliababa da onun ardınca evə daxil olmuş, Zakir tüfəngi evinin daxilində Əliababadan almış, bundan sonra Əlibaba Zakirin evində oturaraq onunla danışmağa başlamış, Zakir isə Tüfngi aparıb Rafiqin oğluna verərək evə qaydıb Əlibaba ilə bir qədər söhbət edərək tüfənglə onun evinə girməsinə görə iradını ona bildirmiş, Əlibaba Zakirdən tüfəngini istəyərək hara apadığını soruşub mübahisə etməyə başlamış, Zakir onu evindən kənara çıxartmışdır. Əlibaba evinə getmiş, Əlibabanın onlara atəş açdığını eşidən həmkəndiləri tam olaraq Rafiqin həyətinə toplaşmışlar. Lerik RPŞ-nin əməkdaşları hadisə yerinə gəldikdən sonra tüfəng polis əməkdaşlarına verilmiş, hadisə nəticəsində onun qan təzyiqi qalxdığına görə Lerik rayon mərkəzi xəstəxanasına müraciət etmiş, ona tibbi yaldım göstərildikdən sonra evə buraxılmışdır. Təsvir etdiyi hadisə baş verən zaman, yəni ona tərəf atəş açması nəticəsində xəsarət almamış, hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onu və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. 10 sentyabr 2023-cü il trixdə saat təxminən 18 radələrində təsərrüfatlarında olan qaramallardan bir başını kəsib ətini qonşularla bölmək üçün qonşusu Yaşar və Surayə həyətlərinə gəlmiş, Yaşar və atası Rafiqlə qaramalı kəsib soyduqları zaman həmkəndlisi Təqsirləndirilən şəxs çiynində tüfəng həyətlərinə daxil olaraq atası ilə görüşmüş, tüfəngi onda görmüşlər, nə üçün tüfənglə həyətlərinə gəldiyini atası ondan soruşmuş, Əlibada ağır sərxoş vəziyyətdə atasına «heç nə belə gəlmişəm» deyərək danışığı bitirəndən sonra onlardan təxminən 10-15 metr kənara çəkilib çəpərin dibində dayanaraq çiynindən tüfəngi çıxarıb əlinə tutaraq belinə bağladığı patrondaşdan patronlar götürüb tüfəngin lülələrinə qoymuş, atası Rafiq Əliabaya «tüfnglə zarafat eləmə» deməsinə baxmayaraq Əliaba onları və həyətdə olan şəxsləri heç bir səbəb olmadan təhqir etməyə başlamış, söyüş söydükdən sonra tüfəngi onlara tərəf tuşlamış, yanında qalan atası Rafiq və qonşusu Yaşara «sizi vururam» demiş, qorxduqlarına görə ağacın arxasına keçmişlər. Əlibaba başlarını üstündən havaya bir dəfə atəş açmış, güllə başlarının üstündə ağacın budağına dəymiş, bundan sonra tüfəngi yaxınlıqda oturan qonşusu Surayə Ağayevaya tərəf tuşlayaraq «nə üçün burada oturmusan, səni vururam» demiş, həmin vaxt anası Səadət gəlib Surayəyə həyətdən çıxmasını demiş, Surayyə həyətdən çıxmış, anası onun ardınca çıxaraq tez həyətə qayıtmış, Əlibaba anasından Surayyəni hara apardığını soruşmuş, anası ona Surayyənin hara getdiyini bilmədiyini demiş, Əlibaba anası Səadətə «bilirəm sən apardın» deyərək həyətdən çıxıb əmisi Zakirin evinə tərəf getmiş, yolda Surayyəyə tərəf atəş açmış, az vaxtdan sonra Zakir tüfəngi gətirib ona verərək evinə qayıtdıqdan sonra Əlibaba yenidən həyətləriən gəlib onları söyərək tüfəngini tələb etmiş, tüfəngi ona verməyib həyətdən uzaqlaşdırmış, Əlibabanın atəş açdığını eşidən həmkənliləri onların həyətinə toplaşmışlar. Hadisə ilə bağlı polisə məlumat verildiyinə görə təxminən 1 saatdan sonra Lerik RPŞ-nin əməkdaşları həyətinə gəlmiş, tüfəngi və patrondaşı polisə təqdim etmiş, daha sonra həmin əraziyə baxış keçirilib 2 (iki) ədəd giliz, yəni Əlibabanın atdığı gilizlər tapılaraq götürülmüş, təsvir etdiyi hadisə baş verən zaman, yəni Təqsirləndirilən şəxs onlara doğru atəş açması nəticəsində xəsarət alanlar olmamış, özü də xəsarət almamış, hadisə təxminən 10-15 dəqiqə davam etmiş, Əlibaba həyətində və evlərinin yanıda atəş açdığını eşidən kənd sakinləri narahat olub həyətlərinə toplaşmışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X2 həmkəndlisidir, onu və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. 10 sentyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində evində olduğu zaman həmkəndlisi Zərərçəkmiş şəxs1 oğlu Şahin mobil nömrəsinə zəng edib «Əlibaba tüfənglə həyətimizə girib bizə atəş açdı, bizi, öldürmək istəyir» demiş, dərhal qaçaraq Rafiqin həyətinə getmiş, Əlibabanın Rafiqin həyətinə giriş qapıda qalıb onların və bütün kənd sakinlərin ünvanına nalayiq formada söyüşlər söydüyünü görmüş, tüfəng onda olmamış, sərxoş olmuş, tüfəngimi verin demiş, Şahin iradını ona bildirərək həyətindən qovduqdan sonra Əlibaba evinə tərf getmiş, orada olan şəxslərdən hansı hadisənin baş verdiyini soruşmuş, Rafiq və digər həmkəndliləri ona demişlər ki, Əlibaba tüfənglə Rafiqin həyətinə girmiş, Rafiq, orada olan Yaşara və Şahinə atəş açdıqdan sonra tüfəngi həyətdə olan Surayyənin üzərinə tuşlayaraq nə üçün burada oturmusan səni vuraram dedikdən sonra Surayyə Rafiqin həyətindən çıxıb Zakirin evinə tərəf qaçmış, Əlibaba da onun ardınca gedib ona tərəf atəş açmış, Surayyə qaçıb Zakirin evinə girmiş, Əlibaba da Surayyənin ardınca Zakirin evinə daxil olmuş, Zakir tüfəngi Əlibabanın əlindən almışdır. Əlibabanın hərəkətlərinə görə narahat olmuşlar, bütün kənd sakinləri atəş səsinə görə Rafiqin həyətinə toplaşmışlar, hadisə barədə Lerik RPŞ-nə məlumat verildiyinə görə polis əməkdaşları hadisə yerinə gəlmişlər, Əlibabanın tüfəngini Rafiqin oğlu Şahin polisə təqdim etmiş, hadisə yerinə baxış keçirilmiş və 01 ədəd giliz Rafiqin həyətində, digər 01 ədəd giliz isə Zakirin evinə gedən yolda aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Lerik rayonunun Nüvədi kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olarq heç yerdə işləmir. Təqsirləndirilən şəxs həmkəndlisidir, onu və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. 10 sentyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində əri Rafiq təsərrüfatlarında olan qaramallardan bir başını kəsib ətini qonşularla bölmək üçün qonşuları Yaşar və Surayə həyətinə gəlmişlər, əri Rafiq qonşuları Yaşar və oğlu Şahinlə qaramalı kəsib soduqları zaman onların yanında olmuşdur. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs çiynində tüfəng həyətə daxil olaraq əri ilə görüşmüş, əri Əlibabadan nə üçün tüfənglə həyətə gəldiyini soruşmuş, Əlibaba ağır sərxoş vəziyyətdə ona heç bir söz deməyib Rafiqlə danışığı bitirəndən sonra onlardan təxmirnən 10-15 metr kənara çəkilib çəpərin dibində dayanaraq çiynindən tüfəngi çıxarıb əlinə tutaraq belinə bağladığı patrondaşdan patronlar götürüb tüfəngin lülələrinə qoyub Rafiqə tərəf uzadaraq sizi vururam demiş, Rafiq Əlibabaya tüfənglə zarafat etmə dedikdən sonra sonuncu onların ünvanına nalayiq ifadələr işlədərək söyüş söydükdən sonra Rafiqə, yanında qalan oğlu Şahin və qonşuları Yaşara tərəf havaya atəş açmış, bundan sonra yaxınlıqda oturan qonşusu Zərərçəkmiş şəxs2 tərəf tüfəngi tuşlayaraq ona «nə üçün burada oturmusan, səni vuraram» deyərək ünvanına nalayiq söyüşlər söymüş, həmin vaxt Əlibabanın Surayyəni tufənglə vuracağını düşünüb dərhal Surayyəyə yaxınlaşaraq həyətdən çıxmasına işarə vermiş, Surayyəni həyətdən çıxartdıqdan sonra bir qədər onunla Zakirin evinə tərəf gedərək həyətinə qayıtmış, ağır sərxoş vəziyyətdə olan Əlibaba ondan Surayyəni hara apardığını soruşmuş, ona Surayyənin hara getdiyini bilmədiyimi demiş, Əlibaba ona «bilirəm sən Surayyəni apardın» demiş, Əlibabaya «xəbərim yoxdur, Surayyənin hara getdiyini bilmədim» demiş, bundan sonra Əlibaba həyətdən çıxıb Surayyənin getdiyi istiqamətə getmiş, qısa vaxtdan sonra yolda Zakirin evinə tərəf olan sahədə bir dəfə tüfəngdən atəş açılmış, az vaxtdan sonra qayını Zakir Əlibabadan aldığı tüfəngi həyətə gətirib oğlu Şahinə təhvil vermiş, ona məlum olmuşdur ki, Əlibaba Surayyənin ardınca gedib Zakirin evinə girmiş, Zakir tüfəngi evində Əlibadan almışdır. Bu zaman Əlibaba yenidən həyətinə gəlib onları nalayiq sözlərlə təhqir edərək tüfəngini tələb etmiş, lakin Şahin tüfəngi ona verməyərək onu həyətdə qovmuş, Əlibaba evinə tərəf getmiş, az vaxtdan sonra Lerik RPŞ-nin əməkdaşları həyətinə gəlmişlər, oğlu Şahin tüfəngi və patrondaşı polisə təqdim etmiş, daha sonra həmin əraziyə baxış keçirilmiş 2 ədəd giliz, yəni Əlibabanın atdığı gilizlər tapılaraq götürülmüşdür. Təsvir etdiyi hadisə baş verən zaman, yəni Əlidaba Ağayevin onlara doğru atəş açması nəticəsində xəsarət alanlar olmamış, özü də heç bir xəsarət almamış, hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Cinayət işinin materiallarında olan Şahid1 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Lerik rayonunun Nüvədi kəndində yaşamaqla heç yerdə işləmir. X2 həmkəndlisidir, onu və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. Keçirtdiyi xəstəliklə əlaqədar zəif eşidir, eşitmə qabiliyyəti zəifləmişdir. Uzaqda yaranan səsləri qəti eşitmir. 10 sentyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində evində oturub çörək yediyi zaman həmkəndlisi Zərərçəkmiş şəxs2 həyəcanlı vəziyyətdə evinə daxil olmuş, ondan hansı hadisənin baş verdiyini soruşmuş, Surayyə ona «Əlibaba sərxoş vəziyyətdə əlində tüfəng Rafiqin həyətinə girib bizi öldürmək üçün bizə tərəf atəş açdı mən qaçıb bura gəldim» demiş, söhbət zamanı Əlibaba əlində tüfəng evinə daxil olmuş, onları vuracağından qorxub süfrədən qalxıb Əlibabanın çiyninə bir zərbə vuraraq tüfəngi ondan alaraq bayıra çıxıb dərhal Rafiqin həyətinə gəlib Rafiqin oğlu Şahinə verərək evinə qayıtmış, Əlibabanın Surayyə və arvadı ilə oturub söhbət etmələrini görmüş, Əlibaba onu görən kimi tüfəngini istəmiş, ona «tüfəngi polisə vermək üçün apardım» demiş, Əlibabanı evindən çıxartmış, sonuncun onun ünvanına nalayiq sözlər deyərək Rafiqin evinə tərəf getmiş, özü də onun ardınca Rafiqin həyətinə gəlmiş, həmkəndlilərindən Yaşar, Balağa, Xeyrulla Mais və qeyriləri Rafiqin həyətinə toplaşdıqlarını, Əlibabanın orada olan kənd sakinlərin ünvanına nalayiq sözlər dediyini və söyüş söydüyünü görmüş, tüfəngi polisə verəcəyini Şahin Əlibabaya demiş, Əlibaba onların ünvanına nalayiq söyüşlər söyərək evinə tərəf getmiş, Rafiqin həyətinə daxil olub hansı hadisənin baş verdiyini soruşmuş, Rafiq və ailə üzvləri, həmçinin Zərərçəkmiş şəxs3 ona Əlibaba tüfənglə Rafiqin həyətinə girib tüfəngi Rafiqə, Yaşara və Şahinə tərəf tuşlayaraq sizi vuraram deyib onlardan bir qədər kənara çəkilib onların başının üstündən havaya bir dəfə atəş açmış, güllə onların başının üstündə olan ağacın budağına dəymiş, bundan sonra tüfəngi həyətdə olan Surayyənin üzərinə tuşlayaraq nə üçün burada oturmusan səni vuraram dedikdən sonra Surayyə Rafiqin həyətindən çıxıb onun evinə tərəf qaçmış, Əlibaba da onun ardınca gedib ona tərəf atəş açmışdır. Əlibabanın hərəkətlərinə görə narahat olmuş, bütün kənd sakinləri atəş səsinə görə Rafiqin həyətinə toplaşmışlar. Hadisə barədə Lerik RPŞ-nə məlumat verildiyinə görə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Əlibabanın tüfəngini Rafiqin oğlu Şahin polisə təqdim etmiş, hadisə yerinə baxış keçirilmiş və 01 ədəd giliz Rafiqin həyətində, digər 01 ədəd giliz isə onun evinə gedən yolda aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/153:3/154 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, "TOZ BM" modelli, patronluğunun uzunluğu 70 mm olan "182228" Ne-li, xarici çaxmaqlı, lülə altı yatağı uyğun modeldən olan "1NWK6683" nömrəli tüfəngin lülaltı yatağı ilə komplektləşdirilmiş qoşa lüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, hissə-mexanizimləri tamdır, rəy tədqiqi hissəsində göstərilən səbəbdən texniki cəhətdən nasaz vəziyyətdədir, təyinatı üzrə atəş açmaq üçün yararlıdır, konstruksiyasına dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə hazırlanmış 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patrondur, istifadəyə atəşə yararlıdı Tədqiqata təqdim edilmiş "1" və "2 rəqəmlə 02 ədəd giliz 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod usululu ilə hazırlanmış patronların atəş prosesində ayrılımış hissələridir-gilizləridir, həmin gilizlər tədqiqata təqdim edilmiş ov tüfənginin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd 16 kalibrli, "TOŻ BM" modelli ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından həmin silahdan açılmış atasin 1924 deyil. vaxtını müəyyən etmək mümkün deyildir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 10 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş 34 №-li aktdan görünür ki, müayinədən keçirilmiş Təqsirləndirilən şəxs ağır dərəcəli sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Hadisə yerinə başıx keçirlməsinə dair 10 sentyabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində 01 ədəd və maşın yolunda 01 ədəd 16 kalibrli tüfənglərdə istifadə üçün nəzərdə tulumuş kauçuk gilizlər aşkar edilərək götürülmüş, bundan əlavə Zərərçəkmiş şəxs4 01 ədəd istifadə olunmayan kauçuk patron, patrondaş, üstündə 01 ədəd kauçuk patron və 01 ədəb qoşa, hamarlüləli, 16 kalibrli, çaxmax mexanizminin üzərində 182228-62 rəqəmlər həkk olunmuş tüfəng təqdim etdiyinə görə götürülmüşdür. Tüfəng götürülərkən lülə yatağında patron aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən istintaqa daxil olmuş 13 sentyabr 2023-cü il tarixli, 3-13-12/2-130857/2023 saylı məkubdan görünür ki, 16 kalibrli, 132228 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN-nin BƏSİİ-də məlumat yoxdur. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət törətməkdə şübhəli şəxs qismində 13 sentyabr 2023-cü il tarixdə saat 12:30-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında Lerik rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 4(048)-15/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 sentyabr 2023-cü il tarixdən saat 12:30-dan hesablanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin 26 iyul 2002-ci il tarixli hökmu ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci madəsi ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli 351 saylı «ƏFV» fərmanına əsasən cəzadan azad olunmuşdur. Lerik rayon məhkəməsinin 16 yanvar 2010-cu il tarixli hökmu ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Lerik rayonu üzrə İcra və Probasiya şöbəsinin məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nə dəyişikliklər edilməsi ilə əlaqədar həmin məcəllənin 73.1.1-ci maddəsinin tələbinə əsasən Lerik rayon məhkəməsinin 22 may 2020-ci il tarixli qərarı ilə islah işləri cəzasından azad edilərək qeydiyyatdan çıxarılmışdır. CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu ödənilmiş və götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən mənfi xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd tüfəng, 01 ədəd patrondaş, 02 ədəd giliz və 02 ədəd patron maddi sübut qismində tanınaraq saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 134 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət əməli hesab olunur. CM-nin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə tövsifedici əlamət kimi nəzərətə tutulmuşdur. CM-nin 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiyanın 130-ci maddəsinin 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Belə ki, müvafiq qərara əsasən xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Həmin qərara əsasən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarın 2-ci bəndində göstərilmişdir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Qərarının 8-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 134 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələrinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqdaiki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddələrinə əsasən, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yügülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmadır. İş üzrə Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd tüfəng, 01 ədəd patrondaş və 02 ədəd patron CM-nin 99-1.1.1-ci maddəsinə əsasən müsadirə edilsin və DİN-in Təchizat İdarəsinin silah anbarına təhvil verilməli, 02 ədəd giliz məhv edilməli, iş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 354, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (alt) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan- Lerik RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd tüfəng, 01 ədəd patrondaş və 02 ədəd patron müsadirə edilərək DİN-in Təchizat İdarəsinin silah anbarına təhvil verilsin və 02 ədəd giliz məhv edilsin. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-16/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-16/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver