Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-17/2023 14.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 12:35 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X8, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi2 Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1977-ci ildə Lerik rayonu, Vamazğon kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvəllər məhkum olunmamış, Lerik rayonu, Vamazğon kəndində qeydiyyatda olmaqla Masallı şəhərində yaşayan, barəsində “həbs qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 09 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində qeydiyyatda olduğu və müvəqqəti yaşadığı Lerik rayonunun Vamazğon kəndinin ərazisində yerləşən «Piyozə çol» deyilən sahəyə cüllüt ovuna getmiş, fanar işığı ilə yamacda cüllüt axtararkən işıq şüasının altına düşən, kol dibində parıldayan göz görüb axtardığı ov olduğunu zənn edib təxminən 15 metr məsafədən işıldayan hədəfə özündə olan qanunsuz saxlayaraq gəzdirib istifadə etdiyi E41883 nömrəli, 16 kalibrli, təklüləli ov tüfəngindən bir dəfə atəş açmış, atəş açdığı hədəf ayağa qalxaraq ona tərəf addımlayan şəxsi səsləyib kimliyini soruşduqda atəş açdığı şəxsin həmkəndlisi və uzaq qohumu X13 olduğunu görmüş, sonuncuya kəllə sümüklərinin sınığı, baş beyinə yayılmış qansızma, sağ ağciyərin zədələnməsi, daxili və xarici qanax ilə nəticələnən, yetirildiyi anda həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə onu ehtiyatsızlıqdan öldürmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi işlə məşğul olur. Masallı şəhərində yaşamağına baxmayaraq valideynlərinə və yaxın qohumlarına baş çəkmək üçün tez-tez Lerik rayonunun Vamazğon kəndinə gedib valideynlərinə baş çəkir və gecələr kəndəki öz evində qalır. Babasından miras qalmış 16 kalibrli təklülə ov tüfəngini özü istifadə edir, tüfəngi saxlamaq üçün rəsmi sənədi yoxdur. Lerik rayonunun Vamazğon kəndində yaşayan X13 uzaq qohumudur, onu və ailə üzvlərini tanyır, aralarında heç bir ziddiyyət və düşmənçilik olmamışdır. O, işləmək üçün yaxın zamanlarda Rusiya Federasiyasına gedəcəyi üçün valideynlərini görmək və görüşmək məqsədi ilə 07 dekabr 2022-ci il tarixdə günortadan sonra yaşadığı Masallı şəhərindən Lerik rayonunun Vamazğon kəndinə ata evinə getmiş, valideynləri ilə görüşüb öz evinə getmiş, hava qaralandan sonra tüfəngini götürüb cüllüt ovlamaq üçün kəndin əhatəsində olan meşə sahəsinə getmiş, təxminən 1-2 saat gəzdikdən sonra rastına ov çıxmadığına görə evinə qayıdarkən kəndin daxilində qohumu Ədalət Şiriyevlə rastlaşıb görüşüb söhbət etmişdir. Ədalət Şiriyev də ova getmək istədiyini ona bildirmiş, o, Ədalətə meşədə heç nə omadığını demişdir. Həmin zaman Ədalət istifadəsində olan tüfənginin patronunu itirdiyini və axtardığını ona demişdir. Bir qədər söhbət etdikdən sonra Ədalət ilə birlikdə yaxınlıqda yerləşən qardaşı İman Liftiyevin evinə gəlib evdə oturub ümumi yaşayışlarından, kasıbçılıqdan söhbət etmiş, saat 23 radələrində Ədalət öz evinə, o da öz evinə getmişdir. Onlar çölə çıxdıqda o, Ədalətdən 10-15 metr aralıda yerləşən evinə tərəf gedərkən axtardığı patronu tapdığını demişdir. Bundan sonra onlar bir-birini ümumiyyətlə görməmişlər. 09 dekabr 2022-ci il tarixdə saat 18 radələrində tüfəngini götürüb yenidən cüllüt quşu ovuna çıxmış, kəndlərinin yaxınlığında «Piyozə çol» adlanan sahəsində başına taxdığı işıq şüaları zəif olan fanarla cüllüt axtardığı zaman ondan təxminən 10-15 metr aralıda yamacda olan kolun dibində, gendələş kollarının arasında iki gözün parıltısını görüb həmin istiqamətə bir dəfə atəş açmışdır. Atəş açdıqdan sonra bir nəfər ayağa qalxmış, o, həmin zaman insana atəş açdığını bilmişdir. «Kimsən» deyə cağırmış, həmin şəxs ona tərəf yeriməyə başlamışdır. O da həmin şəxsə tərəf addımladıqda Ədalət Şiriyevə atəş açdığını görmüşdür. Ədələt əlində tüfəngini sürüyə-sürüyə onun olduğu yerə tərəf gəlmiş, o da Ədalətə tərəf yerimiş, Ədalət Şiriyevdən güllənin hara dəydiyini soruşmuş, Ədalət sifətini göstərmiş və bir neçə metr yeriyəndən sonra qeyri-ixtiyari yerə oturmuşdur. O, Ədalət Şiriyevi qucaqlayıb yerə uzatmış, həmin zaman Ədalətin nəfəs almadığını, nəbzini yoxlamasını və Ədalətin öldüyünü anlamışdır. Baş vermiş hadisə barədə dərhal qardaşı Şahid4 məlumat vermiş və özü də ailə uşağı ilə görüşüb sağollaşmaq üçün Masallı şəhərinə getmişdir. Ailəsi ilə sağollaşıb yenidən hadisə baş verən yerə qayıtmışdır. Hadisə baş verən gün ova getdiyi zaman kiminsə orada olmasından xəbəri olmamışdır. Həmin yerdə tam səssizlik olmuşdur və özünün tək olduğunu zənn etmişdir. Törətdiyi əməldən peşamandır, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq istəyir. Odur ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Vamazğon kəndində doğulub boya başa çatmışdır. X22 1995-ci ildən 2021-ci ilin mart ayına kimi olan müddət ərzində Rusiya Federasiyasının Norilski şəhərində yaşayıb işləmiş, həmin müddətdə dəfələrlə Vamazğon kəndinə gəlib getmişdər. 2021-ci ilin mart ayında Ədalət Şiriyev birdəfəlik olaraq Rusiyadan Azərbacana, yəni Vamazğon kəndinə gəlmiş, bundan sonra isə Rusiyaya geri qayıtmamışdır. Ədalət Şiriyev rayona qayıtdıqdan sonra Lerik rayonunun Haftoni kənd sakini Günel adlı qadınla rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, uşaqları olmamışdır. X15 dövrdə o, ailə üzvləri ilə birlikdə Lerik rayonunun Vamazğon kəndindəki ata evində yaşamışdır. Ədalət Rusiyadan qayıdıb ailə qurduqdan sonra o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Tüədo kəndinə köçərək orada yaşamağa başlamışdır. X27 Federasiyası vətəndaşı olduğu üçün Masallı rayonu, Ərkivan qəsəbəsində onun adına özü üçün ev almış, eyni zamanda həmin evdə pasport qeydiyyatına düşmüşdür. Ədalət Şiriyev ailə üzvləri, yəni arvadı Günel və iki bacısı ilə birlikdə əsasən Lerik rayonunun Vamazğon kəndindəki ata evində yaşamış, həmçinin mütəmadi olaraq Masallı rayonuna gedib gəlişmişdir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, aralarında narazılıq, ziddiyyət, ədavət və mübahisə olmamışdır. Təqsirləndirilən şəxs Vamazğon kəndində pasport qeydiyyatında olmasına baxmayaraq təxminən iki-üç ildir ki, ailə üzvləri ilə birlikdə Masallı şəhərində kirakeş yaşamışdır. Məlum hadisə baş verənə kimi o, Təqsirləndirilən şəxslə X22 arasında hər hansı məsələyə görə narazılıq, ziddiyyət, mübahisə, münaqişə və dalaşma olmasını görməmiş və bu barədə heç nə eşitməmişdir. O, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Tüədo kəndinə köçdükdən sonra X22lə bir neçə dəfə Masallı rayonu ərazisində rastlaşıb görüşmüş və söhbətləşmişlər. Həmin görüşlər zamanı Ədalət Şiriyev hər hansı məsələ ilə bağlı ona şikayət (həmçinin Təqsirləndirilən şəxslə narazılıq və ziddiyyətinin olması) bildirməmişdir. Həmin müddət ərzində Ədalət Şiriyev həm Vamazğon kəndində, həm də Masallı rayonu, Ərkivan qəsəbəsində yaşamışdır. 09 dekabr 2022-ci il tarixdə, eləcə də ondan əvvəlki günlərdə o, Ədalət Şiriyevi görməmiş, sonuncu ilə heç bir əlaqəsi olmamışdır. 09 dekabr 2022-ci il tarixdə, saat təxminən 20 radələrində o, Lənkəran rayonun Tüədo kəndində yaşadığı evdə olduğu zaman Vamazğon kəndində yaşayan dayısı oğlu Şahid1 ona zəng edərək X17 kəndinin ərazisindəki örüş sahəsində Təqsirləndirilən şəxs tərəfindən tüfənglə vurularaq, Ədalətin ölməsi barədə məlumat vermiş və mərhum X22in meyiti ilə bağlı nə kimi hərəkətləri yerinə yetirmək lazım olduğunu soruşmuşdur. O, Şahid1 hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəlişinə kimi qardaşının meyitinə əl vurulmamasını tapşırıb hadisə yerinə gələcəyini bildirmişdir. Telefon danışığını yekunlaşdırdıqdan sonra o, ailə üzvləri ilə birlikdə avtomobillə Tüədo kəndindən Vamazğon kəndinə, kənddən təxminən 200-300 metr aralıda yerləşən və hadisənin baş verdiyi örüş sahəsinə getmişdir. O, hadisə yerinə çatanda bacıları, Şahid6, Şahid5, dayısı oğlu Şahid1 və hazırda adlarını xatırlamadığı digər kənd sakinlərinin orada olduğunu, X22in meyitinin arxası üstə yerdə uzanılı vəziyyətdə olduğunu görmüşdür. Meyitin paltarları əynində olmaqla üzü qanabulaşmış vəziyyətdə olmuş, meyitin ətrafında heç bir predmet (o cümlədən tüfəng və yaxud patrondaş) olduğunu görməmişdir. Hadisənin necə və hansı şəraitdə baş verməsini dayısı oğlu Hüseyndən soruşduqda sonuncu X23 ov tüfəngi ilə vurduğunu eşitdiyini ona danışmışdır. Daha sonra isə Lerik rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları Təqsirləndirilən şəxs hadisə yerinə gətirib ondan hadisənin necə və hansı şəraitdə baş verdiyini soruşmuş, sonuncu hadisənin baş verdiyi yeri təqdim edərək ov etmək məqsədi ilə həmin ərazidə olarkən hava dumanlı olduğundan cüllüt quşunu görüb onu nişan almaq məqsədi ilə “Piyozə çol” adlanan sahədə başına taxdığı fanarla cüllüt quşu axtardığı zaman irəlidə yamacda olan kolun dibində gendələş kollarının arasına oturaq vəziyyətdə gözünə görünən bir şeyə ov tüfəngi ilə atəş etdiyini bildirmiş, lakin atəş açdığı istiqamətdə Ədalətin olmasını bilib bilməməsi barədə heç nə deməmişdir. Qardaşı Ədalətin ölümü ilə bağlı Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirlən şəxslə barışmamışdır. Ona görə də məhkəmədən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, X13 onun qardaşıdır, sağlığında birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir və uzaq qohumudur, aralarında qərəzli münasibət olmamışdır. Mərhum qardaşı X13 ilə Təqsirləndirilən şəxs arasında hər hansı narazılığın heç bir zaman şahidi olmamışdır. 09 dekabr 2022-ci il tarixdə axşam saatlarında o, bacısı Şahid6 və gəlinləri Şahid7 birlikdə evdə televizora baxan zaman birdən çöldə səs-küy eşitmişlər və qonşuların küçədən əllərində fənərlə “Piyəzo-çöl” istiqamətində getdiklərini görmüşlər. Onun bacısı Samirə dərhal mərhum X22ə zəng etmiş, lakin sonuncu telefona cavab verməmiş və sonra isə telefona zəng çatmamışdır. O, Ədalətin telefona cavab verməməsindən narahat olub bacısı ilə birlikdə kənd camaatının getdiyi istiqamətdə qaçmış və hadisə baş verən yerə getdikdə orada kənd camaatının toplaşdığını görmüş, məsələni aydınlaşdırmaq üçün onlardan nə baş verdiyini soruşmuş, camaat isə ona heçnə deməmiş və o, baş verənlərdən qorxub ağlamağa başlamışdır. Sonra isə mərhum X22in meyitini yerdə çəpərin dibində görmüşdür. Təqsirləndirilən şəxs dediyinə görə ehtiyatsızlıqdan Ədaləti güllələmişdir. Hadisənin şahidi olmadığından hadisənin necə və hansı vəziyyətdə cərəyan etməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs və Ədalət Şiriyev arasında məlum hadisə günü, eləcə də əvvəllər narazılıq, ziddiyyət, ədavət, mübahisə və münaqişə olmasının şahidi olmamış və bu barədə heç nə eşitməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 qızı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, X13 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs tanımır, aralarında qərəzli münasibət olmamışdır. Mərhum həyat yoldaşı X13 ilə Təqsirləndirilən şəxs arasında hər hansı narazılığın heç bir zaman şahidi olmamışdır. 09 dekabr 2022-ci il tarixdə axşam saatlarında o, baldızları Şahid6 və Şahid5 birlikdə evdə televizora baxırmışlar. Mərhum həyat yoldaşı Ədalət Şiriyev həmin gün axşam meşəyə quş ovlamağa getdiyini deyib çıxmışdır. Onların heç bir şeydən xəbəri olmamışdır. Birdən çöldə səs-küy eşitmişlər və qonşuların küçədən əllərində fənərlə “Piyəzo-çöl” istiqamətində getdiklərini görmüşlər. O, baldızlarıdan niyə hamının “Piyəzo-çöl” istiqamətində getdiyini soruşmuş, böyük baldızı Şahid6 bunu görüb dərhal mərhum Ədalət Şiriyevə zəng etmiş, lakin Ədalət telefona cavab verməmiş və sonra isə telefona zəng çatmamışdır. Bu zaman baldızları çölə çıxıb hamı kimi getmişlər və ona evdə qalıb gözləməyimi tapşırmışlar. O, evdə oturub onları 2 saata yaxın gözləmişdir. Baldızları gəlib mərhum həyat yoldaşı Ədalət Şiriyevin yaralandığını və xəstəxanaya aparıldığını ona bildirmişlər. O isə heç nədən xəbərsiz səhərin açılmasını gözləmişdir. Hadisənin səhəri günü mərhum həyat yoldaşı Ədalət Şiriyevin meyitini evə gətirmişlər. Həmin zaman həyat yoldaşının ölməsini bilmişdir. Hadisənin real şahidi olmadığından hansı şəraitdə hadisənin baş verməsini bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, Təqsirləndirilən şəxs Masallı şəhərində ailə üzvləri ilə birlikdə kirayədə yaşamışdır. X9 tanımış və onun uzaq qohumu olmuşdur. Təqsirləndirilən şəxs və Ədalət Şiriyev ov həvəskarları olmuşlar. 07 dekabr 2022-ci il tarixdə, saat 21-22 radələrində Təqsirləndirilən şəxs və Ədalət Şiriyev onun yaşadığı evə qonaq gəlmişlər, onlar evdə oturub, şirniyyatla çay içmiş və bir-biriləri ilə deyib-gülüb, söhbətləşmişlər. Həmin zaman onların arasında hər hansı formada mübahisə və yaxud qərəzli münasibət olmamışdır. Həmçinin onlar qohum olduqları üçün hər zaman birbirilərinin hörmətini saxlamışlar. Onlar təxmini olaraq bir saat oturub birlikdə durub evi tərk edib getmişlər. 09 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində qardaşı Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edib X9 ehtiyatsızlıqdan ov tüfəngi ilə, ov zamanı vurmasını, nəticədə X7 ölməsini bildirmişdir. Həmin vaxt, yaşadığı kəndə qonşu olan Davidon kəndində mal-qara almaq üçün getmiş, bu xəbəri eşidib dərhal yaşadığı Vamazğon kəndinə qaçaraq qayıtmışdır. Onu yolda xalası oğlu Şakir götürüb məktəbin yanına qədər aparmış, yolda olanda qardaşı Təqsirləndirilən şəxs ilə rastlaşmış, sonuncudan hara getdiyini soruşmuş, Əmir ailəsi ilə görüşüb sağollaşmağa getdiyini ona bildirmiş, o, Əmirə ondan gələcək zəngi gözləməyi tapşırmış və o, məktəbin yanında maşından düşüb qalan yolu piyada getmiş və atasıgilin yaşadığı evə çatmış, vəziyyəti öyrənib bu barədə dərhal Lerik RPŞ-nə məlumat vermişdir. Bundan sonra hadisə baş verən yerə gedib qardaşına zəng edib kəndə gələn yola çıxmağı tapşırmış, polis əməkdaşları Əmiri götürüb hadisə yerinə gətirmişlər, orada kənd camaatı toplaşmış, əraziyə prokurorluq və polis əməkdaşları gəlmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və X9 tanıyır, onlarla narazılığı, ziddiyyəti, ədavəti və mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs və Ədalət Şiriyev arasında məlum hadisə günü, eləcə də əvvəllər narazılıq, ziddiyyət, ədavət, mübahisə və münaqişə olmasının şahidi olmamış və bu barədə heç nə eşitməmişdir. 09 dekabr 2022-ci il tarixdə, saat təxminən 19 radələrində yaşadığı evdə olarkən həmkəndlisi Məmməd Liftiyev istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Vamazqon kəndinin yuxarı tərəfində yerləşən örüş sahəsində ovda olarkən oğlu Təqsirləndirilən şəxs açdığı atəş nəticəsində Ədalət Şiriyevi güllələməsi və sonuncunun hadisə yerində ölməsi barədə ona məlumat verib gedib meyiti yerbəyer etməyini təklif etmişdir. O, Məmməddən nə danışdığını soruşanda sonuncu ona “sən get meyiti yerbəyer elə, ondan sonra nə olacaq görərik” cavabını verib telefon danışığını sonlandırmışdır. Aldığı məlumatdan sonra o, oğlu Şahid2 və əmisi oğlu Şahid3lə birlikdə hadisə yerinə getmək məqsədi ilə yola düşmüşlər. Onlar kəndin yuxarı tərəfində yerləşən qəbristanlığın yaxınlığına çatdıqdan sonra o, hadisənin baş verdiyi yerə dəqiqləşdirmək məqsədi ilə Məmmədin oğlu Şahid4 zəng edib harada olduğunu soruşmuşdur. Şahid4 ona evində olduğunu bildirmişdir. Xudaverdi ilə telefonda danışdıqdan sonra sonuncu onların olduqları yerə gəlmişdir. Bundan sonra onlar Xudaverdinin müşayiəti ilə kənddən təxminən 200 metr yuxarıda yerləşən örüş sahəsinə getmişlər. Ədalət Şiriyevin meyiti həmin sahədə arxası üstə uzanılı vəziyyətdə qalmış və sifəti qana bulaşmış vəziyyətdə olmuşdur. Meyitin yanında başqa bir şəxs və yaxud digər bir predmet olmamışdır. Onlar hadisə yerinə çatdıqdan sonra o, Ədalətin qardaşı Zöhraba zəng vurub Ədalətin ölməsi barədə məlumat vermişdir. Zöhrab isə onu gözləmələrini məsləhət görmüşdür. O, həmin vaxt Xudaverdiyə atası Məmmədə zəng edib baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına verməsini təklif etmiş, Xudaverdi də atasına zəng edib onun dedikləri barədə bildirmişdir. Onlardan sonra əvvəlcə kənd sakinləri, daha sonra isə hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hadisə yerinə gətirilərək hadisənin necə baş verməsi barədə dindirilmiş, Təqsirləndirilən şəxs hadisə yerini təqdim edib həmin yerdə cüllüt ovu edərkən Ədalət Şiriyevi ehtiyatsızlıqdan özündə olan ov tüfəngi ilə vurduğunu söyləmişdir. Təqsirləndirilən şəxs göstərdiyinə görə o, Ədalət Şiriyevə təxminən 23 metr aralıdan atəş açmışdır. Hadisənin şahidi olmadığı üçün hadisənin necə və hansı vəziyyətdə cərəyan etməsi barədə məlumatı yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, X13 isə uzaq qohumudur. Təqsirləndirilən şəxs və Ədalət Şiriyev ov həvəskarları olmuşlar. 07 dekabr 2022-ci il tarixdə, saat 21-22 radələrində Təqsirləndirilən şəxs və Ədalət Şiriyev onun qardaşı İmaverdinin yaşadığı evdə qonaq olmuşlar. Onlar evdə oturub, deyib-gülüb, söhbətləşib sağollaşıb ayrılmışlar. Həmin zaman onların arasında hər hansı formada mübahisə və yaxud qərəzli münasibət olmamışdır. Həmçinin qohum olduqları üçün hər zaman bir-birilərin hörmətini saxlamışlar. 09 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində qardaşı Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edib X9 ehtiyatsızlıqdan ov tüfəngi ilə, ov zamanı vurmasını, nəticədə X7 ölməsini bildirdikdən sonra ailəsi ilə görüşməsi üçün Masallı rayonuna gedəcəyini deyib sağollaşmışdır. Həmin zaman evə olmuş və xəbəri eşidib dərhal hadisə yerinə qaçaraq getmişdir. O, hadisə baş verən yerə çatanda X7 meyitini kəndin ərazsində yerləşən örüş sahəsində, “Piyəzo çola” deyilən yerdə arxası üstə uzadılmış vəziyyətdə görmüşdür. Həmin zaman orada ondan başqa adam olmamış, Ədalət Şiriyevin ov tüfəngi meyitindən 15-20 metr aralıda yerdə olmuşdur. Hadisəni görüb şoka düşmüş və halı pisləşmiş, sonra mərhumun üstünü örtmək üçün parça gətirməkdən ötrü evə getmişdir. Evə çatan kimi dərhal qardaşı İmamverdiyə zəng edib hadisəni demiş və sonuncu polisə zəng edib məlumat vermişdir. O, ikinci dəfə hadisə baş verən yerə gedib mərhumun üzünü örtmüş, bundan sonra halının pisləşməsi nəticəsində o, yenidən evə qayıtmış və hadisə baş verən yerə getməmiş, evə çatanda o, özündə olmamış və yataq şəraitində uzanıb qalmışdır. Onun bu olanlardan başqa hadisə ilə əlaqədar heç bir şeydən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs və X13 arasında heç bir zaman qərəzli münasibətin olmasına şahid olamamışdır. Onların hər zaman bir biri ilə münasibətlərində mehriban olmasını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir. 09 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Lerik rayonu, Vamazğon kəndində Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan adam öldürməsi barədə Lerik RPŞ-nə məlumat daxil olmuşdur. Hadisə baş verən ərazi onun xidməti ərazisidir. Yaradılmış əməliyyat-istintaq qrupu ilə birlikdə hadisə baş verən yerə Lerik rayonu, Vamazğon kəndinə yollanmışlar. Onlar hadisə yerinə hava şəraitinin əlverişsiz olması və yolsuzluq şəraitinə görə Masallı- Yardımlı yolu ilə getmişlər. Onlar Təqsirləndirilən şəxs Masallı-Yardımlı yolunda, Vamazğon kəndinə dönən yol istiqamətində yolda öz avtomobillərinə götürmüşlər. Onlar Təqsirləndirilən şəxs həmin əraziyə çatanda təxmini olaraq 10-15 dəqiqə gözləmiş, Təqsirləndirilən şəxs onlara yaxınlaşıb, törətdiyi əməli səmimi etiraf etmiş və hadisə yerinə birlikdə yola düşmüşlər. Təqsirləndirilən şəxs orada ailə uşağı ilə görüşməsi üçün və paltarlarını dəyişməsi üçün Masallı şəhərinə gedib-gəlməsini onlara bildirmişdir. Təqsirləndirilən şəxs onlara işlərində heç bir çətinlik yaşatmamış və qanuna müvafiq qaydada təslim olmuşdur. Hadisə yeri Vamazğon kəndinin yuxarı hissəsi olmuş və həmin yerə “Piyazo çola” adlanır. Hadisə yerində həmin kəndin camaatı yığışmışdır. Hadisə yerinə bir nəfər şəxsin meyiti arxası üstə uzadılmış vəziyyətdə, meyitin yanında çəpərə söykənmiş qaydada ov tüfəngi olmuşdur. X2 məxsus olmasını orada müəyyən etmişlər. Zərərçəkmiş şəxsin qardaşı Zöhrab Əliyev hadisə yerinə gəlib təqsirləndirilən şəxsi yəni Təqsirləndirilən şəxs qucaqlamış və bir-birilərinə baş sağlığı vermişlər. Bundan sonra X7 meyiti hadisə yerindən götürülərək tibbi müayinə olunması üçün Lənkəran şəhərinə aparılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid9 və Şahid10 şahid qismində dindirlmiş Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid11 ilə eyni məzmunlu ifadələr verdiilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Lerik rayon PŞ-nin İQ-nun baş müstəntiqi vəzifəsində işləyir. 09 dekabr 2022-ci il tarixdə Lerik rayonunun Osyodərə kəndindən daxil olmuş məlumat üzrə araşdırma aparmaq üçün həmin əraziyə getmişdir. Ərazidən dislokasiya üzrə Lerik RPŞ-nə qayıdarkən saat 19 radələrində Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində hərəkətdə olduğu zaman Lerik rayonu, Vamazğon kənd sakini Şahid8 onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xatırlamadığı mobil nömrə ilə zəng edib qardaşı Təqsirləndirilən şəxs Vamazğon kəndinin ərazisində ov etdiyi zaman həmkəndlisi X7 ehtiyatsızlıqdan ov tüfəngi ilə vuraraq öldürməsini və qardaşı Əmirin hadisə yerində meyitin yanında olmasını və polis əməkdaşlarının gəlməsini gözlədiyini bildirmişdir. Məlumat barədə dərhal Lerik RPŞ-nin NH-nə zəng edib hadisə barədə məlumat verməklə hadisənin rəsmiləşdirilməsini bildirmişdir. O, dərhal Lerik RPŞ-nə gəlmiş, bundan sonra yaradılmış istintaq-əməliyyat qrupu ilə birlikdə hadisə baş verən yerə Lerik rayonu, Vamazğon kəndinə yollanmışlar. Onlar hadisə yerinə hava şəraitinin əlverişsiz olması və yolsuzluq şəraitinə görə Lerik rayonu ərazisindən Masallı-Yardımlı yolu ilə getmişlər. Yardımlı yolunda hərəkətdə olduqları zaman təkrar olaraq Şahid8 onun mobil nömrəsinə zəng edib demişdir ki, “Əmir ailəsi ilə görüşmək və paltarlarını götürmək üçün Masallı şəhərinə-evinə getmişdir, hazırda kəndə qayıdır, xahiş edirəm yol ayrıcısında gözləyin, Sizin yanınıza gəlir, onu da maşına götürün və hadisə yerinə gətirin”. Onlar Təqsirləndirilən şəxs Masallı-Yardımlı yolunda, Vamazğon kəndinə dönən yolda təxmini olaraq 10-15 dəqiqə gözləmişlər. Təqsirləndirilən şəxs onların yanına gəlmiş Əmiri maşınlarına götürmüş və hadisə yerinə yola düşüblər. Təqsirləndirilən şəxslə şifahi söhbət zamanı sonuncu bildirmişdir ki, kəndin yaxınlığında ov zamanı fanarla cüllüt axtarakən fanar işıq şüalarının düşdüyü istiqamətdə göz parıltısını görmüş, cüllüt olduğunu düşünmüş, parıltıya atəş açmışdır. Atəş açdıqdan sonra hədəfin həmkəndlisi Ədalət Şiriyev olduğunu bilmişdir. Təqsirləndirilən şəxs bələdçiliyi ilə Vmazğon kəndinin yaxınlığında yerləşən “Piyoza Çola” adlanan sahəyə gəlmişlər və Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə yerinə və orada olan meyitə baxış keçirmişlər. Meyit kişi cinsli olmaqla yanında çəpərə söykənmiş qaydada ov tüfəngi olmuşdur. Onlar X2 məxsus olmasını orada müəyyən etmişlər. Bundan sonra X7 meyiti hadisə yerindən götürülərək tibbi müayinə olunması üçün Lənkəran şəhərinə aparılmışdır. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və X9 tanıyır, onlarla aralarında narazılığı, ziddiyyəti, ədavəti və mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs Vamazqon kəndində pasport qeydiyyatındadır, ailə üzvləri ilə birlikdə Masallı şəhərində yaşayır. Ədalət Şiriyev isə Masallı rayonunda pasport qeydiyyatında olmaqla yaşamışdır. Sonuncunun Vamazqon kəndində evi vardır, Masallıda yaşamasına baxmayaraq kənddəki evinə tez-tez gediş gəliş etmişdir. Təqsirləndirilən şəxs özü də Vamazqon kəndinə valideynlərinin yaşadığı evə gediş gəliş etmişdir. Təqsirləndirilən şəxs və Ədalət Şiriyev arasında məlum hadisə günü, eləcə də əvvəllər narazılıq, ziddiyyət, ədavət, mübahisə və münaqişə olmasının şahidi olmamış və bu barədə heç nə eşitməmişdir. 09 dekabr 2022-ci il tarixdə, saat təxminən 19 radələrində o, yaşadığı evdə olarkən həmkəndlisi Məmməd Liftiyev atası Şahid1 zəng edərək Vamazqon kəndinin yuxarı tərəfində yerləşən örüş sahəsində ovda olarkən oğlu Təqsirləndirilən şəxs açdığı atəş nəticəsində Ədalət Şiriyevi güllələməsi və sonuncunun hadisə yerində ölməsi barədə məlumat verib gedib meyiti yerbəyer etməyini təklif etmişdir. Bu məlumatdan sonra o, atası Şahid1 və atasının əmisi oğlu Şahid3lə birlikdə hadisə yerinə getmək məqsədi ilə yola düşmüşlər. Onlar kəndin yuxarı tərəfində yerləşən qəbristanlığın yaxınlığına çatdıqdan sonra hadisənin baş verdiyi yerə dəqiqləşdirmək məqsədi ilə səhv etmirsə Məmmədin oğlu Şahid4 zəng edib harada olduğunu atası soruşmuşdur. Şahid4 onun atasına evində olduğunu bildirmişdi. Xudaverdi ilə telefonda danışdıqdan sonra sonuncu olduqları yerə gəlmişdir. Bundan sonra onlar Xudaverdinin müşayiəti ilə kənddən təxminən 200 metr yuxarıda yerləşən örüş sahəsinə getmişlər, Ədalət Şiriyevin meyiti həmin sahədə arxası üstə uzanılı vəziyyətdə qalmışdı və sifəti qana bulaşmış vəziyyətdə olmuşdur. Meyitin yanında başqa bir şəxs və yaxud digər bir predmet olmamışdır. Onlar hadisə yerinə çatdıqdan sonra atası Ədalətin qardaşı Zöhraba zəng vurub onun ölməsi barədə məlumat vermiş, Zöhrab isə onu gözləməklərini məsləhət görmüşdür. Həmin vaxt Xudaverdiyə atası Məmmədə zəng edib baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək barədə atası təklif etmişdir. Xudaverdi də atasına zəng edib onun atasının dedikləri barədə ona bildirdi. Onlardan sonra kənd sakinləri hadisə yerinə gəldilər. Hadisə yerinə kənd camaatı ilə birlikdə həmçinin Ədalət Şiriyevin bacıları gəlmişdi. Ədalət Şiriyevin bacıları hadisəni görüb ağlayırdılar və o, bacıları sakitləşdirmək üçün hadisə yerindən kənarlaşdırıb yaşadıqları evlərinə aparmışdı. Onları evlərinə apardıqdan sonra özü də öz yaşadığı evə qayıtmışdır.Ədalət onun atasının bibisi oğludur. İfadəsində göstərdiyi kimi X25 rayonunun Ərkivan qəsəbəsində qeydiyyatdadır və Masallı rayonunda yaşamışdır. Ədalətin valideynlərinin evi Vamazqon kəndində yerləşir. Ədalətin kəndə gediş gəliş etdiyini son vaxtlar müşahidə etməmişdir. Eləcə də hadisə baş verən gün o, Ədalət Şiriyevi kəndin ərazisində görməmiş, hansı səbəbdən kəndə gəldiyini bilməmişdir. Təqsirləndirilən şəxs dediyinə görə ehtiyatsızlıqdan Ədaləti güllələmişdir. Hadisənin şahidi olmadığından hadisənin necə və hansı vəziyyətdə cərəyan etməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs və Ədalət Şiriyev arasında məlum hadisə günü, eləcə də əvvəllər narazılıq, ziddiyyət, ədavət, mübahisə və münaqişə olmasının şahidi olmamış və bu barədə heç nə eşitməmişdir. Şahid3 Sucəddin oğlunun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki,o şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, Təqsirləndirilən şəxs Masallı şəhərində ailə üzvləri ilə birlikdə kirayədə yaşamışdır. X9 tanımış və onun qohumudur. Təqsirləndirilən şəxs və Ədalət Şiriyev ov həvəskarları olmuşlar. Ədalət Şiriyevi öz oğlu kimi istəmişdir. Aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 09 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs X9 ehtiyatsızlıqdan ov tüfəngi ilə, ov zamanı vurmasını, nəticədə Ədalət Şiriyevin ölməsini eşitmişdir. Baş vermiş hadisənin şahidi olmamışdır. Ağır xəstə olduğu üçün hadisə yerinə gedə bilməmiş, lakin dəfndə iştirak edərək üzürxaxlıq etmişdir. Hadisə Əmirin ehtiyatsığı ucbatından baş vermişdir. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Nücü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2002 və 2006-cı il təvəllüdlü uşaqları vardır. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Nücü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin 10 yanvar 2023-cü il tarixli 16/ı-7ia nömrəli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu aşkar edilməmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 09 dekabr 2022-ci il tarixli protokolda qeyd olunmuşdur ki, yaradılmış əməliyyat istintaq qrupu ilə birlikdə Lerik rayonu, Vamazğon kənd sakini Təqsirləndirilən şəxs bələdçiliyi ilə kəndin mərkəzindən 300 metr meşə sahəsinə doğru “Piyazo Çol” adlanan sahədə təqdim etdiyi hadisə yerinə və orada olan kişi cinsli meyitə baxış keçirilmişdir. Sahədə kişi cinsinə məxsus meyit vardır. Təqsirləndirilən şəxs bildirir ki, meyit Ədalət Şiriyevə məxsusdur. Hadisə yerinə süni işıq altında baxış keçirməyə başlanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin gün saat 18 radələrində meşə cüllütünün ovuna çıxmış, ov axtardığı zaman yamacda kolun altında gəndələş kollarının arasında başına taxdığı fanar işığının şüaları altında parıltı görüb atəş açmış, bundan sonra hədəf ayağa qalxmış və hədəfin uzaq qohumu X13 olduğunu bilmişdir. Ədalət bir-neçə metr yeridikdən sonra yerə oturub ölmüşdür. Təqsirləndirilən şəxs hədəfə atəş açdığı yerdə dayanıb hədəfi gördüyü yeri göstərmişdir. Dayandığı nöqtədən hədəfi gördüyü yerə qədər məsafə 14 metrdir. Hədəfin göründüyü yerdə 01 (bir) ədəd hislə örtülü ov tüfəngindən istifadə olunan patronun qırma daşıyıcı konteyneri aşkar olunub götürüldü. Konteyner aşkar olunan nöqtədən Ədalət Şiriyevin meyitinə qədər məsafə 19.5 metrdir. Süni işıq altında giliz axtarıldı lakin tapılmadı. Ədalət Şiriyevin meyitinin yanında çəpərə söykənilmiş tüfəng, təklüləli olmaqla 16 kalibirlidir. Çaxmağın üzərində E36484 lülənin üzərində İ-14482,16,1951 rəqəmləri həkk olunmuşdur. Ədalət Şiriyevin tüfənginin yanında 09 ədəd kauçuk və 06 ədəd metal patronlar taxılmış patrondaj vardır. Meyitin üzərində gövdəsi qırmızı, şüşəsi olmayan fanar və ona məftillə qoşulan akkumlyator vardır. Fanarın üzərində daxildən xaricə 06 dəlik açılmışdır. Fanarın şüa əks etdirən güzgüsü zədəlidir. Ədalət Şiriyevin əynində üstdən geyindiyi hərbi plaş, qara göy rəngdə zamoklu gödəkçə, qolları hissəvi ağ-boz rəngli hissəvi gödəkçə, qəhvəyi rəngli sviter, diz hissəsi qara parça ilə yamaqlı köhnə şalvar vardır və qanla bulaşıqlıdır. Ayaqlarında rezin çəkmə vardır. Meyit daxili müayinə üçün Lənkəran MTE və PA Zona Mərkəzinə aparıldı. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan qanla bulaşıqlı hərbi geyim kitel-şalvar, çeçenka papağı 06 ədəd qırma ilə və 05 ədəd tək güllə ilə dolu patron taxılmış patrondaşı, 01 ədəd təklüləli, 16 kalibirli üzərində 1980E41883 rəqəmləri həkk olunmuş tüfəngi təqdim etmişdir. Baxış keçirilən paltarlar və tüfənglər eləcə də digər fanar, akkumliyator, patrondaşlar götürülmüşdür. İş materiallarında olan Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 16 saylı tibbi ekspert rəyində qeyd olunmuşdur ki, X3 bədəni üzərində kəllə sümüklərinin (təpə, sağ gicgah) sınığı, baş beyinə yayılmış qansızma, sağ ağciyəri zədələyən odlu silah kor qırma yaraları, döş boşluğunda qanaxma (980 ml), üz, baş, döş qəfəsi, sağ bazu oynağı, sağ kürəküstü, sağ körpücük, sol mil- bilək oynağı, sol əl nahiyələrində odlu silah kor qırma yaraları aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub, odlu silahdan 1 dəfə açılmış atəş nəticəsində əmələ gəlmişdir. Meyitdəki yaranın giriş dəlikləri ətrafında və yara kənarlarında atəşin əlavə faktorlarının aşkar olunmaması, qırmaların bədəndə yayılma sahəsini nəzərə alaraq qeyd etmek olar ki, patronu qırma ilə doldurulmuş (16 kalibrli ov tüfəngi) odlu silahdan uzaq məsafədən atəş açılmışdır. Xəsarətlərin yerləşmə nahiyələri və yara kanalının istiqamətinə görə atəş öndən arxaya, yuxarıdan bir qədər aşağıya, sağdan sola doğru olmuşdur, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2022-ci ilə uyğun gəlir və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə patronu qırma ile doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində kəllə sümüklərinin sınığı, baş beyinə yayılmış qansızma, sağ ağciyərin zədələnməsi, daxili və xarici qanaxma səbəb olmuşdur. Ə.M.Şiriyevin ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında alkoqol, psixotrop va narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X26 24 yanvar 2023-cü il 7/33 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, X10 məxsus plaşın kapüşonunun sağ tərəfində və ön-sağ nahiyəsində çoxsaylı; plaşın ayrılıqda təqdim edilmiş aşağı hissəsinin sol nahiyəsində dörd ədəd; plaşın ayrılıqda təqdim edilmiş aşağı hissəsinin arxa-sol nahiyəsində bir ədəd; sviterin və köynəyin sol çiyin nahiyəsində aşkar edilmiş çoxsaylı zədələr odlu silah zədələnmələri olub, qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan açılmış atəş (atəşlər) nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş X10 məxsus iki ədəd gödəkçə və şalvarın üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus hərbi kostyum (köynək və şalvar), hərbi kepka və papaq üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X26 19 yanvar 2023-cü il 9/43 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilən mərhum X10 məxsus tamlığı pozulub iki hissəyə ayrılmış hərbi plaş/yağışlıq/, iki ədəd gödəkcə, şalvar, tamlığı pozulmuş sviter, qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus hərbi kitel, hərbi şalvar, hərbi papaq və «çeçenka» papaq üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X10 məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. İş materiallarında olan 31 yanvar 2023-cü il 3/85; 3/90 saylı məhkəmə ballistik ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, "İjK" modelli, "E 41883" №-li, xarici çaxmaqlı, təklüləli tüfəngidir yivsiz odlu ov silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, "MK-17" modelli, "E 36484" №-li, lüləsi eyni modeldən olan İ 14482" №-li və lülǝaltı yatağı eyni modeldən olan "8185 " №-li ov silahının lüləsi və lüləaltı yatağı ilə komplektləşdirilmiş, xarici çaxmaqlı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 26 (iyirmi altı) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, hemin kalibre malik hamarlüleli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, təyinatı üzrə istifadəyə atəşə yararlıdırlar. Həmim 26 ədəd patrondan, 20 ədədi zavod üsulu ilə hazırlanmış, digər 06 ədədinin gilizi zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri isə kustar üsulu ilə doldurulmuşdur. Tədqiqata teqdim edilmiş 2 (iki) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridir gilizləridir. Həmin gilizlərdən gövdesi plastik materialdan olan giliz "İjK" modelli "E 41883" Ne-li, gövdəsi metal materialdan olan giliz isə "MK-17" modelli "E 36484" №-li, lüləsi eyni modeldən olan "İ 14482" №-li ve lüləaltı yatağı eyni modelden olan "8185 " №-li ov silahının lüləsi və lülǝaltı yatağı ilə komplektləşdirilmiş ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd plastik predmet yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun daxilinə doldurulan zavod üsulu ilə hazırlanmış atəş komponentinin atəşlə ayrılmış hissəsidir - polietilen ("konteyner" tipli) tıxacdır, döyüş sursatı hesab edilmir. Həmin tıxac üzərindəki izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün yararsız olduğundan, onun təqdim edilmiş 2 (iki) ədǝd 16 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadığını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş "İjK" modelli "E 41883 №-li ve "MjK-17 modelli "E 36484" №-li, lüləsi eyni modeldən olan "İ 14482" №-li və lüləaltı yatağı eyni modeldən olan "8185 " №-li ov silahının lüləsi və lüləaltı yatağı ilə komplektləşdirilmiş ov tüfənglərinin hər hansı birindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş X7 hadisə vaxtı başında taxılı vəziyyətdə olmuş bir ədəd projektorun üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, projektorun üzərində olan zədələr giriş və çıxış zədələri olmaqla yivsiz odlu ov tüfəngindən açılan atəş nəticəsində 2,5 metrdən yuxarı məsafədən, öndən arxaya doğru istiqamətdə qırmaların təsirindən yetirilməyə xarakterikdir. İş materiallarında olan Lerik RPŞ-nin 30 yanvar 2023-cü il tarixli, 15-3-13-95/2- 954/2023 saylı məktubunda qeyd olunmuşdur ki, Lerik rayonu, Vamazğon kənd sakini Təqsirləndirilən şəxs həmin kənddə qeydiyyatda olsa da orada yaşamamış və 2-3 gün əvvəl həmin kəndə gəldiyi məlum olmuşdur. Onun törətdiyi hadisəni birbaşa olaraq heç bir şəxs görməmişdir, həmçinin heç kəslə münaqişəsi və ədavəti olmamışdır, eləcə də X13 ilə münaqişəsi və ədavəti olmamışdır, əksinə çox gözəl münasibətləri vardır. Qeyd olunan hadisə havanın dumanlı vaxtı, günün qaranlıq saatlarında baş vermişdir. Vət. Təqsirləndirilən şəxs ata-babasından qalan 16 kalibirli ov tüfəngini götürərək ov etmək məqsədi ilə kəndin yaxınlığında yerləşən “Piyozə Çol” adlanan əraziyə getmişdir və atəş açdığı istiqamətdən səs eşitmişdir və həmin kolluqda cüllüt olduğunu düşünərək ehtiyyatsızlıqdan vət. X10 atəş açmışdır. Bu günə qədər vət. Təqsirləndirilən şəxs və X7 adlarında heç bir mülki və ya xidməti silahı qeydiyyatda olmayıb. Vətəndaşların hər ikisi uzun müddətdir ki, Lerik rayonu ərazisində yaşamırlar, həmin kəndə yaxın zamanlarda gəlmişlər və hər ikisinin üzərində ata-babalarından silahlarla ov etmək məqsədi ilə həmin əraziyə getmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24.1-ci maddəsində əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-nin 24.2-ci maddəsində göstərilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-nin 124-cü maddəsinə müvafiq olaraq ehtiyatsızlıqdan adam öldürmə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 26-cı maddəsinə əsasən (Cinayətin ehtiyatsızlıqdan törədilməsi) Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində sahədə fanar işığı ilə yamacda cüllüt axtararkən işıq şüasının altına düşən, kol dibində parıldayan göz görüb axtardığı ov olduğunu zənn edib təxminən 15 metr məsafədən işıldayan hədəfə ov tüfəngindən bir dəfə atəş açmaqla zərərçəkmiş şəxs X1 ağır zərər vurmaya aid xəsarətlər yetirməklə sonuncunu ehtiyatsızlıqdan öldürmüşdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, himayəsində iki uşağın olmasını, əməlindən peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cüiltarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarından göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Əmir Məmməd oğluna qarşı dəymiş zərərin ödənilməsinə dair mülki iddia ərizəsi ilə müraciət etmiş və mülki iddiaçı qismində tanınmışdır. Hazırki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mülki iddianın məhkəmə icraatı üçün qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamış qəbzin surəti əlavə olunmuşdur. Mülki iddiaçıya həmin sənədin əslini işin baxılması iclasında məhkəməyə təqdim edilməsi təklif olunsa da, onun tərəfindən buna əməl edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərlə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddia üzrə dövlət rüsumu alınmamasını nəzərdə tutan 182-ci maddəsi Məcəllədən çıxarıldıqdan sonra məhkəmə hazırkı cinayət işi üzrə verilmiş mülki iddiaya münasibətdə həmin Məcəllənin 179.2-ci maddəsinin tələbinə görə (mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir) mülki prosseual qanunvericiliyinin normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Ona görə də məhkəmə zərəçəkmiş şəxsin verdiyi mülki iddiaya dövlət rüsumunun əslini və yaxud təsdiq edilən sənədin surətini təqdim etməməsini sənədin təqdim edilməməsi kimi kimi qiymətləndirir. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanuna əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunmamışdır. Odur ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 Əmir Məmməd oğluna qarşı cinayət əməli nəticəsində vurmuş zərərin ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququna malik olması izah edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən müəyyən edir. İş üzrə maddi sübut olan Lerik rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılılan Təqsirləndirilən şəxs istifadəsində olan zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibirli, “İjK” modeli, “E 41883” №-li, xarici çaxmaqlı, təhlükəli tüfəng, yivsiz odlu silahı, içərisində patronları olan patrondaşı, sonradan istintaq təqdim olunmuş plastik materialdan olan bir ədəd giliz DİN-in Təchizat İdarəsinin silah anbarına təhvil verilməli,iş üzrə maddi sübut olan ölmüş zərərçəkmiş şəxs X10 məxsus 01 (bir) ədəd balaca projektoru və ona məftillə birləşmiş akumlyator, həmçinin hadisə baş verən zaman X7 əynində olmuş paltarları ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X12 qaytarılmalı və ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyrmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyrmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan Lerik rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılılan Təqsirləndirilən şəxs istifadəsində olan zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibirli, “İjK” modeli, “E 41883” №-li, xarici çaxmaqlı, təhlükəli tüfəng, yivsiz odlu silahı, içərisində patronları olan patrondaşı, sonradan istintaq təqdim olunmuş plastik materialdan olan bir ədəd giliz DİN-in Təchizat İdarəsinin silah anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan ölmüş zərərçəkmiş şəxs X10 məxsus 01 (bir) ədəd balaca projektoru və ona məftillə birləşmiş akumlyator, həmçinin hadisə baş verən zaman X7 əynində olmuş paltarları ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X12 qaytarılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı ziyan tələbi ilə bağlı mülki mühakimə icrtaatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-17/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-17/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver