Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-17/2024 21.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1985-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Cəngəmiran kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2022-ci ilin yay aylarında yaşadığı kəndin ərazisində istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən satış məqsədi ilə qanunsuz yolla əldə edərək daşıyıb evində saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 09 ədəd kibrit qutularında və sellofan torbada qablaşdırılmış ümumi təmiz cəkisi 383,22 qram narkotik vasitə qurudulmuş marixuanadan 04 ədəd kibrit qutusunda qablaşdırılmış 13,841 qramını üzərində saxlamaqla daşımışdır. Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 25 mart 2023-cü il tarixdə, saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Cəngəmiran kəndində yerləşən çayxanada şübhəli şəxs qismində saxlanılaraq Lerik RPŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin yan cibində 04 ədəd kitbrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,229 qr; 3,412 qr; 3,427 qr; 3,773 qram: ümumi təmiz çəkisi 13,841 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz əldə etdiyi 383,22 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadan yaşadığı evin otağında quraşdırılmış paltar dolabında 05 ədəd kibrit qutularında və evin zirzəmisində sellofan torbada saxladığı 369,379 qram çəkidə qurudulmuş marixuana 26 mart 2023-cü il tarixdə Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin otağındaquraşdırılmış paltar doladında və zirzəmisində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəlki illərdə ara-bir narkotik vasitə marixuanadan istifadə etmiş, istifadə etmək üçün marixuananı tanımadığı şəxslərdən ayrı-ayrı yerlərdən almışdır. Lənkəran şəhərində ara-bir marixuana alıb istifadə etmiş, marixuanadan əvvəlki illərdə istifadə etdiyinə görə tanıyır və narkotik vasitə olduğunu bilir, marixuanadan başqa digər növ narkotik vasitələrdən heç vaxt istifadə etməmiş və narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 2022-ci ilin yay aylarında yaşadığı kəndin örüş sahəsində qara rəngdə sellofan torbada kütlə görərək torbanı götürüb içinə baxdığı zaman içində bir neçə ədəd kibrit qutusu dolu marixuana və açıq şəkildə marixuana olmuş, marixuanadan gələcəkdə istifadə etmək üçün torbanı götürüb evinə gətirərək ailə üzvlərindən xəbərsiz evin zirzəmisində gizlətmiş, torbada olan kibrit qutularından bir neçə ədədini götürüb evin orta otağında gizlətmiş, ara-bir götürüb istifadə etmiş, son günldərdə 4 ədəd kibrit qutusunda olan marixuananı götürüb cibinə qoymuş və ara-bir siqaret kimi çəkib istifadə etmiş, ailə üzvlərinin bundan xəbəri olmamışdır. 25 mart 2023-cü il tarixdə, saat 20 radələrində evdən çıxıb çay içmək üçün kəndin mərkəzində yerləşən çayxanaya gedərkən üzərində marixuana dolu 4 ədəd kibrit qutusu olmuşdur. Çayxanaya gəlib içəri daxil olmuş, həmkəndlilərindən Ramik, Ramin və Yalçını bir stolda oturub çay içirdiklərini görüb onların stoluna oturaraq çay içib domino oynamağa başlamışlar. Saat təxminən 22 radələrində Lerik rayon polis şöbəsinin tanımadığı əməkdaşları çayxanaya daxil olub ona yaxınlaşıb «sizin narkotik vasitədən istifadə etməyiniz barədə bizə məlumat daxil olmuşdur, bizimlə şöbəyə getməlisiniz» deyərək onu çayxanadan çıxarıb avtomobildə Lerik rayon polis şöbəsinə gətirmişlər. Lerik rayon polis şöbəsində onun üzərində şəxsi axtarış aparmışlar, əynində olan gödəkcənin yan cibinndə saxladığı içərisində marixuana olan 4 ədəd kibrit qutuları aşkar edib götürməklə qablaşdırmışlar. Üzərində aşkar olunmuş marixuananı 2022-ci ilin yay aylarında kəndin örüş sahəsində tapmış və götürüb evinə aparıb gizlətmişdir. Həmçinin evində aşkar olunmuş 5 ədəd kibrit qutusunda olan marixuana və evin zirzəmisində sellofan torbada aşkar olunmuş marixuana ona məxsudur, həmin marixuananı 2022-ci ilin yay aylarında kəndin örüş sahəsində tapmış, gələcəkdə istifadə etmək üçün götürüb saxlamışdır. Ötən müddət ərzində ara-bir narkotik vasitə marixuanadan istifadə etmiş, narkotik vasitəni əsasən Lənkəran şəhərində tanımadığı şəxslərdən, ayrı-ayrı vaxtlarda xatırlamadığı qiymətə alıb istifadə etmiş, narkotik vasitəni yalnız özü istifadə etmək məqsədi ilə əldə etmiş, narokotik vasitədən istifadə etməsini ailə üzvləri və onunla ünsiyyətdə olan şəxslər bilməmişlər. Heç vaxt narkotik vasitə satmamışdır. Hazırda etdiyi əməlindən peşimandır. Söz verir ki, bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq ona qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, barəsində ədalətli hökm çıxarılmasını bildirərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhərində kirakeş yaşamaqla 2020-ci ildən Lerik RPŞ-də CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik rayonunun Cəngəmiran kənd sakinləri Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ziddiyyəti olmamışdır. 25 mart 2023-cü il tarixdə, günün ikinci yarısında adını və soyadını açıqlamaq istəmədiyi mənbədən Təqsirləndirilən şəxs yaşadığı Cəngəmiran kəndinin ərazisində üzərində narkotik vasitə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, daxil olmuş məluatı dərhal yoxlamaq məqsədi ilə Lerik RPŞ-nin rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs müşahidəyə alınması üçün təxirəsalınmaz əməliyyət-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, qəbul etdiyi qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuş və onun müşhidəyə alınmasına icazə verilmişdir. 25 mart 2023cü il tarixdə, saat təxminən 22 radələrində Lerik şəhərinə yaxın məsafədə yerləşən Cəngəmiran kəndinə gedib müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmək üçün Lerik rayon PŞ-nin əməkdaşı Mirsəfa Müstafayev, Şahid3, Şahid5la birlikdə Cəngəmiran kəndinə gəlmiş, Təqsirləndirilən şəxs kəndin mərkəzində olan çayxanada olmasını dəqiqləşdirib onu şübhəli şəxs qismində saxlayıb Lerik RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra üzərində narkotik vasitənin olması şübhəsi olduğuna görə üzərində şəxsi axtarışın aparılması üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası şöbənin təhqiqat qrupunun təhqiqatçıya həvalə olunmuş, Təhqiqatçı şöbənin inzibati binasında, xidməti iş otağda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibində 04 ədəd kibrit qutusu aşkar olunmuş, həmin qutularda kəskin iyi olan, quru halda, narkoik vasitə marixuanaya oxşar yaşıl kütlə aşkar olunaraq götürülmüşdür. Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərin davamı olaraq 26 mart 2023-cü il tarixdə, saat təximinən 10 radələrində Təqsirləndirilən şəxs Cəngəmiran kəndində yerləşən yaşadığı evində Lerik RPŞ-nin əməkdaşlarının iştirakı ilə axtarış aparılmışdır. Həmin axtarış tədbirin keçirilməsi zamanı iştirak etmiş, Təqsirləndirilən şəxs evində aparılmış axtarış zamanı evin Təqsirləndirilən şəxs yatdığı orta otaqda paltar dolabında 01 ədəd sellofan torbada 05 ədəd kibrit qutularında narkotik vasitə marixuanaya oxşar kütlə, daha sonra isə evin zirzəmisində 01 ədəd qara rəngdə sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı əldə edib istifadə etməsi barədə ona məlumat daxil olmuş, lakin marixuananı hansı mənbədən əldə etməsi barədə məlumat əldə edə bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2018-ci ildən Lerik RPŞ-də İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Lerik rayonunun Cəngəmiran kənd sakinləri Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ziddiyyəti olmamışdır. 25 mart 2023-cü il tarixdə, günün ikinci yarısında Lerik RPŞ-nin rəhbərliyinin göstərişinə əsasən Lerik rayonunun Cəngəmiran kənd sakini narkotik vasitəni üzərində gəzdirməsində və istifadəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə tapşırıq almış, Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən keçiriləcək əməliyyat-axtarış tədbirlərində iştirak etmək üçün onunla və digər polis əməkdaşları ilə birlikdə 25 mart 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Lerik şəhərinə yaxın məsafədə yerləşən Cəngəmiran kəndinə gedib müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmək üçün Cəngəmiran kəndinə gəlmişlər. Təqsirləndirilən şəxs kəndin mərkəzində olan çayxanada olmasını dəqiqləşdirib onu şübhəli şəxs qismində saxlayıb Lerik RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra onun üzərində narokotik vasitənin olması şübhəsi olduğuna görə üzərilərində şəxsi axtarışın aparılması üçün Şahid1 şöbə rəhbərliyinə raportla müraciət etmiş, raportun icrası şöbənin təhqiqat qrupunun təhqiqatçıya həvalə olunmuş, təhqiqatçı şöbənin inzibati binasında xidməti iş otağda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibində 04 ədəd kibrit qutusu aşkar olunmuş, həmin qutularda kəskin iyi olan, quru halda, narkotik vasitə marixuanaya oxşar yaşıl kütlə aşkar olunaraq götürülmüş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin davamı olaraq 26 mart 2023-cü il tarixdə, saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs Cəngəmiran kəndində yerləşən yaşadığı evində Lerik RPŞ-nin əməkdaşlarının iştirakı ilə axtarış aparılmışdır. Həmin axtarış tədbirin keçirilməsi zamanı iştirak etmiş, Təqsirləndirilən şəxs evində aparılmış axtarış zamanı evin Təqsirləndirilən şəxs yatdığı orta otaqda paltar dolabında 01 ədəd sellofan torbada 05 ədəd kibrit qutularında narkotik vasitə marixuanaya oxşar kütlə, daha sonra isə evin zirzəmisində şəxsən özü 01 ədəd qara rəngdə sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə aşkar etmiş və təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı əldə edib istifadə etməsi barədə ona məlumat daxil olmuş, lakin marixuananı hansı mənbədən əldə etməsi barədə məlumat əldə edə bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid5 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2004-cü ildən Lerik RPŞ-də polis nəfəri, daha sonra isə 2018ci ildən CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla hər hansı bir ziddiyyəti olmamışdır. 25 mart 2023-cü il tarixdə, günün ikinci yarısında, saat təxminən 18 radələrində Lerik RPŞ-nin rəhbərliyinin göstərişinə əsasən Lerik rayonunun Cəngəmiran kənd sakinlərindən narkotik vasitələrini üzərində gəzdirməsində və istifadəsi ilə məşğul olmasıında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərin keçirilməsi üçün şöbənin əməliyyat müvəkkili Şahid1 köməklik etməsi barədə tapşırıq almış, Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən keçiriləcək əməliyyat-axtarış tədbirlərində iştirak etmək üçün ounla və digər polis əməkdaşları ilə birlikdə 25 mart 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Lerik şəhərinə yaxın məsafədə yerləşən Cəngəmiran kəndinə gedib müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmək üçün Cəngəmiran kəndinə gəlmişlər. Təqsirləndirilən şəxs kəndin mərkəzində olan çayxanada olmasını dəqiqləşdirib onu şübhəli şəxs qismində saxlayıb Lerik RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra onun üzərində narokotik vasitənin olması şübhəsi olduğuna görə üzərində şəxsi axtarışın aparılması üçün Şahid1 şöbə rəhbərliyinə raportla müraciət etmiş, raportun icrası şöbənin təhqiqat qrupunun təhqiqatçısı Haldun Məmmədliyə həvalə olunmuş, Haldun Məmmədli şöbənin inzibati binasında xidməti iş otağda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibində 04 ədəd kibrit qutusu aşkar olunmuş, həmin qutularda kəskin iyi olan, quru halda, narkotik vasitə marixuanaya oxşar yaşıl kütlə aşkar olunaraq götürülmüş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin davamı olaraq 26 mart 2023-cü il tarixdə, saat təximinən 10 radələrində Təqsirləndirilən şəxs Cəngəmiran kəndində yerləşən yaşadığı evində Lerik RPŞ-nin əməkdaşlarının iştirakı ilə axtarış aparılmışdır. Həmin axtarış tədbirin keçirilməsi zamanı iştirak etmiş, Təqsirləndirilən şəxs evində aparılmış axtarış zamanı evin Təqsirləndirilən şəxs yatdığı orta otaqda paltar dolabında 01 ədəd sellofan torbada 05 ədəd kibrit qutularında narkotik vasitə marixuanaya oxşar kütlə, daha sonra isə evin zirzəmisində Şahid2 özü 01 ədəd qara rəngdə sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə aşkar etmiş və təhqiqatçıya təqdim etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid7 şahid Məmmədov Şahid Şükür oğlunun ifadəsi ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid4 oğlu ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2015-ci ildən Lerik RPŞ-də PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs tanıyır, lakin onunla hər hansı bir ziddiyyəti və düşmənçiliyi olmamışdır. 26 mart 2023-cü il tarixdə, səhər təlimatlandırmadan sonra şöbə rəhbərliyin tapşırığına əsasən Cəngəmiran kənd sakinləri Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparmaq üçün getmiş, həmin ünvanda axtarışı şöbənin təhqiqat qrupunun təhqiqatçısı Haldun Məmmədli aparmış, həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Haldun Məmmədli ev sahibi kimi özünü təqdim edən Elvinin anasını ünvanda axtarış aparılması ilə bağlı qəbul etdiyi qərarla tanış etdikdən sonra evdə və tikililərdə narkotik vasitənin olubolmamasını yoxlamaq üçün axtarış aparmalarını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətdəki tikililərdə axtarış aparmışlar. Təqsirləndirilən şəxs anasının deməsinə görə onun istifadə etdiyi otaqda paltar asılan dolabda axtarış apardığı zaman şəxsən özü dolabda olan avtomobil pərdəsinin altında qara rəngdə sellofan torbada 05 ədəd kibrit qutusunu aşkar etmiş, həmin qutularda narkotik vasitə marixuanaya oxşar kütlə olmuş, təhqiqatçı həmin kibrit qutularını götürmüş, bundan sonra evin zirzəmisində axtarış apardıqları zaman polis sahə rəisi Mirsəfa Mustayayev qara rəngdə sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə tapmış və həmin kütlə də qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid6 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2015-ci ildən Lerik RPŞ-də PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla ziddyyəti olmamışdır. Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən keçiriləcək əməliyyat-axtarış tədbirlərində iştirak etmək üçün onunla və digər polis əməkdaşları ilə birlikdə 25 mart 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Lerik şəhərinə yaxın məsafədə yerləşən Cəngəmiran kəndinə gedib müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmək üçün Cəngəmiran kəndinə gəlmişlər. Təqsirləndirilən şəxs kəndin mərkəzində olan çayxanada olmasını, üzərində narkotik vasitə marixuana gəzdirməsini və istifadə etməsini Şahid1 bildirmiş və saxlayıb şübhəli şəxs qismində Lerik rayon polis şöbəsinə aparmalarını demişdir. Bundan sonra Elvini çayxanada saxlayıb şübhəli şəxs qismində şöbəyyə gətirmişlər. Onun üzərində şəxsi axtarış aparılarkən iştirak etməmiş, Lakin Təqsirləndirilən şəxs üzərilərində marixuananın aşkar edilərək götürməsini həmin gecə eşidib və bilmişdir. 26 mart 2023-cü il tarixdə, səhər təlimatlandırmadan sonra şöbə rəhbərliyin tapşırığına əsasən Cəngəmiran kənd sakinləri Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparmaq üçün getmişlər. Həmin ünvanda axtarışı şöbənin təhqiqat qrupunun təhqiqatçısı Haldun Məmmədli aparmış, həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılmış axtarışda iştirak etməmiş, lakin həmin ünvanda axtarış aparan polis əməkdaşlarından eşitmişdir ki, Elvinin evinin otağında və zirzəmisində marixuanaya oxşar kütlə aşkar edib götürmüşlər. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid3 Məmmədhüseyn oğlu ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2022-ci ildən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir ziddiyyəti olmamışdır. 25 mart 2023-cü il tarixdə, saat 22 radələrində Lerik RPŞ-nin məsul növbətçisi ona zəng edib «ərazinizdən şübhəli şəxs şöbəyə gətirilib rəhbərlik sizi şöbəyə çağırır» dedikdən dərhal sonra Lerik RPŞ-nə gəlmiş, ona məlum olmuşdur ki, şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid1 digər əməkdaşlarla birlikdə rayonun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsinə görə şübhəli şəxs qismində şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxs üzərilərində şəxsi axtarış aparılarkən iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan gödəkcəsinin sağ yan cibində 04 ədəd kibrit qutusu aşkar olunmuş, həmin qutularda kəskin iyi olan, quru halda, narkotik vasitə marixuanaya oxşar yaşıl kütlə aşkar olunaraq götürülmüş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin davamı olaraq 26 mart 2023-cü il tarixdə Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılarkən təhlükəsizlik tədbirləri ilə bağlı evin həyətində olmuş və təhlükəsizlik qaydalarını qorumuş, Lakin axtarışda iştirak etməmişdir. Axtarışın nəticəsində ona məlum olmuşdur ki, Elvinin yaşadığı ünvanda əməkdaşlar tərəfindən aparılmış axtarış zamanı narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid8 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla xırda alverlə məşğul olub ailəsini dolandırır. Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir unsiyyəti olmamışdır. 25 mart 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Lerik rayon polis şöbəsinin xatırlamadığı əməkdaşı ona zəng edib şöbəyə çağırmış, şöbəyə çağırılmasının səbəbini soruşmuş, ona «şöbəyə şübhəli şəxs gətirmişik onun üzərində şəxsi axtarış aparmaq üçün hal şahidi kimi iştirak etməlisiniz» demiş, Lerik RPŞ-nə gəlmiş, Lerik rayon polis şöbəsində təhqiqatçının xidməti iş otağında sonradan adını bildiyi Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun əynindəki gödəkcənin sağ yan cibində 04 ədəd kibrit qutusunda kütlələr aşkar olunmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qutularda nəşə olmaqla ona məxsusdur özü istifadə edir. Şahid9 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir unsiyyəti olmamışdır. 25 mart 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Lerik rayon polis şöbəsinin xatırlamadığı əməkdaşı ona zəng edib şöbəyə çağırmış, şöbəyə çağırılmasının səbəbini soruşmuş, ona «şöbəyə şübhəli şəxs gətirmişik onun üzərində şəxsi axtarış aparmaq üçün hal şahidi kimi iştirak etməlisiniz» demiş, Lerik RPŞ-nə gəlmiş, Lerik rayon polis şöbəsində təhqiqatçının xidməti iş otağında sonradan adını bildiyi Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun əynindəki gödəkcənin sağ yan cibində 04 ədəd kibrit qutusunda kütlələr aşkar olunmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qutularda nəşədir, ona məxsusdur, istifadə etmək üçün əldə üzərində gəzdirmişdir. Şəxsi axtarışın aparılması barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibində 04 ədəd kibrit qutusunda marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evində axtarış aparılması barədə protokoldan görünür ki, evin orta otağında paltar dolabın içində 01 ədəd qara rəngdə sellofan torbada 05 ədəd kibrit qtusunda və evin zirzəmisində 01 ədəd qara rəngdə sellofan torbada narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş CD-disk olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs evində və tikililərdə şöbə əməkdaşları tərəfindən axtarış aparılmışdır. Axtarış zamanı videoçəkilişin-axtarışın 12:29-cu dəqiqəsində Şahid4 otaqda olan dolabda qoyulmuş qara rəngdə örtüyün altında qara rəngdə sellofan torbada 05 ədəd kibrit qutusu tapır, kibrit qutuların içinə baxır həmin kibrit qutuların içində narkotik vasitəyə oxşar marixuana görünür, daha sonra evin zirzəmisində Şahid2 divarın üzərində, yəni polun altında 01 ədəd qara rəngdə sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edib götürür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 26 mart 2023-cü il tarixli, 19/346 saylı rəyindən görünür ki, Lerik rayon polis şöbəsi tərəfindən tədqiqata təqdim edilmiş üzərində «Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 04 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütlə» sözləri və imzalar olan bir ədəd zərfdəki 04 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri: 3,229 qr; -3,412 qr; -3,427 qr; -3,773 qram; ümumi təmiz çəkisi 13,841 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar; xarici görünüşlərinə və bioloji komponentlərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 13,841 qram, cəmi tədqiqat sərf edildi-0,2 qr (hər.ob 0,05qr), qalıq-13,641 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 26 mart 2023-cü il tarixli, 19/347 saylı rəyindən görünür ki, Lerik rayon polis şöbəsi tərəfindən tədqiqata təqdim edilmiş üzərində «Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin orta otağında aşkar edilmiş 05 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütlələr» sözlər və imzalar olan bir ədəd zərfdəki 5 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz səkiləri -4,126 qr; -3,439 qr; -4,192 qr; -3,808 qr; -3,814 qram; ümumi təmiz çəkisi 19,379 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuandırlar, xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs yaşayş evinin zirzəmisində 01 ədəd qara rəngli sellofan torbada aşkar edilmiş narkotik vastəyə oxşar kütlələr» sözlər və imzalar olan bir ədəd paketdəki 01 ədəd sellofan torbada təmiz çəkisi 350,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş 2 ədəd zərfdəki və 1 ədəd paketdəki ümumilikdə 10 bükümlü marixuanalar xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi -369,379 qr. cəmi tədqiqata sərf eildi-0,3 qr (hər.ob 0,05qr), qalıq 369,079 qr. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər narkoloji xəstəxanasının X3 Tibbi Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 04 aprel 2023-ci il tarixli, 381 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Cəngəmiran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Cəngəmiran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015, 2018 və 2019-cu il təvəllüldü 3 azyaşlı uşağı vardır. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,841 qram narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi zərfdə qablaşdırılmış 13,641 qram qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda götürülmüş 369,379 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi rəngdə kağız paketdə qablaşdırılmış 369,079 qram qurudulmuş marixuana işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətdən şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ittihamı irəli sürmüşdür. Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 30 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin yan cibində 04 ədəd bükümdə ümumi təmiz çəkisi 13.841 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda götürülmüş 383.22 qram qurudulmuş marixuana olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olmaması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında “Cinayət işinin başlanması haqqında” 25 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın daxil olmadığını, sonuncu barədə yalnız narkotik vasitələrin əldə etməsi, istifadə etməsi və daşıması barədə məlumatları olduqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 09 ədəd kibrit qutularında, həmçinin sellofan torbada qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuananın 369.379 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr, psixotrop maddələr qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 25 mart 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin yan cibində 04 ədəd kibrit qutusunda qablaşdırılmış 13,841 qram olan narkotik vasitə qurudulmuş marixuana istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin müəyyən edilərək telefon nömrəsinə narkotik vasitələrin alqı-satqısını təsdiq edəcək mətnlər, zənglər və s. bu kimi hər hansı məlumatın daxil olması ilə hallar müəyyən edilməmişdir. Göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə – marixuananı mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda 04 ədəd kibrit qutusunda qablaşdırılmış 13,841 qram qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda götürülmüş 369,379 qram qurudulmuş marixuana əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs, 2022-ci ilin yay aylarında yaşadığı kəndin ərazisində istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən satış məqsədi olmadan qanunsuz yolla əldə edərək daşıyıb evində saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 09 ədəd kibrit qutularında və sellofan torbada qablaşdırılmış ümumi təmiz cəkisi 383,22 qram narkotik vasitə qurudulmuş marixuanadan 04 ədəd kibrit qutusunda qablaşdırılmış 13,841 qramını üzərində saxlamaqla daşımışdır. Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 25 mart 2023-cü il tarixdə, saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Cəngəmiran kəndində yerləşən çayxanada şübhəli şəxs qismində saxlanılaraq Lerik RPŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin yan cibində 04 ədəd kitbrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 3,229 qr; 3,412 qr; 3,427 qr; 3,773 qram: ümumi təmiz çəkisi 13,841 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz əldə etdiyi 383,22 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadan yaşadığı evin otağında quraşdırılmış paltar dolabında 05 ədəd kibrit qutularında və evin zirzəmisində sellofan torbada saxladığı 369,379 qram çəkidə qurudulmuş marixuana 26 mart 2023-cü il tarixdə Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin otağındaquraşdırılmış paltar doladında və zirzəmisində aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarkterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki,onlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı təqsirin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmçinin cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cüiltarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon Məhkməsinin 27 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair Lerik RPŞ-in İQ-un vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon Polis X4 27 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Lerik RPŞ-in 27 mart 2023-cü il tarixli qərarı ilə seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, 21 iyun 2023-cü il tarixdə «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 130 (bir yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,841 qram narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi zərfdə qablaşdırılmış 13,641 qram qurudulmuş marixuana, həmçinin yaşadığı ünvanda götürülmüş 369,379 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyə rəngdə kağız paketdə qablaşdırılmış 369,079 qram qurudulmuş marixuana məhv edilməlidir, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (köhnə redaksiya) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdən 27mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixindən hesablansın və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan 13,841 qram narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi zərfdə qablaşdırılmış 13,641 qram qurudulmuş marixuana, həmçinin yaşadığı ünvandan götürülmüş 369,379 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd qəhvəyi rəngdə kağız paketdə qablaşdırılmış 369,079 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan 130 (bir yüz otuz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-17/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-17/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver