Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-17/2025 02.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Musayev Hökməli Oktay oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxx 1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Vidadi küçəsi, ev 22-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs, 2025-ci ilin aprel ayının əvvəlində Lənkəran şəhəri ərazisində satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 7,887 qram olub xeyli miqdar təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq, onu 06 aprel 2025-ci il tarixdə, saat 06 radələrində taksi xidmətindən istifadə etdiyi tanışı Şahid5 xəbəri olmadan sonuncunun faktiki istifadəsində olan, "Toyota prius" markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərkən üzərində Lerik şəhərinə daşımış, həmin tarixdəsaat 06:24 radələrində Lerik şəhəri, Həzi Aslanov küçəsində sükan arxasında dayandığı vaxt orada xidmət aparan Lerik rayon polis şöbəsinin əməkdaşlarının avtomobilə yaxınlaşdığını görüb, əynində olmuş gödəkçənin sol cibində qanunsuz saxladığı narkotik vasitə tiryəki gizlicə avtomobilin sol arxa ayaqaltı hissəsinə atmış, özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən inzibati binasına dəvət edilib, orada iştirakı ilə idarə etdiyi "Toyota prius" markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sol arxa ayaqaltı hissəsinin üzərindən ona məxsus qeyd olunan bükümdə və çəkidə narkotik vasitə tiryək aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 gün əvvəl Lənkəran rayonu Sütəmirdov kəndi ərazisində dəniz kənarında gəzib hava alarkən yerdə ağ selofanda bir ədəd büküm görmüş və götürmüşdür. Narkotik maddə tiryəkə oxşayak diduğəllərdə səhətilə əlaqədar narkotik madə istifadə etdiyi üçün dadına baxmış, tiryək olduğunu görüb cibinə qoymuş və bu barədə kiməsə nəsə deməmişdir. Səhəri gün bir dəfə həmin tiryəkdən istifadə etmişdır xx.xx.2025-ci il tarixində Lənkəran rayonunda icarəyə göturdüyu çayxanada oturmuş, evə getmək üçün əvvəlcədən tanıdığı (təxminən 10 il dir) dostluq münasibəti olan taksı ile məşqul olan Şahid5 zəng edərək çayxanaya gəlməsi üçün dəvət etmiş. Aydın da taksi kimi fəaliyyət göstərdiyi Toyoto prius markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 02-00 radələrində çayxanaya gəlmiş, o işçilərilə birlikdə maşına minmiş işçiləri düşürtdükdən sonra Şahid5 sür gedək Lerikə hava alaq demiş. Aydın da Lerik rayonu istiqamətinə avtomobili srmüş, yolda olarkən maşını ondan alıb özü idarə etməyə başlamışdır. Lerik şəhərində parkı keçdikdən sonra yolu azmış artıq səhər açılmış və geri qayıtmaq istəyəndə polis əməkdaşları onları saxlamış o bunu görüb gödəkcəmin sol cibində olan narkotik maddə olan tiryəki avtomobildə oz tərəfində arxa ayaq altının üzərinə atmışdır. Polis əməkdaları onları sorğu sual etdikdən sonra polis şöbəsinə dəvət etmişlər, onlar da gəlmişlər, üzəri yoxlanılmış, üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmərniş, ondan narkotik vasitələrdən istifadə etdiyi və üzərində narkotik vasitə olduğu soruşulduqda o konullu olaraq səhətilə bağlı arabir narkotik maddə tiryək isifadə etdiyini və üzərində olan narkotik maddə olan tiryəki Aydın Hüseyinzadəyə məxsus olan və onun tərəfindən idarə olunan Toyota markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomabilin sol arxa oturacağının ayaq altısına atdığını demiş və video görüntü ilə könüllu olaraq avtomabildən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Sonra həmin kütlə qablaşdırılmış, o və polis tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon şəxsiyyət vəsiqəsi 127 manat pul və narkotik vasitə götürülmüşdür. Narkotik vasitətəyə oxşar ağa rəngli salafana bükülmuş narkotik maddə tərəzidə çəkilmiş, protokol tərtib olunmuş və imzalamışlar. Polis əməkdaşları ona və dostu Şahid5 hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. Onun üzərinə daha əvvəl baxan olmayıb, saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Əvvəllər səhətilə bağlı bir neçə dəfə narkotik vasitə olan tiryək istifadə etmişdir. Narkotik vasitə satışı ilə məşğul olmamış, narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. Şahid5 onun üzərimnə narkotik vasitənin olduğunu və onun narkotik maddələrin istifadəçisi olduğunu bilmirmiş və o bu barədə Aydına məlumat verməmişdir. Hazırda əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir.Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, İşdə olanvə məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla arasında ziddiyyət və narazılıq yoxdur. Təxminən 10 ildir ki, dostluq edirlər. 06 aprel 2025-ci il tarixdə, saat 02:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Lənkəran rayonunda İcarəyə götürdüyü çayxanadan evə getmək üçün çayxanaya gəlməyini xahiş etmiş, o da idarə etdiyi Toyota markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 02:30 radələrində çayxanaya gəlmişdir. Təqsirləndirilən şəxs işçilərini maşınla evlərinə düşürtdükdən sonra Təqsirləndirilən şəxs ona demişdirdi ki, sür gedək Lerikə hava alaq. O da avtomobili Lerik rayonu istiqmatində sürmüş, yolda olarkən maşını ondan alıb özü idarə etməyə başlamışdır. Lerik şəhərində İcra Hakimiyyətinin yanındakı parkı keçdikdən sonra yolu tanımadığı üçün geri qayıtmaq istəyəndə avtomobili saxlamışlar. Həmin an adlarınını bilmədiyi polis geyimində əməkdaşlar onlara yaxınlaşaraq özlərini təqdim etmişlər yolu tanımadıqlarını hiss edib hardan gəldiklərini soruşmuşlar, daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Onlar avtomobillə Lerik rayon polis şöbəsinə gəlmişlər Şöbədə otaqların birində onlara vəkil təyin olunmuş, üzərilərində şəxsi axtarış zamanı narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir Rahim İbrahiomov şəxsi axtarış zamanı avtomobildə ona məxsus narkotik vasitə olduğunu və istifadə etmək məqsədilə əldə etdiyini demişdir. Daha sonra Toyota markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sürücü oturacağının arxa ayaqaltısının üzərində dövriyyəsi qadağan olunmuş 01 ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs səhətilə bağlı arabir narkotik vasitə tiryək isifadə etdiyini və üzərində olan narkotik vasitə olan tiryəki Toyota markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa oturacağının ayaq altısının üzərinə atdığını demiş və videogörüntü ilə könüllü olaraq avtomobildən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Videoşəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları yaxınlaşan zaman qorxduğu üçün üzərində daşıdığı narkotik vasitə tiryəki avtomobilin sol arxa ayaqaltısının üzərinə atdığını demişdir. O Rahimin narkotik vasitəni ayqaltının üzərinə atdığını görməmişdir. Sonra həmin kütlə qablaşdırılmış, o. Təqsirləndirilən şəxs, vəkil və polis tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, 23 manat pul götürülüb qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən onlara qarşı psixi və ya fiziki zor tətbiq olunmayıb, bədəni üzərində heç bir xəsarəti yoxur. Narkotik vasitədən istifadə etmir, narkotik vasitələri tanımır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə əvvəllər heç bir məlumata sahib olmamışdır. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasından xəbəri olmamışdır, onun narkotik vasitə istifadəçisi olması barədə heç bir məlumaat sahib deyil. O narkotik vasitəə istifadə etmir. O Rahimin narkotik vasitəni ayqaltının üzərinə atdığını görməmişdir Məhkmə iclasında şahid qismində dindirlmiş X5 ifadəsində göstərdi ki, Lerik RPŞnin PPX-də polis nəfəri, işləyir. Lənkəran şəhər sakinləri Şahid5 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, arasında narazılıq və ziddiyyət olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 06:04 radələrində Lerik RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 və polis serjantı Mail Şahbazovla birlikdə dislokasiya üzrə 1 saylı marşrutda xidmətdə olarkən 2 nəfər şəxsin "Toyota Prius" markalı **-BY-*** saylı dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə təxminən 20 dəqiqə müddətində Lerik şəhəri, H.Aslanov küçəsində fasiləsiz hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra həmin şəxslərin yolu tapa bilməmələrini zənn edib, dayanmış avtomobilin sürücüsünə köməklik etmək məqsədi ilə H. Aslanov küçəsində həmin avtomobilə yaxınlaşıb özlərini təqdim edərək onlardan kimi, hansı unvanı axtardıqlarını və necə köməklik edə biləcəklərini soruşmuşlar. Özünü Rahim adı ilə təqdim edən sürücü gəzməyə gəldiklərini və heç kimi axtarmadıqlarını bildirmişdir. Onlar Rahim adlı şəxsin narkotik vasitənin təsiri altında olmasından şübhələndiyi üçün həmin şəxsləri saat 06.24 radələrində Lerik RPŞ-nə gətirmişlər. Bu barədə şöbə rəhbərliyinə müraciət etmiş, raportun icrası Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatısı, polis polkovnik-leytenantı Habil Bünyatova həvalə olunmuşdur. Şahid5 və Təqsirləndirilən şəxs üzərilərində şəxsi axtarış keçirilərkən üzərlərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan edilmiş hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Daha sonra şəxsin "Toyota Prius" markalı **-BY-*** saylı dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış zamanı Təqsirləndirilən şəxs onlara avtomobilin arxa sol ayaqaltının üzərində olan 01 ədəd bükümdə narkotik vasitəyə oxşar kütləni təqdim etmiş və həmin kütlə götürülmüş, çəkilmiş və qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq İmzalamışlar. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar kütlənin ona məxsus olduğunu, istifadə etmək məqsədilə əldə etdiyini demiş və Şahid5 həmin narkotik vasitədən xəbəri olmamasını bildirmişdir. İş materiallarına əlavə olunmuş, Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis polkovnik-leytenantı Habil Bünyatov tərəfindən tərtib olunmuş 06 aprel 2025-ci il tarixli şəxsi axtarış keçiriməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Şəxsi axtarış videoçəkiliş ilə aparılaraq protokola əlavə edilmişdir İş materiallarına əlavə olunmuş, Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis polkovnik-leytenantı Habil Bünyatov tərəfindən tərtib olunmuş 06 aprel 2025-ci il tarixli avtomobilə baxış keçirlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mubariz oğlunun idarə etdiyi "Toyota prius" markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa oturağacağının ayaqaltısının üzərində 01 ədəd bükümdə narkotik vasitə aşkar edilmişdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinə göndərilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 06 aprel 2025-ci il tarixli, 19/143 saylı rəyindən görünur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükumdə təmiz çakısı, 7.887 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir Qeyd: Ekspertiza tədqiqatı zamanı ümumi təmiz çəkisi -7,887 qram olan tiryəkden 0.1 qram tədqiqata sərf olunmuş, -7.787 qram tiryək qalıq qalmışdır. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 07 aprel 2025-ci il tarixli, 21 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hor hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X6 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 07 aprel 2025-ci il tarixli, 185 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2025-ci il tarixdə, saat 06:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdə saat 18:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İşdə olan qətimkan tədbirinin seçilməsi haqqında 07 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan maddi sübut qismində tanınma haqqında 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, 7.887 qram narkotik vasitə tiryəkdən ekspertiza tədqiqatından sonra qalıq qalmış 7.787 qram narkotik vasitə tiryək maddi sübut qismində tanınaraq Lerik Rayon Polis şöbəsinin əşyaların saxlama kamerasında saxlanılır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. İşdə olan Lənkəran şəhər icra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Lənkəran şəhər icra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Vidadi küçəsi, ev 22-də qeydiyyatdadır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə işüzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbi hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut – Lerik RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 7.787 qram qalan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 aprel 2025-ci il tarixdən 07 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lənkəran şəhəri, Vidadi küçəsi, ev 22-də yerləşdiyi evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbi hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Lerik rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 7.787 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan DVD-R markalı 2 ədəd disklər cinayət işinin matreallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vəapelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №1(048)-17/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-17/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver