Məhkəmə qərarları › İş №1(048)-18/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-18/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-18/2023 20.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 11:45 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxx 1972-ci ildə Lerik rayonun Vistən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Lerik rayonun Vistən kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, X14 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının gözətçisi vəzifəsində işlədiyi müddətdə, yəni 2022-ci ilin may ayının axırlarından həmin ilin sentyabr ayının ortalarına kimi olan dövr ərzində qulluq mövqeyindən istifadə etməklə, 05 may 2022-ci il tarixdə müəssisə ilə aralarında bağlanmış əmək müqaviləsinin (kontraktın), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 188 saylı qərarı ilə təsdiq edilmiş «Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi Müqavilə»nin, eləcə də hazırda qüvvədə olan keçmiş SSRİ Nazirlər Soveti tərəfindən 1982-ci ildə təsdiq edilmiş «Dövlət meşə mühafizəsi haqqında» Əsasnamənin tələblərini kobud surətdə pozaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasına cinayətkarcasına yanaşaraq mühafizə etdiyi 7 saylı meşə dolayısında 15 may 2022-ci il tarixinədək sekvestr olunub meşə sahəsində saxlanılaraq müəssisənin anbarına mədaxil edilmiş meşə məhsulunun olmadığını bildiyi halda meşəbəyi Şahid4 tərəfindən 26 iyul 2022-ci il tarixdə tərtib olunaraq Lerik rayonunun Vistən kənd sakini Şahid2 verilmiş 005172 saylı meşə məhsullarının buraxılışı orderinə əsasən 6 kub metr həcmində odunun tədarükü üçün müxtəlif diametrlərdə 4 ədəd fısdıq cinsindən, 17 avqust 2022-ci il tarixdə tərtib olunaraq rayonun Bırkandul kənd sakini Şahid9 verilmiş 012563 saylı meşə məhsullarının buraxılışı orderinə əsasən 3 kub metr həcmində odunun tədarükü üçün müxtəlif diametrlərdə 2 ədəd vələs cinsindən, həmçinin istintaqla müəyyən edilməsi mümkün olmayan şəxslər tərəfindən 33 ədəd olmaqla ümumilikdə 35 ədəd, 79,52 kub metr həcmində kök üstə yaş halda və qurumuş ağacların mühafizə etdiyi 7 saylı meşə dolayısının «Qoliz» adlanan ərazisində qanunsuz kəsilməsinə şərait yaratmaqla X17 8691,20 manat məbləğində, külli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, Lerik rayonunun Vistən kəndində yaşamaqla 05 may 2022-ci il tarixdə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısına gözətçi təyin olunmuş, 2022-ci ilin sentyabr ayının ortalarına kimi həmin vəzifəni icra etmiş, mühafizə etdiyi 7 saylı meşə dolayısı Lənkəran rayonunun Türkəncil, Günəhir və Odəsə, Lerik rayonunun Brkandul, Peştətük və Babagil kədlərinin əhatəsində yerləşir. Gürdəsər meşəbəyliyin 8 saylı meşə dolayısı isə tam olaraq 7 saylı ilə sərhəddir, aralarından maşın yolu keçir. Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısına gözətçi təyin odunduğu günlərdə həmin meşə dolayısını qonşu meşə dolayısının gözəitçisi Şahid3 mühafizə edir. Meşə dolayısına gözətçi təyin olunduğu gündə Meşəbəyi Şahid4 ona meşə sahəsini gəzməklə ağacların qanunsuz kəsilməsinin qarşısını almasını bildirdikdə həmin gündən təxmini ərazisini tanıdığı 7 saylı meşə dolayısının ərazisini gəzməyə başlamış, həmin günlərdə yağış yağdığına görə təhvil-qəbul yoxlaması gecikdirilmişdir. Hava açılandan sonra 18 may 2022-ci il tarixdə 7 saylı meşə dolayısının ərazisi ona göstərilmiş və meşəbəyi təhvil-qəbul aktını tərtib edib ona təhkim etmişdir. 23 iyun 2022-ci il tarixdə meşə sahəsinin «Qoliz» adlanan ərazisində gəzdiyi zaman 2 ədəd fısdıq, 1 ədəd ağcaqayın və 2 ədəd qızılağac cinsindən ağacların təxminən 1 ay əvvəlki günlərdə kəsilməsini və yerində saxlanılmasını görüb meşəbəyiyə dərhal telefon vasitəsi ilə məlumat vermiş, 24 iyun 2022ci il tarixdə Nurəddin və Nağdəli meşə sahəsinə gəlib həmin 5 ədəd ağacların kötüklərinə və yerdə qalan hissələrinə baxış keçirilərək akt tərtib olunmış, ağacların kim və yaxud da kimlər tərəfindən kəsildiyini bilmir. Ağaclardan 3 ədəd bir-birinə tam yaxan məsafədə yerləşir, digər iki ədəd ağaclar isə bandanlan uzaq məsafədə bir-birinə yaxın yerləşirlər. Brkandul kənd sakini Şahid1 7 saylı dolayıda yıxılmış ağaclardan bir maşın odun doğrayıb Brkandul kənd sakini Əhəd adlı şəxs üçün aparmış, digər bir maşın odunu kim üçün aprdığını bilmir. Lakin oduncağın tədarükü üçün ağaclar kəsilməmişdir. Oduncağı meşə buraxılış order olmadan və heç bir gəlir əldə etmədən meşədən aparılmasına meşəbəyi Nurəddinin razığıını aldıqdan sonra icazə vermiş, 2022-ci ilin yay aylarında mühafizə etdiyi 7 saylı dolayıda sanitar qırıntı sahəsi olmamışdır. Bununla yanaşı mühafizə etdiyi meşə sahəsinin «Qoliz» adlanan ərazisində sekvestr olunmuş oduncaq olmamış və mühafizə üçün onqa təhvil verilməmişdir. Dolayının «Dokr» adlanan ərazisində 2022-ci ilin may ayının əvvəlində qanunsuz kəsilmiş 18 ədəd ağaclar da yeridə saxlandığına görə mühafizə etmiş, buna baxmayaraq 24 iyun 2022-ci il tarixdə 7 saylı meşə dolayısının «Qoliz» deyilən ərazisinə müxtəlif diametrdə 2 ədəd fısdıq, 1 ədəd ağcaqayın və 2 ədəd qızılağac cinsindən cəmi 5 ədəd 11,34 kub metr həcmində ağacların qanunsuz kəsilərək yerində saxlanmasını aşkar etmiş, qanunsuz kəsilməsi ilə bağlı akt tərtib olunaraq sekvestr məhsul kimi müəssisəyə mədaxil olunduqdan sonra həmin ağacların oduncağı Vistən kənd sakini Şahid2 adına yazılmış meşə buraxılış orderinə əsasən 6 kub odun meşədən aparılmış, 4 kum metr həcmində oduncaq isə İltifat Hüseynova meşə buraxılış orderinə əsasən satılmış, 1 kubdan artıq işlik məhsulu isə Meşəbəyi Nurəddinlə birlikdə 40-cı km-də yaşayan Elcanın UAZ markalı maşını ilə meşədən çıxarıb Elcanın həyətinə gətirmiş, bundan sonra anbar təhvil verilmişdir. Mühafizə etdiyi 7 saylı dolayıda 14 sentyabr 2022-ci il tarixdə aparılmış yoxlamada Qızılağac cinsində 56 sm d-də 01 ədəd, 76 sm d-də 02 ədəd və 86 sm d-də 01 ədəd cəmi 4 ədəd işlik növünə aid ağacların son günlərdə qanunsuz kəsilməsi, 01 ədəd 76 sm d-də ağacın emal olunub 62 ədəd şpalın hazırlanması, digər 3 ədəd ağacın isə emal olunmadan meşə sahəsində saxlanılması, bundan əlavə həmin tarixli yoxlamada Ağcaqayın cinsindən 60 sm d-də 01 ədəd, 64 sm ddə 02 ədəd, 68 sm d-də 02 ədəd, 72 sm d-də 01 ədəd və 82 sm d-də 01 ədəd yarımişlik növünə aid ağacların matorlu mişarla son bir ay ərzində qanunsuz kəsilərək emal olunub aparılması və dib kötüklərin üzərinə dizel yağın axıdılması, Vələs cinsinən 32 sm d-də 01 ədəd, 48 sm d-də 01 ədəd və 68 sm d-də 01 ədəd, Palıd cinsinə aid 01 ədəd odunluq növünə aid ağacların son bir ayda qanunsuz kəsilməsi, bunlardan 32 sm d-də vələs və 20 sm d-də palıd cinsindən ağacların yerində saxlanılması, digar 2 ədədinin isə meşə sahəsindən aparılması aşkar olunmuşdur. Həmin dolayıda 22 sentyabr 2022-ci il tarixdə Lerik rayonunun Peştətük kənd sakini Şahid12 şikayəti əsasında aparılmış yoxlama zamanı Fısdıq cinsindən 32 sm d-də 02, 36 sm d-də 01 ədəd, 44 sm d-də 02 ədəd (bundan 1 ədəd quru), 48 sm d-də 02 ədəd (bundan 01ədəd quru), odunluq növünə, 72 sm d-də 01 ədəd işlik növünə aid, Vələs cinsinən 36 sm d-də 01 ədəd, 44 sm d-də 01 ədəd, 56 sm d-də 01 ədəd odunluq, Palıd cinsindən 28 sm d-də 01 quru odunluq növünə aid, Ağcaqayın cinsindən 32 sm d-də 01 ədəd odunluq və 64 sm d-də 01 ədəd yarımişlik növünə aid ağacların qanunsuz kəsilməsi qeydə alınmışdır. 14 sentyabr 2022-ci il tarixdə aparılmış yoxlamaya dair tərtib olunmuş aktda qanunsuz kəsilməsi qeydə alınmış 56 sm ddə 01 ədəd, 76 sm d-də 02 ədəd və 86 sm d-də 01 ədəd cəmi 4 ədəd işlik növünə aid Qızılağac cinsindən kəsilib yerində saxlanılmış, onlardan 1 ədədi emal olunumş şpal hazırlanmışdır. Şpal tam şəkildə anbara təhvil verilmişdir. Digər Ağcaqayın cinsindən 60 sm d-də 01 ədəd, 64 sm d-də 02 ədəd, 68 sm d-də 02 ədəd, 72 sm d-də 01 ədəd və 82 sm d-də 01 ədəd yarımişlik növünə adid ağacların matorlu mişarla son bir ay ərzində qanunsuz kəsilərək emal olunub aparılmış və dib kötüklərin üzərinə dizel yağın axıdılmışdır. Həmin ağacların kim və yaxud da kimlər tərəfindən kəsildiyini bilmir, çünki həmin ağacların kəsilmə müddətində meşəbəyi Şahid4 tapşırığı ilə gündəlik meşə sahəsinin «Dokr» adlanan sahəçsinə getmiş, düşünür ki, həmin ağaclar meşəbəyi Şahid4 razılığı və icazəsi ilə ona məlum olmayan şəxslər tərəfindən kəsilmişdir. Digər 4 ədəd ağaclardan Şahid4 tərəfindən tərtib olunmuş meşə buraxılış orderinə əsasən Vistən kənd sakini Quliyev X9 cinsinən 48 sm d-də 01 ədəd və 68 sm d-də 01 ədəd cəmi 2 ədədini kəsib doğrayaraq aparmasını sonradan bilmiş, həmin ərazidə Şahid9 ona verilmiş meşə buraxılış orderiənə sasən 32 sm d-də vələs və 20 sm d-də palıd ağaclarını kəssə də çürük olduğuna görə aparmamış yerində qalmışdır. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri, mütəxəssis rəyi, cinayət işində olan digər istintaq sənədləri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, Lənkəran şəhərində yaşamaqla X14 Təsərrüfatı Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir. X14 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolaysının gözətçisi Təqsirləndirilən şəxs və meşəbəyi Şahid4 tanıyır, aralarında ziddiyyət olmamışdır. Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısında 15 may, 24 iyun, 14 sentyabr və 22 sentyabr 2022-ci il tarixlərdə mütəxəssislər tərəfindən aparılmış yoxlamlara dair tərtib olunmuş aktlar üzrə ilkin araşdırma aparılaraq X17 vurulmuş ziyanın məbləği müəyyən edilib hər bir akt əsasında toplanmış material üzrə ayrı-ayrılıqdan Azərbaycan Respublikası CM-nin 259-cu maddəsinin tərkibi yarandığına görə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, qısa müddət ərzində 7 saylı meşə dolayısında dörd dəfə aprarılmış yoxlamalarda 55 ədəd müxtəlif cins və diametrdə ağacların qanunsuz kəsilməsi müəyyən olunmuşdur. Gürdəsər meşəbəyliyin meşəbəyisi və 7 saylı meşə dolayısının gözətçisi izahatlarında ağacların naməlum şəxslər tərəfindən ayrı-ayrı vaxtlarda kəsilməsini göstərmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, meşəbəyi və meşə gözətçisi üzərilərinə düşən vəzifəni günün tələbi səviyyəsində həyata keçirməyib meşə sahəsinin qournması üçün heç bir ciddi tədbir görməmişlər, 7 saylı dolayıda 55 ədəd ağacların qanunsuz kəsilməsi ilə X17 vurulmuş ziyanı tələb edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, şəxsi ZİL-131 markalı, **-KG-*** qeydiyyat nişanlı yük avtomobili vardır, özü idarə edir. Yaşadığı Brkandul kəndi tam olaraq meşə sahəsinin əhatəsində yerləşir, kəndin əsas ərazisi Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının əhatəsində yerləşir. 7 saylı meşə dolayısında sanitar qırıntı sahəsi olmadığına görə 2022-ci il ərzində həmin dolayının ərazisinə getməmiş, Gürdəsər meşəbəyliyinin 8 saylı meşə dolayısının ərazisində sanitar qırıntı sahəsi olduğuna görə 2022-ci ilin yay aylarında 8 saylı meşə dolayısında ayrılmış sanitar qırıntı sahəsində meşə buraxılış orderinə əsasən vətəndaşlara satılan, yəni meşə buraxılış orderi almış şəxslər üçün təxminən 5 maşın odun daşımış, sanitar qırıntı sahəsində nömrələnmiş ağaclar doğranılaraq oduncağı fəhlə maşına yükləmiş, özü isə odunu ünvana daşımışdır. Gürdəsər meşəbəliyin meşəbəyisi Şahid4 və 8 saylı meşə dolayısının gözətçisi Nurəli Əsədovu tanıyır, onlarla düşmənçilik və ziddiyyəti olmamış, qohumluq münasibəti yoxdur. Nurəli Əsədov və Şahid4lə 8 saylı meşə dolayısında sanitar qırıntı sahəsindən vətəndaşlara meşə buraxılış orderinə əsasən odun buraxılışının olubolmaması ilə bağlı danışıqları olmuşdur. 7 saylı meşə dolayısının gözətçisi Təqsirləndirilən şəxsla isə danışığının səbəbi belə olmuşdur. Vətəndaş meşədən evinə odun aparmaq üçün avtomaşına ehtiyacı olmuş və ona müraciət etmişdir. İdrakla əlaqə yaradıb həmin vətəndaşa odun verib-vermədiyini soruşmuş, İdrak ona avtomaşınla meşəyə girməsinə icazə verdiyinə görə 7 saylı meşə dolayısına gedib həmin odun doğrayan vətəndaş üçün odunu lazım olan ünvana aparmış, odunun meşə buraxılış oderinə əsasən və yaxud da digər əsaslarla meşədən buraxılışı ilə maraqlanmamışdır. İdarə etdiyi avtomaşınla İdrakın mühafizə etdiyi meşə sahəsindən 2022-ci ilin yay aylarında iki dəfə xatırlamadığı şəxslər üçün quru odun aparmış, 2022-ci ilin iyul ayının ortalarında səhər saat təxminən 06 radələrində Lənkəran-Lerik yolunun 40-cı km-də İdrakla rastlaşmış, onunla söhbəti olmuşdur, İdrak ona «Xalid mənə deyir ki, meşəndən material çıxmış və İltifatın fermasına gətirilmişdir. İltifatın fermasına gedən yola baxdım yük maşını fermaya getməmişdir» demişdir. İdraka material barədə heç bir söz deməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, şəxsi URAL markalı, **-BA-*** qeydiyyat nişanlı avtomobili vardır, lazım olan şəxslər üçün yük daşımaqla məşğul olub ailəsini dolandırır. İdrak Qədimrov həmkəndlisidir, ounla münasiəbti yaxşıdır. Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolaysınıın gözətçisi işləyir, Nurəli Əsədov isə 8 saylı meşə dolayısının gözətçisi işləyir, onu da tanıyır. Onunla düşmənçilik və ziddiyəti olmışdır. Nurəli Əsədov əvvəllər meşə gözətçisi işlədiyi müddətdə mühafizə etdiyi ərazidə ağacları qanunsuz kəsdirib satdığına görə işdən çıxarılmışdır. Hazırda da hansı yollarla meşəyə gözətçi təyin olunmuşdur, yenidən əməllərini təkrarlayır, öz hərəkətlərini digər şəxslərin üzərinə atmaq istəyir. Nurəli Əsədov öz işini yaxşı bacarır və meşədə ağacları satmaqda pərgardır. 2022-ci ilin yay aylarında 8 saylı meşə dolayısının sanitar qırıntı sahəsində vətəndaşlara verilmiş və onlar tərəfindən doğranılmış oduncağı daşımış, həmin oduncağı meşədən meşəbəyinin verdiyi meşə buraxılış orderinə əsasən meşə gözətçisi Nurəli Əsədov buraxılış etmişdir. Özü şəxsən Nurəli Əsədovun mühafizə etdiyi meşə sahəsindən qanunsuz olaraq meşə məhsulunu daşımamış, bundan əlavə Təqsirləndirilən şəxs mühafizə etdiyi 7 saylı meşə dolayısında doğranmış bir maşın odun və bir maşın çırpı evinə aparmış, odunun qanuni və yaxud da qanunsuz tədarük olunmasını bilmir. Lakin yıxılmış ağacın hissələri olmuşdur. Odunu və çırpını İdrak, oğlu və Taleh adlı şəxs maşınına yükləmişlər. Oduncağı axşam saatlarında aparmış, lakin hansı ayın neçəsində apardığını xatırlamır. Nurəlinin mühafizə etdiyi meşə sahəsindən keçib İdrakın meşəsinə getmiş, buna görə də İdrak qabaqcadan Nurəliyə məlumat verib odun üçün onun maşını ilə öz meşəsinə getdiyini demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lerik rayonunun Piran kəndində yaşamaqla X14 X5 raynu üzrə Gürdəsər meşəbəyliyinin 23 saylı meşə dolayısının gözətçisi işləyir. 2022-ci ilin aprel ayının axırlarında mühafizə etdiyi meşə dolayısı ilə yanaşı yerləşən Gürdəsər meşəbyliyin 7 saylı meşə dolayısının gözətçisi Eldəniz Zamanov ərizəsi ilə işdən çıxdığına görə 7 sayldı meşə dolayısının mühafizəsi ona həvalə olunmuş, mühafizə etdiyi 7 və 23 saylı meşə dolayıların ərazisi təxminən 5 min ha təşkil edir. Meşə sahəsi Lənkəran rayonunun Türkəncil, Günəhir, Horavenc və Bəleton, Lerik rayonunun Hamarmeşə, Sivəkəran, Haran, Vizəzəmin, Peştətük, Brkandul və Vistən kəndlərin əhatəsində yerləşiri, bütün kəndlərdən meşə sahəsinə piyada və avtomobil yolu gedir, kənd sakinləri sərbəst meşə sahələrinə gedə bilirlər. 7 saylı meşə dolayısının mühafizəsi ona həvalə olunduqdan sonrakı günlərdə həmin meşə sahəsini atla 2 dəfə gəzmiş, 2022-ci ilin may ayının 04 və yaxud da 05-də 7 saylı meşə dolayısına Təqsirləndirilən şəxs meşə gözətçisi təyin olunmuş, lakin təhvilqəbul işi dərhal aparılmamış, 18 may 2022-ci il tarixdə 7 saylı meşə dolayısında yoxlama aparılaraq İdrak Qəribova təhvil verilmişdir. 12 may 2022-ci il tarixdə 7 saylı meşə dolayısının «Dokr» adlanan ərazisinə gedib baxmış, Eldəniz Zamanovun meşə gözətçisi işlədiyi müddətdə 2 ədəd ağcaqayın cinsindən ağacların kəsilib şpal hazırlanaraq meşə sahəsindən aparılmasını müəyyən etmiş, həmin 2 ədəd ağacların dib kötüklərinə damğa vurulmuş və əvvəlki yoxlamalarda qeydə alınmışdır. Digər ağacların kəsilməsini görməmişdir. 15 may 2022-ci il tarixdə meşəbəyi Şahid4 ona «7 saylı dolayıya yoxlamaya gedirik» demiş, nə üçün hansı məqsədlə və yaxud da hansı məlumata əsasən getməsini bildirməmiş, Elşad Şükürov, Şahid4 Məhrəm Cəfərov və İdrak Qəribovla birlikdə 7 saylı meşə dolayısının «Dokr» adlanan sahəsinə gəlmişlər. Dolayının «Dokr» deyilən sahəsində bir-birinə və maşın yoluna yaxın məsafədə müxtəlif diametrlərdə fısdıq və ağcaqayın cinsindən 18 ədəd ağacların son 1-2 gün ərzində, yəni 15 may 2022-ci il tarixdən 1-2 gün əvvəlki günlərdə matorlu mişarla kəsilib tam olaraq yerində saxlanılmasını müəyyən etmişlər. Həmin ağacların kötüklərinə Elşad Şükürov istifadəsində olan 052 saylı damğanı vurularaq akt tərtib etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 20 aprel 2022-ci il tarixdən X14 X6 rayonu üzrə Gürdəsər meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. Meşəbəyliyin 7 saylı meşə dolayısının gözətçisi Eldəniz Zamanov 2022ci ilin aprel ayının ortalarından ərizəsi ilə işdən azad olunduğuna görə həmin dolayının mühafizəsi 23 saylı meşə dolayısının gözətçisi Şahid3 həvalə olunmuş, meşəbəyi vəzifəsinə təyin olunduğu zaman 7 saylı meşə dolayısının mühafizəsini Şahid3 həvalə əmri ilə həyata keçirmişdir. Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə 7 saylı meşə dolayısına gözətçi təyin olunmuşdur. Həmin tarixdən ona əməkhaqqı yazılmışdır. 05 may 2022-ci il tarixdən 7 saylı meşə dolayısının mühafizəsini İdraka tapşırmiş, hətta ərazini qiyabi ona göstərmiş, təhvil-qəbul yoxlaması isə yağışlar yağdığına görə bir neçə gün gecikmişdir. Təqsirləndirilən şəxs meşə sahəsini qoruyan zaman ciddi nöqsanlara yol verdiyindən 30 sentyabr 2022-ci il tarixdə işdən azad olunmuşdur. 14 may 2022-ci il tarixdə, saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs ona zəng edib ona «7 saylı dolayının Dokr deyilən ərazisinə gəlmişəm burada 18 ədəd ağaclar kəsmişlər ağaclar tam yerindədir. Ağaclar təxminən 2 gün bundan əvvəl yağışlı havada kəsilmişdir» demiş, bu barədə Elşad Şükürova bildirmiş və 15 may 2022-ci il tarixdə Elşad Şükürov, Məhrəm, həmin dolayının yeni təyin olunmuş meşə gözətçisi Təqsirləndirilən şəxs və həmin dolayını müvəqqəti mühafizə edən Şahid3la birlikdə 7 saylı meşə dolayısının «Dokır» adlanan ərazisinə gəlmiş, ərazidə apardıqları yoxlama zamanı məlum olmuşdur ki, yoxlamadan, yəni 15 may 2022-ci il tarixdən təxminən 1-2 gün əvvəl 18 ədəd müxtəlif diametrdə ağcaqayın və fısdıq cinsindən ağaclar qanunsuz kəsilmiş tam olaraq yerində saxlanılmışdır. Qanunsuz kəsilmiş ağacların dib kötüklərinə Elşad Şükürov istifadəsində olan 052 saylı damğanı vurmuş, ağacların kim və yaxud da kimlər tərəfindən kəsilməsini meşə gözətçisi Hafiz Mürşudov və Təqsirləndirilən şəxs soruşmuş, ağacların gecə saatlarında kəsilməsini bildirib kim tərəfindən kəsildiyini bilmədiklərini söyləmişlər. Buna görə də ağacların naməlum şəxs tərəfindən kəsilməsi ilə bağlı akt tərtib etmişlər. Ağacları kəsən şəxsi meşə gözətçisi Təqsirləndirilən şəxs bildiriyini düşünür. 23 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edib ona «7 saylı dolayının Qoliz deyilən ərazisinə gəlmişəm burada 5 ədəd ağaclar kəsmişlər ağaclar tam yerindədir» demiş, 24 iyun 2022-ci il tarixdə meşə gözətçisinin yazılı məlumatı alınmış və Nağdəli Dənziyevin rəhbərliyi ilə həmin əraziyə gedib kəsilmiş ağaclara baxış keçirtmiş, ərazidə 2 ədəd fısdıq, 1 ədəd ağcaqayın və 2 ədəd qızılağac cinsindən ağacların kəsilməsini, tam olaraq yerində saxlanılmış, kəsilmiş ağaclardan 3 ədədi tam olaraq bir-birinə yaxın, digər iki ağac bunlardan uzaqda lakin bir-birinə yaxın məsafədə kəsilmişdir. Lerik rayonunun Peştətük kənd sakini Şahid12 şifahi məlumatına əsasən 14 sentyabr 2022-ci il tarixdə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının «Qoliz» adlanan ərazisində yoxlama aparmışlar. Yoxlama zamanı 14 sentyabr 2022-ci il tarixdən təxminən 5 gün əvvəl 3 ədəd Qızılağac cinsindən işlik ağacların kəsilərək yerində saxlanılmasını, 2022-ci ilin təxminən iyul-avqust ayları ərzind 7 ədəd Ağcaqayın cinsindən ağacların kəsilərək emal olunub meşə sahəsindən aparılmasını, kəsilmiş ağacların dib kötüklərinin üzərinə mühərrik yağının tökülməsini, bundan əlavə 3 ədəd vələs və 1 ədəd palıd cinsindən ağacların kəsilməsini, bunlardan 2 ədəd vələs ağacının doğranılaraq aparılmasını, 1 ədəd vələs və 1 ədəd palıd ağacların yerində saxlanılmasını, həmin ərazidə 1 ədəd qızılağac cinsindən işlik növünə aid ağacın kəsilərək 62 ədəd şpalın hazırlanaraq yerində saxlanılmasını aşkar etmişlər. Həmin 15 ədəd ağacların diametrlərinə, cinsinə və növünə uyğun ziyanı hesablayıb tərtib olunmuş cədvəli akta əlavə etmişlər. Həmin ağaclar 2022-ci ilin may ayının axırlarında kəsilmişdir. Həmin ağacları kəsən şəxsi və yaxud da şəxsləri meşə gözətçisi Təqsirləndirilən şəxs tanıyır, özü şəxsən həmin ağacları kəsmələrinə icazə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, şəxsi ZİL-131 markalı, yük avtomobili vardır, özü idarə edir. 2022-ci ilin yay aylarında Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının «Qoliz» adlanan sahəsindən bir maşın odun Brkandul kənd sakini Şahid9 üçün həyətinə gətirmiş, odunu Ceyhun özü yıxılmış ağaclardan doğrayıb hazırlamışdır. «Qoliz» adlanan sahəyə Ceyhunsuz avtomobil gedə bilmir, çünki həmin ərazini özü mühafizə edir. «Qoliz» adlanan meşə sahəsinə maşın yolu yaşadığı evin yaxınlığından keçir. 2022-ci ilin yay aylarında həmin yol ilə İdrak tanımadığı şəxsin idarə etdiyi URAL markalı maşınla keçmiş və meşəyə getmişdir. Avtomobili dayandırıb İdrakla söhbət etmiş, İdrak ona «meşəbəyi Nurəddin Qolizə getməyimizə icazə vermişdir, oduncaq üçün gedirik» demiş, İkinci avtomobil isə ZİL-131 markalı avtomobil olmuşdur. Həmin avtomobili idarə edən şəxs Lerik sakini deyil, Lənkəran rayonunun ərazisindən gəlmişdir. Həmin avtomobili idarə edən şəxslə söhbət etmiş, nə üçün meşə sahəsinə getdiyini soruşmuş, həmin şəxs ona meşəbəyinin icazəsi ilə getdiyini demiş, dərhal meşə gözətçisi İdrakə zəng edərək ona «ZİL-131 markalı qəribə maşın meşəyə gedir, İdrak ona xəbərim var meşəbəyi Nurəddin ona icazə vermişdir» demiş, həmin avtomobil meşədən qayıdarkən onun evinin yanından keçməmiş, yolu dəyişib digər yol ilə keçib getmişdir. Həmin avtomobilin yükünü bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, yaşadığı Brkandul kəndi Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının əhatəsində yerləşir. 2022-ci ilin yay aylarında həmin meşə sahəsini Vistən kənd sakini Təqsirləndirilən şəxs mühafizə etmişdir. İdrak meşə gözətçisi təyin olunmamışdan əvvəlki vaxtlarda münasibətləri yaxşı olmuşdur. Aralarında ziddiyyət olmamışdır. Hətta onunla mütəmadi telefon əlaqələri olmuşdur. 7 saylı meşə dolayısının «Qoliz» adlanan meşə sahəsini qeyri rəsmi mühafizə etmiş, həmin əraziyə nəzarət edir. 2022-ci ilin avqust ayında evinə odun gətirmək üçün X14 Təsərrüfatı mərkəzinə müraciət etmiş, meşəbəyi Şahid4 onun adına meşə buraxılış orderini tərtib edib verərək 3 kub odunun pulunu alıb 7 syalı dolayıya gedib yıxılmış ağaclardan odun doğrayıb aparmasına icazə vermiş, 7 saylı meşə dolayısının «Qoliz» adlanan ərazisinə getmiş yıxılmış ağaclar tapa bilməmiş, Şahid4lə görüşüb ona «ərazidə yıxılmış ağac yoxdur. Nurəddin ona daha sən meşəyə gedirsən, oradan boş qayıtmazsan ki, birtəhər elə odun doğra gətir» demiş, bu sözdən sonra həmin ərazidə 2 ədəd vələs cinsindən ağacları kəsib odun doğrayıb Babagil kənd sakini Zöhrabın idarə etdiyi avtomaşınla həyətinə gətirmiş, bundan əlavə meşəyə getməmiş və qanunsuz ağac kəsməmiş, odun tədarük etməsinə görə kəsdiyi ağacları ona göstərən olmamışdır. Lakin meşəbəyinin şifahi razılığına əsasən ağacları kəsmişdir. 7 saylı meşə dolayısının «Qoliz» adlanan ərazisinin qismən hissəsini, yəni yaşadığı əraziyə yaxın sahəsini mühafizə edir. Mühafizə etdiyi sahədən uzaqlarda yerləşən meşə sahəsində qanunsuz kəsilmiş 35 ədəd ağcaların kimlər tərəfindən kəsildiyini bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, Astara rayonunun Pensər kəndində yaşamaqla X14 Təsərrüfatı Mərkəzində meşə mühafizə işi üzrə direktor müavini vəzifəsində işləyir. 15 may 2022-ci il tarixdə X14 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin meşəbəyisi Şahid4 ona meşəbəyliyin 7 saylı dolayısında ağacların kəsilməsi barədə meşə gözətçisi İdrakın ona məlumat verdiyini və həmin əraziyə getmələrini bildirmiş, Məhrəm, Nurəddin, həmin dolayının yeni təyin olunmuş meşə gözətçisi Təqsirləndirilən şəxs və həmin dolayını müvəqqəti mühafizə edən Şahid3la birlikdə 7 saylı meşə dolayısının «Dokr» adlanan ərazisinə gedib həmin ərazidə apardıqları yoxlama zamanı məlum olmuşdur ki, yoxlamadan, yəni 15 may 2022-ci il tarixdən təxminən 1-2 gün əvvəllki günlərdə 18 ədəd müxtəlif diametrdə ağcaqayın və fısdıq cinsindən ağaclar qanunsuz kəsilmiş tam olaraq yerində saxlanılmışdır. Qanunsuz kəsilmiş ağacların dib kötüklərinə istifadəsində olan 052 saylı damğanı vurmuş, ağacların kim və yaxud da kimlər tərəfindən kəsilməsini meşə gözətçisi Hafiz Mürşudov və Təqsirləndirilən şəxs soruşmuş, ağacların gecə saatlarında kəsilməsini bildirmişlər, lakin kim tərəfindən kəsildiyini bilmədiklərini söyləmişlər. Buna görə də ağacların naməlum şəxs tərəfindən kəsilməsi ilə bağlı akt tərtib etmiş, həmin ərazidə 18 ədəd ağacdan əlavə 2 ədəd ağacların qanunsuz kəsilməsini və əvvəlki yoxlamalarda qeydə alındığını müəyyən etmiş, həmin 2 ədəd ağacların işlik hissələri tam emal olunaraq meşədən aparılmışdır. 14 sentyabr 2022-ci il tarixdə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının «Qoliz» adlanan ərazisində yoxlama aparmış, yoxlama zamanı 14 sentyabr 2022-ci il tarixdən təxminən 5 gün əvvəl 3 ədəd Qızılağac cinsindən işlik ağacların kəsilərək yerində saxlanılmasını, 2022-ci ilin təxminən iyul-avqust ayları ərzind 7 ədəd Ağcaqayın cinsindən ağacların kəsilərək emal olunub meşə sahəsindən aparılmasını, kəsilmiş ağacların dib kötüklərinin üzərinə mühərrik yağının tökülməsini, bundan əlavə 3 ədəd vələs və 1 ədəd palıd cinsindən ağacların kəsilməsini, bunlardan 2 ədəd vələs ağacının doğranılaraq aparılmasını, 1 ədəd vələs və 1 ədəd palıd ağacların yerində saxlanılmasını, həmin ərazidə 1 ədəd qızılağac cinsindən işlik növünə aid ağacın kəsilərək 62 ədəd şpalın hazırlanaraq yerində saxlanılmasını aşkar etmiş, həmin 15 ədəd ağacların diametrlərinə, cinsinə və növünə uyğun ziyanı hesablayıb tərtib olunmuş cədvəli akta əlavə etmişdir. 22 sentyabr 2022-ci il tarixdə Gürdəsər meşəbəyliyinin 7 saylı dolayısında yoxlama aparmış, yoxlama zamanı Ağcaqayın cinsindən 1 ədəd işlik və 1 ədəd odunluq ağacların 2022-ci ilin təxminən yanvar-fevral aylarında kəsilməsini və yerində saxlanılmasını, bunlardan əlavə həmin ərazidə Fısdıq cinsindən müxtəlif diametrdə 7 ədəd (bunlardan 2 ədəd quru) odunluq və 1 ədəd işlik, Vələs cinsindən 4 ədəd odunluq, Palıd cinsindən 1 ədəd quru odunluq, Ağcaqayın cinsindən 1 ədəd odunluq və 1 ədəd yarımişlik növünə aid müxtəlif diametrlərdə ağacların qanunsuz kəsilməsini, əsasən işlik və odunluq hissələrinin emal olunub avtomaşınla meşə sahəsindən daşınmasını aşkar etmiş, bununla bağlı 15 ədəd ağacların növünə, cinsinə və diametrlərinə uyğun ziyanı hesablamış, ziyan cədvəlini akta əlavə etmiş, aparılan yoxlamalarda qanunsuz kəsilməsini qeydə aldığı ağacların kim və yaxud da kimlər tərəfindən kəsildiyini müəyyən edə bilməmiş, qanunsuz kəsilməsi qeydə alınmış ağaclar matorlu mişarla kəsilərək emal olunmuş və meşə sahəsindən aparılmışdır. Matorlu mişar meşə sahəsində işlədiyi müddətdə görülən işlərin həcmindən aydın olur ki, həmin işlər tam sərbəst görülmüşdür. Ağacların kəsilərək emal olunması meşəni qoruyan şəxslərin razılığı və icazəsi ilə həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan şahid X3 və X4 işin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadələrindən görünür ki, onlar məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Şahid11 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Lerik rayonunun Peştətük kəndində yaşamaqla rəsmi olaraq heç yerdə işləmir, təsərrüfatla məşğul olub ailəsini dolandırır. 2022-ci ilin yay aylarında evinə odun gətirmək üçün meşə buraxılış orderini almaq məqsədilə Peştətük kəndini əhatə edən Gürdəsər meşəbəyliyinin meşəbəyisi Şahid4 müraciət etmiş, Şahid4 Gürdəsər meşəbəyliyin 7 saylı meşə dolayısında yıxılmış ağacların hesabına odun gətirməsinə görə adına 20 iyul 2022-ci il tarixdə meşə buraxılış orderini tərtib etmiş, 10 kub oduna görə 180 manat pul Nurəddinə vermiş, Şahid4 və meşə gözətçisi Təqsirləndirilən şəxs ona «get meşədə yıxılmış ağaclar tap gəlib baxarıq doğrayıb apararsan» demişlər, Peştətük kəndindən Lənkəran rayonunun Günəhir və Türkancul kəndlərini birləşdirən meşənin ortasından keçən maşın yolu ilə meşəyə gedib kəndə yaxın ərazidə 2022-ci ilin mart ayında yağan qarın təsirindən yıxılmış 01 ədəd palıb və 01 ədəd vələs cinsindən ağacları tapmış, İdrak gəlib həmin ağaclara baxmış və doğramasına icazə vermiş, həmin ağaclar maşın yoluna uzaq olduğuna görə təxminən 20 gün ərzində meşədə yıxılmış həmin ki, ədəd ağacın məhuslundan təxminən 8 kub metr odunu doğrayıb əllə, fiziki güc hesabına maşın yoluna daşıyıb gətirmiş, bundan sonra Babagil kənd sakini Şahid8 avtomaşını ilə odunu evinə aparmışdır. Meşədə kök üstə yaş halda ağaclar kəsməmiş, meşə təsərrüfatına ödədiyin pulun təşkil etdiyi 10 kub odundan 2 kub metrini apara bilməmişdir. Buna görə də meşə buraxılış orderinə olduncağı aparmasına görə qeydlər aparılmamışdır. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X14 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının «Dokr» deyilən ərazisinə 15 may 2022ci il tarixdə meşə gözətçisi Təqsirləndirilən şəxs məlumatına əsasən aparılmış yoxlama zamanı Fısdıq cinsindən 64/52 sm d-də 01 ədəd yarımişlik, 68/56 sm d-də 01 ədəd yarımişlik, 80/64 sm d-də 01 ədəd işlik, 80/64 sm d-də 01 ədəd yarımişlik, 84/68 sm d-də 01 ədəd odunlduq, 88/68 sm d-də 01 ədəd işlik, 88/68 sm d-də 01 ədəd yarımişlik, 100/80 sm d-də 01 ədəd işlik, 100/80 sm d-də 01 ədəd odunluq, Ağcaqayın cisindən 40/32 sm ddə 01 ədəd odunluq, 56/44 sm d-də 02 ədəd yarımişlik, 68/48 sm d-də 01 ədəd odunluq, 72/56 sm d-də 01 ədəd işlik, 80/64 sm d-də 01 ədəd yarımişlik, 84/68 sm d-də 01 ədəd yarımişlik, 68/52 sm d-də 01 ədəd işlik və 92 sm d-də 01 ədəd yarımişlik, cəmi 18 ədəd kök üstə yaş ağacların qanunsuz kəsilərək yerində saxlanılması müəyyən edilmişdir. Yoxlama aparmış şəxslərin ifadələrindən görünür ki, ağaclar 2022-ci ilin may ayının 10-15nə dək olan günlərdə qanunsuz kəsilərək yerində saxlanılmışdır. Lənkəran RMTM-i üzrə 05 may 2022-ci il tarixli, 114/K saylı əmrdən görünür ki, Qədimov X10 meşəbəyliyin 7 saylı dolayısına meşə gözətçisi təyin edilmişdir. Meşəbəyi Şahid4 və meşə gözətçisi Təqsirləndirilən şəxs ifadələrindən görünür ki, meşə sahəsi rəsmi olaraq 18 may 2022-ci il tarixdə mühafizə üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. Qanunsuz kəsilmiş ağacların sayı 18 ədəd, həcmi 76,19 kub metr, nırx dəyəri 1636,06 manat təşkil edir, ağaclar tam olaraq yerində saxlanıldığına görə müəssisənin anbarına mədaxil olunmuşdur. Hesablama cədvəli rəyə əlavə edilir. Ağaclar qanunsuz kəsilməsinə baxmayaraq yerində saxlandığına görə ağacları kəsən şəxs və yaxud da şəxslər müəyyən olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən ağacların kəsilməsinə görə cərimə ziyanı hesablanmamışdır. 24 iyun 2022-ci il tarixdə tərtib olunmuş akt və digər sənədlərdən görünür ki, 7 saylı meşə dolayısının «Qoliz» deyilən ərazisində meşə gözətçisi Təqsirləndirilən şəxs məlumatı əsasənda aparılmış yoxlama zamanı Ağcaqayın cinsindən 68/56 sm d-də 01 ədəd yarımişlik, Fısdıq cinsindən 40/32 sm d-də 01 ədəd odunluq, 48/40 sm d-də 01 ədəd odunluq, Qızılağac cinsindən 64/52 sm d-də 01 ədəd odunluq və 68/56 sm d-də 01 ədəd odunluq ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Lakin ağacların kəsilmə müddəti aktda qeyd edilməmişdir. Şahid ifadələrindən görünür ki, ağaclar 2022-ci ilin iyun ayının əvvəlində kəsilmiş və yerində saxlanılmışdır. Meşəbəyi Şahid4 ifadəsindən görünür ki, meşə sahəsi Təqsirləndirilən şəxs təhvil verilərkən həmin 5 ədəd ağacın yerləşdiyi əraziyə baxış keçirməmişdir. Qanunsuz kəsilmiş ağacların sayı 5 ədəd, həcmi 11,66 kub metr, nırx dəyəri 118,40 manat təşkil edir, ağaclar tam olaraq yerində saxlanıldığına görə müəssisənin anbarına mədaxil olunmuşdur. Həmin ağacları kəsən şəxs və yaxud da şəxslər müəyyən olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən ağacların kəsilməsinə görə cərimə ziyanı hesablanmamışdır. 14 sentyabr 2022-ci il tarixdə Lerik rayonu üzrə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısında Peştətük kənd sakini Şahid12 məlumatı əsasında aparılmış yoxlama zamanı Qızılağac cinsində 56 sm d-də 01 ədəd, 76 sm d-də 02 ədəd və 86 sm d-də 01 ədəd cəmi 4 ədəd işlik növünə aid ağacların son günlərdə, yəni yoxlamadan bir neçə gün əvvəl qanunsuz kəsilməsi, 01 ədəd 76 sm d-də ağacın emal olunub 62 ədəd şpalın hazırlanması, digər 3 ədəd ağacın isə emal olunmadan meşə sahəsində saxlanılması, həmin tarixli yoxlamada Ağcaqayın cinsindən 60 sm d-də 01 ədəd, 64 sm d-də 02 ədəd, 68 sm d-də 02 ədəd, 72 sm d-də 01 ədəd və 82 sm d-də 01 ədəd yarımişlik növünə adid ağacların matorlu mişarla son bir ay ərzində qanunsuz kəsilərək emal olunub aparılması və dib kötüklərin üzərinə dizel yağın axıdılması, Vələs cinsinən 32 sm d-də 01 ədəd, 48 sm d-də 01 ədəd və 68 sm d-də 01 ədəd, Palıd cinsinə aid 01 ədəd odunluq növünə aid ağacların son bir ayda qanunsuz kəsilməsi, bunlardan 32 sm d-də vələs və 20 sm d-də palıd cinsindən ağacların yerində saxlanılması, digar 2 ədədinin isə meşə sahəsindən aparılması, yəni cəmi 15 ədəd ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. Qanunsuz kəsilmiş ağacların sayı 15 ədəd, həcmi 42,36 kub metr, nırx dəyəri 717,49 manat təşkil edir, bunlardan 6 ədəd 14,39 kub metr həcmində, 127,00 manat nırx dəyərində ağaclar yerində qaldığından sekvestr məhsul kimi müəssisəyə mədaxil olunmuşdur. Həmin ağacları kəsən şəxs və yaxud da şəxslər müəyyən olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli, 30 saylı qərarına əsasən ağacların kəsilməsinə görə cərimə ziyanı hesablanmamışdır. 9 ədəd, 27,97 kub metr həcmində, 590,49 manat nırx dəyərində ağaclar doğranılaraq aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən ağacların kəsilməsinə görə cərimə ziyanı 4730,00 manat təşkil edir. Hesablama cədvəli rəyə əlavə edilir. 22 sentyabr 2022-ci il tarixdə vət. Şahid12 şikayəti əsasında Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının «Qoliz» adlanan ərazisində aparılmış yoxlama zamanı əvvəlki yoxlamalarda qeydə alınmamış, yəni Eldəniz Zamanovun meşə gözətçisi işldədiyi müddətdə Ağcaqayın cinsindən 68 sm d-də 01 ədəd işlik və 72 sm d-də 01 ədəd odunluq növünə aid, 7,66 kub metr həcmində, 171,76 manat dəyərində ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılması aşkar olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli, 30 saylı qərarına əsasən həmin ağacların kəsilməsinə görə cərimə ziyanı 1288,00 manat olmaqla ümumi ziyan 1459.76 manat təşkil edir. Təqsirkar şəxsdən 1459.76 manat ziyan tələb olunur. Hesablama cədvəli rəyə əlavə edilir. Göstərilən tarixdə həmin dolayıda aparılmış yoxlama zamanı Fısdıq cinsindən 32 sm d-də 02, 36 sm d-də 01 ədəd, 44/36 sm d-də 02 ədəd (bundan 1 ədəd quru), 48/40 sm d-də 02 ədəd (bundan 01ədəd quru), odunluq növünə, 72/56 sm d-də 01 ədəd işlik növünə aid, Vələs cinsinən 36 sm d-də 01 ədəd, 44/36 sm d-də 01 ədəd, 56/44 sm d-də 01 ədəd, 92/72 sm d-də 01 ədəd odunluq, Palıd cinsindən 28 sm d-də 01 ədəd quru odunluq növünə aid, Ağcaqayın cinsindən 32 sm d-də 01 ədəd odunluq və 64/52 sm d-də 01 ədəd yarımişlik növünə aid cəmi 15 ədəd ağacların meşə gözətçisi Təqsirləndirilən şəxs meşə sahəsini mühafizə etdiyi müddətdə qanunsuz kəsilərək emal olunub meşə sahəsindən aparılması aşkar olunmuşdur. Qanunsuz kəsildikdən sonra meşə sahəsindən aparılmış ağacların sayı 15 ədəd, həcmi 25,50 kub metr, nırx dəyəri 213,11 manat təşkil edir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən ağacların kəsilməsinə görə cərimə ziyanı 2912,20 manat olduğu halda ümumilikdə təqsirkar şəxsdən 3125,31 manat ziyan tələb olunur. Hesablama cədvəli rəyə əlavə edilir. 7 saylı dolayıda 15 may 2022-ci il tarixdə tərtib olunmuş aktda qanunsuz kəsilməsi qeydə alınmış 18 ədəd ağaclar meşə gözətçisi Təqsirləndirilən şəxs təşəbbüsü ilə aşkar olunmuşdur. Həmin 18 ədəd kök üstə yaş halda ağacların Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətə kəsilməsinə dəlalət edən hallar aşkar olunmamışdır. 18 ədəd ağacların ümumi həcmi 76,19 kub metr, nırx dəyəri 1636,06 manat təşkil edir, ağaclar tam olaraq yerində saxlanıldığına görə müəssisənin anbarına mədaxil olunmuşdur. Ağaclar qanunsuz kəsilməsinə baxmayaraq yerində saxlandığına görə ağacları kəsən şəxs və yaxud da şəxslər müəyyən olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən ağacların kəsilməsinə görə cərimə ziyanı hesablanmamışdır. 7 saylı dolayıda 24 iyun, 14 və 22 sentyabr 2022-ci il tarixlərdə Gürdəsər meşəbəyliyinin 7 saylı menşə dolayısında aparılmış yoxlamalarda qanunsuz kəsilməsi qeydə alınmış müxtəlif cins, növ və diametrdə ağaclardan 35 ədəd, 96,52 kub metr həcmində 1049 manat nırx dəyərində ağaclar Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə qanunsuz kəsilmişdir. Bu ağaclardan 11 ədəd 26,05 kub metr həcmində, 245,40 manat nırx dəyərində ağaclar yerində qaldığından sekvestr məhsul kimi müəssisəyə mədaxil olunmuş, 24 ədəd, 53,47 kub metr həcmində, 803,60 manat nırx dəyərində ağaclar isə doğranılaraq meşə sahəsindən aparılmasına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən 24 ədəd müxtəlif cins, növ və diametrdə ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı 7642,20 manat təşkil edir. Belə ki, vət. Təqsirləndirilən şəxs Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının gözətsisi işlədiyi müddətdə, yəni 2022-ci ilin may ayının əvvəlindən 2022-ci ilin sentyabr ayının ortalarına kimi olun müddətdə mühafizə etdiyi 7 saylı meşə dolayısının «Qoliz» adlanan ərazisində 35 ədəd, 79,52 kub metr həcmində, 1049 manat nırx dəyərində ağaclar qanunsuz kəsilmişdir. 35 ədəd ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı ilə birlikdə X17 8691,20 manat məbləğində ziyan vurulmuşdur. Həmin qanunsuz kəsilmiş 26,05 kub metr həcmində, 245,40 manat nırx dəyərində 11 ədəd ağaclar kəsildiyi yerlərdə saxlanılmış, bu ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı hesablanmamış, 53,47 kub metr həcmində, 803,60 manat nırx dəyərində, 24 ədəd ağaclar isə kəsilərək meşə sahəsindən aparılmasına görə cərimə ziyanı 7642,20 manat təşkil edir. Belə olduğu halda meşə sahəsində saxlanılmış 26,05 kub metr həcmində meşə məhsulun təşkil etdiyi 245,40 ziyan ümumi 8691,20 manat ziyandan çıxıldıqda təqsirkar şəxsdən ümumilikdə 8445,80 (səkkiz min dörd yüz qırx beş man, səksən qəp) ziyan tələb olunur. Cinayət işində olan sənədlərdən görünür ki, Lerik rayonunun Ləkər kənd sakini Şahid4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişaf Xidmətinin X14 Təsərrüfatı mərkəzinin 21 aprel 2022-ci il tarixli 101/K saylı əmri ilə Gürdəsər meşəbəyliyinə meşəbəyi, Lerik rayonunun Vistən kənd sakini Təqsirləndirilən şəxs 05 2022-ci il, 114/K saylı əmri ilə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısında 3 ay sınaq müddətinə meşə gözətçisi vəzifəsinə təyin olunmuşdur. Qədimov X10 meşəbəyliyin 7 saylı meşə dolayısının gözətçisi kimi bağlanmış əmək müqaviləsinə X16 Təsərrüfatı Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 241/K saylı əmri ilə xitam verilərək işdən azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satışı ilə Lerik-Lənkəran rayonları ərazisində məşğul olur. Cinayət işində olan “Cinayət işindən yeni cinayət işinin ayrlması haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şahid4 əməlində cinayət tərkibi olması ilə bağlı cinayət işi ayrılmışıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.2.3 və 259.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin CM-nin 259.2.3 və 259.2-4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, X1 təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi, CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Müəyyən edildiyi kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Lerik rayonu Vistən kəndində yaşamaqla kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olduğundan və digər yerdə işləmədiyindən ailəsinin saxılanılması üçün əraziyə qonşu olan Lənkəran rayonunda kənd təsərrüfatı məhsulları alaraq satmaq məcburiyyətindədir. Bu səbəbdən də cəzanın icrasına nəzarət edən orqan tərəfindən ona ərazini tərk edəcəyi halda qayda pozuntuları, yəni yaşadığı Lerik rayon ərazilərindən kənara çıxması kimi qeydə alınacaqdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik və Lənkəran rayonlarının hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Brkandul kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarından göründüyü kimi, mülki iddiaçı Təqsirləndirilən şəxs qarşı X14 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etməmiş, lakin zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mülki iddianın məhkəmə icraatı üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsi iş materiallarına əlavə olunmamışdır. Mülki iddiaçıya həmin sənədin işin baxılması iclasında məhkəməyə təqdim edilməsi təklif olunsa da, onun tərəfindən buna əməl edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinəəsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə mülki iddia verilmədiyindən iş üzrə mülki iddiaçı X14 Təsərrüfatı Mərkəzinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququna malik olması izah edilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu, Vistən kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. X14 Təsərrüfatı Mərkəzinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tələbi ilə bağlı məhkəməyə mülki mühakimə icrtaatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar