Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-18/2024 31.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:20 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxx 1982-ci ildə Lerik rayon Haran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonu, Haran kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 07 noyabr 2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi URAL markalı, 43 BB-223 qeydiyyat nişanlı yük avtomaşınla 1 saylı X5 Mərkəzində Lerik rayon İcra Hakimiyyəti Başçısının Çayrud kənd ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Şahid3 adına 11 oktyabr 2023-cü il tarixdə tərtib olunaraq 6,0 kub metr həcmində 360 (üç yüz altmış) manat dəyərində oduncağın daşınmasına 11 noyabr 2023-cü il tarixinədək vaxt ayrılmış 034373 nömrəli meşə məhsulların buraxılışına dair orderə əsasən Şahid3lə birlikdə Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısında sanitar qırıntı sahəsində tədarük olunaraq meşədən çıxarılıb anbara yığılmış odun üçün gedərkən Şahid3 olan 034373 nömrəli orderin 3 nüsxəsini alaraq özündə saxlamaqla odun yığılan yerə gəlmiş, fəhlələr 6,0 kub metr həcmində odunu avtomobilinə yüklədikləri zaman özündə olan 034373 nömrəli orderin 01 nüsxəsini oduncağın buraxılışına nəzarət edən meşə gözətçisi Şahid1 təqdim etmiş, sonuncu orderin meşə məhsulların daşınmasına dair bölməsində odunun həcmini 6,0 kub, buraxılış tarixini 07.11.23 yazaraq imza bölməsində imzasını icra etdikdən sonra alıb Şahid3 təqdim etmiş, digər 02 nüsxəsini isə özündə saxlayaraq avtomobilinə yüklənmiş odunu həmin gün daşıyıb Çayrud kəndinə nümayəndəliyin inzibati binasının həyətinə gətirərək təhvil verdikdən sonra istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən əldə etdiyi 7,0 kub metr həcmində odunu 08 noyabr 2023-cü il tarixdə özünə məxsus idarə etdiyi URAL markalı, **- BB-*** qeydiyyat nişanlı avtomobilinə yükləyərək satmaq üçün apararkən özündə saxladığı meşə məhsullarının buraxılışına dair 034373 saylı orderdən istifadə etmək məqsədilə 01 (bir) nüsxəsinə saxta məlumatlar, yəni meşə məhsullarının daşınmasına dair qeyd bölməsində meşə gözətçisinin imzası qrafasında meşə gözətçisinin əvəzinə gözətçinin xəbəri olmadan imza icra edib tarix qrafasında özünə uyğun 08.11.23 tarixi yazaraq saxtalaşdırıb üzərində saxlamaqla Lerik şəhər avtovağzal ərazisində hərəkətdə olarkən Lerik RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb oduncağın daşınmasına dair rəsmi sənədlər tələb olunarkən üzərində gəzdirdiyi saxta imza və tarix yazdığı meşə məhsulların buraxılışına və daşınmasına hüquq verən, saxta olduğunu bildiyi rəsmi sənəd hesab olunan 034373 nömrəli orderi təqdim edərək saxta sənəddən istifadə etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Peştətük kəndində yaşayır, şəxsi URAL markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır, həmin avtomobillə işləyib lazım olan şəxslər üçün yük daşıyıb qazanc əldə etməklə ailəsini dolandırır. Təsərrüfatında yanacaq kimi istifadə etmək üçün oduncağa ehtiyacı olduğuna görə 2023cü ilin təxminən sentyabr ayında 1 saylı X5 Mərkəzinə müraciət edib evinə oduncaq gətirmək üçün meşə məhsulların buraxılışına dair order almış, həmin orderə əsasən ona 20 kub metr həcmində oduncağın tədarük olunub daşımasına icazə verilmişdir. Buna əsasən də Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısında ona oduncaq verilmiş, orderə əsasən 20 kub metr həcmində əsasən vələs cinsindən oduncağı tədarük edib idarə etdiyi URAL markalı avtomaşınla yaşadığı evin həyətinə daşımışdır. Cari ildə Lerik rayonunun ərazisində yerləşən məktəblərə və digər müəssisələrə oduncağın daşınmasını təşkil edən «Qala» EKSPRES şirkəti ilə müqavilə bağlamış, Lerik rayonunun ərazisində yerləşən müəssisələrə qırma sahələrindən idarə etdiyi avtomşınla oduncaq daşımış, 07 noyabr 2023-cü il tarixdə Lerik rayon İcra Hakimiyyəti Başçısının Çayrud Ərazi Dairəsi üzrə nümayəndəliyinə oduncağın aparılması barədə ona müraciət olunmuş, həmin gün idarə etdiyi avtomaşınla Vizəzəmin meşəbəliyinin 15 saylı meşə dolayısında qırıntı sahəsidə tədarük edilərək meşədən kənara, yəni anbar kimi istifadə olunan sahəyə daşınmış oduncaqdan 6,0 kub metr həcmində odunu nümayəndənin müavini Şahid3 iştirakı ilə özü ilə gətirdiyi fəhlələr avtomobilinə yükləmişlər, odunu təqdim edən meşə gözətçisi Şahid1 meşə buraxılış orderinə oduncağın buraxılışına dair qeydlər apararaq orderləri avtomobilində saxlayaraq meşəbəyi Şahid2 verməsini xahiş etmiş, orderlərdən bir nüsxəsi isə Şahid3 vermiş, oduncağı həmin gün Çayrıd kəndində yerləşən Çayrud Ərazi Dairəsi üzrə İcra nümayəndəliyin inzibati binasının həyətinə gətirib orada boşaldaraq evinə qayıtmış, Şahid3 adına tərtib olunmuş meşə məhsulların buraxılışına dair 034373 nömrəli orderin 3 nüsxəsini meşəbəyi Şahid2 çatdırmaq üçün özündə saxlamış, ailəsinin ehtiyacına xərcləmək üçün pul lazım olduğuna görə məcbur olub evinə gətirdiyi oduncaqdan təxminən 7 kub metrini 08 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin həyətində idarə etdiyi avtomobilə yükləyərək satmaq üçün Pirasora kəndinə yola düşmüş, Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanmasını qabaqcadan düşünüb 11 oktyabr 2023-cü il tarixdə Şahid3 adına tərtib olunaraq 6,0 kub metr həcmində oduncağın buraxılışına dair 034373 nömrəli orderin meşə məhsulların daşınması hissəsində oducağın daşınma tarixinin qeyd olunması tələb olunan boş qeydlər aparılmayan qrafasında 08.11.23, həcm qrafasında 6 kub, meşə gözətçisinin imzası qarfasında isə imzanı özü icra edərək orderi üzərində saxlamaqla Lerik şəhər avtovağzal ərazisində hərəkətdə oluduğu zaman Lerik RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq odun yükü ilə avtomobili şöbənin duracağına aparılmış, oduncağın daşınmasına dair sənəd tələb olunmuş, saxta imza icra etdiyi və tarix yazdığı Şahid3 adına 11 oktyabr 2023cü il tarixdə tərtib olunmuş 034373 nömrəli meşə məhsulların buraxılışına dair orderin surətini təqdim etmişdir. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayonunun Bibiyanı kəndində yaşamaqla 1 saylı X5 Mərkəzinin Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısının gözətçisi işləyir. Cari il üçün mühafizə etdiyi 15 saylı meşə dolayısının ayrı-ayrı kvartallarında sanitar qırıntı sahəsi ayrılmış və kəsilməsinə qərar qəbul edilmiş ağaclar tam olaraq nömrələnərək kəsilməsinə rəsmi icazə verilmişdir. Qırma sahələrindən bir hissəsi Almu kəndinə yaxın meşə sahəsində yerləşir. Mərkəzin rəhbərliyinin tapşırığı və meşəbəyi Şahid2 nəzarəti altında təkrar ağaclara baxış keçirilərək kəsilməsinə icazə verilmiş ağaclar fəhlələr tərəfindən kəsilərək tədarük olunmuş oduncaq meşə məhsulların buraxılışına dair orderə əsasən vətəndaşlara və təşkilatlara satılır. Son vaxtlarda havaların yağışlı keçməsi ilə əlaqədar meşə yolları palçıq olduğuna görə istənilən nəqliyyat vasitəsi meşə sahəsinə daxil ola bilmədiyi üçün qırma sahələrində ağacları kəsib odun tədarük etdikdən sonra tırtıllı və yaxud da meşə sahəsinə gedə bilən texnika ilə meşə sahəsinin girişinə, yəni nəqliyyatın hərəkət edə bildiyi anbar kimi istifadə etdikləri əraziyə daşınır və oradan satışını təşkil edirlər. Çayrun inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 6,0 kub metr həcmində oduncağın buraxılışına dair tərtib olunmuş orderə əsasən 07 noyabr 2023-cü il tarixdə, saat təxminən 09 radələrində Çayrud inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid3 Lerik rayonunun Peştətük kənd sakini, tanıdığı və ziddiyəti olmadığı Təqsirləndirilən şəxs idarə etdiyi URAL markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə meşə sahəsinə odun üçün gələrək ona təqdim etdiyi 11 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş meşə məhsulların buraxılışına dair 034373 saylı orderə əsasən ona 6,0 kub metr həcmində odunu meşədən kənara çıxartdığı anbar kimi istifadə etdiyi sahədə təqdim etmiş, oduncanq yarıqurumuş və qarışıq cinsdən olmuş, oduncağı onlara göstərmiş, özləri ilə gətirdikləri fəhlələrlə maşina yükləməyə başlamışlar, meşə məhsulların buraxılışına dair 034373 saylı orderin Salman tərəfindən ona təqdim olunmuş bir nüsxəsində özünün verdiyi qələmlə oducağın buraxılışına dair hissəsində qeydlərini 07 noyabr 2023-cü il tarixdə (07 noyabr, həcmi 6,0 kub yazdım) apardıqdan sonra orderi özünə qaytarmış, digər işlərlə əlaqədar onlardan ayrılıb meşə sahəsinə getmiş, oduncağın buraxılışında iştirak etməklə icazə vermiş, həmin vaxt meşəbəyi Şahid2 yanında olmamışdır. 08 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs avtomobilində olan oduncağın həcmi artıq olduğuna görə Lerik RPŞnin əməkdaşları tərəfindən saxlanılmasını eşitmiş, bununla bağlı Lerik rayon polis şöbəsinə dəvət olunmuş və izahat yazmış, izahat yazarkən Çayrun İƏD üzrə nümayəndəliyinə oduncağın buraxılışını və orderdə qeydlərini apardığını qeyd etmiş, Təqsirləndirilən şəxs ona təqdim etdiyi və qeydlər apardıqdan sonra ona verdiyi Turan Zəkievin polisə təqdim etdiyi orderdəki imza və qeydlər onun tərəfindən icra olunmasını, lakin izahatında qeydləri 07 noyabr yox səhvən 08 noyabr 2023-cü il tarixdə apardığını yazmışdır. Doğrusu budur ki, oduncağın buraxılışına dair 034373 saylı orderdə 07 noyabr 2023-cü il tarixdə qeydlər aparıb imza etmişdir. Həmçinin bildirmişdir ki, meşə məhsulların buraxılışına dair hər hansı bir order 4 nüsxədən ibarətdir. Orderi meşəbəyi tərtib edir, lakin mövsüm işləri başa çatdıqdan sonra isə meşəbəyilərdən orderlər alınır müəssisənin baş mühasibi orderi tərtib edərək oduncağı alan şəxsə təqdim edir, orderin 1 nüsxəsi mühasibatlıqda, 3 nüsxəsi oduncağı alan şəxsdə qalır. Çayrun ƏİN-nə olduncağın buraxılışına dair tərtib olunmuş 034373 saylı orderin 1 (bir) nüsxəsi Təqsirləndirilən şəxs tərəfindən onatəqdim olunduğuna görə həmin nüsxədə oduncağın buraxılışına dair qeydlər aparıb buraxılış tarixini yazmaqla imza edərək ona qaytarmış, digər nüsxələr ona təqdim olunmamışdır. Təqsirləndirilən şəxs avtomaşını oduncaq yükü ilə saxlanaraq araşdırma aparılarkən ona məlum olmuşdur ki, Çayrud ƏİN-nə oduncağın verilməsi üçün tərtib olunmuş 034373 nömrəli meşə məhsulların buraxılışına dair orderin iki nüsxəsi Təqsirləndirilən şəxs qalmış, sonuncu ona məlum olmayan mənbədən əldə etdiyi oduncağı 08 noyabr 2023-cü il tarixdə idarə etdiyi avtomobilə yükləyib satmaq üçün aparanda Çayrun ƏİN-nə oduncağın buraxılışı üçün tərtib olunmuş 304373 saylı meşə məhsulların buraxılışına dair orderin özündə saxladığı nüsxəsinə oduncağın buraxılışına dair tarixi və müvafiq qeydləri yazaraq imza etdikdən sonra polis şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs deməsinə görə satmaq üçün apardığı oduncağı öz evinə müvafiq meşə məhsulların buraxılışna dair orderə əsasən daşıdığı odun olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vizəzəmin meşəbəyliyinin meşəbəyisi Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunda ifadə verdi. Şahid X2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik rayonunun Çayrud kəndində yaşamaqla Çayrud inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Nümayəndəliyin inzibati binasını qızdırmaq üçün oduncaqdan istifadə olunur, qış fəslində binanın qızdırılması üçün odun tədarükü ilə bağlı 1 saylı X5 Mərkəzinə müraciət olundu və onun adına 11 oktyabr 2023-cü il tarixdə meşə məhsulların buraxılışına dair 034373 nömrəli order tərtib olunaraq 6,0 kub metr həcmində oduncağın tədarük olunması üçün 11 noyabr 2023-cü il tarixinə kimi vaxt verilmiş, 6,0 kub metr həcmində oduncağın təşkil etdiyi 360 manat pul ödənilmiş, 1 saylı X5 mərkəzinin mühasibi tərtib etdiyi 034373 nömrəli orderin 3 nüsxəsini ona təqdim etmiş, bundan sonra 07 noyabr 2023-cü il tarixdə səhər saatlarında özü ilə fəhlə götürüb Lerik rayonunun Peştətük kənd sakini Salman Həşmovun idarə etdiyi URAL markalı avtomaşını ilə Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısının ərazisinə getmiş, özündə olan 034373 nömrəli orderin 3 nüsxəsini sürücüyə vermiş, meşə gözətçisinə verəcəyini ona demiş, meşə gözətçisi Şahid1 meşə sahəsinin yaxınlığındakı sahədə ona hazırlanmış oduncaq təqdim etmiş, Təqsirləndirilən şəxs avtomobilinə 6,0 kub metr həcmində oduncağı yüklətdirmiş, oduncağı yüklətdirən zaman Şahid1 odunun buraxılışına dair 034373 nömrəli orderin bir nüsxəsinin arxasında müvafiq tarixi, həcmi yazaraq qeydlər aprdıqdan sonra imza edib ona vermiş, orderin 1 nüsxəsi özündə qalmış, digər nüsxələrin kimdə qaldığını bilməmiş, oduncağı Təqsirləndirilən şəxs avtomobilinə yüklətdirib nümayəndəliyin inzibati binasının həyətinə gətirmiş, 09 noyabr 2023-cü il tarixdə Lerik RPŞ-nin əməkdaşları inzibati binanın həyətinə gətirdiyi oduncağa baxış keçirtmişlər, səbəbini soruşmuş, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun adına tərtib olunmuş 034373 nömrəli meşə məhsulların buraxılışına dair orderin bir nüsxəsini özündə saxlamış, 08 noyabr 2023-cü il tarixdə ona məlum olmayn mənbədən əldə etdiyi oluncağı avtomobilinə yükləyib satmaq üçün apararkən həmin orderə saxta tarix, həcm yazaraq özü imza edib oduncağı daşıdığı zaman Lerik RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, onun adına tərtib olunmuş 034373 nömrəli orderin saxtalaşdırdığı nüsxəsini polis əməkdaşlarına təqdim edərək oduncağı Çayrud inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daşıdığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixlli, 4/1944 saylı rəyindən götünür ki, 11 dekabr 2023-cü il tarixli ƏİK seriyalı 034373 nömrəli meşə məhsullarının buraxılışı orderinin arxa üzünün yuxarı hissəsində olan «Tarix» qrafasındakı «08.11.23» rəqəmləri və həmin buraxılış orderində «Meşə gözətçisinin imzası» qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs saxtalaşdırdığı meşə buraxılış oderi ilə satmaq üçun apardığı oduncağa baxış keçirilərək işin nəticəsinə kimi saxlanılması üçün Vizəzəmin meşəbəyliyinin meşəbəyisi Şahid2, avtomobil isə mülkiyyətçisinə təhvil verilmişdir. Həmin oduncağa baxış zamanı avtomobilin yük yerində 7,0 kub metr həcmində vələs cinsindən qrurumuş oduncaq aşkar olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin 08 oktyabr 2020-ci tarixli hökmu ilə Azərbaycan Respublikası CM-nin 259.3 və 315-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay myddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ilə həmin Məcəllənin 259.3 və 315-ci maddələri ilə təqsirli bilinib üzərində 03 il 02 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, daha sonra Lerik rayon məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarı cəzasının çəkilməmiş 01 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün hissəsindən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan hər hansı hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 125 (bir yüz iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə mülki iddia və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 125 (bir yüz iyirmi beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübutun olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-18/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-18/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver