Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-18/2025 04.03.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi – Nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Lerik şəhəri, Ərdəbil küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsinə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayının sonları və 2025-ci ilin yanvar ayının əvvəllərində Lerik şəhəri, “Honiyon” adlanan ərazidə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində palıd cinsli diametri 12 sm-də 2 ədəd, 16 sm-də 6 ədəd, 24 sm-də 1 ədəd, 28 sm-də 1 ədəd, 32 sm-də 2 ədəd, 36 sm-də 2 ədəd, 44 sm-də 2 ədəd, vələs cinsli diametri 20 sm-də 2 ədəd, 24 sm-də 1 ədəd, 32 sm-də 1 ədəd, fıstıq cinsli diametri 8 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd, qarağac cinsli diametri 32 sm-də 1 ədəd, yabanı armud cinsli diametri 12 sm-də 1 ədəd olmaqla, ümunilikdə 24 (iyirmi dörd) ədəd ağacı və yemişan cinsinə məxsus 5 (beş) ədəd kolu qanunsuz kəsməsi nəticəsində təbiətə 6070 (altı min yetmiş) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CPMnin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ondan şikayət etmiş şəxslər Şahid1 və X20 ilə 2020-ci ildən münasibətləri yaxşı deyildir. Bununla bağlı dəfələrlə polis şöbəsinə müraciətlər olunmuş və şöbədə münaqişəli ailə kimi qeydiyyata götürülmüşlər. 2022-ci ilin fevral ayının 5-də aralarında olan münaqişə ilə bağlı polis şöbəsinə, 2025-ci ilin aprel ayında isə məhkəməyə müraciət olunmuş və məhkəmənin qərarına əsasən X20 inzibati qaydada 70 manat cərimə olunmuşdur. Mahiyyəti üzrə bildirir ki, Lerik şəhər ərazisində “Honiyon” adlanan ərazidə ümumilikdə 25 ədəd ağac və 5 ədəd yemişan kolunu o kəsməmiş, həmin ağacların kəsilməsindən xəbəri olmamışdır. Şahid1 izahatında onun Şahid3lə odun gətirməyini və Bəxtiyar getdikdən sonra şəkil və video çəkdiyini bildirmişdir. Həmin ağacları o, kəsməmiş, həmin ağaclar da Bəxtiyar və digərləri tərəfindən həmin ərazidən daşınmamışdır. İstintaq zamanı da onun həyətyanı sahəsinə baxış keçirilmiş və heç bir yaş oduncağa rast gəlinməmişdir. Belə ki, onların həyətində təndir olduğundan təndirdə istifadə üçün o meşədən ancaq quru çör-çöp gətirmiş, hal-hazırda həmin quru çör-çöp həyətində vardır. Şahid2 isə izahatında da göstərmişdir ki, onun üçün yaş oduncaq gətirməmişdir. Şahid2 və Şahid3 məxsus avtomaşınla ancaq quru çör-çöp yığıb gətirmişdir. Təxminən 2024-cü ildə noyabrın axırı, dekabrın əvvəli çör-çöp daşımış, birinci dəfə çör-çöpü Şahid2 məxsus, daha sonra isə Şahid3 məxsus yük maşını ilə daşımışdır. Şahid2 zəhmət haqqı kimi 30 manat, Şahid3 isə 10 manat pul vermiş və maşına yanacaq vurmuşdur. 2024-cü ilin təxminən avqust ayında Təbib Mövlanov (qonşusu) Şahid2 zəng etmiş və onun üçün oduncaq aparmasını bildirmiş, bu zaman T.Mövlanovun yanında Şahid1 də olmuşdur. Şahid2 ora çatdıqda oduncaqların yaş olmasını görmüş və daşımağdan imtina edərək çıxıb getmişdir. Həmin oduncaqlar Şahid1 tərəfindən doğranmışdır. Bununla bağlı Şahid2la danışarkən digər telefonla videogörüntü çəkərək qeydə almışdır. Əgər o, yaş oduncaq gətirsə idi Şahid1 telefonu var və onu gördüyü zaman videogörüntüyə ala bilərdi, lakin belə bir sübutu yoxdur. Polis şöbəsi tərəfindən həmin tarixlərə uyğun anten dairəsi verilmiş və həmin tarixlərdə orda olmadığı müəyyən edilmişdir. Onun evində qaz təchizatı olduğu üçün oduncağa ehtiyacı yoxdur. Lakin Şahid1 və Tofiq Ağayevin evində qaz təchizatı yoxdur və onlar meşə vasitəsi ilə dolanırlar. Onun bu ağacların kəsilməsi ilə heç bir əlaqəsi yoxdur. Həyətində hasar çəkilməsi məqsədi ilə basdırdığı dirəkləri özünə məxsus həyətyanı sahəsində olan qurumuş olan meyvə ağaclarını, eləcə də həyətyanı sahəsində olan palıd ağacından kəsərək əldə etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, X11 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı mərkəzi”nə daxil olmuş müraciəti və Şahid1 eyni mənmunlu müraciəti əsasında 15 yanvar 2025-ci il tarixdə Lerik şəhəri “Honiyon” adlanan ərazidə yoxlama keçirilmiş və yoxlama zamanı Lerik şəhəri, “Honiyon” adlanan ərazidə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində palıd cinsli diametri 12 sm-də 2 ədəd, 16 smdə 6 ədəd, 24 sm-də 1 ədəd, 28 sm-də 1 ədəd, 32 sm-də 2 ədəd, 36 sm-də 2 ədəd, 44 sm-də 2 ədəd, vələs cinsli diametri 20 sm-də 2 ədəd, 24 sm-də 1 ədəd, 32 sm-də 1 ədəd, fıstıq cinsli diametri 8 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd, qarağac cinsli diametri 32 sm-də 1 ədəd, yabanı armud cinsli diametri 12 sm-də 1 ədəd olmaqla, ümunilikdə 24 (iyirmi dörd) ədəd ağacı və yemişan cinsinə məxsus 5 (beş) ədəd kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 6070 (altı min yetmiş) manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs tanıyır. Onunla düşmənçilikləri və ədavətləri vardır. Meşə İdarəsindən ona zəng gəlmiş və Lerik şəhəri “Honiyon” adlanan ərazidə odun doğrandığı bildirmişdir. O, da oğlu Şahid1 həmin əraziyə göndərərək gedib baxmasını istəmişdir. Şahid1 qayıtdıqda Təqsirləndirilən şəxs Lerik şəhəri “Honiyon” adlanan ərazidə odun doğradığını bildirmişdir. Daha sonra o, həmin əraziyə getmiş və Təqsirləndirilən şəxs ağacları kəsdiyini görmüş, Əhmədəliyə yaxınlaşaraq ağacların ona məxsus olmadığını və həmin ağacları hansı səbəbdən kəsdiyini soruşaraq ona ağacları kəsməməsini bildirsə də, Əhmədəli ona cavabında “get işlə məşğul ol”, “get xəbərçiliyini elə” deyib işinə davam etmişdir. Daha sonra o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” nömrəli qaynar xəttinə məlumat verərək ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla düşmənçilikləri və ədavətləri var. Belə ki, əvvəllər Təqsirləndirilən şəxslə birlikdə oğurluq etmişlər, bu cinayətin üstünün açılmasına kömək etdiyindən Əhmədəli onunla ədavət və düşəmənçilik aparmış, daha sonra aralarında barışıq olmuş, lakin sonra Əhmədəliyə pul lazım olduğundan ona 1000 manat borca pul vermiş, Əhmədəli həmin pulu qaytarmamaq üçün onlarla düşmənçilik etməyə başlamışdır. Mahiyyəti üzrə bildirir ki, Lerik şəhəri, “Honiyon” adlanan ərazi onların evinə yaxın olduğundan o və atası motomişar səsi eşitmişlər, atası Tofiq Ağayev həmin əraziyə baxmaq üçün onu göndərmişdir. O, Lerik şəhəri “Honiyon” adlanan əraziyə getmiş, orada Təqsirləndirilən şəxs 3 ədəd ağac kəsdiyini görmüş, evə qayıdaraq bu barədə atası Tofiq Ağayevə demiş, sonra atası tək həmin əraziyə getdikdə ağacların həqiqətən Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini özü də görmüşdür. Sonra atası Təqsirləndirilən şəxs barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” nömrəli qaynar xəttinə şikayət etmişdir. Təqsirləndirilən şəxs ağacları həyətinə gətirdikdən sonra kəsildiyi yeri və həyətində olan kəsilmiş ağacların şəkillərini çəkmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Əhmədəli onun tanışıdır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin oktyabr, noyabr aylarında ona zəng edərək meşədən yaşadığı evinə təndir üçün çör-çöp gətirəcəyini və maşın lazım olduğunu bildirmişdir. O, təxminən axşam saat 7-8 radələrində maşını Lerik şəhəri “Honiyon” adlanan əraziyə aparıb saxlamış və təcili işi olduğu üçün çıxıb getmişdir. Sonra Əhmədəli axşam ona zəng edərək maşını yüklədiyini və hazır olduğunu bildirmiş, o da maşını götürmək üçün həmin əraziyə getmişdir. O, maşının yanına çatdıqda maşının yük hissəsinin dolu olduğunu və iplə bağlandığını görmüşdür. O, maşını sürüb Əhmədəlinin həyətinə gətirmiş, yükü boşaltmış, qaranlıq olduğu üçün həmin yükün nə olduğunu görməmiş, lakin səsindən odun olduğunu bilmiş, pulunu alıb çıxıb getmişdir. O, Lerik şəhəri “Honiyon” adlanan ərazidə Təqsirləndirilən şəxs ağac kəsdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Əhmədəli onun qonşusudur. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun maşını olduğundan Təqsirləndirilən şəxs təndir üçün meşədən quru çör-çöp gətirəcəyini ona bildirmiş, onunla birlikdə meşə ərazisinə getməyi xahiş etmişdir. Onlar 2024-cü ilin oktyabr ayında axşamüstü saat təqribən 16-17 radələrində meşəyə getmişlər. Əhmədəli çör-çöpü özü tək yığmış və maşına yükləmişdir. Maşını saxladıqdan sonra yükləmə prosesi təxminən 40 dəqiqə çəkmişdir. Əhmədəlinin maşının yük hissəsinə çör-çöpdən bağlanmış 50 ədəd dərz (bağlama) yüklədiyini görmüşdür. O, Əhmədəlinin ağac kəsməsini görməmişdir. Əhmədəli maşına yanacaq vurmuş və ona 10 manat pul vermişdir. Təqsirləndirilən şəxs maşını yüklədikdən sonra gətirib maşını həyətlərində saxlamış, o öz evinə getmiş, səhəri gün gəlib maşını götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” çağrı mərkəzinə ağac kəsilməsi ilə bağlı Lerik şəhər sakinləri tərəfindən müraciət daxil olmuş və müraciətin araşdırılması əməkdaşlara tapşırılmışdır. Müraciətdə Lerik şəhəri, “Honiyon” adlanan ərazidə ağacların kütləvi şəkildə qırılması qeyd olunmuşdur. O, Şahid5 ilə birlikdə X20 və Şahid1 şikayətinə əsasən və onların iştirakı ilə həmin əraziyə baxış keçirmişlər. X20 və Şahid1 Lerik ərazisində ağacları göstərmiş və onlar həmin ərazidə ölçmə işləri aparmışlar. Onlar bələdiyyə sədri ilə görüşmüş və həmin ərazinin bələdiyyə mülkiyyətinə aid olmasını aşkarlamışlar. Həmin ərazidə 24 ədəd ağac və 5 ədəd kol kəsilmişdir. Onlar həmin ağacları qeydiyyata götürrmüş, bununla bağlı Təqsirləndirilən şəxs həmin gün izahatı alınmış və Təqsirləndirilən şəxs ağac kəsmədiyini bildirmişdir. Beləliklə araşdırma aparılmış və akt tərtib olunaraq dəymiş ziyan məbləğini idarənin mütəxəssisləri tərəfindən müəyyən etmişdir. Baxış zamanı Şahid1 ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o həmin dövrdə ərazinin bələdiyyə sədri olmuşdur. Belə ki, o hadisə yerinə yanvar ayında getmiş, ağacların kəsildiyini görmüş, lakin ağacların kim tərəfindən kəsməsini bilməmiş, yanvar ayından əvvəl isə həmin əraziyə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o meşə gözətçisidir. Həftədə iki dəfə meşə ərazisinə nəzarət edir. Noyabr ayında həmin ərazidən keçmiş və o zaman ağaclar kəsilməmiş, dekabr ayında isə məzuniyyətdə olmuşdur. Yanvar ayının əvvəlində ağac kəsilməsi ilə əlaqədar ona heç bir məlumat daxil olmamışdır. Meşə ərazisində Tofiq Ağayev tərəfindən ağac kəsilməsini görmüş, idarəyə məlumat vermiş və Tofiq Ağayev cərimə olunmuşdur. Hazırki iş üzrə kəsilmiş ağaclar bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində kəsildiyindən onlara aidiyyatı yoxdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidməti tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X11 “Lerik şəhərində kütləvi şəkildə ağacların kəsilməsi barədə” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə daxil olmuş xx.xx.2025-ci il tarixli müraciəti və ünvan 3 ünvanında qeydiyyatda olan Şahid1 xx.xx.2025-ci il tarixli, 3-14-40/1-A-6-3/2025 nömrəli eyni məzmunlu müraciəti 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı sözügedən əraziyə baxış keçirilərkən müxtəlif diametrli və cinsli 24 ağacın və 5 ədəd kolun kəsilərək məhv edilməsi və ərazidən aparılması faktı aşkar edilmişdir. Məsələ ilə əlaqədar şikayətçi Şahid1 yazılı izahat verərək qonşusu Lerik şəhər sakini Təqsirləndirilən şəxs şəhərin yaxınlığında yerləşən “Honiyon” adlanan ərazidə ağac kəsdiyini və doğranmış oduncağın Lerik şəhər sakini Şahid3 tərəfindən daşındığını bildirmişdir. Bununla əlaqədar, Lerik şəhər sakini Təqsirləndirilən şəxs yazılı izahat verərək sözügedən ağacları kəsmədiyini və onun barəsində Şahid1 dediklərinin böhtan xarakterli olduğunu bildirmişdir. Həmçinin ünvan 4 ünvanında yaşayan Şahid3 yazılı izahatında qeyd olunan ərazidən oduncaq daşımadığını və Şahid1 onun barəsində dediklərinin böhtan xarakterli olduğunu bildirmişdir. Qeyd olunan ağac və kolların yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin dəqiqləşdirilməsi məqsədi ilə Lerik şəhər bələdiyyəsinin sədri ilə söhbət aparmış və o, sözügedən ərazinin Lerik şəhər Bələdiyyəsinin mülkiyyətində olduğunu, lakin həmin yaşıllıqların kimlər tərəfindən kəsilməsi barədə məlumatının olmadığını bildirmişdir. Araşdırma müddətində yaşıllıqların məhv edilməsində təqsirkar olan şəxs(lər)i müəyyən etmək mümkün olmamışdır. Faktla bağlı, 2025-ci il 15 yanvar tarixli 88611 nömrəli Akt tərtib olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 21 oktyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən yaşıllığa dəymiş ziyanın məbləği 6070 manat hesablanmışdır. Aparılmış araşdırmanın yekunu ilə əlaqədar sözügedən ərazidə aşkar edilmiş faktlar çəkilmiş fotoşəkillərlə və digər sübutlarla öz təsdiqini tapmışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”na əsasən istifadəsində olan torpaq sahələrinə dair yaşıllığın uçot və monitorinqi barədə məlumatlar müvafiq orqan tərəfindən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 9-cu maddələri baxımından şərh edilməsinə dair 2022-ci il 29 noyabr tarixli qərarına əsasən yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığını nəzərə alaraq iş üzrə materialları təqdim edərək məsələyə hüquqi qiymət və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Lerik şəhərində kütləvi şəkildə ağacların kəsilməsi barədə” ünvan 5 ünvanında qeydiyyatda olan X20 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə daxil olmuş xx.xx.2025-ci il tarixli İD-27702 nömrəli və onun oğlu ünvan 6 ünvanında qeydiyyatda olan Şahid1 tərəfindən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-14-40/1-A-6- 3/2025 nömrəli eyni məzmunlu şikayətlər araşdırılmışdır. Qeyd olunmuş müraciətlə əlaqədar şikayətçi Şahid1 yazılı izahat verərək qonşusu Lerik şəhər sakini Təqsirləndirilən şəxs Lerik şəhəri yaxınlığında “Honiyon” adlanan ərazidə qanunsuz ağac kəsdiyini və doğranmış oduncağı həmin ərazidən daşıyan şəxsin Lerik şəhər sakini Şahid3 olduğunu qeyd etmişdir. Əməkdaşlar xx.xx.2025-ci il tarixində şikayətçilərin qeyd etdiyi əraziyə ilkin baxış keçirmişlər. Baxış zamanı palıd cinsli diametri 12 sm-də 2 (iki) ədəd, 16 sm-də 6 (altı) ədəd, 24 sm-də 1 (bir) ədəd, 28 sm-də 1 (bir) ədəd, 32 sm-də 2 (iki) ədəd, 36 sm-də 2 (iki) ədəd, 44 sm-də 2 (iki) ədəd, vələs cinsli diametri 20 sm-də 2 (iki) ədəd, 24 sm-də 1 (bir) ədəd, 32 sm-də 1 (bir) ədəd, fıstıq cinsli diametri 8 sm-də 1 (bir) ədəd, 24 sm-də 1 (bir) ədəd, qarağac cinsli diametri 32 sm-də 1 (bir) ədəd, yabanı armud cinsli diametri 12 sm-də 1 (bir) ədəd olmaqla ümumilikdə 24 (iyirmi dörd) ədəd ağacın və yemişan cinsinə məxsus 5 (beş) ədəd kolun kök dibindən yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla qanunsuz kəsilərək məhv edilməsi və ərazidən aparılması faktı aşkar edilmişdir. Məsələ ilə əlaqədar olaraq əməkdaşlar Lerik şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvana Lerik şəhəri, Ərdəbil küçəsi ev 11 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yazılı izahat verərək yuxarıda qeyd olunan ağacları kəsmədiyini və onun barəsində Şahid1 dediklərinin yalan olduğunu bildirmişdir. Həmçinin ünvan 9 ünvanında yaşayan Şahid3 yazılı izahatında qeyd olunan ərazidən oduncaq daşımadığını və Şahid1 onun barəsində dediklərinin yalan olduğunu bildirmişdir. Qeyd olunan qanunsuz kəsilmiş ağac və kolların yerləşdiyi torpağın mülkiyyətçisinin dəqiqləşdirilməsi məqsədi ilə əməkdaşlar xx.xx.2025-ci tarixində Lerik şəhər bələdiyyəsinin inzibati binasında bələdiyyə sədri ilə söhbət aparmışlar. Bələdiyyə sədri qeyd olunmuş qanunsuz kəsilmiş ağac və kolların siyahısı ilə tanış olmuş, sözügedən ərazinin Lerik şəhər bələdiyyəsinin mülkiyyətində olduğunu və həmin yaşıllıqların kimlər tərəfindən kəsilməsi barədə məlumatının olmadığını bildirmişdir (88611 nömrəli aktda imzası ilə təsdiq etmişdir). Araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, təqsirkar şəxslər tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1-ci maddəsinin tələbləri pozulmuşdur, bu maddədə yaşıllıqların mühafizəsi ilə bağlı fiziki və hüquqi şəxslərin vəzifələri kimi yaşıllıqların mühafizəsi ilə bağlı bu qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsi göstərilmişdir. Əməkdaşlar tərəfindən “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il 421 nömrəli Qərarının 1 nömrəli əlavəsinə əsasən yaşıllıqlara dəymiş ziyan 6070 (altı min yetmiş) manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən əməl cinayət məsuliyyətinə səbəb olduğundan müvafiq sənədlər hüquq mühafizə orqanlarına göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Şahid1 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, qonşusu Lerik şəhəri, H.Şıxəliyev küçəsi ünvanında yaşayan Təqsirləndirilən şəxs Lerik şəhəri yaxınlığında “Honiyon” adlanan ərazidə qanunsuz ağac kəsmişdir. O, Təqsirləndirilən şəxs qanunsuz ağac kəsən zaman görmüş, ağacları həmin ərazidən daşıyan şəxs ilə əlaqədar bildirmək istəyir ki, həmin şəxs Şahid3 olmuşdur. Şahid3 həmin ərazidən odunları öz şəxsi Uaz markalı avtomaşını ilə daşıyıb Təqsirləndirilən şəxs həyətinə boşaltmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Şahid3 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şahid1 şikayəti ilə tanış olmuş, bununla əlaqədar bildirmişdir ki, Təqsirləndirilən şəxs üçün odun gətirməmişdir. Qeyd olunan faktlar yalandır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o heç bir yerdə ağac kəsməmiş, əksinə Şahid1 və Tofiq Ağayev meşələrin qırılması ilə fəal şəkildə məşğuldurlar. Buna sübut Həmzə Şıxaliyev küçəsində yerləşən palıdlıq meşəsində gecə ilə doğrayıb qanunsuz ev tikmişlər. Əlavə olaraq bildirmişdir ki, X27 yolunda yerləşən Honiyon adlanan ərazidə meşənin qırılması ilə fəal şəkildə məşğuldur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli, 88611 nömrəli aktdan və hesablama cədvəlindən görünür ki, Lerik şəhərində kütləvi ağacların kəsilməsi barədə Lerik şəhəri, Həmzə Şıxəliyev küçəsində yaşayan X20 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” Çağrı Mərkəzinə daxil olmuş xx.xx.2025-ci il tarixli, İD-27702 nömrəli və Lerik şəhəri, H.Şıxəliyev küçəsində yaşayan Şahid1 Tofiiq oğlu tərəfindən 1 saylı RETSİ-nə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3.14- 40/1-A-6-3/2025 nömrəli eyni məzmunlu şikayətlər araşdırılmışdır. Müraciətin araşdırılması məqsədi ilə tərəflərindən xx.xx.2025-ci il tarixində şikayətçilərin qeyd etdiyi əraziyə ilkin baxış keçirilmişdir. Baxış zamanı palıd cinsli diametri 12 sm-də 2 ədəd, 16 sm-də 6 ədəd, 24 sm-də 1 ədəd, 28 sm-də 1 ədəd, 32 sm-də 2 ədəd, 36 sm-də 2 ədəd, 44 sm-də 2 ədəd, vələs cinsli diametri 20 sm-də 2 ədəd, 24 sm-də 1 ədəd, 32 sm-də 1 ədəd, fıstıq cinsli diametri 8 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd, qarağac cinsli diametri 32 sm-də 1 ədəd, yabanı armud cinsli diametri 12 sm-də 1 ədəd olmaqla, ümunilikdə 24 (iyirmi dörd) ədəd ağacın və yemişan cinsinə məxsus 5 (beş) ədəd kolun kəsilməsi və ərazidən aparılması aşkar olunmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ağacların və kolların kəsildiyi torpaq sahəsi Lerik şəhər bələdiyyəsinin mülkiyyətindədir. Lerik şəhər Bələdiyyəsinin sədrinə qeyd olunan ərazidəki ağacların və kolların kimlər tərəfindən kəsilməsi barədə şifahi sorğu ünvanlanmış və bələdiyyə sədri bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Həmçinin Şahid1 yazılı izahatında qeyd olunan ağacları və kolları qonşusu Lerik şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirmişdir. Şahid1 bildirmişdir ki,ağacları həmin ərazidən daşıyan şəxs Lerik şəhər sakini Şahid3dur. Məsələ ilə əlaqədar Şahid3 yazılı izahat verərək Təqsirləndirilən şəxs üçün hər hansı bir ərazidən odun və paya gətirmədiyini bildirmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs araşdırmaya yazılı izahat verərək onun haqqında bildirilən iddiaların yalan olduğunu bildirmişdir. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Bu səbəbdən yaşıllıqlara dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına (27 oktyabr 2016-cı il № 421) əsasən hesablanmışdır. Qanunsuz kəsilmiş 24 (iyirmi dörd) ədəd ağac və yemişan cinsinə məxsus 5 (beş) ədəd kol nəticəsində təbiətə 6070 (altı min yetmiş) manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X16 tərəfindən tərtib edilmiş baxış keçirilməsi haqqında 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış aparılan yer Lerik şəhərini inzibati ərazisinə aid olan Honiyon adlı ərazidir. Ərazi X20 tərəfindən təqdim edildi. Daxil olmuş məlumata əsasən həmin ərazidə xx.xx.2025-ci il tarixdə 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən qeyd edilən əraziyə baxış keçirilmiş və 24 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilmiş gövdəsi və 5 ədəd kolun məhv edilməsi aşkar edilmişdir. Şahid5 xx.xx.2025-ci il tarixdə keçirilmiş baxış zamanı iştirak etdiyini və akt tərtib etdiyini təsdiq etdi və bildirdi ki, ərazi qeyri-meşə torpağı olmaqla Lerik şəhər bələdiyyəsinin mülkiyyətindədir. Baxış zamanı ərazidə aşağıda qeyd edilən yaşıllıqların məhv edilməsi müəyyən edildi: - 2 ədəd 12 sm diametrli palıd cinsli; - 6 ədəd 16 sm diametrli palıd cinsli; - 1 ədəd 24 sm diametrli palıd cinsli; - 1 ədəd 28 sm diametrli palıd cinsli; - 2 ədəd 32 sm diametrli palıd cinsli; - 2 ədəd 44 sm diametrli palıd cinsli; - 2 ədəd 36 sm diametrli palıd cinsli; - 1 ədəd 32 sm diametrli qarağac cinsli; - 1 ədəd 12 sm diametrli yabanı armud cinsli; - 1 ədəd 8 sm fıstıq cinsli; - 2 ədəd 20 sm diametrli vələs cinsli; - 1 ədəd 32 sm diametrli vələs cinsli; - 1 ədəd 24 sm diametrli vələs cinsli; - 1 ədəd 24 sm diametrli vələs cinsli; - 5 ədəd yemişan kolu. Tofiq Ağayev bildirdi ki, qeyd edilən ağaclar Lerik şəhər sakini Təqsirləndirilən şəxs Nazim oğlu tərəfindən kəsilmişdir. Azərbaycan Respublikasinin Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 Xidmətinin xx.xx.2025-ci il tarixli Ç-HM/1725-037 nömrəli məktubu ilə Baş Prokurorluğa daxil olmuş material əsasında aparılmış araşdırma zamanı Lerik şəhərinin inzibati ərazisinə aid olan “Honiyon” adlanan ərazidə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli və cinsli ümumilikdə 24 ədəd ağacın və 5 ədəd yemişan kolunun qanunsuz kəsilməsi nəticəsində 6070 (altı min yetmiş) manat olmaqla xeyli miqdarda ziyan vurması müəyyən edildiyindən fakta görə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə cinayət işi başlanaraq Lerik rayon polis şöbəsinə göndərilmişdir. Lerik Rayon Prokurorluğu tərəfindən Lerik rayon polis şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Lerik şəhərinin inzibati ərazisinə aid olan “Honiyon” adlanan ərazidə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli və cinsli ümumilikdə 24 ədəd ağacın və 5 ədəd yemişan kolunun qanunsuz kəsilməsi nəticəsində 6070 (altı min yetmiş) manat olmaqla xeyli miqdarda ziyan vurulması faktına görə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi ibtidai istintaqının istintaq qurupunda aparılmasından ötrü aidiyyəti üzrə Lerik rayon polis şöbəsinə göndərilmişdir. Lerik RPŞ-nin İQ-nun müstəntiqi, polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi 21-3-43/2-1285/2025 saylı, 28 aprel 2025-ci il tarixli məktubundan görünür ki, araşdırılması aparılan material üzrə yaranmış zərurət ilə əlaqədar Lerik şəhəri ərazisində yerləşən torpaq sahəsinin mülkiyyət növünə dair məlumatların təqdim edilməsi barədə müraciətə baxılmışdır. Bildirirlər ki, müraciətdə qeyd olunan məsələnin araşdırılması məqsədilə mütəxəssisləri tərəfindən nümayəndənin iştirakı ilə ərazidə GPS vasitəsilə müvafiq ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş (kollu) torpaqlara aiddir. Lerik RİB-nın Lerik şəhər Ərazi dairəsi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lerik şəhəri, H.Şıxəliyev küçəsində yerləşən fərdi yaşayış evində (qeydiyyat ünvanı- ünvan 14 arvadı - X2 xx.xx.1992-ci il təvəllüdlü, qızı - X18 xx.xx.2016-cı il təvəllüdlü qızı, qızı - X19 xx.xx.2020ci il təvəllüdlü qızı, anası - X10 xx.xx.1954-cü il təvəllüdlü. Lerik RİB-nın Lerik şəhər Ərazi dairəsi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1994-cü ildə Lerik rayonu, Lerik qəsəbəsində anadan olmuşdur, orta-ixtisas təhsillidir, hərbi mükəlləfiyyətlidir, evlidir, iki məktəbli uşağı vardır. Lerik şəhəri, Ərdəbil küçəsi ev 11 ünvanında qeydiyyatdadır. Kənd təsərrüfat texnikası idarə etmək hüququ var, lakin işsizdir. İşsizlikdən müavinət almır. Ünvanlı Dövlət Sosial Yardım (ÜDSY) təyin olunmayıb. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə qonşuları ilə (X20 və ailə üzvləri) davranışı ilə əlaqədar hər iki tərəflə proflaktik söhbətlər aparılmışdır. Şəhərin ictimai işlərində, bayram tədbirlərində iştirak etmişdir. Xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmış, özündən böyüklərin hörmətini saxlamış, özündən kiçiklərə qarşı diqqətli olmuşdur. Təqsirləndirilən şəxs ictimai asayişi pozması, inzibati xətalara yol verməsi və ya cinayət xarakterli hərəkətləri haqqında Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə inzibati orqanlar tərəfindən şikayət daxil olmamışdır. Əvvəllər məhkumluğu olmuş, lakin üzərində götürülməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X4 Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuş, daha sonra Lerik Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının 05 ay 17 gün qalmış hissəsindən şərti azad edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 tərəfindən qəbul edilmiş 17 aprel 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şahid1 15 mart 2025-ci il tarixdə Lerik şəhəri Ərdəbil küçəsində qanunsuz olaraq meşə fonduna aid ağacı kəsdiyinə görə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Lerik Rayon Məhkəməsinin 3(048)-115/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ünvan 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının DİN-nin “102” XZM-nə zəng edərək X20 onun evinin yaxınlığında olan qanunsuz tikilidə qalaraq onları təhqir etməsi, ailəsini narahat etməsindən şikayət etmiş, bu səbəbdən X20 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmiş, X20 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinərək barəsində 70 (yetmiş) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin payız aylarında Lerik şəhəri, Honiyon adlanan ərazidən çör-çöp gətirdiyini, həmin çör-çöpün bir hissəsinin evinin həyətyanı sahəsində olduğunu bildirmişdir. Tofiq Ağayev ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahid3 idarə etdiyi avtomobillə odunları həyətinə gətirdikdən sonra telefonla fotoşəkillər çəkmiş və onu ifadəsinə əlavə etmişdir. Araşdırma zərurəti ilə bağlı Təqsirləndirilən şəxs razılığı ilə Lerik şəhəri, Ərdəbil küçəsində fərdi yaşayış evinin baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətində fotoşəkildə göstərilən odunlar aşkar edilmədi, lakin həyətyanı sahəsində ağac budaqlarından qurumuş halda bağlamalar aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 1 saylı Regional Ekologiya vəTəbii Sərvətlər İdarəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Lerik şəhərinin ərazisinə aid Honiyon adlanan bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz kəsilmiş ağaclarla bağlı tərtib olunmuş 88611 saylı akta, ziyan cədvəlinə və təqdim olunmuş digər sənədlər əsasında yerində araşdırıldı. Araşdırmanın nəticəsində müəyyən olundu ki, Lerik şəhərinin inzibati ərazisinə aid “Honiyon” adlanan bələdiyyə mülkiyyətindəki torpaq sahəsində palıd cinsli diametri 12 sm-də 2 (iki) ədəd, 16 sm-də 6 (altı) ədəd, 24 sm-də 1 (bir) ədəd, 28 sm-də 1 (bir) ədəd, 32 sm-də 2 (iki) ədəd, 36 sm-də 2 (iki) ədəd, 44 sm-də 2 (iki) ədəd, vələs cinsli diametri 20 sm-də 2 (iki) ədəd, 24 sm-də 1 (bir) ədəd, 32 sm-də 1 (bir) ədəd, fıstıq cinsli diametri 8 sm-də 1 (bir) ədəd, 24 sm-də 1 (bir) ədəd, qarağac cinsli diametri 32 sm-də 1 (bir) ədəd, yabanı armud cinsli diametri 12 sm-də 1 (bir) ədəd olmaqla ümumilikdə 24 (iyirmi dörd) ədəd ağaclar və yemişan cinsinə məxsus 5 (beş) ədəd kol kəsilmişdir. Sözügedən sahədə qeyd olunan ağacların dib kötüklərini müayinə edib baxış keçirərkən onların kəsilmə vaxtının 2024-cü ilin dekabr 2025-ci ilin yanvar aylarına təsadüf etdiyi müəyyən olundu. “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il 421 saylı Qərarının 1 nömrəli əlavəsinə əsasən Lerik şəhərinin İnzibati ərazisinə aid olan “Honiyon” adlanan bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz kəsilmiş yaşıllıqlara dəymiş ziyanın miqdarı 6070 (altı min yetmiş) manat təşkil edir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş şəxs 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Lerik rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 153-2/3-13-95/2-8520/25 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X20 xx.xx.2024-cü il tarixindən münaqişəli ailə kimi polis şöbəsində qeydiyyatdadırlar. Azərbaycam Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X15 Dövlət Peşə Təhsil X26 tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli 01 nömrəli arayışdan görünür ki, 2024-2025-ci tədris ilində tam orta təhsil bazasında mövcud olan 30403524 saylı (1 illik) Heyvandarlıq mütəxəssisi qrupunun tələbəsi Təqsirləndirilən şəxs xx.xx.2025-ci tarixli yazılı müraciətinə cavab olaraq, 2024-2025-də tədris ilinin yanar ayı üçün dərs məşğələlərində iştirak etmədiyi saatlar aşağıdakı kimi müəyyənləşdirilmişdir: 16, 17, 21 yanvar 2025-ci il, dərs saatının miqdarı 7 saat, dərs saatı 08:00-13:50. 1 saylı X7 nümayəndəsi, meşə mühafizə mühəndisi vəzifəsində işləyən X3 iştirakı Təqsirləndirilən şəxs həyətyanı sahəsinə yerli baxış keçirilmiş, baxış zamanı həyətyanı sahəsinə paya çəkildiyi, həmin payaların 38 ədəd olduğu, həmin payaların 19 ədədinin palıd ağacından, 19 ədədinin isə meyvə ağaclarından ibarət olduğu, Təqsirləndirilən şəxs həmin payaları həyətyanı sahəsində olan meyvə və palıd ağaclarından hazırladığını bildirmiş, baxış zamanı da qeyd edilən hallar təsdiqini tapmışdır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham öz təsdiqini tapmır. Cinayət işi materillarından görünür ki, ibtidai istintaq tərəfindən ittiham yalnız şahidlərin ifadələri üzərində qurulmuş və yanaşı heç bir sübut onun təqsirli olmasına dəlalət etmir. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş və ifadəsində göstərdiyi bütün dəlillər məhkəmə tərəfindən yoxlanılmış və təsdiqini tapmışdır. Belə ki, hazırkı cinayət işinin başlanmasına əsas “Lerik şəhərində kütləvi şəkildə ağacların kəsilməsi barədə” ünvan 5 ünvanında qeydiyyatda olan X20 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə daxil olmuş xx.xx.2025-ci il tarixli, İD-27702 nömrəli və onun oğlu ünvan 6 ünvanında qeydiyyatda olan Şahid1 tərəfindən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş xx.xx.2025ci il tarixli 3-14-40/1-A-6-3/2025 nömrəli eyni məzmunlu şikayətləri olmuşdur. Hansı ki, şahidlər həmin şikayətlərində iki fakt üzrə məlumat vermişlər. Birincisi hazırkı ittiham üzrə kəsilmiş ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi, ikincisi isə həmin kəsilmiş ağacların Lerik şəhər sakini Şahid3 vasitəsi ilə təqsirləndirilən şəxs tərəfindən daşınması. Məhkəməyədək icraatın ilkin mərhələsindən hazırkı mərhələyədək Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab etməmiş, heç bir yerdə ağac kəsmədiyini, əksinə Şahid1 və Tofiq Ağayevin ağacların kəsilməsi ilə fəal şəkildə məşğul olduqlarını, onlarla münaqişələrinin olduğunu, buna görə də ona şər böhtan atdıqlarını qeyd etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə yeganə sübut şahidlər Şahid2, Şahid3, X20 və Şahid1 ifadələrinə dayanır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsindən Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Lerik şəhəri “Honiyon” adlanan ərazidən çör-çöp gətirmək üçün maşın lazım olduğu, həmin əraziyə getmələri, lakin Təqsirləndirilən şəxs həmin ərazidə ağac kəsərək gətirdiyini görmədiyi, 50 ədəd dərz (bağlama) yüklədiyini gördüyü, həmin yükü gətirib bolşaltdığı aydın olur. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Şahid3 xx.xx.2025-ci il tarixdə verdiyi izahatında da Təqsirləndirilən şəxs üçün odun gətirmədiyinı, qeyd olunan faktların yalan olduğunu bildirmişdir. Şahid2 ifadəsindən isə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Lerik şəhəri “Honiyon” adlanan ərazidən çör-çöp gətirmək üçün maşın lazım olduğu, həmin əraziyə gedərək maşını qoyub çıxıb getməsi, bir müddətdən sonra qayıdaraq maşını Əhmədəlinin həyətinə gətirdiyi və yükü boşaltdığı, lakin qaranlıq olduğundan yükün oduncaq olduğunu görmədiyi, yükün səsindən oduncaq olduğunu təxmin etdiyi aydın olur. Qeyd edilən şahidlərin ifadələrindən Təqsirləndirilən şəxs tərəfindən Lerik şəhəri “Honiyon” adlanan ərazidə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində ümumilikdə 24 (iyirmi dörd) ədəd ağacı və yemişan cinsinə məxsus 5 (beş) ədəd kolu qanunsuz kəsməsi halını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə hadisəni görən yeganə sübut şahidlər X20 və Şahid1 ehtimala və şəxsi ədavətə əsaslanan ifadələrinə dayanır. Məhkəmə iclasında dindirilmiş şahidlər X20 və Şahid1 ifadələrindən, o cümlədən iş materiallarında olan sübutlardan mübahisəsiz şəkildə görünür ki, tərəflər (Təqsirləndirilən şəxs ilə T.Ağayev və Şahid1) arasında münasibətlər yaxşı olmamış, xx.xx.2024-cü il tarixindən tərəflər münaqişəli ailə kimi polis şöbəsində qeydiyyatda alınmışlar, həmin münasibətlərin pisləşməsi fonunda şahidlər ittiham üzrə kəsilən ağacların təqsirləndirilən şəxs tərəfindən kəsilməsini gördüklərini iddia edərək müvafiq inzibati orqana bu barədə məlumat vermişlər. Bundan əlavə şahidlər X20 və Şahid1 ifadələrində zidiyyətlər də mövcuddur. Belə ki, Tofiq Ağayev ifadəsində Meşə İdarəsindən ona zəng gəldiyini və Lerik şəhəri “Honiyon” adlanan ərazidə ağac kəsildiyini, o da oğlu Şahid1 həmin əraziyə göndərdiyini bildirsə də, Şahid1 ifadəsində Lerik şəhəri, “Honiyon” adlanan ərazinin onların evinə yaxın olduğunu o və atası motomişar səsi eşitdiklərini, atası Tofiq Ağayev həmin əraziyə baxmaq üçün onu göndərdiyini bildirmişdir. Həmçinin şahidlər X20 və Şahid1 ifadələrində Lerik şəhəri “Honiyon” adlanan əraziyə gedərək Təqsirləndirilən şəxs ağac kəsildiyini gördüklərini bildirsələr də, buna dair nə ibtidai istintaq dövründə nə məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutlar (fotoşəkil, videogörüntü) təqdim etməmişlər. Məhkəmə istintaqı zamanı suala cavab olaraq şahid X5 telefon işlətdiyindən həmin görüntüləri çəkə bilmədiyini, digər şahid isə Şahid1 üzərində telefon götürmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, şahidlər qanun pozuntusunun məhz Təqsirləndirilən şəxs tərəfindən törədildiyini iddia edirlərsə, buna dair ən azı görüntü təqdim edə bilərdilər. Belə ki, Şahid1 hadisə yerinə ilk dəfə gedən zaman üzərində telefon götürməsə də, qayıdıb gəlib atasına bu barədə məlumat verdikdən sonra, aiası da hadisə yerinə gedən zaman geri qayıdaraq atası ilə birlikdə gedərək həmin hadisəni video və ya foto gönüntüyə ala bilərdi. Buradan da şahidlərin verdikləri ifadələrin həqiqətə uyğun olmadığı müəyyən edilir. Bundan əlavə, Tofiq Ağayev ifadəsində Şahid3 idarə etdiyi avtomobillə odunları Təqsirləndirilən şəxs həyətinə gətirdikdən sonra telefonla fotoşəkillər çəkdiyini bildirsə də, istintaq dövründə Təqsirləndirilən şəxs yaşadığı Lerik şəhəri, Ərdəbil küçəsində fərdi yaşayış evinin baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətində fotoşəkildə göstərilən odunlar aşkar edilməmiş, həyətyanı sahəsində ağac budaqlarından qurumuş halda bağlamalar aşkar edilmişdir. Məhkəmə X20 tərəfindən istintaq dövründə təqdim olunmuş “Təqsirləndirilən şəxs həyətyanı sahəsində olan kəsilmiş ağacların fotoşəklinə” münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin ağacları həyətində olan meyvə və palıd ağaclarından kəsərək həyətyanı sahəsinə paya çəkmək üçün tədarük etdiyini, sonradan həmin ağacları həyətyanı sahəsinə yol boyu paya kimi vurduğunu bildirmişdir. Məhkəmə istintaqı dövründə də Təqsirləndirilən şəxs yaşadığı Lerik şəhəri, Ərdəbil küçəsində yerləşən evinin həyətyanı sahəsinə 1 saylı X7 nümayəndəsi, meşə mühafizə mühəndisi vəzifəsində işləyən X3 iştirakı yerli baxış keçirilmiş, baxış zamanı həyətyanı sahəsinə paya çəkildiyi, həmin payaların 38 ədəd olduğu, həmin payaların 19 ədədinin palıd ağacından, 19 ədədinin isə meyvə ağaclarından ibarət olduğu, Təqsirləndirilən şəxs həmin payaları həyətyanı sahəsində olan meyvə və palıd ağaclarından hazırladığını bildirmiş, baxış zamanı da meyvə ağaclarının kəsildiyi və palıd ağaclarının da budandığı müəyyən edilmişdir. Mütəxəsis də 19 ədəd palıd ağacından olan payların Təqsirləndirilən şəxs həyətində olan palıd ağaclarından tədarük oluna biləcəyini bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ittiham 2024-cü ilin dekabr ayının sonları və 2025-ci ilin yanvar ayının əvvəllərində qanunsuz ağac kəsilməsi ilə əlaqədar verilsə də, şahidlər ifadələrində 2024cü ilin oktyabr, noyabr aylarında Təqsirləndirilən şəxslə həmin əraziyə getdiklərini bildirmişlər. Bununla da ittihamda qeyd edilən tarixlər arasında da fərqliliklərin olduğunu müəyyən olunur. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş X28 Təhsil X26 tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli arayışdan Təqsirləndirilən şəxs heyvandarlıq mütəxəssisi qrupunun tələbəsi olmaqla 2024-2025-də tədris ilinin yanar ayı üçün 16, 17, 21 yanvar 2025-ci il tarixlərdə dərs məşğələlərində iştirak etmədiyi, qalan günlərdə dərs məşğələlərində iştirak etdiyi müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən mövqedən çıxış edərək işin hallarını, işdəki sübutları, təqsirləndirilən şəxsin hərəkətlərini cinayətinin tövsifedici əlamətləri ilə müqayisə edərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən, cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1 və 42.1.4-cü maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikasının CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Bayramov və qeyrilərinə qarşı şikayətləri üzrə” Qərarında qeyd edilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirl olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsləsini həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərin görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək inayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrinn üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməlin törədilməsi sübuta yetirilmir. Bu səbəbdən də sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, institaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsi ilə istinad edilən əməldə təqsirsizliliyinə dəlalət edən kifayət qədər sübutlar toplanılmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CPM-nin 145 ə 146-cı maddələrinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyət, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qalıdırmaq mümkün olmadıqda, onlar və şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən cinayət hadisəsi ilə bağlı araşdırmaya səthi yanaşılmışdır. Şahidlərin ifadələrinə əsaslanmaqla, həmin ifadənin doğruluğunu, ağlabatanlığını və hansı səbədən bu cür ifadə vermələrini yoxlamadan, digər sübutlarla müqayisə etmədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd olunan xüsusatlar mötəbər sübut kimi qiymətləndirilə bilməz və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir və yuxarıda qeyd olunan ziddiyyətlər və iş üzrə bütün şübhəli hallar Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Sübutlar, Azərbaycan Respublikasının CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarıa aid CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-nin 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməmsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunuun pozulması iə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qayadaları hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqılarının pozulmasına yol verdikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “Baraberra, Messege və Habordo İspansiyaya qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, təqsirli şəxsin təqsirliliyi barədə məhkəməsinin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunnamüvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həlll olunmalıdır. “Qafqen Almaniyaya qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında məhkəmə təkrarlayır ki, razılığa gəlmiş dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini təmin etmək Konvensiyanın 19-cu maddəsinə əsasən onun vəzifəsidir. Xüsusilə, yerli məhkəmələrin faktlar və ya qanunun tətbiqi ilə əlqədar yol verdikləri səhvləri Konvensiyada təsbit edilmiş hüquq və azaadlıqları pozmursa, həmin çatışmazlıqların araşdırılması Məhkəmənin funksiyasına daxil deyil. Bununla müvafiq sübutların, misal üçün milli qanunvericiliyə əsasən qanunsuz əldə edilmiş sübutların, qəbul edilməsi məsələsi məhkəmə tərəfindən araşdırılmamalıdır. Məhkəmə bütövlükdə icraatın, o cümlədən sübutların əldə edilməsi məsələsinin ədalətli olub-olmadığını müəyyən etməlidir. Buraya həm bütövlükdə qanunsuzluğun, həm də Konvensiyada təsbit edilmiş hər hansı digər hüquq pozuntusu aşkar olunsa həmin pozuntunun təbiəti də araşdırılmalıdır. Bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmadığını müəyyən etmək üçün müafiə tərəfinin hüquqlarına hörmət edilib-edilmədiyinə də diqqət yetirmək lazımdır. Konkret olaraq ərizəçiyə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanının verilib-verilmədiyi də araşırılmalıdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən, sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şühbə altına qoyub-qoymadığı da nəzərə alınmalıdır. Əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunmursa, orada prosesin ədalətli olub-olmadığının müəyyən edilməsi ilə bağlı hər hansı problem yaranmır, lakin qeyd etmək lazımdır ki, sübutlar ciddidirsə və onların etibarlı olmaması riski yoxdursa, müvafiq surətdə, sübutların iş üzrə digər materiallarla təsdiq edilməsinə də ehtiyac az olur. Konkret olaraq Konvensiyanın müəyyən edilmiş pozuntusunun təbiətinə gəldikdə, məhkəmə xatırladır ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə əldə edilmiş sübutların istifadəsi nəticəsində məhkəmə baxışının bütövlükdə Konvesiyanın 6-cı maddəsinə zidd olaraq bütövlükdə ədalətsiz olub-olmadığını müəyyən etmək üçün işin bütün halları, o cümlədən ərizəçinin hüquqi yardım almaq hüququnun təmin olunubolunmaması, həmçinin sübutların keyfiyyəti və vacibliyi araşdırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Kovensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericliklə tənzimlənən məsələdir və ümumi qaydada uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il arixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutalara əsaslanır və məhkəməsinin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şühbə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yanız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsiin təqsiri sübuta yetirildikdə çıxarılır. (CPM-in 351.2-ci maddəsi). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad ediln ittiham üzrə bəraət verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi qənaət ondan ibarətdir ki, ittiham tərəfi təqsirlənirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericilikdə müəyyən olunmuş mötəbərlilik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı bildirdiyi halların ibtidai istintaq zamanı araşdırılmaması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə istinad olunan cinayəti törətməkdə təqsirli olmamasına dair məhkəmədə qəti inam yaradır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv araşdılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının CPM-in 42.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 259.1-ci maddəsində nəzərdə tutulan təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumuğu, cəza təyini, maddi ziyan ilə bağlı məsələsinin müzakirəsi istisna təşkil edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə bəraət verildiyindən hökm qanuni qüvvəyə mindikdən sonra 2024-cü ilin dekabr ayının sonları və 2025-ci ilin yanvar ayının əvvəllərində Lerik şəhəri, “Honiyon” adlanan ərazidə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində palıd cinsli diametri 12 sm-də 2 ədəd, 16 sm-də 6 ədəd, 24 sm-də 1 ədəd, 28 sm-də 1 ədəd, 32 sm-də 2 ədəd, 36 sm-də 2 ədəd, 44 sm-də 2 ədəd, vələs cinsli diametri 20 sm-də 2 ədəd, 24 sm-də 1 ədəd, 32 sm-də 1 ədəd, fıstıq cinsli diametri 8 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd, qarağac cinsli diametri 32 sm-də 1 ədəd, yabanı armud cinsli diametri 12 sm-də 1 ədəd olmaqla, ümunilikdə 24 (iyirmi dörd) ədəd ağacı və yemişan cinsinə məxsus 5 (beş) ədəd kolun qanunsuz kəsilməsi nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya vəTəbii Sərvətlər İdarəsinə 6070 (altı min yetmiş) manat dəyərində xeyli miqdarda ziyan vurmuş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ilə birlikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılanadək cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərrinin ödənilməsi məsələsi və mülki idda üzrə qərarın motivi göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən, CM-nin 259.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 42.1.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə bəraət verilsin və o Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə bəraət verildiyindən hökm qanuni qüvvəyə mindikdən sonra 2024-cü ilin dekabr ayının sonları və 2025-ci ilin yanvar ayının əvvəllərində Lerik şəhəri, “Honiyon” adlanan ərazidə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində palıd cinsli diametri 12 sm-də 2 ədəd, 16 smdə 6 ədəd, 24 sm-də 1 ədəd, 28 sm-də 1 ədəd, 32 sm-də 2 ədəd, 36 sm-də 2 ədəd, 44 sm-də 2 ədəd, vələs cinsli diametri 20 sm-də 2 ədəd, 24 sm-də 1 ədəd, 32 sm-də 1 ədəd, fıstıq cinsli diametri 8 sm-də 1 ədəd, 24 sm-də 1 ədəd, qarağac cinsli diametri 32 sm-də 1 ədəd, yabanı armud cinsli diametri 12 sm-də 1 ədəd olmaqla, ümunilikdə 24 (iyirmi dörd) ədəd ağac və yemişan cinsinə məxsus 5 (beş) ədəd kolun qanunsuz kəsilməsi nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya vəTəbii Sərvətlər İdarəsinə 6070 (altı min yetmiş) manat dəyərində xeyli miqdarda ziyan vurmuş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ilə birlikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CPM-nin 356.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-18/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-18/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver