Məhkəmə qərarları › İş №1(048)-19/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-19/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-19/2023 23.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 09:55 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1984-cü ildə Cəlilabad rayonunun Zopun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 3, mənzil 5-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni etibardan suiistifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Lerik rayonunun Mastail kənd sakini X3 2018-ci ildə oxuduğu Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən «Qərbi Kaspi» universitetindən «AVRASİYA» universitətinə transfer olunduğu zaman yaranmış kəsr imtahan qiymətlərini yazldırmaq üçün sonuncunun dostu Şahid1 pul istəmiş, Rövşən Məmiyev də özündə olan Zərərçəkmiş şəxs məxsus 4000 manat puldan sonuncu ilə telefon əlaqəsini yaradaraq onun razılığı ilə 2022-ci ilin iyul ayının əvvəlində 1700 (bir imin yeddi yüz) manatını Təqsirləndirilən şəxs məxsus kart hesabına köçürmüş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla telefon vasitəsi ilə əlaqə yaraldaraq oğlu Rəşad Nəsirovun kəsr imtahan qiymətlərini yazdırmasını vəd edib əlavə pul istəmiş, Zərərçəkmiş şəxs LEO BANK tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş **********771104 nömrəli kart hesabına elektron ödəniş terminalı vasitəsilə 10 iyul 2022-ci il tarixdə 2300 manat, 10 sentyabr 2022-ci il tarixdə 500 manat və 14 sentyabr 2022-ci il tarixdə Lerik şəhəri Nizami küçəsində yerləşən «Rəşid market»də quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsi ilə 505 manat köçürmüş, Təqsirləndirilən şəxs ona çatdırılmış pulu vahid niyətlə ələ kiçirib verdiyi vədə əməl etməyərək hərəkətləri ilə Zərərçəkmiş şəxs ümumilikdə 5005 (beş min beş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X9 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini, Cəlilabad rayon İcra Hakimiyyəti Aparatında işləyən Şahid3 tanıyır, onunla ziddiyyəti olmamışdır. 2022-ci ilin yay aylarında Münasib telefnla ona zəng edib «bir nəfər var tələbədir, kəsr imtahanları var, həmçinin illik ödəniş pulunu ödəməmişdir» demiş, Münasibə «bu məsələni həllə etmək üçün çalışıb sizə kösmək edərəm» demiş, bundan sonra həmin tələlbənin adını və soyadını soruşmuş, Münasib ona «tələbə Lerik rayon sakinidir, atası təhsil şöbəsinin müdiri işləmişdir, hazırda Lerik şəhər bələdiyyəsinin sədridir, onun oğludur» deyərək Nəsirov Rəşadın tələbə biletinin şəklini ona göndərmiş, ona məlum olmuşdur ki, Rəşad «AVRASİYA» universitətinə oxumuşdur, onun kəsr imtahanları olduğuna və illik təhsil haqqını ödəmədiyinə görə dövlət imtahanlarına buraxılmamışdır. Rəşad Nəsirovun kəsr imtahan qiymətlərini yazdırmaq üçün birinci növbədə illik təhsil haqqının ödənilməsi lazım olduğuna görə Münasibə «illik ödəniş olmadığına görə kəsr imtahan qiymətlərini yazdırmaq mümkün olmayacaqdır» demiş, bir neçə gündən sonra Münasib ona zəng edib «sizin kartınıza 1700 manat pul göndərdik» demiş, pulun kim tərəfindən göndərilməsini bilməmiş, bundan sonra Lerik rayonunun Gendov kəndində yaşayan qohumu Eminəli ilə danışıb «Balaşirin müləllimə de ki, mənə zəng etsin» demiş, bundan sonrakı müddətdə Zərərçəkmiş şəxs onunla telefon əlaqəsini yaradaraq danışmış, ona «oğlunuzun illik təhsil haqqını ödəmək və kəsr imtahanların ödənişini aparmaq üçün 1700 manat azdır, əlavə pul lazım olacaq» demiş, Blaşirin onunla razılaşıb 10 iyul 2022-ci il tarixdə 2300 manat, 10 sentyabr 2022-ci il tarixdə 500 manat və 14 sentyabr 2022-ci il tarixdə 505 manat pulu onun adına olan kartına köçürtmüş, ümumilikdə 5005 manat pulu əldə etmiş, həmin vaxtlarda öz işinin düzəlməsi üçün ona pul lazım olduğuna görə həmin pulu da adını qeyd etmək istəmədiyi bir şəxsə vermiş, Balaşirinin oğlunun kəsr imtahan qiymətlərinin yazdırılması və illik təhsil haqqını ödəmək üçün pul əldə edə bilmədiyinə görə Rəşadın işini düzəldə bilməmiş, Balaşirinlə bu mövzuda dəfələrlə telefon vasitəsi ilə əlaqə yaradaraq onun haqqında şikayət etmədiyini xahiş etmiş, Lakin Balaşirin onun xahişini nəzərə almayıb barəsində polisə ərizə yazmışdır. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmiş və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüşdür. Zərərçəkmiş şəxslə barışığa cəhd esə də zərərçəkmiş onunla barışmamışdır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik rayonunun Mastail kəndində yaşamaqla Lerik Bələdiyyəsinin sədri vəzifəsində işləyir, oğlu Rəşad 2018-ci ildə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən «Qərbi Kaspi» üniversitetinə qəbul olunmuş, bir il həmin tədris müəssisəsində oxuyub 1-ci kursu bitidikdən sonra təhsilini davam etdirmək üçün «AVRASİYA» üniversitətinə transfer olunmuşdur. Rəşad 2022-ci ilin iyun ayına kimi «AVRASİYA» üniversitetində oxuyaraq 4cü kursu bitirməli olduğu hallda imtahat kəsrləri olduğuna görə Dvlət imtahınına buraxılmamışdır. Rəşad kəsr imtahanları verməküçün çalışmış, dostu Şahid1 Rəşaddan imtahan kəsr qiymətlərini bərpa emək üçün 2022-ci ilin iyun ayında ondan xəbərsiz 4000 manat pul almışdır. Rəşad ona kəsr imtahanların qiymətini bərpa etmək üçün dostu Elcana 4000 manat pul verdiyini bildirmiş, bundan sonra Rəşadla mütəmadi əlaqə saxlayıb qiymətlərin yazılmasını soruşmuş, 2022-ci ilin iyul ayında Rəşad ona «Şahid1 imtahan qiytələrini yazdıra bilmir, pulu qaytarır» demiş, Elcanla telefon vasitəsi ilə əlaqə saxlayıb Rəşadın kəsr imtahanların qiymətlərini yazdıra bilmədiyinin səbəbini sruşmuş, Elcan ona «mən bu işi bacarmadım pulunuzu qaytarıram» demiş, Elcana pulu tez qaytarmasını bildirmiş, bundan sonra Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tanımadığı bir müddətdə Elcan ondan xəbərsiz və icazəsiz özbaşına oğla Sadiqdən aldığı 4000 manat puldan 1700 manatını Rəşadın imtahan qiymətlərini yazdırmaq üçün dostu Təqsirləndirilən şəxs vermişdir. Özü Elcandan pulu geri tələb etdikdə sonuncu onak puldan 1700 matını işi düzəltmək üçün dostu Elşənə verməsini demiş, bundan sonra Lerik rayonunun Gendov kənd sakini Eminəli Həşimovun övladının toyunda iştirak etmiş, toydan bir gün sonra Eminəli zəng ona «əmim oğlu Elşən toyda iştiak edib səzi görmüş lakin sizə yaxınlaşmamışdır. Elşən mənə dedi ki, Balaşirinin oğlunun işi məndədir, mən onun oğlunun kəsr imtahan qiymətlərini yazdırmağa çalışıram» deyərək Elşən adlı şəxsin mobil telefon nömrəsini də ona bildirmiş, daha sonra Elşənlə telefon vasitəsi ilə əlaqə saxlamış, Elşən ondan imtahan qiymətlərin düzəldilməsi üçün neçə mnvat pul vardiklərini soruşmuş, Elşənə 4000 manat verdiyini söyləmiş, elşən ona «həmin puldan mənə 1700 mat çatmışdır,sən pulu geri al hamsını mənə ver mən qiytləri yazdıraram» demiş, bundan sonra Elcana ondan olan 2300 manatı təcili bizə qaytar demiş, bundan sonra Elcanın Lerik rayonunun Şinəband kəndində yaşayan qohumu 2022-ci ilin iyul ayının 10-də Lerik şəhərinə gəldi və arvadının adına olan pul ödəniş kartın hesabına «Milliön» terminalı vasitəsi ilə 2000 manat köçürmüş, Elcandan aldığı 2000 manatın üstünə 300 manat əlavə edib 10 iyul 2022-ci il tarixdə Elşənin əməkhaqqı kartına köçürtmüş, daha sonrakı günlərdə Elşənlə mütəmadi əlqə saxlayıb işin düzəlibdüzəlmədiyini soruşmuş, 2022-ci ilin sentyabr ayının əvvəlində Elşən ona işi 4000 manatla düzəldə bilmədiyini, əlavə olaraq 1000 manat təcili lazım olduğunu demiş məcbur olub yaxın dosailarından 10 sentyabr 2022-ci il tarixdə 500 manat borc alıb Elşənin kartına köçürtmüş, daha sonra isə 14 sentyabr 2022-ci il tarixdə 505 manat borc alıb Elşənin kartına köçürtmüş, Elşənin istdiyi pulu tam olaraq ona vemiş, Elşən ona «imtahanların yenidən verilməsi üçün nəzərdə tutulmuş ödənişləri tam etmişəm və danışmışam, sentyabr ayının son gunlərində Dövlət imtahanı keçiriləcəkdir, oğlunuz imtahanda iştirak etməlidir» demiş, lakin Elşən Rəşadın kəsr imtahan qiytəmlərini yazdırmamış və onu aldatmışdır. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ona cinayət nəticəsində vurmuş olduğu ziyanı ödəsə də digər ziyanının ödəməmişdir. Ona görə də Təqsirləndirilən şəxslə barışmır. Odur ki, mülki iddianı təmin etməklə təqsirləndirlən çəxsə qanunamüvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayonunun Şinəband kəndində doğurlumş, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji üniversitetinə daxil olmuşum, Üniversitetin Cəlilabad filialında Filalogiya (Azərbaycan dili və Ədəbiyyət müəllimliyi) ixtisası üzrə 2-ci kursda əyani təhsil alır. Lerik rayonunun Mastayil kənd sakini Blaşirin Nəsirovu tanıyır onunla ziddiyyəti olmamışdır. Balaşirinin oğlanları Sadiq və Rəşadla bir evdə, yəni onların evində tələbəlik illərində yaşamış, münasibəti həmişə yaxşı olmuşdur. Balaşirinin oğlu Rəşad Bakı şəhərində yerləşən və fəaliyət göstərən «Qərbi Kaspi» üniversitetinə qəbul olunmuş, bir il həmin tədris müəssisəsində oxuyub 1-ci kursu bitidikdən sonra təhsilini davam etdirmək üçün «AVRASİYA» üniversitətinə transfer olunmuşdur. Rəşad 2022-ci ilin iyun ayna kimi «AVRASİYA» üniversitetində oxuyaraq 4-cü kursu bitirməli olduğu hallda transfer zamanı imtahat kəsrləri olduğuna görə Dvlət imtahınlarına buraxılmamış, imtahan qiymətlərinin yazdırılmasına ona köməklik göstərməsini xahiş etmiş, Rəşada «çalışıb sənə köməklik köstərərəm» demiş, Rəşad hətta imtahanların verilməsi üçün ödəniş məqsədi ilə ona 4000 manat pul vermiş, onun işini düzəldə bilməmişdir. Cəlilabad şəhər icra hakimiyyətində işləyən Şahid3 tanyır onunla münasibəti varidi. Şahid3 bir neçə dəfə ona «ali məktəblərdə kəsr imtahaların düzəldilməsinə ehtiyac olsa mənə deyərsən» demiş, Rəşadın kəsr imtahan qiymətlərini düzəltmək üçün ona müraciət etmiş, Münasib ona «mənim balaca qardaşım da orada oxuyub belə bir çətinliyi olub həll etmişəm, əlim çatır düzəldə bilərik, X8 adında bir nəfər var, dostumdur, qardaşımın işini o, həll etmişdir, sizin işinizi də o, həll edə blər» demiş, bu danışıqan sonra Balaşirinlə məsləhətləşərək özündə olan 4000 manat puldan Balaşirinin şifahi razılığı ilə 1700 manatını Münasibin vasitəsi ilə tanış olduğu Elşənin kart hesabına, 2300 manatını isə Balaşirinin ona göndərdiyi kartın hesabına köçürtmüş, bundan sonrakı məsələrərlə bağlı məlumatı ylxdur. Rəşadın kəsr imtahan qiymətləri yazılmamışdır. Rəşad hərbi xidmətdədir. Təqsirləndirilən şəxs üzbə-üz görməmiş, Zərərçəkmiş şəxs razılığına əsasən onun hesabına pul köçürtmüş, Elşənlə Münasibin telfonu vasitəsi ilə danışmış, Elşənlə telefonda danışdığı zaman sonuncu ona «Rəşadın kəsr imtahan qiymətlərini düzəltmək üçün Təhsil nazirliyinin əməkdaşı Eşqi Bağırovla danışmışam, hər şey həll olunub, sadəcə ödənişi köçürmək lazımdır, tələbənin pulunu yeyən deyiləm, pulu ona verməliyəm» demişdir. Onu Münasib şəxsən Təqsirləndirilən şəxslə tanış etmişdir. Elşənlə telefon danışığı Münasibin telefonu vasitəsi ilə bir dəfə olmuşdur. Elşən Zərərçəkmiş şəxsla tanış olduqdan sonra Elşənin kart nömrəsini Münasib ona vermiş, Balaşirinin razılığı ilə 1700 manat pulu Təqsirləndirilən şəxs adına Leobank tərəfindən verilmiş kartın hesabına köçürmüş, Təqsirləndirilən şəxslə üzbə-üz görüşü olmamışdır. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Cəlilabad şəhərində yaşamaqla Cəlilabad rayon İcra Hakimiyyəti Aparatında Ərazi İdarəetmə və X4 ilə iş şöbəsində baş məsləhətçi işləyir, Lerik rayonunun Mastail kənd sakini Zərərçəkmiş şəxs tanımır, onunla üzbə-üz görüşü olmamışdır. Lerik rayon sakini Şahid1lə Cəlilabad şəhərində tanış olmuşdur. Elcan Cəlilabad şəhərində yerləşən Azərbaycan Rekspublikası Pedaqoji Üniversitetinin Cəlilabad rayon filialında oxuyur. Yaşadığı məhəllədə dükan vardır, Elcan həmin dükana tez-tez gəldiyinə görə onunla 2022-ci ilin yay aylarında tanış olmuş və münasibətləri yaranmışdır. Günlərin birində Elcan ona «dostum «AVRASİYA» üniversitetində oxuyub qurtarmışdır, lakin kəsr imtahanların qiyməti yazılmamışdır, dostumun kəsr imtahan qiymətlərini yazdırmaqda köməklik göstərə bilərsinizmi» demiş, Elcana «tanışlarım yoxdur, bu işdə sizə köməklik edə bilmərəm» demiş, bundan az vaxt sonra Lerik rayon sakini Zərərçəkmiş şəxs mobil telefonuna zəng edib ona «Elcan sənin adına məndən pul alımışdır» demiş, Elcanın ondan aldığı pulun məbləğini Balaşirin ona desə də hazırda xatırlamır. Zərərçəkmiş şəxs «mən heç kəsdən pul istəməmişəm, Elcan da mənə pul verməmişdir» deyərək Elcana zəng edib danışaraq Zərərçəkmiş şəxs hansı məqsədlə pul alıb-almadığını soruşmuş, Elcan ona «Balaşirinin oğlu dostumdur, onun kəsr imtahan qiymətlərini yazdırmaq üçün pul almışdım, işi düzəldə bilmədim qaytarmışam, lakin tanışınız Elşənlə danışmışam, Elşən onun işini düzəldəcək, Elşənə 1700 manat pul vermişəm» demiş, Elcanın Elşənlə danışıqlarında iştirak etməmiş, Elcanın Elşənə pul verib-vermədiyni dəqiq bilmir. Təqsirləndirilən şəxs Cəlilabad rayonunun Zopun kənd sakinidir, onu tanıyır, aralarında ziddiyyət olmamışdır. Onunla ara-bir görüşür, 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs Cəlilabad şəhərində yanında olduğu zaman onun istifadə etdiyi mobil telefon nömrə ilə Elcanla danışmış, onların işinə və danışıqlarına qarışmamış və iştirak etməmişdir. 2022-ci ilin oktyabr ayında Balaşirin ona zəng edib Elşən haqqında şikayət etdiyini deyərək Elcanın mobil telefon nömrəsini ondan istəmiş, Elcanın mobil nömrəsi onda olmadığına görə Balaşirinə deyə bilməmişdir. Şahid1lə 2022-ci ilin yay aylarında Cəlilabad şəhərində tanış olmuş, kiçik qardaşının «AVRASİYA» üniversitetində oxuyub bitirməsi barədə ona danışmış, lakin qardaşının imtahan verə bilməməsi, oxuduğu müddətdə kəsri olması barədə onunla söhbəti olmamışdır. Qardaşı üniversitetdə oxuduğu müddətdə imtahanlarda kəsri olmuş, lakin özü hazırlaşıb yenidən imtahan vermişdir. X6 heç bir köməyi olmamışdır. Elcanın Elşənlə hansı şəraitdə tanış olduğunu bilmir, onları tanış etməmiş, Elcan dostunun kəsr imtahan qiymətlərini yazdırmaq üçün Elşənin kartına 1700 manat pul köçürməsini özü dedmiş, Elcanın hansı vaxtlarda Elşənin kartına pul köçürməsini bilmir. Cinayət işinin materiallarında olan şahid X1 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, atası Zərərçəkmiş şəxs il eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəlilabad rayon İHB-nın Zopun kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Himayəsində 2012-ci il təvəllüdlü bir azyaşlı övladı var. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurlmuş 5005 manat ziyan ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "17" may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nın Lerik rayon filialına cinayətlə vurulmuş 5005 manat məbləğində maddi ziyanın 25% miqdarında – 1252 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində azyaşlı uşağının olması CM0-nin 59.1.4-cü, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürməsini CM-nın 59.1.13-cü, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının «Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.» tövsiyyəsini də nəzərə alır. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödəməsini, və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran halların müəyyən edilməməsini və Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alıb təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə vurulmuş 2050 manat maddi ziyanın və 2022-ci ilin iyul ayından 2023-cü ilin marat ayına qədər ödədiyi 3500 manat faiz pulu və dövlət rüsumu kimi ödədiyi 77 manat pulun ümumilikdə 5627 manata dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cinayət işinin materiallarından görünür ki, 14 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, Lerik rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək təqsirləndirlən şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin zərərçəkmiş idddia ərizəsində həmin ziaynın hardan yaranması ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, həmçinin ziyanın yaranma səbəbini əsaslandıra bilməmişdir. Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs cinayət nəticəsində vurmuş olduğu ziyanı tamamailə ödəməsi barədə qəbzi məhkəməyə təqdim etməklə zərərçəkmiş şəxsin ona qarşı mülki iddiası ilə razı olmadığıını bildirdi. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınsa da, hazırki vəziyyətdə mülki iddia ilə əlaqədar mübahisə olduğundan həmin mübahisəni cinayət mühakimə icraatı qaydasında həll edilməsi mümkün olmadığından mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki,zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq hakim iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması haqqında qərarlardan biri əks etdirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icrtaatı qaydasında verilə bilər. Odur ki, iş üzrə zərərçəkmiş (mülki iddiaçı) şəxs Zərərçəkmiş şəxs təqsirləndirlən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı cinayət əməli nəticəsində vurmuş zərərin ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququna malik olması izah edilməli, iş üzrə, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş (mülki iddiaçı) şəxs Zərərçəkmiş şəxs təqsirləndirlən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı cinayət əməli nəticəsində vurmuş zərərin ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququna malik olması izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Bakı şəhər Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərini olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar