Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-19/2024 28.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1973-cü ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin dekabr ayının sonlarında Lerik rayonunun Monidigah kənd sakini Zərərçəkmiş şəxs qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra sonuncunu Lerik rayon Statistika İdarəsinə müdir təyin etdirəcəyi barədə yalandan vəd etməklə Zərərçəkmiş şəxs inam və etibarını qazanaraq bunun müqabilində ondan 10.000 manat pul istəmiş, 2022-ci ilin dekabr ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmayan tarixdə, saat 22-23 radələrində Bakı şəhəri, «20 Yanvar» adlanan ərazisində yerləşən «Əncir» adlı kafedə Pərviz Həsənovun 5500 manatını əlbəəl alıb ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin dekabr ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmayan tarixdə və vaxtda Lerik şəhəri, C.Cabbarlı küçəsində yerləşən mağazada quraşdırılmış MilliÖn ödəmə terminalı vasitəsilə adına olan “Leo Bank”a məxsus **********604003 hesab nömrəli karta köçürdüyü 4500 manatı ələ keçirdikdən sonra cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs guya diplomunda ixtisas uyğunsuzluğunun olmasını bildirərək bunun üçün əlavə 1500 manat pul istəmiş, sonuncunun 2022-ci ilin dekabr ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmayan tarixdə və vaxtda Lerik şəhəri, C.Cabbarlı küçəsində yerləşən mağazada quraşdırılmış MilliÖn ödəmə terminalı vasitəsilə adına olan “Leo Bank”a məxsus **********604003 hesab nömrəli karta köçürdüyü 1500 manatı ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 11500 (on bir min beş yüz) manat məbləğində pulu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs 11500 (on bir min beş yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, aralarında əvvəllər narazılıq və ziddiyyət olmamışdır. Zərərçəkmiş şəxsla onun həmkəndlisi Şahid2 vasitəsilə tanımış olmuş, həmçinin Zərərçəkmiş şəxs qardaşı Şahid1 da tanıyır. 2022-ci ilin dekabr ayının sonlarında Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onunla danışaraq qardaşı Zərərçəkmiş şəxs Lerik rayon Statistika İdarəsinə müdir təyin olunmasını istədiyini, işini həll edə bilib-bilməyəcəyini ondan soruşmuş, onlara məlumat verəcəyini demiş, bundan sonra tanışı Şahid2 da ona zəng edib Zərərçəkmiş şəxs işini həll etməsini xahiş etmiş, buna görə də onlarla əlaqə saxlayıb işinin həll olunacağını, bunun müqabilində 10000 manat pul verməli olduqlarını bildirmiş, lakin reallıqda onların işlərini həll edə bilməyəcəyini dərk etmişdir. Pula ehtiyacı olduğu üçün onları aldatmaq qərarına gəlib danışıq zamanı Zəfər və Zərərçəkmiş şəxs onunla razılaşmışlar. Həmin gün Zərərçəkmiş şəxs Bakı şəhərinə dəvət etmiş, həmçinin tanışım Şahid2n da yanına gələcəyini bildirmiş, həmin gün saat 22-23 radələrində Bakı şəhəri «20 Yanvar» adlanan ərazidə yerləşən «Əncir» adlanan kafedə görüşmüşlər, Rizvan onlardan tez həmin yerə gəlmişdi. Oturub söhbət edən zaman Zəfər və qardaşı Zərərçəkmiş şəxs «narahat olma, işin həll olunacaq» deyərək diplomunun surətini ondan almış, işin müqabilində 10000 manat pulu istəmiş, bundan sonra Zərərçəkmiş şəxs üzərində olan 5500 manat pulu ona əlbə əl vermiş, pulu aldıqdan sonra Zərərçəkmiş şəxs işinin həll olunacağını deyib onu Lerik rayon Statistika İdarəsinə müdir təyin etdirəcəyinə nail olacağını bildirmiş, Zərərçəkmiş şəxs səhəri gün qalan 4500 manat pulu göndərməsini istəmiş, Whatsapp vasitəsilə Pərvizin telefonuna adına olan Leo Banka məxsus hesab nömrəsi **********604003 olan kartın fotoşəklini göndərərək sağollaşıb ayrılmışlır, səhəri gün Zərərçəkmiş şəxs zəng edib pulu göndərməsini demiş, Zərərçəkmiş şəxs onun kart hesabına 4500 manat pulu köçürtdükdən sonra zəng edib ona məlumat vermiş, Pərvizə narahat olmamasını bildirib işini həll edəcəyini demiş, növbəti gün yenidən Zərərçəkmiş şəxs pul ələ keçirmək məqsədilə sonuncuya zəng edib guya diplomunda ixisas uyğunsuzluğu olduğunu deyib əlavə olaraq 1500 manat da verməli olduğunu bildirmiş, buna görə də Zərərçəkmiş şəxs həmin gün adıma olan Leo Banka məxsus kart hesabına əlavə 1500 manat da pul köçürtmüş, Zərərçəkmiş şəxs dələduzluq yolu ilə ələ keçirdiyi ümumilikdə 11500 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, Zərərçəkmiş şəxs hər dəfə maraqlandıqda ona narahat olmamasını bildirmiş, 2023-cü ilin fevral ayının xatırlamadığı günündə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng edib başqa şəxsin Lerik rayon Statistika İdarəsinə müdir təyin olunduğunu bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs başa düşmüşdür ki, onu aldatmışdır. Pərviz ona polisə şikayət edəcəyini demiş, Pərvizə heç bir orqana şikayət etməməsini, onu aldadaraq ələ keçirdiyi 11500 manat pulu hissə-hissə qaytaracağını deyərək sonrakı dövrlərdə ona ümumilikdə 11500 manat pul qaytarmış, Zərərçəkmiş şəxs onu aldıdab aldığı 11500 manat puldan Şahid2 verməmiş, Zərərçəkmiş şəxs aldadacağından Şahid2 qabaqcadan məlumatı olmamışdır. Hazırda Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəmişdir. Onalar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir iddia və tələbi yoxdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq onu Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə olan cinayət məsuliyyətindən azad etməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik rayonunun Monidigah kəndində qeydiyyatda olmaqla Lerik şəhəri, İ.Yaqubov küçəsi, ev 9, mənzil 1-də yaşayır. 2022-ci ilin axırlarında Lerik rayon Statistika İdarəsinin müdiri vəzifəsi boş olduğundan həmin vəzifəyə təyinat almaq istəmiş, 2022-ci ilin dekabr ayının sonlarında bu barədə qardaşı Şahid1 demiş, qardaşı Zəfər ona Bakı şəhərində Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu, həmkəndlisi Şahid2 vasitəsilə tanış olduğunu, onun bu cür işləri həll edə biləcəyini demiş, Zəfərdən həmin şəxslə işi ilə bağlı danışmasını xahiş etmiş, buna görə də qardaşı Zəfər Nazim adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə danışmış, Nazim adlı şəxs telefonda onun işinin həll olunacağını, bunun müqabilində 10000 manat pul verməli olduğunu demiş, onunla razılamış, Nazim onu həmin gün Bakı şəhərinə çağırmış, qardaşı Zəfərlə birlikdə həmin gün Bakı şəhərinə yola düşüb saat 22-23 radələrində Təqsirləndirilən şəxslə Bakı şəhəri, «20 Yanvar» adlanan ərazidə yerləşən kafelərin birində görüşmüş, həmkəndlisi Şahid2 da Nazimlə birlikdə gəlmiş, söhbət edən zaman Nazim ona «narahat olma, işin həll olunacaq» deyib özünün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı olduğunu bildirib diplomunun surətini ondan almış, bundan sonra üzərində olan 5500 manat pulu Təqsirləndirilən şəxs vermiş, Pulu aldıqdan sonra Nazim işinin həll olunacağına vəd verdikdən sonra Lerik rayon Statistika İdarəsinə müdir təyin etdiriləcəyinə nail olacağını bildirmiş və səhəri gün qalan 4500 manat pulu ona göndərməsini istəmiş, Whatsapp vasitəsilə telefonuna adına olan Leo Banka məxsus hesab nömrəsi **********604003 olan kartın fotoşəklini göndərmiş, Lerik rayonuna qayıdaraq səhəri gün Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib pulu göndərməsini istəmiş, buna görə də Lerik şəhəri, C.Cabbarlı küçəsində yerləşən mağazada quraşdırılmış Milli Ön ödəmə terminalı vasitəsilə Nazimin ona verdiyi kart hesabına 4500 manat pulu köçürdərək bu barədə Nazimə məlumat vermiş, sonuncu cavabında narahat olmamadığını, hər şeyin qaydasında olduğunu demitş, səhəri gün Nazim yenidən ona zəng edib diplomunda ixisas uyğunsuzluğu olduğunu deyib əlavə olaraq 1500 manat da istəmiş, buna görə də həmin gün Lerik üəhəri, C.Cabbarlı küçəsində yerləşən mağazada quraşdırılmış Milli Ön ödəmə terminalı vasitəsilə Nazimin ona verdiyi kart hesabına 1500 manat pulu göndərmiş, Nazim işini düzəldəcəyini demitş, sonrakı günlərdə də Nazimlə maraqlandıqda ona hər şeyin qaydasında olduğunu demiş, 2023-cü ilin fevral ayında Lerik rayon Statistika İdarəsinə müdir təyin olunduğunu eşidərək Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını tam başa düşərək polisə şikayət edəcəyini Nazimə demiş, Nazim onu aldadaraq ələ keçirdiyi 11500 manat puldan hissə-hissə olmaqla ümumilikdə 3400 manat pulunu qaytarmış, lakin yerdə qalan 8100 manat pulu qaytarmamış, buna görə də barəsində şikayət etmiş, Hazırda ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs qismində dindirilmiş qardaşı Zərərçəkmiş şəxsla eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik rayonunun Monidigah kəndində qeydiyyatda olmaqla orada yaşayır. 2022-ci ilin axırlarında həmkəndlisi Şahid1 Lerik rayon Statistika İdarəsinin müdiri vəzifəsinin boş oldğunu, qardaşı Zərərçəkmiş şəxs həmin vəzifəyə vermək istədiklərini ona demiş, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində işləyən, tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu, köməklik göstərə biləcəyini ona demiş, 2022-ci ilin dekabr ayının sonlarında Şahid1 qardaşı ilə Bakı şəhərinə gəlməsini demiş, həmin gün saat 22-23 radələrində Bakı şəhəri, «20 Yanvar» adlanan ərazidə yerləşən kafelərin birində görüşmışlar, Pərviz qardaşı Zəfərlə gəlmiş, orada oturub söhbət edən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs «narahat olma, işin həll olunacaq» deyib özünün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı olduğunu bildirib diplonun surətini Pərvizdən almış, işinin 10000 manata həll olunacağını demiş, bundan sonra Pəviz üzərində olan 5500 manat pulu Təqsirləndirilən şəxs vermiş, pulu aldıqdan sonra Nazim işin həll olunacağını Pərvizə vəd verib Lerik rayon Statistika İdarəsinə müdür təyin etdirəcəyini bildirmiş, səhəri gün qalan 4500 manat pulu göndərməsini Pərviz tapşırmış, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadacağını bilməmiş, sonrakı günlərdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kart hesabına 4500 manat pul göndərmiş, həmçinin əlavə olaraq 1500 manat da göndərmişdir. Bunlara baxmayaraq Nazim Pərvizin işini düzəltməmiş və Pərvizin pulunu da geri qaytarmamış, hətta özü bir neçə dəfə Nazimlə danışıb Pərvizin pulunu qaytarmasını demiş, Nazim pulu geri qaytaracağını hər dəfə desə də pulunu qaytarmamış, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs etibarından sui-istfadə edib onu aldadaraq Lerik rayon Statistika İdarəsinə müdür təyin etdirəcəyi barədə yalan vəd verib 11500 manat pulunu ələ keçirdikdən sonra vədinə əməl etməyib Zərərçəkmiş şəxs aldatmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 5500 manat pulu verərkən onların yanında olmuşdur. Təqsirləndirilən şəxs cinayətkar niyyəti barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs keçmiş polis polkovniki Hüseynəli Miriyev adlı şəxsin vasitəsilə tanımış, Nazimin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində işlədiyini bilmiş, lakin onun Zərərçəkmiş şəxs aldadacağını qabaqcadan bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 11500 manat puldan ona verməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat X2 insfrastrukturu və ekspetizası departamentinin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 11500 (on bir min beş yüz) manat ziyan tam olaraq ödənilmişdir. Həmin cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş "28" fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nın Lerik rayon filialına cinayətlə vurulmuş 11500 (on bir min beş yüz) manat məbləğində maddi ziyanın 25% miqdarında – 2875 (iki min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş uzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-19/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-19/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver