Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-19/2025 06.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1954-cü ildə Lerik rayonunun Barzavu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Kıncıvo kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdə, saat 14:00 radələrində idarə etdiyi “Vaz 2121” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonu, Kıncıvo kəndi istiqamətindən Lerik rayonu, Spiyəreğon kəndi istiqamətində hərəkətdə olarkən Lerik rayonu, Spiyereğon kənd sakini on altı yaşına çatmayan xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs piyada hərəkətdə olduğunu görüb, avtomobili saxlayaraq onu avtomobilə əyləşməsi üçün dəvət etmiş, Zərərçəkmiş şəxs avtomobilin sağ sərnişin yerində əyləşdikdən sonra ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etməklə cinsi ehtirasını təmin etmək qərarına gəlib, fiziki və psixi zor tətbiq etmədən avtomobil hərəkətdə olarkən cinsi ehtirasını təmin etmək məqəsdilə Zərərçəkmiş şəxs boynundan tutaraq qucaqlamış və sinə nahiyəsini əli ilə tutaraq sıxmaqla sonuncuya bədəni üzərində döş qəfəsi (sağ süd vəzisi) nahiyəsində qançırla nəticələnən xəsarət yetirməklə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 may 2025-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi “Niva” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Lerik rayonunun Spiyəreğon kəndindən Kıncıvo kəndində yerləşən evinə gedərkən yol ilə Zərərçəkmiş şəxs öz evlərinə tərəf piyada hərəkət etdiyini görmüş, Zərərçəkmiş şəxs avtomobilə saxla işarəsi verdikdən sonra avtomobili saxlamış, Fatimə avtomobilin sağ sərnişin yerində oturmuş, avtomobili hərəkət etdirdikdən sonra Fatimənin hal-əhvalını soruşmuş, təxminən 100 metr məsafə avtomobili sürdükdən sonra Xəyyam adlı müəllimi görüb avtomobilə dəvət etmiş, Xəyyam isə uşağı düşürəndən sonra qarşıda avtomobilə əyləşəcəyini bildirmiş, təxminən 2-3 dəqiqə yol getdikdən sonra Zərərçəkmiş şəxs evinin qarşısında avtomobilini saxlamış, Fatimənin avtomobildən düşməsi üçün avtomobilin sağ qapısını onun üçün içəridən açarkən əli Fatimənin sinəsinə toxunmuş, Fatimə avtomobildən düşərək evinə getmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 153.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 may 2025-ci il tarixdə, saat 14 radələrində təhsil aldığı Vizəzəmin kənd tam orta məktəbindən çıxaraq sinif yoldaşları ilə piyada evinə gedərkən Spiyereğon kəndində evlərinə yaxınlaşanda uşaqlardan ayrılmış, avtomobil yolu ilə piyada gedərkən arxa tərəfdən qonşuları İmaməli adlı şəxsin idarə etdiyi “Niva” markalı avtomobilin yaxınlaşdığını görmüş, İmaməli avtomobili saxlayıb “gəl otur maşına, evə qədər səni aparım” demiş, o da avtomobilin sağ qabaq sərnişin yerində əyləşmişdir. Avtomobil təxminən 10-15 metr hərəkət etdikdən sonra İmaməli ona baxaraq “ürəyim yeyim səni, səndən xoşum gəlir” deyərək sağ əli ilə onun sinəsindən tutmuş, o qorxub əllərini itələmək istədikdə, əli ilə yenidən onun sinə nahiyəsinə uzadıb sinəsini sıxmağa başlamışdır. Əlini köynəyindən içən soxmaq istədikdə ona imkan verməmişdir. O çox qorxmuş, İmaməliyə “əmi etmə” deyərək yalvarmışdır, İmaməli isə təkidlə əlləri ilə sinəsini tutmuş, o, yenə də İmaməliyə imkan vermək istəmədikdə yenə bədənini əlləri ilə oxşamış və sinəsinin ucundan əlləri ilə sıxmış, İmaməli ona “bir dəfə sinəni sıxacam, sinən böyüməyəcək narahat olma” demişdir, İmaməli iki dəfə əli ilə onun boynunu qucaqlamış, iki dəfə öz telefon nömrəsini ona deyərək nəsə çətinliyi olsa, ona deməyini bildirmişdir. Avtomobil təxminən 5-6 dəqiqə hərəkət etdikdən sonra evlərinə yaxınlaşarkən, İmaməli evlərinin qarışısında avtomobil yolunun üzərində maşını saxlamış, o maşından düşüb anası Şahid1 bu barədə danışmış, daha sonra anası bu barədə atası Qanuni nümayəndə məlumat vermişdir. Hazırda ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 may 2025-ci il tarixdə, saat 14 radələrində Lerik rayonunun Spiyəreğon kəndində yaşadığı evdə olarkən 2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs Vizəzəmin kənd orta məktəbində dərsdən çıxıb evə gəlmiş, uşağın əhval-ruhiyyəsinin pis olduğunu görüb onu yanına çağırmış və niyə əhval-ruhiyyəsinin pis olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs qorxaqorxa ona saat 14 radələrində təhsil aldığı Viziəmin kənd tam orta məktəbindən evə gələrkən avtomobil yolu ilə tək piyada hərəkətdə olarkən İmaməlinin onu görüb avtomobili saxladığını və evə qədər aparmasını təklif etdiyini, qızı İmaməlini tanıdığı üçün avtomobilə əyləşdiyini, təxminən avtomobili bir neçə metr hərəkət etdirdikdən sonra əlləri ilə Fatimənin sinə nahiyəsinə toxunduğunu və öz telefon nömrəsini Fatiməyə verməsini təklif etdiyini demişdir. Qızı Fatiməni qorxaraq ona etiraz etmiş, İmaməli onların evinin qarşısına çatanda Fatiməni düşürmüş, daha sonra avtomobili sürərək oradan uzaqlaşmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 19 may 2025-ci il tarixdə, saat 14:00 radələrində Vizəzəmin kənd tam orta məktəbində dərsini bitirdikdən sonra məktəbdən çıxaraq evə getmək üçün Lerik rayonunun Sipiyəreğon kəndi ilə piyada hərkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobili ilə yanından keçərək avtomobilini 20-25 metr irəlidə Elvüsalın evinin qarşısında avtomobil yolunun üzərində saxlamışdır. Avtomobilin sağ sərnişin qapısından Zərərçəkmiş şəxs düşərək sürətli addımlarla evinə tərəf getmiş, həmin an avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşmədən uca səslə ona “kəndə gedirsən gəl aparım səni” demişdir. O, kəndə getdiyindən İmaməlinin təklifini qəbul etmiş və onun idarə etdiyi avtomobilə əyləşib Kıncıvo kəndinə evinin qarşısında avtomobildən düşmüşdür. Həmin tarixdən sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs görməmişdir. Baş vermiş hadisə barədə sonradan məlumatı olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsini görməmişdir. Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra ona tərəf baxmadan sürətli addımlarla evinə tərəf getmiş, ona heç nə deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Lerik rayonu, Sipiyəreğon kəndində yaşayan Qanuni nümayəndə 19 may 2025-ci il tarixdə ərizə ilə Lerik RPŞnin rəisinə ərizə ilə müraciət edərək 2010-cu il təvəllüdlü qızı Fatimə oxuduğu Vizəzəmin orta məktəbində dərsdən çıxıb 19 may 2025-ci il tarixdə, saat 13-14 radələrində piyada evə gələn zaman kənd sakini kimi tanıdığı İmaməli idarə etdiyi “Niva” markalı avtomaşını onun yanında saxlamış, qızına “otur səni də evinin yanında düşürərəm” demiş, qızı da onu tanıdığı üçün ona etibar edərək avtomaşına oturmuş, yolda İmaməli qızının maşında tək olmasından istifadə edərək ona qarşı əxlaqsız hərəkətlər təklif etmiş, qızı ona müqavimət göstərmiş, maşından düşüb evə çatan kimi bu barədə anasına məlumat vermişdir. Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-nin 153.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Cinayət törətməkdə şübhə yaradan şəxsin tutulması haqqında 20 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs qismində tanınması haqqında 21 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınması haqqında 21 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Qanuni nümayəndə Şiməmməd oğlu yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X6 X5” Publik Hüquqi şəxsinin 21 may 2025-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsi (sağ süd vəzisi) nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni əl ilə sağ süd vəzisini sıxması nəticəsində əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Üzləşdirmə haqqında 22 may 2025-ci il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Lerik Rayon Məhkəməsinin 4(048)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Lerik Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsinin 04 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Lerik rayonun Kıncıvo kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliyinə görə Lerik rayon mərkəzi xəstəxanasına müraciət etməmiş və dispanser qeydiyyatında durmur. Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayonunun Kıncıvo kəndində yaşadığı dövr ərzində müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X6 X5” Publik Hüquqi şəxsinin 23 may 2025-ci il tarixli, 36 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 1674 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlarla bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 153.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmaqla, sonuncunun həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. CM-nin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Beləliklə, məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda CM-in 153.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. CM-nin 153-cü maddəsi şəxsiyyətin cinsi azadlığı və cinsi toxunulmazlığı əleyhinə olan cinayət hesab edilməklə, zərərçəkmiş şəxsin yaşı, habelə cinayətin ona müəyyən psixoloji təsiri baxımından daha yüksək ictimai təhlükəliliyə malikdir. Belə ki, əxlaqsız hərəkətlər yeniyetmənin mənəvi və fiziki sağlamlığına mühüm zərər vuraraq, onun cinsi azadlığına və cinsi toxunulmazlığına qəsd edir. Məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi “on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə” CM-in 153.1-ci maddəsinin obyekti qismində 16 yaşına çatmamış şəxslərin normal cinsi inkişafı və cinsi toxunulmazlığı ilə bağlı olan ictimai münasibətlər çıxış edir. Bu cinayətdən zərərçəkmiş şəxs qismində həm kişi, həm də qadın cinsindən olan və cinayət törədilənə qədər 14 yaşına çatmış, lakin 16 yaşı tamam olmamış şəxslər tanına bilərlər. Hazırki cinayət işinin zərərçəkmişi qismində cinayət törədilərkən 16 yaşı tamam olmamış Zərərçəkmiş şəxs tanınmışdır ki, həmin cinayətin obyekti qismində də onun normal cinsi inkişafı və cinsi toxunulmazlığı çıxış etmişdir. Əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilmişdir. Əməlin birbaşa qəsdlə törədilməsi dedikdə şəxsin öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsidir. Məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs öz əməlinə psixi münasibəti birbaşa qəsdlə olmuşdur. Əxlaqsız hərəkətlər cinayəti obyektiv cəhətdən 16 yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlərin edilməsində ifadə olunur. Zərərçəkmiş şəxs barəsində edilən əxlaqsız hərəkətlər fiziki və ya psixi zor tətbiq etmədən həyata keçirilməlidir. Məhkəmə bildirir ki, əxlaqsız hərəkətlər fiziki və intellektual formada təzahür edə bilər. Hazırki cinayət işində aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlərini fiziki formada həyata keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməlini Zərərçəkmiş şəxs boynundan tutaraq qucaqlamaqla və sinə nahiyəsini əli ilə tutaraq sıxmaqla törətmişdir. CM-nin 153.1-ci maddəsi formal tərkibli cinayət olduğundan əxlaqsız hərəkətlər başlandığı andan başa çatmış hesab edilir. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021ci il tarixli Ali Məhkəmənin Plenum Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, məhkəmə şəxslərin cinsi toxunulmazlığı ilə əlaqədar işlər üzrə cinayətin törədilməsi üsullarının hökmdə ətraflı surətdə şərh edilməsindən çəkinməlidir. Məhkəmə Plenum Qərarını da nəzərə alaraq bildirmək istəyir ki, təqsirləndirilən şəxsin cinayət əməli məhkəmə istintaqı zamanı verilən ifadələr zamanı tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclas zalında ifadə verən Təqsirləndirilən şəxs təqsirsizliyini Fatimənin avtomobildən düşməsi üçün avtomobilin sağ qapısını onun üçün içəridən açarkən əli Fatimənin sinəsinə toxunması ilə əsaslandırsa da, məhkəmə iclas zalında tədqiq edilən sübutlarla Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilmiş, onun ifadəsində göstərdiyi halların özünü müdafiə xarakteri daşıdığı müəyyən edilmilşdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 153.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-nin 153.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun yaşını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, cəzasını ağırlaşdıran halların olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 153.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999- cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edilmişdir ki, Lerik Rayon Məhkəməsinin 4(048)- 10/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və sonuncu 20 may 2025-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 20 may 2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 həvalə edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-19/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-19/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver