Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-2/2023 18.01.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 10:55 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1980-cı ildə Lerik rayonun Tikəband kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Lerik rayonun Tikəband kəndində qeydiyyatda olmaqla Lerik rayon Davradibi kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, o, o, 2022-ci ilin iyun ayının əvvəlində əlində meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 2022-ci ilin iyun ayının əvvəlində X4 X3 rayonu üzrə Razvandaband meşəbəyliyinin 16 saylı meşə dolayısının ərazisində fısdıq cinsiən 32 sm d-də 01 ədəd və 64/52 sm d-də 02 ədəd işlik növünə aid olmaqla cəmi 03 ədəd 6,97 kub metr həcmində, kök üstə yaş ağacları özündə olan matorlu mişarla qanunsuz kəsərək cərimə ziyanıilə birlikdə müəssisəyə 1109,65 (bir min bir yüz doqquz) manat 65 qəpik məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs meşə sahəsində 03 ədəd fısdıq cinsindən ağacları qanunsuz kəsməsi barədə 20 iyun 2022-ci ild tarixdə müvafiq qaydada akt tərtib olunmasına baxmayaraq o, vahid niyətlə hərəkətlərini davam etdirib əlində meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan təkrar 2022-ci ilin iyun ayının axırında Vizəzəmin meşəbəyliyinin tərkibində olan 16-a saylı meşə dolayısının ərazisində fısdıq cinsindən 52/40 sm d-də 01 ədəd və 56/44 sm d-də 01 ədəd odunluq növünə aid olmaqla cəmi 02 ədəd, 3,74 kub metr həcmində, kök üstə yaş ağacları özündə olan matorlu mişarla qanunsuz kəsərək cərimə ziyanı ilə birilkdə müəssisəyə 248,37 (iki yüz qırx səkkiz) manat 37 qəpik məbləğində ziyan vurumuşdur. Daha sonra Təqsirləndirilən şəxs meşə sahəsində ağacları qanunsuz kəsməsinə görə barəsində 20 iyun və 06 iyul 2022-ci il tarixlərdə müvafiq qaydada aktların tərtib olunmasına baxmayaraq o, vahid niyətlə hərəkətlərini davam etdirib əlində meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan təkrar 2022-ci ilin sentyabr ayının axırında rayonunun Davradibi kəndində yaşadığı evin yaxınlığında yerləşən, Vizəzəmin meşəbəyliyinin 18-a saylı meşə dolayısının ərazisində Azərbaycan Respublikasının «Qırmızı kitabı»na düşmüş Dəmirağacı cisindən 36 sm d-də 01 ədəd, 44/32 sm d-də 02 ədəd, 44/36 sm d-də 01 ədəd, 48/36 sm d-də 01 ədəd və 56/44 sm d-də 01 ədəd odunluq növünə aid olmaqla cəmi 06 ədəd 4,99 kub metr həcmində 21,22 manat dəyərində kök üstə yaş ağacları özündə olan matorlu mişarla qanunsuz kəsərək cərimə ziyanı ilə birlikdə müəssisəyə 1606,22 (bir min altı yüz altı) manat 22 qəpik məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Tikəband kəndində qeydiyyatda olmasına baxmayaraq Davradibi kəndində öz evində ailəsi ilə birlikdə yaşayır, heç yerdə işləmir, təsərrüfatla məşğul olub dolanır. Bundan əlavə çox vaxtlarda Bakı şəhərinə gedib daş karxanalarında günəmuzd işləyib pul qazanmaqla ailəsini dolandırır. X4 təsəərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 20 iyun, 06 iyul və 10 oktyabr 2022-ci tarixlərdə barsində tərtib olunmuş aktlar, həmçinin hesablama cədvəlləri ilə tanış olmuşdur. Yaşadığı ərazdə oduncaqdan başqa alternativ yanacaq növü olmadığına görə evdə sobada və təndirdə yanacaq kimi odundan istifadə edirir. Evində istifadə etmək üçün oduna ehtiyacı olduğuna görə 2022-ci ilin iyun ayı ərzində Tikəband kəndinin yaxınlığında yerləşən meşə sahəsində təxminən 5 ədəd xırda diametrdə fısdıq cinsindən ağaclar gizli və icazəsiz kəsib doğrayıb idarə etdiyi QAZ-66 markalı avtomaşınla evinə daşıyıb istifadə etmiş, bundan əlavə 2022-ci ilin sentyabr ayının axırlarında yaşadığı evin əhatəsində olan meşə sahəsinin evinə yaxın ərazisində xırda diametrdə Dəmirağacı cinsindən ağaclar kəsib odun doğrayıd evində istifadə etmək üçün daşımış, buna görə peşmandır, bir daha qanunsuz meşə sahəsinə getməyəcəyini və ağaclar kəsməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri, mütəxəssis rəyi, cinayət işində olan digər istintaq sənədləri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, Lerik rayonunun Davradibi kənd sakini Ağacanov X2 Regional Meşə X3 rayonu üzrə Razvandaband meşəbəyliyinin 16 saylı meşə dolayısının ərazisində fısdıq cinsindən olan, həmçinin vahid niyətlə hərəkətlərini davam etdirib əlində meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan təkrar 2022-ci ilin sentyabr ayının axırında rayonunun Davradibi kəndində yaşadığı evin yaxınlığında yerləşən, Vizəzəmin meşəbəyliyinin 18-a saylı meşə dolayısının ərazisində Azərbaycan Respublikasının «Qırmızı kitabı»na düşmüş Dəmirağacı cisindən kök üstə yaş ağacları özündə olan matorlu mişarla qanunsuz kəsərək cərimə ziyanı ilə birlikdə müəssisəyə 2964.24 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən Dövlət Meşə fonduna vurulmuş ziyan ödənilmədiyindən həmin ziyan təqsirləndirlən şəxsdən tələb olunur. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 Mürüvət oğlu ifadəsində göstərdi ki, Lerik rayonunun Hücü kəndində yaşayır. X4 Təsərrüfatı mərkəzinin Razvandaband meşəbəyliyinin 16 saylı dolayısı 2 hissəyə bölünüb, 16 A saylı meşə dolayısı yeni yaradılmış Vizəzəmin meşəbəyliyinin ərazisinə verilmiş, 14 iyun 2022-ci il tarixdən həmin meşə sahəsinə meşə gözətçisi təyin olunmuşdur. Lerik rayonunun Tikəband kənd sakini, hazırda Davradibi kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, onunla ziddiyyəti olmamışdır. Sənədlə adı Ağazadə olsa da onu Ramil adı ilə tanıyır. Ağazadənin Tikəband kəndində yaşayan qardaşı Akifin mühafizə etdiyi meşə sahəsində çəpərə alınmış sahəsi vardır. 2022-ci ilin iyun ayının 29-dan 30-na keçən gecə saat təxminən 01 radələrində adını bildirmək istəmədiyi şəxs mobil telefon vasitəsi ilə ona zəng edib Akifin çəpərinin yanında meşədə matorlu mişarla ağac kəsib doğrayırlar demiş, dərhal avtomaşınla evindən çıxıb təxminən 15-20 dəqiqə müddətində həmin əraziyə gəlib matorlu mişarın səsi gələn istiqamətə getmiş, Akifin qardaşı Ağazadə çəpərin yaxınlığında ağac kəsib doğradığını görmüş, ona yaxınlaşdığı zaman Ağazadə onu görüb və matorlu mişarı götürüb meşənin dərinliyinə qaçmışdır. Həmin sahəyə 30 iyun 2022-ci il tarixdə baxıb görmüşdür ki, meşə sahəsi ona təhvil verildikdən sonrakı müddətdə, yəni 28-29 iyun 2022-ci il tarixlərdə Ağazadə 2 ədəd fısdıq cinsindən ağacları kəsmiş, 1 ədəd ağacın hissələrini tam digər bir ağacın gövdəsinin qismən hissəsini aparmış, yerdə qalan hissələri doğradığı zaman onu yerində yaxalamış, onun haqqında müəssisəyə məlumat vermiş, Ağazadənin kəsdiyi ağaclara baxış keçirilərək barəsində akt tərtib olunmuşdur. Bundan sonra Ağazadə qanunsuz kəsdiyi ağacların meşədə olan hissəsini tam aparmış, hazırda həmin ağacların hissələrindən yerində qalanı olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lerik rayonunun Zəriküməco kəndində yaşamaqla 2022-ci ilin iyun ayının əvvəlindən X4 Təsərrüfatı mərkəzinin Vizəzəmin meşəbəyliyinin 18-A saylı dolayısının gözətçisi işləyir. Meşə sahəsi əsasən Lerik rayonunun Davradibi, Dico və Hücü kəndlərini əhatə edir. Davradibi kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla düşmənçilik və ziddiyyəti olmamışdır. 10 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Lerik rayonu üzrə meşə mühafizə mühəndisi Şahid6 ona zəng edib «Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında ağac kəsmişdir, həimin ağaclara baxış keçirmək üçün gedirəm mənimlə gəl»demiş, Nağdəli ilə Piran kəndində görüşüb Davradibi kəndində, Ağazadınin yaşadığı evin həyətinə gəlmişlər. Ağazadə yaşadığı evin yaxınlığında yerləşən evinin əhatəsində olan meşə sahəsində bir-birinə yaxın məsafədə yerləşən 6 ədəd Dəmirağacı cinsindən ağacların dib kötüklərini göstərərək həmin ağacları 10-15 gün bundan əvvəl kəsib doğrayaraq evinə apardığını demişdir. Şahid6 ondan izahat alaraq ağacların dib kötüklərini ölçüb damğa vurduqdan sonra akt tərtib etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla X4 X3 rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində işləyir. Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 18-a saylı meşə dolayısında ağacların qanunsuz kəsilməsi barədə aktı tərtib etmişdir. Həmin akta əsasən bildirirəm ki, 09 oktyabr 2022-ci il tarixdə Lerik rayonunun Davradibi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin ətrafına və yaxınlıqdakı meşə sahəsində kəsdiyi ağaclara baxış keçirilərkən iştirak etmiş, daha sonra Təqsirləndirilən şəxs qanunsuz kəsdiyi ağacların həcmini və digər halları müəyyən etmək məqsədilə təkrar 10 oktyabr 2022-ci ild tarixdə Davradibi kəndinə gedib Ağazadənin öz iştirakı ilə təqdim etdiyi ağacların dib kötüklərinə baxış keçirmiş, Ağazadə təqdim etdiyi ağacları 2022-ci ilin sentyabr ayının axırında şəxsi ehtiyacına görə kəsdiyini bildirərək bununla bağlı izahat vermiş, onun təqdim etdiyi ağacların dib kötüklərinə baxış keçirdiyi zaman məlum oldu ki, o Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş Dəmirağacı cinsindən 06 ədəd ağacları qanunsuz kəsimiş və odunu doğrayıb aparmışdır. Buna görə də həmin ağacların kəsilməsinə görə cərimə ziyanını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 aylı qərarının 7 saylı əlavəsinin 2-ci bəndinə əsasən 5 dəfə artırmaqla hesablamışdır. Cinayət işinin materiallarında olan Şahid5 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Lerik rayonunun Bibiyanı kəndində yaşayır. 25 noyabr 2019-cu ildə keçmiş Vizəzəmin meşəbəyliyinin 16 saylı meşə dolayısına gözətçi təyin olunmuş, həmin 16 saylı dolayı Razvandaband meşəbəyliyinin tərkibinə verilmiş, 2022-ci ilin iyun ayının axırında Razvandoband meşəbəyliyi iki hissəyə, yəni Vizəzəmin meşəbəyliyinə bölünmüş, 16 saylı meşə dolayısı Vizəzəmin meşəbəlyinin tərkibində saxlanılmışdır. Lerik rayonunun Tikəband kənd sakini hazırda Davradibi kəndində yaşayan Təqsirləndirilən şəxs Razvandoband meşəbəliyinin tərkibində olduğu vaxtlarda mühafizə etdiyim 16 saylı meşə dolayısında 3 ədəd fısdıq cinsindən ağacları 2022-ci ilin iyun ayının təxminən 11-13-də qanunsuz kəsməsini 15 iyun 2022-ci il tarixdə müəyyən etmiş və dərhal meşəbəyi Şahid4 məlumat vermiş, daha sonra 16 iyun 2022-ci il tarixdə müəssisəyə yazılı məlumat yazmış, həmin məlumat əsasında 20 iyun 2022-ci il tarixdə meşəbəyi Şahid4 qanunsuz kəsilmiş ağacların dib kötüklərinə baxış keçirib akt tərtib etmişdir. Mühafizə etdiyi meşə sahəsində 2022-ci ilin iyun ayının11-13-də kəsilmiş 3 ədəd ağacların yerləşdiyi meşə sahəsinə maşın yolu Təqsirləndirilən şəxs qardaşı Akifin həyətindən keçir. Ağazadənin QAZ-66 markalı avtomobili vardır. Ona məlum olmuşdur ki, ağacları Ağazadə kəsmiş və doğrayaraq idarə etdiyi QAZ-66 markalı avtomaşınla yaşadığı Davradibi kəndinə daşımış, həyətində kömür yandıraraq satmışdır. Buna görə də ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini tam olaraq bildirmişdir. Cinayət işinin materiallarında olan Şahid4 işin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Şahid1 işin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Şahid2 Mürüvət oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis rəyindən görünür ki, 2022-ci ilin iyun ayının əvvəlində Razvandaband meşəbəyliyinin 16 saylı meşə dolaysının ərazisində fısdıq cinsindən 32 sm d-də 01 ədəd və 64/52 sm d-də 02 ədəd işlik növünə aid olmaqla cəmi 03 ədəd 6,97 kub metr həcmində, 202, 65 manat dəyərində ağacları qanunsuz kəsilərək doğranılıb meşə sahəsindən aparmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən göstərilən 03 ədəd ağacın qanunsuz kəsilməsinə görə dib kötüklərinin diametlərinə müvafiq olaraq cərimə ziyanı 907,00 manat təşkil edir. Tərtib olunmuş akt və meşə gözətçisinin məlumatına, həmçinin izahatına əsasən ağacların kəsilmə müddəti 2022-ci ilin iyun ayının ortalarına uyğun gəlir. Həmin ağacların qanunsuz kəsilməsinə görə X4 Təsərrüfatı Mərkəzinə 907,00 m + 202,65 m = 1109,65 (bir min bir yüz doqquz) manat 65 qəpik məbləğində ziyan vurmuşdur. Təqsirkar şəxsdən 1109,65 manat ziyan tələb olunur Bundan əlavə 2022-ci ilin iyun ayının axırında Vizəzəmin meşəbəyliyinin tərkibində olan 16-a saylı meşə dolayısının ərazisində fısdıq cinsindən 52/40 sm d-də 01 ədəd və 56/44 sm d-də 01 ədəd odunluq növünə aid olmaqla cəmi 02 ədəd, 3,74 kub metr həcmində, 16,37 manat dəyərində ağaclar qanunsuz kəsilərək doğranılıb meşə sahəsindən aparmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən göstərilən 02 ədəd ağacın qanunsuz kəsilməsinə görə dib kötüklərinin diametlərinə müvafiq olaraq cərimə ziyanı 232,00 manat təşkil edir. Göstərilən ağacların qanunsuz kəsilməsinə görə tərtib olunmuş akt, meşə gözətçisinin məlumatı və izahatına əsasən ağacların kəsilmə müddəti 2022-ci ilin iyun ayının axırına uyğun gəlir. Həmin 02 ədəd ağacın qanunsuz kəsilməsinə görə X4 Təsərrüfatı Mərkəzinə 232,00 m + 16,37 m = 248,37 (iki yüz qırx səkkiz) manat 37 qəpik məbləğində ziyan vurulmuşdur. Təqsirkar şəxsdən 248,37 manat ziyan tələb olunmalıdır. Daha sonra Vizəzəmin meşəbəyliyinin 18-a saylı meşə dolayısının ərazisində Dəmirağacı cinsindən 36 sm d-də 01 ədəd, 44/32 sm d-də 02 ədəd, 44/36 sm d-də 01 ədəd, 48/36 sm d-də 01 ədəd və 56/44 sm d-də 01 ədəd odunluq növünə aid olmaqla cəmi 06 ədəd 4,99 kub metr həcmində 21,22 manat dəyərində ağaclar qanunsuz kəsilərək doğranılıb meşə sahəsindən aparmışdır. Dəmirağacı cinsindən ağac Azərbaycan Respublikasının «Qırmızı kitab» na daxil olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli, 30 saylı qərarının 7 saylı əlavəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən göstərilən 06 ədəd ağacın qanunsuz kəsilməsinə görə dib kötüklərinin diametlərinə müvafiq olaraq beş dəfə artırmaqla hesablanır. Həmin ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı 1585,00 manat təşkil edir. Göstərilən 06 ədəd Dəmirağacı cinsindən ağacın qanunsuz kəsilməsinə görə X4 Təsərrüfatı Mərkəzinə 1585,00 m + 21,22 m = 1606,22 (bir min altı yüz altı) manat 22 qəpik məbləğində ziyan vurulmuşdur. Təqsirkar şəxsdən 1606,22 manat ziyan tələb olunmalıdır. Rəy verilməsi üçün təqdim olunmuş materiala əsasən göstərilən ağacları Lerik rayonunun Davradibi kənd sakini Təqsirləndirilən şəxs qanunsuz kəsmişdir. Təqsirləndirilən şəxs qanunsuz kəsdiyi ağacların ümumi sayı 11 ədəd, həcmi 15,70 kub metr, dəyəri 240,24 manat, cərimə ziyanı 2724,00 manat olaqla müəssisəyə 2964.24 manat ziyan vurulmuşdur. Təqsirkar şəxsdən 2964.24 (iki min doqquz yüz altmış dörd manat, 24 qəp) ziyan tələb olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik rayonunun hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini, yəni Lerik rayonu Davradibi kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarından göründüyü kimi, mülki iddiaçı Təqsirləndirilən şəxs qarşı X4 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etməmiş, lakin zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mülki iddianın məhkəmə icraatı üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsi iş materiallarına əlavə olunmamışdır. Mülki iddiaçıya həmin sənədin işin baxılması iclasında məhkəməyə təqdim edilməsi təklif olunsa da, onun tərəfindən buna əməl edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinəəsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə mülki iddia verilmədiyindən iş üzrə mülki iddiaçı X4 Təsərrüfatı Mərkəzinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququna malik olması izah edilməlidir. İş üzrə mülki iddia,ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini, yəni Lerik rayonu Davradibi kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 Təsərrüfatı Mərkəzinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tələbi ilə bağlı mülki mühakimə icrtaatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmün və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-2/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-2/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver