Məhkəmə qərarları › İş №1(048)-2/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-2/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-2/2024 30.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ 30 iyul 2024-cü il Lerik şəhərində Saat 10:35 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1988-ci ildə Lerik rayon, Piran kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Lerik rayonu, Piran kəndində qeydiyyatda olmaqla, orada yaşamış, Lənkəran Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(049)-81/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Azərbaycan Respublikası Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxxx 1997-ci ildə Lerik rayon, Davradibi kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Lerik rayonunun Davardibi kəndində qeydiyyatda olmaqla orada yaşayan, Lerik rayon məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(048)-34/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lerik Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 1(048)-02/2024 saylı qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin mart ayının əvvəlində Lerik rayonunun Davradibi kənd sakini Zərərçəkmiş şəxs4 məxsus 1 (bir) baş qırmızı rəngdə, təxminən 100 (bir yüz) kq diri çəkidə, 550 (beşyüz əlli) manat dəyərində 1,5 yaşda dişi danasını Davradibi kəndinin örüş sahəsindən gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs4 550 (beş yüz əlli) manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs1 təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin iyun ayının əvvəlində Lerik rayonunun Davradibi kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) baş açıq qırmızı rəngdə, təxminən 230 kq diri çəkidə, 1250 (bir min iki yüz əlli) manat dəyərində 4 yaşda inəyini Davradibi kəndinin örüş sahəsindən gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 1250 (bir min iki yüz əlli) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 2023-cü iliniyun ayının əvvəlində Lerik rayonunun Tikəband kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) baş qara rəngdə, təxminən 200 kq diri çəkidə, 1100 (birmin bir yüz) manat dəyərində 2 yaşda cöngəsini Tikəband kəndinin örüş sahəsindən gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 1100 (birmin bir yüz) manat məbləğində ziyan vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin avqust ayının ilk günlərində tanışı, rayonun Davradibi kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında razılaşdırılmış cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs2 həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus başında ağ qaşqası olan bir baş qara-qonur rəngdə, 1200 (bir min iki yüz) manat dəyərində, 3 yaşda düyəsini oğurlayaraq həyətində olan tövləyə gətirməsi barədə məlumat aldıqdan sonra idarə etdiyi VAZ-21011 markalı avtomobillə Təqsirləndirilən şəxs2 həyətinə gəlmiş, qaramalı birlikdə avtomobilinə yükləyib Piran kəndinə gətirdikdən sonra həmin kənd sakini Şahid4 idarə etdiyi QAZEL markalı avtomaşına yükləyib birlikdə Cəlilabad rayonunun ərazisində yerləşən mal bazarına apararaq birlikdə satıb əldə etdikləri vəsaiti aralarında böldükdən sonra 380 (üç yüz səksən manat) manatını Rövşən Ağayevə, yerdə qalan vəsaiti şəxsi ehtiyaclarına istifadə etməklə Zərərçəkmiş şəxs1 1200 (bir min iki yüz) manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin avqust ayının ilk günləridə tanışı, rayonun Piran kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında razılaşdırılmış cinayətkar plana uyğun olaraq həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus başında ağ qaşqası olan bir baş qara-qonur rəngdə, 1200(bir min iki yüz) manat dəyərində, 3 yaşda düyəsini oğurlayaraq həyətində olan tövləyə gətirdikdən sonra Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu idarə etdiyi VAZ-21011 markalı avtomobillə həyətinə gəlmiş, qaramalı birlikdə həmin avtomobilə yükləyib Piran kəndinə gətirdikdən sonra həmin kənd sakini Şahid4 idarə etdiyi QAZEL markalı avtomaşına yükləyib birlikdə Cəlilabad rayonunun ərazisində yerləşən mal bazarına apararaq birlikdə satıb əldə etdikləri vəsaiti aralarında böldükdən sonra 380 (üç yüz səksən manat) manat əldə etməklə zərərçəkmiş şəxsə 1200 (bir min iki yüz) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayının əvvəlində pula ehtiyacı olduğuna görə mal-qara oğurlamaq qərarına gəlmiş, bunun üçün mal-qaranın nəzarətsiz otladığı sahəyə getmək qərarına gəlmişdir. İlkin olaraq 2023-cü ilin mart ayında malqaranın nəzarətsiz otladığı Davradibi kəndinin örüş sahəsinə getmişdir. Ətrafa baxıb kimsənin onu görməyəcəyindən əmin olduqdan sonra bir baş başı qırmızı rəngdə dananı qabağına salıb öz həyətinə gətirmiş və bir müddət gözlədikdən sonra xatırlamadığı kiməsə satmışdır. Daha sonra ona məlum olmuşdur ki, oğurladığı dana Zərərçəkmiş şəxs4 məxsus olmuşdur. Bundan başqa o, yenə də maddi imkansızlıq səbəbindən eyni yerdən oğurluq etmək qərarına gəlmiş və bunu üçün 2023-cü ilin iyun ayında Davradibi kəndinin örüş sahəsinə getmişdir. Yenə də ətrafda onu kimsənin görməməsindən əmin olduqdan sonra orada sahibsiz otlayan bir baş dananı qabağına salıb evinin həyətinə gətirmişdir. Bir müddət dananı evinin tövləsində saxladıqdan sonra həmin dananı da özünün kimi qələmə verib mal-qara alan tanımadığı kiməsə satmışdır. Sonradan ona məlum olmuşdur ki, oğurladığı həmin dana Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Bir az keçmiş kimsənin ondan şübhələnməməsi onda yenidən oğurluq etmək fikri yaranmış və bunun üçün mal-qaranın sahibsiz otladığı əraziyə getmişdir. Xatırladığı qədəri ilə bu oğurluğuda həmin ilin iyun ayında törətmişdir. Bu dəfə isə Tikəband kəndinin örüş sahəsinə getmişdir. Ətrafda kimsənin onu görməyəcindən əmin olduqdan sonra oradan nəzarətsiz bir baş heyvanı qabağına salıb evinin həyətinə gətirib tövləyə salmışdır. Həmin dananıda eyni qaydada özünün kimi qələmə verib tanımadığı adama satmışdır. Sonradan ona məlum olmuşdur ki, oğurladığı dana Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Bundan başqa 2023-cü ilin avqust ayının ilk günlərində Rövşənlə bir yerdə olub söhbət etdiyi zaman Rövşən ona qohumu Zahirin meşədə keçən il ağaclar kəsdiyini, onun üçün akt yazılan zaman həmin ağacların bir hisəsini boynuna aldığını, ziyanın Zahir tərəfindən ödənilməsini öhdələrinə götürsələr də ziyanı ödəmədiklərini, buna görə də onlara ziyan vurmaq istədiyini bildirmişdir. Zahirin qardaşı Rusifin kənddə yaşadığını deyərək sonuncuya məxsus qaramallardan oğurladıqdan sonra sata biləcəyini ondan soruşmuş, Rövşənə «sən qaramalı oğurlasan mən aprarıb sataram» söyləyərək Rövşənə oğurladığı qaramalı satmaqda ona kömək etməsini deyib onunla razılaşmışlar. Həmin günlərdə Rövşən ona zeg edib «Rusifin bir baş düyəsini oğurlamışam tövlədədir, gəld apar» demiş, günün ikinci yarısında, axşam çağı idarə etdiyi VAZ-21011 markalı avtomaşını ilə Davradibi kəndinə onun həyətinə gəlmiş, Rövşən tövlədən bir baş qara rəngdə başında ağ qaşqası olan düyəni çıxartmış, köməkləşib avtomobilinə yükləmişlər. Öz maşınını sürüb Piran kəndindəki həyətinə gəlmiş, Rövşən də idarə etdiyi VAZ-2121 markalı avtomaşınla onun həyətinə gəlmişdir. Bundan sonra həmin qaramalı Şahid4 idarə etdiyi QAZEL markalı avtomobilə yükləyib, əlavə həmkəndlisi Arzumandan da bir baş yanıbalalı inək alıb gecə saatlarında Cəlilabad bazırına yolu düşmüşlər. Piran kəndində xidmət aparan polis əməkdaşı Çingiz Orucov avtomobili yoxlamış, Rövşən Rusifin bir baş düyəsinin özünə məxsus olduğunu demiş, digər yanıbalalı inəyin Arzumana məxsus olduğunu bildirdikdən sonra X4 inək satıb satmadığını soruşmuş, Arzuman da inəyini ona satdığını dedikdən sonra Çingiz həmin qaramaların şəklini çəkərək onları buraxmışdır. Cəlilabad bazırına gəlmişlər, Rövşənin oğurladığı Rusifə məxsus ddüyəni də 900 manata sataraq pulu Rövşənə vermiş, Rövşən özü həmin puldan ona qaytarmış, lakin məbləğini xatırlamamışdır. Qaramalları bazara aparan sürücü Şahid4 Rusifin düyəsini oğurladıqlarını bilməmiş və onların danışıqlarndan xəbəri olmamışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslər ondan şikayət və tələbləri yoxdur, eləcə də himayəsində az yaşlı uşaqlarının olmasını və yeganə qazanc gətirən olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Davradibi kəndində yaşamaqla heç yerdə işləmir, ailəlidir, təsərrüfatla məşğul olub ailəsini dolandırır. Lerik rayonunun Piran kənd sakinləri Təqsirləndirilən şəxs1 və Şahid4 tanıyır, onlarla ziddiyyəti olmamış, münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs1 həmkəndlisi və qohumdur, onu eləcə də ailə üzvlərini tanıyır. Bildirmişdir ki, Zahir Ağayev xalasının əridir, onunla da əvvəllər münasibəti yaxşı olmuşdur. Zahir Ağayev və qadaşı Rusif Davradibi kəndini əhatə edən meşə sahəsində 2022-ci ilin yaz aylarında bir neçə ədəd ağac kəsimişlər, onlar haqqında X5 əməkdaşları tərəfindən aktlar tərtib olunarkən atası Ağaxan ona demişdir ki, “Zahirin kəsdiyi ağacların sayı çoxdur, Zahiri və Rusifi tutarlar, sən ağacların 3 ədədini kəsdiyini boynuna al”. O, bununla razılaşmış və Zahirin kəsdiyi ağaclardan 3 ədədini boynuna almış, onun haqqında cinayət işi başlararaq məhəkəmə məsuliyyətinə verilmişdir. Bundan sonra Zahirin oğlu Nurlan arvadına mobil telefon vasitəsi ilə mesajlar göndərdiyinə görə onun haqqında polisə məlumat vermiş, araşdırma aparılmışdır. Buna görə də Zahir və digər ailə üzvləri ilə münasibətləri pozulmuşdur. Zahir ailəsi ilə birlkdə Bakı şəhərinə köçmüşdür. Bir neçə dəfə Zahir və qardaşına xəbərdarlıq etmişdir ki, onların kəsdiyi ağaclardan 3 ədədini kəsdiyini boynuna aldığına görə cəriməsini ödəsinlər. Lakin Zahir və qardaşı Rusif cəriməni ödəməmişlər. Bundan sonra Zahir və Rusiflə münasibəti tam pozulmuş, əlaqələri kəsilmişdir. Piran kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır, onunla münasibəti var idi, İlkinin qaramal alveri ilə məşğul olduğunu bilirmiş. İlkin tez-tez kəndlərinə gəlib qaramal satan şəxslərdən qaramal alıb aparırmış. 27 may 2023-cü il tarixdə idarə etdiyi UAZ markalı avtomobili Davradibi kəndinin ərazsində qəzaya uğratmışdır. Yanında olan həmkəndlisi Ruslan Suleymanov və o, xəsarət almışdırlar. Bununla bağlı Lerik RPŞ-də araşdırma aparılmışdır. O, xəstəxanadan evinə qayıtdıqdan sonrakı günlərdə 2023-cü ilin iyun-iyul aylarında, tarixini dəqiq xatırlamadığı günlərdə atası Ağaxan təsərrüfatlarında olan qaramallardan 2 baş düyə və bir baş yanıbalalı inəyi Təqsirləndirilən şəxs1 satmışdır. O, da özünə məxsus təsərrüfatda saxladığı qoyunlardan 27 başını Təqsirləndirilən şəxs1 satmışdır. Təqsirləndirilən şəxs1 ondan və atasından aldığı qoyun və qaramalları idarə etdiyi sarı rəngli VAZ-21011 markalı avtomobillə Piran kəndinə daşımışdır. Atasından aldığı bir baş yanıbalalı inəyi isə sürüb aparmışdır. Bundan sonra təsərrüfatında olan qaramallardan 2 baş düyəni 2023-cü ilin iyul ayının əvvəlində Lənkəran rayonunun Qurunba kənd sakini Xalid adlı şəxsə satmışdır. O, qoyunları və qaramallarını satarkən İlkin ondan heyvanları nə üçün satdığını soruşmuşdur. O, İlkinə demişdir ki, özünə maşın almaq istəyir. İlkin demişdir ki, “haçan maşın almaq istəsən mən də səninlə gələrəm”. İlkinlə razılaşmış və 2023-cü ilin iyul ayının əvvəlində onunla birlikdə Bakı şəhərinə getmişdir. Xocasən qəsəbəsində VAZ-2121 markalı, **-HR-*** nömrəli avtomobil tapmış və sahibi ilə razılaşıb 3000 (üç min) manata verib almışdır. Avtomobili rəsmiləşdirmək üçün onda müvafiq sənədlər olmadığına görə Təqsirləndirilən şəxs1 adına 1 il müddətində baş etibarnamə ilə rəsmiləşdirmiş və avtomobili sürüb gətirdikdən sonra atasının adına rəsmiləşdirmişdir. İlkinin adına avtomobili rəsmiləşdirdikdən sonrakı günlərdə onunla münasitbətləri və bir-birilərinə olan etibarları daha da yaxşılaşmışdır. 2023-cü ilin iyul ayının ortalarında İlkinlə oturub söhbət etdiyi zaman ona demişdir ki, Rusif və qardaşı Zahirin kəsdiyi ağaclara görə cərimə olunmuşdur, cəriməni ödəyə bilmir, Təqsirləndirilən şəxs1 ona demişdir ki, “Rusifin mal-qarası varsa, heyvanlarını tanıyırsansa gətir mənə ver sataram pulunu sənə verərəm cəriməni ödəyərsən”. O, İlkinə demişdir ki, “Rusifin qarmallarını tanıyıram, oğrayıb sənə xəbər edərəm gəlib aprararsan”. Rusifin qaramallarından oğurlayıb İlkinə verəcəyinə görə onunla tam razılaşdıqdan sonra 2023-cü ilin avqust ayının ilk günlərində, ayın tarixini xatırlamadığı günlərin birində, saat təxminən 16-17 radələrində yaşadığı evin yaxınlığına gəlmiş Zərərçəkmiş şəxs1 məxsus bir baş, başında ağ qaşqası olan qara rəngdə, təxminən 180 kq diri çəkidə düyəsini oğurlayıb sürmüş və tövləyə salmışdır. X13 düyəsini oğurlayıb tövləyə saldığını və gəlib aparmasının məlumat vermişdir. İlkin az vaxtdan sonra idarə etdiyi VAZ-21011 markalı avtomaşınla həyətinə gəlmişdir. O, həyətə gələndə ildırım çaxırmış, Rusifin düyəsini İlkinlə köməkləşib onun avtomobilinə yüklədikləri zaman leysan xarakterli yağış yağmağa başlamışdır. Həmin vaxt arvadı evdə olmasına baxmayaraq bayıra çıxmamışdır. İlkin düyəni maşına yüklədikdən sonra yağışın yağmasına baxmayaraq sürmüş, o da İlkinin ardınca idarə etdiyi VAZ-2121 markalı avtomobillə yolu düşüb Piran kəndinə Təqsirləndirilən şəxs1 evinin həyətinə gəlmişdir. Oğurladıqları, yəni Rusifin düyəsini Piran kənd sakini Şahid4 idarə etdiyi QAZEL markalı avtomobilə yükləmişlər. Bundan sonra o da, İlkinlə birlikdə Ələddinin avtomobilinə oturmuşdur. İlkin demişdir ki, “həmkəndlim Arzumanda bir baş inək var gedib inəyi də götürək”. Ələddin avtomobili Arzumanın həyətinə sürmüş, İlkin Arzumandan bir baş yanıbalalı inək almış və Ələddinin avtomobilinə yüklədikdən sonra gecə saatlarında Ələddin maşını sürmüşdür. Piran kəndində xidmət aparan polis əməkdaşlarının yanından keçirdikləri zaman İlkin avtomobili dayandırmış və kuzada olan qaramaları səhv etmirsə də Çingizə göstərərək demişdir ki, “inək Arzumanındır, düyə də Rövşənindir”. O da Çingizə demişdir ki, “düyə mənimdir”. Çingiz qaramalara baxdıqdan sonra Ələddin avtomobili sürmüş və Cəlilabad mal bazarına gəlmişlər. İlkin özü həmin oğurladıqları düyəni və Arzumandan aldığı yanıbalalı inəyi satmış, neçə manata satdığını bilməmiş, düyəyə görə ona 380 (üç yüz səksən) manat pul verdikdən sonra evlərinə qayıtmışlar. Törətdiyi əməldən peşamandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və barışmışdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli onların özlərinin ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, iş üzrə ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsindən görünür ki, Lerik rayonu Davradibi kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Dolanmaq məqsədilə təsərrüfatında qaramal saxlayır. Yaşadığı ərazidə qaramallar növbəli olaraq otarılmır, bütün kənd sakinləri qaramallarını kəndlərini əhatə edən meşə sahələrinə sahibsiz ötürür, o da qaramallarını həmişə örüş kimi istifadə etdikləri meşə sahəsinə sahibsiz ötürmüşdür. Qaramalların sahibsiz otladığı meşə sahələri coğrafi şəraitinə görə sərt, sıldırım qayalardan, dərin dərələrdən və uçurumlardan ibarətdir. Bəzi haldarda qaramallar qayalardan diyirlənib ölür, meşədə yaşayan vəhşi heyvanlar tərəfindən parçalanır, heyvanlar mütəmadi yoxlanılmadığına görə diyirlənən və vəhşi heyvanlar tərəfindən parçalanan qaramallarn cəsədini çürüdüyünə və vəhşi heyvan tərəfindən yeyildiyinə görə tapmaq mümkün olmur. Hava şəraiti yaxşı olduğu günlərdə qaramalar meşə sahəsində gecələr qalır, ara-bir gedib meşə sahəsində qaramalları axtarıb tapırlar və meşə sahəsində saxlayırlar. 2023-cü ilin mart ayının əvvəlində təsərrüfatında saxladığı qaramallardan bir baş, 1,5 yaşda, təxminən 100 kq diri çəkidə, qırmızı rəngdə dişi danası sahibsiz otladığı meşə sahəsində itmişdür. Dananı axtarıb tapa bilməmiş, vəhşi heyvan tərəfindən parçalandığını düşünüb polisə məlumat verməmişdir. Həmin faktla bağlı ərizə yazmamışdır. Piran kənd sakini Adıgözəl Məmmədovun yazdığı ərizəyə imza etmişdir. Bundan sonra ona məxsus dananın itməsi ilə bağlı ərizə yazmışdır. 2023-cü ilin sentyabr ayının axırında Lerik rayonu Piran kənd sakinləri Ələddin və Təqsirləndirilən şəxs1ların qaramal oğurluğuna görə Lənkəran rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanmalarını eşitmişdir. Təqsirləndirilən şəxs1 2023-cü ilin əvvəlindən kəndlərinə gəlib qaramal alıb apardığını bilmiş, buna görə də ona məxsus dananın 2023-cü ilin mart ayının əvvəlində örüşdən Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmasını düşünür. Bundan əlavə ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvəlində sahibsiz otladığı örüşdə itmiş ona məxsus bir baş dana qırmızı rəngdə, 1,5 yaşda olmuşdur, diri çəkisi təxminən 100 kq olardı, dişi dananın oğurlanması və yaxud da itməsi ilə bağlı ona təxminən 500 manat məbləğində ziyan dəymişdir. Qaramalları kəndin yuxarı başında yaşayan Vaqifin evinin ətrafındakı meşə sahələrində otlayırmışlar. Hazırda təqsirləndirlən şəxslər ona vurulmuş ziyanı tam ödəmişlər. Ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə qanunamüvafiq qaydada köməklik edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Lerik rayonu, Davradibi kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olarq heç yerdə işləmir. 2023-cü ilin yanvar ayının əvvəlində qızını Bakı şəhərinə aparıb mərdəkan qəsəbəsində yerləşən 123 saylı tam orta məktəbə təhsilini davam etdirmək üçün qoymuş, özü də onun yanında qalmışdır. Lakin arvadı və digər ailə üzvləri Davradibi kəndində öz evində yaşayırlar. Təsərrüfatla məşğul olub dolanır. Bakı şəhərində qızı ilə yaşamağına baxmayaraq tez-tez kəndə gəlib digər ailə üzvlərinə baş çəkir. Təsərrüfatında saxladığı qaramalları kəndlərini əhatə edən meşə sahələrinə sahibsiz ötürürlər. Qaramallar meşə sahələrində sahibsiz otlayır və əsasən yay aylarında meşə sahələrində qalır, həyətə qayıtmırlar. 2023-cü ilin iyun ayının əvvəlində Bakı şəhərində olduğu günlərdə arvadı ona zəng edib meşədə sahibsiz otlayan qaramallarından bir baş açıq qırmızı rəngdə inəklərini axtarıb tapa bilmədiyini və inəyin itdiyini demişdir. Bir neçə gündən sonra o, evinə gəlib örüşdə və meşə sahələrində inəyi axtarıb tapa bilməmiş, düşünmüşdür ki, inəyi vəhşi heyvanlar meşədə parçalayıbdır. Buna görə də polisə ərizə yazmamışdır. Bundan sonrakı günlərdə ona məlum olmuşdur ki, kəndlərinin meşə sahələrində sahibsiz otlayan bir neçə nəfərə məxsus qaramallar meşə sahəsində itmişdir. Həmin şəxslər polisə ərizə yazmışlar. Piran kənd sakini Adıgözəl Məmmədov ona zəng edib demişdir ki, “bizim mallarımızı örüşdən oğurlayırlar, bir neçə nəfərin adından ərizə yazıram sizin adınızı ərizəyə daxil edim ya yox”, oda Adıgözələ demişdir ki, “mənim adımı ərizəyə yaz”. Razılığı ilə onun adını həmin ərizəyə daxil etmişdir. 2023-cü ilin təxminən avqust ayında şəxsiyyətini bildirmək istəmədiyi bir nəfərdən eşitmişdir ki, ona məxsus inəyi Piran kənd sakini Təqsirləndirilən şəxs1 oğurlamışdır. O, buna inanmayıb ayrıca ərizə yazmamışdır. Lakin Təqsirləndirilən şəxs1 Lənkəran RPŞ-nin əməkdaşları tərəfindən qaramal oğurladığını görə həbs olunduğunu eşidəndən sonra ona məxsus inəyin də onun tərəfindən oğurlandığına inanmışdır. Hazırda bir neçə nəfər xatırlamadığı şəxslərdən eşitmişdir ki, ona məxsus inəyi də Təqsirləndirilən şəxs1 oğurlamışdır. 2023cü ilin iyun ayının əvvəlində meşə sahəsində ona məxsus itmiş bir baş inək açıq qırmızı rəngdə, 4 yaşda, diri çəkisi təxminən 230 kq, açıq buynuzlu, buynunzları uzun və iti olduğuna görə uclarını özü kəsmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, iş üzrə ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, Lerik rayonu, Tikəband kəndində ailəsilə birlikdə yaşayır, heç yerdə işləmir. Ailəsini dolandırmaq məqsədilə təsərrüfatında qaramal saxlayır. Yaşadığı ərazidə qaramallar növbəli olaraq otarılmır, bütün kənd sakinləri qaramallarını kəndlərini əhatə edən meşə sahələrinə sahibsiz ötürür, o da qaramallarını həmişə örüş kimi istifadə etdikləri meşə sahəsinə sahibsiz ötürmüşdür. Qaramalların sahibsiz otladığı meşə sahələri coğrafi şəraitinə görə sərt, sıldırım qayalardan, dərin dərələrdən və uçurumlardan ibarətdir. Bəzi hallarda qaramallar qayalardan diyirlənib ölür, meşədə yaşayan vəhşi heyvanlar tərəfindən parçalanır. Heyvanlar mütəmadi yoxlanılmadığına görə diyirlənən və vəhşi heyvanlar tərəfindən parçalanan qaramalların cəsədini çürüdüyünə və vəhşi heyvan tərəfindən yeyildiyinə görə tapmaq mümkün olmur. Hava şəraiti yaxşı olduğu günlərdə qaramallar meşə sahəsində gecələr qalır, ara-bir gedib meşə sahəsində qaramalları axtarıb tapırlar və meşə sahəsində saxlayırlar. 2023-cü ilin iyun ayının əvvəlində meşə sahəsində qalmış qaramalları axtarmağa getmiş və bir baş qara rəngdə, təxminən 200 kq diri çəkidə 2 yaşda cöngəni tapa bilməmişdir. Qayalardan diyirlənib ölməsini və yaxud da vəhşi heyvanlar tərəfindən parçalandığını düşünüb dərhal polisə müraciət etməmişdir. 2023-cü ilin sentyabr ayının axırında Lerik rayonu Piran kənd sakinləri Ələddin və Təqsirləndirilən şəxs1ların qaramal oğurluğuna görə Lənkəran rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulmalarını eşitmişdir. Təqsirləndirilən şəxs1 2023-cü ilin yay aylarında kəndlərinə gəlib qaramal alıb apardığını bilmiş, buna görə də ona məxsus cöngənin 2023-cü ilin iyun ayının əvvəlində örüşdən Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmasını düşünmüş və şübhələri artdığına görə, bununla bağlı müvafiq araşdırmanın aparılması üçün 07 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzinə məlumat vermişdir. Düşünür ki, ona məxsus cöngəni sahibsiz otladığı örüşdən Təqsirləndirilən şəxs1 oğurlamışdır. 2023-cü ilin iyun ayının əvvəlində sahibsiz otladığı örüşdə itmiş ona məxsus bir baş cöngə qara rəngdə, 2 yaşda olmuşdur, diri çəkisi təxminən 200 kq çəkidə olan cöngənin oğurlanması və yaxud da itməsi ilə bağlı ona təxminən 1300 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, iş üzrə ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam olaraq ödənilmiş və onun hər iki təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, Lerik rayonu, Davradibi kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olarq heç yerdə işləmir. Təsərrüfatla məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 həmkəndlisi və qohumudur, onu, eləcə də ailə üzvlərini tanıyır, aralarında əvvəllər ziddiyyət olmamışdır. Təsərrüfatında mal-qara saxlayır, mal-qara heç vaxt otarılmır, kəndlərini əhatə edən meşə sahəsinə buraxırlar, sahibsiz otlayıb günün sonunda həyətə qayıdırlar. 2023-cü ilin əvvəlində təsərrüfatında cəmi 6 baş qaramal olmuşdur. Həmin qaramalları həmişəki kimi kəndlərini əhatə edən meşə sahəsinə sahibsiz ötürürmüşdür. Günün sonunda isə qaramallar özbaşına meşədən qayıdıb həyətə gəlirmişlər. 2023-cü ilin dəqiq vaxtını xatırlamadığı, yəni fevral və yaxud da mart ayında, günlərin birində səhər saatlarında meşəyə sahibsiz buraxdığı 6 baş qara maldan bir baş, təxminən 7-8 yaşda, boz rəngdə, 180 kq diri çəkidə qısır inək meşədən qayıtmamışdır. Bir neçə gün inəyi meşə sahələrində axtarsa da tapa bilməmişdir. Həmin vaxtlarda meşədə çox sayda canavarlar olduğuna görə inəyin canavar tərəfindən parçalandığını düşünüb polisə məlumat verməmişdir. Bununla bağlı hazırda da şikayəti yoxdur. Çünki həmin inəyin meşə sahəsində vəhşi heyvan tərəfindən parçalandığını düşünür. Buna baxmayaraq 2023-cü ilin iyun-iyul aylarında ayrı-ayrı vaxtlarda həmkəndlisi Ruslanın bir baş inəyi, daha sonra Vüqar Rzayevin bir baş qaramalı meşə sahəsində itdikdən sonra ərazidə qaramalların oğurlanması şübhəsi onda yaranmışdır. Bunun üçün, 31 iyul 2023-cü il tarixdə səhər saatlarında təsərrüfatında olan qaramalları yaşadığı kəndi əhatə edən meşə sahəsinə sahibsiz ötürmüş və ailəsilə birlikdə Neftçala rayonuna qardaşının evinə qonaq getmişdir. Həmin gün, gecə satlarında evinə qayıtmış, qaramalların meşədən qayıdıb-qayıtmadığını yoxlamamışdır. Bundan sonrakı günlərdə ona məlum olmuşdur ki, qaramallardan bir baş, başında ağ qaşqası olan, qara-qonur rəngdə, qısa buynuzlu, 3 yaşlı, təxminən 190-200 kq diri çəkidə düyənin meşədən qayıtmadığını bilmiş və axtarıb tapa bilmədiyinə görə 06 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzinə məlumat verib təsərrüfatında olan 6 baş qara mallardan 1 baş inəyin 4 ay bundan əvvəl və bundan sonra təsərrüfatında saxladığı 5 baş qaramaldan bir başının isə 4 gün bundan əvvəl itməsi barədə məlumat vermişdir. Bununla bağlı Lerik RPŞ-də araşdırma aparılmış, o da təkrar meşə sahələrini gəzmiş, lakin düyəni tapa bilməmişdir. 2023-cü ilin sentyabr ayının axırında Lerik rayonu Piran kənd sakinləri Təqsirləndirilən şəxs1 və Şahid4 qaramal oğurlamalarına görə Lənkəran RPŞ-nin əməkdaşları tərəfindən həbs olunmalarını eşitdikdən sonrakı günlərdə kəndlərində şaiyələr yayılmış və eşitmişdir ki, ona məxsus bir baş düyəni həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikldə oğurlayıb bazara aparıb satmışlar. Ona məxus düyənin oğurlanması ilə ona təxminən 1200 (bir min iki yüz) manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclası zamanı Şahid2 teleqramla məhkəməyə müraciət edərək üzrül səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Şahid2 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşamaqla heç yerdə işləmir,evlidir. Əvvəllər mütəmadi olaraq mal-qara alveri ilə məşğul olmuş, son 3 ayda təsadüf hallarda mal-qara alveri ilə məşğul olur. 2023-cü ilin yaz və yay aylarında Lerik rayonunun ərazisinə gəlmiş, ayrı-ayrı vaxtlarda Lerik rayonunun Hamarat, Davradibi və Piran kəndlərində yaşayan, mal-qarasını satan şəxslərdən heyvanlar alıb aparmışdır. Əsasən Lənkəran rayonunun Mollakənd kənd sakini Vidadinin və Hamarat kənd sakini Ələddinin idarə etdiyi QAZEL markalı avtomaşınlarda Masalı, Cəlilabad və Salyan rayonlarında fəaliyyət göstərən mal bazarlarına aparıb satmışdır. Qeyd etmək istəmişdir ki, Hamarat kəndində Əyubdan 1 baş yanıbalalı inək, bir baş sarı erkək dana, Qasımdan iki baş inək, bir baş erkək dana, Davradibi kəndində Ağaxandan 2 baş dana, oğlu Rövşəndən təxminən 11 baş qoyun-quzu almışdır. Zəriküməco kənd sakini Ramiz adlı şəxsdən bir baş dana, Piran kəndində Telman adlı şəxsdən 3 baş dişi dana, Qurban adlı şəxsdən bir baş erkək dana, bir baş yanıbalalı inək almışdır. Mal-qara alarkən videoçəkilişlə almış, həmin videogrüntüləri diskə köçürüb ifadəsinə əlavə edəcəkdir. Digər şəxslərdən mal-qara almamışdır. Lerik rayonu, Piran kənd sakini Təqsirləndirilən şəxs1 ilə 2022-ci ilin qış aylarında Lənkəran rayonunun Şovu kənd sakini Qəzənfər adlı şəxsdən qoyun alarkən tanış olmuşdur. Həmin vaxt İlkin ona demişdir ki, “mən də mal-qara alveri ilə məşğul oluram, dəllallıq edib sənin üçün mal-qara yığıram, mənə dəllalpulu verərsən”. O da, İlkinə demişdir ki, “sən harada satılan mal-qara tapsan mənə xəbər ver mən özüm gedib mal-qaranı birbaşa sahibindən alaram, sənə də dəllalpulu verərəm”. İlkin onunla razılaşmış hətta əlaqə yaratmaq üçün istifadəsində olan mobil telefon nömrəsini ona vermişdir. Bundan xeyli vaxt sonra, 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs1 ona zəng edib demişdir ki, “sənin üçün qaramal tapmışam gəl apar”. O, Lerik rayonunun Piran kəndinə İlkinin evinə gəlmişdir. İlkin onu idarə etdiyi VAZ-21011 markalı avtomaşınla Lerik rayronunun Davradibi kəndinə Ağaxan adlı şəxsin evinə aparmışdır. Ağaxan ona iki baş dişi dana satmış, danaları İlkinin VAZ-21011 markalı avtomobilinə yükləyib Piran kəndinə İlkinin evinə gətirmişdir. Həmin vaxtlarda Ağaxanın oğlu Rövşən avtomobil qəzası törətdiyinə görə həyətdə çəliklə gəzirmiş. Vidadiyə zəng edib onu İlkinin həyətinə çağırıb danaları onun QAZEL markalı avtomobilinə yükləyib aparmışdır. İlkinə 30 manat dəllalpulu vermişdir. Bundan təxminən 15 gün sonra İlkin təkrar ona zəng edib demişdir ki, qonşuları qaramal satır, gəl apar. O, İlkinin evinə gəlmiş, İlkin onu qonşusu Telmanın evinə aparmışdır. Telmandan 3 baş dişi dana və Qurbandan bir baş yanıbalalı inək almış, İlkin də ona demişdir ki, “mən də bir baş yanıbalalı inək var, Davradibi kənd sakini Ağaxandan almışam, həyətimdədir, aldığın malları bazara aparırsansa inəyimi də aparaq”. O, Vidadini İlkinin həyətinə çağırmış, İlkinin vasitəçiliyi ilə Telman və Qurbandan aldığı qaramalları Vidadinin avtomobilinə yükləmiş İlkin də Ağaxandan aldığı bir baş yanıbalalı inəyi Vidadinin avtomobilinə yükləmiş və həmin qaramalları gecə saatlarında Masallı mal bazarına aparmışdır. O, özü və İlkinində də aldığı qaramaları satmış, İlkinə həmin vaxt 5 baş qaramalı almaqda ona kömək etdiyinə görə 50 manat dəllalpulu vermişdir. Bundan 10- 15 gün sonra İlkin təkrar ona zəng edib demişdir ki, “Davradibi kənd sakini Rövşən qoyunlarını satır, gəl apar”, o, İlkinin evinə gəlmiş, İlkin onu VAZ-2121 markalı avtomaşınla Davradibi kəndində, Rövşənin evinə gətirmişdir. Rövşəndən 11 baş qoyun-quzu almışdır. Vidadiyə zəng edib demişdir ki, “Davradibi kəndinə gəl qoyun almışam aparaq”. Vidadi demişdir ki, “yağış yağıb mən Davradibi kəndinə gələ bilmərəm”. Rövşəndən aldığı qoyunquzunu Davradibi kənd sakini Mubariz adlı şəxsin UAZ markalı avtomobilinə yükləmiş və Piran kəndinə gətirmiş, Piran kəndində Vidadinin avtomobilinə yükləyib aparmışdır. İlkinə 30 manat dəllalpulu vermişdir. Bundan bir neçə gün sonra İlkin ona zəng edib demişdir ki, “Piran kəndində sənin üçün mal tapmışam gəl apar”. O, Piran kəndinə gəlmiş İlkinin vasitəsi ilə Qurban adlı şəxsdən bir baş erkək dana almış və İlkinin həyətinə gətirmişdir. Daha sonra Lənkəran rayonunun Şovu kənd sakini Əsgər adlı şəxsdən bir baş erkək dana almış və İlkinin idarə etdiyi VAZ-21011 markalı avtomobili ilə İlkinin həyətinə gətirmişdir. İlkinə 30 manat dəllalpulu vermişdir. Vidadiyə zəng etmiş və İlkinin həyətinə çağırmışdır. Vidadi gəlmiş həmin iki baş qaramalı onun avtomobilinə yükləyib evinə aparmışdır. Bundan əlavə olaraq ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs1 vasitəsi ilə Lerik rayonunun Davradibi kənd sakini Ağaxan adlı şəxsdən 2 baş dişi dana almış, danaları Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21011 markalı avtomaşını ilə Piran kəndinə İlkinin həyətinə gətirmişdir. Daha sonra Vidadinin avtomobili ilə oradan aparmışdır. Vidadi Davradibi kəndinə gəlməmiş və onun üçün oradan qaramal, həmçinin qoyun daşımamışdır. O, Davradibi kənd sakini Ağaxandan İlkinin vasitəsi ilə 2 baş dana və oğlu Rövşəndən təxminən 11 baş qoyun-quzu almış, bundan əlavə Rövşəndən mal-qara almamışdır. Əsasən İlkinin göstərdiyi kimi Davradibi kəndinin ərazisində yerləşən «Şəm» kafesinin yaxınlığında, çay kənarında bağlanmış vəziyyətdə bir baş inək və bir baş dana almamışdır. Rövşənlə çay kənarında görüşməmiş və ondan qırmızı rəngdə inək və dana almamışdır. Məhkəmə iclası zamanı Şahid3 teleqramla məhkəməyə müraciət edərək üzrülü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, 2023-cü ilin avqust ayının ilk günlərində həmkəndlisi Təqsirləndirilən şəxs1 təsərrüfatında olan qaramallardan bir baş yanıbalalı inəyini satmış, həmin gün saat təxminən 21 radələrində İlkin Ələddinin avtomobili ilə həyətinə gəlmiş, daha sonra Təqsirləndirilən şəxs2 də idarə etdiyi UAZ markalı avtomaşınla ora gəlib inəyi və balasını Ələddinin avtomobilinə yükləyib aparmışlar. İlkin inəyi bazarda satdıqdan sonra pulunu vermişdir. İlkin ona məxsus inəyi Ələddinin avtomobilinə yüklədiyi zaman avtomaşında digər qaramalın olub-olmadığın xatırlamır, sonradan ona məlum olmuşdur ki, İlkin ondan inəyi alıb aparanda Rövşən də birbaş qaramalı bazara aparmışdır. İlkin və Rövşən həbs olunduqdan sonra eşitmişdir ki, İlkin ondan inəyini alıb bazara aparan zaman Rövşən də həmkəndlisi Rusifin qaramalını oğurlayıb aparmışdır. Təqsirləndirilən şəxs1 Piran kəndinin ərazisindən qaramal oğurlaması barədə məlumatı yoxdur. Cinayət işinin materiallarında olan Şahid4 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 uzaq qohumudur, onu və ailə üzvlərini həmçinin Lənkəran rayonunun Sovu kənd sakini Rasim Babayevi tanıyır, aralarında ziddiyyət olmamışdır. Şəxsi QAZEL markalı avtomobili olmuşdur. Ona müraciət etmiş müştərilərin sifarişini icra edərək pul qazanıb ailəsini dolandırmışdır. Son vaxtlarla qaramal alveri ilə məşğul olan Təqsirləndirilən şəxs1 sifarişi ilə 10 dəfə həyətində və Piran kəndlində həmkəndllərindən aldığı qaramalları avtomobilinə yükləyib onunla birlikdə Masallı, Cəlilabad və Salyan mal bazarlarına aparmışdır. İlkin qaramalları bazarda satdıqdan sonra ona zəhməthaqqı vermişdir. Həmişə İlkin tək onunla bazara gəlmiş, bir dəfə X14 mal bazarına, bir dəfə də Davradibi kənd sakini Rövşənlə Cəlilabad mal bazarına getmişlər. 2023-cü ilin avqust ayının ilk günlərində İlkin həmkəndlisi Şahid3 aldığı yanıbalalı inəyini və deməsinə görə Təqsirləndirilən şəxs2 onun həyətinə gətirdiyi qararəngdə düyəni onun maşınına yükləyiblər, qaramalları Cəlilabad mal bazarına aparmışlar, İlkin qaramalları satdıqdan sonra ona zəhməthaqqı vermiş, Təqsirləndirilən şəxs2 onlarla bazara gəlib-gəlmədiyini dəqiq xatırlamır, qaramalların neçə manata satılmasını bilməmiş, oğurluq qaramal olması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs1 haradan kimlərə məxsus qaramal oğurlamasını bilmir, Arzumanın yanıbalalı inəyinin və digər qara rəngdə düyənin neçə manata satılmasını bilməmiş, lakin İlkinin Rövşənə pul verməsini xatırlayır. neçə manat verdiyini bilməmişdir. Rövşən bir dəfə İlkinlə mal bazarına getmiş, həmin vaxt onların oğurluq mal aparmalarını bilməmiş, həmçinin bildirmişdir ki, İlkinin Rövşənlə bazara apardığı düyəni oğurlamalarını bilməmiş, Rövşən düyəni öz qaramalı kimi onun avtomobilinə yükləmişdir. Cinayət işinin materiallarında olan şahid X2 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o,Lənkəran rayonunun Mollakənd kəndində yaşamaqla heç yerdə işləmir, ailəlidir, şəxsi QAZEL markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil ilə müştərilər üçün yük daşıyıb pul qazanmaqla ailəsini dolandırır. Lerik rayonunun Piran kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır, onunla düşmənçiliyi yoxdur. Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Natiqlə təxminən 2 il bundan əvvəl Masallı rayonunda yerləşən mal bazarında tanış olmuşdur. Natiq ilə tanış olduqdan sonra bir neçə dəfə Lənkəran rayonunun Mamusta, Rvo, Şovu, Əşlə, Qurunba və digər kəndlərində malqara satan şəxslərdən aldığı qaramal və qoyunu idarə etdiyi avtomaşınla, Natiqin sifarişinə əsasən bildirdiyi ünvana öz iştirakı ilə aparmışdır. Natiq 2023-cü ilin təxminən aprel və yaxud da may ayından əvvəl Lerik rayonunun ərazisinə gəlib malqara alıb apadığını bilməmiŞ, bu barədə məlumatı yoxdur. 2023-cü ilin təxminən aprel və yaxud da may ayında, hava qaralandan sonra Natiq ona zəng edib demişdir ki, “Lerik rayonunun Davradibi kədində İlkinlə birlikdə qaramal almışam, gəl qaramalları aparaq”. O isə Natiqə demişdir ki, “Davradibi kəndinə maşın sürə bilmərəm”. Natiq demişdir ki, “malları sürüb Piran kəndində İlkinin həyətinə gətiririk sən də maşınla ora gəl”. Bundan sonra o, idarə etdiyi avtomaşınla Lerik rayonunun Piran kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə gəlmişdir. Görmüşdür ki, İlkin və Natiq həyətdə onu gözləyirlər. Natiq və İlkin onun avtomobilinə rənglərini dəqiq xatırlamadığı 3 baş qaramal və 2 və yaxud 3 baş qoyun, və yaxud 1 baş keçi və 2 baş qoyun yükləmiş, həmin heyvanları İlkin və Natiq Masallı mal bazarına aparmış, geri qayıdanda İlkini özü evinə gətirmişdir. Ona zəhmət haqqını Natiq vermişdir. Bundan sonra 2023-cü ilin yay aylarında, hava qaralanda Natiq ona zəng edib demişdir ki, “İlkinin həyətində qarmalım var gəl aparaq”, bundan sonra o,idarə etdiyi Qazel markalı avtomaşınla Piran kəndinə Təqsirləndirilən şəxs1 həyətinə gəlmiş, görmüşdür ki, Natiq onu orada gözləyir. Natiq İlkinlə birlikdə avtomobilinə bir baş qara rəngdə inəyi və bir baş qara rəngdə dananı avtomobilinə yükləmiş, həmin iki baş qaramalı Cəlilabad rayonunun Uzuntəpə kəndinə Natiqin həyətinə aparmışdır. Bundan əlavə Lerik rayonunun ərazisindən Natiq üçün mal-qara aparmamışdır. Bundan əlavə ifadəsində göstərmişdir ki, Natiq üçün Lerik rayonunun ərazisindən ayı və tarixi xatırlamır, lakin 2023-cü ilin may-iyul aylarında Piran kənd sakini Təqsirləndirilən şəxs1 həyətində 1-ci dəfə 3 baş qaramal, 2-3 baş xırda buynuzlu heyvan, 2-ci dəfə isə bir baş inək və bir daş düyə maşını ilə aparmışdır. Natiq və yaxud da digər şəxslərin sifarişi ilə Davradibi kəndinə getməmiş və oradan mal-qara daşımamışdır. İşdə olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2009-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan və xx.xx.2011-ci il təvəllüdlü uşaqları vardır. İşdə olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Lerik rayonun Davradibi kəndində yaşayan Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2020-ci il və xx.xx.2022-ci il təvəllüdlü iki azyaşlı azyaşlı uşaqları vardır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Lerik rayonun Davradibi kəndində yaşayan Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 baş düyənin oğurlanması ilə ona 1200 (bir min iki yüz) manat məbləğində ziyan vurulmuşdur. İşdə olan mütəxəssis rəyindən görünür ki, X3 məxsus 1 baş danasının oğurlanması ilə ona 550 (beş yüz əlli) manat, Zərərçəkmiş şəxs2 məxsus 1 baş inəyin oğurlanması ilə ona 1250 (bir min iki yüz əlli) manat və Zərərçəkmiş şəxs3 məxsus 1 baş cöngəsinin oğurlanması ilə ona 1100 (bir min bir yüz) manat məbləğində ziyan vurulmuşdur. Dövlət ittihamçısı çıxışında bildirdi ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hərəkətlərində CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan əməl CM-in 177.2.2-ci maddəsi ilə tam əhatə olunduğundan və bu maddə ilə də təqsirləndirilən şəxsə ittiham elan edildiyindən, Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan CM- in 177.1-ci maddəsi xaric olunmaqla, barəsində CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə ittihamın müdafiəsi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, mütəxəssis rəyləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 təkrar olaraq Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Bəyər Əbilova məxsus mal-qaraları təkrar olaraq, eləcə də Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrar olaraq Zərərçəkmiş şəxs1 məxsus mal-qaranı qəsdən gizli olaraq talayıb ziyan vurmaqla Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 177.2.1-ci ilə cinayət törətmələri tamamilə sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilməli və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham səhv ittiham kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan tələbnamədən və sənədlərdən görünür ki, Sultanov X7 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərini yuxarıda göstərilən hökmdən əvvəl törətmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, “cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə cəza təyin edilərkən CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 az yaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini CM-nin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşiman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İşdə olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Lerik rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bil) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan Lerik rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Lerik rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bil) il müddətə islah işləri cəzasını çəkməmişdir. Həmin hökm üzrə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə hesab edir ki, Lerik Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təyin edilmiş 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətə İslah işləri cəzası hökümlərin məcmusu üzrə hazırkı hökümlə təyin ediləcək cəzaya birləşdirilməlidir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hal müəyyən edilmir. Bununla belə, onun məhkum olunması cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 az yaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini CM-nin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini, nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə Lerik RPŞ-in qərarına əsasən16 dekabr 2023-cü il tarixdə təqsirləndirlən şəxs qismində cəlb edilmiş, Lənkəran ŞRPŞ-in İB-də aparılan cinayət işi üzrə məhkəməyədək icraat zamanı barəsində Lənkəran rayon məhkəməsinin qərarına əsasən üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 sentyabr 2023-cü il tarixindən hesablanması qərara alınmışdır. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törətməkdən şübhəli şəxs qismində 18 oktyabr 2023-cü il tarixdə saat 19:00-da tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə Lerik rayon məhkəməsinin qərarına əsasən barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 oktyabr 2023-cü il tarixindən hesablanması qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, xx xxxxx 1997-ci ildə Lerik rayonunun Davradibi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Lerik rayonunun Davradibi kəndində qeydiyyatda olmaqla orada yaşamış, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 haqqında Lerik Rayon Məhkəməsinin 4 (048) -16 /2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qismində qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilməsini nəzərə alır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham səhv ittiham kimi qiymətləndirilsin və Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Lənkəran Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(049)- 81/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Lerik rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(048)-34/2022 saylı hökmü ilə təyin olunmuş 01 (bir) il müddətinə islah işləri cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə ona təyin edilmiş 02 (iki) 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs2 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığı və həbsə saxlanıldığı 9 (doqquz) ay 12 (on iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 1 (bir) 06 (altı) ay 24 (iyirmi dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Davradibi kəndində yerləşdiyi evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənənədək dəyişdirlməsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar