Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-2/2025 08.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1962-ci ildə Lerik rayonunun Zərdəbərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə, xx.xx.1962-ci ildə Lerik rayonunun Haran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Lerik rayon, Hamarmeşə kənd tam orta məktəbinin müdiri vəzifəsində işləyən, məhkumluğu olmayan, Lerik rayonu, Haran kəndində qeydiyyatda olmaqla, Hamarmeşə kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 02 dekabr 2023-cü il tarixdə Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyinə gələn Lerik rayon Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 həyat yoldaşı Təqsirləndirilən şəxs2 oktyabr və noyabr aylarının tullantıların daşınması və zərərsizləşdirilməsi üçün olan ödənişi Vizəzəmin bələdiyyəsi adından rayon Kommunal Müəssisələr İstehsalat Birliyinin hesabına 2023-cü ilin oktyabr və noyabr aylarının hər biri üçün 50 manat köçürəcəyi barədə təklifini qəbul edib, həmin tarixdə, Lerikşəhəri, Arzuman Əsədullayev küçəsi1 ünvanında yerləşən Lerik Kommunal Müəssisələr İstehsalat birliyindəki xidməti otağında 2 ay əvvəlki tarixə, 02 oktyabr 2023-cü il tarixli, 20 saylı müqavilə bağlayaraq vəzifəli şəxs qismində sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Təqsirləndirilən şəxs2 Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 01 noyabr və 13 noyabr 2023-cü il tarixlərdə Lerik rayon Vizəzəmin bələdiyyəsi ərazisində olan məişət tullantılarının daşınmasının və zərərsizləşdirilməsinin təşkil edilməməsi səbəbindən Azərbaycan Respublikası İXM-in 271-ci(sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılan araşdırma nəticəsində Lerik rayonu, Vizəzəmin bələdiyyəsi barədə yarana biləcək öhdəliklərdən yayınmaq məqsədi ilə 02 dekabr 2023-cü il tarixdə Arzuman Əsədullayev küçəsi1 ünvanında yerləşən Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyinin rəisi Təqsirləndirilən şəxs1 xidməti otağına gələrəkVizəzəmin bələdiyyəsinin adından Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyinin hesabına 2023-cü ilin oktyabr və noyabr aylarının hər biri üçün 50 manat köçürəcəyini vəd edərək müəssisənin rəisi Təqsirləndirilən şəxs1 ilə razılaşmış və həmin tarixdə 2 ay əvvəlki tarixəVizəzəmin bələdiyyəsinin sədri Şahid7 adının qarşısından sonuncunun imzasına oxşadaraq imza etmiş və özündə olan Vizəzəmin bələdiyyəsinə məxsus möhürlə möhürləməklə 02 oktyabr 2023-cü il tarixli, 20 saylı müqavilə bağlayaraq, yəni hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi gələcəkdə Vizəzəmin bələdiyyəsinin xeyrinə istifadə edilməsi məqsədi ilə qanunsuz hazırlamışdır. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirlmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdiki, 13 mart 2023-cü ildən etibarən Lerik rayon Kommunal Müəssisələri İstehsalat birliyinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 tanısa da, onunla arasında heç bir münasibət yoxdur. Təxmini olaraq 2023-cü ilin dekabr ayının ilk günlərində, günün ikinci yarısında idarənin baş mühəndisi Şahid4 xidməti otağına gələrək Lerik rayon İcra Hakimiyyətinin işçisi Şahid5 ona zəng vuraraq Vizəzəmin bələdiyyəsi ilə məişət tullantılarının daşınması üçün müqavilə bağlanılmasını istəmiş və bununla bağlı olaraq idarəyə gəlmək istədiklərinibildirmişdir. O da, onlarıngəlmələrinə etiraz etməmişdir. Bu söhbətdən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs2 və Şahid5 idarəyə, onuniş otağına gəlmişlər. Onlarotağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Vizəzəmin bələdiyyəsi məişət tullantılarının daşınması üçün müqavilə bağlamaq istəyir. Bundan sonra o, baş mühəndis Şahid4 çağırıb müqavilə tərtib etməsini istəmişdir. Şahid4 müqaviləni hazırlayıb gətirmiş və o, daimzalayıb Təqsirləndirilən şəxs2 vermiş və sonuncu tarixlə razılaşmayaraq bildirmişdir ki, müqavilənin tarixini oktyabr ayından istəyir. O, bunun səbəbini soruşduqda sonuncu bildirmişdir ki, “həmin ərazidə yaşayan vətəndaşlarla sentyabr ayına bağlayıbsınız və orada xidmət göstərirsiniz”demiş, əlavə olaraq da qeyd etmişdir ki, oktyabr və noyabr ayları üçün olan ödənişi edəcəkdir. O, qeyd etmişdir ki, oktyabr ayından əvvəldə həmin ərazidə xidmət göstərmişdir. Ona görədə həmin tarixə müqavilə bağlamağda qanunsuz bir əməl olunmasını düşünməmişdir. O, Təqsirləndirilən şəxs2 səmimiyyətinə inanmış və onun başqa niyyətlərinin olduğunu düşünməmişdir. Təqsirləndirilən şəxs2 ilə danışığı əsnasında geri tarixə müqavilə bağlamaqla Vizəzəmin bələdiyyəsinin 1 saylı Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunacaq protokoldan irəli gələcək vəzifələrdən yayınmaq məqsədi güddüyündən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 ondan bir neçə dəfə xahiş edərək geri tarixə müqavilə bağlanılmasını xahiş etmişdir. Bundan sonra o, Azərə 02 oktyabr tarixinə müqavilə tərtib etməsini bildirmişdir. Azər yeni müqaviləni gətirib verdikdən sonra ilk öncə özü imza edərək möhürləmiş, daha sonra isə Təqsirləndirilən şəxs2 imzalayaraq möhürləmişdir. Vizəzəmin bələdiyyəsi tərəfindən dekabr ayının 7-də müəssisənin hesabına 100 manat pul köçürülmüşdür. Bundan sonra dekabr ayının ortalarında o, Lerik rayon polis şöbəsinə dəvət edildikdə öyrənmişdir ki, Təqsirləndirilən şəxs2 Vizəzəmin bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi arasında bağlanılan geri tarixli müqavilə vasitəsi ilə 1 saylı RETSİ tərəfindən tərtib olunacaq protokol əsasında yaranacaq öhdəliklərdən yayınmağa çalışmışdır. Törətmiş olduğu əməlin qanun pozuntusu olduğunu bilir. Təqsirləndirilən şəxs1 sonda əməlindən səmimi peşman olduğunu, xəstəliyinin olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirlmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 1979-cu ildən 1990-cı ilə kimi Lerik rayon Hamarmeşə kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərmiş, 1990-cı ildən etibarən hal-hazıra kimi Lerik rayon Hamarmeşə kənd tam orta məktəbində direktor vəzifəsində çalışır. Şahid5 və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla arasında qərəzli münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Lerik rayon polis şöbəsinin 2 əməkdaşı Mirsəfa və Rəhman məktəbə gələrək onu və həyat yoldaşı Şahid7 saat 15:00-da polis şöbəsində, rəisin qəbulunda olmalarını istəmişlər. O, səbəbini soruşduqda bildirmişlər ki, “yeni rəisimiz belə tapşırıq veribdir”. Bundan sonra o, etiraz etməyərək saat 15:00-da polis şöbəsində olmuşdur. O, Mirsəfa adlı polis əməkdaşına zəng vurub bu barədə xəbər verdikdə, sonuncu ona “İradə xanım avtomobildə gözləsin, siz özünüz isə gəlin”demişdir. O, şöbəyə daxil olub, Mirsəfanın xidməti otağında 1 saata yaxın olaraq gözləmişdir. Daha sonra tanımadığı polis kapitanı olan bir nəfər şəxs onu öz xidməti otağında qəbul etmişdir. Həmin polis kapitanı ona bildirmişdir ki, “rəis 2 aydan çoxdur ki, rayona gəlibdir, siz niyə gəlib onunla görüşməmisiniz”. O, da cavab olaraq bildirmişdir ki, “gəlmişəm və indi gedib görüşərəm”. Həmin polis kapitanı təkidlə ondan soruşmuşdur ki, “görüşüb nə edəcəksən”. O, polis kapitanına izahedici cavab verməyib “yeni xidməti ilə bağlı olaraq sadəcə təbrik edəcəm” bildirmişdir. Daha sonra onu həmin polis kapitanı ikinci mərtəbədə olan rəis müavini kimi ona təqdim edilən digər polis əməkdaşının yanına aparmışdır. Həmin polis əməkdaşıda ona eyni məzmunda suallar vermişdir. Həmin şəxsində suallarına eyni cavabları verdiyindən, həmin şəxs onlarla sağollaşmışdır. Bundan sonra ilk olaraq görüşmüş olduğu polis kapitanı “rəisə məruz edim, gəlirəm” demişdir. Təxmini olaraq 15- 20 dəqiqə sonra həmin polis kapitanı geri gələrək onu rəisin otağına aparmışdır. Polis rəisini təbrik etmiş, 3-5 dəqiqə söhbət etdikdən sonra sağollaşmışdır. Şöbəni tərk edib avtomobilə doğru gedərkən Mirsəfa adlı polis əməkdaşı ona zəng vuraraq gözləməyini xahiş etmişdir. Mirsəfa yanına gəlib ona rəisə 2000 manat pul verməli olduğunu demişdir. O, isə cavabında Mirsəfaya demişdir ki, “mənim gücüm 500 manata çatır”. Mirsəfa bununla razılaşmayaraq ona bildirmişdir ki, “ən azı 1500 manat, əgər bu pulu verməsən bələdiyyəyə cərimə protokolu yazılacaqdır”. O, da əsəbləşib, Mirsəfanın dediklərinə etiraz edib nə istəyirlərsə etmələrini demiş və avtomobilinə əyləşərək oranı tərk etmişdir. 02 noyabr 2023-cü i tarixdə Mirsəfa adlı polis əməkdaşı yenidən məktəbə gələrək ona bildirmişdir ki, “1500 manatı verməlisən”. O, yenədə razılaşmamış və Mirsəfadan zibil olan ərazini ona göstərməyi tələb etmişdir. Mirsəfa öz mobil telefonunu açaraq orada olan külli miqdarda yığılmış zibillərin fotosunu onlara göstərmişdir. Bundan sonra Şahid7 və o birlikdə həmin əraziyə getmişlər. Mirsəfa telefonunda göstərmiş olduğu şəkillərdə əks olunan zibillərini yerləşdiyi yeri onlara göstərə bilməmişdir. Həmin axşam bir neçə tanışı ona zəng vuraraq “oxu.az” sosial xəbər portalında Vizəzəmin bələdiyyəsi ilə bağlı xəbər olduğunu demişdir. Həmin portalı açdıqda öyrənmişdir ki, bələdiyyəyə “Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi”nə görə inzibati protokol tərtib olunmuşdur. Bundan sonra Şahid7 polis şöbəsinə teleqram yazsa da, məktub ünvanlasa da, DİN-nin 102 “XZM”-ə müxtəlif tarixlərdə (5 dəfə) zəng vursa da tərtib edilmiş protokol onlara təqdim edilməmişdir. 13 noyabr 2023-cü il tarixdə Mirsəfa və Rəhman adlı polis əməkdaşları yenidən məktəbə gələrək bələdiyyənin sədri Şahid7 ilə görüşüb inzibati protokol tərtib edəcəklərini bildirmişlər. Həmin günü yenidən bələdiyyəyə eyni məzmunda, heç bir araşdırılma aparılmadan protokol yazmışlar. Bundan sonra Vizəzəmin bələdiyyəsinə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən məktub daxil olmuşdur. Həmin məktubda polis şöbəsi tərəfindən Vizəzəmin bələdiyyəsi barədə tərtib olunan inzibati protokolla bağlı olaraq bələdiyyənin mövqeyi soruşulmuşdur. Bundan sonra Bələdiyyənin sədri Şahid7 tərəfindən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubu cavablandırılmışdır. Həmin məktubun məzmundan xəbəri yoxdur. Bildirmişdir ki, Lerik rayon icra hakimiyyəti başçı aparatının ərazi, idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən Şahid5 müqaviləni götürməmişdən 1-2 gün əvvəl ona zəng vuraraq bildirmişdir ki, “Vizəzəmin bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi arasında olan müqaviləni gəl götür”. O, da 02 dekabr 2023-cü il tarixdə Şahid5 xidməti otağına getmiş və Şahid5 ona demişdir ki, "xxxx". Onlar birlikdə Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyinə getmişlər. Şahid5 Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyin rəisi Təqsirləndirilən şəxs1 demişdir ki, “Vizəzəmin bələdiyyəsinə aid müqaviləni gətirin verin”. Bir müddət sonra həmin müəssisənin əməkdaşı olan Şahid4 müqaviləni gətirmişdir. Şahid5 ona demişdir ki, “bələdiyyə sədrinin əvəzinə imza et, müqaviləni götür get”. O, da öz növbəsində həmin müqaviləni imzalayaraq götürüb bələdiyyənin sədrinə təqdim etmişdir. Müqavilənin geri tarixə bağlanmasını heç kimdən xahiş etməmiş və maraqlıda olmamışdır. Əlavə olaraq bildirmişdir ki, sənədi o, hazırlamamışdır o sənəd nə ona, nədə ki, Lerik rayonu, Vizəzəmin bələdiyyəsinə lazım olmamışdır. Bələdiyyənin tullantıların yığılması kimi bir öhdəliyi yoxdur və buna görədə həmin müqavilə Vizəzəmin bələdiyyəsinin hərhansı bir öhdəlikdən azad olunması üçün lazım olmamışdır. Həmin müqavilə sadəcə olaraq Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyinə pul köçürülməsi üçün bağlanılmışdır. O, həmin müqavilədən istifadə etməmiş, həmin müqaviləni sadəcə olaraq bələdiyyəyə vermişdir. Eyni zamanda həmin müqavilə heç kimə ziyan vurulması ilə nəticələnməmişdir. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxslərin törətdiy icinayət əməllərini onların ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o xx.xx.2002-ci ildən Lerik rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Onun hüquq şöbəsinin müdiri kimi vəzifə borcu Lerik rayon icra hakimiyyətinin müxtəlif şöbələri tərəfindən hazırlanmış normativ hüquqi aktların qanunvericiliyə uyğun tərtib olunmasına nəzarət etmək, rayon icra hakimiyyəti tərəfindən tərtib olunmuş hüquqi xarakterli sənədlərin qanunvericiliyə uyğun olmasını yoxlamaqdır. Rayon icra hakimiyyətinin hüquq və mənafelərini cinayət təqibi üzrə məhkəməyədək və məhkəmə icraatında təmsil etmək və s. ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, Rayon icra hakimiyyətinin nəznində olan Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyinin Lerik rayon Vizəzəmin bələdiyyəsi ilə qanunvericiliyin tələblərini pozaraq geri tarixə müqavilə bağlanılmasına nail olduğunu bilir. Rayon prokurorluğunda araşdırma aparılan zaman Təqsirləndirilən şəxs1 xidməti otağına gələrək Təqsirləndirilən şəxs2 xahişi ilə Vizəzəmin bələdiyyəsi ilə məişət tullantılarının daşınması ilə əlaqədar olaraq geri tarixə müqavilə bağladığını qeyd etmiş, əlavə olaraq onuda bildirmişdir ki, əvvəllərdə orada xidmət göstərdiyi üçün müqaviləni geri tarixə bağlamaqda bir nöqsan görməmişdir. O, isə öz növbəsində Təqsirləndirilən şəxs1 izah etmişdir ki, müqavilə bağlanıldığı andan qüvvəyə mindiyi üçün törətmiş olduğu əməl qanun pozuntusudur. Törədilmiş olan əməl ilə Lerik Rayon İcra Hakimiyyətinin hüquqlarına və qanuni mənafeylərinə ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lerik rayonu, Lüləkəran kəndində qeydiyyatda olmaqla, 22 avqust 2022-ci ildən etibarən Lerik RPŞ-də çalışmışdır. Lerik rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı işlədiyi vaxt yəni, xidməti vəzifəsi ilə əlaqədar olaraq 01 noyabr 2023-cü il tarixdə Lerik rayonun müxtəlif ərazilərində polis əməkdaşı Şahid2 ilə birlikdə reydlər keçirmişlər. Keçirmiş olduqları reydlər əsasında Lerik rayonu, Vizəzəmin bələdiyyəsinə aid torpaq sahəsində məişət tullantılarının olmasını aşkar etmişlər. Həmin məişət tullantılarının qalaqlanmasını fotoçəkiliş vasitəsi ilə qeyd etmişlər. Aşkar etmiş olduqları məişət tullantıları ilə bağlı Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 müəllim kimi fəaliyyət göstərdiyi Lerik rayonu, Hamarmeşə kənd tam orta məktəbinə getmişlər. Orada onları Şahid7 həyat yoldaşı Təqsirləndirilən şəxs2 qarşılamışdır. Onlar vəziyyəti izah etdikdən sonra inzibati icraatı davam etdirmək məqsədi ilə izahatlarının alınması üçün həmin şəxsləri rayon polis şöbəsinə dəvət etmişlər. Həmin günün ikinci yarısı Təqsirləndirilən şəxs2 və Şahid7 idarəyə gəlmiş, Təqsirləndirilən şəxs2 polis rəisi ilə görüşmək istədiyini və onu təbrik etmək istəyinin olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2 subordinasiya qaydalarına ciddi riayət olunduğunu bildirərək onları sonuncunu birbaşa rəisin qəbuluna aparmaq ixtiyarlarının olmamasını izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 İTB-nin rəisi olan, polis kapitanı Şahid3 xidməti otağına getmişdir. Həmin dövr ərzində Təqsirləndirilən şəxs2 ilə Emin Aslanovun arasında keçən söhbətin şahidi olmamışdır. Bundan sonra Şahid2 protokolla bağlı olaraq Şahid7 müvafiq qaydada izahatını almış və onları yola salmışdır. Lakin tərtib olunan inzibati protokoldan narazı olan Təqsirləndirilən şəxs2 davamlı olaraq şikayətlər etdiyindən onlar yenidən 13 noyabr tarixində həmin əraziyə gedib yenidən videoçəkilişlə baxış keçirmiş, yeni protokol tərtib edərək aidiyyəti üzrə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə yollamışlar. İkinci səfər həmin əraziyə getməklərinə səbəb şöbəyə daxil olmuş şifahi əməliyyat məlumatı olmuşdur. Əlavə olaraq həmin tarixlərdə eyni qaydada Piran bələdiyyəsinə də inzibati protokol tərtib edilmişdir. Şahid bundan başqa ifadəsində göstərmişdir ki, istər protokollar tərtib olunarkən, istərsə də tərtib olunduqdan sonra Şahid7 tərəfindən hərhansı bir müqavilənin olması ilə bağlı olaraq onlara məlumat verilməmişdir. Onlar tərəfindən Şahid7 barəsində 01 noyabr və 13 noyabr 2023-cü il tarixlərində protokollar tərtib edilərkənsonuncu tərəfindən müqaviləsinin olması ilə bağlı olaraq heç bir məlumat verilmədiyindən, daha sonra isə müqavilənin ortaya çıxması rayon polis şöbəsində əsaslı şübhələr yaratmışdır. Bundan sonra aidiyyatı üzrə Kommunal Müəssisələr İstehsalat Birliyindən sorğu vasitəsi ilə həmin müqavilə tələb edilərək öryənilmişdir. Bunun nəticəsində də həmin müqavilənin protokol nömrəsinin özündən əvvəl bağlanmış olan müqavilənin protokol nömrəsindən fərqli olması (tarixlərə görə protokol nömrələrinin ardıcıl olmaması) müqavilənin sonradan bağlanmasına əsaslı şübhələr yaratmışdır. Bildirmişdir ki, Şahid7 barəsində tərtib olunan protokoldan irəli gələcək olan vəzifələrdən yayınmaq üçün Kommunal Müəssisələr və İstehsalat birliyi ilə əlaqəyə girərək geri tarixə müqavilə bağlanılmasına nail olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindəgöstərmişdir ki, hazırda Lerik rayon polis şöbəsində təhqiqatçı işləyir. Hadisə baş verən vaxt Lerik rayon polis şöbəsinin İTB-də işləmişdir. Belə ki, xidməti vəzifəsi ilə əlaqədar olaraq 01 noyabr 2023-cü il tarixdə Lerik rayonun müxtəlif ərazilərində polis əməkdaşı Şahid1 ilə birlikdə reydlər keçirmişlər. Keçirmiş olduqları reydlər əsasında Lerik rayonVizəzəmin bələdiyyəsinə aid torpaq sahəsində məişət tullantılarının olmasını aşkar etmişdir. Həmin məişət tullantılarının qalaqlanmasını fotoçəkiliş vasitəsi ilə qeyd etmişlər. Aşkar etmiş olduqları məişət tullantıları ilə bağlı olaraq Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 müəllim kimi fəaliyyət göstərdiyi Lerik rayonu, Hamarmeşə kənd tam orta məktəbinə getmişlər. Orada onları Şahid7 həyat yoldaşı Təqsirləndirilən şəxs2 qarşılamışdır. Onlar vəziyyəti izah etdikdən sonra inzibati icraatı davam etdirmək məqsədi ilə, izahatlarının alınması üçün həmin şəxsləri rayon polis şöbəsinə dəvət etmişlər. Həmin günün ikinci yarısı Təqsirləndirilən şəxs2 və Şahid7 idarəyə gəlmişlər. Təqsirləndirilən şəxs2 polis rəisi ilə görüşmək istəyinin olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 subordinasiya qaydalarına ciddi riayət olunduğunu bildirərək onun onu birbaşa rəisin qəbuluna aparmaq ixtiyarının olmamasını izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 otağı tərk etmiş və üzərindən bir müddət keçdikdən sonra geri qayıtmışdır. Həmin dövr ərzində Təqsirləndirilən şəxs2 nə etdiyini bilmir. Bundan sonra o, Şahid7 müvafiq qaydada izahatını almış və onları yola salmışdır. Lakin tərtib etmiş olduqları inzibati protokoldan narazı olan Təqsirləndirilən şəxs2 davamlı olaraq şikayətlər etdiyindən onlar yenidən noyabrın ayının ortalarında həmin əraziyə gedib yenidən videoçəkilişlə baxış keçirdib yeni protokol tərtib edərək aidiyyəti üzrə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə yollamışlar. İkinci dəfə həmin əraziyə getməklərinə səbəb şöbəyə daxil olmuş şifahi əməliyyat məlumatı olmuşdur. Həmin protokolu isə Şahid1 tərtib etmişdir. O, Təqsirləndirilən şəxs2 hərhansı bir maddi nemət tələb etməmiş və Vizəzəmin bələdiyyəsinə qarşı qərəzli şəkildə inzibati protokol tərtib etməmişdir. Əlavə olaraq həmin tarixlər də eyni qaydada Piran bələdiyyəsinə də inzibati protokol tərtib edilmişdir. Şahid bundan başqa ifadəsində göstərmişdir ki, Şahid7 qadın olduğundan və səhhətində narahatlıq hiss etdiyindən şöbəyə daxil olmamışdır. Bu səbəbdəndə avtomobildə əyləşmişdir. O, da Şahid7 izahtının alınması məqsədi ilə şöbəni tərk etmiş olan Təqsirləndirilən şəxs2 zəng vurub gözləmələrini xahiş etmişdir. Şöbənin giriş qapısının yanında Şahid7 izahatını alıb onları yola salmışdır. Həmin izahat zamanı və ya izahatdan sonra o, onlardan heçnə tələb etməmişdir. 02 noyabr 2023-cü il tarixdə məktəbə getməyinə səbəb isə 01 noyabr 2023-cü il tarixdə Şahid7 səhhəti yaxşı olmadığından (təzyiqi qalxdığından) və izahat verərkən yorulduğundan həmin günü protokolu tərtib edə bilməməyi olmuşdur. Növbəti gün məktəbə gedərək onlara bu barədə məlumat verdiyi vaxt Təqsirləndirilən şəxs2 ərazini özü görmək istədiyini bildirmiş və onlarla birlikdə həmin əraziyə getmişlər. Ərazidə olan məişət tullantılarını görüb Təqsirləndirilən şəxs2 özünü və bələdiyyəni müdafiə etmək məqsədi ilə fərqli-fərqli bəhanələr gətirməyə başlamışdır. Bundan sonra o, protokolu tərtib etmiş, lakin Şahid7 protokola imza etməkdən imtina etmiş və o da müvafiq qeydlər apararaq protokolu tərtib etmişdir. İstər protokol tərtib olunarkən, istərsə də protokol tərtib olunduqdan sonra Şahid7 tərəfindən hərhansı bir müqavilənin olması ilə bağlı olaraq onlara məlumat verilməmişdir. Rayon polis şöbəsi tərəfindən 01 noyabr və 13 noyabr 2023-cü il tarixlərində Şahid7 barəsində protokollar tərtib edilərkən sonuncu müqaviləsinin olması ilə bağlı olaraq heç bir məlumat vermədiyindən, daha sonra isə müqavilənin ortaya çıxması rayon polis şöbəsində müqavilənin sonradan əldə olunmasına əsaslı şübhələr yaratmışdır. Eşitdiyinə görə aidiyyatı üzrə Kommunal Müəssisələr İstehsalat Birliyindən sorğu vasitəsi ilə həmin müqavilə tələb edilərək öyrənilmişdir. Bunun nəticəsində də həmin müqavilənin protokol nömrəsinin özündən əvvəl bağlanmış olan müqavilənin protokol nömrəsindən fərqli olması (tarixlərə görə protokol nömrələrinin ardıcıl olmaması) müqavilənin sonradan bağlanmasına əsaslı şübhələr yaratmışdır. Buna görə də Kommunal Müəssisələr İstehsalat Birliyinin rəhbəri Rasim Əliyəv çağrılaraq şifahi qaydada sorğu edilmiş və nəticədə məlum olmuşdur ki, Şahid7 və Təqsirləndirilən şəxs2 Kommunal Müəssisələr və İstehsalat birliyi ilə əlaqəyə girərək geri tarixə müqavilə bağlanılmasına nail olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lerik rayon polis şöbəsinin İTB-nin rəisi v.m.i.e, polis kapitanıdır. 01 noyabr 2023-cü il tarixdə Lerik rayonun müxtəlif ərazilərində polis əməkdaşları Şahid2 və Şahid1 onun nəzarəti altında reydlər keçirmişlər. Keçirmiş olduqları reydlər əsasında Lerik rayon Vizəzəmin bələdiyyəsinə aid torpaq sahəsində məişət tullantılarının olmasını aşkar etmişlər. Həmin məişət tullantılarının qalaqlanmasını fotoçəkiliş vasitəsi ilə qeyd etmiş və aşkar etmiş olduqları məişət tullantıları ilə bağlı olaraq Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 müəllim kimi fəaliyyət göstərdiyi Lerik rayonu, Hamarmeşə kənd tam orta məktəbinə getmişlər. Vəziyyəti izah etdikdən sonra inzibati icraatı davam etdirmək məqsədi ilə izahatlarının alınması üçün həmin şəxsləri rayon polis şöbəsinə dəvət etmişlər. Həmin günün ikinci yarısı Təqsirləndirilən şəxs2 və Şahid7 idarəyə gəlmişlər. Təqsirləndirilən şəxs2 həmin günü idarəyə gəldikdən sonra onun xidməti otağına gələrək protokol yazılmamasını xahiş etmişdir. O, isə Təqsirləndirilən şəxs2 İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokolun tərtib edilməli olduğunu bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs2 otağı tərk etmişdir. Lakin tərtib olunan inzibati protokoldan nəticə çıxarılmadığından və nöqsanın aradan qaldırılıb-qaldırılmamasını müəyyən etmək məqsədi ilə onlar yenidən 13 noyabr tarixində həmin əraziyə gedib yenidən videoçəkilişlə baxış keçirtmiş, yeni protokol tərtib edərək aidiyyəti üzrə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə yollamışlar. Əlavə olaraq həmin tarixlər də eyni qaydada Piran bələdiyyəsinə də inzibati protokol tərtib edilmişdir. Şahid bundan başqa ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qeyd etdikləri tamamilə yalandır. O, Təqsirləndirilən şəxs2 xidməti otağında qəbul edərkən Təqsirləndirilən şəxs2 ondan sadəcə olaraq protokol yazılmamasını xahiş etmişdir. O, isə belə bir şeyin mümkün olmadığını qeyd etmişdir. Heç kimin yanına onu aparmamışdır. Rəisin qəbuluna isə hər bir vətəndaş qeydiyyata düşməklə girə bilər. İstər protokol tərtib olunarkən, istərsə də protokol tərtib olunduqdan sonra Şahid7 və ya Təqsirləndirilən şəxs2 tərəfindən hərhansı bir müqavilənin olması ilə bağlı olaraq məlumat verilməmişdir. Onlar tərəfindən 01 noyabr və 13 noyabr 2023-cü il tarixlərində Şahid7 barəsində protokollar tərtib edilərkən sonuncu tərəfindən müqaviləsinin olması ilə bağlı olaraq heç bir məlumat vermədiyindən, daha sonra isə müqavilənin ortaya çıxması rayon polis şöbəsində əsaslı şübhələr yaranmışdır. Bundan sonra aidiyyatı üzrə Kommunal Müəssisələr İstehsalat Birliyindən sorğu vasitəsi ilə həmin müqavilə tələb edilərək öyrənilmişdir. Bunun nəticəsində də həmin müqavilənin protokol nömrəsinin özündən əvvəl bağlanmış olan müqavilənin protokol nömrəsindən fərqli olması (tarixlərə görə protokol nömrələrinin ardıcıl olmaması) müqavilənin sonradan bağlanmasına əsaslı şübhələr yaratmışdır. Buna görədə o, Kommunal Müəssisələr İstehsalat Birliyinin rəhbəri Rasim Əliyəvi çağıraraq şifahi qaydada sorğu edərkən məlum olmuşdur ki, Vizəzəmin bələdiyyəsi Kommunal Müəssisələr və İstehsalat birliyi ilə əlaqəyə girərək geri tarixə müqavilə bağlanılmasına nail olmuşdur. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiki, o Lerik rayon Kommunal Müəssisələri İstehsalat birliyinin baş mühəndisi vəzifəsində işləyir. 02 noyabr 2022-ci ildən etibarən Lerik rayon Kommunal Müəssisələri İstehsalat birliyinin baş mühəndisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 tanısa da, onunla arasında heç bir münasibət yoxdur. Təxmini olaraq 2023-cü ilin dekabr ayının ilk günlərində, günün ikinci yarısı istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Lerik rayon İcra Hakimiyyətindən tanıdığı Şahid5 tərəfindən zəng gəlmişdir. Telefonda danışarkən Şahid5 ona bildirmişdir ki, “Vizəzəmin bələdiyyəsi sizin müəssisə ilə tullantıların daşınmasına görə müqavilə bağlamaq istəyir”. O, da əgər istəyirlərsə, müəssisəyə gəlib müqavilə bağlaya biləcəklərini qeyd etmişdir. Daha sonra Şahid5 ona demişdir ki, “Müqaviləni əvvəlki tarixə bağlamaq istəyirlər”. O, bunun mümkün olmadığını bildirmişdir. Şahid5 müəssisənin rəhbəri Təqsirləndirilən şəxs1 müəssisədə olub-olmadığını soruşmuş, o, da idarədə olduğunu qeyd etmiş və telefon danışıqları bitmişdir. Telefon danışığından təxmini olaraq 10 dəqiqə sonra otağın pəncərəsindən görmüşdür ki, Təqsirləndirilən şəxs2 və Şahid5 idarəyə gəlirlər. Onlar idarəyə daxil olduqdan təxminən 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs1 onu otağa çağıraraq Vizəzəmin bələdiyyəsi ilə müqavilə bağlamaq lazım olduğunu demişdir. O, otağı tərk edərkən soruşmuşdur ki, müqavilə kimin adına olacaq? Təqsirləndirilən şəxs2 da bildirmişdir ki, “Şahid7 adına olacaq” və o, otağı tərk etmişdir. O, müqaviləni həmin günün tarixinə və 20 saylı protokol nömrəsi ilə tərtib edib yenidən Təqsirləndirilən şəxs1 xidməti otağına getmişdir. Müqaviləni Təqsirləndirilən şəxs1 təqdim edib otağı tərk etmişdir. Təxmini olaraq 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs1 yenidən onu otağına çağırmışdır. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, “müqaviləni geri tarixətərtib et”. O, buna etirazını bildirdikdə Təqsirləndirilən şəxs2 üzünü Təqsirləndirilən şəxs1 tutaraq bildirmişdir ki, “əşi nə var ey orda, onsuzda oranının tullantılarını siz daşıyırsınız, oktyabr ayından bağlayaq məndə oktyabrdan etibarən verməli olduğum pulu hesaba köçürdərəm”. Bundan sonra Təqsirləndirilən şəxs1 ona müqaviləni dəyişməyi bildirmişdir. O, xidməti otağına gedib müqavilənin tarixini 02 oktyabr 2023-cü il tarixə tərtib edib geri gətirmiş və yenidən otağına getmişdir. Təqsirləndirilən şəxs2 və Şahid5 müəssisəni tərk edərkən Təqsirləndirilən şəxs1 onu çağırıb müqaviləni vermişdir. Müqavilənin hər iki tərəfinin imza yerində imza və möhür olmuşdur. Bundan sonra dekabr ayının 7-də Vizəzəmin bələdiyyəsi tərəfindən müəssisənin hesabına 100 manat pul köçürülmüşdür. Şahid bundan əlavə ifadəsində göstərmişdir ki, onun vəzifə səlahiyyətinə müqavilə bağlamaq aid deyildir. O, sadəcə olaraq müqaviləni tərtib etmişdir. Həmin günü Təqsirləndirilən şəxs1 xidməti otağında sadəcə olaraq Şahid5 və Təqsirləndirilən şəxs2 olmuşlar. Şahid7 onların müəssisəsinə gəlməmişdir. Şahid5 ona sadəcə olaraq telefon danışığı zamanı müqavilənin geri tarixə bağlanılmasının bələdiyyə tərəfindən istənildiyini bildirmişdir. O, yox cavabı verdikdən sonra müəssisəyə gəlmişdir. O, Şahid5 hər hansı təsirinə və təkidinə məruz qalmamışdır. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid5 Hüseynağa oğlu ifadəsində göstərmişdir ki, Lerik rayon İcra Hakimiyyəti Başçı Aparatının ərazi, idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir. 2023-cü ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2 xidməti otağına gələrək Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi ilə Vizəzəmin bələdiyyəsi arasında məişət tullantılarının daşınması üçün müqavilə bağlamaq istəyinin olduğunu bildirmişdir. O, da müqavilə bağlamaq üçün həmin müəssisəyə müraciət etməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin idarədən heç kimi tanımadığını və onun tanıdığı şəxs varsa ona zəng etməyini istəmişdir. O, əvvəldən tanıdığı, həmin müəssisənin baş mühəndisi olan Şahid4 zəng vuraraq Vizəzəmin bələdiyyəsinin müqavilə bağlamaq istəyinin olmasını bildirmişdir. Şahid4 müqavilə üçün idarəyə müraciət edilməli olduğunu bildirmişdir. Onun telefon danışığı zamanı Təqsirləndirilən şəxs2 ondan müqavilənin geri tarixə bağlanılmasının mümkünlüyü barədə soruşmağını istəmiş, Şahid4 vermiş olduğu həmin suala yox cavabı vermişdir. Telefon danışığı bitdikdən sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, müqavilə bağlamaq üçün “müəssisəyə getməlisən”. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin müəssisənin yerini tanımadığını və onunla getməyini xahiş etmişdir. O, ilk öncə bunu istəməsə də, Təqsirləndirilən şəxs2 təkidlə ondan xahiş etmiş və 10 dəqiqə vaxtının gedəcəyini bildirərək təkidinə davam etmişdir. O, da məcbur qalıb razılaşmış və Təqsirləndirilən şəxs2 avtomobili ilə birlikdə Kommunal Müəssisələr İstehsalat birliyinə getmişlər. Onlar içəri daxil olub birbaşa olaraq Təqsirləndirilən şəxs1 xidməti otağına getmişlər və salamlaşdıqdan sonra bir müddət ümumi mövzulardan söhbət etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Vizəzəmin bələdiyyəsi məişət tullantılarının daşınması üçün “Kommunal Müəssisələr İstehsalat birliyi” ilə müqavilə bağlamaq istəyir. Bundan sonra Təqsirləndirilən şəxs1 baş mühəndis olan Şahid4 çağırıb müqavilə tərtib etməsini istəmişdir. Şahid4 arxası ilə də o, otağı tərk edib idarəni gəzməyə başlamışdır. Otaqları gəzib geri Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olduqda görmüşdür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 xahiş edir ki, “müqaviləni əvvəlki tarixə bağlayaq, onsuzda sizdə orda çoxdandır ki, xidmət aparırsınız”. O, içəri keçdikdən sonra Təqsirləndirilən şəxs1 Şahid4 çağıraraq müqaviləni oktyabr ayına tərtib etməsini istəmiş və bildirmişdir ki, “onsuzda biz orda xidmət göstəririk, həmdə ki, Təqsirləndirilən şəxs2 iki ayın pulunu ödəyəcək və bizim büdcəmizə vəsait daxil olacaq”. Bundan sonra Şahid4 müqaviləni tərtib edərək geri gətirmişdir. Təqsirləndirilən şəxs2 müqaviləyə imza atmış və cibindən çıxartdığı möhürlə möhürləmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 imzalayaraq möhür vurmuşdur. Bundan sonra onlar idarədən çıxaraq avtomobillə geri qayıtmışlar. Şahid bundan başqa ifadəsində göstərmişdir ki, o, Şahid4 Təqsirləndirilən şəxs2 təkidi ilə yığmışdır. Şahid4 isə geri tarixə müqavilə bağlamasını xahiş etməmişdir. Sadəcə olaraq Təqsirləndirilən şəxs2 belə bir istəyinin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 geri tarixə müqavilə bağlanılmasını istəməsinin səbəbini soruşduqda sonuncu ona bildirmişdir ki, “əvvəlki, dövrdəndə həmin müəssisə bələdiyyə ərazisində xidmət görtərir bu səbəbdən geri tarixə müqavilə bağlamaq istəyirəm”. Təqsirləndirilən şəxs2 əvvəldən tanıdığı üçün onun səmimiyyətinə inanmışdır. Vizəzəmin bələdiyyəsi barədə protokol tərtib olunduğundan qəti olaraq məlumatı olmamış, nədə ki, Təqsirləndirilən şəxs2 bu barədə ona deməmişdir. Onun həmin müqavilənin bağlanılmasında heç bir marağı olmamışdır, sadəcə olaraq Təqsirləndirilən şəxs2la əvvəldən tanışlığı olduğundan onunla həmin müəssisəyə getmişdir. Heç bir maraq güdməmişdir. Təqsirləndirilən şəxs2 həmin sənədi başqa məqsədlərlə istifadə edəcəyindən heç bir xəbəri olmamışdır.Şahid5 həmçinin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 müqavilə bağlamaqla bağlı göstəriş verməmiş və bunu etməyi üçündə heç bir səbəb və əsas olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi müfəttişi vəzifəsində işləyir. Lənkəran rayonu, Tükəvilə kəndində qeydiyyatda olmaqla, orada yaşayır. 02 və 13 noyabr 2023-cü il tarixlərdə Lerik RPŞ tərəfindən Lerik rayonu, Vizəzəmin bələdiyyəsinin sədri barəsində tərtib olunmuş protokollar qərar qəbul edilməsi üçün 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilmişdir. Həmin protokollarla bağlı qərar qəbul edilməsi məqsədi ilə Lerik rayonu, Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 idarəyə dəvət olunmuşdur. Bundan sonra 02 dekabr 2023-cü il tarixdə Şahid7 idarələrinə məktub vasitəsi ilə Lerik rayon Kommunal Müəssisələr və İstehsalat Birliyi ilə bələdiyyənin arasında bağlanmış olan müqavilənin surətini yollayaraq barəsində inzibati protokol haqqında qərar qəbul edilməsinin əsassız olacağını bildirmişdir. Müqavilənin bağlanılması tarixi 02 oktyabr 2023-cü il olduğundan Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 barəsində qərar qəbul etmək mümkün olmamışdır. 07 dekabr 2023-cü il tarixdə idarələri tərəfindən Şahid7 barəsində inzibati xəta haqqında qərar qəbul edilə bilməməsi barədə məktub Lerik rayon polis şöbəsinə göndərilmişdir. Bundan sonra 05 yanvar 2024-cü il tarixdə rayon polis şöbəsindən daxil olan məktubda Lerik rayon Kommunal Müəssisələr və İstehsalat Birliyi ilə bələdiyyənin arasında bağlanmış olan müqavilənin etibarsız olması göstərilmişdir. 10 yanvar 2024-cü il tarixdə bələdiyyənin ərazisinə daxil olan torpaq sahəsində məişət tullantılarının qalaqlanması barədə MN1441101 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərardan narazı qalan Şahid7 Lerik Rayon məhkəməsinə şikayət vermişdir. 06 fevral 2024-cü il tarixdə məhkəmə tərəfindən idarənin qəbul etmiş olduğu inzibati tənbeh vermə haqqında qərar əsassız hesab edilərək ləğv edilmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2022-ci ildən icra hakimiyyətindən ona bildirirlər ki, kommunal təsərrüfatla müqavilə bağlayın, qoy zibilləri daşısınlar, onsuzda kommunal təsərrüfat zibilləri daşıyır. O, Regional Ədliyyə İdarəsi ilə əlaqə saxlamış, ona bildirmişlər ki, bələdiyyə ərazidə nə kimi istehsal işi görür ki, tullantıları olsun. O, bildirmişdir ki, icra hakimiyyətindən tələb edirlər. Ona şifahi şəkildə bildirmişlər ki, heç bir qanunda bələdiyyənin belə bir öhdəliyi yoxdur. Kommunal təsərrüfat rayonda var. Bu işlər ona aiddir. Sadəcə siz əhalini marifləndirin ki, kommunal idarə zibilləri hansı ərazidən daşıyırsa əhali də tullantıları həmin əraziyə töksünlər. Kənar yerə tökülən tullantıların yanına zibil daşıyan maşın gələ bilməsə orada xoşəgəlməz abu hava yaranar. O, da öz növbəsində bütün kənd sakinlərinə tullantıları kommunal idarənin zibil qabları qoyulan qutulara tökülməsini bildirmişdir. Sonra 2023-cü ildə icra hakimiyyətindən Əlipənah adlı şəxs ona və yoldaşına zəng etdi ki, xahiş edirik kommunal idarə ilə müqavilə bağlayın. Sizin müqavilə də hazırdır. Əslində o müqavilə ona lazımda deyildi. Bələdiyyədən kommunal idarəyə pul köçürülməsi üçün o müqaviləni yazmışdılar. O, bilirdi ki, müqavilə əvvəlki tarixə yazılaraq ora pul köçürülsün. Ekologiyadan ona zəng vurdular ki, polis şöbəsi onun barəsində protokol yazmışdır. Əgər müqaviləniz varsa digər sənədlərlə göndərin onlar da protokollara xitam versin. Ona o müqavilə lazım da deyildi, məqsəd idarəyə pul köçürmək idi. O, müqaviləni ekologiya idarəsinə göndərmişdir. Ekologiya idarəsi də yazılan protokolları geri qaytarmışdır. Polis şöbəsinin təkidi ilə protokollar yenidən ekologiya idarəsinə göndərilmiş və ekologiya da qərar qəbul edərək bələdiyyəni cərimələmişdir. O, da həmin qərardan məhkəməyə şikayət vermiş, məhkəmə də yazılan qərarı ləğv etmişdir. O, həyat yoldaşına demişdir ki, arxa tarixə yazılan müqaviləni imzalayıb götürsün. Müqavilənin arxa tarixə yazılmasından xəbəri var idi. O, demişdir ki, etibarnamə əsasında müqaviləni onun yerinə imzala gətir, onun heç bir günahı yoxdur. O, sadəcə etibarnamə əsasında onun dediyini həyata keçirmişdir. Cinayət işi materiallarında olan Lerik RPŞ-nin sahə rəisi, polis kapitanı Şahid2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Vizəzəmin Bələdiyyəsinin sədri Şahid7 xx.xx.2023-cü il tarixdə Lerik rayonu Hamarmeşə kəndi ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərinin pozulduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cinayət işi materiallarında olan Lerik RPŞ-nin sahə rəisi, polis leytenantı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Vizəzəmin Bələdiyyəsinin sədri Şahid7 xx.xx.2023-cü il tarixdə Lerik rayonu Hamarmeşə kəndi ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərinin pozulduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cinayət işi materiallarında olan 01 sentyabr 2023-cü il tarixli, “Müqavilə №15” saylı sənəddən görünür ki, “Lerik şəhər İşıqlandırma idarəsi” ilə “Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyi” arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün müqavilə bağlanılmışdır. Cinayət işi materiallarında olan 01 sentyabr 2023-cü il tarixli, “Müqavilə №16” saylı sənəddən görünür ki, “Çinar” kiçik müəssisə ilə “Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyi” arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün müqavilə bağlanılmışdır. Cinayət işi materiallarında olan 01 noyabr 2023-cü il tarixli, “Müqavilə №17” saylı sənəddən görünür ki, “Lerik rayon icra hakimiyyəti” ilə “Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyi” arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün müqavilə bağlanılmışdır. Cinayət işi materiallarında olan 01 noyabr 2023-cü il tarixli, “Müqavilə №18” saylı sənəddən görünür ki, “Lerik şəhəri, V.İbrahimov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya” ilə “Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyi” arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün müqavilə bağlanılmışdır. Cinayət işi materiallarında olan 01 noyabr 2023-cü il tarixli, “Müqavilə №19” saylı sənəddən görünür ki, “Lerik rayon Statistika idarəsi” ilə “Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyi” arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün müqavilə bağlanılmışdır. Cinayət işi materiallarında olan 02 oktyabr 2023-cü il tarixli, “Müqavilə №20” saylı sənəddən görünür ki, “Vizəzəmin bələdiyyəsi” ilə “Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyi” arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün müqavilə bağlanılmışdır. Cinayət işi materiallarında olan 01 dekabr 2023-cü il tarixli, “Müqavilə №21” saylı sənəddən görünür ki, “80 saylı X16 Komissiyası” ilə “Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyi” arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün müqavilə bağlanılmışdır. Cinayət işi materiallarında olan "xxxx" ASC-dən əldə olunmuş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Lerik rayon Vizəzəmin Bələdiyyəsi tərəfindən Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyinin bank hesabına 100 (yüz) manat ödəniş olunmuşdur. Cinayət işi materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının 01 mart 2023-cü il tarixli, 75 saylı sərəncamından görünür ki, Təqsirləndirilən şəxs1 Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyinin rəisi vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarında olan Lerik rayon Vizəzəmin Bələdiyyəsi tərəfindən Lerik rayon Prokurorluğuna ünvanlanmış 27 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Lerik rayon Vizəzəmin Bələdiyyəsində hal-hazırda aşağıda adları qeyd olunan bələdiyyə üzvləri işləyir: Şahid7 – bələdiyyə sədri, X9 – bələdiyyə sədrinin müavini, X7 – bələdiyyənin katibi, X14 - bələdiyyənin üzvü, X15 – bələdiyyə üzvü. Cinayət işi materiallarında olan Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən inzibati protokol tərtib edilərkən Şahid7 alınmış olan 01 noyabr 2023-cü il tarixli izahatdan görünür ki, Haşımova X8 bələdiyyəsinin Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyi ilə müqaviləsinin olmamasını və 13 noyabr 2023-cü il tarixli izahatda isə bələdiyyənin heç bir təşkilatla müqaviləsinin olmamasını göstərmişdir. Cinayət işi materiallarında olan Lerik rayon Vizəzəmin Bələdiyyəsinin sədri Şahid7 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ünvanlanmış 02 dekabr 2023-cü il tarixli, 47/1 nömrəli məktubundan görünür ki, Lerik RPŞ-nin əməkdaşları tərəfindən onun barəsində xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində tərtib etdikləri inzibati protokol qərəzli şəkildə yazılmışdır. Belə ki, birinci protokol onun iştirakı olmadan, ikinci protokol isə onun şikayətindən sonra yazılmışdır. Birinci protokolun icrasını gözləmədən ikinci prtokol yazılmaqla qərəzli olduqları sübut olunur. Vizəzəmin Bələdiyyəsi ərazisindən tullantıların daşınmasından ötrü Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmışdır. Həmin müəssisə müqavilənin şərtlərinə əməl edir, vaxtıvaxtında zibil və tullantıların daşınması təmin olunur. Vizəzəmin bələdiyyəsi tərəfindən Hamarmeşə və Peştətük kəndlərində kantenerlər qoyulmuşdur. Avtonəqliyyatın daxil ola bilmədiyi ərazilərdəki vətəndaşlarla profilaktik söhbətlər aparılmış, tullantıların kontenerlərə tökülməsi bildirilmişdir. Lerik RPŞ-nin əməkdaşlarının çəkdiyi şəkillər Vizəzəmin bələdiyyəsinin ərazisinə aid deyildir. Lerik RPŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş inzibati protokolun əsassız olması və onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarında olan Lerik RPŞ-nin İTB-nin rəisi VMİE, polis kapitanı Şahid3 tərəfindən Lerik RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli 6-HM/4023-150 nömrəli materiala baxarkən Lerik rayonu Vizəzəmin Bələdiyyəsinin sədri Şahid7 ilə Lerik rayon Kommunal Məişət İstehsalatı Birliyinin rəisi Təqsirləndirilən şəxs1 arasında xx.xx.2023-cü il tarixli 20 nömrəli müqavilənin etibarsız olmasına dair əsaslı şübhələr yaranmışdır. Cinayət işi materiallarında olan Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyinin rəisi Təqsirləndirilən şəxs1 tərəfindən Lerik Rayon Polis şöbəsinə ünvanlanmış 20 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi ilə özünü Vizəzəmin bələdiyyəsinin sədri kimi təqdim edən Hamarmeşə kənd sakini Təqsirləndirilən şəxs2la Vizəzəmin bələdiyyəsi arasında ərazidə olan zibillərin və məişət tullantılarının yığılmasına dair xx.xx.2023-cü il tarixdə 02 oktyabr 2023-cü il tarixli 20 saylı müqavilə bağlanmışdır. Hal-hazırda müqavilə qüvvədədir, tərəflər müqavilə üzrə öhdəliklərini qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra edirlər. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Lerik rayon Polis şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Vizəzəmin bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində tullantıların qalaqlanması barədə əməkdaşlarınız tərəfindən İXM-nin 271-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokollar tərtib olunaraq qərar çıxarılmasından ötrü xx.xx.2023-cü il tarixli 3-13-95/2-11807/23 nömrəli və xx.xx.2023-cü il tarixli 3-13-95/2-12204/23 nömrəli məktubla aidiyyəti üzrə İdarəyə göndərilmişdir. Müvafiq qərarın çıxarılması üçün əməkdaşlar tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı Vizəzəmin bələdiyyəsi tərəfindən araşdırmaya xx.xx.2023-cü il tarixli, 47/1 nömrəli məktub təqdim etmişdir. Məktubda Vizəzəmin bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi arasında xx.xx.2023-cü il tarixli müqavilənin bağlandığı və tullantıların vaxtında daşındığı bildirilmişdir. Eyni zamanda bələdiyyə sədri Şahid7 bildirmişdir ki, izahatları alınmış Valeh Nəhmətov, qızı Göyərçin İsmayılova və Əliheydər Müradov onların ailə üzvləri ilə düşmənçilik mövqeyində olduqları üçün araşdırmaya qərəzli izahat vermişlər. Qeyd olunanlarla əlaqədar Şahid7 tərəfindən xx.xx.2023-cü il tarixli 20 nömrəli müqavilə, Lerik rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarları təqdim olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Vizəzəmin bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi arasında xx.xx.2023-cü il tarixli 20 nömrəli müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra Vizəzəmin bələdiyyəsi tərəfindən tullantıların müvəqqəti saxlanılması üçün konteynerlər alınaraq ərazilərdə yerləşdirilmişdir. Həmin müqaviləyə əsasən Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi konteynerlərdə olan tullantılar vaxtaşırı Lerik rayonu Hıramo kəndində yerləşən tullantı poliqonuna daşınır. Lakin buna baxmayaraq bəzi vətəndaşlar tullantıları urnadan kənara yəni çaya, dərəyə və yolun kənarına atırlar, bu da müəyyən müddətdən sonra həmin ərazilərdə tullantıların qalaqlanmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq İXM-nin 266.3-cü maddəsinə əsasən tullantıları tutumlardan (urnalardan) kənar yerlərə atan şəxslər barədə tədbir görmək Sizin səlahiyyətinizdədir. Bu səbəbdən əməkdaşlarınız tərəfindən tərtib oldunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokollar yenidən baxılması üçün Sizə göndərilir. Nəzər almağınız xahiş olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Lerik rayon Polis şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Lerik rayonunun Hamarmeşə kəndində yerləşən torpaq sahəsinin mülkiyyət növünə dair məlumatların təqdim edilməsi barədə müraciətinizə baxılmışdır. Bildirirlər ki, müraciətdə qeyd olunan məsələnin araşdırılması məqsədilə mütəxəsisslər tərəfindən nümayəndənizin iştirakı ilə ərazidə GPS vasitəsilə müvafiq ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyən edilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində sözügedən torpaq sahəsinin əsas hissəsi Lənkəran-Lerik avtomobil yolu ilə bağ çayı arasında yerləşməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Cinayət işi materiallarında olanLerik Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sizin xx.xx.2023-cü il tarixli məktubunuza cavab olaraq bildirirlər ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubunda torpaqların elektron kadastr uçotu informasiya sistemində sözügedən torpaq sahəsinin əsas hissəsi Lənkəran-Lerik avtomobil yolu ilə bağ çayı arasında yerləşməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Hməçinin Vizəzəmin bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi arasında bağlanmış xx.xx.2023-cü il tarixli 20 saylı müqavilənin etibarsız olması aparılmış araşdırma nəticəsində müəyyən olunmuş və onunla bağlı Lerik rayon Prokurorluğunda araşdırma aparılır. Odur ki, Lerik rayonu Hamarmeşə kənd sakini Şahid7 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli protokol və toplanmış material yenidən baxılması üçün Sizə göndərilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şahid7 Lerik rayonu Hamarmeşə kəndi ərazisində bələdiyyənin torpaq sahəsində məişət tullantılarının qalaqlanması faktı ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə olunmuşdur. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 3(048)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şahid7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati iş üzrə icraata xitam verilmişdir. Cinayət işi materiallarında olan Lerik Rayon Məhkəməsinin 3(048)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X20 Rayon Məhkəməsinin 3(048)-36/2024 saylı, 06 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Cinayət işi materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-253/2024 saylı, 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Ceyhun Hüseynov tərəfindən verilmiş şikayət təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 3(048)-26/2024 saylı, 08 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli 4/123 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 02 oktyabr 2023-cü il tarixli, 20 nömrəli müqavilədə “Şahid7” qrafasındakı imza Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Lerik rayonu, Vizəzəmin bələdiyyəsi adından sədr Şahid7 həyat yoldaşı olan Təqsirləndirilən şəxs2 mülki qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətlər vermişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Lerik rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdandan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.3-cü və 362.1-ci maddələrinə əsasən bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu bir tərəfli əqd olan etibarnamə onu verən şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir.Həmin Məcəllənin 359.1-ci və 359.3-cü maddələrinə uyğun olaraq əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.Qeyd olunmuşdur ki, "Bələdiyyələrin statusu haqqında" Qanunun 11-ci maddəsinə görə bələdiyyələr hüquqi şəxsdirlər, onların öz möhürü, ştampı və bankda hesabı olur."Notariat haqqında" Qanunun 35-ci maddəsinə əsasən əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalı və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır.Eyni zamanda bildirilmişdir ki, sözügedən etibarnamədə “qanunla icazə verilmiş əqdləri bağlamaq və bununla bağlı müvafiq hərəkətləri etmək səlahiyyəti” nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 13 mart 2024-cü il tarixli, 10 saylı üzləşdirmə protokolundan görünür ki, Bayramov X2 Fərman Süleyman oğlunun üzünə demişdir ki, “2023-cü ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2 xidməti otağıma gələrək Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi ilə Vizəzəmin bələdiyyəsi arasında məişət tullantılarının daşınması üçün müqavilə bağlamaq istəyinin olduğunu bildirdi. Mən müqavilə bağlamaq üçün həmin müəssisəyə müraciət etməli olduğunu dedim. Təqsirləndirilən şəxs2 həmin idarədən heç kimi tanımadığını və mənim tanıdığım şəxs varsa ona zəng etməyimi istədi. Mən əvvəldən tanıdığım, həmin müəssisənin baş mühəndisi olan Şahid4 zəng vuraraq Vizəzəmin bələdiyyəsinin müqavilə bağlamaq istəyinin olmasını bildirdim. Şahid4 müqavilə üçün idarəyə müraciət edilməli olduğunu bildirdi. Mənim telefon danışığım zamanı Təqsirləndirilən şəxs2 məndən müqavilənin geri tarixə bağlanılmasının mümkünlüyü barədə soruşmağımı istədi. Şahid4 vermiş olduğum həmin suala yox cavabı verdi. Telefon danışığı bitdikdən sonra Təqsirləndirilən şəxs2 bildirdim ki, müqavilə bağlamaq üçün müəssisəyə getməlisən. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin müəssisənin yerini tanımadığını və onunla getməyimi xahiş etdi. Mən ilk öncə bunu istəməsəm də təkidlə məndən xahiş etdi və 10 dəqiqə vaxtımın gedəcəyini bildirərək təkidinə davam etdi. Məndə məcbur qalıb razılaşdım. Biz Təqsirləndirilən şəxs2 avtomobili ilə birlikdə Kommunal Müəssisələr İstehsalat birliyinə getdik. İçəri daxil olub birbaşa olaraq Təqsirləndirilən şəxs1 xidməti otağına getdik. Salamlaşdıqdan sonra bir müddət ümumi mövzulardan söhbət etdik. Söhbət əsnasında Təqsirləndirilən şəxs2 bildirdi ki, Vizəzəmin bələdiyyəsi məişət tullantılarının daşınması üçün “Kommunal Müəssisələr İstehsalat birliyi” ilə müqavilə bağlamaq istəyir. Bundan sonra Təqsirləndirilən şəxs1 baş mühəndis olan Şahid4 çağırıb müqavilə tərtib etməsini istədi. Şahid4 arxası ilə də mən otağı tərk edib idarəni gəzməyə başladım. Otaqları gəzib geri Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olduqda gördüm ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 xahiş edir ki, “Müqaviləni əvvəlki tarixə bağlayaq, onsuzda sizdə orda çoxdandır ki, xidmət aparırsınız”. Mən içəri keçdikdən sonra Təqsirləndirilən şəxs1 Şahid4 çağıraraq müqaviləni oktyabr ayına tərtib etməsini istədi və bildirdi ki, “Onsuzda biz orada xidmət göstəririk, həm də ki, Təqsirləndirilən şəxs2 iki ayın pulunu ödəyəcək və bizim büdcəmizə vəsait daxil olacaq”. Bundan sonra Şahid4 müqaviləni tərtib edərək geri gətirdi. Təqsirləndirilən şəxs2 müqaviləyə imza atdı və cibindən çıxartdığı möhürlə möhürlədi. Daha sonra Təqsirləndirilən şəxs1 imzalayaraq möhür vurdu. Bundan sonra biz idarədən çıxaraq avtomobillə geri qayıtdıq”.Təqsirləndirilən şəxs2 isə bu deyilənləri təkzib edərək Şahid5 üzünə dedikləri ilə razı olmadığını, Şahid5 geri tarixə müqavilə bağlanılmasını xahiş etmədiyini, həmçinin Təqsirləndirilən şəxs1 xidməti otağında olarkən onunla arasında Şahid5 qeyd etdiyi tərzdə söhbətin olmadığını, müqaviləni götürüb imzalayıb möhürlədiyini və müqavilənin geri tarixə bağlanmasında maraqlı olmadığını qeyd etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 13 mart 2024-cü il tarixli, 11 saylı üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə demişdir ki, “təxmini olaraq 2023-cü ilin dekabr ayının ilk günlərində, günün ikinci yarısında idarənin baş mühəndisi Şahid4 xidməti otağıma gələrək bildirdi ki, “Lerik rayon İcra Hakimiyyətinin işçisi Şahid5 ona zəng vuraraq Vizəzəmin bələdiyyəsi ilə məişət tullantılarının daşınması üçün müqavilə bağlanılmasını istəmiş və bununla bağlı olaraq idarəyə gəlmək istəyirlər”. Mən gəlmələrinə etiraz etmədim. Bu söhbətdən 5-10 dəqiqə sonra siz və Şahid5 idarəyə, iş otağıma gəldiniz. Otağa daxil olduqdan sonra siz bildirdiniz ki, Vizəzəmin bələdiyyəsi məişət tullantılarının daşınması üçün müqavilə bağlamaq istəyir. Bundan sonra mən baş mühəndis Şahid4 çağırıb müqavilə tərtib etməsini istədim. Şahid4 müqaviləni hazırlayıb gətirdi və mən imzalayıb sizə verdikdə siz tarixlə razılaşmayaraq bildirdiniz ki, müqavilənin tarixini oktyabr ayından istəyirsiniz. Mən bunun səbəbini soruşduqda mənə bildirdiniz ki, “həmin ərazidə yaşayan vətəndaşlarla sentyabr ayına bağlayıbsınız və orada xidmət göstərirsiniz”. Əlavə olaraq qeyd etdiniz ki, oktyabr və noyabr ayları üçün olan ödənişi edəcəksiniz. Bundan sonra mən Azərə 02 oktyabr tarixinə müqavilə tərtib etməsini bildirdim. Azər yeni müqaviləni gətirib verdikdən sonra ilk öncə özüm imza edərək möhürlədim. Daha sonra siz imzalayaraq möhürlədiniz. Dekabr ayının 7-də Vizəzəmin bələdiyyəsi tərəfindən müəssisənin hesabına 100 AZN pul köçürüldü”.Təqsirləndirilən şəxs2 isə bu deyilənlərlə qismən razı olduğunu qeyd edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 geri tarixə müqavilə bağlanılmasını xahiş etməmiş, müqavilənin geri tarixə bağlanmasında maraqlı olmamış, sadəcə olaraq tərtib edilmiş olan müqaviləni götürmək üçün getmiş, bələdiyyənin möhürü onda olduğundan oradaca onu imzalayıb, möhürləyib həmin müqaviləni götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 14 mart 2024-cü il tarixli, 12 saylı üzləşdirmə protokolundan görünür ki, Əliyev X11 Əlipənah Hüseynağa oğlunun üzünə demişdir ki, “təxmini olaraq 2023-cü ilin dekabr ayının ilk günlərində, günün ikinci yarısında idarənin baş mühəndisi Şahid4 xidməti otağıma gələrək bildirdi ki, “Lerik rayon İcra Hakimiyyətinin işçisi Şahid5, yəni Siz ona zəng vuraraq Vizəzəmin bələdiyyəsi ilə məişət tullantılarının daşınması üçün müqavilə bağlanılması üçün idarəyə gəlmək istəyirlər”. Mən gəlmənizə etiraz etmədim. Bu söhbətdən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs2 və siz idarəyə, iş otağıma gəldiniz. Otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 bildirdi ki, Vizəzəmin bələdiyyəsi məişət tullantılarının daşınması üçün müqavilə bağlamaq istəyir. Bundan sonra mən baş mühəndis Şahid4 çağırıb müqavilə tərtib etməsini istədim. Şahid4 müqaviləni hazırlayıb gətirdi və mən imzalayıb Təqsirləndirilən şəxs2 verdikdə, o, tarixlə razılaşmayaraq bildirdi ki, müqavilənin tarixini oktyabr ayından istəyir. Mən bunun səbəbini soruşduqda mənə bildirdi ki, “həmin ərazidə yaşayan vətəndaşlarla sentyabr ayına bağlayıbsınız və orada xidmət göstərirsiniz”. Bundan sonra mən Azərə 02 oktyabr tarixinə müqavilə tərtib etməsini bildirdim. Azər yeni müqaviləni gətirib verdikdən sonra ilk öncə özüm imza edərək möhürlədim. Daha sonra Təqsirləndirilən şəxs2 imzalayaraq möhürlədi. Siz Təqsirləndirilən şəxs2 ilə birlikdə mənim xidməti otağıma gələrək bu işin həll olunmasında maraqlı olduğunuzu göstərmişsiniz. Siz mənə hərhansı bir söz deməmisiniz, lakin İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsi olduğunuzdan sizin gəlməyiniz belə mənim üçün bir xahiş kimi qəbul edilmişdir”.Şahid5 Hüseynağa oğlu isə bu deyilənləri təkzib edərək Təqsirləndirilən şəxs1 üzünə dedikləri ilə razı olmadığını bildirərək sonuncunun üzünə demişdir ki, “2023-cü ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2 xidməti otağıma gələrək Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi ilə Vizəzəmin bələdiyyəsi arasında məişət tullantılarının daşınması üçün müqavilə bağlamaq istəyinin olduğunu bildirdi. Mən müqavilə bağlamaq üçün həmin müəssisəyə müraciət etməli olduğunu dedim. Təqsirləndirilən şəxs2 həmin idarədən heç kimi tanımadığını və mənim tanıdığım şəxs varsa ona zəng etməyimi istədi. Mən əvvəldən tanıdığım, həmin müəssisənin baş mühəndisi olan Şahid4 zəng vuraraq Vizəzəmin bələdiyyəsinin müqavilə bağlamaq istəyinin olmasını bildirdim. Şahid4 müqavilə üçün idarəyə müraciət edilməli olduğunu bildirdi. Mənim telefon danışığım zamanı Təqsirləndirilən şəxs2 məndən müqavilənin geri tarixə bağlanılmasının mümkünlüyü barədə soruşmağımı istədi. Şahid4 vermiş olduğum həmin suala yox cavabı verdi. Telefon danışığı bitdikdən sonra Təqsirləndirilən şəxs2 bildirdim ki, müqavilə bağlamaq üçün müəssisəyə getməlisən. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin müəssisənin yerini tanımadığını və onunla getməyimi xahiş etdi. Mən ilk öncə bunu istəməsəm də təkidlə məndən xahiş etdi və 10 dəqiqə vaxtımın gedəcəyini bildirərək təkidinə davam etdi. Məndə məcbur qalıb razılaşdım. Biz Təqsirləndirilən şəxs2 avtomobili ilə birlikdə Kommunal Müəssisələr İstehsalat birliyinə gəldik. İçəri daxil olub birbaşa olaraq sizin xidməti otağınıza gəldik. Salamlaşdıqdan sonra bir müddət ümumi mövzulardan söhbət etdik. Söhbət əsnasında Təqsirləndirilən şəxs2 sizə bildirdi ki, Vizəzəmin bələdiyyəsi məişət tullantılarının daşınması üçün “Kommunal Müəssisələr İstehsalat birliyi” ilə müqavilə bağlamaq istəyir. Bundan sonra siz baş mühəndis olan Şahid4 çağırıb müqavilə tərtib etməsini istədiniz. Şahid4 arxası ilə də mən otağı tərk edib idarəni gəzməyə başladım. Otaqları gəzib geri sizin xidməti otağınıza daxil olduqda gördüm ki, Təqsirləndirilən şəxs2 sizdən xahiş edir ki, “Müqaviləni əvvəl ki tarixə bağlayaq, onsuzda sizdə orda çoxdandır ki, xidmət aparırsınız”. Mən içəri keçdikdən sonra siz Şahid4 çağıraraq müqaviləni oktyabr ayına tərtib etməsini istədiniz və bildirdiniz ki, “Onsuzda biz orada xidmət göstəririk, həmdə ki Təqsirləndirilən şəxs2 iki ayın pulunu ödəyəcək və bizim büdcəmizə vəsait daxil olacaq”. Bundan sonra Şahid4 müqaviləni tərtib edərək geri gətirdi. Təqsirləndirilən şəxs2 müqaviləyə imza atdı və cibindən çıxartdığı möhürlə möhürlədi. Bundan sonra biz idarədən çıxaraq avtomobillə geri qayıtdıq. Əgər mənim həmin müqavilənin bağlanılmasında hər hansı bir marağım olsa idi müqavilə bağlanılan vaxtı sizin xidməti otağınızı tərk etməzdim, həmçinin sizə müqavilənin geri tarixə bağlanılması üçün hərhansı təkid göstərərdim. Mən sadəcə olaraq Təqsirləndirilən şəxs2 idarənin yerini tanımadığı üçün onunla sizin idarəyə gəlmişəm. Mən sizdən hər hansı bir şey xahiş etməmişəm”.Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid5 üzünə dedikləri ilə razılaşaraq qeyd etmişdir ki, “ilk öncə qeyd etdiyim kimi Şahid5 Təqsirləndirilən şəxs2 ilə birlikdə mənim xidməti otağıma gələrək bu işin həll olunmasında maraqlı olduğunu düşünmüşəm, lakin halhazırda dediklərinə əsasən qeyd edə bilərəm ki, bu fikirimdə yanılmışam. Çünki həmin zaman o, mənə hərhansı bir söz deməmiş və hərhansı bir təkid göstərməmişdir”. Cinayət işi materiallarına əlavə edilmiş 15 mart 2024-cü il tarixli, 13 saylı üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Şahid2 üzünə demişdir ki, “xx.xx.2023cü il tarixdə siz və Rəhman məktəbə gələrək məni və həyat yoldaşım Şahid7 saat 15:00da polis şöbəsində, rəisin qəbulunda olmamızı istədiniz. Mən səbəbini soruşduqda bildirdiniz ki, yeni rəisimiz belə tapşırıq verib. Bundan sonra mən etiraz etməyərək saat 15:00-da polis şöbəsində oldum. Mən sizə zəng vurub bu barədə xəbər verdikdə mənə dediniz ki, “İradə xanım avtomobildə gözləsin, siz özünüz isə gəlin”. Şöbəyə daxil olub, sizin xidməti otağınızda 1 saata yaxın olaraq gözlədim. Daha sonra tanımadığım polis kapitanı olan bir nəfər şəxs məni öz xidməti otağında qəbul etdi. O mənə bildirdi ki, “rəis 2 aydan çoxdur ki, rayona gəlibdir, siz niyə gəlib onunla görüşməmisiniz”. Məndə cavab olaraq bildirdim ki, gəlmişəm və indi gedib görüşərəm. Həmin polis kapitanı təkidlə məndən soruşdu ki, görüşüb nə edəcəksən. Mən ona izah edici cavab verməyib sadəcə olaraq bildirdim ki, yeni xidməti ilə bağlı olaraq təbrik edəcəm sadəcə. Daha sonra məni həmin polis kapitanı 2-ci mərtəbədə olan rəis müavini kimi mənə təqdim edilən digər polis əməkdaşının yanına apardı. Həmin polis əməkdaşıda mənə eyni məzmunda suallar verdi. Həmin şəxsində suallarına eyni cavabları verdiyimdən, həmin şəxs bizimlə sağollaşdı. Bundan sonra ilk olaraq görüşmüş olduğum polis kapitanı “rəisə məruz edim, gəlirəm” dedi. Təxmini olaraq 15-20 dəqiqə sonra həmin polis kapitanı geri gələrək məni rəisin otağına apardı. Polis rəisini təbrik etdim. 3-5 dəqiqə söhbət etdikdən sonra sağollaşdıq. Şöbəni tərk edib avtomobilə doğru gedərkən siz mənə zəng vuraraq gözləməyimi xahiş etdiniz. Yanıma gəlib mənə rəisə 2000 manat pul verməli olduğumu dediniz. Mən isə cavabında sizə dedim ki, mənim gücüm 500 manata çatır. Siz bununla razılaşmayaraq mənə bildirdiniz ki, ən azı 1500 manat. Əgər bu pulu verməsən bələdiyyəyə cərimə protokolu yazılacaqdır. Məndə əsəbləşib, dediklərinizə etiraz edib nə istəyirsinizsə də etməyinizi dedim və avtomobilimə əyləşərək oranı tərk etdim. 02 noyabr 2023-cü li tarixdə siz yenidən məktəbə gələrək mənə bildirdiniz ki, “1500 manatı verməlisən”. Mən yenədə razılaşmadım və sizdən zibil olan ərazini mənə göstərməyi tələb etdim. Siz öz mobil telefonunuzu açaraq orada olan külli miqdarda yığılmış zibillərin fotosunu bizə göstərdiniz. Bundan sonra Şahid7 və mən birlikdə həmin əraziyə getdik. Siz telefonunuzda göstərmiş olduğunuz şəkillərdə əks olunan zibillərini yerləşdiyi yeri bizə göstərə bilmədiniz. Həmin axşam bir neçə tanışım mənə zəng vuraraq “oxu.az” sosial xəbər portalında Vizəzəmin bələdiyyəsi ilə bağlı xəbər olduğunu dedi. Həmin portalı açdıqda örgəndim ki, bələdiyyəyə “Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi”-nə görə inzibati protokol tərtib olunmuşdur. Bundan sonra Şahid7 polis şöbəsinə teleqram yazsa da, məktub ünvanlasa da, DİN-nin 102 “XZM”-ə müxtəlif tarixlərdə (5 dəfə) zəng vursa da tərtib edilmiş protokol bizə təqdim edilmədi. 13 noyabr 2023-cü il tarixdə siz və Rəhman adlı polis əməkdaşı yenidən məktəbə gələrək bələdiyyənin sədri Şahid7 ilə görüşüb 2-ci inzibati protokol tərtib edəcəyinizi bildirdiniz. Həmin günü yenidən bələdiyyəyə eyni məzmunda, heç bir araşdırılma aparılmadan protokol yazdınız”.Şahid2 isə bu deyilənləri təkzib edərək Təqsirləndirilən şəxs2 üzünə dedikləri ilə razı olmadığını bildirərək sonuncunun üzünə demişdir ki,“Xidməti vəzifəmlə əlaqədar olaraq 01 noyabr 2023-cü il tarixdə Lerik rayonun müxtəlif ərazilərində polis əməkdaşı Şahid1 ilə birlikdə reydlər keçirmişəm. Keçirmiş olduğum reydlər əsasında Lerik Rayonu, Vizəzəmin bələdiyyəsinə aid torpaq sahəsində məişət tullantılarının olmasını aşkar etmişik. Həmin məişət tullantılarının qalaqlanmasını fotoçəkiliş vasitəsi ilə qeyd etmişik. Aşkar etmiş olduğumuz məişət tullantıları ilə bağlı olaraq Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 müəllim kimi fəaliyyət göstərdiyi Lerik rayonu, Hamarmeşə kənd tam orta məktəbinə getdik. Orada bizi Şahid7 həyat yoldaşı olan siz qarşıladınız. Biz vəziyyəti izah etdikdən sonra inzibati icraatı davam etdirmək məqsədi ilə, izahatlarının alınması üçün sizi və həyat yoldaşınızı rayon polis şöbəsinə dəvət etdik. Həmin günün ikinci yarısı siz və Şahid7 idarəyə gəldiniz. Siz polis rəisi ilə görüşmək istəyinizin olmasını bildirdiniz. Mən sizə subardinasiya qaydalarına ciddi riayət olunduğunu bildirərək mənim sizi birbaşa rəisin qəbuluna aparmaq ixtiyarımın olmamasını izah etdim. Bundan sonra siz otağı tərk etdiniz və üzərindən bir müddət keçdikdən sonra geri qayıtdınız. Həmin dövr ərzində sizin nə etdiyinizi bilmirəm. Şahid7 qadın olduğundan və səhhətində narahatlıq hiss etdiyindən şöbəyə daxil olmamışdır. Bu səbəbdəndə avtomobildə əyləşmişdir. Mən də onun izahtının alınması məqsədi ilə şöbəni tərk etmiş olan sizə zəng vurub gözləməyinizi xahiş etmişəm. Şöbənin giriş qapısının yanında Şahid7 izahatını alıb sizi yola salmışam. Həmin izahat zamanı və ya izahatdan sonra mən sizdən heçnə tələb etməmişəm. 02 noyabr 2023-cü il tarixdə məktəbə getməyimə səbəb isə 01 noyabr 2023-cü il tarixdə Şahid7 səhhəti yaxşı olmadığından (təzyiqi qalxdığından) və izahat verərəkən yorulduğundan həmin günü protokolu tərtib edə bilməməyim olmuşdur. 13 noyabr 2023-cü il tarixdə məktəbə getməyimizə səbəb şöbəyə daxil olmuş şifahi əməliyyat məlumatı olmuşdur. Həmin protokolu isə Şahid1 tərtib etmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən sizdən hərhansı bir maddi nemət tələb etməmişəm və Vizəzəmin bələdiyyəsinə qarşı qərəzli şəkildə inzibati protokol tərtib etməmişəm. Əlavə olaraq həmin tarixlər də eyni qaydada Piran bələdiyyəsinə də inzibati protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 sizin izahatınızda göstərmiş olduğunuz xüsusatlar tamamilə yalan və böhtan xarakterlidir. Biz yenidən noyabrın ayının ortalarında həmin əraziyə gedib yenidən videoçəkilişlə baxış keçirdib yeni protokol tərtib edərək aidiyyəti üzrə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə yollamışıq. 02 noyabr 2023-cü il tarixdə siz ərazini özünüz görmək istəyinizin olmasını bildirdiniz və biz birlikdə həmin əraziyə getdik. Ərazidə olan məişət tullantılarını görüb siz özünüzü və bələdiyyəni müdafiə etmək məqsədi ilə fərqli-fərqli bəhanələr gətirməyə başladınız. Bundan sonra Şahid1 protokolu tərtib etdi, lakin Şahid7 protokola imza etməkdən imtina etdi və o da, müvafiq qeydlər apararaq protokolu tərtib etdi. Protokol tərtib olunarkən tam şəkildə araşdırma aparılmışdır. Əlavə olaraq onuda qeyd edim ki, 01 noyabr və 13 noyabr 2023cü il tarixlərində Şahid7 barəsində protokollar tərtib edilərkən siz və ya həyat yoldaşınız Vizəzəmin bələdiyyəsinin Lerik rayon Kommunal Müəssisələr və İstehsalat birliyi ilə müqaviləsinin olması ilə bağlı olaraq heç bir məlumat verməmişsiniz. Lakin daha sonra isə müqavilənin ortaya çıxması rayon polis şöbəsində müqavilənin sonradana əldə olunmasına əsaslı şübhələr yaratmışdır. Bildirmək istəyirəm ki, əgər Vizəzəmin bələdiyyəsinin Lerik rayon Kommunal Müəssisələr və İstehsalat birliyi müqaviləsi olsa idi siz bizə protokol tərtib olunarkən bununla bağlı məlumat verərdiniz”. Cinayət işi materiallarına əlavə edilmiş 29 mart 2024-cü il tarixli, 14 saylı üzləşdirmə protokolundan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs2 üzünə demişdir ki, “2023-cü ilin dekabr ayının ilk günlərində günün ikinci yarısı istifadəmdə olan ***-***-**-** saylı mobil nömrəyə Lerik rayon İcra Hakimiyyətindən tanıdığım Şahid5 tərəfindən zəng gəldi. Telefonda danışarkən Şahid5 mənə bildirdi ki, “Vizəzəmin bələdiyyəsi sizin müəssisə ilə tullantıların daşınmasına görə müqavilə bağlamaq istəyir”. Məndə əgər istəyirlərsə, müəssisəyə gəlib müqavilə bağlaya biləcəklərini qeyd etdim. Daha sonra Şahid5 mənə dedi ki, “Müqaviləni əvvəlki tarixə bağlamaq istəyirlər”. Mən bunun mümkün olmadığını bildirdim. Şahid5 müəssisənin rəhbəri Təqsirləndirilən şəxs1 müəssisədə olub-olmadığını soruşdu, mən olduğunu qeyd etdim və telefon danışığımız bitdi. Telefon danışığından təxmini olaraq 10 dəqiqə sonra otağın pəncərəsindən gördüm ki, siz və Şahid5 idarəyə gəldiniz. Siz idarəyə daxil olduqdan təxminən 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs1 məni otağa çağıraraq Vizəzəmin bələdiyyəsi ilə müqavilə bağlamaq lazımdır dedi. Otağı tərk edərkən soruşdum ki, müqavilə kimin adına olacaq?. Siz bildirdiniz ki, “Şahid7 adına olacaq” və mən otağı tərk etdim. Müqaviləni həmin günün tarixinə və 20 saylı protokol nömrəsi ilə tərtib edib yenidən Təqsirləndirilən şəxs1 xidməti otağına getdim. Müqaviləni Təqsirləndirilən şəxs1 təqdim edib otağı tərk etdim. Təxmini olaraq 5-6 dəqiqə sonra yenidən məni Təqsirləndirilən şəxs1 otağına çağırdı. Təqsirləndirilən şəxs1 mənə bildirdi ki, müqaviləni geri tarixə tərtib et. Mən buna etirazımı bildirdik də siz üzünüzü Təqsirləndirilən şəxs1 tutaraq bildirdiniz ki, “Əşi nə var ey orda, onsuzda oranının tullantılarını siz daşıyırsınız, oktyabr ayından bağlayaq məndə oktyabrdan etibarən verməli olduğum pulu hesaba köçürdərəm”. Bundan sonra Təqsirləndirilən şəxs1 mənə müqaviləni dəyişməyi bildirdi. Mən xidməti otağıma gedib müqavilənin tarixini 02 oktyabr 2023-cü il tarixə tərtib edib geri gətirdim və yenidən otağıma getdim. Siz və Şahid5 müəssisəni tərk edərkən Təqsirləndirilən şəxs1 məni çağırıb müqaviləni mənə verdi. Müqavilənin hər iki tərəfinin imza yerində imza və möhür var idi. Dekabr ayının 7-də Vizəzəmin bələdiyyəsi tərəfindən müəssisənin hesabına 100 AZN pul köçürüldü”. Təqsirləndirilən şəxs2 isə bu deyilənləri təkzib edərək Şahid4 üzünə dedikləri ilə razı olmadığını, Şahid5 geri tarixə müqavilə bağlanılmasını xahiş etmədiyini, həmçinin Təqsirləndirilən şəxs1 xidməti otağında olarkən onunla arasında Şahid4 qeyd etdiyi tərzdə söhbətin olmadığını, müqaviləni götürüb imzalayıb möhürlədiyini və müqavilənin geri tarixə bağlanmasında maraqlı olmadığını qeyd etmişdir. Cinayət işi materiallarında olan 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Lerik Rayon İcra Hakimiyyəti zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarında olan 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş şəxs Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi qismində tanınmışdır. Cinayət işi materiallarında olan 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə istintaq olunan cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələrinə tövsif olunmuşdur. Cinayət işi materiallarında olan 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş məhkumluğa dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə DİN-nin vahid məlumat axtarış sistemində məlumat aşkar olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş məhkumluğa dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Lerik Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Lerik rayon icra qrupunun rəhbəri, böyük icra məmuru Müştəba Abbasov tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, Lerik Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 04 oktyabr 2013-cü il tarixdə cəriməni tam olaraq dövlət büdcəsinə ödəmiş və onun barəsindəki hökm tam icra edilmişdir. Cinayət işi materiallarında olan Lerik rayon İcra Hakimiyyəti Başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına müdafiə tərəfinin vəsatəti əsasında əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən ünvan 11 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bələdiyyələrin məişət tullantılarının daşınması, bələdiyyə ərazisindən təmizlənməsi və yaxud məişət tullantılarının daşınmasını təmin etmək üçün hər hansı qurumla müqavilə bağlamaq kimi öhdəliyinin olub-olmaması barədə sorğunuza baxılmışdır. Bildirilir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər yerli ekoloji proqramlara daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2012ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə əsasən məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi, istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlərin görülməsi və tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasının təmin edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 may il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi barədə Qaydaları”na əsasən məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, aidiyyəti qurumlar, həmçinin müqavilə əsasında tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər. Həmin Qaydaların 10.5-ci bəndinə görə bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, habelə əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş xəstəliyinə dair sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xəstəliyinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs1 02 dekabr 2023-cü il tarixdə Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyinə gələn Lerik rayon Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 həyat yoldaşı Təqsirləndirilən şəxs2 oktyabr və noyabr aylarının tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün olan ödənişi Vizəzəmin bələdiyyəsi adından rayon Kommunal Müəssisələr İstehsalat Birliyinin hesabına 2023-cü ilin oktyabr və noyabr aylarının hər biri üçün 50 manat köçürəcəyi barədə təklifini qəbul edib, həmin tarixdə, Arzuman Əsədullayev küçəsi, № 1 ünvanında yerləşən Lerik Kommunal Müəssisələr İstehsalat birliyindəki xidməti otağında 2 ay əvvəlki tarixə, 02 oktyabr 2023-cü il tarixli, 20 saylı müqavilə bağlayaraq vəzifəli şəxs qismində sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Təqsirləndirilən şəxs2 isə Vizəzəmin bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi arasında 02 dekabr 2023-cü il tarixdə 2 ay əvvəlki tarixə Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 adının qarşısından sonuncunun imzasına oxşadaraq imza etməklə və özündə olan Vizəzəmin bələdiyyəsinə məxsus möhürlə möhürləməklə 02 oktyabr 2023-cü il tarixli, 20 saylı müqavilə bağladıqdan sonra həmin müqaviləni Lerik rayon Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 vermiş, Şahid7 da həmin tarixdə Təqsirləndirilən şəxs2 ona vermiş olduğu 02 oktyabr 2023-cü il tarixli, “Müqavilə №20” saylı müqaviləni 02 dekabr 2023-cü il tarixli, 47/1 nömrəli məktubla 1 saylı RETSİ-yə ünvanlayaraq tərtib ediləcək inzibati xəta haqqında protokoldan irəli gələcək olan bələdiyyənin öhdəliklərinin icrasından azad olmaq istəmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi də Vizəzəmin bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi arasında məişət tullantılarının daşınması ilə bağlı xx.xx.2023-cü il tarixli 20 nömrəli müqavilə bağlanmasına istinad edərək xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolları Lerik rayon Polis şöbəsinə geri qaytarmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 02 dekabr 2023-cü il tarixdə Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyinə gələn Lerik rayon Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 həyat yoldaşı Təqsirləndirilən şəxs2 oktyabr və noyabr aylarının tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün olan ödənişi Vizəzəmin bələdiyyəsi adından rayon Kommunal Müəssisələr İstehsalat Birliyinin hesabına 2023-cü ilin oktyabr və noyabr aylarının hər biri üçün 50 manat köçürəcəyi barədə təklifini qəbul edib, həmin tarixdə, Arzuman Əsədullayev küçəsi, № 1 ünvanında yerləşən Lerik Kommunal Müəssisələr İstehsalat birliyindəki xidməti otağında 2 ay əvvəlki tarixə, 02 oktyabr 2023-cü il tarixli, 20 saylı müqavilə bağlayaraq vəzifəli şəxs qismində sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir.İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 01 noyabr və 13 noyabr 2023-cü il tarixlərdə Lerik rayon Vizəzəmin bələdiyyəsi ərazisində olan məişət tullantılarının daşınmasının və zərərsizləşdirilməsinin təşkil edilməməsi səbəbindən Azərbaycan Respublikası İXM-in 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılan araşdırma nəticəsində Lerik rayonu, Vizəzəmin bələdiyyəsi barədə yarana biləcək öhdəliklərdən yayınmaq məqsədi ilə 02 dekabr 2023-cü il tarixdə Arzuman Əsədullayev küçəsi, № 1 ünvanında yerləşən Lerik Kommunal Müəssisələr İstehsalat birliyinin rəisi Təqsirləndirilən şəxs1 xidməti otağına gələrək Vizəzəmin bələdiyyəsinin adından Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyinin hesabına 2023-cü ilin oktyabr və noyabr aylarının hər biri üçün 50 manat köçürəcəyini vəd edərək müəssisənin rəisi Təqsirləndirilən şəxs1 ilə razılaşmış və həmin tarixdə 2 ay əvvəlki tarixə, Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 adının qarşısından sonuncunun imzasına oxşadaraq imza etmiş və özündə olan Vizəzəmin bələdiyyəsinə məxsus möhürlə möhürləməklə 02 oktyabr 2023-cü il tarixli, 20 saylı müqavilə bağlayaraq, yəni hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi gələcəkdə Vizəzəmin bələdiyyəsinin xeyrinə istifadə edilməsi məqsədi ilə qanunsuz hazırlamışdır. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 noyabr 2019-cu il tarixli qərarından görünür ki, göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir.Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir.Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir.Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir.Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir.Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər:- hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma;- hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama;hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma.Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.Bununla yanaşı qeyd edilməlidir ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədləri qanunsuz hazırlama dedikdə belə vəsiqə və ya digər rəsmi sənədləri hazırlama hüquq olmayan şəxs tərəfindən onları hazırlama və ya buna hüququ olsa da, qanunvericiliklə müəyyən edilmiş qaydaya, formaya və ya məzmuna uyğun olmayan vəsiqə və ya rəsmi sənədin hazırlanması başa düşülməlidir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Subyektiv cəhətdən isə cinayət birbaşa qəsdlə törədilir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır. Məhkəmə müdafiə tərəfinin “müqavilənin əvvəlki tarixə imzalanmasında məqsəd hər hansı öhdəlikdən yayınmaq deyil, Kommunal Müəsissələr İstehsalat Birliyinə pul köçürmək olması” barədə göstərmiş olduğu xüsusatlara münasibət bildirirək qeyd edir ki, Haşımov X4 bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi arasında 02 dekabr 2023-cü il tarixdə 2 ay əvvəlki tarixə, Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 adının qarşısından sonuncunun imzasına oxşadaraq imza etməklə və özündə olan Vizəzəmin bələdiyyəsinə məxsus möhürlə möhürləməklə 02 oktyabr 2023-cü il tarixli, 20 saylı müqavilə bağladıqdan sonra həmin müqaviləni Lerik rayon Vizəzəmin bələdiyyəsinin sədri Şahid7 vermiş, nəticədə Şahid7 həmin tarixdə Təqsirləndirilən şəxs2 ona vermiş olduğu 02 oktyabr 2023-cü il tarixli, “Müqavilə №20” saylı müqaviləni 02 dekabr 2023-cü il tarixli, 47/1 nömrəli məktubla 1 saylı RETSİ-yə ünvanlayaraq tərtib ediləcək inzibati xəta haqqında protokoldan irəli gələcək olan bələdiyyənin öhdəliklərinin icrasından azad olmaq istəmişdir.Cinayət işi üzrə alınmış ifadələrin, tərtib edilmiş üzləşdirmə protokollarının və istintaq materiallarına əlavə edilmiş sübutların cinayət işi ilə əlaqəli təhlili onu göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinin dispozisiyasında göstərilən hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama cinayətinin tərkib əlamətləri olmuşdur. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Vizəzəmin Bələdiyyəsinin sədri Şahid7 ilkin nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Vizəzəmin bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi arasında məişət tullantılarının daşınması ilə bağlı xx.xx.2023-cü il tarixli 20 nömrəli müqavilə bağlanmasına istinad edərək xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolları Lerik rayon Polis şöbəsinə geri qaytarmaqla öz məqsədinə nail olur. Bundan başqa Lerik polis şöbəsində Vizəzəmin Bələdiyyəsinə qarşı İXM-nin 271-ci maddəsinin tətbiq edilməsi ilə bağlı aparılmış araşdırma zamanı Bələdiyyənin sədri Şahid7 Vizəzəmin bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələri İstehsalat Birliyi arasında məişət tullantılarının daşınması ilə bağlı hər hansı bir müqavilənin var olub–olmaması ilə bağlı heç bir məlumat verməmişdir. Məhkəmə müdafiə tərəfinin “bələdiyyənin zibil daşımaq kimi bir öhdəliyinin olmaması və bu əsasda bələdiyyənin müqavilə bağlamaq kimi bir vəzifəsinin olmaması” barədə göstərmiş olduğu xüsusatlara münasibət bildirirək aşağıdakıları qeyd edir. “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 10-cu maddəsinin (Yaşayış və istirahət yerlərinin təmizliyinə görə cavabdehlik) 5-ci bəndinin tələbinə əsasən Bələdiyyələr tərəfindən: - bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması; - əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilmişdir ki; Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X6 Komitəsi-23 may 2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin qərarı ilə ləğv edilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır) tərəfindən həyata keçirilir. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət daxildir. Həmin qanunun 17-ci maddəsində göstərilmişdir ki; Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət qanunvericilikdə müəyyən olunan qaydada ictimai birliklər, əmək kollektivləri və vətəndaşlar (əhali) tərəfindən həyata keçirilir. Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir. Məhkəmə həmçinin onu da vurğulamaq istəyir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 noyabr 2019-cu il tarixli qərarında formalaşdırdığı mövqe ondan ibarətdir ki, “Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir”. Bundan başqa “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsində göstərilmişdir ki, “Bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri müqavilələr əsasında qurulur”. Həmin Qanunun 37-ci maddəsində göstərilmişdir ki, “Bələdiyyələr öz maddi və maliyyə vəsaitlərindən istifadə edilməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, sosial infrastruktur obyektlərinin tikintisi və təmiri, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi çıxış edə bilərlər”. Məhkəmə qeyd edilənlərdən belə bir nəticəyə gəlir ki, bələdiyyə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda öz maddi və maliyyə vəsaitlərindən istifadə edilməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi və sair xidmətlərin göstərilməsi müqabilində digər hüquqi və fiziki şəxslərlə müqavilələr bağlaya bilər və bu müqavilədən əmələ gələn hüquq və öhdəliklərə sahib ola bilər. Məhkəmə müdafiə tərəfinin “Lerik rayon kommunal istehsalat birliyindən müqavilənin götürülməsini, müqavilənin imzalanmasını və möhürlənməsini Lerik rayon icra hakimiyyətində işləyən məsul şəxs Şahid5 Hüseynağa oğlunun göstərişi ilə icra etməsi” barədə göstərmiş olduğu xüsusatlara münasibət bildirirək aşağıdakıları qeyd edir. Cinayət işinin istintaq materialları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2 Lerik rayon icra hakimiyyəti başçısı aparatının ərazi, idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahid5 Hüseynağa oğlunun xidməti otağın gedərək Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi ilə Vizəzəmin bələdiyyəsi arasında məişət tullantılarının daşınması üçün müqavilə bağlamaq istəyinin olmasını bildirmişdir. Şahid5 müqavilə bağlamaq üçün Təqsirləndirilən şəxs2 həmin müəssisəyə müraciət etməli olduğunu bildirdikdə Təqsirləndirilən şəxs2 həmin idarədən heç kimi tanımadığını və Şahid5 tanıdığı şəxs varsa ona zəng etməyini istəmişdir. Şahid5 əvvəldən tanıdığı, həmin müəssisənin baş mühəndisi olan Şahid4 zəng vuraraq Vizəzəmin bələdiyyəsinin müqavilə bağlamaq istəyinin olmasını bildirmiş, Şahid4 müqavilə üçün idarəyə müraciət edilməli olduğunu qeyd etmişdir. Şahid5 telefon danışığı zamanı Təqsirləndirilən şəxs2 ondan müqavilənin geri tarixə bağlanılmasının mümkünlüyü barədə soruşmağını istəmiş, Şahid4 verilmiş olan həmin suala “yox” cavabı vermişdir. Telefon danışığı bitdikdən sonra Təqsirləndirilən şəxs2 həmin müəssisənin yerini tanımadığını qeyd edərək Şahid5 onunla birlikdə həmin idarəyə getməyini təkidlə xahiş etmişdir. Bundan sonra onlar birlikdə Lerik Rayon Kommunal Müəssisələr İstehsalat birliyinə getmişlər. Təqsirləndirilən şəxs1lə görüşüb söhbət etdikdən bir müddət sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, “Vizəzəmin bələdiyyəsi məişət tullantılarının daşınması üçün Kommunal Müəssisələr İstehsalat birliyi ilə müqavilə bağlamaq istəyir”. Bundan sonra Təqsirləndirilən şəxs1 baş mühəndis olan Şahid4 çağırıb müqavilə tərtib etməsini istəmişdir. Şahid4 ardınca da Şahid5 otağı tərk edib idarəni gəzməyə başlamışdır. Otaqları gəzdikdən sonra Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olduqda görmüşdür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 xahiş edir ki, “Müqaviləni əvvəlki tarixə bağlayaq, onsuzda siz də orada çoxdandır ki, xidmət aparırsınız”. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 2 ayın pulunu ödəyəcəyi barədə etmiş olduğu təklifi qəbul edərək geri tarixə müqavilə bağlanılmasına razılıq vermişdir.Göstərilən xüsusatla bağlı aparılmış istintaq zamanı Şahid5 Vizəzəmin bələdiyyəsi ilə Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi arasında geri tarixə müqavilə bağlanılmasında hər hansı qanunsuz hərəkətlərinin olması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edib peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, xəstəliyinin olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan hər hansı hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xaraktrizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan hər hansı hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, törədilmiş cinayət vəzifəli şəxs tərəfindən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildilsədə, lakin təqsirləndirlən şəxsin əməlini etiraf etməsi, əməlindən peşman olmasını, yaşlı və xəstə olmasını və müsbət xarakterizə olmasını nəzərə alaraqtəqsirləndirilən şəxsə CM-nin 46.2ci maddəsinin tələbi baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsinə zərurət görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə,Təqsirləndirilən şəxs1 əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə gəlir gətirən şəxsi olmasını, xəstəliyinin olmasını, həmçinin təyin ediləcək əlavə cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ona görədə məhkəmə Təqsirləndirilən şəxs1 əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Təqsirləndirilən şəxs2verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cüiltarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cərimə cəzası təyin ediməldir. Cəzanın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona cərimə cəzası təyin edilməlidir. Cəzanın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, cinayət işi üzrəmaddi sübut kimi tanınınmış Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi ilə Rayon müəssisə və təşkilatlarla bağlanmış müqavilələr iş materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Maddi sübut kimi tanınmış Lerik rayon Kommunal Müəssisələr İstehsalat birliyi ilə Rayon müəssisə və təşkilatlarla bağlanmış müqavilələr iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-2/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-2/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver