Məhkəmə qərarları › İş №1(048)-20/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-20/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-20/2024 06.03.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 09:40 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1993-cü ildə Lerik rayon Amburdərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Amburdərə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 07 oktyabr 2023-ci il tarixdə Lerik şəhəri Nizami küçəsində yerləşən «Elvin» şadlıq sarayında keçirilən X3 toy məclisinin gedişi zamanı, saat təxminən 16 radələrində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib toy məclisində iştirak edən həmkəndlisi Zərərçəkmiş şəxs qolunu onun atası Sucəddin Abdullayevin boynuna salaraq yaxından söhbət etməsini görüb onlara yaxınlaşaraq heç bir səbəb olmadan qəsdən başı ilə Zərərçəkmiş şəxs sifətinə bir zərbə vurub ona burun sümüyünün yerinidəyişməyən sınığı və burun nahiyəsində qançırla nəticələnən sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla toy məclisinin normal gedişini təxminən 30 dəqiqədən artıq müddətə pozaraq xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Amburdərə kəndində yaşamaqla heç yerdə işləmir, atası Sucəddinin himayəsində yaşayır, Əmrah əmisi Şirəlinin oğludur, Zərərçəkmiş şəxs Azər Əkbərov həmkəndliləridir, onları və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. 07 oktyabr 2023-cü il tarixdə əmisi Şirəli oğlu Əmrahın toy məclisini Lerik şəhərində yerləşən «Elvin» şadlıq sarayında keçirtmişdir, toy məclisi saat 13:00-da başlanmışdır. Toy şənliyində iştirak etmiş, qonaqlara siprtli içki verilməmişdir. Lakin spirtli içki içən şəxslər şadlıq saraynda alıb istifadə etmişlər. Toy məclisinin gedişi zamanı saat 14 radələrində həmkəndlisi Azər Rüstəmov əmisi Şirəlinin Cəlilabad rayonunda yaşayan qızı Xədicəyə qarşı kobud hərəkət etdiyinə görə Şirəli Azəri toydan qovan zaman Zərərçəkmiş şəxs Azərin tərəfkekeşliyini etdiyi üçün Şirəli ilə qısa müddət mübahisəsi olmuş və bitmişdir. Şənlikdə işlədiyi zaman Rizvan ona yaxınlaşıb «sən mənim atamı nə üçün itələyib ona kodublq etmisən», Rizvana atasını itələmədiyini və ona kodudluq etmədiyini demiş, Rizvan ondan ayrılaraq toy məclisinin keçirildiyi zalda stolda oturmuş, bundan təxminən 15-20 dəqqə sonra Rizvanın kənddə yaşayan və toy məclisində iştirak etməyən qardaşı Rahib ona zəng edib ona «sən nə üçün atamı itələyib ona kobudluq etmisən, Rahibə atanızla heç bir işim olmamışdır» demiş, Rahib telefonda onu söyərək təhqir etmiş, lakin ona əhəmiyyət verməyib zala daxil olmuş, Zərərçəkmiş şəxs onun atası Sucəddinlə stolda oturub söhbət etdiklərini görüb Rizvana yaxınlaşaraq ona «qardaşın Rahib zəng edib məni söyür, mənə nə söyüş deyirsə özünə qayıtsın» demiş, Rizvan ayağa duraraq üzərinə gəlmiş və onu vuracağını düşünüb başı ilə sifətinə bir dəfə zərbə vurmuş, məclis iştirakçılarından bir neçə nəfər və atası Sucəddin onları ayırmış, Rizvanı zaldan kənara çıxartmışlar, ona zaldan kənara çıxmasına imkan verməmişlər, bu mübahisəyə görə toy şənliyinin normal gedişi pozulmuş və təxminən 30 dəqiqə davam etmiş, bundan təxminən bir saat sonra Lerik RPŞ-nin əməkdaşları şadlıq sarayına gəlib onu şöbəyə dəvət etmişlər, Zərərçəkmiş şəxs onun haqqında ərizə yazdığını bilmiş, hadisədən sonra Zərərçəkmiş şəxsla barışmışdır. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxslərlə barışmış, dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik rayonunun Anburdərə kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olarq heç yerdə işləmir, təsərrüfatla məşğul olub ailəsini dolandırır. Bayram atası, Şirəli, Sucəddin Abdullayev qardaşları və Azər həmkəndliləridir, onlarla münasibəti yaxşıdır, aralarında ziddiyyət olmamış, onları və ailə üzvlərini tanıyır, 07 oktyabr 2023-cü il tarixdə Şahid2 Lerik şəhərində yerləşən «Elvin» şadlıq sarayında oğlu Əmraha təşkil etdiyi və saat 13:00 da başlanan toy şənliyinə atası Bayramla birlikdə dəvət olunduğuna görə şənlikdə itirak etmişdir. Belə ki, 07 oktyabr 2023-cü il tarixdə həmkəndliləri Vazeh və Sədail ilə Lerik şəhəində yerləşən Elvin şadlıq sarayında keçiriləcək Əmrahın toy məclisində iştirak etmək üçün Lerik şəhərinə gəlib və saat 13-də şadlıq sarayına daxil olaraq Vazeh, Azər, Sədail və Rəşadla bir stolda oturmuşlar, qonaqlara spirtli içki verilməmişdir. Spirtli içki içmək istədiklərinə görə özləri alıb stola qoyaraq qəbul edib yemək yemişlər. Toy məclisinin gedişi zamanı atası Bayram da məclisə gələrək onların stoluna oturub yemək yeyərək onlarla bir qədər spirtli içki qəbul etmişlər. Bundan sonra stolların üstü təmizlənmiş, çay çifariş etmişlər, toy məclisi axarı ilə davam etmiş, toy məclisinin gedişi zamanı saat təxminən 16 radələrində oturduğu yerdən durub şənliyin keçirildiyi zaldan bayıra çıxdığı zaman Sucəddinin oğlu Vüsalın pilləkəndə atası Bayramın yaxasını tutub pillələrlə yuxarı itələdiyini görüb qışqıraraq Vüsala nə üçün atasını itələdiyini soruşmuş, Vüsal səsini eşidən kimi atasını buraxmış, oradan zala qayıdıb qapının önundə dayanan Sucəddinə yaxınlaşıb əlini onun boynuna salaraq «Sucəddin əmi sənin uşağın mənim atama qarşı nə üçün kobudçuluq edir», Sucəddin «qələt edir» demiş, həmin anda Təqsirləndirilən şəxs öndən ona yaxınlaşaraq başı ilə burun nahiyəsinə bir dəfə zərbə vuraraq qaçaraq məclisdə iştirak edən qadınların arasına girmiş, zərbədən sonra burnundan qan axmağa başlamış, bundan sonra atası ilə zaldan kənara saraya giriş qapısına gəlmiş, Şirəli və yaxın qohumları onun üzərinə gəlmiş, atası onların qarşısın alıb geri qaytarmış, bütün qonaqlar ayaq üstə bir-birinə qarışmış, həmin vaxt Lerik RPŞ-nin 2 əməkdaşı ora gəlib onu və atasını, həmçinin onlardan sonra Vüsalı, atasını və əmisini şöbəyə aparmışlar. Təsvir etdiy hadisə nəticəsində toy məclisi təxminən 5-10 dəqiqə müddətində pozulmuş, polis şöbəsinə getdikdən sonra toy məclisinin pozulubpozulmadığını bilməmişdir. Təsvir etdiyi hadisənin hansı səbəbdən baş verdiyini bilmir. X1 deməsini Şahid2 Azəri məclisdən qovmasını görməmiş və eşitməmişdir. Həmçinin göstərmişdir ki, Azərlə aralarında mübahisə yaranmamış, Şirəlinin arvadı Zəminəni halının pisləşdiyini görməmişdir. Təqsirləndirlən şəxslə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirlən şəxsə qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərməklə təqsirləndirlən şəxsə qanunamüvafiq qaydada köməklik edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu əlavə ifadəsində göstərmişdir ki, 07 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində həmkəndlisi Əmrahın toy məclisinin gedişi zamanı fizoloji təminatımı ödəmək üçün zaldan kənara çıxıb pillələrlə sanitar qovşağa getdiyi zaman Təqsirləndirilən şəxslə pilləkəndə rastlaşmış, sonuncu ona «Azər Şirəlinin qızına söz demişdir, Şirəli onu toydan qovmuş, oğlunuz Rizvan isə onun tərəfini saxlamışdır» demiş, Vüsala bu işlərdən xəbəri olmadığını demiş, Vüsal ona yaxınlışaraq yaxasından tutmaq istəmiş, onu kənara itələyib yoluna davam etmiş, Vüsal həmin vaxt onu söyməmiş və ona qarşı heç bir fiziki zor tətbiq etməmiş, bununla bağlı ondan şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik rayonunun Amburdərə kəndində yaşamaqla heç yerdə işləmir, Əmrah oğludur, himayəsində yaşayır, Sucəddin qadaşı, Rizvan Mməmədov həmkəndlisidir, onu və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. 07 oktyabr 2023-cü il tarixdə oğlu Əmrahın toy məclisini Lerik şəhərində yerləşən «Elvin» şadlıq sarayında keçirtmiş, toy məclisi saat 13:00-da başlanmışdır. Toy məclisinə qohumlarını, dostlarını, tanışlarını və həmkəndlilərini dəvət etmişdir. Toy məclisi 07 oktyabr 2023-cü il tarixdə, saat 13:00-da başlanaraq axarı ilə davam etmiş, Zərərçəkmiş şəxs toya dəvət etməmiş, lakin onun atası Bayramı dəvət etmişdir. Buna baxmayaraq toy şənliyi başlanan anda Rizvan şadlıq sarayına gəlmiş, onu qarşılamış, toy məclisinə gələn həmkəndliləri Azər, Vazeh, Sədail, Rəşad və xatırlamadığı digər şəxslərlə bir stolda oturmuş, toy məclisində iştirak edən qonaqlara spirtli içki verməmiş, lakin spirtli içki qəbul edən şəxslər şadlıq sarayında satılan spirtli içkilərdən alıb istifadə etmişlər. Toy məclisinin gedişi zamanı saat təxminən 15 radələrində Bayram da toyə gəlib oğlu Rizvanın oturduğu stolda oturaraq yemək yeyib spirtli içki qəbul etmiş, toy məclisinin gedişi zamanı Azər, Rizvan və digər həmyaşıdları rəqs etmişlər, onların rəqsi uzun çəkdiyinə görə Bayrama rəqs edən şəxsləri otuzdurmağı demiş, sonuncu rəqs edən şəxsləri otuzdurduqdan sonra digər qonaqlar rəqs etmişlər, az vaxtdan sonra Zərərçəkmiş şəxs bayırdan şadlıq sarayına daxil olduğunu və hündürdə «atamı nə üçün Vüsal itələyir» demiş, onun qarşısına çıxaraq onu sakitləşdirmək istəmiş, qardaşı Sucəddin və başqaları onu sakitləşdirib kənara çıxartmışlar, lakin Rizvan təkrar şadlıq sarayına daxil olub qışqıraraq Vüsal nə üçün onun atasını itələdiyini demiş, onu ikinci dəfə şadlıq sarayından kənara çıxartmışlar. Bundan sonra mətbəxə getmiş, az vaxtdan sonra arvadı Zəminənin huşunu itirməsini eşidib mətbəxdən kənara çıxaraq Zəminənin şadlıq sarayın qarşısında yerə uzandığını görüb dərhal X7 Şöbəsinə zəng etmiş, TTY avtomobili gələrək Zəminəni avtomobilə götürüb xəstəxanaya aparmış, özü də xəstəxanaya getmiş, Vüsal şadlıq sarayın mətbəxində artıq qalan yeməkləri və ərzaqı yığmaqla məşğul olmuş, təxminən 30 dəqiqədən sonra şadlıq sarayına qayıtmış, toyda iştirak edən qonaqları bayırda şadlıq sarayın qarşısında görmüş, polis əməkdaşları orada olmuşlar. Hansı hadisənin baş verdiyini soruşmuş, xatırlamadığı bir neçə nəfərdən Zərərçəkmiş şəxs sərxoş olduğuna görə onu polis şöbəsinə aparmalarını öyrənmiş, toy məclisi pozulmuş, davam etdirmək mümkün olmamış, polis əməkdaşları onu və qardaşı Sucəddini polis şöbəsinə dəvət etmişlər, polis şöbəsinə gəlmiş və inzibati binanın həyətində Rizvanla rastlaşmış, Rizvan onu görən kimi qışqıraraq «Vüsal mənim atamı nə üçün itələmişdir» demiş, daha sonra bilmişdir ki, Rizvan ərizə yazıb Vüsalın onu döyməsi barədə polisə müraciət etmişdir. Qardaşı oğlu Vüsalın Rizvanla şadlıq sarayında dalaşdığını, onun sifətinə başı ilə zərbə vurduğunu görməmişdir. Şahid3 Maqsud oğlunun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik rayonunun Amburdərə kəndində yaşamaqla heç yerdə işləmir, Sucəddinin, Əmrah, Şirəli və Rizvan həmkəndliləridir, onları və ailə üzvlərini tanıyır, aralarında ziddiyyət olmamışdır. 07 oktyabr 2023-cü il tarixdə Şirəli oğlu Əmrahın toy məclisini Lerik şəhərində yerləşən «Elvin» şadlıq sarayında keçirtmiş, toy məclisi saat 13:00-da başlanmışdır. Toy şənliyində şəxsən iştirak etməklə həmkəndliləri, Vazeh, Rəşad, Rizvan, Azər və digər xatırlamadığı şəxslərlə bir stolda oturmuş, toyda iştirk edən qonaqlara siprtli içki verilməmiş, lakin spirtli içki içən şəxslər şadlıq sarayında alıb istifadə etmişlər. Özləri də spirtli içki alıb stolda qəbul etməyə başlamışlar, təxminən 1 saatdan sonra həmkəndlisi Bayram da məclisə gəlib onların stoluna oturaraq yemək yeyib bir qədər spirtli içki qəbul etmiş, məclisin gedişi zamanı rəqs etmişlər, bundan sonra şadlıq sarayında toy şənliyinin keçirildiyi zalın girişində dayandığı vaxt Rizvanın zalın girişində əlini Sucəddinin boynuna salıb söhbət etdiyi zaman Vüsalın onlara yaxınlaşdığını başı ilə Rizvanın sifətinə zərbə vuruaraq qaçıb qadınların arasına girdiyini görmüş, Rizvanın burnunda qan axmağa başlamış, bundan sonra toy məclisində iştirak edənlər tam olaraq Rizvanın vurulduğu yerə gəlmişlər. Şirəli və qohumları Rizvanın üzərinə getmişlər, lakin orada olan Sucəddin və Bayram onları sakitləşdirmiş, bundan sonra Lerik RPŞ-nin əməkdaşlırı həmin yerə gəlib Rizvanı, daha sonra isə Vüsalı polis şöbəsinə aparmışlar, toy məclisi pozulmuşdur. Zərərçəkmiş şəxsla Əmrahın toy məclisinin gedişi zamanı bir stolda oturaraq yemək yemiş, Azərlə Rizvan arasında heç bir narazılıq və mübahisə yaranmamış, toy məclisinin gedişi zamanı Rizvan Azərlə heç bir narazılıq yaratmamış və mübahisə etməmişdir. Şirəlinin arvadı Zəminənin halının pisləşdiyini görməmiş, bu barədə məlumatı yoxdur. Lənkəran rayonolararası MTE və PA zona mərkəzinin 14 oktyabr 2023-cü il tarixli, 86 saylı rəyindən görünür ki, 14 oktyabr 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün yerini dəyişməyən sınığı, burun nahiyəsində qançır kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə . yəni bərk küt əşya ilə (kəllə) vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 7- 8 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Kələxan kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Kələxan kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017, 2018 və 2020-ci il təvəllüdül üç azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Belə ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət əməli hesab olunur. Azərbaycan Respublikası Konstitusiyanın 130-ci maddəsinin 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Belə ki, müvafiq qərara əsasən xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Həmin qərara əsasən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarın 2-ci bəndində göstərilmişdir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Ona görə də o,həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini CM-nin 59.1.13-cü, sonda əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2023-cü il tarixədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də Təqsirləndirilən şəxs islah işləri cəzası təyini zamanı CM-nin 69.3-cü maddəsinin tələbi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Hökmün icrası Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdən 29 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətinə islah işləri cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 11 ( on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar