Məhkəmə qərarları › İş №1(048)-21/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-21/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-21/2024 31.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat:10:50-də Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1979-cu ildə Lerik rayon Barzavu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Lerik rayonunun Barzavu kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 2023-cü ilin iyul ayının ortalarında əlində meşə buraxılış orderi və ağacın kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan yaşadığı Barzavu kəndinə yaxın məsafədə yerləşən, 1 saylı X2 Mərkəzinin Lerik rayonu üzrə Lerik meşəbəyliyinin 5 a saylı meşə dolayısında odunluq növünə aid 01 ədəd 88 sm d-də, 5,94 kub metr həcmində fıstıq cinsindən kök üstə yaş ağacı özündə olan matorlu mişarla qanunsuz kəsib doğrayaraq meşə sahəsindən aparmaqla Dövldət meşə fonduna 1263,79 (bir min iki yüz altmış üç mant yetmiş doqquz qəp) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Barzavu kəndində yaşayan əhali mavi yanacaqla təmin olunmasına baxmayaraq çörəyi təndirdə bişirir, buna görə də oduncaqdan yanacaq kimi istifadə edir. Təndirdə çörəçk bişirmək üçüun lazıim olan çırpını yaşadığım kəndi əhatə edən meşə sahəsindən gətirir. Barzavu kəndini əhatə edən meşə sahələrini bir tərəfdən Sipyəreğon kənd sakini Şahid1 digər tərəfdən isə Günəşli kənd sakini Şahid2 mühafizə edirlər. Evində istifadə etdiyi mavi yanacağın sərfiyatı əsasən qış aylarında artır, aylıq ödəniş üçün maddi imkanı olmadığına görə oduncanq mavi yanacaqdan daha ucuz başa gəldiyinə görə məcbur olub meşədən oduncaq gətirib qış aylarında evi qızdırmaq və təndirdə çörək bişirən zaman yanacaq kimi istifadə edir. Meşədən oduncaq tədarük ilə bağlı maddi imkanı olmaldığına görə 2023-cü ildə meşə buraxılış orderini ala bilməmiş, 2023-cü ilin iyul ayının təxminən 14-də meşə sahəsinə gedib özündə olan matorlu mişarla 01 ədəd fıstıq cinsindən ağacı kəsib doğrayaraq hazırlayandan sonra, yəni 16 iyul 2023-cü il tarixdə, səhər saat təxminən 06 radələrində hava işıqlanan zaman qardaşı Bəybala ilə birlikdə 3 baş ulaxla meşə sahəsinə gedib qanunsuz kəsib doğradığı ağacın oduncağını ulaxlara yüklədiyi zaman meşə gözətçisi Zaur yanına gəlib onu yaxalamış, buna görə barəsində akt tərtib ounmuşdur. Hazırda etdiyi əməldən peşimandır, meşə fonduna vurulmuş ziyanın altı yüz manatını ödəmiş qalan ziyanıda ödəyəcəkdir. Təqsirləndirilən şəxs sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, Lənkəran şəhərində yaşamaqla 1 saylı X2 Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir. Lerik rayonunun Barzavu kənd sakini Təqsirləndirilən şəxs tanımır, onunla düşmənçilik və ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs 1 saylı X2 mərkəzinin Lerik rayonu üzrə Lerik meşəbəyliyinin 5 a saylı meşə dolaysının ərazisində qanunsuz ağac kəsməsi barədə 01 avqust 2023-cü il tarixdə mərkəzin əməkdaşları tərəfindən tərtib olunmuş akt üzrə müvafiq araşdırma aparıb X4 vurulmuş ziyanın məbləği müəyyən olunaraq toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 259-cu maddəsinin tərkibi yarandığına görə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Məlum olmuşdur ki, həmin ağacı Lerik rayonunun Barzavu kənd sakini Təqsirləndirilən şəxs qanunsuz kəsmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən X4 vurulmuş ziyan tam ödənilmədiyindən qalıq ziyan təqsirləndirlən şəxsdən tələb olunur. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayonunun Sipyəreğon kəndində yaşamaqla 2017-ci ildən hazıra kimi Lerik meşəbəyliyin 5 A saylı meşə dolayısının gözətçisi işləyir. Mühafizə etdiyi meşə sahəsi Lerik rayonunun Sipyəreğon, Kıncıvo və Barzavu kəndlərinin əhatəsində yerləşir. Barzavu kənd sakinləri Təqsirləndirilən şəxs və qardaşı Bəybalanı tanıyır, onlarla ziddiyyəti olmamış və olmamışdır. 2023-cü ilin iyul ayının 14-15-də şəxsiyyətini bildirmək istəmədiyi şəxs Barzavu kənd sakinləri Təqsirləndirilən şəxs qardaşı Bəybalanın gecə vaxtı meşəyə gedib odun daşımaları barədə ona məlumat vermişdir. Onları bir gecə güdmüşdür, növbəti gecə, yəni 2023-cü ilin iyul ayının 15-dən 16-na keçən gecə onları qonşu 5 saylı meşə dolayısının gözətçisi Şahid2la güddüyü zaman mühafizə etdiyi meşə sahəsinin Barzavu kəndinə yaxın ərazisində matorlu mişarın səsini uzaqdan eşidərək həmin istiqamətə getmiş, Qəhrəman isə onunla gəlməyib meşəyə girişdə onu gözləmiş, matorlu mişarın səs gələn yerə çatana kimi ağacın kəsilib yerə yıxıldığını səsdən bilmiş, ağac kəsilən yerə gəlmiş, Təqsirləndirilən şəxs əlində matorlu mişar kəsdiyi ağacı hissələrə böldüyünü, qardaşı Bəybalanın ona kömək etdiyini görmüş, Zəfərə və Bəybalaya yaxınlaşaraq ağacı nə üçün kəsdiklərini soruşmuş, Zəfər ona «biz dolana bilmirik, məcbur olub kəsmişəm» demiş, Təqsirləndirilən şəxs kəsdiyi ağaca baxmış, bir ədəd iri diametrdə fıstıq cinsindən ağacı kəsmələrini görmüş, onlara meşədən çıxmalarını demiş, Zəfər və Bəybala ona əhəmiyyət verməyib ağacın hissələrindən onun yanında doğrayıb özləri ilə meşəyə gətirdikləri 4 baş ulaxa yükləyib aparmışlar, tək olduğuna görə onu döyə biləcəklərini düşünüb və qorxaraq qarşısını ala bilməmiş, onların hərəkətləri ilə bağlı 16 iyul 2023-cü il tarixdə məlumat yazıb mərkəzin direktoruna təqdim etmiş, 01 avqust 2023-cü il tarixdə Lerik meşəbəyliyin meşəbəyisi Şahid3 həmin əraziyə gələrək Təqsirləndirilən şəxs qardaşı Bəybala ilə kəsdiyi ağacın dib kötüyünü ona təqdim etmiş, həmin vaxt ağacın tam doğranılıb aparılmasını görmüş, Şahid3 ağacın dib kötüyünü ölçmüş, məlum olmuşdur ki, 01 ədəd, 88 sm d-də odunluq növünə aid fıstıq cinsindən ağacı qanunsuz kəsib aparmışlar. Tərtib olunmuş akta özü və yanıında olan Şahid2 imza etmişlər. Məhkəmə iclasında şahid qismində didnirlmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu izahat verdi. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik rayonunun Xanəgah kəndində yaşamaqla 2020-ci ildən hazıra kimi 1 saylı X2 Mərkəzinin Lerik rayonu üzrə Lerik meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. Lerik meşəbəyliyin 5 A saylı meşə dolayısının gözətçisi Şahid1 işləyir. Şahid1 16 iyul 2023-cü il tarixdə mərkəzin direktoruna məlumat yazıb mühafizə etdiyi dolayıda Lerik rayonunun Barzavu kənd sakini Təqsirləndirilən şəxs və qardaşı Bəybala tərəfindən 01 ədəd fıstıq cinsindən ağacı kəsməsi və doğraması barədə bildirmişdir. Həmin məlumat üzrə araşdırmanın aparılması ona həvəla olunmuşdur. Bir neçə gün meşə sahəsinin digər ərazilərində olduğuna görə 01 avqust 2023-cü il tarixdə Şahid1 və qonşu meşə doldayısının gözətçisi Şahid2la birlikdə 5 a saylı meşə dolayısına getmiş, Şahid1 ona 01 ədəd fıstıq cinsindən ağacın dib kötüyünü təqdim edərək həmin ağacın Barzavu kənd sakini Təqsirləndirilən şəxs kəsdiyini, qardaşı Bəybala ilə doğrayıb apardığını demişdir. Həmin ağacın dib kötüyünü ölçmüş, məlum olmuşdur ki, 01 ədəd, 88 sm d-də odunluq növünə aid fıstıq cinsindən ağac, 2023-cü ilin iyul ayının ortalarında qanunsuz kəsilmiş və doğranılaraq meşə sahəsindən aparılmışdır. Həmin ağacın dib kötüyünə istifadəsində olan N-061 damğamı vuraraq akt tərtib etmiş, aparılmış hesablama zamanı məlum olmuşdur ki, həmin ağacın qanunsuz kəsilməsinə görə meşə fonduna 1263,79 manat ziyan vurulmuşdur. Tərtib etdiyi aktı tədbir görülməsi üçün müəssisə rəhbərliyinə təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Lerik meşəbəyliyinin 5 a saylı meşə dolayısının ərazisində 01 ədəd fıstıq cinsindən ağacın qanunsuz kəsilməsi barədə tərtib olunmuş 01 avqust 2023-ci il tarixli akt və akta əlavə edilmiş hesablama cədvəli hazırda qüvvədə olan təlimat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın tələbinə əsasən düzgün tərtib olunmuşdur. Qanunsuz kəsilmiş ağacın diametrinə uyğun cərimə ziyanı 30 saylı qərarın 7 saylı əlavəsinə əsasən hesablanmışdır. Lerik meşəbəyliyinin 5 a saylı meşə dolayısının ərazisində 2023-cü ilin iyul ayının ortalarında odunluq növünə aid fıstıq cinsindən 88/72 sm d-də 01 ədəd 5,94 kub metr həcmidə, 25,79 manat dəyərində ağac qanunsuz kəsilmiş və X4 ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı ilə birlikdə ümumilikdə 1263,79 manat məbləğində ziyan vurulmuşdur. Təqsirkar şəxsdən 1263,79 (bir min iki yüz altmış üç manat yetmiş doqquzqəpik) manat tələb olunur. Cinayət işinin istinaq materiallarında olan akt və hesablama cədvəlindən görünür ki, kəsilmiş ağacın diametri 88 sm-dir, cinsi fıstıqdır, həcmi 5,94 kub metrdir, qanunsuz kəsilməsinə görə cərimə ziyanı ilə birlikdə X4 1263,79 manat məbləğində ziyan vurulmuşdur. Beləliklə rəy verilməsi üçün təqdim olunmuş yoxlama aktları və cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələrindən, həmçinin digər rəsmi sənədlərdən görünür ki, 1 saylı X2 Mərkəzinin Lerik meşəbəyliyinin 5 a saylı meşə dolayısının ərazisində 2023-cü ilin iyul ayının ortalarında odunluq növünə aid Fıstıq cinsindən 88/72 sm d-də 01 ədəd 5,94 kub metr həcmidə, 25,79 manat dəyərində ağac qanunsuz kəsilmiş və X4 ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı ilə birlikdə ümumilikdə 1263,79 manat məbləğində ziyan vurulmuşdur. Həmin ziyandan 600 (altı yüz) manat ödənilmiş qalıq 663.79 (altı yüz altımış üç manat yetmiş doqquz qəpik) ziyan təqsirləndirlən şəxsdən tələb olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Blaband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 25437, 13400 və 16886 nömrəli ödəniş qəbzlərinin surətlərindən görünür ki, X4 600 (altı yüz) manat ziyan ödənilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayətdə onun rolunu, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə təqsirli bilinib islah işləri cəzasını təyin etməyi, eyni zamanda CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı İxtiyar Cənnətov tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə Lənkəran X2 Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı İxtiyar Cənntov tərəfindən verilmiş mülki iddia təmin edilməli, Lənkəran X2 Mərkəzinə vurulmuş və ödənilməmiş 663.79 (altı yüz altımış üç manat yetmiş doqquz qəpik) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Lənkəran X2 Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, X4 vurulmuş və ödənilməmiş 663.79 (altı yüz altımış üç manat, yetmiş doqquz qəpik) ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Lənkəran X2 Mərkəzinin fondunun hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar