Məhkəmə qərarları › İş №1(048)-21/2025

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-21/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-21/2025 19.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi Lənkəran Vəkil bürosunun vəkili – X3 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Lənkəran rayonu, Haftonu qəsəbəsi, Talışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Talışlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, 2024-cü ilin mart ayının istintaqla dəqiq müəyyən olunmamış günündə və yerdə istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi ilə 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,381qram, 4,736 qram və 4,425 qram olmaqla orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan ümumi təmiz çəkisi -14,562 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla Lerik şəhərinə daşıyaraq Lerik şəhər sakini Şahid2 satmışdır. Məhkəmə iclasında videokonfrans vasitəsilə dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Lənkəran rayonunun Haftonu qəsəbəsi Talışlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, şəxsi VAZ-2107 markalı, 10 MB-797 nömrəli avtomobili vardır, özü sürüb taksi fəaliyyəti ilə məşğul olur, əvvəllər nəşədən, yəni narkotik vasitə marixuanadan istifadə etmiş, son illərdə istifadə etmir. Saxlanılan zaman nə onun üzərində, nədəki maşınında narkotik vasitə aşkar olunmamışdır. O, Şahid2 heç bir narkotik vasitə satmamışdır. Şahid2 ona guya narkotik vasitənin pulu olaraq ödəniş terminalından göndərdiyi pula dair isə qeyd edir ki, o, Şahid2 əməliyyat olan zaman 500 (beş yüz) manat borc vermiş, Şahid2 da həmin pulun 300 (üç yüz) manatını əlbəəl ona vermiş, qalan 200 (iki yüz) manatını isə ödəniş terminalı vasitəsilə onun kart hesabına göndərmişdir. O, pulu Şahid2 2022-ci il tarixdə vermiş, hər dəfə pulu istədikdə Vaqif ona imkanı olanda pulu qaydaracağını bildirmiş, lakin pulu istəməsinə dair Vaqiflə hər hansı bir yazışması olmamış, onu gördükdə şifahi olaraq borcunun qaytarılmasını istəmişdir. Həmçinin ibtidai istintaq zamanı Şahid2 narkotik vasitə satması barədə verdiyi ifadəsini polis əməkdaşlarının ona fiziki zor tətbiq etdiklərinə görə verdiyini bildimişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkmə iclasında verdiyi izahatına tənqidi yanşaraq hesab edir ki, həmin ifadələr özünü müdafiə xaraktei daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı (cinayət işinin 74-75-ci vərəqində) vəkili X4 iştirakı ilə dindirlən zaman bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Lənkəran rayonunun Haftou qəsəbəsi Talışlı kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Şəxsi VAZ-2107 markalı, 10 MB-797 nömrəli avtomobili vardır, özü sürüb taksi fəaliyyəti ilə məşğul olur. Əvvəllər nəşədən, yəni narkotik vasitə marixuanadan istifadə etmişdir. Son illərdə istifadə etmir. Narkotik vasitədən istifadə etməsə də tanıyır, yaşaıdğı ərazidə «Bulaq kafesi var. Həmkəndlilərindən icarəyə götürüb mövsümdə işlədirlər. 2022-ci ilin təxminən sentyabr ayında Bulaq kafesinin ətrafında gəzdiyi zaman meşənin ətəyində kol-kosların arasında 01 ədəd çətənə koluna rast gəlmiş, həmin çətənə kolun hündürlüyü təxminən 2 metr olardı, yarpaları tam üstündə idi. Çətənə bitkisindən nəşə kimi istifadə olunmasını bildiynə görə həmin çətənə kolunun yarpaqlarını dərib qurudaraq gələcəkdə satmaq məqsədi ilə bütöv yerdən çıxardıb kənd qəbristanlığının yaına gətirib həmin ərazidə olan ağacdan asmış, 3-4 gün ərizində yarpaqları quruduqdan sonra yarpaqlarını dərmiş və plasmas bankaya yığmışdır. Həmin çətənə bitkisinin qurumuş yarpaqlarını yığdığı plasmas bankanı qəbristanlığın yaxınlığında qumun altında gizlətmişdir. Bundan sonra həmin marixuananı satmaq üçün məsuliyyətdən qorxub müştəri axtarmamışdır. 2024-cü ilin fevral ayında Lerik şəhər sakini tanışı Şahid2la rastlaşmış və onunla söhbət zamanı ona demişdir ki, bədəni ağrayır, ona nəşə lazımdır ara-bir istifadə edir. Lənkəranda tanışlarında olar, ona demişdir ki, o, nəşə ilə məşğul olmur. Lakin Vaqif onunla söhbət edərkən demişdir ki, özü nəşədən istifadə edir tapa bilirsənsə tap alıram. Ona inanmış və özündə olan qurutduğu mariuxanadan ona satmaq qərarınpa gəlmişdir. Bu görüşdən təxminən 3-4 gün sonra Vaqif ona zəng editb demişdir ki, nəşə tapdın ya yox. Vaqifə demişdir ki, danışarıq. Bundan sonra özündə olan yəni meşənin ətəyində bitmiş çətənə bitki kolundan yığaraq qurutduğu marixuananı 10 kibrit qutusunu doldurub 2024-cü ilin taxminən mart ayının əvvəlində idarə tediyi avtomaşınla Lerik şəhərinə gətirib 01 ədəd kibrit qutusu dolu marixuananı 50 manata qiymətləndirib Şahid2 satmışdır. Şahid2 satdığı 10 ədəd kitbrit qutusu dolu mrixuananın pulu cəmi 500 manat təşkil etdi. Vaqif həmin puldan 300 manat ona nağd vermiş, 200 manatını borclu qalmışdır. O, X8 tərəfindən adına verilmiş istifadə etdiyi palstik kartın nömrəsini vermişdir. Vaqif borclu qaldığı 200 manatı 2024-cü ilin mart ayının 26-sı və yaxud da 27-də ona verdiyi plastik kartın hesabına keçirtmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-dəCAB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Lerik RPŞ-də CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik RPŞ-də bu vəzifəyə son vaxtlarda təyin olunduğuna görə rayon sakinlərini tanımır, hər hansı bir şəxslə düşmənçilk və ziddiyyəti olmamışdır. 28 mart 2024cü il tarixdə günün birinci yarısında Lerik şəhər sakini Şahid2 üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə ona mötəbər mənbədən məlumat daxil olmuş, bu məluatı dərhal şöbə rənhərliyinə məruzə edib tədbirin keçirilməsi üçün qəbul etdiyi qərar təsdiq olunduqdan sonra əməliyyat-axtarış tədbirlərin keçirilməsi ilə bağlı müvafiq əmrla qrupa daxil edilmiş Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Şahid1 ilə birlikdə Lerik şəhəri, Nizami küçəsində yerləşən bərbərxanada bərbər işləyən Şahid2 ətrafında əməliyyat tədbirlərini həyata keçirilmiş, 28 mart 2024-cü il tarixdə, saat 19 radələrində Şahid2 Lerik şəhəri Nizami küçəsində yerləşən «Buta» çay evinin qarşısında piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlayıb üzərində narkotik vasitə olması və daşıması ilə bağlı şübhəli olduğunu onlarla şöbəyə getməsini bildirmiş, bundan sonra Şahid2 Lerik RPŞ-nə gətirib üzərində şəxsi axtarışın aparılması üçün raportla şöbə rəhbərliyinə müraciət etmiş, Şahid2 üzərində şəxsi axtarışın aparılması Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Haldun Məmmədliyə həvalə olunmuş, 28 mart 2024-cü il tarixdə saat 19:55-dən saat 20:22-yə dək olan müddətdə Haldun Məmmədlinin xidməti iş otağında Şahid2 hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, Vaqif Abasovun üzərində şəxsi axtarış aparılarkən o, üzərində narkotik vasitənin olmasını etiraf etmiş və əynində olan gödəkcəsinin sol yan cibində 01 ədəd sellofan kəsiyin içində olan 03 ədəd kibrit qutusunu könüllü təqdim etmiş və həmin kibrit qutularında narkotik vasitə olduğunu demiş, Şahid2 təqdim etdiyi 03 ədəd kibrit qutularında tam dolu formada kəskin iyi olan narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunmuş, Şifahi sorğu zamanı Şahid2 həmin kibrit qutularında olan nəşəni son vaxtlarda Lənkəran şəhərində tanımadığı şəxsdən 300 (üç yüz) manata aldığını bitldirmiş, Şahid2 təqdim etdiyi kütlə qablaşdırılarq götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, Lerik RPŞ-də CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşayır. Lənkəran rayonu Talışlı kənd sakini Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs əsli Lerikdəndir və Lənkəran-Lerik marşrutu üzrə taksi fəaliyyəti göstərir. Dəfələrlə Təqsirləndirilən şəxs avtomobili ilə özü, həmçinin ailə üzvləri ilə birlikdə Lənkəran rayonuna getmişlər. Elmanla belə münasibəti yaranmışdır. Təqsirləndirilən şəxslə heç vaxt arasında narkotik vasitəylə bağlı danışıq olmamış, həmçinin Elmanın narkotik vasitə istifadə etməsi barədə heç bir məlumatı da olmamışdır. Həmin narkotik vasitəni Təqsirləndirilən şəxs almamışdır. 01 aprel 2024-cü il tarixli ifadəsi müstəntiq tərəfindən yazılmış, həmin ifadəni oxumadan imzalamışdır. İfadədə nə yazılması barədə ona deyilməmiş, birdə məhkəmədə ifadəsi ona elan olunduğu zaman həmin ifadəsində narkotik vasitəni Elmandan alması barədə ifadəyə qol çəkdiyini bilmiş və buna etiraz olaraq da məhkəmə iclaslarındakı çıxışlarında həmin hissəni, yəni narkotik vasitəni Elmandan aldığını təkzib etmişdir. Çünki belə bir şey olmamışdır. 2021-ci ildə bıçaqlandığı zaman əməliyyat üçün tanışı Təqsirləndirilən şəxs 500 manat pul borca almışdır. Həmin pulun 300 manatını hissə-hissə olmaqla geri qaytarmış, lakin 200 manatını isə qaytara bilməmişdir. 2024-cü ilin əvvəlində Elmanın anası və qardaşı ardarda rəhmətə getdiyindən Elman ondan pulunu istəmişdir. Borclu qaldığı 200 manat pulu 27 mart 2024-cü il tarixdə Lerik şəhərindən MilliÖn ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs kartına göndərmişdir. Həmin pulun narkotik vasitəyə heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Onlara şöbədə olunan hədəqorxular nəticəsində üzləşmə protokoluna imza etmişdir. İş materiallarında olan Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili, polis baş-leytenantı Şahin Məmmədov tərəfindən Lerik RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, İQ-un baş müstəntiqi polis polkovnikleytenantı Zeynal Allahverdiyevin əməliyyat tapşırığına əsasən, Lerik şəhər sakini xx.xx.1981-ci il təvəllüdlü Şahid2 narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə Lerik RPŞ-in əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Şahid2 üzərində aşkar olunmuş narkotik vasitəni tanışı Lənkəran rayonu, Kirov qəsəbəsində anadan olmuş, Lənkəran rayonu Talışlı kəndində qeydiyyatda olmaqla orada yaşayan xx.xx.1976-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs aldığı tərəfindən müəyyən olmuşdur.xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 14:00 radələrində Lerik rayonu Piran kəndi ərazisində saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdur. Odur ki, raportun aidiyyatı üzrə verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, 27 mart 2024-cü il tarixdə 14:46:21-də "xxxx" MMC, VÖEN **********, Lerik şəhəri Nizami küçəsi, “Rəşid” Marketdə yerləşən Milliön elektron ödəmə sistemi Terminal № 5149, “kapital Bank” xidmətləri nağd ödənişi A.S.A. N*****E*****A*****OĞLU, kartın nömrəsi: 5239915******6582, Məbləğ 200.00 (AZN), Əməliyyat № **********, KapitalKart 8-********** vasitəsilə ödəniş olunmuşdur. İş materiallarında olan 31 mart 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddələri ilə ittiham elan edilmişdir. İşmateriallarında olan Lerik Rayon Məhkəməsinin 4(048)-11/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-34/2024 sayıl, 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 4(048)-11/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X7 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 04 aprel 2024-cü il tarixli, 327 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Lənkəran ŞİB-nın Haftoni qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 03 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 1(048)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablanmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2025-ci il tarixli 1(106)329/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X4 apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair Lerik Rayon Məhkəməsinin 08 yanvar 2025ci il tarixli 1(048)-1/2025 nömrəli hökmü və həmin iş üzrə Lerik Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 1(048)-42/2025 nömrəli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işi birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılması və təqsirləndirilən şəxslər Şahid2 və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Həmçinin qərarda göstərilmişdir ki, mövcud qanunvericiliyə əsasən birinci instansiya məhkəməsinin müxtəlif şəxslər tərəfindən törədilmiş müxtəlif cinayət işlərinə eyni icraatda baxması, eyni zamanda məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərdən birinin müdafiəçisi olmadan işə baxılması və bunun nəticəsində təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması kimi kobud pozuntuya yol verdiyindən hesab edir ki, belə olan halda işə baxılması qeyri-mümkün olduğuna görə məhkəmənin hökmü və eyni zamanda, həmin məhkəmənin hazırlıq iclasının qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin birinci instansiya məhkəməsinə qaytarılmalması qərara alınmşdır. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 1(048)-1/2024 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Şahid2 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması və onun həbsdə saxlama müddəti 01 (bir) ay müəyyən edilməklə xx.xx.2025-ci il tarixədək müəyyən edilməsi, təqsirləndirilən şəxs Şahid2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməklə, dərhal həbsdən azad edilməsi və ev dustaqlığında saxlama müddəti 01 (bir) ay yəni xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarıda olan müdafiəçilər Müdafiəçi və X4 iştirakları ilə Şahid2 ilə Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, “qarşımda oturan şəxs Lənkəran rayonunun Haftonu kənd sakini Təqsirləndirilən şəxsdur, 10 ildir ki, onu tanıyıram, taksi fəaliyyəti ilə məşğul olur, onunla düşmənçiliyim və ziddiyyətim olmamış və yoxdur. İfadəmi sərbəst verib bildirirəm ki, xəstə olduğuma görə marixuanadan istifadə edirəm, özüm istifadə etmək üçün marixuana axtarıb tapanda Lənkəran şəhərində aryrıayrı vaxtlarda tanımadığım şəxslərdən alıb istifadə etmişəm. Təqsirləndirilən şəxs üzünüzə deyirəm ki, 2024-cü ilin əvvəlində Lənkəran şəhərində sizinlə görüşüb bir yerdə oturub söhbət etdik və özüm istifadə etmək üçün nəşə axtardığımı sizə dedim. Sizdən mənim üçün nəşə tapmağınızı xahiş etdim. Siz mənə dediniz ki, özümdə yoxdur axtararam, tapsam gətirib sənə verərəm. 2024-cü ilin mart ayının əvvəlində siz mənə zəng edib dediniz ki, Lerik şəhərinə sərnişin gətirmişəm səninlə görüşmək istəyirəm. Mən sizinlə Lerik şəhəri Nizami küçəsində avtomaşında görüşdüm. Siz mənim üçün 10 ədəd kibrit qutusu marixuana gətirmişdiniz, 01 ədəd kibrit qutusu dolu marixuananı 50 manata satdığınızı dediniz, mən sizinlə razılaşdım və üzərimdə olan 300 manatı sizə verdim sizdən 10 kibrit qutusu dolu marixuana aldım, 200 manat isə sizə borclu qaldım, siz mənə dediniz ki, haçan pul olsa göndərərsən. Hətta istifadə etdiyiniz kart nömrənizi mənə verdiniz. Sizdən aldığım 10 kibrit qutusu marixuananı siqaret kimi çəkib istifadə edirdim. Sizdən özüm istifadə etmək üçün aldığım marixuananın pulundan borclu olduğum 200 (iki yüz) manatı isə 27 mart 2024-cü il tarixdə, saat təxminən 14 radələrində Lerik şəhəri Nizami küçəsində yerləşən «Rəşid» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə sizin istifadə etdiyiniz kartın hesabına keçirtmişəm. Həmin qəbzi saxldadığıma görə ifadəmə əlavə etmişəm. Sizdən aldığım marixuanadan məndə qalmış 03 ədəd kibrit qutusunu cibimdə gəzdirdiyim zaman 28 mart 2024-cü il tarixdə saat 18 radələrində Lerik RPŞ-nin əməkdaşları tərəfindən yaxalanmışam. İfadələr sözlərimlə yazıldı, oxudum, əlavəm yoxdur, doğrudur”. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, “qarşımda oturan şəxs Lerik şəhər sakini Vaqifdir, 10 ildir ki, onu tanıyıram, aramızda düşmənçilik və ziddiyyətim olmamışdır. Şahid2 üzümə dediklərini eşitdim, üzünüzə deyirəm ki, mənə qaşı verdiyiniz ifadə ilə razıyam. Belə ki, siz məndən marixuana istədiyinizə görə sizə dedim ki, məndə yoxdur tapa bilsəm sizə çatdırararm. Bundan sonra özümdə olan yəni meşənin ətəyində bitmiş çətənə bitki kolundan yığaraq qurutduğum marixuanadan 10 kibrit qutusunu doldurub 2024-cü ilin təxminən mart ayının əvvəlində idarə etdiyim avtomaşınla Lerik şəhərinə gətirib sizə 01 ədəd kibrit qutusu dolu marixuananı 50 manatdan satdım. Siz mənə verməli olduğunuz 500 manatdan 300 manatını verdiniz, borclu qaldığınız 200 manatı isə 2024-cü ilin mart ayının 26-sı və yaxud da 27-də sizə verdiyim istifadəmdə olan kartın hesınabına keçirtdiniz. Şübhəli şəxs qismində dindirilərkən həyəcanlı olduğuma görə həqiqətə uyğun ifadə verməmişəm. Doğru olaraq bildirirəm ki, mən bir dəfə yəni 2024-cü ilin mart ayının əvvəlində 10 kibrit qutusu dolu marixuananı Lerik şəhərində tanışım Şahid2 500 (beş yüz) manata satmışam. Bundan əlavə Şahid2 və yaxud da digər şəxslərə marixuana və yaxud da digər növ narkotik vasitə satmamışam. İfadələr sözlərilə yazıldı, oxudum, əlavəm yoxdur, doğrudur”. Məhkəmə qeyd edir ki, 01 aprel 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxslə 2024-cü ilin mart ayının əvvəlində Lerik şəhərində Nizami küçəsində avtomaşında görüşdüklərini və Təqsirləndirilən şəxs 10 ədəd kibrit qutusu marixuananı 01 ədədi 50 (əlli) manat olmaqla razılaşdıqlarını və Şahid2 üzərində olan 300 (üç yüz) manatı Təqsirləndirilən şəxs verdiyini və ondan 10 kibrit qutusu dolu marixuananı aldığını, 200 (iki yüz) manat isə borclu qaldığını, onu da Təqsirləndirilən şəxs ona haçan pul olsa göndərə biləcəyini bildirmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 1(048)-20/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid2 2024-cü ilin mart ayının tanışı Lənkəran rayonu Talışlı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün, 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri, 5,381 qram, 4,637 qram və 4,425 qram olmaqla orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan ümumi təmiz çəkisi 14,562 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşığına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Lerik Rayon Polis Şöbəsi tərəfindən məhəkməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 12/3-12-95/2-10028/25 saylı məktubdan və məktuba əlavə edilmiş tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatın kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxsn xx.xx.2024-cü il tarixdə Lerik RPşin MSY-nə təhvil verilərkən bədənində xəsarətlər aşkar olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək narkotik vasitəni satması ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolu, ibtidai istintaq zamanı verdiyi ifadəsilə,ödəniş qəbzi, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin ibidai istintaq döyüldüyünü bildirsə də, lakin Lerik Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 12/3-12-95/2-10028/25 saylı məktubdan və məktuba əlavə edilmiş tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatın kitabından çıxarışdan onun döyülməsi təkzib olunur.Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 1(048)-20/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.İş üzrə maddi sübut kimi tanınmış və Lerik rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 14.412 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınmışdır. İş üzrə maddi sübut olan CD markalı 1 ədəd disk cinayət işinin matreallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan CD markalı 1 ədəd disk cinayət işinin matreallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vəapelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar