Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-22/2023 26.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:25 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1972-ci ildə Lerik rayonunun Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lerik rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən cəzası 02 il sınaq müddətinə şərti hesab olunmuş, işləməyən, Bakı şəhəri, Nizami rayonu Çobanzadə küçəsi, bina 25, mənzil 66-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun 1 saylı Lənkran-Astara regional filialında ştatdan kənar referend vəzifəsində işlədiyi müddətdə özgənin əmlakını öz qulluq mövqeyindən, həmçinin etibardan sui-istifadə edib dələduzluq yolu ilə ələ keçirmək məqsədilə qohumu, Lerik şəhər sakini 2021-ci ilin iyul ayına kimi ümumi xəstəliyinə görə pensiya almış Zərərçəkmiş şəxs dayandırılmış pensiya hüququnu bərpa etdirmək üçün sonuncunun yaşadığı evində ondan 2021-ci ilin noyabr ayının axırlarında 2700 manat və 2021-ci ilin dekabr ayının əvvəlində isə 2600 manat pul alıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5300 (beş min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla, uzun müddət Dövldət Sosial X5 rayon şöbəsində aparıcı vəzifələrdə işləmiş, DSMF-nin Lerik rayon şöbəsi ləğv olunandan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun 1 saylı Lənkran Astara regional filialı yaradılmış, 23 fevral 2022-ci il tarixinədək həmin müəssisədə ştandan kənar referend vəzifəsində işləmişdir. Lerik şəhər sakini mərhum X3 və ailə üzvlərini yaxşı tanıyır, Rəfailin qızı qardaşının həyat yolduşıdır. Rəfail ilə qohum olduğuna görə əvvəllər evlərinə gediş-gəlişi olmuşdur. Rəfailin qızı Subiyyədən pensiyasın bərpa etmək məqsədi ilə 5300 manat pul almış lakin peniyasın düzəldə bilməmiş və həmin vəsaiti şəxsi xərcləri üçün xərcləmişdr. Hazırda Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəmişdir. Barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir iddia və tələbi yoxdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pulu dövlət büdcəsinə ödəməsini nəzərə alaraq onu Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə olan cinayət məsuliyyətindən azad etməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik şəhərində qardaşı Raufun himayəsində yaşayır. Atası Rəfail 09 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Xəstəliyi ilə əlaqədar 2012ci ildən ona pensiya təyin olunmuş, stabil olaraq pensiyasını almışdır. Təqsirləndirilən şəxs bacısının qayını olmaqla qohumudur. Onunla ziddiyyəti olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sosial X5 rayon şöbəsində aparıcı vəzifələrdən birində işləmişdir. 2021-ci ilin iyul ayında ona məlum olmayan səbəbdən hər ayda aldığı 200 manat məbləğində pensiyası dayandırılmışdır. Təqsirləndirilən şəxs qohum kimi həmin vaxtlarda evlərinə gəlib-getmiş, özü, qarldaşı Rauf və mərhum atası Rəfail Teymurla söhbət edib pensiyasının dayandırılmasını ona demişlər. Təqsirləndirilən şəxs onlara «bu iş mənə aidir, mən bir neçə nəfər üçün dayandırılmış pensiyaları bərpa etmişəm, sizin pensyanızı da bərpa etdirərəm, hətta ömürlük etdirərəm. Lakin ilkin olaraq tibbi sənədləri yazdırmaq üçün 2700 manat pul lazımdır» demiş, Teymurla bu danışıqları 2021-ci ilin noyabr ayının axırlarında baş tutmuş, şəxsən yığıb özündə saxladığı puldan 2700 manatı həmin vaxtlarda yaşadığı evdə atası və qardaşının yanında Teymura vermiş, Teymur onlara «narahat olmayın qısa müddətdə mən tibbi sənəd yazdırıb pensiyanı bərpa etdirərəm» demiş, bundan bir neçə gün keçmiş Teymur təkrar evlərinə qonaq kimi gələrək «mən danışmışam tibbi sənəd yazdırmışam, əlavə olaraq 2600 manat pul lazımdır» demiş, 2021-ci ilin dekabr ayının əvvəlində özündə olan 2600 manat pulu atası və qardaşının yanında Teymura vermiş, Ümumilikdə 2021-ci ilin noyabr-dekabr aylarında qardaşı və atasının yanında 5300 (beş min üç yüz) manat pulunu Teymura vermiş, sonuncu onlara «2022-ci ilin yanvar ayından pensiya bərpa olunacaqdır narahat olmayın» demiş, Teymurun dediyi vaxtda onun pensiyası bərpa olunmamış və verilməmiş, xeyli vaxt gözləmişlər, hər dəfə Teymurdan pensiyanın bərpa olunub-olunmadığını soruşurduq sonuncu onlara «danışmışam bərpa olunacaq» demiş, 2022-ci ilin təxminən avqust ayında Temurla atası söhbət edərək pensiya işi düzəlmirsə Subiyyənin pulunu qaytar demiş, Teymur onlara işin düzələcəyini, düzəlmədiyi təqdirdə pulu qaytaracağını bildirmiş, bir neçə dəf Teymurdan pulu tələb etmişlər, lakin Teymur pulu qaydarmadığına görə atası Rəfail məcbur olub polisə ərizə yazmışdır. Atası vəfat edənə kimi onun himayəsində, hazırda isə qardaşı Raufun himayəsində yaşayır. Gündəlik tələbatını atası və qardaşı qarşılamış, özü işləyir və pensiya alır, qazancını xərcləməyib yığıb saxlamış, pensiyasının bərpa etdirilməsi üçün Teymurun tələb etdiyi məbləğdə pul atası və qardaşında olmadığına görə iki dəfəyə, yəni 2021-ci ilin noyabr-dekabr aylarında cəmi 5300 manat pulu özü atası və qardaşının yanında Teymura vermişdir. Teymura pulu evində vermiş, Teymur onun pensiyasını bərpa etdirmədiyinə və pulunu qaytarmadığına görə özü polisə gedib ərizə yazmaq istədiyini atasına bildirmiş, atası Rəfail buna imkan verməyib «sizin polisə getməyiniz mənim üçün utancdır, özüm gedib ərizə yazaram» demiş, bu səbəbdən də atası polisə ərizə yazmışdır. Pensiyasının dayandırma və pulun verilmə il tarixini isə atası səhvən 2020-ci il göstərmişdir. Teymura verilən pul tam olaraq onundur, şəxsən özü 2021-ci ilin noyabr-dekabr aylarında 5300 manat pulu iki dəfəyə atası və qardaşının yanında evində Teymura vermişdir.Teymura şər atmır, dayandırılmış pensiyasını bərpa etdirmək üçün atası və qardaşının yanında evində ondan 5300 manat pul almışdır. Xəstədir, tam əmək fəaliyyətli deyildir, xəstəliyi ilə əlaqədar ona 2012-ci ildən pensiya təyin olunmuşdur. 2021-ci ilin iyul ayına kimi də pensiya almışdır. Hazırda ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və iddia tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid Lerik şəhərində yaşamaqla Lerik Uşaq və Gənclər idman məktəbində müəllim işləyir. Atası Rəfail 09 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Lerik şəhər sakini Təqsirləndirilən şəxs qohumudur, yəni qardaşı bacısının əridir, münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs bacısıdır, himayəsində yaşayır. Subiyyə uzun illərdir ki, xəstəliyi ilə əlaqədar pensiya almışdır. Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Dövlət Sosial X5 rayon şöbəsində aparıcı vəzifələrdən birində işləmişdir. 2021-ci ilin iyul ayında ona məlum olmayan səbəbdən Subiyyənin hər ayda aldığı 200 manat məbləğində pensiyası dayandırılmışdır. Temur Muradov qohum kimi həmin vaxtlarda evlərinə gəlib-getmiş, Teymurla söhbət edib Subiyyənin pensiyasının dayandırılmasını ona demişlər, Təqsirləndirilən şəxs onlara «bu iş mənə aidir, mən bir neçə nəfər üçün dayandırılmış pensiyaları bərpa etmişəm. Subiyyənin pensyasını da bərpa etdirərəm, hətta ömürlük etdirərəm. Lakin ilkin olaraq tibbi sənədləri yazdırmaq üçün 2700 manat pul lazımdır» demiş, özündə və atasında həmin məbləğdə pul olmadığına görə Subiyyəni çağırıb pensiya işinizi Teymur düzəldir, hətta ömürlük edir. Buna görə pul vermək lazımdır demişlər. Subiyyə onlara «neçə manat lazımdırsa verirəm, Teymur ilkin olaraq 2700 manat verin» demiş, 2021-ci ilin noyabr ayının axırında Subiyyə özü üçün yığıb saxladığı puldan 2700 manat götürüb onun və atasının yanında evlərinə Teymura vermiş, Teymur onlara «narahat olmayın qısa müddətdə mən tibbi sənəd yazdırıb pensiyanı bərpa etdirərəm» demiş, bundan bir neçə gün keçmiş Teymur təkrar evlərinə qonaq kimi gəlib onlara «mən danışmışam tibbi sənəd yazdırmışam, əlavə olaraq 2600 manat pul lazımdır» demiş, Subiyyə 2021-ci ilin dekabr ayının əvvəlində özündə olan 2600 manat pulu onların yanıda Teymura vermiş, Ümumilikdə 2021-ci ilin noyabr-dekabr aylarında Subiyyə onların yanında 5300 (beş min üç yüz) manat pul Teymura vermiş, sonuncu onlara «2022-ci ilin yanvar ayından pensiya bərpa olunacaqdır narahat olmayın» demiş, Teymurun dediyi vaxtda Subiyyənin pensiyası bərpa olunmamış və ona pensiya verilməmişdir. Xeyli vaxt gözləmişlər, hər dəfə Teymurdan Subiyyənin pensiyasının bərpa olunub-olunmadığını soruşmuş, Teymur onlara «danışmışam bərpa olunacaq» demiş, 2022-ci ilin təxminən avqust ayında Temurla atası söhbət edərək pensiya işi düzəlmirsə Subiyyənin pulunu qaytar demiş, Teymur onlara işin düzələcəyini, düzəlmədiyi təqdirdə pulu qaytaracağını demiş, Bir neçə dəf Teymurdan pulu tələb etmişlər, lakin Teymur pulu qaydarmadığına görə atası Rəfail məcbur olub polisə ərizə yazmışdır. Teymur Subiyyənin pensiyasını bərpa etdirmək üçün Subiyyədən 5300 manat pul almışdır. Cinayət işinə əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik şəhər İnzibati Ərazi İcra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respubliksı CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən cəzası 02 il sınaq müddətinə şərti hesab olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbyacan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Lerik rayon məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CMnin 70-ci maddəsinə əsasən cəzası 02 il sınaq müddətinə şərti hesab edilmiş Təqsirləndirilən şəxs barədə hökm və onun icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5300 manat ziyan tam olaraq ödənilmişdir. Həmin cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş "12" iyul 2023-cü il tarixli və xx.xx.2023cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nın Lerik rayon filialına cinayətlə vurulmuş 5300 (beş min üç yüz) manat məbləğində maddi ziyanın 25% miqdarında – 1325 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş uzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-22/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-22/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver