Məhkəmə qərarları › İş №1(048)-22/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-22/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-22/2024 14.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1977-ci ildə Lerik rayonu, Tikəband kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonu Tikəband kəndində qeydiyyatda olmaqla Lerik rayonu Davradibi kəndinə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltzam qətimkan” tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının əvvəllərində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısı ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkmə, yetişdirmə, onları kultivasiya etmə məqsədi ilə əldə etdiyi çətənə bitkilərinin toxumlarını yaşadığı Lerik rayonu, Davradibi kəndində fərdi yaşayış evinin həyətində əkmiş, əkdiyi toxumlardan cücərmiş xeyli miqdarda, 06 (altı) ədəd çətənə bitkisi kollarını yetişdirmək məqsədilə mütəmadi olaraq suvarıb qulluq göstərməklə kultivasiya etmiş, onun cinayət törətməsi barədə məlumat almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 11 iyul 2023-cü il tarixdə, saat 09:30-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı fərdi yaşayış evinin həyətindəki torpaq sahəsində xeyli miqdarda – yaş vəziyyətdə ümumi təmiz çəkisi 1885,0 qram əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda, 06 (altı) ədəd tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisi əkilib kultivasiya edildikləri torpaq sahəsində kök üstündə aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ildir demək olar ki, hər gün narkotik vasitə marixuana qəbul edir. 2023-cü ilin mart ayının əvvəllərində Lənkəran şəhərinin “Böyük Bazar” adlanan ərazisində tanımadığı və ad, soyadını bilmədiyi şəxsdən istifadə etmək məqsədilə 2 baş, yəni 2 dəfə istifadə etmək məqsədilə 20 manata narkotik vasitə marixuana almışdır. Həmin narkotik vasitəyə evdə baxdıqda içərisində marixuana toxumlarının olduğunu görmüşdür. 2023-cü ilin mart ayının əvvəllərində həmin toxumları yaşadığı evin həyətyanı torpaq sahəsində kolluqların arasında 2 yerdə, bir-birindən təxminən 50 metr məsafədə əkmişdir. Arabir həyətdə onlara nəzarət etmiş, şitillər çıxdıqdan sonra onların dibini şumlayıb gübrələyib su vermişdir. Günaşırı kolları sulayıb qulluq göstərmiş, həmin kolları avqust ayında dərib qurudaraq çəkib istifadə edəcəkdir. 11 iyul 2023-cü il tarixdə Piran-Veri avtomobil yolunun kənarında olduğu zaman adlarını bilmədiyi polis əməkdaşları ona yaxınlaşıb çətənə bikisi kultivasiya etməkdə şübhəli olduğunu demişlər. Buna görə də öz razılığı və ərizəsi əsasında həyətyanı torpaq sahəsinə gedib baxış keçirmişlər. Özü həyətyanı torpaq sahəsində yetişdirdiyi çətənə kollarının yerlərini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi kollara baxış keçirilmiş və kökündən çıxarılıb götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və imzalamışlar. Daha sonra onu Lerik rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Təqdim etdiyi çətənə kolları ona məxsusdur, özü əkib kultivasiya etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən himayəsində iki uşağın olmasını nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili işləyir, polis leytenantıdır. Lerik rayonunun Davradibi kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında düşmənçilik və ziddiyyət olmamışdır. 11 iyul 2023-cü il tarixdə Lerik rayonunun Davradibi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə kollarını kultivasiya etməsi barədə etibarlı mənbədən ona məlumat verilmişdir. Həmin məlumat tərəfindən yoxlanılmış və Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə almış, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Həmin raportun icrası ilə əlaqədar şöbənin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Haldun Məmmədli tərəfindən onun, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Kəmandar oğlu, Lerik RPŞ-nin PPXB-nin manqa komandiri Şahid5, polis nəfərləri, polis baş serjantı Şahid3 və Şahid4 ilə birlikdə aqronom Şahid6 iştirakı ilə Lerik rayonunun Davradibi kəndinə getmişlər. X5 bu barədə Təqsirləndirilən şəxs bildirmiş və sonuncu fərdi yaşayış evinin həyətyanı və bağ sahəsinə baxış keçirilməsinə etiraz olmaması barədə ərizə verib imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə daxil olub yaşadığı evin aşağı hissəsində 3 ədəd çətənə kolunu təqdim etmiş, aqronom Şahid6 həmin kollara xüsusi qulluq göstərildiyini bildirmişdir. Həmin kollar kökündən çıxarılıb götürülmüş, daha sonra Təqsirləndirilən şəxs həmin yerdən təxminən 50 metr məsafədə sıx kolların arasında daha 3 ədəd çətənə kolunu təqdim etmişdir. Aqronom Şahid6 həmin kollara da aqrotexniki qulluq göstərildiyini bildirmişdir. Həmin 3 ədəd kol da kökündən çıxarılıb götürülmüşdür. Bundan sonra həyətə baxış keçirilmiş və hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bununla bağlı protokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs həmin çətənə kollarını istifadə etmək məqsədilə kultivasiya etməsi barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şahid2 Kəmandar oğlunun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik rayonunun Davradibi kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında düşmənçilik və ziddiyyət olmamışdır. 11 iyul 2023-cü il tarixdə Lerik rayonunun Davradibi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə kollarını kultivasiya etməsi barədə etibarlı mənbədən daxil olmuş məlumat yoxlanılmış və Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə alınaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. Həmin raportun icrası ilə əlaqədar şöbənin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Haldun Məmmədli tərəfindən onun, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, Lerik RPŞ-nin PPXB-nin manqa komandiri Şahid5, polis nəfərləri, polis baş serjantı Şahid3 və Şahid4 ilə birlikdə aqronom Şahid6 iştirakı ilə Lerik rayonunun Davradibi kəndinə getmişlər. X5 bu barədə Təqsirləndirilən şəxs bildirmiş və sonuncu fərdi yaşayış evinin həyətyanı və bağ sahəsinə baxış keçirilməsinə etiraz olmaması barədə ərizə verib imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə daxil olub yaşadığı evin aşağı hissəsində 3 ədəd çətənə kolunu təqdim etmiş, aqronom Şahid6 həmin kollara xüsusi qulluq göstərildiyini bildirmişdir. Həmin kollar kökündən çıxarılıb götürülmüş, daha sonra Təqsirləndirilən şəxs həmin yerdən təxminən 50 metr məsafədə sıx kolların arasında daha 3 ədəd çətənə kolunu təqdim etmişdir. Aqronom Şahid6 həmin kollara da aqrotexniki qulluq göstərildiyini bildirmişdir. Həmin 3 ədəd kol da kökündən çıxarılıb götürülmüşdür. Bundan sonra həyətə baxış keçirilmiş və hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bununla bağlı protokol tərtib edilmiş və imzalanmışdır. Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik rayonunun Davradibi kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında düşmənçilik və ziddiyyət olmamışdır. 11 iyul 2023-cü il tarixdə Lerik rayonunun Davradibi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə kollarını kultivasiya etməsi barədə etibarlı mənbədən daxil olmuş məlumat yoxlanılmış və Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. Həmin raportun icrası ilə əlaqədar şöbənin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Haldun Məmmədli tərəfindən onun, Lerik RPŞnin CAB-ın əməliyyat müvəkkili, Lerik RPŞ-nin PPXB-nin manqa komandiri Şahid5, polis kapitanı, Şahid2 Kəmandar oğlu, polis nəfərləri, polis baş serjantı Şahid3 və Şahid4 ilə birlikdə aqronom Şahid6 iştirakı ilə Lerik rayonunun Davradibi kəndinə getmişlər. X5 bu barədə Təqsirləndirilən şəxs bildirmiş və sonuncu fərdi yaşayış evinin həyətyanı və bağ sahəsinə baxış keçirilməsinə etiraz olmaması barədə ərizə verib imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə daxil olub yaşadığı evin aşağı hissəsində 3 ədəd çətənə kolunu təqdim etmiş, aqronom Şahid6 həmin kollara xüsusi qulluq göstərildiyini bildirmişdir. Həmin kollar kökündən çıxarılıb götürülmüş, daha sonra Təqsirləndirilən şəxs həmin yerdən təxminən 50 metr məsafədə sıx kolların arasında daha 3 ədəd çətənə kolunu təqdim etmişdir. Aqronom Şahid6 həmin kollara da aqrotexniki qulluq göstərildiyini bildirmişdir. Həmin 3 ədəd kol da kökündən çıxarılıb götürülmüşdür. Bundan sonra həyətə baxış keçirilmiş və hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şahid6 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, ünvan 1 ünvanda yaşayır. Lerik DAİMdə bitkiçilik və heyvandarlıq sektorunun müdiri işləyir. 11 iyul 2023-cü il tarixdə Lerik RPŞnə dəvət olunmuş və birlikdə şöbənin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Haldun Məmmədli və adlarını bilmədiyi bir neçə polis əməkdaşlarının iştirakları ilə Lerik rayonunun Davradibi kəndinə getmişlər. X5 evinin həyətyanı sahəsində çətənə bitkisi olması və kultivasiya edilməsi barədə Lerik RPŞ-nə əməliyyat məlumatı daxil olmasını Təqsirləndirilən şəxs bildirmiş və sonuncu fərdi yaşayış evinin həyətyanı və bağ sahəsinə baxış keçirilməsinə etiraz olmaması barədə ərizə verib imzalamışdır. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin aşağı hissəsində 3 ədəd çətənə kolunu təqdim etmiş, həmin çətənə kollarına baxdıqda dib boşaltma işlərinin aparıldığını və suvarıldığını müəyyən etmişdir. Orada həmin kollara xüsusi qulluq göstərildiyini bildirmiş, həmin kollar kökündən çıxarılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin yerdən təxminən 50 metr məsafədə sıx kolların arasında daha 3 ədəd çətənə kolunu təqdim etmiş, həmin çətənə kollarına baxdıqda onların da dib boşaltma işlərinin aparıldığını və suvarıldığını müəyyən edib kollara xüsusi qaydada qulluq göstərildiyini bildirmişdir. Həmin kollar da kökündən çıxarılıb götürülmüş, bundan sonra həyətə baxış keçirilmiş və hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bununla bağlı protokol tərtib edilmiş və imzalanmışdır. Qeyd olunanlarla bağlı 11 iyul 2023-cü il tarixdə rəy verərək Təqsirləndirilən şəxs fərdi yaşayış evinin bağ sahəsində 2 müxtəlif yerdə əkilmiş cəmi 6 ədəd tərkibində narkotik maddə olan çətənə birkilərinin aqrotexniki qaydada əkildiyini, xüsusi qulluq edildiyini və becərildiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş 11 iyul 2023-cü il tarixdə Lerik RPŞ-nin TQ-nun təhqiqatçısı tərəfindən tərtib olunmuş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində ümumilikdə 6 (altı) ədəd aqrotexniki qaydada əkilərək xüsusi qulluq edilmiş çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 11 iyul 2023-cü il tarixli, 19/718 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar edilərək götürülmüş ümumi sayı 6 (altı) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi: -1885,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X7 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 17 iyul 2023-cü il tarixli, 746 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki uşağı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Hacıyev X4 Qarnizonu Hərbi məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 233-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Milli Məclisin xx.xx.1998-ci il Amnistiya Qərarının 3.3-cü maddəsinə əsasən cəzadan azad edilmişdir. Məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satışı ilə Lerik-Lənkəran rayonları ərazisində məşğul olur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə, saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 17:40-da barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki uşağın olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını və ailənin yeganə gəlir gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Müəyyən edildiyi kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Lerik rayonu Davardibi kəndində yaşamaqla kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olduğundan və digər yerdə işləmədiyindən ailəsinin saxılanılması üçün əraziyə qonşu olan Lənkəran rayonunda kənd təsərrüfatı məhsulları alaraq satmaq məcburiyyətindədir. Bu səbəbdən də cəzanın icrasına nəzarət edən orqan tərəfindən ona ərazini tərk edəcəyi halda qayda pozuntuları, yəni yaşadığı Lerik rayon ərazilərindən kənara çıxması kimi qeydə alınacaqdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik və Lənkəran rayonlarının hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək tutulduğu müddəti ona təyin olunmuş cəzadan çıxılaraq qəti cəza saxlanılmasını, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını, həmçinin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınmasını, onun üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Davradibi kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut - əkib kultivasiya etdiyi ümumi sayı 6 (altı) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi: -1885,0 qram olan çətənə bitkisindən ekspertiza tədqiqatından sonra qalıq qalmış -1884,4 qram çətənə bitkisi məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından iki gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Davradibi kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 65 (altımış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan 6 (altı) ədəd yaş vəziyyətdə ekspertiza tədqiqatından sonra qalıq qalmış -1884,4 qram çətənə bitkisi məhv edilsin. Cinayət işi üzrə maddi sübut - Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə keçirilmiş baxış zamanı videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar