Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-22/2025 24.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X* müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs * saylı Regional Ekologiya və Təbii Sərvətlər, İdarəsinin məsləhətçimüfəttiş vəzifəsində işləyən Nümayəndə, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx xxxxxx *960-cı ildə Lerik rayonunun Davradibi kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Davradibi kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.*-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışları ağacların qanunsuz kəsilməsindən xəbərləri olmayan Şahid9 və Şahid8 Dadəmir oğlu ilə birlikdə 2024-cü ilin dekabr ayının əvvəllərində Lerik rayonunun Davradibi kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində, Şahid6 və Şahid3 Mirzəhüseyn oğluna məxsus kənd təsərrüfatlı təyinatlı torpaq sahələrində vələs cinsli diametri 4 sm-də 9 ədəd, 6 sm-də *7 ədəd, 8 sm-də *3 ədəd, *0 sm-də 5 ədəd, *2 sm-də * ədəd, *6 sm-də 2 ədəd, 24 sm-də * ədəd, ağcaqayn cinsli diametri 6 sm-də * ədəd, 8 sm-də 4 ədəd, *0 sm-də * ədəd, qızılağac cinsli diametri 8 smdə * ədəd, *2 sm-də * ədəd, alça cinsli diametri 8 sm-də * ədəd, *0 sm-də * ədəd, *6 smdə * ədəd, meşə alması cinsli diametri *2 sm-də * ədəd, vələs cinsli diametri *6 sm-də * ədəd, 8 sm-də 4 ədəd, 20 sm-də * ədəd, qızılağac cinsli diametri *2 sm-də * ədəd olmaqla, ümumilikdə 67 ədəd kök üstə yaş ağacları qanunsuz kəsməsi nəticəsində təbiətə 7*20 (yeddi min yüz iyirmi) manat məbləğində, xeyli miqdarda ziyan vurulmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.*-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik rayonunun Davradibi kəndində daimi qeydiyyatda olmaqla orada yaşayır. 2000-ci ildən hal-hazıradək Lerik rayon elektrik şəbəkəsində Hamarat sahəsi üzrə elektrik mantiyoru vəzifəsində işləyir. 03 fevral 2025-ci il tarixli, 886*9 nömrəli aktla tanış olmuşdur. 2024-cü ilin dekabr ayının əvəlində Lerik rayon İşıq idaəsində rəhbərliyin iştirakı ilə keçirilən iclasda X4 rəisi Yasin Əbilzadə hər bir əməkdaşın nəzarət etdiyi ərazidə *0 kv-luq işıq xətlərinin altında təhülkəsizlik tədbirlərinin görülməsi üçün ağacları budaması və digər işlərin görülməsi üçün tapşırıqlar vermiş, həmin tapşırığın icrasına X4 baş mühəndisi vəzifəsində işləyən Şahid2 nəzarət edir.Bu tapşırıqdan sonra o 2024-cü ilin dekabr ayının əvvəlində təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Lerik rayonunun Davradibi kəndi ərazisində elektrik xətlərinin altında olan ağacların budanması üçün X4 Hamarat sahəsi üzrə sahə ustası işləyən Novruza zəng edərək məlumat vermiş, Novruz həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülməsinə razılıq vermişdir. Novruz ona kömək üçün işçi tapacağını demiş, 2025-ci ilin dekabr ayının əvvəlində Novruz ona zəng edərək Piran kənd sakinləri Adıgözəl və Samirin ona kömək edəcəyini və onlarla əlaqə saxlamağını demişdir. O bundan sonra Adıgözəl və Samirə zəng edərək hansı ərazidə budama işlərini aparacağını bildirmişdir, təxminən 2-3 saat sonra həmin şəxslər Lerik rayonunun Davradibi kəndi ərazisinə budama işlərini aparacağı əraziyə gəlmişlər. Həmin sahədə 886*9 saylı akta əlavə edilmiş şəkillərin altında göstərilən elektrik xətlərinin altında dəqiq sayını bilmədiyi miqdarda ağac və kol-kosları özü, Şahid9 və Şahid8 ilə birlikdə növbəli şəkildə baltayla budamışlar, budadığı ağaclar yerində qalmışdır. Budanmış ağacları evinə aparmamışlar və ondan şəxsi məqsədləri üçün istifadə etməmişlər.Törətdiyi əməldən peşman olduğunu bildirir. Zərərçəkmiş şəxs * saylı Regional Ekologiya və Təbii Sərvətlər, İdarəsinin məsləhətçimüfəttiş vəzifəsində işləyən Nümayəndə ifadəsində göstərmişdir ki, 2024-cü ilin dekabr ayının əvvəllərində Lerik rayonunun Davradibi kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində, Şahid6 və Şahid3 Mirzəhüseyn oğluna məxsus kənd təsərrüfatlı təyinatlı torpaq sahələrində vələs cinsli diametri 4 sm-də 9 ədəd, 6 sm-də *7 ədəd, 8 smdə *3 ədəd, *0 sm-də 5 ədəd, *2 sm-də * ədəd, *6 sm-də 2 ədəd, 24 sm-də * ədəd, ağcaqayn cinsli diametri 6 sm-də * ədəd, 8 sm-də 4 ədəd, *0 sm-də * ədəd, qızılağac cinsli diametri 8 sm-də * ədəd, *2 sm-də * ədəd, alça cinsli diametri 8 sm-də * ədəd, *0 sm-də * ədəd, *6 sm-də * ədəd, meşə alması cinsli diametri *2 sm-də * ədəd, vələs cinsli diametri *6 sm-də * ədəd, 8 sm-də 4 ədəd, 20 sm-də * ədəd, qızılağac cinsli diametri *2 sm-də * ədəd olmaqla, ümumilikdə 67 ədəd kök üstə yaş ağacları qanunsuz kəsməsi nəticəsində təbiətə 7*20 (yeddi min yüz iyirmi) manat məbləğində, xeyli miqdarda ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs təqsirli olması, toplanmış aşağıdakı sübutlarla cinayətin onun tərəfindən törədilməsi kifayət qədər təsdiq edilmişdir. Belə ki, Şahid9 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Davradibi kəndində daimi qeydiyyatda olmaqla orada yaşayır.Dost mərkəzində fəhlə işləyirmiş, 2025-ci ilin fevral həmin işdən azad olmuş, hazırda heç yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, onunla arasında narazılıq və ya ziddiyyət yoxdur. 03 fevral 2025-ci il tarixli, 886*9 nömrəli aktla tanış olmuşdur. Təxminən 3 ay bundan əvvəl 2025-ci ilin yanvar ayının əvvəlində, səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək Lerik rayonunun Davradibi kəndi ərazisində rəhbərliyin göstərişi ilə işıq xətlərinin altında və yaxınlığında ağacların kəsilməsinə köməklik etməyini xahiş etmiş, o həmin vaxt Lerik rayon işıq idarəsində fəhlə işlədiyindən Balaxana kömək etmək məqsədilə Lerik rayonunun Davradibi kəndi ərazisində dəqiq sayını bilmədiyi miqdarda ağacı Təqsirləndirilən şəxs və Şahid8 ilə birlikdə baltayla kəsmişlər, kəsdiyi ağaclar yerində qalmışdır. Balaxanın göstərişi ilə işıq xətlərinin altında olan ağacları Balaxan və Samir ilə birlikdə kəsmişlər. 03 fevral 2025-ci il tarixli, 886*9 nömrəli aktla tanış olmuşdur. Təqsirləndirilən şəxs ağacların qanuni şəkildə elektrik xətlərinə maneçilik törətməməsi üçün kəsilməli olduğunu demişdir. Balaxan həmin ağaclar işıq xətlərinə maneçilik törətdiyindən rəhbərlik tərəfindən kəsilməsinə icazə verildiyini bildirmişdir. Təxminən 3 ay bundan əvvəl 2025-ci ilin yanvar ayının əvvəlində, günorta saatlarında Təqsirləndirilən şəxs işıq xətlərinin altında və yaxınlığında ağacların kəsilməsinə köməklik etməyini xahiş etmiş, Balaxana məxsus balta ilə Balaxan və Şahid8 ilə birlikdə Lerik rayonunun Davradibi kəndi ərazisində dəqiq sayını bilmədiyi miqdarda ağacı kəsmişlər, kəsdiyi ağaclar yerində qalmışdır. Lerik rayonunun Davradibi kəndi ərazisində neçə ədəd ağacı kəsdiyini bilmir. Həmin ağacları növbəli şəkildə özü, Təqsirləndirilən şəxs və Şahid8 ilə birlikdə balta ilə kəsmişlər. Şahid8 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Piran kəndində daimi qeydiyyatda olmaqla orada yaşayır. Fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır, onunla arasında narazılıq və ya ziddiyyət yoxdur. Şahid5 qardaşıdır, Dost mərkəzində fəhlə işləyir. 03 fevral 2025-ci il tarixli, 886*9 nömrəli aktla tanış olmuşdur. Təxminən 04 ay bundan əvvəl 2025-ci ilin dekabr ayında Lerik rayonunun Piran kəndində olarkən qardaşı Şahid5 ona telefon vasitəsilə zəng edərək sahə ustası Novruzun ona zəng edib Davradibi kəndi ərazisində elektrik naqillərinin altında ağacların budanmasına köməklik etməyini xahiş etmiş, xəstə olduğu üçün səhəti ilə bağlı gedə bilmədiyindən onun getməyini xahiş etmişdir. Zaman Balaxanın da ona zəng etdiyini, Adıgözəl ilə birlikdə Balaxana kömək etmək məqsədilə getməsini xahiş etmişdir.O Adıgözəl ilə əlaqə saxlamış, Adıgözəl də Dost mərkəzində fəhlə işlədiyindən həmin ərazidə ağacların budanması üçün Balaxana kömək etmək üçün gedəcəyini demişdir. Həmin gün günorta saatlarında Adıgözəlin idarə etdiyi Vaz2*07 markalı avtomobil ilə Davardibi kəndinə getmişlər. Balaxan budanmalı olan ağacların yerini göstərərək həmin ağacların qanuni şəkildə rəhbərliyin göstərişi ilə budanmalı olduğunu demişdir. Balaxan özününü İşıq idarəsinin mantiyoru olduğundan, ağacların budanması qanuni şəkildə rayon ərazisində aparıldığını demişdir. Adıgözəl ilə o ağacların budanmasının qanuni olduğuna əmin olduqdan sonra Balaxana məxsus 0* ədəd balta ilə növbəli şəkildə təxminən 50-60 ədəd ağacı Adıgözəl, Balaxan və o budamışlar. Budadığı ağaclar yerində qalmışdır. Balaxanın göstərişi ilə işıq xətlərinin altında olan ağacları Balaxan və Adıgözəl ilə birlikdə budamışlar. 03 fevral 2025-ci il tarixli, 886*9 nömrəli aktla tanış olmşdur. Təqsirləndirilən şəxs ağacların qanuni şəkildə elektrik xətlərinə maneçilik törətməməsi üçün budanmalı olduğunu demişdir. Balaxan həmin ağacların işıq xətlərinə maneçilik törətdiyindən rəhbərlik tərəfindən budanmasına icazə verilməsini bildirmişdir. Həmin ərazidə ağacları budayarkən Balaxan və Adıgözəli öz mobil telefonu ilə videoçəkiliş edərək videogörüntünü qardaşı Zamana, Zaman isə Elektrik şəbəkəsinin baş mühəndisi Əlicana göndərmişdir.O özbaşına ağac budamamış, budanmış ağacları da yerindən aparmamışdır. Təxminən 4-5 ay bundan əvvəl 2025-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs işıq xətlərinin altında və yaxınlığında ağacların budanmasına köməklik etməyini xahiş etmiş, Balaxana məxsus balta ilə Balaxan və Adıgözəl ilə birlikdə Lerik rayonunun Davradibi kəndi ərazisində dəqiq sayını bilmədiyi miqdarda ağacı budamışlar, budadığı ağaclar yerində qalmışdır. Balaxan budanmalı olan ağacların yerini göstərərək həmin ağacların qanuni şəkildə rəhbərliyin göstərişi ilə budanmalı olduğunu demişdir. Balaxan özününü İşıq idarəsinin mantiyoru olduğundan, ağacların budanması qanuni şəkildə rayon ərazisində aparıldığını demişdir. Adıgözəl ilə o ağacların budanmasının qanuni olduğuna əmin olduqdan sonra Balaxana məxsus 0* ədəd balta ilə növbəli şəkildə təxminən 50-60 ədəd ağacı Adıgözəl, Balaxan və mən budamışlar. Budadığı ağaclar yerində qalmışdır. Lerik rayonunun Davradibi kəndi ərazisində neçə ədəd ağacı kəsdiyini bilmir. Həmin ağacları növbəli şəkildə özü, Təqsirləndirilən şəxs və Şahid9 ilə birlikdə balta ilə kəsmişlər. Şahid5 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Piran kəndində daimi qeydiyyatda olmaqla orada yaşayır. Dost mərkəzində fəhlə işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla arasında narazılıq və ya ziddiyyət yoxdur. Şahid8 qardaşıdır, 03 fevral 2025-ci il tarixli, 886*9 nömrəli aktla tanış olmuşdur. Təxminən 4-5 ay bundan əvvəl 2025-ci ilin dekabr ayında Lerik rayonunun Piran kəndində olarkən X4 sahə ustası Novruz ona zəng edərək Davradibi kəndi ərazisində elektrik naqillərinin altında ağacların budanması üçün Balaxana köməklik etməyini xahiş etmiş, xəstə olduğu üçün səhəti ilə bağlı gedə bilmədiyindən qardaşı Samirə zəng edərək xəstə olduğunu və onun əvəzinə gedib Balaxana köməklik etməyini xahiş etmişdir. X7 ilə də danışdığını, onunla birlikdə getməsini demişdir. Samir Adıgözəl ilə birlikdə Davradibi kəndinə gedərək ağacları budayarkən videoçəkiliş edib, həmin videoçəkişi onun vatsap hesabına göndərmiş, o həmin videoşəkişi vatsap hesabında Novruza və baş mühəndis işləyən Əlicana göndərmişdir. Balaxan özününü İşıq idarəsinin mantiyoru olduğundan, ağacların budanması qanuni şəkildə rayon ərazisində aparıldığını demişdi. Onlar ağacları qanuni şəkildə budandığını bilmişlər. Daha sonra ona həmin faktla bağlı cinayət işi başlanmasını demişlər.Samir özbaşına ağac budamamış, budanmış ağacları da yerindən aparmamışdır. Şahid2 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Cəngəmiran kəndində qeydiyyatda olmaqla orada yaşayır. *992-ci ildən hal-hazıradək Lerik rayon elektrik şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyir. 03 fevral 2025-ci il tarixli, 886*9 nömrəli aktla və Təqsirləndirilən şəxs ifadəsi ilə tanış olmuşdur. Lerik rayonunun Davradibi kəndi ərazisində X8 məxsus *0 kv-luq elekrik naqillərinin altında müxtəlif ölçülü və cinsli ağacların kəsilməsi ilə bağlı Hamarat şəbəkə ustası Şahid4 və mantiyor Təqsirləndirilən şəxs hər hansı göstəriş verilməmişdir və həmin ağacların kəsilməsi barədə öncədən ona və ya idarəyə heç bir məlumat verilməmişdir. X5 keçirilən iclada ağac kəsimi ilə bağlı hər hansı göstəriş verilməmişdir. Təqsirləndirilən şəxs bu barədə həqiqətə uyğun olmayan məlumat vermişdir. 05 dekabr 2025-ci ildə Lerik rayonunun Dico kəndi ərazisində elektrik xəttində qəza baş verdiyi üçün xətlərdə qısa qapanmadan gərginlik kəsilmiş, məhz Təqsirləndirilən şəxs da həmin müddət ərzində ağacların kəsilməsini həyata keçirmişdir. Şahid9, Şahid5 və Şahid8 ağacların kəsilməsi ilə bağlı heç bir göstəriş verməmişlər. Həmin ağacların kəsilməsindən daha sonra məlumatı olmuşdur. Lerik rayonunun Davradibi kəndi ərazisində X8 məxsus *0 kv-luq elekrik naqillərinin kəsilmiş müxtəlif ölçülü və cinsli ağacların kəsilməsi ilə bağlı Hamarat şəbəkə ustası Şahid4 və mantiyor Təqsirləndirilən şəxs hər hansı göstəriş verməmişdir. Şahid7 oxşar məzmunda ifadə verərək Şahid2 göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. Şahid6 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Davradibi kəndində qeydiyyatda olmaqla orada yaşayır. Lerik rayonunun Davradibi kəndi ərazisində el arasında “penəməzə” adlı ərazidə elektrik naqillərinin altında ona məxsus 60 sot pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən hal-hazıra istifadə etmir, əvvəllər əkin sahəsi kimi istifadə edir. * saylı Regional Ekologiya və X9 əməkdaşları tərəfindən tərtib olunmnuş 03 fevral 2025-ci il tarixli 886*9 saylı Aktla tanış olmuş, həmin ərazidə ümumilikdə 67 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsindən xəbəri olmayıb. Ona daha sonradan həmin ağacların Təqsirləndirilən şəxs, Şahid8 və Şahid9 tərəfindən kəsilməsi məlum olmuşdur. Ağacların kəsildiyi ərazinin bir hissəsi bələdiyyə mülkiyyətinə aid, bir hissəsi Şahid3 məxsus pay torpaq sahəsi, bir hissəsi isə ona məxsus pay torpaq sahəsində yerləşir. Ona məxsus pay torpaq sahəsində nə qədər ağacın kəsilməsini tam şəkildə bilmir. Həmin ərazidə ağacların kəsilməsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Lerik rayonunun Davradibi kəndi ərazisində yerləşən ona məxsus pay torpaq sahəsinə dair heç bir sənədi yoxdur Cinayət işi materiallarında olan xx.xx.2025-cİ il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.*-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 03 fevral 2025-cü il tarixli, 886*9 nömrəli aktdan və hesablama cədvəlindən görünür ki, Lerik rayonunun Davradibi kəndi ərazisində qeyr-meşə fonduna aid torpaq sahəsində vələs cinsli diametri 4 sm-də 9 ədəd, 6 sm-də *7 ədəd, 8 sm-də *3 ədəd, *0 smdə 5 ədəd, *2 sm-də * ədəd, *6 sm-də 2 ədəd, 24 sm-də * ədəd, ağcaqayn cinsli diametri 6 sm-də * ədəd, 8 sm-də 4 ədəd, *0 sm-də * ədəd, qızılağac cinsli diametri 8 sm-də * ədəd, *2 sm-də * ədəd, alça cinsli diametri 8 sm-də * ədəd, *0 sm-də * ədəd, *6 sm-də * ədəd, meşə alması cinsli diametri *2 sm-də * ədəd, vələs cinsli diametri *6 sm-də * ədəd, 8 smdə 4 ədəd, 20 sm-də * ədəd, qızılağac cinsli diametri *2 sm-də * ədəd olmaqla ümumilikdə 67 ədəd ağaclar kəsilmişdir. Həmin sahədə qeyd olunana ağacların dib kötüklərini müayinə edib baxış keçirirəkən onların kəsilmə vaxtının 2024-cü ilin axırı və 2025-ci ilin əvvəlləri qış mövsümünə təsadüf etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 20*6-ci il 42* saylı Qərarının 7 nömrəli əlavəsinə əsasən ərazidə qanunsuz kəsilmiş yaşıllıqlara dəymiş ziyanın miqdarı 7*20 (yeddi min yüz iyirmi) manat təşkil edir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsin *0 saylı Lənkəran ərazi darəsindən Lerik RPŞ-na daxil olmuş məktubda Lerik rayonunun Davradibi kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemində sözügüdən 0,*44 ha torpaq sahəsinin 0,0885 ha hissəsinin bələdiyyə mülkiyyətində olan kənd təsrrüfatı təyinatlı (kolluq) torpaq sahəsi kimi və 0,0555 ha hissəsinin xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi kimi göstərilmişdir.Torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyyətə aid həmin 0,0555 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,030* ha hissəsinin JN- 00*2 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” əsasında Şahid6 və ailə üzvlərinin və 00254 ha hissəsinin JN-0005 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” əsasında Şahid3 Mirzəhüseyn oğlu və ailə üzvlərinin faktiki istifadəsində olan kənd təsərrüfatlı təyinatlı əkin torpaq sahələri kimi göstərilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.*ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş *2.05.2025-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 200 (iki yüz) manat məbləğində ziyan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilmişdir. Cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs öz nümunəvi davranışı ilə öz doğulub böyüdüyü kənddə ictimayyət arasında dərin hörmət qazanmışdır. Cinayət işi materiallarında olan X3 Lerik RPŞ-na daxil olmuş məktubda göstərilmişdir ki, Lerik rayonunun Davradibi kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində elektrik naqillərinin altında meşə fonduna daxil olmayan müxtəlif diametrli və cinsli ağacların kəsilməsi haqqında şəbəkənin rəisi və mühəndisi ərəfindən Hamarat şəbəkə sahəsinin ustası Şahid4 və Təqsirləndirilən şəxs heç bir sərəncam və göstəriş verilməmişdir. Cinayət işi materiallarında olan X3 Lerik RPŞ-na daxil olmuş məktubda göstərilmişdir ki, Lerik rayonunun Piran kənd sakinləri Şahid9, Şahid5 05.0*.2024-ci il tarixdən "xxxx" iş Mərkəzi MMC tərəfindən müqavilə ilə Cənub RETSİ-nin X5 ictimai işlər üzrə köməkçisi işçi kimi işə götürülmüş və X2 05.*2.2024-cü il tarixdən, Şahid5 isə xx.xx.2025-ci il tarixdən işdən azad olunmuşlar. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 259.*-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahidin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*6-cı il 30 avqust tarixli 32* nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.*-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 2.2-ci maddəsinin tələblərinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiyatəminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə icazə verilir. Qeyd edilən hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.*-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının *-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 4*-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 4*.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.*-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, dəymiş ziyanı qismən ödəməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 6*-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.*-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilməli, cəzanın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 35* və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.*-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə *5 ( on beş) faiz məbləğində pul tutulmaqla, * (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilsin. Cəzanın icrası Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rovşən Xəlilov
Məhkəmə qərarları › İş №1(048)-22/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-22/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver