Məhkəmə qərarları › İş №1(048)-23/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-23/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-23/2023 14.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 11:30 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1980-cı ildə Lerik rayonun Hamarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Lerik rayonun Hamarmeşə kəndində qeydiyyatda olmaqla Lerik rayonun Almu kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, X12 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısının gözətçisi vəzifəsində işlədiyi müddətdə, yəni 2022-ci ilin iyun ayının əvvəlindən, sentyabr ayının 05-nə dək olan dövr ərzində qulluq mövqeyindən istifadə etməklə, 28 iyun 2022-ci il tarixdə müəssisə ilə onun arasında bağlanmış əmək müqaviləsinin (kontraktın), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996cı il tarixli, 188 saylı qərarı ilə təsdiq edilmiş «Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi Müqavilə»nin, eləcə də hazırda qüvvədə olan keçmiş SSRİ Nazirlər Soveti tərəfindən 1982-ci ildə təsdiq edilmiş «Dövlət meşə mühafizəsi haqqında Əsasnamə»nin tələblərini kobud surətdə pozaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasına cinayətkarcasına yanaşaraq mühafizə etdiyi 15 saylı meşə dolayısında 2022-ci ilin istifadəsi üçün ayrılmış sanitar qırıntı sahəsində 2022-ci ilin avqust ayında vətəndaşlara verilmiş meşə məhsulların buraxılışına dair orderə əsasən oduncaq tədarük etmək üçün getmiş Lerik şəhər sakini Şahid9 100 (bir yüz) manat alaraq sanitar qırıntı sahəsindən kənarda 01 ədəd 50 sm d-də ağcaqayın cinsindən, bundan əlavə idarə etdiyi UAZ markalı avtomaşınla onu mühafizə etdiyi meşə sahəsində gəzdirən rayonun Bibiyanı kənd sakini Şahid11 zəhmət haqqı kimi 01 ədəd xırda diametrdə vələs cinsindən, həmçinin istintaqla müəyyən edilməsi mümkün olmayan şəxslər tərəfindən 129 ədəd, ümumilikdə 131 ədəd, 113,54 kub metr həcmində, kök üstə yaş halda ağacların qanunsuz kəsilməsinə şərait yaratmaqla Dövlət Meşə fonduna 10963,49 (on min doqquz yüz altmış üç man. 49 qəp) manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3 və 259.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, Lerik rayonunun Almu kəndində yaşamaqla 07 iyun 20022-ci tarixdən 05 sentyabr 2022-ci il tarixinədək X12 X3 meşəbəyliyinin 15 saylı meşə dolayısının gözətçisi işləmişdir. 15 saylı meşə dolayısını Şahid2 təhvil almış, dolayıda 2022-ci ilin sentyabr ayında 2 dəfə və oktyabr ayında 2 dəfə aparılmış yoxlamalarda birinci dəfə 01-03 sentyabr 2022-ci il tarixdə aparılmış yoxlamada bir gün, yəni 03 sentyabr 2022ci il tarixdə iştirak etmiş, həmin yoxlamada 2 ədəd xırda diametrdə ağacların qanunsuz kəsilməsi aşkar olunmuş, bundan əlavə ərazidə yıxılmış bir neçə ədəd ağacdan doğranmış odunu aşkar olunmuş, odun da qeydə alınmış, bundan sonrakı yoxlamalara dəvət olunmamış və iştirak etməmişdir. Dolayıda neçə ədəd ağacların qanunsuz kəsilməsinin aşkar olunması barədə heç bir məlumatı olmamışdır. Mühafizə etdiyi 15 saylı dolayıda aparılmış yoxlamalarda qanunsuz kəsilməsi qeydə alınmış 142 ədəd ağaclardan bir neçə dədədi 2022-ci ilin aprel-may aylırında, bir neçə dədədi isə 2022-ci ilin sentyabr ayı ərzində, yəni 05 sentyabr 2022-ci il tarixdə işdən çıxdıqdan sonrakı günlərdə qanunsuz kəsilmişdir. Meşə sahəsini mühafizə etdiyi müddətdə qanunsuz kəsilməsi qeydə alınmış 131 ədəd ağacların kim və yaxud da kimlər tərəfindən kəsilidiyini görməmiş və meşə sahəsində hər hansı bir şəxsi yaxalamamış, şəxsən hər hansı bir şəxsə ağac kəsməsinə icazə verməmiş və şərait yaratmamışdır. 15 saylı meşə dolayısını mühafizə etdiyi müddətdə Bibiyanı kənd sakini Şahid11 onu meşə sahəsində idarə etdyi avtomaşınla gəzdirdiyinə görə ona 01 ədəd xırda diametrdə vələs cinsindən ağacı kəsib doğrayıb evinə aparmasına razılıq vermiş, bundan əlavə Lerik şəhər sakini Şahid9 ona verilmiş meşə məhsulların buraxılışına dair orderə əsasən 15 saylı meşə dolayısnda ayrılmış qırıntı sahəsinə odun aparmaq üçün gəldiyi gün şəhid ailəsi üçün odun göndərməsi ona tapşırılmış, odunu doğrayan olmadığına görə odunu Şahid9 doğratdırmış, Babək ondan zəhməthaqqı əvəzində ağac istəmiş, ona qırıntı sahəsində ağac kəsib aldığı biletə əsasən tədarük edib aparmasına razılıq vermiş, Babək isə səhvən qırıntı svahəsinin yaxınlığında 01 ədəd xırda diametrdə ağcaqayın cinsindən ağacı kəsib doğrayıb aparmış, həmin ağacı kəsməsinə görə ondan istənilən məbləğdə pul almamış, meşə gözətçisi işdədiyi müddəidə 131 ədəd ağacların kimlər tərəfindən kəsilməsini görməmiş və hər hansı bir şəxsi meşədə yaxalamamış, meşə sahəsini mühafizə edə bilmədiyinə görə ağaclar kəsilmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri, mütəxəssis rəyi, cinayət işində olan digər istintaq sənədləri, məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəm iclası zamanı ifadəsində göstərdi ki, Lənkəran şəhərində yaşamaqla X12 Təsərrüfatı Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir. X12 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolaysının gözətçisi X4tanıyır, aralarında ziddiyyət olmamışdır. Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısında 01-03 sentyabr, 28-29 sentyabr, 01-03 oktyabr və 04 oktyabr 2022-ci il tarixlərdə mütəxəssislər tərəfindən aparılmış yoxlamlara dair tərtib olunmuş aktlar üzrə ilkin araşdırma aparılaraq Dövlət Meşə fonduna vurulmuş ziyanın məbləği müəyyən olunandan sonra hər bir akt əsasında toplanmış material üzrə ayrı-ayrılıqdan Azərbaycan Reçspublikası CM-nin 259-cu maddəsinin tərkibi yarandığına görə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, qısa müddət ərzində, yəni 2022-ci ili naprelsentyabr ayları ərzində 15 saylı meşə dolayısının ərazisində 142 ədəd müxtəlif cins, növ və diametrdə ağacların qanunsuz kəsilmiş, hətta 2022-ci ilin əvvəlində təbii təsir nəticəsində aşmış 14 ədəd ağacların məhsulu da meşə sahəsindən oğurlanmışdır. 15 saylı meşə dolayısının gözətçisi izahatlarında ağacların naməlum şəxslər tərəfindənayr ayrı-ayrı vaxtlarda kəsilməsini göstərmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, meşə gözətçisi üzərinə düşən vəzifəni günün tələbi səviyyəsində həyata keçirməyib meşə sahəsinin qournması üçün heç bir ciddi tədbir görməmişdir. Ağacların kütləvi olaraq naməlum şəxlər tərəfindən kəsilməsi üçün xeyli vaxt tələb olunur, 142 ədəd ağacın kəsilməsini görmədiyini bildirən maddi məsul şəxs həmin ağacların kəsilməsi üçün şərait yaratmasını düşünür. Buna görə də həmin ağacların qanunsuz kəsilməsi ilə Dövlət meşə fonduna vurulmuş ziyanı meşə gözətəçisindən tələb edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayonunun Piran kəndində yaşamaqla 2022-ci ilin iyun ayının əvvəlindən hazıra kimi X12 X3 meşəbəyliyinin 14 saylı meşə dolayısının gözətçisi işləyir. Meşə sahəsi əsasən Lerik rayonunun Sipyəreğon, Bibiyanı, Almu, Peştətük, Təbrizli və digər kəndlərin əhatəsində yerləşir. Ondan əvvəl həmin dolayını Təqsirləndirilən şəxs mühafizə etmişdir. Məhkəmə qərarı ilə işə bərpa olunduğuma görə Təqsirləndirilən şəxs 14 saylı dolayının gözətçisi işindən azad olunmuş, həmin dolayı mühafizə üçün ona təhvil verilmişdir. Şahid2 isə 15 saylı meşə dolayısının mühafizəsi işindən azad odunduğuna görə həmin dolayının mühafizəsi Təqsirləndirilən şəxs həvalə olunmuşdur. 01 sentyabr 2022-ci il tarixdə 15 saylı dolayıda yoxlama aparılaraq ağacların qanunsuz kəsilməsi və təbii təsir nəticəsində yıxılmış ağacların meşə sahəsindən aparılması halları aşkar olunduğuna görə Təqsirləndirilən şəxs işdən azad olunmuş, 05 sentyabr 2022-ci il tarixdə həmin dolayının mühafizəsi müvəqqəti ona həvalə olunmuşdur. Buna baxmayaraq meşə sahəsində təhvilqəbul yoxlaması aparılmamış Şahid2 şikayəti əsasında 28 sentyabr 2022-ci il tarixdə 2 gün ərzində 15 saylı doldayıda onun iştirakı ilə Şahid2 təqdim etdiyi meşə sahəsində yoxlama aparılmış, yoxlama zamanı 78 ədəd müxtəlif cins və dmiametrdə odunluq, həmçinin işlik növünə aid ağacların matorlu mişarla kəsilməsi aşkar olunmuş, həmin ağaclar əsasən Bibiyanı kəndindən Çayrud kəndinə gedən maşın yolun sağ-sol tərəfində, daha sonra isə Almu kəndindən Çayrud kəndinə gedən maşın yolun sağ-sol tərəflərində kəsilmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, həmin ağaclar yoxlamadan 2-3 ay, 45-50 gün, 30-40 gün, 2 ay, 1 ay və son 1 ay ərzində, 01 ədəd 44 sm d-də fısdıq cinsindən ağacın isə 20-25 gün, 02 ədəd 76 sm d-də fısdıq cinsindən ağacların yoxlamadan 1-2 gün əvvəl kəsilməsi müəyyən olunmuş, qanunsuz kəsilmiş işlik növünə aid ağacların bir neçə ədədinin yerində emal olunub aparılması, odunluq ağacların bir neçə ədədinin doğranılıb meşədən aparılması, az hissəsinin isə meşə sahəsində ağacların kəsildiyi yerdə saxlanılması müəyyən olunmuş, yoxlama zamanı Şahid2 ağacların dib kötüklərinin yerini tam sərbəst göstərməsinə baxmayaraq ağacları kəsən şəxsin və yaxud da şəxslərin adını deməmiş, həmçinin bildirmişdir ki, ağacları meşəbəyi və meşə gözətçisi kəsdirib satmışlar. Daha sonra bildirmişdir ki, Elşad Şükürov və Nağdiəli işdən çıxsalar meşəni gəzməyəcəkdir. 05 sentyabr 2022-ci il tarixdən əvvəlki vaxtlarda ağacların kim tərəfindən kəsildiyini bilmir, yoxlamadan 1-2 gün əvvəl kəsilmiş 02 ədəd 76 sm d-də fısdıq cinsindən ağaclar Çayrud kəndinə yaxın ərazidə kəsilmişdir. Həmin ağacların Çayrud kənd sakinləri tərəfindən kəsilməsini düşünür, lakin kim tərəfindən kəsildiyini bilmirəm. Həmin ağaclar kəsildiyi yerlərdə saxlanılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, Lerik rayonunun Bibiyanı kəndində yaşayır, 2018-ci ilin noyabr ayının 22-dən 2022-ci ilin may ayının əvvəlinə kimi olan müddətdə Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısnın gözətçisi işləmiş, səhətilə əlaqədar mühafizə işini apara bilmədiyinə görə 2022ci ilin may ayının əvvəlində ərizə yazıb işdən çıxmış, əvvəllər mühafizə etdiyi 15 saylı meşə dolayısında ağacların kütləvi olaraq qanunsuz kəsilməsi barədə X12 təsərrüfatı Mərkəznin rəhbərliyinə, bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin qaytar xəttinə müraciət etmiş, müraciətinə əsasən iki gün ərzində, yəni 2022-ci ilin sentyabr ayının 28-29-da 15 saylı dolayıda onun iştirakı ilə yoxlama aparılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs mühafizə etdiyi 15 saylı dolayının Bibiyanı kəndindən Çayrud kəndinə və Almu kəndindən Çayrud kəndinə gedən maşın yolun kənarlarında 78 ədəd müxtəlif cins, eləcədə diametrdə odunluq və işlik növünə aid ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılması müəyyən olunmuş, bundan əlavə Vizəzəmin meşəbəyliyin meşəbəyisi Şahid3 özü şəxsən 15 saylı dolayıda 2022-ci ilin sentyabr ayının əvvəlində yoxlama aparmış, yoxlama zamanı 19 ədəd ağacların qanunsuz kəsilməsini aşkar etmişdir. Həmin ağacların kim və yaxud da kimlər tərəfindən kəsilidiyini bilmir. 28-29 sentyabr 2022-ci il tarixlərdə aparılmış yoxlamada tam iştirak edib qanunsuz kəsilmiş ağacların dib kötüklərini bir-bir yoxlamaçılara göstərmiş, çünki şikayət edikdən sonra meşə sahəsini tanıdığına görə gəzib qanunsuz kəsilmiş ağacların yerini öyrəndiyinə görə yoxlama zamanı sərbəst kötükləri təqdim etmiş, yoxlamada onun gözətçi işdədiyi müddətdə ağacların ksilməsini müəyyən olunmamış, bir ədəd 72 sm d-də fısdıq ağacı Çayrud kəndinə gedən piyada yolun üstündə kəsilmişdir. Həmin ərazidən te-tez keçmiş, ağac onun işdədiyi müddətdə kəsilməmişdir. Yoxlama zamanı ağacın üzərində olan yarpaqlara görə kəsilmə müddəti təxmini yzılmış, həmin ağac işdən çıxdıqdan sonra kəsilmişdir. Kim tərəfindən kəsildiyini bilmir. 2022-ci ilin yay aylarında 15 saylı meşə dolayısında ayrı-ayrı yerlərdə ayrılmış sanitar qırıntı sahəsində meşəbəyi və meşə gözətçisinin xahişi və iştirakları ilə Zardounu kəndinin ərazisində bir gün ərzində 19 ədəd nömrələnmiş ağacları qardaşı Mehdi, həmkəndlisi Müqəddəs, Zardonu kənd sakini Vuqar ilə birlikdə kəsib odun doğramış, odun order alan şəxslərə satılmışdır. Bundan əlavə həmin dolayıda Çayrud kəndinə yaxın sahədə qırıntı sahəsində 2 ədəd, bir ədəd Bibiyanı kəndinə yaxın və 1 ədəd isə Almu kəndinə yaxın qırıntı sahələrində meşəbəyi və meşə gözətçisinin iştirakları ilə kəsmiş, həmkəndlisi Müzəfər, oğlanları İntiqam və Yalçın, həmçinin qardaşı Mehdi ona kömək etmişlər. Ağacların odununu təyin olunmuş anbara daşımışlar. Şəxsən özü meşədə qanunsuz ağac kəsməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Lənkəran rayonunun Tükəvilə kəndində yaşamaqla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-mfəttiş vəzifəsində işləyir. Lerik rayonunun Bibiyanı kənd sakini Şahid2 çoxsaylı şifahi və yazılı müraciətlərinə əasən X12 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısında 28-29 sentyabr 2022-ci il tarixdə yoxlama aparmış, yoxlama zamanı Şahid2 təqdim etdiyi qanunsuz kəsilmiş ağacların dib kötüklərinə baxış keçirib kəsilmə müddətini, diametrini, cinsini, növünü və yerdə qalan hissəsini ayrı-ayrılıqdı müəyyən edib çöl qeydiyyat aktını tərtib etmiş, həmin akta yoxlamada iştirak edən şəxslər imza etmişlər. Buna əsasən rəsmi akt və hesablama cədvəlini tərtib edib tədbir görülməsi üçün göndərmiş, 2022-ci ilin sntyabr ayının 28-29-da aparılmış yoxlamada 15 saylı dolayıda müxtəlif cins və diametrlərdə odunluq, eləcə də işlik növünə aid 78 ədəd kök üsdə yaş halda ağacların 2022-ci ilin aprel-avqust aylarında qanunsuz kəsilməsi aşkar olunmuşdur. Qanunsuz kəsilmiş ağacların ümumi həcmi 81,69 kub metr təşkil edir. Şahid2 şikayəti əsasında 01-03 oktyabr 2022-ci il tarixlərdə X12 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısında yoxlama aparmış, yoxlama zamanı Fısdıq cinsindən odunluq növünə aid 4 sm d-də 2 ədəd, 8 sm d-də 12 ədəd, 12 sm d-də 11 ədəd, 16 sm d-də 7 ədəd, 20 sm d-də 4 ədəd, 24 sm d-də 1 ədəd, 28 sm d-də 1 ədəd, 36 sm d-də 2 ədəd, 40 sm d-dd 1 ədəd, 44 sm d-də 1 ədəd, 52 sm d-də 1 ədəd və işlik növünə aid 76 sm d-də 1 ədəd ümumilikdə 44 ədəd, 13,31 kub metr həcmində kök üstə yaş halda ağacların 2022-ci ilin iyun ayından başlayaraq sentyabro ayının sonuna kimi bir neçə ədədinin isə yoxlama günündən 2-3 gün əvvəlki günlərdə qanunsuz kəsildiyini müəyən etmişəm. Bununlda bağlı çöl qeydiyyat aktını tərtib etmişəm, həmin akta yoxlamada iştirak edən şəxslər imza etmişlər. Buna əsasən rəsmi akt və hesablama cədvəlini tərtib edib tədbir görülməsi üçün göndərmiş, Şahid2 şikyəti əsasında aparılmış yoxlamaların davamı olaraq 04 oktyabr 2022-ci il tarixdə X12 X5 rayonu üzrə Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısında apardığım yoxlama zamanı Ağcaqayın cinsindən 84 sm d-də 01 ədəd və 68 sm d-də 01 ədəd işlik növünə aid ümumilikdə 02 ədəd kök üstə yaş ağacların qanunsuz kəsilməsini aşkar etdim. Həmin ağaclardan 84 sm d-də ağcaqayın ağac kəsildiyi yerdə saxlanılmışdı, digər ağac isə doğranılıb aparılmışdı. 68 sm d-də ağacın dib kötüyün üzərində damğa olduğuna görə əvvəlki yoxldamalarda kəsilməsi ilə bağlı akt tərtib olunub ziyan hesablandığı üçün həmin ağaca ziyan hesablanmamışdır. Yalnız 01 ədəd 84 sm d-də ağacın kəsilməsinə görə ziyan hesablanmışdır. 15 saylı dolayıda yoxlama aparan günlərdə ağacların qanunsuz kəsildməsini aşkar etməyimə baxmayaraq həmin ağacların dib kötüklərini və yerini tam olaraq Şahid2 onlara təqdim etmişdir. Ağacların kim tərəfindən kəsildiyini soruşmuş, Nail onlara «ağacları kəsən şəxsləri meşə gözətçisi özü yaxşı bilir, o, sizə deməlidir» demiş, meşə gözətçisi yoxlamlarda işitrak etmədiynə görə onunla söhbət apara bilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid10 Şahid5 ifadəsi ilə yeni məzmunda ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Lerik rayonunun Vistən kəndində yaşamaqla rəsmi olaraq heç yerdə işləmir, şəxsi URAL markalı, **-BA-*** qeydiyyat nişanlı yük avtomobili vardır, avtomobilini özü idarə edir, lazım olan vaxtlarda müştərilər üçün yük daşıyıb qazanc əldə edir. 2022-ci ilin yay aylarında Lerik rayonunun Laman kənd sakini şəhid ailəsi, Lifti adlı şəxsə qanuni əsaslarla verilmiş oduncağı Vizəzəmin meşəbəliyinin 15 saylı meşə dolayısında ayrılmış sanitar qırıntı sahəsindən gətirmək üçün gedərkən Lerik şəhər sakini Babək adlı şəxslə rastlaşmış, Babək odun doğramış, şəhid ailəçsi üçün doğranmış olduncağı da maşınına yükləməkdə köməklik göstərmiş, daha sonra onun onununu mnşədən evinəaparmasını xahişetmiş, şəhid ailəsi üçün odunu aparıb həyətinə boşaltdıqdan sonra yenidən 15 saylı meşə dolayıya Babəkin yanına gəlmiş, Babəkin doğradığı odunu Babək və onunla olan digər iki nəfər avtomobilinə yükləmiş, odunu Lerik şəhərinə Babəkin həyətinə gətirmişdir. Babəki tanıyır, onunla mütəmadi işi ilə əlaqədər telefon əlaqələri olur, ifadəsində göstərdiyi kimi şəhid ailəsi üçün odun apardığı gün Babək odunu doğrmaqda və maşina yükləməkdə ona köməklik etmişdir. Hətta onun yanında iki nəfər tanımadığı şəxslər də olmuşdur. Həmkəndlisi Əli adlı şəxs onunla meşəyə getməmiş, Babək onun yanınada Raminə pul verdiyini görməmiş, meşədə olduğu saatlarda Əli adlı şəxslə rastlaşmamış, Əli adlı şəxsin qanunsuz ağac kəsdiyini görməmi, şəhid ailəsi üçün odun aparandan sonra təkrar 15 saylı meşə dolayısına Babəkin yanına gəlib onun doğradığı odunu maşınına yükləmişlər və odunu Lerik şəhərinə Babəkin həyətinə aparmış, Şahid9 xahişi ilə ikinici dəfə və yaxud da ertəsi gün meşə sahəsinə getməmişdir. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Lerik rayonunun Qələbin kəndində yaşamaqla 20 iyun 2022-ci il tarixdə X12 Təsərrüfatı mərkəzinin yeni, 2022-ci ilin iyun ayının əvvəlində Razvandaband meşəbəyliyindən ayrılmış Vizəzəmin meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunmuşdur. Vizəzəmin meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunduqdan sonra Razıvanbadand meşəbəyliyindən ayrılmış sahələrdə təhvil-qəbul yoxlaması aparılaraq mühafizə üçün ona təhkim olunmuşdur. Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısının meşə gözətçisi Təqsirləndirilən şəxs işləmiş, 2022-ci ilin avqust ayının 30-da Almu kənd sakini Babək Abbasov zəng edib ona «15 saylı meşə dolayısının gözətçisi neçə aydır ağacları kəsdirib satır, ekologiyanın əmədaşlarını meşəyə gətirib yoxlatdıraram, sənə görə qalmışam, sən özün get meşəni yoxla» demiş, 31 avqust 2022-ci il tarixdə özü tək 15 saylı meşə doldayısına gedib Zardonu kəndinin ərazisindən Bibiyanı kəndi istiqamətində olan meşə shələrinə baxıb bir neçə yerdə ağacların qanunsuz kəsilməsini görmüş, tək olduğuna görə kəsilmiş ağaclara damğa vurmayıb meşədən çıxaraq Təqsirləndirilən şəxs zəng edib «sənin meşəndə ağaclar qanunsuz kəsilmişdir, nə üçün bunu vaxtında mənə deməmisən» bildirmiş, Ramin ona «mənim meşəmdə ağacların qanunsuz kəsilməsi halları yoxdur, kimsə səni yoldan çıxardıb sənə yalan məlumat vermişdir» demiş, Raminə «hazırlaş səhər meşəyə yoxlamaya gedərik» deyərək 01 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Hamarmeşə kəndində Raminlə görüşüb Bibiyanı kəndinə gəlib və həmin ərazidən 15 saylı meşə dolayısına daxil olub gəzməyə başlamış, Bibiyanı kəndindən Çayrud kəndində15 saylı meşə dolaysının ərazisindən keçib gedən maşın yolun kənarlarına baxmağa başlamış, bir yerdə 3 ədəd ağcaqayın cinsindən ağacların yer səviyyəsində matorlu mişarla kəsildiyini və kötüklərin üstünün örtüldüyünü aşkar etmiş, həmin ağacların gövdəsi tam doğranılıb aparılmış və çırpıları də təmizlənmişdir, yerdə ağacların hissələri qalmamışdır, yalnız kənarda olan kəsilməmiş ağacların üzərində az olmqla çətir budaqları qaldığından həmin 3 ədəd ağacların orada kəsildiyini müəyyən etmiş, yəni ağaclar kəsiləndən sonra kötükləri örtülmüşdür, gövdələri doğranılıq aparılmış, yonqarı və budaqları da tam təmizlənmişdir, ətrafda heç iz saxlanılmamışdır. Ramindən həmin ağacların kim tərəfindəne kəsildiyini soruşmuş, Ramin xəbərim olmadığını demiş, Raminə «bu ağacları kəsib aparmaq üçün bir neçə gün burada işləmişlər, sənin xəbərin olmamış olmaz» demiş, Ramin onu təhqir etməyə başlamış, hədələyib «sənin haqqında Baş Prokurorluğa şikayət edərəm» deyib onunla meşəni gəzməkdən imtina edərək meşədən çıxıb getmiş, bu barədə müəssisənin rəhbərinə məlumat verərək yoxlamanı davam etdirmək üçün köməklik istəmiş, direktor Elşad Şükürovu köməyə göndərmiş, bundan sonra Elşad yanına gəlib yoxlamanı davam etdirmiş, lakin meşə sahəsini tam gəzə bilmədiklərinə görə həmin gün yoxlamanı tamamlaya bilməmiş, 02 sentyabr 2022-ci il tarixdə meşəyə gedə bilməmiş, 03 sentyabr 2022-ci il tarixdə yenidən Elşad Şükürovla 15 saylı meşə dolayısnın Bibiyanı kəndinin ərazisirndə və Qırma sahələrin ətrafında yoxlama aparmış, həmin yoxlamada Ağcaqayın cinsindən 36 sm d-də 01 ədəd, 40 sm d-də 01 ədəd və 44 sm d-də 01 ədəd, cəmi 03 ədəd yarımişlik ağacların 2022-ci ilin avqust ayının son həftəsində kəsildiyini, Fısdıq cinsindən 12 sm d-də 01 ədəd, 16 sm d-də 02 ədəd, 24 sm d-də 01 ədəd, 36 sm d-də 02 ədəd, 52 sm d-də 02 ədəd, 56 sm d-də 03 ədəd və 76 sm d-də 01 ədəd odunluq, 64 sm d-də 01 ədəd yarımişli,(cəmi 13 ədəd) ağacların 2022-ci ilin iyul ayının axırında kəsilməsini, Vələs cinsindən 36 sm d-də 01 ədəd, 44 sm d-də 01 ədəd odunluq ağacların 2022-ci ilin iyun ayının axırında Qızılağac cinsindən 32 sm d-də 01 ədəd odunluq ağacın 2022-ci ilin avqust ayının əvvəlində kəsildiyini müəyyən etdik. Ümumilikdə 19 ədəd ağacların dib kötüklərinə damğa vurub ziyanı hesablamışlar. Həmin yoxlamada 15 saylı meşə dolayısının müxtəlif kvartallarında 2022-ci ilin əvvəlində təbii təsir nəticəsində yıxılmış Fısdıq cinsindən 44 sm d-də 01 ədəd, 48 sm d-də 01 ədəd, 52 sm d-də 03 ədəd, 56 sm d-də 01 ədəd, 72 sm d-də 01 ədəd odunluq, 88 sm d-də 01 ədəd və 92 sm d-də 01 ədəd yarımişlik, həmçinin Vələs cinsindən 52 sm d-də 01 ədəd, 56 sm d-də 02 ədəd və 60 sm d-də 02 ədəd cəmi 14 ədəd ağacların doğranılıb meşə sahəsindən aparılmasını müəyyən etmiş, həmin ağaclardan bəzilərinin hissələri yük avtomobilinin lubetkasi ilə meşədən çıxarılıb doğranılaraq aparılmış, Təqsirləndirilən şəxsla söhbət zamanı bildirmişdir ki, Bibiyanı kəndinin yuxarısında olan qanunsuz kəsilmiş Vələs ağacını özü Tofiqə vermiş, Tofiq onu maşını ilə meşədə gəzdirdiyi üçüun ona həmin 01 ədəd Vələs ağacını kəsməsinə icazə vermiş, digər ağacların kim tərəfindən kəsildiyini bilmir, yıxılmış ağacların kim tərəfindən meşədən aparıldığını bildir, düşünür ki, ağacların qanunsuz kəsilməsinə Ramin icazə vermiş və yıxılmış ağacları satmışdır, kimlərə satmasını və ağacları kəsməyə icazə verdiyini bilmir. Bibiyanı kənd sakini Şahid2 şikayəti əsasında 15 saylı meşə dolayısında 28-29 sentyabr 2022-ci il tarixlərdə aparılmış yoxlamalarda, yəni 28 sentyabr tarixldə iştirak etməmiş, həmin gün dolayının ayrı-ayrı kvartallarında 58 ədəd ağacların qanunsuz kəsilməsinin aşkar olunmasından məlumatı olmuşdur. 29 sntyabr 2022-ci il tarixdə yoxlamda iştirak etmiş, təkrar həmin meşə dolayısının ary-ayrı kvartallarında 20 ədəd, cəmi 78 ədəd müxtəlif cins, növ və diametrdə ağacların qanunsuz kəsilməsini aşkar edib akt yazmışlar. Təqsirləndirilən şəxs yoxlamada iştirak etməmişdir, ağacların kim və yaxud da kimlər tərəfindən kəsildiyini bilmir, düşünür ki, həmin ağacların kəsilməsinə meşə gözətçisi Raimin Sarxanov şərait yaratmışdır. Ağaclar tam olaraq Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə ayrı-ayrı vaxtlarda qanunsuz kəsildiyini müəyyən etmişlər. Bibiyanı kənd sakini Şahid2 şikayəti əsasında 01-03 oktyabr 2022-ci il tarixlərdə 15 saylı meşə dolayısında aparılmış yoxlama zamanı Fısdıq cinsindən odunluq növünə aid 4 sm d-də 2 ədəd, 8 sm d-də 12 ədəd, 12 sm d-də 11 ədəd, 16 sm d-də 7 ədəd, 20 sm d-də 4 ədəd, 24 sm d-də 1 ədəd, 28 sm d-də 1 ədəd, 36 sm d-də 2 ədəd, 40 sm d-dd 1 ədəd, 44 sm d-də 1 ədəd, 52 sm d-də 1 ədəd və işlik növünə aid 76 sm d-də 1 ədəd ümumilikdə 44 ədəd ağacların meşə sahəsinin Çayrud kəndinə yaxın ərazisində, yəni Çayrud kəndindən meşəyə gələn maşın yolun ətrafında 2022-ci ilin əsasən iyun-avqust aylarında kəsildiyini müəyyən etmişlər, həmin ağacların kimlər tərəfindən kəsildiyini Təqsirləndirilən şəxs onlara deməmişdir. Lakin şəxsən özü həmin ağacların kimlər tərəfindən kəsildiyyini öyrənmək üçün bir neçə nəfərlə söhbət aparmış, ona məlum olmuşdur ki, həmin 41 ədəd əsasən xırda diametrdə odunluq ağacları Cayrud kənd sakini Səfail idarə etdiyi avtomaşınla həmkəndlisi Ələsgər Hüseynovu meşəyə gətirmiş, Ələsgər həmin ağacları kəsib doğramış və İlqar Abdullayevin avtomaşını ilə meşədən daşıyıb aprarmış və satmışlar. Şahid2 şikayəti əsasında 04 oktyabr 2022-ci il tarixdə 15 saylı meşə dolayısında aparılmış yoxlama zamanı Ağcaqayın cinsindən 84 sm d-də 01 ədəd və 68 sm d-də 01 ədəd işlik növünə aid ümumilikdə 02 ədəd kök üstə yaş ağacların yoxlamadan 2-3 ay əvvəlki vaxtlarda qanunsuz kəsilməsini aşkar etmişlər. Həmin ağaclardan 68 sm d-də ağacın köyününün üzərində 052 damğası olmuş, həmin damğanı Elşad Şükürov əvvəlki yoxlamalarda vurmuş və akt tərtib edib müəssisəyə təqdim etmişdir. 15 saylı dolayıda qanunsuz kəsilmiş ağacların kim tərəfindən kəsilməsini bilmir, lakin həmin ağaclar meşə sahəsinin ayrı-ayrı kvartallarında və ayrı-ayrı vaxtlarda kəsilsə də kəsilmələrinə meşə gözətçisi Təqsirləndirilən şəxs şərait yaratmış və satmışdır. Özü şəxsən ağacları kəsən şəxsləri tanıyır və bilir. 15 saylı meşə dolayısında ağaclar əsasən 2022-ci ilin iyun-avqust aylarında kəsilmişdir. Həmin dövrdə qırıntı sahələrinin ayrılması və oduncağın buraxılışı ilə məşğul olmuş, buna görə də 15 saylı dolayıda həmin müddətdə yoxlama aparmamışdır. Yalnız ona 30 avqust 2022-ci il tarixdə məlumt verildikdən sonra 15 saylı meşə dolaysına gedib yoxlama aparmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəlində işdən çıxarıldıqdan sonra onunla mühafizə etdiyi meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı söhbət aparmış, Ramin ona demişdir ki, ağacların kim tərəfindən kəsilməsini bilmir. Əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin avqust ayının əvvəlində Babək Abbasov və Şahid2 ona zəng edib «sənin xəbərin var Ramin qırma sahəsinin ərazisində ağcaqayın cinsindən ağacı qanunsuz olaraq kəsdirib Lerik şəhər sakini Babək adlı şəxsə satmış, kötüyünü traktorla örtmüşlər» demişlər. Bu məlumat ona verilməzdən əvvəlki günlərdə meşə gözətçisi Təqsirləndirilən şəxs ona zəng edib «qırma sahəsinə maşınlar gedə bilmir, yol narahatdır, meşəyə traktor aparmaq istəyirəm» demiş, Raiminə «meşəyə traktor apar yolu düzəlt, lakin ağacları zədələmə» demiş, Ramin ona «yolu düzəltdirərəm, ağaclara ziyan dəyməyəcəkdir» demiş, Nail və Babəkin məlumatından sonra 15 saylı meşə dolayısının Kornədi kəndini əhatə edən sahəsində ayrılmış qırma sahəsinə gedib yoxlama aparsış, qırma sahəsindən kənarda bir ədəd ağcaqayın cinsindən ağacın kəsilib və aparılmasını, traktorla kötüyünün üstünün örtülməsini bilmiş, Ramin etiraf edib ağacı Lerik şəhər sakini Babək adlı şəxsə verdiyini, sonuncunun ağacı kəsib apardığını demiş, Lerik şəhər sakini Babək adlı şəxslə Raminin mobil telefonu ilə danışmış, Babək ona «mənə görə Raiminlə işin olmasın» demiş, müəssisəyə bu barədə şifahi məlumat vermiş, məlum olmuşdur ki, Ramin ağacı Babək adlı şəxsə kəsdirəndən sonra Kornədi kənd sakini traktorçu Muqəddəsi meşəyə aprmış, Muqəddəs traktoru ilə kötüyün üstünü örtmüş, hatta Çayrud kənd sakini Səfail də onlara kömək etmişdir. Cinayət işinin materiallarında olan şahid X6 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Astara rayonunun Pensər kəndində yaşamaqla X12 Təsərrüfatı Mərkəzində meşə mühafizə işi üzrə direktor müavini vəzifəsində işləyir. 01 sentyabr 2022-ci il tarixdə səhər saatlarında mərkəzin direktoru Aqil Babaşov ona «Vizəzəmin meşəbəyliyinin meşəbəyisi Şahid3 15 saylı dolayıya yoxolamaya getmiş, meşə gözətçisi Təqsirləndirilən şəxs onunla mübahisə etmişdir, özünüz gedin həmin dolayıda yoxlama aparın» demiş, dərhal Lerik rayonunun ərazisinə, Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısına gəlib meşəbəyi Şahid3la görüşərək 15 saylı meşə dolayısının ərazisini, əsasən Bibiyanı kəndindən Çayrud kəndinə gedən maşın yoluna yaxın sahələrdə yoxlamaya başlamış, meşə sahəsini tam gəzə bilmədiklərinə görə həmin gün yoxlamanı tamamlaya bilməmiş, 02 sentyabr 2022-ci il tarixdə meşəyə getməmişlər, 03 sentyabr 2022-ci il tarixdə yenidən 15 saylı meşə dolayısının Bibiyanı kəndinin ərazisirndə və Qırma sahələrin ətrafında yoxlama aparmış, həmin yoxlamada Ağcaqayın cinsindən 36 sm d-də 01 ədəd, 40 sm d-də 01 ədəd və 44 sm d-də 01 ədəd, cəmi 03 ədəd yarımişlik ağacların 2022-ci ilin avqust ayının son həftəsində kəsildiyini, Fısdıq cinsindən 12 sm d-də 01 ədəd, 16 sm d-də 02 ədəd, 24 sm d-də 01 ədəd, 36 sm d-də 02 ədəd, 52 sm d-də 02 ədəd, 56 sm d-də 03 ədəd və 76 sm d-də 01 ədəd odunluq, 64 sm d-də 01 ədəd yarımişli,(cəmi 13 ədəd) ağacların 2022-ci ilin iyul ayının axırında kəsilməsini, Vələs cinsindən 36 sm d-də 01 ədəd, 44 sm d-də 01 ədəd odunluq ağacların 2022-ci ilin iyunayının axırında Qızılağac cinsindən 32 sm d-də 01 ədəd odunluq ağacın 2022-ci ilin avqust ayının əvvəlində kəsildiyini müəyyən etmişlər. Ümumilikdə 19 ədəd ağacların dib kötüklərinə damğa vurub ziyanı hesablamışlar. Həmin yoxlamada 15 saylı meşə dolayısının müxtəlif kvartallarında 2022-ci ilin əvvəlində təbii təsir nəticəsində yıxılmış Fısdıq cinsindən 44 si d-də 01 ədəd, 48 sm d-də 01 ədəd, 52 sm d-də 03 ədəd, 56 sm ddə 01 ədəd, 72 sm d-də 01 ədəd odunluq, 88 sm d-də 01 ədəd və 92 sm d-də 01 ədəd yarımişlik, həmçinin Vələs cinsindən 52 sm d-də 01 ədəd, 56 sm d-də 02 ədəd və 60 sm ddə 02 ədəd cəmi 14 ədəd ağacların doğranılıb meşə sahəsindən aparılmasını müəyyən etmişlər. Həmin ağaclardan bəzilərinin hissələri yük avtomobilinin lubetkasi ilə meşədən çıxarılıb doğranılaraq aparılmışdı. Ağacların kim tərəfindən kəsildiyini və təbii təsir nəticəsində yıxılmış ağacların kim tərəfindən doğranılaraq aparıldığını müəyyən edə bilməmişlər. Ağaclar tam olaraq matorlu mişarla qanunsuz kəsilmişdir. Qanunsuz kəsilmiş ağacların bir neçə ədədinin əsasən diaimetrləri iri olan ağacların kötükləri toraqla örtülmüş və çırpısı təmizlənərək iz itirilmişdir. Həmçinin ağacların işlik hissələri emal olunaraq əsasən şpal hazırlandığını müəyyən etmişlər. Ağacların kəsilib emal olunması üçün bir neçə gün vaxt tələb olunur. Bu da onu göstərir ki, ağaclar meşəbəyi və yaxud da meşə gözətçisinin razılığı ilə kəsilmişdir. Cinayət işinin materiallarında olan Şahid8 Əliabbas oğlunun ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, ifadəsində göstərmişdir ki, Lerik rayonunun Kornədi kəndində qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Binə Südçülük sovxozunda ünvansız evdə kirakeş yaşayır. 2022-ci ilin yay aylarında Lerik rayonunun Kornədi kəndində yaşadığı müddətdə DT-75 markalı traktorunda işləmiş, ona müraciət etmiş müştərilər üçün iş görmüş, 2022-ci ilin təxminən avqust ayında Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısının gözətçisi Təqsirləndirilən şəxs ona zəng edib «qırıntı sahəsində gedən maşın yolu dağılmışdır, maşınlar yolda hərəkət edə bilmir, yolu təmir etmək üçün traktor lazımdır, sən traktorla meşəyə gəl yolu təmizlə» demiş, Raminin sözünə idarə etdiyi DT-75 markalı taktorla, meşəyə getmiş, meşə sahəsini tanıdığına görə Raminin təsvir etdiyi əraziyə gəlmiş, Raimin özü meşədə olmamışdır. Lakin meşədə Çayrud kənd sakini Səfail və X7 ilə rastlaşmış, onlar kəsilmiş ağacın xoll-budaqlarını doğramışlar. Raminlə əlaqə saxlayıb danışmış, Ramin ona «yolu təmizlə, həmçinin yolun kənarında kəsilmiş ağacın kötüyü maşınlara maneçilik törədir, həmin kötüyün üstünü toraqla ört» demiş, Raminin xahişinə əsasın meşə sahəsində olan yolu genişləndirib və yolun kənarında olan kəsilmiş ağacın kötüyünü toraqla örtmüş, işini qurtardıqdan sonra Raminə zəng edib işi qurtardığını demiş, sonuncu ona meşədən çıxdığını dediyinə görə meşədən çıxıb evinə gəlmişdir. Cinayət işinin materiallarında olan şahid X2 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Lerik şəhərində yaşamaqla X12 X5 rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində işləyir, Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısında Bibiyanı kənd sakini Şahid2 şikayəti əsasında aparılmış yoxlamalardan 2 dəfə, yəni 28-29 sentyabr 2022-ci il və 01-03 oktyabr 2022-ci il tarixlərdə iştiak etmişdir. Belə ki, Şahid2 şikayəti əsasında 28 sentyabr 2022-ci il tarixdə yoxlamanı təşkil edən 1 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə iştirak edib 2 gün ərzində meşə sahəsində yoxlama aprdıqları ərazidə ümumilikdə 78 ədəd müxtəlif cins və diametrdə ağacların qanunsuz kəsilməsini aşkar edib akt tərtib etmişlər, hər bir ağacın kəsilmə müddəti ilkin çöl qeydiyyat aktında yazılmışdır. Ağacların həcmi və vurulmuş ziyan hesablanaraq cədvəl tərtib olunub akta əlavə edilmişdir. Bundan əlavə 01 oktyabr 2022-ci il tarixdə yoxlamanı təşkil edən 1 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə iştirak edib 3 gün ərzində meşə sahəsində yoxlama apardıqları ərazidə, Çayrud kəndinə yaxın ərazidə ümumilikdə 44 ədəd müxtəlif cins və diametrdə ağacların qanunsuz kəsilməsini aşkar edib akt tərtib etmişlər, hər bir ağacın kəsilmə müddəti ilkin çöl qeydiyyat aktında yazılmışdır. Ağacların həcmi və vurulmuş ziyan hesablanaraq cədvəl tərtib olunub akta əlavə edilmişdir. Vizəzəmin meşəbəyliyin 15 saylı meşə dolayısında keçirilmiş və iştirak etdiyi yoxlamalarda qanunsuz kəsimlməsi aşkar olunmuş ağacların kəsilmə müddəti 2022-ci iin may-sentyabr aylarına təsadüf etmişdir. Ağacların kim və yaxuld da kimlər tərəfindən kütləvi kəsilməsini meşəbəyi və meşə gözətçisi bildirməmişlər. Həmin ağaclardan xırda diametrdə 41 ədədi Çayrud kəndinə tərəf olan sahəsində, digər 78 ədədi isə əsasən Bibiyanı və Almu kəndlərinə tərəf olan sahələrdə matorlu mişarla qanunsuz kəsilmiş, işlik hissələri və oduncağı doğranılaraq avtomaşınla meşə sahəsindən daşınmışdır. Yoxlama zamanı qanunsuz kəsilməsi aşkar olunmuş ağaclardan bir neçə ədədi yerində saxlanılmışdır. Yerdə saxlanılan ağaclar qeydə alınaraq müəssisənin anbarına mədaxil olunmuşdur. Qanunsuz kəsilməsi aşkar olunmuş ağacların matorlu mişarla kəsilib doğranılaraq avtomaşınla meşə sahəsindən aparılması üçün xeyli vaxt tələb olunur. Bu da onu göstərir ki, ağacların kəsilməsi üçün icazə verilmiş və ağacları kəsən şəxslər tam sərbəst olaraq bir neçə gün ərzində matorlu mişarla meşədə sərbəst işləmişlər. Düşünürəm ki, meşə gözətçisi və meşəbəyi ağacları kəsən şəxs və yaxud da şəxsləri tanıyır və yaxud da həmin ağacları kəsmək üçün mənə şəxsiyyəti məlum olmayan şəxslərə icazə vermişdir. Lerik şəhər sakini Şahid9 tanıyır, onunla ziddiyəti olmamışdır. Şahid9 onun uzun ilər meşə təsərrüfatında işlədiyini bildiyinə görə 2022-ci ilin yay aylarında meşə buraxılış orderinə əsasən evinə oduncaq aparmaq üçün ona müraciət etmiş, ona Lerik rayonu ərazisində qırıntı sahələr olan meşələri demiş, Babək ona «yaxın və rahad Vizəzəmin meşəbəliyidir. Meşəbəyini tanımıram» demiş, Vizəzəmin meşəbəyliyinin meşəbəyisi Şahid3 zəng edib «Babək adlı şəxs yanınıza gələncək ona order yaz və sanitar qırıntı sahəsindən evinə oduncaq aparmasına köməklik göstər» demiş, sonradan bilmişdir ki, Şahid9 Şahid3la əlaqə saxlamış, sonuncu ona meşə buraxılış orderini yazıb və 15 saylı meşə dolaysına sanitar qırntı sahəsinə göndərmişdir. Şahid9 15 saylı meşə dolayısının gözətçisi Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu ona meşədən oduncaq aparmasına köməklik etmiş, Şahid9 15 saylı meşə dolayısında sanitar qırıntı və yaxud digər sahədən oduncağı apardığını bilmir. 15 saylı meşə dolayısında yoxlamalar aparılan günlərdə meşəbəyi Şahid3 ona «Babəki meşəyə göndərib ağac kəsdirmisən» demiş, bundan sonra Babəklə söhbət edib hansı sahədən oduncanq apardığını soruşmuş, Babək ona meşə gözətçisi Raimin Sarxanovun göstərdiyi sahədə ona 100 manat pul verib 01 ədəd ağac kəsib doğrayıb bir maşın odunu orderə əsasən apardığını demişdir. Cinayət işinin materiallarında olan Şahid9 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, 2022-ci ilin təxminən avqust ayında Vizəzəmin meşəbəyliyin 15 saylı meşə dolayısında odun tədarük etmək üçün meşəbəyi Şahid3 adına meşə buraxılış orderi tərtib edib ona təqdim etdikdən sonra 15 saylı meşə dolayısına gedib meşə gözətçisi Təqsirləndirilən şəxsla görüşmüş, Ramin ona sanitar qırma sahəsində bir ədəd nömrələnmiş ağac göstərmiş, ağacı matorlu mişarla kəsib doğradığı zaman Vistən kənd sakini Cenyhun adlı şəxs idarə etdiyi URAL markalı maşınla meşəyə yanına, yəni qırıntı sahəsinə gələrək «məni şəhid ailəsinin odunu üçün göndəriblər» demiş, Ceyhun tək olduğuna və matorlu mişarı olmadığına görə özü üçün doğradığı odunu köməkləşib onun maşınına yükləmişlər və şəhid ailəsi üçün aparmış, həmin ağacın yerdə qalan hisəsini doğradığı zaman Ramin ona yaxınlaşıb «pul varsa mənə 100 manat ver Lənkərana gedirəm işim var, özün üçün ağac kəsib doğrayıb odun apararsan» demiş, Raminə 100 manat vermiş, o, meşədən getmiş, ona yazılmış orderə əsasən Raminin göstərdiyi ağacın bir hissəsini doğrayaraq odunu şəhid ailəsi üçün göndərdiyinə görə həmin ağacın odunu azlıq etdiyinə üçün Raminə verdiyi pulun müqabilində onun razılığı ilə yaxınlıqda bir ədəd təxminən 50 sm d-də ağcaqayın cinsindən ağacı özü kəsib odun hazırlamış və Cenyhunla danışdığına görə sonuncu idarə etdiyi maşınla meşəyə gəlmiş və özü üçün doğradığı odunu maşınına yükləyib evinə gətirmiş, Raminə 100 manat pul verib onun razılığı ilə ağac kəsmiş, şəxsən özü icazəsiz meşə sahəsinə getməmiş və ağac kəsməmişdir. Cinayət işinin materiallarında olan Şahid11 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Lerik rayonunun Bibiyanı kəndində yaşamaqla heç yerdə işləmir, təsərrüfatla məşğul olub dolanır. Bundan əlavə şəxsi UAZ markalı avtomobili vardır özü istifa edir. Yaşadığı Bibiyanı kəndi Vizəzəmin meşəbəyliyin əsasən 15 saylı meşə dolayısının əhatəsində yerləşir. 2022-ci ilin yay aylarında 15 saylı meşə dolayısının gözətçisi Almu kənd sakini Təqsirləndirilən şəxs işləmişdir. Ramin Saxanovu tanıyır onunla ziddiyyəti olmamışdır. 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs Bibiyanı kəndinə gəlib meşə sahəsinə getdiyi zaman onu bir neçə dəfə meşə sahəsinin dərinliklərinə aparmış, ona zəhməthaqqı verməmişdir. Bunun əvəzində meşə sahəsində kəndə yaxın ərazidə 01 ədəd xırda diametrdə vələs cinsindən ağacı kəsib doğrayıb evinə aparmasına icazə verdiyinə görə 2022-ci ilin yay aylarında həmin 01 ədəd vələs cinsindən xırda diametrdə ağacı kəsib odun doğrayıb evinə aparıb ocaqda və təndirdə yandırıb istifadə etmiş, bundan əlavə meşə sahsində özbaşına ağac kəsməmiş və doğrayıb daşımamışdır. Cinayət işinə əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, X12 Təsərrüfatı mərkəzinin 07 iyun 2022-ci il tarixli 143/K saylı əmrinə əsasən Vizəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayısının gözətçisi Şahid2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, həmin dolayının mühafizəsi Təqsirləndirilən şəxs həvalə olunmuş, 28 iyun 2022-ci il tarixli, 162/K saylı əmrinə əsasən 15 saylı meşə dolayısına meşə gözətçisi vəzifəsinə təyin olunmuş, 05 sentyabr 2022-ci il tarixli 205/K saylı əmrinə əsasən həmin vəzifədən azad edilmiş, dolayının mühafıizəsi Şahid1 həvalə olunmuşdur. Cinayət işinin istintaq zərurət ilə əlaqədar Vizəzəmin meşəbəyliyin 15 saylı meşə dolayısında aparılmış yoxlamalara dair tərtib olunmuş aktlarda qanunsuz kəsilməsi qeydə alınmış ağaclardan kəsilmə müddətinə görə hansı cins, növ və diametrdə neçə ağacın Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə, yəni 07 iyun 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixinədək olan müddətdə kəsilməsini, müəssisəyə vurulmuş və tələb olunan ziyanın məbləğini, qanunsuz kəsilmiş ağacların yerdə qalan hissələrinin həcmini, təbii təsir nəticəsində yıxılmış ağacların meşə sahəsindən aparılmış məhsulun manatla dəyərini müəyyən etmək məqsədilə cinayət işi üzrə ali təhsilli meşəçi mütəxəssis qismində dəvət olunub rəy alınmışdır. Mütəxəssis rəyindən görünür ki, 15 saylı dolayıda 01-03 sentyabr 2022-ci il tarixdə aparılmış yoxlamaya dair tərtib olunmuş aktda qanunsuz kəsilməsi qeyd edilmiş 19 ədəd müxtəlif cins, növ və diametrdə ağacların həcmi 26,43 kub metr, nırxlə dəyəri 218,22 manat, qanunsuz kəsilməsinə görə cərimə ziyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən 2084 manat təşkil etdiyindən həmin ağacların qanunsuz kəsilməsinə görə Dövlət meşə fonduna cəmi 2302,22 manat məbləğində ziyan vurulmuşdur. Həmin ağaclar tam olaraq Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə, yəni 2022-ci ilin yay aylarında qanunsuz kəsilmişdir. 15 saylı dolayıda 28-29 sentyabr 2022-ci il tarixdə aparılmış yoxlamaya dair tərtib olunmuş aktda qeydə alınmış müxtəlif cins, növ və diametrdə 74 ədəd, 66,45 kub metr həcmində ağacların qanunsuz kəsilməsi ilə Dövlət meşə fonduna 1243,74 manat nırx dəyərində ziyan vurulmuşdır. Ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən 6148,00 manat təşkil edir. Həmin ağaclardan 3ədəd, 0,5 kub metr həcmində 2,15 manat dəyərində meşə məhsulu yerində qaldığına görə 74 ədəd ağacların qanunsuz kəsilməsi ilə müəssisəyə vurulmuş cəmi 7391,74 manat ziyandan 2,15 manat çıxıdıqda təqsirkar şəxsdən 7389,59 manat ziyan tələb olunur. 74 ədəd ağaclar Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə qanunsuz kəsilmişdir. Ağacların qanunsuz kəsilməsinə və emal olunaraq meşə sahəsindən aparılmasına görə 7389,59 manat ziyan tələb olunur. 15 saylı dolayıda 01-03 oktyabr 2022-ci il tarixlərdə aparılmış yoxlamaya dair tərtib olunmuş aktda qeydə alınmış müxtəlif cins, növ və diametrdə ağaclardan 37 ədəd, 15,28 kub metr həcmində, 170,68 manat nırx dəyərində ağaclar qanunsuz kəsilmişdir. Həmin 37 ədəd ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən 1101,00 manat təşkil edir. 37 ədəd ağacın qanunsuz kəsilməsi ilə Dövlət meşə fonduna cəmi 1271,68 manat ziyan vurulmuşdur. Qanunsuz kəsilmiş ağaclardan 1,49 kub metr həcmində, 5,48 manat nırx dəyərində oduncaq yerində qalmışdır. Cəm 1271,68 manatdan 5,48 manat çıxıldıqda 1266,20 manat ziyan tələb olunur. Göstərilən 37 ədəd, 15,28 kub metr həcmində ağaclar 2022-ci ilin iyun-avqust aylarında Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə qanunsuz kəsilmişdir. 15 saylı dolayıda 04 oktyabr 2022-ci il tarixdə aparılmış yoxlamaya dair tərtib olunmuş aktda qanunsuz kəsilməsi qeydə alınmış 01 ədəd ağcaqayın cinsindən işlik növünə aid ağacın həcmi 3,58 kub metr nırxlə dəyəri 236,59 manat təşkil edir. Həmin ağac kəsildiyi yerdə saxlanıldığına görə cərimə ziyanı hesablanmır. 01 ədəd ağacın qanunsuz kəsilməsi ilə Dövlət meşə fonduna cəmi 236.59 manat ziyan vurulmuşdur. Ağac yerində qaldığına görə sekvestr edilərək müəssisənin anbarına mədaxil olunmuşdur. Həmin ağac 2022-ci ilin iyun-avqust aylarında Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə qanunsuz kəsilmişdir. 28 yanvar 2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Vizəzəmin meşəbəliyin 14 saylı meşə dolayısında 01 ədəd palıd cinsindən işlik növünə aid ağac qanunsuz kəsilmiş və dib kötüyü yandırılmışdır. Ağacın kəsilmə müddəti 2021-ci ilin əvvəlinə uyğun gəlir. Ağacın bir hissəsi emal olunaraq aparılmış, dib hissəsi yerində qalmışdır. Ağacın həcmi 4,14 kub metr nırxlə dəyəri 154,03 manattəşkil edir. Ağacın qanunsuz kəsilməsinə görə cərimə ziyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən 710,00 manat təşkil edir. Həmin ağacın qanunsuz kəsilməsinə görə Dövlət meşə fonduna cəmi 864,03 manat ziyan vurulmuşdur. Beləliklə təqdim olunmuş materiallar üzrə aparılmış tədqiqat və hesablamalara əsasən, həmçinin qərarda qoyulmuş suallara uyğun olaraq müəyyən edilmişdir ki, X12 X3 meşəbəyliyinin 15 saylı meşə dolayısında 01-03 sentyabr, 28-29 sentyabr, 01-03 oktyabr və 04 oktyabr 2022-ci il tarixlərdə aparılmış yoxlamalar zamanı qanunsuz kəsilməsi aşkar olunmuş müxtəlif cins, növ və diametrdə ağaclardan Lerik rayonunun Almu kənd sakini Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə, yəni 2022-ci ilin iyun-avqust aylarında 131 ədəd, 113,54 kub metr həcmində, 1869,23 manat nırx dəyərində ağaclar qanunsuz kəsilmiş, cərimə ziyanı ilə birlikdə müəssisəyə 10963,49 manat ziyan vurulmuşdur. Qanunsuz kəsilmiş ağaclardan 4 ədəd, 5,88 kub metr həcmində, 238,23 manat nırx dəyərində ağaclar tam və digər kəilmiş ağaclardan 1,49 kub metr həcmində, 5,48 manat nırx dəyərində meşə məhsulu meşə sahəsində qaldığına və yoxlamalar zamanı sekvestr olunaraq müəssisənin anbarına mədaxil olunduğuna görə təqsirkar şəxsdən 10719,27 (on min yeddiyüz on doqquz manat iyirmi yeddi qəp) ziyan tələb ounur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 97 saylı arayışından görünür ki, X11 Azərbaycan Respublikasının müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə X12 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın 500 (beş yüz) manatını ödəmişdir. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satışı ilə Lerik-Lənkəran rayonları ərazisində məşğul olur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.2.3 və 259.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin CM-nin 259.2.3 və 259.2-4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsi, yaşayış yerindən müsbət xarakterizə olunması və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi, CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Müəyyən edildiyi kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Lerik rayonu Almu kəndində yaşamaqla kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olduğundan və digər yerdə işləmədiyindən ailəsinin saxılanılması üçün əraziyə qonşu olan Lənkəran rayonunda kənd təsərrüfatı məhsulları alaraq satmaq məcburiyyətindədir. Bu səbəbdən də cəzanın icrasına nəzarət edən orqan tərəfindən ona ərazini tərk edəcəyi halda qayda pozuntuları, yəni yaşadığı Lerik rayon ərazilərindən kənara çıxması kimi qeydə alınacaqdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik və Lənkəran rayonlarının hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Almu kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Amil Abdullayev tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə X12 Təsərrüfatı Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı Amil Abdullayev tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, X12 Təsərrüfatı Mərkəzinə vurulmuş və ödənilməmiş 10219.27 (on min iki yüz on doqquz manat,iyirmi yeddi qəpik) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X12 Təsərrüfatı Mərkəzinin hesabına köçürülməli, iş üzrə ekspertiza xərci və maddi sübutün olmaması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu, Almu kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, dövlət meşə fonduna vurulmuş və ödənilməmiş 10219.27 (on min iki yüz on doqquz manat,iyirmi yeddi qəpik) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq X12 Təsərrüfatı Mərkəzinin fondunun hesabına köçürülsün. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar