Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-23/2024 14.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1983-cü ildə Lerik rayonu, Livədirqə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Livədirqə kəndində qeydiyyatda olmaqla Lerik rayonu, Muray kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq 160,232 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 08 iyul 2023-cü il tarixdə, saat 19:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu Noda-Şingədulan- Xanagah avtomobil yolunun 3-cü km-də, Lerik rayonunun Aşağı Bilnə kəndindən keçən hissəsində, “Səfalı göl” istirahət mərkəzinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Lerik RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əlində daşıdığı bir ədəd sellofan torbada içərisində təmiz çəkisi 160,232 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Livədirqə kəndində qeydiyyatda olmaqla rayonun Murya kəndində yaşayır. Evlidir, 2 uşağı vardır. Təxminən 1 ildən artıqdır ki, narkotik vasitə marixuana qəbul edir. 08 iyul 2023-cü il tarixdə, günorta saatlarında yaşadığı kəndin yaxınlığında yerləşən örüş sahəsində təsərrüfatında olan heyvanları axtardığı zaman otluq sahədə bir ədəd şəffaf rəngdə sellofan torba görmüş, həmin torbanı yerdən götürüb baxdıqda içərisində nəşə olduğunu bilmişdir. Nəşədən arabir istifadə etdiyinə görə gələcəkdə istifadə etmək məqsədilə götürüb əynində olan jaketinin cibində gizlətmişdir. Lerik rayonunun Bilnə kəndində yerləşən “Səfalı göl” adlanan istirahət mərkəzində işləyən oğluna baş çəkib oradan evə getmişdir. Narkotik vasitə də üzərində olmuşdur. Noda-Şingədulan-Xanagah yolunun 3-cü km-də, istirahət mərkəzinə çatmağa 100 metr qalmış piyada hərəkətdə olduğu zaman bir neçə polis əməkdaşlarının ona yaxınlaşdığını görmüş, içərilərində əməliyyat müvəkkili Dənizi tanıyıb əmin olmuşdur ki, polislər onu tutacaqlar. Buna görə də cibində gizlətdiyi narkotik vasitəni çıxarıb yerə atmaq istəmiş, lakin polis əməkdaşları cəld şəkildə onu tutmuşlar. Narkotik vasitə də əlində qalmışdır. Polis əməkdaşları onu tutub narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər. Sonra onu avtomaşınla Lerik rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçirilmişdir. Bu barədə qərarla tanış olmuş və ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əlində olan bir ədəd sellofan torbanı təqdim edib içərisində narkotik vasitə marixuana oldğunu bildirmiş və verilən suallara cavab olaraq etiraf edib təqdim etdiyi bükümün içərisində marixuana olduğunu, tapıb istifadə etmək məqsədilə götürdüyünü demişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Təqdim etdiyi büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Təqdim etdiyi narkotik maddə ona məxsusdur, tapıb istifadə etmək məqsədilə götürmüşdür. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini, nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik rayon polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Lerik rayonunun Murya kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında düşmənçilik və ziddiyyət olmamışdır. 08 iyul 2023-cü il tarixdə, Lerik rayonunun Murya kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və Noda-Şingədulan-Xanagah avtomobil yolu ilə piyada hərəkətdə olması barədə etibarlı mənbədən ona məlumat verilmiş, Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə almışdır. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3, polis leytenantı Şahid1 Kəmandar oğlu, Lerik RPŞnin PPXB-nin polis nəfərləri, polis baş serjantı Şahid4 və Şahid5 yanına çağırıb onları təlimatlandırmış və birlikdə həmin gün, saat 19 radələrində Noda-Şingədulan-Xanagah avtomobil yolunun 3-cü km-nə gedib yolu nəzarətə götürmüşlər. Həmin gün, saat 19:00da Təqsirləndirilən şəxs Bilnə kəndi ərazisində “Səfalı Göl” istirahət mərkəzinə çatmağa az qalmış ona yaxınlaşıb özlərini təqdim edib saxlamalarının səbəbini izah etmişlər. Təqsirləndirilən şəxs əlində şəffaf rəngli sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs şöbəyə dəvət etmiş və idarə etdikləri avtomobillə Lerik RPŞ-nə gətirib üzərində şəxsi axtarış aparılması barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Daha sonra şöbənin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Teymur Nuriyev tərəfindən müdafiəçinin və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan şəffaf rəngdə sellofan torbanı təqdim edib içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin kütləyə baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapıb istifadə etmək məqsədilə götürüb üzərində gəzdirdiyini bildirmişdir. Götürülən kütlə qablaşdırılmış, sonda protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə marixuananı kimdən, hansı mənbədən əldə etməsini bilmir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşları Şahid3 və Şahid4 oğlu şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Lerik şəhəri, H.Aslanov küçəsi, ev 8-də qeydiyyatda olmaqla orada yaşayır. Lerik rayonunun Murya kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 09 iyul 2023-cü il tarixdə, saat 19 radələrində Lerik rayon polis şöbəsinə dəvət edilmiş, şöbəyə gəlmişdir. Lerik RPŞ-də təhqiqatçı Teymur Nuriyevi, adlarını dəqiq bilmədiyi bir neçə polis əməkdaşlarını, vəkili və sonradan tanıdığı Təqsirləndirilən şəxs görmüşdür. Ondan sonra şöbəyə Lerik şəhər sakini Şahid7 da gəlmişdir. İlk öncə təhqiqatçı orada olan Təqsirləndirilən şəxs göstərib şübhəli şəxs qismində tutulduğunu, üzərində şəxsi keçirilməli olduğunu demiş, o və Şahid7 şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Bundan sonra iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan şəffaf rəngdə sellofan torbanı təqdim edib içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin kütləyə baxış keçirildikdə içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli digər əşya və ya maddə aşkar olunmamışdır. Sonda şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid1 Kəmandar oğlunun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik rayon polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Lerik rayonunun Murya kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında düşmənçilik və ziddiyyət olmamışdır. 08 iyul 2023-cü il tarixdə, Lerik rayonunun Murya kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və Noda-Şingədulan- Xanagah avtomobil yolu ilə piyada hərəkətdə olması barədə etibarlı mənbədən ona məlumat verilmiş, Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə almışdır. Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3, polis leytenantı Şahid2, Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı Şahid4 və Şahid5 yanına çağırıb onları təlimatlandırmış və birlikdə həmin gün, saat 19 radələrində Noda-Şingədulan-Xanagah avtomobil yolunun 3-cü kmnə gedib yolu nəzarətə götürmüşlər. Həmin gün, saat 19:00-da Təqsirləndirilən şəxs Bilnə kəndi ərazisində “Səfalı Göl” istirahət mərkəzinə çatmağa az qalmış ona yaxınlaşıb özlərini təqdim edib saxlamalarının səbəbini izah etmişlər. Təqsirləndirilən şəxs əlində şəffaf rəngli sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs şöbəyə dəvət etmiş və idarə etdikləri avtomobillə Lerik RPŞ-nə gətirib üzərində şəxsi axtarış aparılması barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Daha sonra şöbənin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Teymur Nuriyev tərəfindən müdafiəçinin və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan şəffaf rəngdə sellofan torbanı təqdim edib içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin kütləyə baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapıb istifadə etmək məqsədilə götürüb üzərində gəzdirdiyini bildirmişdir. Götürülən kütlə qablaşdırılmış, sonda protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə marixuananı kimdən, hansı mənbədən əldə etməsini bilmir. Təqsirləndirilən şəxs narkotik vasitə satmaqla məşğul olmasını bilmir. Onun hansı bir istehlakçı ilə qabaqcadan razılığın müəyyən edilməsi barədə ona heç bir məlumat daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd şəffaf rəngdə sellofan torbanı təqdim etmiş, torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək müvafiq qaydada götürülmüş və qabklaşdırılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 09 iyul 2023-cü il tarixli, 19/712 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd torbada təmiz çəkisi -160,232 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X6 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 13 iyul 2023-cü il tarixli, 738 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Livədirqə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Livədirqə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satışı ilə Lerik-Lənkəran rayonları ərazisində məşğul olur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə saat 11:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Müəyyən edildiyi kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Lerik rayonu Murya kəndində yaşamaqla kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olduğundan və digər yerdə işləmədiyindən ailəsinin saxılanılması üçün əraziyə qonşu olan Lənkəran rayonunda kənd təsərrüfatı məhsulları alaraq satmaq məcburiyyətindədir. Bu səbəbdən də cəzanın icrasına nəzarət edən orqan tərəfindən ona ərazini tərk edəcəyi halda qayda pozuntuları, yəni yaşadığı Lerik rayon ərazilərindən kənara çıxması kimi qeydə alınacaqdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı müəyyən edilmiş ərazi məhdudiyyətinin, yəni Lerik və Lənkəran rayonlarının hüdudlarından kənara çıxmamaq şərti ilə icra olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək tutulduğu müddəti ona təyin olunmuş cəzadan çıxılaraq qəti cəza saxlanılmasını, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını, həmçinin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınmasını, onun üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Murya kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut - 160,232 qram marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 160,132 qram marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Murya kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 65 (altımış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 160.132 qram marixuana məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-23/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-23/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver