Məhkəmə qərarları › İş №1(048)-24/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-24/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-24/2023 14.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:15 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X12 Müdafiəçi- vəkil X7, Təqsirləndirilən şəxs- X6 iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1970-ci ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin direktoru işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Albalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, ev 28-də yaşayan, barəsində 03 fevral 2023-cü il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının verdiyi ittihama əsasən, X14, direktoru olduğu "xxxx" MMC ilə podratçı "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında Loda kənd ibtidai məktəbin tikintisini başa çatdırdıqdan sonra pulunu tam şəkildə ala bilməməsi səbəbindən 03 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində Lerik rayonunun Loda kəndinə, yeni inşa edilmiş modul tipli məktəbi həmin məktəbin direktoru X8 təhvil vermək üçün gəlmiş "xxxx" MMC-nin hüquqşünası X15 yaxınlaşaraq məktəbin təhvil verilməsinə icazə verməyəcəyini bildirdikdən sonra məktəbin qarşısında aralarında mübahisə yaranmış, mübahisə zamanı xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib X12 ünvanına ətrafdakıların eşidəcəkləri uca səslə söyüşlər söyməklə onunla əlbəyaxa olub sonuncunun baş və boyun nahiyələrinə qəsdən yumruqla bir neçə zərbə vurub ona başın təpə, boyun nahiyələrində sıyrıqlarla nəticələnən və sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Qeyd edilən ittihamla bağlı X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

221. 1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221. 1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ağdam rayonunun Albalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, ev 28-də yaşayır. "xxxx" MMC-nin icraçı direktorudur.Şirkətin ondan başqa vəzifəli şəxsi yoxdur. "xxxx" MMC tikinti işlərini həyata keçirir, belə ki son dövrdə Respublikanın müxtəlif regionlarında modul tipli məktəblərin tikintisini həyata keçirirlər. Onlardan biri də Lerik rayonunun Loda kəndində yerləşən 20 şagirdlik modul tipli məktəbdir. Həmin məktəbin tikintisini o, "xxxx" MMC-nin direktoru olaraq qeyri-rəsmi tapşırıqla 16 avqust 2022-ci ildə başlamış və 16 oktyabr 2020-ci ilə kimi yekunlaşdırmışdır. Həmin tapşırığı "xxxx" MMC-nin faktiki rəhbəri Teymur Musayev ona vermişdir. Tikintini 16 oktyabr 2020-ci il tarixdə yekunlaşdırmağına baxmayaraq onunla müqavilə 06 noyabr 2020-ci il tarixdə bağlanmışdır. Həmin məktəbin tikintisini həyata keçirən zaman 157.000 manat xərci çıxmış, həmin vəsaitin 72442,05 manatını ona nağd və köçürmə yolu ilə vermişlər. Keçmiş "xxxx" MMC, hazırki "xxxx" MMC-nin hal-hazırda ona 74.083 manat Loda kəndində tikilmiş modul tipli məktəbin tikinti xərclərindən borcu vardır. Həmin borcu dəfələrlə "xxxx" MMCdən tələb etsə də, həmin MMC tərəfindən borcu qaytarılmamışdır. Ona görə də Loda məktəbinin tikintisi yekunlaşdıqdan sonra "xxxx" MMC ilə əlaqə saxlayıb ona olan borclarını vermələrini, vermədikləri təqdirdə məktəbin qapısının açarlarını təhvil verməyəcəyini bildirmişdir. Məktəbin tikintisini 2 ildən artıqdır ki, bitirsə də "xxxx" MMC xərclədiyi vəsaiti vermədikləri üçün həmin məktəbi təhvil verməmişdir. "xxxx" MMC tərəfindən Loda məktəbinin inşası ilə bağlı ona 156 min manat pul verilməlidir. Həmin pulu materiala, işçilərə və nəqliyyat xərclərinə verməlidir. Pulu ödənilmədiyi üçün malın, metrialın, nəqliyyat xərclərinin və işçilərin əməkhaqqını verə bilməmişdir. Bu barədə həmin şirkətə müraciət etsə də şikayətinə məhəl qoymamışlar. Həmçinin Astara rayonunun Şəvqo, Xiçəsu və Lerik rayonunun Loda kənd məktəblərinin inşası ilə bağlı ona 448 min manat pul verməlidirlər. 124 min manat pulu Bank hesabına, 127 min manat pulu isə nağd vermişlər. Hazırda Modenco şirkətinin ona 196 min manat borcu qalmışdır. Bununla bağlı hazırda Modenco şirkətinin hüquqşünası Ənvər Aslanov ilə aralarında mübahisə vardır. 03 noyabr 2022-ci il tarixdə Loda kənd məktəbinə nəzarət etmək üçün adını bilmədiyi şəxsin idarə etdiyi Niva markalı avtomobil ilə Sahil Hüseynov və Elməddin adlı jurnalistlə birlikdə Loda kəndinə getmişlər. Loda kəndində şəhid Gündüz Əliyevin ailəsini ziyarət etməyə getmiş, evdən çıxandan sonra Məktəbin qarşısından keçərkən 4 nəfər şəxsin məktəbin giriş qapısında dayandıqlarını görmüşdür. Ənvərin məktətəbin pilləkənində durduğunu, həmin Ənvərin yanında tanımadığı şəxs, içəridə isə Rüfətin qapını qırdığını görmüşdür. Ənvərdən məktəbin qapsını qırmasının səbəbini soruşduqda Ənvər “əcəb edirəm, sən kimsən, nə gəzirsən burda” demişdir. Ənvərə məktəbi tikən şirkətin rəhbəri olduğunu demişdir. Ənvərə qapını açmalarına icazə verməyəcəyini bildirmiş, bu zaman Ənvərlə aralarında mübahisə yaranmışdır. Ənvərin yaxasından tutmuş və əlbəyaxa olmuşlar. Bundan sonra əsəblərini cilovlaya bilməyib yerdən çəkici götürüb Ənvərin boğazından yapışaraq “buranı qıranın ağzını cıraram” deyərək çəkici yuxarı qaldırmış, lakin çəkiclə Ənvərə vurmamışdır. Bu zaman orada olan Rüfət Hüseynov aralarına girib çəkici əlindən almışdır. Ənvərə məktəbi təhvil vermədiyini, məktəbin qapsını hansı səbəbdən sındırdığını, ona kimin səlahiyyət verdiyini soruşduqda Ənvər "xxxx" deyə cavab vermişdir. MMC tərəfindən Ənvərə heç bir səlahiyyət verilməyib ki, məktəbdə açılış etsin. Əgər icazəsi varsa rəsmi qaydada sənədi təqdim etməsini xahiş edir. Ənvər ona “açılışa gəlmişəm ona görə qapını qırıram” deyə cavab vermiş, Ənvərin saat 6-dan sonra məktəbin açılışına gəlməyə səlahiyyəti yoxdur. Bundan sonra bir-birilərindən aralaşmışlar. Ənvər Aslanovun “102” məlumatında göstərdikləri yalan və böhtandır. Həmin vaxt onunla təkcə Ənvər arasında mübahisə olmuşdur. Həmin vaxt Ənvər sol əli ilə onu itələyib “çəkil burdan, sən kimsən bizə maneçilik edirsən” demiş, əlləri ilə onun yaxasından tutmuş, buna görə də Ənvərin yaxasından tutmuş, əlbəyaxa olmuşlar. Ənvər onu sinəsi və bədəni ilə itələyib qıcıqlandırmağa başlayıb “kişisən vur” demiş, bundan sonra əsəblərini cilovlaya bilməyib yerdən çəkic götürüb çəkici yuxarı qaldırmış, lakin çəkiclə Ənvərə vurmamışdır. Bu zaman Rüfət və Mehti onları ayırmışlar. Həmin vaxt orada məktəbin direktoru Əziz, şirkətin işçiləri Ənvər, Mehti, Rüfət, Astara rayon sakini Sahil və onlarla birlikdə gələn jurnalist olmuşdur. Həmin jurnalistin kimliyini bilmir. Ümumi münaqişə təxminən 20 dəqiqə, Ənvərlə mübahisəsi təxminən 1-2 dəqiqə baş vermişdir. Həmin vaxt polis əməkdaşının qanuni tələbinə tabe olmuş, hər şeyin qanunla həll olunmasını istəyir. Həmin vaxt ətrafda heç kim olmamış heç bir ictimai qayda pozulmamış, heç kimin rahatlığı pozulmamışdır.O, Ənvərə xəsarət yetirməmişdir. Sonda təqsirləndirilən şəxs X14 zərərçəkmişə qarşı heç bir cinayət törətmədiyini, qeyd edərək bunların nəzərə alınmasını və Cinayət Məcəlləsinin 221. 1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Sülh küçəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. MODENCO MMC-nin Hüquq Şöbəsinin müdiri vəzifəsində işləyir. Lerik rayonunun Loda kəndində məktəb tikmək üçün xx.xx.2020-ci il tarixdə Elm və Təhsil Nazirliyi "xxxx" MMC ilə 51/20 saylı müqavilə bağlamış, MODENCO şirkəti həmin tikilməsi və bəzək işlərinin görülməsi üçün "xxxx" şirkəti ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən Vüqar 1970 şirkətinə tikinti və bəzək işləri üçün 93.315.77 manat pul Vüqar Zeynalova məxsus hesaba şirkət tərəfindən köçürülmüşdür. Loda məktəbinin tikintisi 2021-ci il tarixdə başa çatdırılmalı olmuş, lakin Vüqar Zeynalov tərəfindən işlər tam görülmədiyindən, gürülmüş işlər isə natamam olduğu üçün müvafiq olaraq qüsur aktı tərtib olunmuşdur. İşlərin yekunlaşmaması səbəbi ilə şirkətin vəsaiti hesabına görülməyən işlər üçün işçi qüvvəsi cəlb olunsa da, Vüqar Zeynalov tərəfindən müxtəlif qanunazidd hərəkətlər və xuliqanlıq niyyəti ilə müşahidə edilən təhqir, zorakılıq hərəkətləri edərək məktəbin təhvil verilməsinə maneçilik törətmişdir. Vüqar Zeynalov məktəbin giriş qapısının kilidlərini dəyişmiş, həmçinin məktəbdə dərslərin keçirilməsinə maneçilik törətmişdir. Əlavə olaraq özünün borclu olduğu şəxslərə məktəbin ləvazimatlarını vermişdir. Qeyd edilmiş məsələləri rəsmiləşdirmək və məktəbin fəaliyyətini təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə şirkət tərəfindən direktor adından etibarnamə və ezamiyyə ilə şirkətin digər əməkdaşı X32 rayonunun Loda kənd məktəbinə gəlmişlər. Həmin ərazidə xidmətdə olan Lerik RPŞ-nin əməkdaşı Kamal Aslanovu dəvət edərək sənədləşmənin tərtibində ona köməklik göstərməyini xahiş etmişlər. Məktəbə yaxınlaşıb giriş qapısının açarını dəyişməyə başlayarkən qəfildən nömrəsini xatırlamadığı Niva markalı avtomobillə Sahil Hüseynov və Vüqar Zeynalovun gəldiklərini görmüşdür. Vüqar əlində çəkiclə üzərinə hücum edərək “sizi öldürəcəm, məktəbin açılışına icazə verməyəcəm” demiş, Vüqara hər hansı mübahisənin sivil yolla hüquq-mühafizə orqanları və məhkəmə ilə həll etməyin mümkünlüyünü izah etmişdir. Vüqar təkidlə bunun mümkün olmadığını və onun tələb etdiyi əlavə 180 min manatı verilməyənədək bu məktəbin istismarına icazə verməyəcəyini, lazım gələrsə hamını öldürüb, məktəbi yandıracağı ilə hədələmişdir. Ona mane olmamağı bir daha təklif etsə də, boğazından bir əli ilə sıxaraq oradan çıxıb getməyini nalayiq sözlərlə bildirmiş, ünvanına təhqiramiz sözlər işlədib onu ətrafdakıların eşidə biləcəkləri uca səslə söymüşdür. Bu zaman ətrafda olan şəxslər onları ayırmaq istəmiş, Vüqar əlində olan çəkiclə ona xəsarət yetirmək üçün bir neçə dəfə zərbə endirmək istəmiş, sonuncu cəhddə Vüqar əlində olan çəkiclə başına zərbə endirərkən X22rşısına keçərək ona ağır xəsarət yetirməsinə mane olmuşdur. Lakin dəstəyi sarı rəngli taxta materialdan olan çəkicin dəmir hissəsi başının üst nahiyəsinə dəymiş, Vüqar həmçinin yumruqla ona zərbələr vurmuşdur. Ərazidə olan polis əməkdaşı Kamal Aslanov, onunla birlikdə gələn dostu X20 və Rüfət Hüseynov onu hücum edən şəxslərin əlindən alaraq ərazidən kənarlaşmağını təmin etmişlər. Vüqar yenə də uzaqda onu söyərək əgər pulunu almasa şirkət rəhbərliyini və onu öldürəcəyini, məktəbi yandıracağını demişdir. Mübahisə zamanı polis əməkdaşı X49 Zeynalovdan dəfələrlə ictimai qaydaya riayət etməsini tələb etsə də, Vüqar polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Bu barədə DİN-nin 102 XZM-nə məlumat vermişdir. Hazırda mübahisə ilə əlaqədar Vüqar Zeynalov AR Baş Prokurorluğuna, DİN-nə, Prezident Administrasiyasına, Təhsil Nazirliyinə və digər orqanlara pulun tələbi ilə bağlı əsasız müraciət etsə də, təqdim edilmiş sənədlər əsasında onun iddialarının əsası olmadığı bildirilmişdir. Vüqar Zeynalova məhkəməyə müraciət etməsi hüququ da dəfələrlə izah edilmişdir. Vüqar Zeynalovun qanunsuz hərəkətləri əhəmiyyətli dövlət layihəsinin yekunlaşmasına təhsilin qeyd olunan məktəbdə pozulmasına, iqtisadi fəaliyyət subyektinin qanunazidd məhdudlaşmasına, insan sağlamlığına zədə vurmaqla sair ağır nəticələrə səbəb olmuşdur. Hadisə zamanı X14 əli ilə boğaz nahiyəsindən sıxıb, yumruq və əlində olan çəkiclə baş nahiyəsinə zərbə vurub xəsarət yetirmişdir. Bədəni üzərində aşkar olunmuş xəsarətləri 03 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində X2 ibtidai məktəbin qarşısında onunla əlbəyaxa olub boğaz nahiyəsindən tutub sıxmaqla, həmçinin yumruq və çəkiclə ona zərbələr vurması nəticəsində yetirmişdir. Hadisədən sonra həyəcanlı olduğu üçün “102” xidmətinə 4 nəfər şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmin vaxt ona qarşı xuliqanlıq hərəkətləri edib xəsarət yetirən şəxs X9r. Vüqar Zeynalovdan başqa heç kim ona qarşı kobud hərəkət etməmişdir. Həmin vaxt orada məktəbin direktoru Əziz Dövlətov, Mehdi Mehdiyev, Rüfət Hüseynov, Vüqar Zeynalov, Sahil Hüseynov və onlarla birlikdə gələn jurnalist olmuşdur. Həmin jurnalistin kimliyini, ad və soyadını bilmir. Ümumi münaqişə təxminən 20 dəqiqə, Vüqarla aralarında əlbəyaxa isə təxminən 1-2 dəqiqə baş vermişdir. Həmin videogörüntü özünü jurnalist kimi təqdim edən şəxs tərəfindən qısa fasilələrlə çəkilmişdir. Təqdim edilən videogörüntü mübahisənin bütün anlarını əks etdirir. Vüqar həmin vaxt ona fiziki zor tətbiq etmiş, ünvanına nalayiq ifadələr işlətmiş və real olaraq sağlamlığına xəsarət yetirmişdir. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, Bala Məmməd küçəsi, ev 4/2-də qeydiyyatda olmaqla orada yaşayır. 2016-cı ildən "xxxx" MMC-də işləyir. X14 və X16 tanıyır, onların heç biri ilə aralarında narazılıq və ziddiyyət olmamışdır. 03 noyabr 2022-ci il tarixdə Ənvər Aslanov mobil telefonuna zəng edib Lerik rayonunun Loda kəndinə gedəcəyini deyərək ona yoldaşlıq etməyini xahiş etmişdir. Həmin gün, saat təxminən 14 radələrində Lənkəran rayonu ərazisində Ənvər Aslanov və onun tanışı Mehdi adlı şəxslə görüşmüşdür. Onları idarə etdiyi VAZ-2121 markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Loda kəndinə aparmışdır. Vüqar Zeynalov məktəbin açarlarını itirdiyini demiş, buna görə də məktəbin giriş qapısını açmağa başlamışlar. Bu zaman ağ rəngdə Niva markalı avtomobilin gəldiyini və Vüqar Zeynalovun qışqıraraq avtomobildən düşüb onlara tərəf gəldiyini görmüşdür. Vüqar “ay camaat, məktəbin qapısını dağıdırlar, qoymayın” və s. bu kimi ifadələr işlədib üzərilərinə gəlmişdir. Onlarla birlikdə tanımadığı bir nəfər şəxs də özünü müstəqil jurnalist kimi təqdim edib hadisəni mobil telefonu ilə çəkməyə başlamışdır. Kamera çəkilişini görüb məktəbin arxa hissəsinə getmiş, oradan həmin şəxslərin mübahisələrinə qulaq asmışdır. Ənvər Vüqardan məktəbin açarlarını təhvil verməsini istəmiş, Vüqar isə cavabında uca səslə pulunu verdikdən sonra açarı verəcəyini demişdir. Ənvər Vüqara hər hansı mübahisənin sivil yolla hüquq mühafizə orqanları və məhkəmə ilə həll etməyin mümkünlüyünü izah etmişdir. Vüqar təkidlə bunun mümkün olmadığını və onun tələb etdiyi əlavə 180 min manatı verilməyənədək bu məktəbin istismarına icazə verməyəcəyini demişdir. Lazım gələrsə hamını öldürüb, məktəbi yandıracağı ilə hədələmişlər. Ona mane olmamağı bir daha təklif etsələr də, Vüqar Ənvərin oradan çıxıb getməyini tələb etmişdir. Bundan sonra yerdən çəkic götürüb Ənvər Aslanovu hədələyərkən araya girmiş və çəkici Vüqarın əlindən almışlar. Həmin vaxt X41 Zeynalov arasında mübahisə olmuşdur. X34 Aslanovun baş nahiyəsinə zərbə vurmasını görməmişdir. Həmin vaxt orada məktəbin direktoru Əziz, Ənvər və Mehti, həmçinin Vüqar, Sahil və onlarla birlikdə gələn jurnalist olmuşdur. Həmin jurnalistin kimliyini, ad və soyadını bilmir. Vüqar və Ənvərin mübahisəsi təxminən 1-2 dəqiqə baş vermişdir. X15 Vüqar Zeynalov tərəfindən xəsarət yetirildiyini görməmişdir. İlkin izahatında qeyd etmişdir ki, ola bilsin həmin zərbə Ənvərin baş nahiyəsinə dəymişdir, lakin bunu görməmişdir. Ətrafda onlardan başqa heç kim olmamış, heç bir ictimai qayda pozulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Piran kəndində qeydiyyatda olmaqla orada yaşayır. Lerik RPŞ-nin İTBnin sahə polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 03 noyabr 2022-ci il tarixdə xidməti ərazisinin Loda kəndi ərazisində xidmətdə olarkən Loda məktəbinin qarşısında mübahisə olduğunu görmüş, orada adını sonradan bildiyi Ənvər Abbasov onu dəvət edərək ictimai qaydaya riayət edilməsinə nəzarət etməsini xahiş etmişdir. Həmin şəxslərdən bir qədər kənarda olarkən X34 Aslanovla mübahisə etfiklərini görmüşdür. Bu zaman Vüqar Zeynalov cəld şəkildə yerdən çəkic götürüb Ənvər Aslanovun üzərinə hücum edərək onunla əlbəyaxa olmaq istəmiş, lakin onlar buna mane olaraq çəkici Vuqarın əlindən almışlar.Həmin vaxt onlardan başqa ətrafda heç kim olmamış heç bir ictimai qayda pozulmamışdır.X44 Aslanova heç bir xəsarət yetirməmişdir.Təqsirləndirilən şəxs X17 polis nəfəri kimi onun qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Loda kəndində qeydiyyatda olmaqla orada yaşayır. 22 sentyabr 2021-ci il tarixdən hazıradək Loda kənd ibtidai məktəbin direktoru vəzifəsində işləyir. Məktəb ucqar kənddə yerləşir və orada 9 şagird təhsil alır. Məktəbin inzibati binası 1957-ci ildə tikilən köhnə tikilidən ibarət olmaqla bina tam olaraq istifadəyə yararsız olmuşdur. Buna görə də 2020-ci ilin payız aylarında məktəbin yeni inzibati binası modul tipli olaraq tikilmişdir. Buna baxmayaraq yeni tikilmiş məktəb istismara verilməmişdir. Yeni tikilmiş məktəbin istifadəyə verilməməsinin səbəbini araşdırdıqda deyilənlərə görə məktəbi tikən subpodratçı Vüqar Zeynalova müqavilə əsasında verilməli olan məbləğin verilməməsi səbəb olmuşdur. Bu barədə Vüqar Zeynalovun özü ona, kənd camaatına, həm də kütləvi informasiya vasitələrinə məlumat vermişdir. Vüqar Zeynalovun məktəbi qərəzli şəkildə təhvil verməməsi işlərinə və təhsilə maneçilik törətmişdir. 03 noyabr 2022-ci il tarixdə, saat təxminən 17-18 radələrində təzə tikilən məktəb tərəfdən səs-küy eşitmiş və sonra Ənvər Aslanov onu çağırmışdır. Ənvər Aslanov məktəbi təhvil vermək üçün gəldiyini, qapının açarını dəyişdirəcəyini demiş, elə bu zaman Vüqar Zeynalov yeni tikilmiş məktəbin aşağısından qışqırıb qaça-qaça həmin yerə gəlmişdir.X36 Aslanov arasında mübahisə yaranmışdır.Vüqar Zeynalov yerdən çəkic götürürək Ənvər Aslanovu hədələmişdir, lakin orada olan polis nəfəri Kamal və o ,çəkici Ənvərin əlindən almışlar.Həmin mübahisə təxminən 1-2 dəqiqə baş vermişdir.X28 Ənvərə xəsarət yetirdiyini görməmişdir.Ətrafda onlardan başqa heç kim olmamışdır.X45 Aslanova heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Astara rayonunun Toradi kəndində qeydiyyatda olmaqla orada yaşayır. 2020-ci ildən "xxxx" MMC-də usta işləyir. 2022-ci ilin avqust ayında Vüqar Zeynalov ona Astara rayonunun Şəvqo, Xiçəsu və Lerik rayonunun Loda kənd məktəblərinin inşası ilə bağlı işləməyini xahiş etmiş, Vüqar Zeynalovun təklifi ilə razılaşmışdır. Məktəblərin inşası ilə bağlı Vüqar onun gördüyü işin müqabilində pulunu verəcəkmiş. Loda və Şəvqo məktəblərinin tikintisində daha çox işləmişdir. Həmin tikinti işləri bitdikdən sonra Vüqar Zeynalovdan pulunu istəmişdir. Vüqar ona ümumilikdə 19532 manat məbləğində pul verməlidir. Vüqar ona şirkət tərəfindən pul ödədikdən sonra zəhmət haqqını verəcəyini demişdir. Vüqar ona məktəbləri təhvil vermədiyi üçün pul ala bilmədiyini bildirmişdir. İndiyədək pulu ona ödənilməmişdir, bununla bağlı dəfələrlə müxtəlif dövlət orqanlarına və Modenco şirkətinə şikayət ərizəsi yazsa da, ona heç bir köməklik olunmamışdır. Modenco şirkətinin nümayəndələrinə şifahi şəkildə 3 dəfə desə də yenə də ona məhəl qoymamışlar. İndiyədək pulu ödənilməmişdir. 03 noyabr 2022-ci il tarixdə Loda kəndinə şəhid Gündüz Əliyevin ailəsini ziyarət üçün adını bilmədiyi şəxsin idarə etdiyi Niva markalı avtomobillə Vüqar Zeynalov və adını bilmədiyi jurnalistlə birlikdə getmişlər. Loda kəndində şəhid Gündüz Əliyevin ailəsini ziyarət etdikdən sonra evdən çıxıb məktəbin qarşısından geçərkən, saat təxminən 18 radələrində 3 nəfər mülki geyimli, bir nəfər isə polis əməkdaşının məktəbin qarşısında durduqlarını görmüşdür. Həmin vaxt X37 Aslanov arasında mübahisə başlamışdır.Vüqar Zeynalov yerdən çəkic götürüb Ənvə Aslanovu hədələmişdir. Orada olan polis nəfəri Kamal, direktor Əziz, Rüfət və Mehdi onları ayırmışlar. Həmin mübahisə təxminən 1-2 dəqiqə baş vermişdir.X28 Ənvərə xəsarət yetirdiyini görməmişdir.Ətrafda onlardan başqa heç kim olmamışdır.X45 Aslanova heç bir xəsarət yetirməmişdir. Lənkəran MTE və PA şöbəsinin 07 noyabr 2022-ci il tarixli, 137 saylı rəyindən görünür ki, vət. X12 bədəni üzərində - başın təpə, boyun nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfinən verilmiş tələbnamədən görünür ki, X14 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan 03 fevral 2023-cü il tarixli “təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, X14 Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan 03 fevral 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, X6 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, X14 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, məhkəmə istintaqında əldə edilmiş və araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə hüquqi qiymət verib X6 CM-in 221.1-ci ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyi nəticəsinə gəlir. Əvvəla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 X38 Lənkəran MTE və PA şöbəsinin 07 noyabr 2022-ci il tarixli, 137 saylı rəyində təhqiqatçının “məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında” xx.xx.2022-ciil tarixli qərarında göstərilən müddətə və şəraitə uyğun gəlməsi göstərilsə də, ilk növbədə göstərilən şəraitin, yəni Vüqar X1 döyərək xəsarət yetirməsi hadisəsinin baş veribverməməsi aydınlaşdırılmalıdır. Çünki, “məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın heç bir preyudisial əhəmiyyəti yoxdur, əgər həmin hadisənin baş verməsi təsdiq edilərsə, onda qeyd edilən tibbi ekspert rəyi ittihamın əsasını təşkil edə bilər. Bundan əlavə, ümumiyyətlə, ibtidai araşdırma zamanı ekspertiza təyin edilməsibarədə qərarda xəsarətlərin zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi şəraitdə əmələ gələ bilməsini müəyyən etmək əvəzinə, xəsarətlərin yalnız döyərək yetirilməsi təsvir edilmişdir. Lakin, hazırkı ittiham üzrə zərərçəkmiş X15 xəsarətlərin nə vaxt yetirilməsi və kim tərəfindən, hansı şəraitdə yetirilməsi mübahisə doğuran haldır. Həminhal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən X15 həmin tarixdə və şəraitdə xəsarətlərin məhz X14 tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, yəni onun vəziyyətini hərhansı formada ağırlaşdıran şəkildə qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, ittiham tərəfi Ənvər Aslanov ərizəsini sübut növü kimi qəbul etməklə həmin ərizəni Vüqar Zenalovun təqsirliliyini təsdiq edən hal kimi qiymətləndirir. Buna münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Məlumat”dan görünür ki, Lerik rayonu, Loda kənd sakini X21 DİN- in 102 XZM-nə zəng edərək, 4 nəfər şəxs tərəfindən döyülməsi, təhqir edilməsi, habelə öldürməklə hədələnməsi barədə məlumat vermişdir. Lakin, X51 RPŞ-da ifadə verərkən 102 XZM-na 4 nəfər şəxs tərəfindən döyülməsi barədə məlumat versə də, ona yalnız Vüqar Zeynalov tərəfindən xüliqanlıq hərəkətləri etməsini bildirmişdir. Belə ki, zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə həmin ifadəni verən şəxsin barəsində ifadə verdiyi şəxsə qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş "xxxx" MMC-in hüquqşünası X21 və "xxxx" MMC-in direktoru X14 arasında münasibətlər normal olmamış, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında Lerik rayonunun Loda kəndində yerləşən 20 şagirdlik modul tipli məktəbin tikintisini həyata keçirən zaman "xxxx" MMC-nin direktoru həmin tikintini 16 avqust 2022-ci ildə başlamış və 16 oktyabr 2020-ci ilə kimi yekunlaşdırmış, tikintiyə 157.000 manat xərci çıxmış, lakin həmin vəsaitin 72442,05 manatını ona nağd və köçürmə yolu ilə versələrdə, keçmiş "xxxx" MMC, hazırki "xxxx" MMC-nin hal-hazırda təqsirləndirilən şəxsə 74.083 manat borcu qaldığından dəfələrlə təqsirləndirilən şəxs V.Zeynalovla zərəçəkən Ənvər Aslanov arasında mübahisələr olmuşdur. Beləliklə, cinayət hadisəsi baş verməsini bildirən ifadəni verənzərərçəkmiş şəxs ilə əleyhinə ifadə verdiyi şəxslərin bir-birləri ilə mübahisələri vardır, bir- birlərinə qarşı qərəzli mövqedədirlər. Ona görə də belə bir vəziyyətdə zərərçəkmiş şəxsin yeganə ifadəsi ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməməklə birlikdə məhkəmə istintaqı zamanı əldə edilmiş mötəbər sübutlarla təkzib edilir. Belə olduğu təqdirdə, zərərçəkmiş şəxsin ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq, iş materiallarında olan məhkəmə tibb ekspertizasının verdiyi rəydə göstərilən xəsarətin məhz Vüqar Zeynalov tərəfindən yetirməsi təsdiq edilmir. Hazırki cinayət işi üzrə zərərçəkmiş X12 ifadəsinin qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır. Məhkəmə iclasında dindirilmiş şahid X24 ifadəsində bildirmişdir ki, “03 noyabr 2022-ci il tarixdə yeni tikilmiş Lerik Rayon Loda kənd ibtidai məktəbin qapısı bağlı olduğundan MMC işçisi Ənvər məkətəbin qapısını qıraraq açmaq istədiyindən Vüqar Zeynalov ona iradını bildimiş, bu zaman Ənvər Vüqarın üzərinə hücum edərək əli və sinəsi ilə Vüqarı itələyərək əlbəyaxa olmuşlar, lakin Vüqar Ənvərə xəsarət yetirməmiş, sadəcə yerdən götürdüyü çəkici yuxarı qaldırsada Ənvəri vurmamış aralarında sözlü mübahisə olmuşdur”. Lakin X44 Aslanovu vurmamış, ona xəsarət yetirməmiş, mübahisə 1-2 dəqiqə davam etmiş, heç bir içtimai qayda pozulmamışdır. Digər şahid X18 isə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ““03 noyabr 2022-ci il tarixdə yeni tikilmiş Lerik Rayon Loda kənd ibtidai məktəbin açılışına gəlmiş Ənvər Aslanov məkətbin qapısının açmaq istəyərkən X37 Aslanov arasında mübahisə olmuş, X44 Aslanova xəsarət yetirməmiş, heç bir ictimai qayda pozulmamışdır. Bundan başqa, şahid X23, X26, X24 məhkəmə iclasında onlara ünvanlanan suallara cavab olaraq göstərmişlər ki, “Ənvərlə Vüqarın mübahisə etmələrinin şahidi olsalarda, lakin Vüqarın Ənvəri çəkiclə vurmasını görməmişlər, mübahisə isə 1-2 dəqəqə davam etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələri qiymətləndirərək qeyd edir ki, zərərçəkmiş şəxsin bəzən özünün leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları mövcuddur. Belə ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə prosesdəqarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşmasının olması, verdiyi ifadənin qərəzsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməl barədə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla uzlaşmadığı üçünhəqiqətdən uzaq hesab edilməlidir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən həddə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» (şübhədən təqsirləndirilən faydalanır) qaydasına əsasən qiymətləndirilməlidir. İşin mötəbər sübutlarla tam şəkildə aydınlaşdırılmayan, şübhəli olan məqamlarına əsaslanaraq ittihamedici hökm çıxarıla bilməz. Beləliklə, X6 ittihamda göstərilən cinayət əməlini törətməsini təsdiq edən hər hansı əsaslı və mötəbər sübut olmadığı üçün, ittiham aktında göstərilən əməlin törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə, iş üzrə əhəmiyyətli olan digər bir məqamı vurğulayaraq qeyd edir ki, təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li Qərarı). Məhkəmə, yuxarıda göstərilən xüsusatlara diqqəti cəlb edərək bildirir ki, ittiham tərəfinin sübutları şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etmir. Məhkəmə istintaqı zamanı əldə olunmuş mötəbər, əsaslı və təkzibedilməz sübutlar isə təqsirləndirilən şəxslərin təqsirsizliyini təsdiq edir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X23, X26, X24 da ifadələrində X4rşı hər hansı cinayət əməli törətmədiklərini bildirmişdir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinimüəyyən edən Azərbaycan Respublikasının CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesindətərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsiüçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən vəya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisitərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Xuliqanlq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan respublikasıAli məhkəməsinin plenumun xx.xx.2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmlər nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci madəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan ,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız, həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq, olunması və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşaət edildiyi hallarda cinayət məsulliyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hadisə ilə, yaxud özgənin özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221.-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud sürətdə pozan hərəkətlər dedikdə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli sürətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar sürətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmlərə tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və silah qismində istifadə edilən əşyların tətbiqi və ya tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və sağlamlığı üçün real təhlükə yaradan bütün hallar ətraflı araşdırılmalıdır. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən görünür ki, təqsirləndirlən şəxs X14 ilə zərərçəkmiş şəxs X21 arasında xx.xx.2022-ci il tarixdə saat 18 radələrində baş vermiş mübahisə 2-3 dəqiqə davam etmiş, təqsirləndirlən şəxs Vuqar Zeynalov zərərçəkmiş X48 boğazından tutmamış, X44 Aslanovu çəkiclə vurmaq istəyəndə həmin şəxslər buna mane olmuş, çəkici Vuqar Zeynalovun əlindən almışlar. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclası zalında nümayiş edilmiş CD formatlı diskə baxış zamanı görünür ki, təqsirləndirlən şəxs X17 zərərçəkən şəxs X12 boğazından yapışmamış, zərərçəkmiş şəxslə məktəb tikintisinə ayrılmış vəsaitinin verilməməsinə görə mübahisə edib əlindəki çəkici yuxarı qaldırıb zərərçəkmişi hədələyir və həmin çəkici onun əlindən polis əməkdaşı X26 alır. Məhkəmə iclasında dindirlmiş şahidlərin ifadəsindən aydın olur ki, ətrafda heç kim olmamamış , heç bir ictimai qayda pozulmamış, cəmiyyətə hörmətsizlik ifadə olunmamış, zərərçəkən şəxs üzrzərində zor tətbiq olunması ilə müşahidə olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X29 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdirki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədəktəqsirsiz hesab edilir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəlisürülə bilməz. Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılmasımümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni iləcinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizolmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərininolub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub- olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyətkəsb edən digər hallar göstərilməlidir; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər; 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsinxeyrinə təfsir edilir; 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmişsübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir- biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, ekspert rəyinin özlüyündə məhz təqsirləndirilən şəxs tərəfindən xəsarətin yetirilməsi istiqamətdə sübutedici əhəmiyyət kəsb etməməsini, xəsarətin məhz zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi şəraitdə əmələ gələ bilməsinin ekspertiza zamanı müəyyənedilməməsini, zərərçəkmiş şəxsin ifadəsi ilə şahid ifadələri, habelə şahidlərin ifadələri arasında ziddiyətlərin mövcud olmasını, zərərçəkmiş şəxs ilə əleyhinə ifadə verdiyi şəxslərin arasında münaqişə və ədavətin mövcud olmasını, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələrini və yuxarıda göstərilən digər xüsusatları nəzərə alaraq hesab edir ki, xəsarətlərin X14 tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər; 28.1 və 28.2-ci maddələrinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, X14 ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə X14 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsinəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, X10 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habeləpozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin221. 1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraətverilsin. X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqındailtizam” qətimkan tədbiri ləğv edilsin. X10 cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş ziyanınödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.

Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar