Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-24/2024 17.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mİrzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1995-ci ildə Rusiya Federasiyasının Murmansk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lerik rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhum edilmiş, Lerik rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdualaşdırlması cəzasının cəkilməmiş 08 ay 03 gün hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lerik rayonunun Piran kəndində yaşayan, barəsində “polisin nəzaərti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, 11 fevral 2023-cü il tarixdə Lənkəran şəhərinin “Böyük Bazar” adlanan ərazisində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq 1,204 qram çəkidə ağ rəngli kiçik kristalşəkilli formada olan psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 11 yanvar 2023-cü il tarixdə, saat 16:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu Lənkəran-Lerik avtomobil yolunun 20-ci km-də, Lerik rayonunun Piran kəndi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq Lerik RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofana bükülmüş halda içərisində təmiz çəkisi 1,204 qram olan ağ rəngli kiçik kristalşəkilli formada olan psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Piran kəndində yaşlı nənəsi ilə birlikdə yaşayır. 11 fevral 2023-cü il tarixdə, günortadan sonra həmkəndlisi Şahid5la birlikdə Lənkəran şəhərinə gəzmək məqsədilə gedib bazarda gəzmişlər. Əvvəlcədən danışdığı, istifadəsində ***-***-**-** saylı mobil nömrə olan Amid adlı şəxsdən narkotik maddə almalı olmuşdur. Lənkəran şəhərinin “Böyük Bazar” adlanan ərazisində olduğu zaman Kənana “bir qədər gözlə, mənim işim var, gəlirəm” demiş, Amidlə həmin ərazidə görüşmüş, sonuncu ona bir ədəd sellofan bükümdə metamfetamin vermiş, bunun əvəzində Amidə 30 manat pul vermişdir. Bundan sonra Kənanın yanına gəlmiş, oradan xatırlamadığı şəxsin idarə etdiyi VAZ-21015 markalı, nömrəsinə baxmadığı avtomobillə Piran kəndinə gəlmişlər. Piran kəndində, Lənkəran-Lerik yolunun 20-ci km-də yerləşən Fərid marketin qarşısında Kənanla birlikdə taksidən düşmüş, avtomobildən düşüb bir qədər yolda piyada hərəkət etdikdən sonra mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər. Sonra polis əməkdaşları onu avtomaşınla birlikdə Lerik rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Bu barədə qərarla tanış olmuş və ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynindəki boz rəngdə gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edib içərisində metamfetamin olduğunu bildirmiş və ona verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində metamfetamin var, Lənkəran şəhərinin Böyük Bazar adlanan ərazisində Amid adlı şəxsdən 30 manata almışdır. Həmin vaxt yanında olan Kənanın bu barədə heç bir məlumatı yoxdur, ona bu barədə deməmişdir. Təqdim etdiyi bükümə baxıldıqda selofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Təqdim etdiyi büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Həmin narkotik vasitələri gələcəkdə istifadə etmək məqsədilə əldə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ahıl nənəsinə baxmasını və özünün xəstəliyini nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayon polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 fevral 2023-cü il tarixdə, Lerik rayonunun Piran kənd sakini Təqsirləndirilən şəxs istifadə etməsi üçün üzərində narkotik vasitə olması və həmin narkotik vasitəni Lənkəran şəhərindən Lerik rayonunun Piran kəndinə gətirməsi barədə etibarlı mənbədən ona məlumat verilmişdir. Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə almış, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 Kəmandar oğlu, polis leytenantı Şahid3 və polis leytenantı Şahid4 Məmmədhüseyn oğlunu yanına çağırıb onları təlimatlandırmış və birlikdə həmin gün, saat 16 radələrində Lerik rayonunun Piran kəndinə gəlmişlər. Etibarlı mənbədən ona verilmiş məlumatda Təqsirləndirilən şəxs Piran kəndində, Lənkəran-Lerik avtomobil yolununun üzərində “Fərid” marketin qarşısında hərəkətdə olacağı bildirildiyindən yolu nəzarətə götürmüşlər. Həmin gün, saat 16 radələrində Təqsirləndirilən şəxs həmkəndlisi Kənan adlı şəxslə həmin yolda hərəkətdə olduğunu görmüş və dərhal ona yaxınlaşıb özlərini təqdim edib onu saxlamalarının səbəbini izah etmişlər. Onu şöbəyə dəvət etmiş və onu Lerik RPŞ-yə gətirib üzərində axtarış aparılması barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Daha sonra şöbənin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə video çəkilişindən istifadə edib Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarışda iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb könüllü təqdim etmiş, həmin bükümə baxdıqda içərisində ağ rəngli kristalşəkilli kütlə aşkar edilmişdir. Həmin bükümdə olan narkotik vasitəyə oxşar kütlə ekspertiza tədqiqatı üçün qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli digər əşya və alət aşkar olunmamış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi narkotik vasitəni Lənkəran şəhərinin “Böyük Bazar” adlanan ərazisində özü istifadə etmək üçün aldığını göstərmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni Lənkəran şəhər sakini X5 30 manata aldığını göstərmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşı Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şahid5 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik rayonunun Piran kəndində qeydiyyatda olmaqla orada yaşayır. Heç vaxt narkotik maddələrdən istifadə etməmiş, narkotik vasitələri tanımır. Təqsirləndirilən şəxs həmkəndlisi və tanışıdır, münasibətləri yaxşıdır. 11 fevral 2023-cü il tarixdə, günortadan sonra həmkəndlisi Sexranla birlikdə Lənkəran şəhərinə gəzmək məqsədilə gedib bazarda gəzmişlər. Bir qədər gəzdikdən sonra Sexran ona “bir az gözlə, mənim işim var, gəlirəm” demiş, tək gəzməyə davam etmişdir. Bir neçə dəqiqə sonra Sexran yanına gəlmiş və oradan xatırlamadığı şəxsin idarə etdiyi VAZ-21015 markalı, nömrəsinə baxmadığı avtomobillə Piran kəndinə gəlmişlər. Piran kəndində, Lənkəran-Lerik yolunun 20-ci km-də yerləşən Fərid marketin qarşısında taksidən düşmüşlər. Avtomobildən düşüb bir qədər yolda piyada hərəkət etdikdən sonra mülki geyimdə olan şəxslər Sexrana yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demiş, onu Lerik rayon polis şöbəsinə gətirmişlər. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmasını bilməmiş, bu barədə məlumatı olmamışdır. Ümumiyyətlə həmkəndlisi Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisi olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bilməmiş, ümumiyyətlə narkotik maddələri tanımır, bu barədə anlayışı yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç kim zor tətbiq etməyib, heç kim hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Cinayət işinə əlavə edilmiş 11 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmənin aparılması haqqında protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək müvafiq qaydada götürülmüş və qablaşdırılmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş çəkilmiş, diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 11 fevral 2023-cü il tarixli, 19/189 saylı rəydən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi – 1,204 qram olan ağ rəngli kiçik kristalşəkilli formada olan maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X7 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 16 fevral 2023-cü il tarixli, 193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lerik rayon məhkəməsinin 7(048)-07/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin 07 aprel 2021-ci il tarixli 1(048)-16/2021 saylı hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdualaşdırlması cəzasının cəkilməmiş 08 ay 03 gün hissəsindən azad edilmişdir. Lerik rayon İcra və probasiya şöbəsindən daxil olmuş 02 aprel 2023-cü il tarixli, xx/xx-2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(048)-07/2022 saylı qərarı ilə cəzadan azad edilmiş və Lerik rayon İcra və probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. X4 tərəfindən verilmiş 16 may 2023-cü il tarixli №43479 saylı tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “iki tərəfli prevnomiya, ÜQDG, İİİ F.S, sol körpükaltı, sol yuqulyar və sol braxiosefal venaların trombozu” diaqnozu ilə xəstə ağır vəziyyətə Mərkəzi Klinik xəstəxanasında müalicə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2023-cü il il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, 1,204 qram olan metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,154 qram metamfetamin maddi sübut qismində tanınaraq Lerik Rayon Polis şöbəsində saxlanılmış, şəxsi axtarışın həyata keçirilməsi zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 (bir) ədəd DVD disk, danışıqlar, daxil olan və çıxan zənglər, smslər, eləcə də mobil telefon sahiblərinin anket məlumatlarını özündə əks etdirən 01 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, əməlindən peşman olmasını və ağır xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 69.3-cüm maddənin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını, həmçinin Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınmasını, onun üzərinə Lerik rayonun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Piran kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsl yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut - 1,204 qram olan metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,154 qram metamfetamin məhv edilməli, şəxsi axtarışın həyata keçirilməsi zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 (bir) ədəd DVD disk, həmçinin danışıqlar, daxil olan və çıxan zənglər, smslər, eləcə də mobil telefon sahiblərinin anket məlumatlarını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin matreallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (köhnə redaksiyada) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxıraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Lerik rayonu Piran kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən polinakomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altımış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,154 qram metamfetamin məhv edilsin, şəxsi axtarışın həyata keçirilməsi zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 (bir) ədəd DVD disk, həmçinin danışıqlar, daxil olan və çıxan zənglər, smslər, eləcə də mobil telefon sahiblərinin anket məlumatlarını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin matreallarında saxlanılsın. Hökmün icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-24/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-24/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver