Məhkəmə qərarları › İş №1(048)-25/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-25/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-25/2023 14.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:05 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1978-ci ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Züvüç kənd mədəniyyət evində kütləvi işçi işləyən, məhkumluğu olmayan, Lerik rayonunun Züvüç kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin may ayının əvvəllərində Lerik rayonunun Ağ Qışlaq kənd sakini Zərərçəkmiş şəxs qabaqcadan aldadıb onun etibarından sui-istifadə edərək sonuncuya həqiqətə uyğun olmayan məlumat verməklə özünə inam yaradacaq məzmunda söhbətlər apardıqdan sonra sonuncunun azyaşlı oğlu Yusif Əhmədliyə pensiya təyin etdirəcəyi barədə yalandan vəd verib Zərərçəkmiş şəxs inam və etibarını qazanaraq bunun müqabilində ondan 5000 manat pul istəmiş, sonuncunun həmin puldan 4500 manatını 14 may 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşməklə Şahid2 məxsus ofisdə ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs 4500 (dörd min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Ağ Qışlaq kənd sakini Zərərçəkmiş şəxs tanıyır, əvvəllər aralarında narazılıq və ziddiyyət olmamışdır. Onunla münasibəti yaxşı olmuşdur. 2022-ci ilin may ayının əvvəllərində Lerik rayonunun Ağ Qışlaq kəndində Zərərçəkmiş şəxsla rastlaşmış, onunla bir qədər söhbət etdikdə Asəfin azyaşlı oğluna pensiya təyin etdirəcəyi barədə ona vəd verib 4500 manat pul almış, sonra işi düzəldə bilmədiyindən və həmin pulları xərclədiyndən Asəf barəsində şikayət vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda bildirdi ki, törətdiyi cinayət əməlindən peşiman olmuş, zərərçəkmiş şəxsdən üzr istəmiş, ona vurduğu ziyanı tam halda ödəmişdir. Bir də belə hərəkətə yol verməyəcəkdir. Cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik rayonunun Züvüç kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 2022-ci ilin may ayının əvvəllərində həmkəndlisi Şahid1lə rastlaşıb 8 yaşlı oğlu Yusif Əhmədlinin astma xəstəliyindən əziyyət çəkdiyini, onu pensiyaya çıxarmaq istədiyini bildirib, bu işləri bacara bilən şəxsin olub-olmamasını soruşmuş, Şahid1 ona Lerik rayonunun Züvüç kəndində Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu, onun bu işləri bacara bildiyini eşitməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs mobil nömrəsini vermiş və bir-birilərindən aralaşmışlar. Bundan sonra Təvəkkülün verdiyi mobil nömrəyə zəng edib Təqsirləndirilən şəxsla danışmışdır. Ona telefonda məlumat verməyib görüşmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ona “Çeşman kəndinə gəlirəm, orada görüşək” demişdir. Həmin gün, günorta radələrində Lerik rayonunun Çeşman kəndində yolda görüşmüşlər. Çeşman kəndinə Şahid3la getmişdir. Mübarizin avtomobilindən düşüb Elşənə məxsus nömrəsinə baxmadığı VAZ-2121 markalı avtomobilinin qabaq sərnişin oturacağında oturmuşdur. Təqsirləndirilən şəxsla bir qədər söhbət etmişdir. Təqsirləndirilən şəxs ona bölgə müxbiri olduğunu, yaxın qohumlarının müxtəlif vəzifələrdə işlədiyini, əlinin hər yerə çatdığını demişdir. Təqsirləndirilən şəxs 8 yaşlı oğlu Yusif Əhmədlinin astma xəstəliyindən əziyyət çəkdiyini, ona pensiya təyin etdirə bilibbilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs bir daha mənə əlinin hər yerə çatdığını, oğlu üçün pensiya təyin etdirə biləcəyini demişdir. Bunun müqabilində ondan 5000 manat pul istəmişdir. Həmin vaxt Elşənə “düşünüb sənə deyərəm” deyə cavab vermiş və oradan evlərinə getmişlər. Evə getdikdən sonra bir qədər düşünüb təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs zəng edib onunla razılaşdığını, pulu tapıb verəcəyini demişdir. Təqsirləndirilən şəxsla danışıb Lerik şəhərində, Şahid2 məxsus ofisdə görüşəcəkləri ilə razılaşmışlar. 14 may 2022-ci il tarixdə həmkəndlisi Şahid1lə birlikdə Lerik şəhərinə gəlmişlər. Telefonda əlaqə saxlamış və birlikdə Şahid2 məxsus ofisdə görüşmüşlər. Orada həmkəndlisi Şahid1 və Şahid2 yanında Təqsirləndirilən şəxs bunun müqabilində 4500 manat pulu sayıb əlbəəl vermişdir. Qalan 500 manat pulu da iş düzələndən sonra verəcəyini bildirmişdir. Bundan sonra Elşənə notariusa gedib həmin faktı təsdiqləməklərini istəmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmayıb bununla bağlı barəsində problem ola biləcəyini deyib imtina etmişdir. Bundan sonra Şahid2 “heç olmasa burada borc kimi bir şey rəsmiləşdirək” demişdir. Buna görə də Təqsirləndirilən şəxsla qəbz yazıb ona borca pul verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs da ondan 4500 manat pulu borca aldığını qeyd etmişdir. Şahid2 və Şahid1 həmin qəbzi şahid kimi imzalamışlar. Bundan sonra oradan çıxıb kəndə getmişlər. Ofisdən çıxarkən də Təqsirləndirilən şəxs ona vədlər verərək “narahat olma, 3-4 aya, uzağı 6 aya pensiya işin hazırdır” demişdir. Elşən ona 6 ay dediyinə görə onu 6 ay narahat etməmiş, lakin arabir ona zənglər etmişdir. Elşən ona “narahat olma, hər şey qaydasındadır” demişdir. 6 ay sonra Təqsirləndirilən şəxs zəng edib işi ilə bağlı soruşduqda ona “həkim Türkiyədədir, ayın axırı gəlib işi o həll edəcək” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdür. Buna görə də xx.xx.2022-ci il tarixdə “102” xidmətinə Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib aldadaraq azyaşlı oğlu Yusif Əhmədliyə pensiya təyin etdirəcəyi barədə yalan vəd verib 4500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, vurduğu maddi ziyanı tamamilə ödəmiş və onlar barışmışlar. Ona görə də Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Ağ Qışlaq kəndində qeydiyyatda olmaqla orada yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisidir, münasibətləri yaxşıdır. Lerik rayonunun Züvüç kənd sakini Təqsirləndirilən şəxs qonşu kəndçisidir, aralarında narazılıq və ziddiyyət olmamışdır. 2022-ci ilin may ayının əvvəllərində həmkəndlisi Zərərçəkmiş şəxsla rastlaşmış, Asəf ona 8 yaşlı oğlu Yusif Əhmədlinin astma xəstəliyindən əziyyət çəkdiyini, onu pensiyaya çıxarmaq istədiyini, bu işləri bacara bilən şəxsin olub-olmamasını soruşmuşdur. Asəfə Lerik rayonunun Züvüç kəndində Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu, onun bu işləri bacara bildiyini eşitməsini demişdir. Bundan sonra bir-birilərindən aralaşmışlar. Ondan sonra Asəf Təqsirləndirilən şəxsla maraqlanıb söhbət etmiş, sonuncu pensiya işini düzəldə biləcəyini Asəfə demişdir. 14 may 2022-ci il tarixdə onun və Asəfin Lerik şəhərində işləri olduğu üçün birlikdə Lerik şəhərinə gəlmişlər. Asəf və Elşən qabaqcadan danışıb razılaşmışlar. Asəflə birlikdə Lerik şəhərində yerləşən Şahid2 məxsus ofisə getmişlər. Ofisə gedərkən Elşən artıq orada olmamışdır. Elşəndən əlavə ofisin direktoru Şahid2 da orada olmamışdır. Orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4500 manat pul alıb ona “narahat olma, mənə 6 ay vaxt ver, sənin oğlun üçün pensiya təyin elətdirərəm” demişdir. Elşən özündən əmin və arxayın formada danışmış, ofisdə Şahid2 qeyd olunanları rəsmiləşdirmələri üçün qəbz yazmalarını istəmişdir. X2 Pələngova 4500 manat pulu borc kimi verdiyini yazmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs da qəbz yazıb 4500 manat pulu borc kimi almasını yazmağı bildirmişdir. Elşən və Asəf qəbz yazmış, Şahid2la birlikdə həmin qəbzi şahid kimi imzalamışlar. Bundan sonra oradan çıxıb kəndə getmişlər. Ofisdən çıxarkən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vədlər verərək “narahat olma, 6 aya pensiya işin hazırdır” demişdir. Həmin qəbzdə gələcəkdə hər hansı bir problem yaşanmaması üçün Elşən və Asəfin öz razılıqları ilə həmin pulu borc kimi verməsini qeyd etmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4500 manat pulu borca yox, sonuncunun oğluna pensiya təyin etdirmək məqsədilə almışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin çayxanada, kafedə danışıqlar zamanı onun pensiya düzəltdiyini eşitmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadacağını bilməmişdir. Bu barədə qabaqcadan məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Ağ Qışlaq kəndində qeydiyyatda olmaqla orada yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisidir, münasibətləri yaxşıdır. Lerik rayonunun Züvüç kənd sakini Təqsirləndirilən şəxs qonşu kəndçisidir, aralarında narazılıq və ziddiyyət olmamışdır. 2022-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs mobil telefonuna zəng edib Züvüç kənd sakini Təqsirləndirilən şəxs onun oğlu üçün pensiya düzəldəcəyini deyib avtomobili ilə onu Züvüç kəndinə aparmağını istəmişdir. Buna görə idarə etdiyi VAZ-2121 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı kənddə yerləşən evlərindən götürmüşdür. Çeşman kəndinə çatdığı zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə gəlib Asəfi gözlədiyini görmüşdür. Avtomobili dayandırdıqdan sonra Zərərçəkmiş şəxs avtomobilindən düşüb Təqsirləndirilən şəxs yanına getmişdir. Onlar orada təxminən 30 dəqiqə söhbət etmiş və Asəf gəldikdən sonra onu yenidən kəndə aparmışdır. Avtomobildə olduqları zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun oğluna pensiya təyin etdirəcəyi müqabilində ondan 5000 manat pul istədiyini Asəf ona demişdir. Zərərçəkmiş şəxs ehtiyatlı olmasını bildirmiş, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Lerik şəhərində Zərərçəkmiş şəxs 4500 manat pul almışdır. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs söhbət etdikləri zaman orada olmamışdır. Sadəcə olaraq Zərərçəkmiş şəxs ona Elşənin onun oğlunu pensiyaya çıxaracağı müqabilində ondan 5000 manat pul istədiyini demişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xx.xx.2006-cı il tarixli qərarla Azərvaycan Respublikası CPM-nin 40.2.1-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan əlavə o, Xəzər rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şamaxı RPŞ-də istintaq olunan cinayət işinin icraatına xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 31 may 2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəmişdir. Onadan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 14 may 2022-ci il tarixdə, yəni Şamaxı RPŞ-də İB-də barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan cinayət işinə xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam edilməmişdən əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş uzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar