Məhkəmə qərarları › İş №1(048)-25/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-25/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-25/2024 10.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət işi başlanması barədə X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb etməklə barəsində ittihamedici hökm çıxarılmasınıxahiş etmişdir. Məhkəmə iclası zamanı xüsusi ittihamçı X4 teleqrama ilə məhkməyə müraciət edərək, X2 barəsində xüsusi ittiham qaydasında şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə teleqramı və iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti vermiş şəxs şikayətindən imtina etdiyi üçün məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 302.1 və 302.1.8-ci maddələrinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2 və 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 7.0.43, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Xüsusi ittihamçı X1 şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar