Məhkəmə qərarları › İş №1(048)-25/2025

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-25/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-25/2025 10.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx xxx 1982-cı ildə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış,Lənkəran rayonunun Şilavar kəndində qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran rayonunun Şilavar kənd sakini Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 01 ədəd şəffaf rəngli sellofan bükülüdə təmiz çəkisi -34,586 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib idarə etdiyi VAZ2107 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ ön oturacağının alt hissəsində saxlamış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 26 iyun 2025-ci il tarixdə, saat 20:33 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu Lənkəran-Lerik avtomobil yolunun 33-cü km hərəkətdə olarkən saxlanılaraq, idarə etdiyi VAZ2107 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili yoxlanılarkən avtomobilinin ön sağ oturacağının alt hissəsində 01 ədəd şəffaf rəngli sellofan bükülüdə təmiz çəkisi -34,586 qram, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Şilavar kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orada yaşayır. Evlidir. 2025-ci ilin may ayının ortalarında Lənkəran rayonunun Velədi kəndi ərazisində çayda balıq tutan zamanı çayın kənarında 01 ədəd şəffaf rəngli sellofanı yerdə görüb götürmüş, içərisinə baxdıqda qurudulmuş marixuana olduğunu görmüşdür. Özü narkotik vasitə marixuana istifadəçisi olduğundan həmin kütləni istifadə etmək mqəsdilə götürüb özüməməxsus VAZ2107 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoymuş, həmin vaxtdan halhazıradək istifadə edirmiş. 26 iyun 22025-ci il tarixdə idarə etdiyi VAZ2107 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran-lerik avtomobil yolunun 33-cü kmdə Lerik rayonu istiqamətində hərəkətdə olarkən adlarını bilmədiyi mülki geyimdə olan şəxslər avtomobilinə saxla işarəsi verdikdən sonra avtomobilini saxlamışdır. Avtomobildən düşdükdə mülki geyimdə olan şəxslər özlərini təqdim edərək narkotik vassitələrin istifadəsində və daşınmasında şübhəli olduğunu izah edərək üzərinə avtomobilə baxacaqlarını demişlər. Onun razılığı ilə ilk öncə üzəri yoxlanılmış, üzərində narkotik vasitə, psixotrop mddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. İdarə etdiyi VAZ2107 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin ön sağ oturacağının altında saxladığı 01 ədəd sellofan bükülüdə olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin kütlə və üzərində olan 01 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməyib, bədəni üzərində heç bir xəsarəti yoxdur. Narkotik vasitə marixuanını istifadə etmək məqsədilə əldə etmişdir. Daha sonra polis əməkdaşları onu Lerik RPŞ-na aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Ona qarşı heç kim zor tətbiq etməyib, heç kim ona hədə-qorxu gəlməyib. Bu barədə heç kimdən şikayət və tələbi yoxdur. 2025-ci ilin may ayının ortalarında Lənkəran rayonunun Velədi kəndi ərazisində çayda balıq tutan zamanı çayın kənarında 01 ədəd şəffaf rəngli sellofanı yerdə görüb götürmüş, içərisinə baxdıqda qurudulmuş marixuana olduğunu görmüşdür. Özü narkotik vasitə marixuana istifadəçisi olduğundan həmin kütləni istifadə etmək məqsədilə götürüb özüməməxsus VAZ2107 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoymuşdur. Həmin vaxtdan tutulanadək narkotik vasitəni avtomobilində daşımışdır. Üzərində aşkar edilmiş narkotik vasitəni istifadə etmək məqsədilə əldə etmişdir. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Həmçinin qeyd etmişdir ki, fərdi sahibkar kimi Lerik rayonunda çayxana işlədir. Əməlindən səmimi peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki,Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır.Lənkəran rayonunun Şilavar kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasımnda düşmənçilik və ziddiyyət olmamışdır. 26 iyun 2025-ci il tarixdə, günorta saatlarında ona etibarlı mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində daşınmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. O tədbirlə bağlı şöbə rəhbərliyinə raportla müraciət edib icazə almış və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Şöbənin əməkdaşları X4 və Şahid2 çağırıb ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində daşınmasında şübhəli olması barədə məlumat verildiyini bildirmişdir. O, X4 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Lənkəran-Lerik avtomobil yolunun 33-cü km adlanan ərazidə narkotik vasitə əldə edərək daşıması barədə məlumat verildiyinə görə təsvir etdiyi ərazini nəzarətə götürmüşlər və Təqsirləndirilən şəxs idarə etdiyi VAZ2107 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gəlməsini görmüşlər. 26 iyun 2025-ci il tarixdə, saat 20:33 radələrində Təqsirləndirilən şəxs avtomobili saxla işarəsini vermişlər, Təqsirləndirilən şəxs avtomobili saxlamış və yerə düşmüşdür. O və digər polis əməkdaşları hərəkət edib Təqsirləndirilən şəxs yaxınlaşmış və üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirərək hüquqlarını ona izah etmişlər. Təqsirləndirilən şəxs avtomobilində istifadə emək məqsədilə narkotik vasitə daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən üzərində narkotik vasitə, psixorop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ2107 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağaının altında 01 ədəd şəffaf rəngli torbanın içərisində kəskin iyi olan qurudulmuş və yaşıl rəngdə narkotik vaxitə marixuanaya oxşar kütləni təqdim etmiş, həmin kütlə aşkar olunaraq götürülmüş və çəkilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni istifadə etmək məqsədilə daşıdığını demişdir. Təqsirləndirilən şəxs Lerik RPŞ-na gətirmişlər, bu barədə şöbə rəhbərliyinə müraciət etmişlər, raportu icrası Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatısı polis kapitanı Mirsəfa Mustayevə həvalə olunmuş, götürülmüş narkotik vasitəyə oxşar kütləni Mirsəfa Mustayevə təqdim etmişlər, həmin kütlələrə baxış keçirilmiş və bu barədə protokol tərtib olunaraq imzlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs avtomobilində aşkar edilmiş narkotik vasitə marixuananı kimdən, hansı mənbədən əldə etməsini bilmirm. Təqsirləndirilən şəxs narkotik vasitə satmaqla məşğul olmasını bilmir. Onun hansı bir istehlakçı ilə qabaqcadan razılığın müəyyən edilməsi barədə ona heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar kütlənin ona məxsus olduğunu, istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadələri elan edən şahid Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Şahid2 ilkin istintaqa eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Təqdim olunan Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Mirsəfa Mustafayev tərəfindən tərtib olunmuş 26 iyun 2025-ci il tarixli təqdim olunan əşyalara baxış keçirilməsi protokolundan görünür ki, əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi VAZ2107 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilində aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər kütləni təqdim edir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar kütləni istifadə etmək məəsədilə əldə etdiyini deyir.Baxış videoçəkiliş ilə aparılaraq protokola əlavə edilmişdir. 26 iyun 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. 28 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 27 iyun 2025-ci il tarixli, 19/267 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd bükümdə təmiz çəkisi -34,586 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Ekspertiza tədqiqatı zamanı ümumi təmiz çəkisi: -34,586 qram olan marixuanadan 0,1 qram tədqiqata sərf olunmuş, -34,486 qram marixuana qalıq qalmışdır. Cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etmədiyini, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olubolmadığını müəyyən etmək məqsədilə iş üzrə barəsində ambulator məhkəmə narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X12 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 27 iyun 2025-ci il tarixli, 363 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanımaq haqqında 04 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş -34,586 qram olan marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış -34,486 qram marixuana 04 iyul 2025-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. 28 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 04 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 27 iyun 2025-ci il tarixli, 56 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran şəhərİHB-nın Şilavar kənd İƏD-si tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixində vergi orqanlarında qeydiyyatdan keçmiş, **********-VÖEN əldə edərək Lerik və Lənkəran şəhərləri ərazilərində fərdi sahibkarlığla məşquldur. Lənkəran şəhərİHB-nın Şilavar kənd İƏD-si tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli 12-31/666 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində arvadı 1989-cu il təvəlüdlü X8, 2007-ci il təvəlüdlü oğlu X10 və 2010-cu il təvəlüdlü qızı X11 vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən X6 ilk dəfə cinayət törətməsi, əvvəllər məhkum olunmaması, himayəsində bir yetginlik yaşına çatmayan uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X7 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdən 28 iyun 2025-ci il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Lənkəran rayonunun Şilavar kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi -34,486 qram marixuana olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 26 iyun 2025-ci il tarixdən 28 iyun 2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Lənkəran rayonunun Şilavar kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Lerik Rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 34,486 qram marixuana olan narkotik vasitə qurudulmuş marixunana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar