Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-26/2023 03.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat:12:10-da Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdə Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçirilmiş və iştirak etdiyi X3 toy məclisindən çıxıb idarə etdiyi «Saipa» markalı, **-PC-*** qeydiyyat nişanlı avtomobili ilə rayonunun Hamarmeşə kəndinə gedərkən siqaret və su almaq üçün Piran kəndinin mərkəzində, Lənkəran-Lerik yolunun 21-ci km-də, yolun kənarında yerləşən «Fərid» marketə gəlib siqaret və su alaraq bayıra çıxdıqdan sonra marketin qarşısında, marketdə quraşdırılmış videokameranın çəkiliş dairəsinə düşən sahədə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib toy məclisinin gedişi zamanı sifariş etdiyi oyun havasına hansı səbəbdən onunla rəqs etməyən Zərərçəkmiş şəxs3 və yanında olan Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək əlbəyaxa olmuş, hadisə yerində olan və münaqişəni sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs1 onları bir-birindən uzaqlaşdırdıqdan sonra o, idarə etdiyi «Saipa» markalı, **-PC-*** qeydiyyat nişanlı avtomobilin yük yerindən dabankeş götürüb silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 müqavimət göstərib baş nahiyəsinə qəsdən zərbə vuraraq ona sol təpə nahiyyəsində əzilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, daha sonra avtomobildə olan yol nişanını götürüb hadisə yerində olan şəxslərə ataraq avtomobilinə əyləşib sürərək Hamarmeşə kəndinə, evinə getmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Hamarmeşə kəndinin Lerik istiqamətinə çıxışına, Lənkəran-Lerik yolunun kənarına gəldikdən sonra Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edib Hamarmeşə kəndinin girişində olduğunu, onunla söhbət etmək istədiyini deyərək yanına çağırmış, Təqsirləndirilən şəxs piyada onların yanına gələrək xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurmaq istədiyi zaman hərəkətlərinin qarşısını almaq istəyən, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə əlində olan və silah qismində istifadə etdiyi kəsici alətlə (bıçaq) qəsdən onun qarın və bel nahiyyələrinə zərbələr vuraraq ona həmin nahiyələrdə yaralarla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL zərər vumaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3cümaddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Hamarmeşə kənd sakinləri Arif və Zərərçəkmiş şəxs3lər dayısı oğlanlarıdır, Zərərçəkmiş şəxs2 isə uzaq qohumudur, münasibətləri həmişə yaxşı olmuşdur. Lerik rayonunun Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə toyda iştirak etmək üçün 03 yanvar 2023-cü il tarixdə Lerik rayonunun ərazisinə gəlib kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayına gəlmiş, toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Masada qohumları Arif, Nurəli, Elvin və digər qohumlarla oturub yemək yemiş, kənardan spirtli içki gətirib bir qədər spirtli içki qəbul etmiş, toy məclisinrin gedişi zamanı aralarında hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmış, toydan çıxdıqdan sonra şadlıq sarayının həyətində saxladığı, idarə etdiyi «Saipa» markalı, 77-PC- 145 qeydiyyat nişanlı avtomobilə yaxınlaşanda «kəndə gedirəm, kim kəndə gedir gəlsin» demiş, Elvin və onunla olan 2 və yaxud da 3 nəfər tanımadığı şəxslər maşınına oturmuşlar, avtomobilini işə salıb sürərək Lerik rayonunun Piran kəndinin mərkəzində, Lənkəran-Lerik yolunun kənarında yerləşən «Fərid» marketin qarşısına gələrək avtomobili dayandırıb yerə düşərək su və siqaret almaq üçün dükana girib su və siqaret alıb dükandan çıxaraq avtomobilinə yaxınlaşan zaman Nurəli qarşısına çıxmış, Nurəliyə «toy məclisinin gedişi zamanı sifariş etdiyi oyun havasının ifasını nə üçün dayandırdın» demiş, Nurəli sərxoş olduğuna görə aralarında mübahisə yaranmış, Nurəli ilə mübahisə etdiyi zaman Elvain Kərimova heç bir söz deməmiş, buna baxmayaraq Elvin də müdaxilə edib ona qarşı kobud hərəkət edərək Nurəli ilə birlikdə onunla əlbəyaxa olmuşlar, Nurəli avtomobilinin sol yan güzgüsünü sındırmış, həmin yerdə olanlar onları ayırmışlar, həmin yerdən getmək üçün maşınına sükan arxasına oturaraq avtomobilini sürmək istədiyi zaman Zərərçəkmiş şəxs2 ona imkan verməyərək avtomobilnin qarşısında dayanmış, Nurəli avtomobilinin üzərinə gedərək sağ qabaq qapı şüşəsinə yumruq vurmuş, daha sonra qapını açıb salonda sükana bərkidilən şüşətəmizləyici mühərriki işə salmaq üçün quraşdırılmış rçaqını sındırmış, avtomobilindən yerə düşüb Nurəliyə iradını billdirmək istədiyi zaman Elvin təkrar onunla əlbəyaxa olmuş, Nurəli və Elvin onu vurmaq üçün çalışmışlar, orada olan şəxslər onları ayırmışlar, avtomobilinin yük yerindən dabankeşi gütürüb Nurəlinin başına zərbə endirmiş, həmin vaxt Elvin onunla əlbəyaxa olduğuna görə zərbə onun başına dəymiş, Zərərçəkmiş şəxs2 onu buraxmayıb kənara dartmağa başlamış, orada olanlar onu Elvinin əlindən almışlar, avtomobilini sürüb tək Hamarmeşə kəndinə öz evinə gəlmiş, bundan təxminən 20 dəqiqə sonra Nurəli mobil telefonuna zəng edib «Lerik yolunun kənarında sahədə sizi gözləyirəm, bura gəlin» demiş, piyada Nurəlinin olduğu yerə gəlmiş, Nurəlinin dediyi yerə gələndə Arifi, Elvini və Nurəlini görmüş, Nurəli və Elvin onunla yenidən mübahisə edib onu döymək istəmişlər, hətta onunla əlbəyaxa olmuşlar, onu döymələrini düşünüb yerdən daş götürmək isitəmiş, əlinə dəmir parçası keçmiş, həmin dəmir parçası ilə Nurəli və Elvinin üzərinə hücum etmiş, dayısı oğlu Arif aralarına girmiş və bu zaman əlindəki dəmir parçası ilə vurmuş və Arifin qarın nahiyəsinə dəymişdir. Bundan sonra evinə gəlmiş, həmin gün saat 24 radələrində xatırlamadığı şəxs ona zəng edib Arifin xəsarət aldığını ona demişdir. Nurəli və Elvin ona qarşı kobud hərəkət edib onunla əlbəyaxa olduqlarına görə hadisə baş vermişdir. Piran kəndlində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 15-20 dəqiqə, Hamarmeşə kənldinin ərazisində, Lerik yolunun kənarında isə baş vermiş münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxslər qohumu olmaqla onlarla barışmış, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 əmisi oğlu, Zərərçəkmiş şəxs2 həmkəndlisi, Bakı şəhəri Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs isə bibisi oğludur, onlarla münasibəti yaxşıdır. Lerik rayonun Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yeləşən «Ata yurdu» şadlıq sarayına gəlmişlər. Toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Masada Eldar, Nurəli, Elvin və digər qohumlarla oturub yemək yemiş, özləri ilə gətirdikləri spirtli içkidən qəbul etmiş, toy məclisinrin gedişi zamanı aralarında hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmış, vağzalı çalınaraq bəy və gəlin evlərinə yola salınmış, toydan çıxdıqdan sonra şadlıq sarayının həyətində Elvin və Nurəli ilə birlikdə Eldarın idarə etdiyi «Saipa» markalı, 77-PC- 145 qeydiyyat nişanlı avtomobilə oturmuşlur, Eldar maşını işə salıb sürərək yola çıxdıqdan sonra yolun kənarında yerləşən «Fərid» marketdən su və siqaret almaq üçün avtomobili marketin qarşısında dayandırmış, özü maşından düşüb marketə girmiş, dükanda quraşdırılmış «MilliÖn» terminalı vasitəsi ilə kredit ödədiyi zaman dükanda olanlardan xatırlamadığı şəxs «bayırda dalaşırlar» dediyinə görə dərhal marketdən bayıra çıxmış, Eldar, Nurəli və Elvinin dalaşmalarını, yanlarında olan xatırlamadığı şəxslərin isə onları ayırmağa çalışmalarını görüb dərhal araya girib Nurəlini qucaqlayıb kənara aparmış, daha sonra Elvini də kənara aparıb X6 avtomobilinə əyləşdirmiş, Rauf maşını sürüb həmin yerdən uzaqlaşmış, Eldar isə orada qalmış, Nurəli və Elvindən Eldarla nə üçün mübahisələrin yarandığını soruşmuş, Nurəli ona demişdir ki, Eldar ona toy məclisində onunla rəqs etmədiyinə görə irad bildirib buna görə aralarında münaqişə yaranmışdır. Rauf onları Hamarmeşə kəndinə gətirmiş, kənddə maşından düşdükdən sonra Rauf evinə getmiş, paltarlarını təmizləmək və üzlərini uymaq üçün Nurəli və Elvinlə Hamarmeşə kəndinin Lerik istiqamətində çıxışına, yolun kənarına gəlmişlər. Həmin vaxt Eldar piyada onların yanına gəlib Elvin ilə Nurəlinin üzərinə hücum etmək istəmiş, Eldarın qarşısına keçib onu qucaqlayıb məzəmmət etdiyi zaman Eldarın Nurəli və Elvini vurmaq üçün hərəkət etmiş, Eldarın Nurəli və Elvini vurmaq üçün endirdiyi zərbələr onun qarnına dəymiş, lakin xəsarət aldığını hiss etməmiş, buna baxmayaraq Eldarı məzəmmət edib evinə yola salmış, Eldar getdikdən sonra özü də Elvin və Nurəli də evlərinə getmişlər. Evinə gəldikdən sonra xəsarət aldığını bilib tibbi yardım üçün Lənkəran RMX-na getmişdir. Piran kəndində «Fərid» marketin qarşısında baş vermiş hadisə təxminən 10 dəqiqə, Hamarmeşə kəndində yolun kənarında baş vermiş hadisə isə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisədən əvvəl spirtli içki içsə də hadisə zamanı sərxoş olmamışdır. Eldar Nurəli və Elvinin üzərinə onları vurmaq üçün hücum edərkən əlində əşya olmuş, qaranlıq olduğu üçün əşyanın nə olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərməklə təqsirləndirlən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Lerik rayonunun Hamarmeşə kəndində yaşayır, Arif və Zərərçəkmiş şəxs3lər, həmçinin Təqsirləndirilən şəxs həmkəndliləridir, onlarla ziddiyyəti olmamışdır. Haran kənd sakini X4 03 yanvar 2023cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yeləşən «Ata yurdu» şadlıq sarayına gəlmiş, toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Masada Eldar, Nurəli, Arif və digər qohumlarla oturub yemək yeyib özləri ilə gətirdikləri spirtli içkindən qəbul etmiş, toy məclisinin gedişi zamanı aralarında hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmış, bəy və gəlin evlərinə yola salınmışdır. Bundan sonra şadlıq sarayından çıxıb həyətdə Arif və Nurəli ilə birlikdə Eldarın idarə etdiyi «Saipa» markalı, 77-PC- 145 qeydiyyat nişanlı avtomobilə oturmuş, Eldar maşını işə salıb sürərək yola çıxdıqdan sonra yolun kənarında yerləşən «Fərid» marketdən su və siqaret almaq üçün avtomobili marketin qarşısında dayandırmış, özü maşından düşüb marketə girmiş, siqaret və su alıb bayıra çıxdıqdan sonra Eldar və Nurəlinin bir-birinə yaxın məsafədə qalıb söhbət etmələrini görmüş, siqaret yandırıb onlara yaxınlaşanda Nurəli Eldarın üzərinə hücum edərək onu vurmaq istəmiş, onları ayırmaq üçün araya girmiş, həimin vaxt başına küt alətlə zərbə dəymiş, bir anlığa huşunu itirmiş, bundan sonra hansı hadisənin baş verdiyini bir müddət xatırlamamış, sonradan bir neçə nəfər xatırlamadığı şəxslərdən eşitmişdir ki, Eldar əlində olan alətlə Nurəlini vurmaq istədiyi zaman zərbəsi onun dəymişdir. Həmin vaxt Nurəli Eldarın avtomobilinin qabaq sol qapısına yumruqla zərbələr vurmuş, hətta qapını açıb salona daxil olmuş, Arif Zərərçəkmiş şəxs3 avtomobildən uzaqlaşdırmış, daha sonra Arif ona yaxınlaşıb kənara aparmaq istədiyinə görə onu itələyib özündən uzaqlaşdırmış, bundan sonra Arif və Nurəli ilə birlikdə həmkəndlisi Raufun avtomobilində Hamarmeşə kəndinə gəlmişlər. Rauf onları kəndin mərkəzində maşından düşürdərək evinə getmiş, əlləri qana bulaşdığına görə yumaq üçün su axtardığı zaman ona məlum olmayan səbəbdən Eldar piyada onların yanına gəlib və yolun kənarında Nurəli ilə mübahisə etməyə başlamış, Arif onları bir-birindən ayırmış və Eldarı evinə yola salmışdır. Bundan sonra Arif və Nurəli ilə ayrı-ayrılıqda evlərinə getmişlər. Az vaxtdan sonra Arif ona zəng edib hadisə vaxtı xəsarət aldığını demişdir. Hadisə yerində olan şəxslərdən və sonradan Eldardan eşitmişdir ki, Eldar Nurəlini vurmaq üçün maşınında olan dabankeşi götürmüş və Nurəlini vurmaq istəyəndə zərbəsi onun (Elvin) başına dəymişdir. Həmin hadisə zamanı Eldar, Nurəli və Arifdən başqa digər həmkəndliəridən bir neçə nəfər hadisə yerində olmuşdur. Hamarmeşə kəndinin ərazisində maşın yolun kənarında baş vermiş mübahisə zamanı Arif, Nurəli və Eldardan başqa digər şəxslər onların yanında olmamışdır. Piran kəndində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 10 dəqiqə, Hamarmeşə kəndinin ərazisində, Lerik yolunun kənarında isə baş vermiş münaqişə təxminən 15-20 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərməklə təqsirləndirlən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Arif əmisi oğlu, Təqsirləndirilən şəxs bibisi oğlu, Zərərçəkmiş şəxs2 isə həmkəndliləridir. Lerik rayonun Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumları ilə birlikdə saat 14də toyda iştirak etmək üçün Piran kəndində yeləşən «Ata yurdu» şadlıq sarayına gəlmişdir. Toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Masada Eldar, Elvin, Arif və digər qohumlarla oturub yemək yemiş, özləri kənardan spirtli içki gətirib bir qədər spirtli içki qəbul etmişlər. Toy məclisinin gedişi zamanı aralarında hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmiş, vağzalı çalınaraq bəy və gəlin evlərinə yola salınmış, toydan çıxdıqdan sonra şadlıq sarayının həyətində Arif və Elvinlə birlikdə Eldarın idarə etdiyi «Saipa» markalı, **- PC-*** qeydiyyat nişanlı avtomobilə oturmuşlar. Eldar maşını işə salmış və sürərək yola çıxdıqdan sonra yolun kənarında yerləşən «Fərid» marketdən su və siqaret almaq üçün avtomobili marketin qarşısında dayandırmış, Arif maşından düşüb marketə girmiş, Elvin Eldarın maşının yaxınlığında dayanıb bir-birilə söhbət etmişlər. Eldar ona «mən toyda mahnı sifariş edib rəqs etdiyim zaman səni rəqsə dəvət etdim sən nə üçün mənimlə rəqs etmədin» demiş, Eldara «həmin vaxt başqası ilə rəqs etmişəm, sizə fikir verməmişəm» dedikdən sonra aralarında mübahisə yaranmış, Eldar ona yumruq və təpiklə zərbələr vurmağa cəhd etmiş, Elvin araya girib onu kənara aparmış, həmin anda Arif də onların yanına gələrək Eldarı məzəmmət etmiş, həmin anda Elvinin başından qan axdığını görmüş, Elvinin haçan nə ilə vurulduğunu görməmiş, lakin Eldar tərəfindən vurulduğunu bilmiş, Elvinin vurulduğunu görüb Eldarla mübahisə edib əsəbləşərək Eldarın avtomobilinin sol yan güzgüsünü sındırmiş, daha sonra avtomobilin sol qapı şüşəsinə yurmuq vurmuş, qapını açıb salona girib sükana bərkidilmiş rçaqlardan birini sındırmiş, həmin anda kimsə onu salondan kənara çıxartmış, həmin yerdə olan bir neçə nəfər xatırlamadığı şəxslər onları sakitləşdirmiş, özü Arif və Elvin həmkəndliləri Raufun avtomobilində Hamarmeşə kəndinə gəlmiş, Rauf onları kəndin mərkəzində maşından düşürdərək evinə getmiş, Elvinin başından axan qanı təmizləmək üçün kəndin Lerik istiqamətinə çıxışa gəlib yolun kənarıda olduqları zaman ona məlum olmayan səbəbdən Eldar piyada onların yanına gəlmiş və yolun kənarında onunla mübahisə edib vurmaq üçün üzərinə hücum etməyə başlamış, Arif Eldarı ondan uzaqlaşdırıb evinə yola salmış, bundan sonra Elvinin başından axan qanı yuyub evlərinə getmişlər. Az vaxtdan sonra Arif ona zəng edib hadisə vaxtı xəsarət aldığını demiş, Eldar onunla mübahsə edib vurmaq üçün üzərinə gəldiyini xatırlayır. Arif aralarına girib Eldarı ondan uzaqlaşdırmış, həmin vaxt Eldarın əlində hər hansı bir əşya və alət görməmişdir. Piran kəndində «Fərid» marketin qarşısında baş vermiş mübahisə və Hamarmeşə kəndində yolun kənarında baş vermiş mübahisə zamanı Eldar onu vurmaq üçün üzərinə hücüm etsə də ortaya girənlər ona imkan vermədiklərinə görə ona xəsarət yetirməmişdir. Piran kəndində baş vermiş mübahisə zamanı Eldarın onu vurmaq üçün hərəkət ediyi zaman zərbə Elvinin başına dəymişdir. Hamarmeşə kəndində yenidən onu vurmaq üçün üzərinə gələn zaman Eldarı ondan uzaqlaşdırmağa çalışan Arif xəsarət almışdır. Piran kəndində baş vermiş hadisə zamanı Eldar, Elvin və Arifdən başqa digər həmkəndlilərindən bir neçə nəfər olmuşdur. Hamarmeşə kəndinin ərazisində maşın yolun kənarında baş vermiş mübahisə zamanı Arif, Elvin və Eldar olmuşdur, bu şəxslərdən əlavə yanlarında digər şəxslər olmamışdır. Piran kəndlində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 10 dəqiqə, Hamarmeşə kəndinin ərazisində, Lerik yolunun kənarında isə baş vermiş münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərməklə təqsirləndirlən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Arif, Zərərçəkmiş şəxs3lər, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs həmkəndliləridir. Təqsirləndirilən şəxs Xırdalan şəhəində yaşayır. Lerik rayonun Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə 03 yanvar 2023cü il tarixdə kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yeləşən «Ata yurdu» şadlıq sarayına gəlmiş, toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Masada Elvin, Azər və digər xatırlamadığı şəxslərlə oturub yemək yemiş, kənardan gətirdikləri spirtli içkidən qəbul etmiş, toy məclisinin gedişi zamanı hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmış, bəy və gəlin evlərinə yola salınmış, toy məclisinə taksi ilə getdiyinə görə evinə qayıtmaq üçün şadlıq sarayından çıxıb kəndin mərkəzində yerləşən «Fərid» marketin qarşısına gəlmiş, bir neçə avtomobil o cümlədən Eldarın avtomobilinin də orada dayandığını, həmkəndlilərindən Nurəli və Eldarın mübahisə etmələrini, Arif və Elvinin onları bir-birindən uzaqlaşdırmalarını görmüş, onlara yaxınlaşmayıb kənarda qalıb onları izləmiş, Eldar avtomobilində sükan arxasında oturduğu vaxt Nurəli arxadan fırlanıb avtomibilin sol qabaq qapı şüşəsinə yumruq vurmuş, daha sonra qapını açıb salona girərək Eldarla əlbəyaxa olmuş, Arif və xatırlamadığı şəxslər onu salondan kənara çıxartmışlar, Eldar da sükan arxasından yerə düşüb avtomobilin arxasında əlbəyaxa olmuşlar, onlara yaxınlaşmamış, bir neçə nəfər, yəni Elvin, Eldar, Nurəli və Arif bir-birindən tutub dartışmışlar, kimin kimi vurduğunu bilməmiş, daha sonra Eldar avtomobilinə oturub sürərək Lerik istiqamətində getmiş, Elvinin Arifi vurub yerə yıxdığını görməmiş, daha sonra Eldar, Elvin, Nurəli və Arifin Hamarmeşə kəndinin ərazisində bir yerdə söhbət etdikləri zaman güya Eldarın Arifə xəsarət yetirdiyini eşitmiş, lakin həmin hadisəni görməmişdir. Piran kəndində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Arif və Zərərçəkmiş şəxs3lər, Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs2 həmkəndliləridir. Rayonun Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə onu dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayına gəlmiş, toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmiş, lakin spirtli içki içənlər kənardan özləri ilə gətirib içmişlər, özü avtomobil sürdüyünə görə spirtli içki qəbul etməmişdir. Toy məclisinin gedişi zamanı hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy məclisi başa çatmış, şadlıq sarayından çıxıb avtomobilini dayandırdığı yerə gəlib Azərlə birlikdə maşına oturub sürərək «Fərid» marketin qarşısına gəlib bir qədər kənarda avtomobili dayandırıb marketə girib siqaret alıb bayıra çıxdığı zaman Eldar ilə Nurəlinin bir-birinin üzərinə hücum etmələrini, Arif və Elvinin isə onları birbirindən uzaqlaşdırmaq istədiklərini görmüş, Eldar avtomobilinə oturmuş, Nurəli isə sağ tərəfdən avtomobilə yaxınlaşaraq sol qabaq qapı pəncərəsinə yumruq vurmuş, qapını açıb salona daxil olmuş, Arif isə onu kənara çıxartmış, bundan sonra Eldar da avtomobildən düşmüş və avtomobilin arxasında əlbəyaxa olmuşlur, lakin Arif və Elvin onları ayırmış, Eldar avtomobilinə oturub sürərək kəndə tərəf getmiş, bundan sonra Elvini, Arifi, Azəri və Nurəlini avtomobilinə götürüb Hamarmeşə kəndinə gətirmiş, onlar yolda avtobilindən düşüb «Elvinin başından qan axır, qanı yuyub evə gedərik» demişlər. Onları yolun kənarında saxlayıb evinə getmiş, bundan təxminən 2-3 saat sonra ona Arif, Nurəli, Elvin və Eldarın kəndin girişində yolun kənarında mübahsə etdikləri, həmin mübahisə zamanı Arif xəsarət aldığı, sonuncunu Lənkəran RMX-na aparıldığı məlum olmuşdur. Özü şəxsən Hamarmeşə kədinin ərazisində baş vermiş hadisəni görməmişdir. Piran kəndində yerləşən «Fərid» marketin qarşısında baş vermiş münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 Əlirza oğlu ifadəsində göstərdi ki, Arif və Zərərçəkmiş şəxs3lər, Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs2 həmkəndliləridir, onlarla ziddiyyəti olmamışdır. Eldar Xırdalan şəhərində yaşayır. Haran kənd sakini X4 03 yanvar 2023-cü il tarixdə, saat 14-də Lerik rayonunun Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayında keçiriləcək toy məclisinə ona dəvət etdiyinə görə 03 yanvar 2023-cü il tarixdə kənd sakinləri və qohumlarla birlikdə saat 14-də toyda iştirak etmək üçün Piran kəndində yerləşən «Ata yurdu» şadlıq sarayına gəlmiş, toy məclisinin gedişi zamanı masalara spirtli içki verilməmişdir. Lakin spirtli içki içənlər kənardan özləri ilə gətirib qəbul etmişlər. Toy məclisinin gedişi zamanı hər hansı bir mübahisə və münaqişə baş verməmiş, saat təxminən 19 radələrində toy şənliyi yekunlaşmış, bəy və gəlin evlərinə yola salınmış, özü həmkəndlisi Raufla birlikdə onun maşınına oturub evlərinə yola düşmüşlər, «Fərid» marketin qarşısından keçərkən avtomobili dayandırıb siqaret almaq üçün düşüb dərhal dükana girmiş bir qədər gecikərək siqaret alıb bayıra çıxdıqdan sonra Arifin Nurəlini qucaqlayıb kənara apardığını görmüş, özü, Arif, Nurəli və Elvinlə birlikdə Raufun maşınına oturub kəndə gəlmişlər. Yolda ona məlum olmuşdur ki, marketin qarşısında Nurəli, Eldar və Elvin dalaşmışlar, Elvinin əlləri qana bulaşmış vəziyyətdə olmuşdur. Evinin yanında maşından düşüb evinə getmiş, bundan sonra Nurəli, Arif, Elvin və Eldar arasında kəndin ərazisində mübahisənin yarandığını, Arifin xəsarət aldığını 04 yanvar 2023-cü il tarixdə eşitmiş, lakin həmin hadisəni görməmişdir. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Lerik rayonunun Piran kəndinin mərkəzində yerləşən «Fərid» marketdə inzibatçı işləyir, 03 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində marketdə olduğu zaman 2-3 nəfər tanımadığı şəxslər marketə girib siqaret və su alıb bayıra çıxmışlar, az vaxtdan sonra marketin qarşısında bir neçə nəfərin bir-birilə mübahisə etmələrini, hətta bir-birilərinə daş atmalarını, görmüş, orada təxminən 10 nəfər gənc yaşda tanımadığı şəxslər olmuş, 2 nəfər qarşılıqlı dalaşmış, digərləri isə onları ayırmağa çalışmışlar. Onlardan 1 nəfər ağ rəngdə minik maşınına yumruq və təpik vurmuşdur. Ərazidə xidmət aparan polis əməkdaşı Çingiz Orucova zəng edib məlumat vermiş, təxminən 10 dəqiqədən sonra Çingiz hadisə yerinə gəlmiş, lakin polis əməkdaşı gələnə kimi dalaşanlar maşınlarına oturub hadisə yerindən getmişlər. Dalaşanların söyüş söymələrini eşitməmiş, bu hadisə təxminən 10 dəqiqə davam etmiş, dalaşanların Hamarmeşə kənd sakinləri olduğunu sonradan bilmişdir. Şahid4 məhkəməyə teleqrama ilə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə almağı xahiş etmişdir. Cinayət işinin materiallarında olan Şahid4 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, 03 yanvar 2023-cü il tarixdə saat 19 radələrində idarə etdiyi avtomobilin çəninə yanacaq doldurmaq üçün yaşadığı kənddə yerləşən yanacaqdoldurma məntəqəsinə gedərək yanacaq götürüb evinə qayıdarkən Piran kəndinin mərkəzində, yolun kənarında yerləşən «Fərid» marketin qarşısından keçərkən 2-3 avtomobilin dayandığını, bir neçə nəfərin bir-birilə əlbəyaxa olduqlarını görüb avtomobilini bir qədər kənarda saxlayıb düşərək həmin şəxslərə yaxınlaşmış, toydan çıxan Hamarmeşə kənd sakinlərin bir-birilə dalaşmalarının şahidi olmuş, dalaşanları orada olanlar ayırmışlar, bir nəfər ağ rəngdə avtomobilə oturub sürərək Lerik istiqamətinə getmiş, digər şəxslərdən 3-4 nəfər bir avtomobilə oturub hadisə yerindən Lerik istiqamətinə getmişlər. Hadisə yerində olan şəxslərdən Hamarmeşə kənd sakinləri Rauf və Elvini tanımış, sonuncunun başının qana bulaşdığını görmüş, hadisə yerinə gələnə kimi Elvin xəsarət aldığına görə kim tərəfindən vurulduğunu görməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lənkəran MTE və PA zona mərkəzinin 07 yanvar 2023cü il tarixli, 07 saylı rəyindən görünür ki, 07 yanvar 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş Zərərçəkmiş şəxs3 bədəni üzərində hər hansı birin xəsarət aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lənkəran MTE və PA zona mərkəzinin 16 yanvar 2023cü il tarixli, 08 saylı rəyindən görünür ki, 07 yanvar 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizası müayinəsindən keçirilmiş Zərərçəkmiş şəxs1 bədəni üzərində qarın, bel nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, müddəti tibbi sənəddə göstərilən tarixə 03 yanvar 2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Lənkəran MTE və PA zona mərkəzinin 27 yanvar 2023cü il tarixli, 12 saylı rəyindən görünür ki, 27 yanvar 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizası müayinəsindən keçirilmiş Zərərçəkmiş şəxs2 bədəni üzərində sol təpə nahiyəsində çapıq toxuması (əzilmiş yara) aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti 03 yanvar 2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Abşeron rayon Xırdalan şəhəri 3 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən mənfi xarakterizə olunur. Baxış keçirilməsi haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 03 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Lerik rayonunun Piran kəndində yerləşən «Fərid» marketin qarşısıda dalaşma hadisəsi baş vermişdir. Marketin qaprşısında 03 ədəd avtomobillər dayanmış, ətrafda bir neçə nəfər vardır, əynində ağ köynək və qara cileti olan şəxs sol tərəfdən ağ rəngdə avtomobilə yaxınlaşıb yumruqla qabaq sol qapı şüşəsinə zərbə vurur, daha sonra qapını açıb salona daxil olur, digər bir şəxs onu salondan kənara çıxarır, bir neçə nəfər əlbəyaxa olmuşlar, onlardan bir nəfər ağ rəngdə avtomrbilin yanında digər bir şəxsin sifətinə şillə vurur, bir nəfər başını tutmuşdur, digər bir nəfər isə avtomobilin yük yerindən əşya götürüb qarşısında olan şəxslərə atır. Baxışda iştirak edən ərazinin sahə rəisi X2 bildirmişdir ki, ağ rəngdə avtomobil Təqsirləndirilən şəxs məxsusdur, həmin avtomobilin sol qapısına yumruq vuran və salona daxil olan şəxs Hamarmeşə kənd sakini Zərərçəkmiş şəxs3dir, Zərərçəkmiş şəxs1 onu salondan çıxarıb kənara aparır, avtomobilin yük yerindən alət götürüb qarşısında olan şəxslərə atan Təqsirləndirilən şəxsdir, başını əli ilə tutan Zərərçəkmiş şəxs2dur, sonuncu ona yaxınlaşan Zərərçəkmiş şəxs1 şillə ilə vurur, hadisə yerində həmin kənd sakinləri Azər, Rauf adlı şəxsləri tanıyır, həmçinin Piran kənd sakini Sərhəng adlı şəxsi tanıyır, digər şəxləri isə tanımır. Baxış keçirilməsi haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Saipa» markalı, 77-PC- 145 qeydiyyat nişanlı avtomobildir. Avtomobilin sol yan güzgüsünün sınaraq tökülməsi, sukana bərkidilmiş alın şüşəsini təmizləyən şotkanı işə salmaq və su səpmək üçün nəzərdə tutulmuş qurğunu işə salan rçaqın dibdən sınması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, güzgünü və rçaqı hadisə zamanı dayısı oğlu Zərərçəkmiş şəxs3 sındırmış və ona təxminən 100 manat ziyan vurulmuşdur. Cinayət işində olan “Cinayət işindən yeni cinayət işinin ayrlması haqqında” 21 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 əməlində cinayət tərkibi olması ilə bağlı cinayət işi ayrılmışıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını CM-nın 59.1.12, 59.1.13-cü, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının «Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.» tövsiyyəsini də nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, 21 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 12 aprel 2023-ci il tarixli 1(048)-26/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran halların müəyyən edilməməsini və Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alıb təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nın 221.3cümaddəsilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nın 70-ci maddəsi tətbiq edilərək sınaq müddəti müəyyən edilməklə barəsində təyin ediləcək cəzasının şərti hesab edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Belə ki, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs üzərinə CM-nin 70.5-ci maddəsinə əsasən onun müəyyən vəzifələr qoyulmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona 01 (bir) il sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm icra edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşadığı yer üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-26/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-26/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver