Məhkəmə qərarları › İş №1(048)-26/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-26/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-26/2024 21.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X* müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndən, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxxx *974-cü ildə Lerik rayon Hovil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, Lerik rayonunun Hovil kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.*-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, yaşadığı kəndin ərazisində, kəsilməsinə dair heç bir rəsmi sənədi olmadan kollu örüş torpaqları, kənd təsərrüfatlı təyinatlı olmaqla Siyov bələdiyyə mülkiyyətinə aid toraq sahəsində 2023-cü ilin əvvəlində palıd cinsindən 32 sm d-də 0* ədəd, 34 sm d-də 0* ədəd, 36 sm d-də 0* ədəd, 40 sm d-də 0*ədəd, 47 sm d-də 0* ədəd, qızılağac cinsindən 24 sm d-də 0* ədəd, 48 sm d-də 0* ədəd, ağcaqayın cinsindən 37 sm d-də 0* ədəd. ümumilikdə 8 ədəd ağacları, həmçinin 2023-cü ilin oktyabr ayında isə 0* ədəd alça və 03 ədəd yemşan kollarını qanunsuz kəsib doğrayaraq daşıyıb aparmaqla Siyov bələdiyyəsinə 3870 (üç min səkkiz yüz yetmiş) manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.*-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Qarabağ müharibəsinin iştirakçısıdır, fəhləlik edib ailəsini dolandırıram. Yaşadığı ərazidə *996-cı ildə torpaq islahatı aparılarkən Hovil kəndinin yaxınlığında, Akuşapeştə kəndi ilə Daster kəndinin arasında yerləşən «Bibi hi» adlanan ərazidə mərhum atası Gülməmməd və ailə üzvlərinə pay torpaq sahəsi ölçülərək verilmiş, həmin sahəni atası çəpərə alaraq istifadə etmişdir. Atası Gülməmməd vəfat etdikdən sonra torpaq sahəsi rəsmi olaraq qardaşı Fuadın mülkiyyətinə keçmişdir. Fuad kənddə yaşamadığına görə həmin sahədən otunu biçməklə istifadə edir. Həmin ərazidə həmkəndlisi Şahid3 da torpaq sahəsini çəpərə alıb istifadə edir. Onun istifadə etdiyi sahədə bulaq vardır, bulağın suyundan istifadə etdiyinə görə Ədail ilə aralarında bir neçə il bundan əvvəl narazılıq yaranmış və davam edir. Şahid2 və əri Şahid3 barəsində mütəmadi olaraq böhtan xarakterli şikayətlər etmiş, bununla bağlı Lerik RPŞ-nin Təhqiqat qrupunda dəfələrlə araşdırma aparılmış, lakin şikayətlər təsdiqini tapmamışdır. 08 mart 2023-cü il tarixdə, saat ** radələrində * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Nümayəndə mobil telefonuna zəng edib barəsində şikayət olduğunu, ağac kəsdiyini bildirib onu yanına dəvət etmiş, yaşadığı kənddən təxminən 6 km yuxarıda, rayonun Akuşapeştə kəndinin yaxınlığında yerləşən mərhum atası Gülməmməd İbrahimovun adına olan «Bibi hi» adlanan torpaq sahəsinə getmiş, orada * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Nümayəndə və Şahid* görmüş, sonradan Siyov kənd ərazi icra nümayəndəsi Fail Talıbi da hadisə yerinə gəlmiş, mərhum atasının adına olan torpaq sahəsinə bitişik meşə ilə örtülü yerlərinə baxış keçirmişlər. Həmin sahədən kənarda Akuşapeştə kəndinə tərəf ərazidə 7 ədəd və çəpərə alınmış sahənin aşağısında 8 ədəd cəmi *4 ədəd ağacın qanunsuz kəsildiyi aşkar olunmuşdur. Bununla bağlı yerində akt tərtib olunmuş və imzalamışlar. Həmin ağaclardan bir ədədi olsun belə kəsməmiş, Şahid3 və arvadı Elmira aralarında yaranmış narazılıqdan istifadə edərək ona şər atmaq və cəzalandırmaq məqsədi ilə həmin ağacların onun tərəfimdən kəsilməsini deyir və barədə şikayət etmişdir. Özü şəxsən həmin ağaclardan bir ədədi olsun belə kəsməmiş və istifadə etməmişdir. Mərhum atası tərəfindən çəpərə alınmış torpaq sahəsinə yalnız ot biçini vaxtı gedir və otunu biçir, daha sonra çəpərləri təmir etmək üçün *-2 gün əraziyə gedir, mütəmadi həmin sahəyə getmədiyinə görə ağacların kim və yaxud da kimlər tərəfindən kəsildiyini bilmir. Yaşdığı kəndə təbii-mavi yanacaq verilməmişdir, evdə və təsərrüfatda oduncaqdan yanacaq kimi istifadə edirlər. 2023-cü ilin payız aylarında evinə odun gətirmək üçün maddi imkanı olmadığına görə meşə buraxılış orderini ala bilməmiş, buna görə də məcbur qalıb hazırda qardaşı Fuadın mülkiyyətində olan pay torpaq sahəsində özbaşına bitən alça və yemşan kollarından 4 ədədini 2023-cü ilin oktyabr ayında kəsib doğramış və odununu atla evinə daşımış, həmin kolların yerləşdiyi sahənin kənarında meşə ilə örtülü sahədə ağacları kəsməmiş və bu *4 ədəd ağacların kimlər tərəfindən kəilməsini bilmir. Ona elan olunmuş ittihamda göstərilən, yəni 2023-cü ilin yanvar-fevral ayında kəsilməsi müəyyən olunmuş 8 ədəd ağacları kəsməmiş, həmin aylarda ağacların yerləşdiyi sahəyə getməmiş, bu 8 ədəd ağacların kimlər tərəfindən kəsilidiyini bilmir. Həmin sahədə kolları qanunsuz kəsdiyini başa düşür, kolları məcbur olub kəsmiş, bir daha belə hallara yol verməyəcəkdir, qanunla ona köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Lənkəran rayonunun Tükəvilə kəndində qeydiyyatda olmaqla orada yaşayır. 20*9-cu ildən * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. İdarə rəisinin *3 mart 2023-cü il tarixli sərəncamı əsasında, Lerik rayonunun Hovil kənd sakini Şahid2 şikayəti ilə bağlı idarənin aparıcı məsləhətçi-müfəttişi Şahid*la birlikdə Lerik rayonunun Hovil kəndinə getmiş, orada həmin kənd sakini Şahid2 təqdim etdiyi torpaq sahəsinə baxış keçirmiş, baxışda Siyov kənd icra nümayəndəsi Fail Talıbi, Hovil kənd sakinləri Şahid2 və Təqsirləndirilən şəxs da iştirak etmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunan sahə X2 adına olan pay torpaq sahəsidir. Həmin torpaq sahəsinin mühafizə işləri ilə qardaşı Təqsirləndirilən şəxs məşğul olur. Əraziyə baxış zamanı qeyd olunan pay torpaq sahəsində *4 ədəd ağacın qanunsuz kəsildiyi aşkar olunmuşdur. Bununla bağlı yerində akt tərtib edərək iştirakçılara imzalatdırmışdır. Baxış zamanı Şahid2 qeyd olunan ağacları həmkəndlisi Təqsirləndirilən şəxs kəsdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə həmin ağacları kəsmədiyini, qeyd olunan ağacların Şahid2 əri Şahid3 kəsdiyini bildirmişdir. Hadisə yerinə Şahid3 dəvət etmək üçün istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış, lakin Şahid3 araşdırma yerinə gəlməyib şifahi olaraq ağacların həmkəndliləri Mərdan və qardaşı Möhübbət İbrahimovların qanunsuz kəsdiklərini bildirmişdir. Həmin ağacların kim tərəfindən kəsilməsini bilmir, qeyd olunan ərazidə hər hansı bir şəxsi qanunsuz ağac kəsərkən görməmişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid* zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsi ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik rayonunun Hovil kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Möhübbət Gülməmməd oğlanlarını tanıyır, aralarında təxminən 3 ildir ki, narazılıq yaranmış və davam edir. Aralarında olan narazılığa görə Lerik RPŞ-nə dəfələrlə araşdırmalar aparılmışdır. 2023-cü ilin yanvar-fevral aylarında Təqsirləndirilən şəxs qardaşı Möhübbətlə birlikdə yaşadığı kənddən təxminən 2 km aralıda yerləşən Akuşapeştə kəndinin yaxınlığında yeləşən torpaq sahəsində ağacları kəsib satmaları barədə 07 mart 2023-cü il tarixdə Ekologiya və Təbii sərvətlər Nazirliyinə müraciət etmiş, 08 mart 2023-cü iltarixdə, saat ** radələrində * saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin əməkdaşı Nümayəndə digər bir əməkdaşla yoxlamaya gəlmişlər, onları ağacların kəsildiyi «Bibi hi» adlanan sahəyə aparmış, sonradan Təqsirləndirilən şəxs və Siyov kənd ərazisi üzrə nümayəndəsi Fail Talıbi də həmin sahəyə gəlmişlər, birlikdə həmin sahəyə baxış keçirmişlər, baxış zamanı ərazidə *4 ədəd ağacların kəsilməsi aşkar olşunmuşdur. Yerində tərtib olunmuş akta imza etmişdir. Həmin ağacları Mərdan qardaşı Möhübbətlə qanunsuz kəsmişdir. Həmin ağacları kəsərkən görməmiş, lakin ağaclardan hazırladıqları oduncağı Mərdan və qardaşı atla, həmçinin avtomaşınla daşıdığını evinin qarşısından keçən yolda görmüş, odunu daşıyan avtomobilini nömrə nişanını və sürücüsünü xatırlamır, oduncağı kimlərə satmasını bilmir, vaxtında bununla bağlı şikayət etməmiş, sonradan Mərdan onların əkdiyi buğda sahəsinin çəpərindəki payaları sökdüyünə görə barəsində şikayət etmişdir. Həmin ərazidə əri Ədail ağac kəsməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Şahid3 şahid qismində dindrilmiş arvadı X3 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövalət Kadastrı və Reystri publik hüquqi şəxsin *0 saylı Lənkəran Ərazi İdarəsindən istintaqda daxil olmuş 27 dekabr 2023-cü il tarixli, 3-2*-3-43/2-3672023 saylı məktubdan görünür ki, qanunsuz kəsilmiş *4 ədəd ağacların kötüklərinin yerləşdiyi torpaq sahəsi həm DWG xəritə məlumatlarında həmdə yeni uçot xəritəsində (TEKUİS) kollu örüş torpaqları, kənd təsərrüfatlı təyinatlı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 02 yanvar 2024-cüil tarixdə Siyov bələdiyyəsinin ərazisində meşələşmiş sahələrdə dərədən sağ tərəfdəki yamacda baxış keçirilmiş ağacların kəsilmə müddəti dib kötüklərində əmələ gəlmiş pöhrələr, qaralma, çürümə, quruma və digər xüsusi əlamətlərə görə müəyyən edildmiş, kəsilməsinə görə ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 20*6-cı il tarixli 42* nömrəli qərarının * nömrəli əlavəsinin tələbinə uyğun hesablanmışdır. *) palıd cinsindən 32 sm d-də ağacın kəsilmə müddəti 2023-cü ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 300 manat təşkil edir. 2) palıd cinsindən 40 sm d-də ağacın kəsilmə müddəti 2023-cü ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 400 manat təşkil edir. 3) qızılağac cinsindən 48 sm d-də ağacın kəsilmə müddəti 2023-cü ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 800 manat təşkil edir. 4) palıd cinsindən 54 sm d-də ağacın kəsilmə müddəti 2022-ci ilin ortalarına uyğun gəlir, cərimə ziyan **00 manat təşkil edir. 5) Azad cinsindən 30 sm ddə ağacın kəsilmə müddəti 2022-ci ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 300 manat təşkil edir. Ağac qırmızı kitaba düşdüyü üçün dəymiş ziyanın məbləği 20 qat hesablanır, ümumi ziyan 6000 manat təşkil edir. 6) Azad cinsindən 50 sm d-də ağacın kəsilmə müddəti 202*ci ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 900 manat təşkil edir. Ağac qırmızı kitaba düşdüyü üçün dəymiş ziyanın məbləği 20 qat hesablanır, ümumi ziyan *8000 manat təşkil edir. 7) Azad cinsindən *7 sm d-də ağacın kəsilmə müddəti 2020-ci ilə uyğun gəlir, cərimə ziyan *80 manat təşkil edir. Ağac qırmızı kitaba düşdüyü üçün dəymiş ziyanın məbləği 20 qat hesablanır, ümumi ziyan 3600 manat təşkil edir. Bu ağaclardan 2023-cü il ərzində kəsilən 3 ədəd ağaclara görə dəymiş ziyanın məbləği ümumilikdə *500 manat təşkil edir. Dərədən sol tərəfdə, çəpərə alınmış sahənin kənarında meşələşmiş ərazidə; *) palıd cinsindən 38 sm d-də ağacın kəsilmə müddəti 2022-ci ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 400 manat təşkil edir. 2) ağcaqayın cinsindən 37 sm d-də ağacın kəsilmə müddəti 2023-cü ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 400 manat təşkil edir. 3) qızılağac cinsindən 24 sm d-də ağacın kəsilmə müddəti 2023-cü ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 200 manat təşkil edir. 4) palıd cinsindən 47 sm d-də ağacın kəsilmə müddəti 2023cü ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 750 manat təşkil edir. 5) palıd cinsindən 46 sm ddə ağacın kəsilmə müddəti 2022-ci ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 700 manat təşkil edir. 6) palıd cinsindən 34 sm d-də ağacın kəsilmə müddəti 2022-ci ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 350 manat təşkil edir. 7) palıd cinsindən 36 sm d-də ağacın kəsilmə müddəti 2023-cü ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 350 manat təşkil edir. 8) palıd cinsindən 34 sm d-də ağacın kəsilmə müddəti 2023-cü ilin əvvəlinə uyğun gəlir, cərimə ziyan 350 manat təşkil edir. Həmin sahədə çəpər daxilində * ədəd alça, 3 ədəd yemişan kolların kəsilmə müddəti 2023-cü ilin payız aylarına uyğun gəlir, dəymiş ziyan * kol üçün 80 manat hesablandığına görə 4 ədəd kolların kəsilməsi ilə dəymiş ziyanın ümumi məbləği 320 manat təşkil edir. Belə ki, dərədən sol tərəfdə meşələşmiş sahədə qanunsuz kəsilmiş 8 ədəd ağaclardan 3 ədəd palıd, * ədəd qızılağac və * ədəd ağcaqayın cinsindən ağacların 2023-cü ilin əvvəlində, 4 ədəd kolların isə 2023-cü ilin payız aylarında kəsilməsinə görə dəymiş ziyan * ədəd ağcaqayın 37 sm d-də, * ədəd qızılağac 24 sm d-də, 3 ədəd 34, 36 və 44 sm d-də palıd ağacların. həmçinin 4 ədəd kolların qanunsuz kəsilməsinə görə dəymiş ziyan 2370 manat təşkil edir. Beləliklə rəy verilməsi üçün təqdim olunmuş yoxlama aktları və cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələrindən, həmçinin digər rəsmi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs kollu örüş torpaqları, kənd təsərrüfatlı təyinatlı olmaqla Siyov bələdiyyə mülkiyyətinə aid toraq sahəsində 2023-ci ilin yanvar-fevral aylarında müxtəlif cins və diametrdə 8 ədəd ağacları və 2023-cü ilin oktyabr ayında həmin sahədə 4 ədəd kolları qanunsuz kəsməklə Siyov bələdiyyəsinə ümumilikdə 3870 (üç min səkkiz yüz yetmiş) manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Siyov kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20*0-cu il və 20*4-cü il təvəllüdlü 2 azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon hərbi Komissarlığı tərəfindən verilmiş 00992* saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 259.*-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.*-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə 2023-cü ilin yanvar-fevral ayında 8 ədəd ağacları kəsməmiş, həmin aylarda ağacların yerləşdiyi sahəyə getməmiş, bu 8 ədəd ağacların kimlər tərəfindən kəsildiyini bilməməsi barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, müharibə veteranı olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının *-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 4*-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 4*-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.*-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayətdə onun rolunu, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-in 259.*-ci maddəsi ilə təqsirli bilinib islah işləri cəzasını təyin etməyi, eyni zamanda CM-in 46-cı maddəsinə əsasən yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.*-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanıəlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.*.*4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin *4 noyabr 20**-ci il tarixli Qərarının *-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.*.*4 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Cinayət işi materiallarından göründüyü kimi, mülki iddiaçı Təqsirləndirilən şəxs qarşı Siyov bələdiyyəsinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etməmiş, lakin zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mülki iddianın məhkəmə icraatı üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsi iş materiallarına əlavə olunmamışdır. Mülki iddiaçıya həmin sənədin işin baxılması iclasında məhkəməyə təqdim edilməsi təklif olunsa da, onun tərəfindən buna əməl edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin *79.*-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin *49.*-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin *80.2-ci maddəsinəəsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə mülki iddia verilmədiyindən iş üzrə zərərçəkmiş şəxs * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququna malik olması izah edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 35*-353, 38*-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.*-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 0* (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçıya təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tələbi ilə bağlı mülki mühakimə icrtaatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar