Məhkəmə qərarları › İş №1(048)-27/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-27/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-27/2023 17.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 10:25 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi1, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1980-cı ildə Lerik rayonunun Vistən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, ev təmiri ustası işləyən, Lerik rayonunun Vistən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, 14 fevral 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2016-cı il tarixdən başlayaraq 12 sentyabr 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2017-cu il tarixli, 2(002)-1646/2017 nömrəli və 12 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2017-cu il tarixli, 2(002)- 1646/2017 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 160,00 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(002)-2424/2019 nömrəli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 22 noyabr 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 07 dekabr 2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 23 may 2022-ci il tarixədək Zərərçəkmiş şəxs 9400,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə rəsmi nikaha daxil olmadan evlənmişdir. Birgə nikahdan 12 sentyabr 2013-cü ildə Umleyla doğulmuşdur. Evləndikdən sonra Lamiyə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Lamiyə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2017-cu il tarixli qətnaməsinə əsasən cavabdeh kimi xx.xx.2016-cı il tarixdən başlayaraq 12 sentyabr 2013-cü ildə doğulmuş Umleyla Abdullayevanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Uşaq artıq böyüdüyündən və xərcləri çoxaldığından Lamiyə alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə 12 sentyabr 2013-cü il təvəllüdlü Umleyla Abdullayevanın yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2017-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 160,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədləri Lerik Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Lerik Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Lerik Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. xx.xx.2022-ci il tarixdə yol nəqliyyat-hadisəsi nəticəsində az ağır xəsarət almışdır. Qətnamə üzrə aliment borcundan Lamiyəyə ödəniş etməmişdir. Qalıq aliment borcunu ödəmədiyindən qətnamələri icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasından yayınmır, maddi vəziyyəti imkan verdikcə qətnamə üzrə borcunu hissə-hissə ödəyə biləcəkdir. Ona görə də məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi nikaha daxil olmadan evlənmişdir. Birgə nikahdan 12 sentyabr 2013-cü ildə Umleyla doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Etibar uşağı ilə maraqlanmamışdır. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2017-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs Müqabil oğlu cavabdeh kimi ondan xx.xx.2016-cı il tarixdən başlayaraq 12 sentyabr 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Uşaq artıq böyüdüyündən və xərcləri çoxaldığından və Təqsirləndirilən şəxs isə könüllü olaraq uşağın saxlanmasında ona maddi köməklik etmədiyindən alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə 12 sentyabr 2013-cü il təvəllüdlü Umleyla Abdullayevanın yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2017-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 160,00 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs Müqabil oğlu ötən müddətdə barəsində olan məhkəmə qətnamələrinə məhəl qoymamış və müəyyən olunmuş aliment borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ev təmiri ustası işləyir, aylıq 1000 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşağın saxlanması üçün ona maddi yardım göstərmir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs aliment borcundan ödəniş etməmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edərək, təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ifadəsində göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2017-cu il tarixli, 2(002)-1646/2017 nömrəli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(002)-2424/2019 nömrəli qətnamələri üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqələri icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Lerik Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 22 noyabr 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnamələri icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(048)-53/2017 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hər iki icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs cəmi 9400 manat ödənilməmiş borcu qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək məhkəmə qətnamələrini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 Xaniş oğlu şahid qismində dindirilmiş X3 ilə eyni məzmunlu ifadə verdi. Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd ərazi icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 176.1-ci maddəsi ilə təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib həmin məcəllənin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir. “Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 1(048)-27/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə, həbs qətimkan tədbirinin müddəti 2 (iki) ay həddində müəyyən edilməsi qərara alınmışdır. Lerik Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Lerik Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 1(048)-27/2023-cü il tarixli qərarı ilə axtarışda olan Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Lerik şəhərində tutularaq həmin tarixdə Lerik Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmadır. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar