Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-27/2024 05.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1993-cü ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Nəsimi rayon məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə 01 ay 28 gün müddətində vaxtından əvvəl cəzadan şərti azad edilmiş, 10 iyul 2023-cüil tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şirvan şəhəri, X13 küçəsi, ev 23 V, mənzil 8-də daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 205,0 qram çəkidə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və 0,214 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlamaqla daşıyaraq 10 noyabr 2023-cü il tarixdə Lerik şəhərinə gətirmiş, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 noyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 18:30-da Lerik şəhəri, Nəriman Nərimanov küçəsində, şəhərin «Şınbır» adlanan ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 18:40-dan saat 19:00-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngdə cins şalvarının sağ yan tərəfində yerləşən kiçik ölçülü cibində saxladığı 01 ədəd gümüşü rəngdə kağıza bükülmüş şəffaf rəngdə sellofan kəsiyi bükümündə içərisində təmiz çəkisi 0,214 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və əynində olan qəhvəyi rəngdə dəri gödəkçəsinin sol yan tərəfində saxladığı 01 ədəd sellofan torbada içərisində 205,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı ildən nəşə, kakos, şüşə kimi narkotik maddələrdən istifadə edir, buna görə məhkum olunmuş, 10 iyul 2023-cü il tarixdə cəzadan azad olunmuşdür. 10 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, “Sovetski” adlanan ərazisində tanışı Xalid adlı şəxsdən bir bükümdə, təxminən 0,2 qram metamfetamin və bir ədəd sellofan torbada, təxminən 200 qram çəkidə marixuananı əvəzsiz qaydada almış, bunun müqabilində Xalidə hər hansı məbləğdə pul verməmiş, Xaliddən metamfetamin istəmiş, Xalid ona 1 çet metamfetamin verdikdən sonra özündə «duxta» nəşə olduğunu və arabir istifadə edib müalicə olub patıdan uzaqlaşması üçün vermiş, 1 bükümdə metamfetamini əynində olan qara rəngdə cins şalvarının sağ yan tərəfdə yerləşən kiçik ölçülü cibinə, içərisində marixuana olan bir ədəd şəffaf rəngdə sellofan torbanı isə əynində olan qəhvəyi rəngdə dəri gödəkçəsinin sol yan tərəfində gizlətmiş, narkotik maddələri götürüb Əcəmi adlanan əraziyə, oradan da 20 Yanvar adlanan yerə gəlmiş, həmin ərazidə piyada hərəkətdə olarkən 2017-ci ildə 5 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi İlkin Bünyatovla təsadüfən rastlaşmış, onunla bir qədər söhbətləşib hal-əhval tutmuş, kafelərin birində oturub çay içmişlər. İlkin ona Lerik rayonuna getdiyini deyib onu evinə qonaq çağırmış, İlkin Bünyatov onun üzərində narkotik maddə olmasından xəbəri olmamış, birlikdə Lökbatan dairəsinə daha sonra isə tanımadığı və nömrə nişanına baxmadığı ağ rəngdə Daevo markalı avtomobilə əyləşib Lənkəran şəhərinin «4 Yol» adlanan ərazisinə, oradan da yaşlı bir nəfər şəxsin idarə etdiyi Mercedes markalı, nömrə nişanına baxmadığı avtomobillə Lerik şəhərinə gəlib avtomobildən düşən kimi mülki geyimdə olan tanımadığı polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını dedikdən sonra onu və İlkin Bünyatovu avtomaşınla Lerik rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, bu barədə qərarla tanış olmuş və ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra etiraf edib üzərində narkotik maddə olduğunu dyərək əynində olan qara rəngdə cins şalvarın sağ yan tərəfində yerləşən kiçik ölçülü cibindən bir ədəd gümüşü rəngdə kağıza bükülmüş içərisində bir ədəd şəffaf rəngli sellofan kəsiyində psixotrop maddə olan metamfetamini təqdim etmiş, daha sonra əynində olan qəhvəyi rəngdə dəri gödəkçənin sol yan tərəfində saxladığı bir ədəd sellofan torbada içərisində narkotik maddə marixuananı təqdim etmiş, narkotik maddələri öz istifadəsi üçün əldə etdiyini bildirmiş, təqdim etdiyi bükümlər ayrı-ayrı zərflərə qoyularaq möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır, hər hansı bir psixi qüsuru və ya psixi xəstəliyi yoxdur. Təqdim etdiyim narkotik vasitə və psixotrop maddə ona məxsusdur, istifadə etmək üçün əldə etmişdir. Şəxsi axtarış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Narukotik vasiitə marixuana və psixotrop maddə metamfetamini ona verən Xalid adlı şəxsin heç bir anket məlumatını və mobil nömrəsini bilmir.Ötən dövrlərdə də qəbul etdiyi narkotik vasitələri Bakı şəhərində tanımadığı və xatırlamadığı şəxslərdən ayrı-ayrı vaxtlarda, həmçinin ayrı-ayrı yerlərdə əldə etmiş, həmin şəxsləri tanımır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla 2022-ci ildən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lerik şəhər sakini X6 tanışı Şirvan şəhər sakini X8 ilə birlikdə üzərində narkotik vasitə gəzdirməsi və istifadəsi barədə 10 noyabr 2023-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuş, məlumatı dərhal yoxlamaq məqsədi ilə Lerik RPŞ-nin rəhbərliyinə müvafiq raportla məruzə etmiş, X9 və Təqsirləndirilən şəxs müşahidəyə alınması üçün təxirəsalınmaz əməliyyət-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunaraq və müvafiq əmrə əsasən Lerik RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və X3 ibarət qrup yaradılaraq X9 və Təqsirləndirilən şəxs müşahidəyə almaq üçün tədbirlər keçirtmiş, müşahidəyə aldığı X9 və Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə 18:30-da Lerik şəhərinin girişində Şınbır adlanan ərazidə, Şəhidlər xiyabanının yaxınlığında yolda piyada hərəkət etmələrini görüb onları narkotik vasitələrdən istifadə və daşımasına əsaslı şübhələr olduğuna görə Lerik RPŞ-nə gətirmişlər. X9 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmiş, əməliyyat-axtarış qrupun tərkibində iştirak edən Lerik RPŞ-nin TQ-nun təhqiqatçısı Ruslan Əsədullayev dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardığı zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən sellofan büküm çıxarıb təqdim edərək içindəki kütlənin narkotik vasitə marixuana olduğunu, özü istifadə etmək üçün Bakı şəhərində Xalid adlı şəxsdən əldə etdiyini, marixuana istifadə etdiyinə görə üzərində gəzdirdiyini, daha sonra şalvarının sağ yan cibindən kiçik həcmdə qızılı rəngdə kağıza bükülmüş kütlə təqdim edərək içində metamfetamin olduğunu bildirmiş, büküm açılmış, içində ağ sellofana bükülmüş şəffaf rəngdə kristal formada maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddəni də Bakı şəhərində Xalid adlı şəxsdən özü istifadə etmək üçün aldığını demiş, onun üzərində şəxsi axtarış tam keçirilmiş, göstərdiyi həmin bükümlərdən əlavə heç bir cinayət xarakterli əşya və alət aşkar olunmamış, bundan sonra şübhəli şəxs qismində şöbəyə gətirdiyi X5 üzərində şəxsi axtarış aparılmış, İlkin Bünyatovun üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə, cinayət xarkterli əşya və alət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib dostu İlkin Bünyatovla istifadə etməsi barədə ona məlumat daxil olmuş, lakin narkotik vasitəni hansı mənbədən əldə etməsi və satması barədə ona hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Lerik RPŞ-nin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Şəxsi axtarış və götürmənin aparılması haqqında 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə, saat 18:30-də şübhəli şəxs qismində tutularaq həmin gün saat 18:40-dən saat 19:00-a dək üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngdə cins şalvarının sağ yan tərəfində yerləşən kiçik ölçülü cibində saxladığı 01 ədəd gümüşü rəngdə kağıza bükülmüş şəffaf rəngdə sellofan kəsiyi bükümündə içərisində kristal formada maddə və əynində olan qəhvəyi rəngdə dəri gödəkçəsinin sol yan tərəfində saxladığı 01 ədəd sellofan torbada içərisində narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 11 noyabr 2023-cü il tarixli, 19/999 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,214 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi 205,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatı zamanı ümumi təmiz çəkisi 0,214 qram olan metamfetamindən 0,05 qram tədqiqata sərf edilmiş, 0,164 qram metamfetamin qalıq qalmış, təmiz çəkisi 205,0 qram olan marixuanadan 0,1 qram tədqiqata sərf olunmuş, 204,9 qram marixuana qalıq qalmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X11 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 14 noyabr 2023-cü il tarixli, 1040 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (prolinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Məmmədov X7 rayon məhkəməsinin 28 iyul 2016-cı il tarixli hökmu ilə Azərbaycan RespublikasıCM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin 09 avqust 2017-ciil tarixli qərarı ilə 3 ay müddətinə vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. 21 noyabr 2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə 01 ay 28 gün müddətində vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. 10 iyul 2023-cüil tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1–ci maddəsi ilə məhkəməyədək icraat zamanı 10 noyabr 2023cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi Lerik RPŞ-in MSY-də saxlanılmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında Lerik rayon Məhkəməsinin 12 noyabr 2023cü il tarixli 4(048)-22/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 noyabr 2023-cü il tarixdən saat 18:30-dan hesablanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı 0,214 qram olan metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,164 qram metamfetamin və 205,0 qram marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 204,9 qram marixuana iş üzrə 14 noyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ağ ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs 13 avqust 2020-ci il tarixli hökmlə təyin edilmiş cəzadan 12 may 2023-cü il tarixli qərarla çəkilməmiş hissəsində şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan hazırki cinayət əməlini törətdiyi günədək iki il müddət keçmədiyinə görə CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsiə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin sadə residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi kimi nəzərə alır. Məhkəmə, cinayətin residivini Təqsirləndirilən şəxs cinayətin təkrar törədilməsini CMnin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddəninin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmadır. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə Lerik RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 204.9 qram marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.164 qram metamfetamin məhv edilməli, iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 354, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 204.9 qaram qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,164 qram metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-27/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-27/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver