Məhkəmə qərarları › İş №1(048)-28/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-28/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-28/2023 12.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:55 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Lənkəran rayonunun Digah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonunun Digah kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 10 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində "xxxx" MMC-yə məxsus olmaqla etibarnamə ilə idarə etdiyi Hyundai HD72 markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Piran-Hamarat avtomobil yolunun Lerik rayonunun Piran kəndindən keçən 1-ci km-də Lənkəran-Lerik avtomobil yoluna doğru geriyə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili arxaya doğru manevr etdirməməli, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, avtomobili geriyə hərəkət etdirərək yolun hərəkət zolağında onunla eyni istiqamətdə hərəkətdə olan piyada X5 avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada X1 qalça, qasıq və oturaq sümüklərinin sınıqları və peritonarxası qanaxma, hər iki böyrəyin, sidik kisəsinin zədələnməsi, daxili qanaxma, sol baldır sümüklərinin sınıqları, penis-xayalar nahiyəsində yayılmış qansızma-hematoma, sol budqasıq, sağ bud, sol baldır nahiyələrində qançırlar, sol bud, sol baldır nahiyələrində sıyrıqlar kimi ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildən "xxxx" MMC-də sürücü işləyir. Avtomobili idarə etmək üçün BCE kateqoriyalı AE409226 nömrəli sürücülük vəsiqəsi vardır. İşlədiyi şirkətə məxsus Hyundai HD72 yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 10 yanvar 2023-cü il tarixdə, saat təxminən 10 radələrində idarə etdiyi Hyundai HD72 markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Piran kəndinə, həmin kənd sakini Zaid Surətova məxsus mağazaya ərzaq məhsulları gətirmişlər. Onunla birlikdə iş yoldaşı Şahid2 da gəlmiş, ona köməklik göstərmişdir. Yer səthi qarlı və sürüşkən olmuş, avtomobili Piran- Hamarat yolunun 1-ci km-də, üzü Hamarat kəndi istiqamətində yolun kənarında, ərzaq mağazasına çatmağa təxminən 10 metr qalmış saxlamışdır. Erkinlə birlikdə ərzaq məhsullarını boşaldıb satıcıya təhvil vermiş, saat 11 radələrində avtomobilə minmişlər. Özü sükan arxasında, Şahid2 isə yanında sərnişin oturacağında oturmuşdur. Avtomobilə oturub mühərriki işə salmış, yolun kənarında avtomobillər dayandığına görə, həmçinin yol səthi buzlu və sürüşkən olduğuna görə avtomobili döndərməyib sürətlər qutusunu arxa ötürücüyə qoşub avtomobili Lənkəran-Lerik avtomobil yoluna çıxarmaq üçün geriyə hərəkət etdirməyə başlamışdır. Avtomobili geriyə sürərkən güzgüyə baxmış, lakin arxada hər hansı bir maneə və ya insan görməmişdir. Avtomobili təxminən 15 metr arxaya hərəkət etdirmiş və birdən avtomobilin arxa sağ təkərinin nəyinsə üzərindən keçdiyini hiss etmişdir. Dərhal avtomobili dayandırmış, avtomobildən düşüb baxdıqda piyadanı vurduğunu görmüşdür. Həmin şəxs Piran kənd sakini, sonradan tanıdığı X10 olmuşdur. Bu zaman kənd sakinlərindən bir neçəsi hadisə yerinə gəlmiş, X9 RMX-na aparmışlar. Hadisə ilə bağlı özünü günahkar hesab edir. Bununla bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Hadisə öz səhvi və səhlənkarlığı səbəbindən baş vermişdir. Yer səthi buzlu və sürüşkən olduğundan, həmçinin avtomobili döndərməyə şərait olmadığından məcbur olub avtomobili arxaya hərəkət etdirmişdir. Avtomobilin arxasında piyadanın hərəkət etdiyini görməmişdir. Avtomobili təxminən 15 metr arxaya doğru hərəkət etdirdikdən sonra avtomobilin arxa sağ təkərinin nəyinsə üstünə çıxdığını hiss etmiş və avtomobildən düşdükdən sonra piyadanı vurduğunu bilmişdir. Avtomobili təxminən 10-15 km/saat surətlə idarə etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Həmçinin məhkəmədən himayəsində bir azyaşlı uşağının olmasını, ölmüş şəxsin hüquqi varisinin ondan heç bir tələb və şikayətinin olmamasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hhüquqi varisinin, şahidlərin ifadəsi, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X10 atasıdır. Onunla bir evdə yaşamışdır. 10 yanvar 2023-cü il tarixdə, saat 09 radələrində atası Əliməmməd Məmmədov evdən çıxıb kənd mərkəzinə getmiş, o, da yola işləməyə getmişdir. Həmin gün, saat 11 radələrində xatırlamadığı həmkəndlisi mobil telefonuna zəng edib “atanı məscidin qabağında maşın vurdu, qaç gəl” demiş, qaçaraq hadisə yerinə gəlmişdir. Hadisə yerinə gəldikdə atası X11 adlı həmkəndlisinin VAZ-2106 markalı avtomobilinə qoyulduğunu görmüşdür. Həmin avtomobilə oturmuş, atası Əliməmməd Məmmədov üzərindən maşın keçdiyini bildirmişdir. Bədənində güclü ağrıların olduğunu bildirmiş, onu Lənkəran RMX-na aparmışlar. Orada atasının vəziyyəti pis olduğundan reanimasiya şöbəsinə yerləşdirilmişdir. Həmin gün, axşam saatlarında atası aldığı xəsarətlərdən Lənkəran RMX-da vəfat etmişdir. Sonradan bilmişdir ki, Lənkəran rayonunun Digah kənd sakini Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi Hyundai HD72 markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Piran-Hamarat avtomobil yolunun 1-ci km-də yolun kənarında yerləşməklə həmkəndlisi Zaid Surətova məxsus mağazaya ərzaq məhsulları gətirib boşaltdıqdan sonra Lənkəran-Lerik avtomobil yoluna çıxarmaq üçün avtomobili arxaya hərəkət etdirmiş, bu zaman Piran kənd məscidinin qarşısında yolun hərəkət zolağında piyada hərəkətdə olan atası X5 ehtiyatsızlıqdan vurmuş, nəticədə atası Əliməmməd Məmmədov aldığı xəsarətlərdən Lənkəran rayon mərkəzi xəstəxanasında vəfat etmişdir. Hadisədən sonra sürücü Təqsirləndirilən şəxs daima onlara köməklik göstərmiş, yanında olmuşdur. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbləri yoxdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X2 həmkəndlisidir. 10 yanvar 2023-cü il tarixdə, saat təxminən 11 radələrində Piran-Hamarat yolu ilə Hamarat kəndi istiqamətində piyada hərəkət etmiş, yol örtüyü qarlı və buzlu olmuşdur. Əliməmməd Məmmədov da qarşıdan Lənkəran-Lerik avtomobil yoluna doğru hərəkətdə olmuşdur. Bu zaman dərhal qarşıdan Hyundai markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobil arxaya doğru hərəkət edib Əliməmmədi görməyib onu kənd məscidinin qarşısında vurmuşdur. Avtomobilin arxa sağ təkəri Əliməmməd Məmmədovun üzərinə çıxmışdır. Dərhal qaçıb ona kömək üçün getmişdir. Əliməmməd qışqırıb “məni xəstəxanaya çatdırın” demişdir. Dərhal ona köməklik göstərib avtomobillə Lənkəran RMXna aparmışlar. Həmin gecə X6 RMX-da vəfat etdiyini eşitmişdir. Hyundai markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili arxaya doğru hərəkət etdirərkən piyada hərəkətdə olan Əliməmməd Məmmədovu görmərək onu vurduğunu zənn edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayonunun Piran kəndində qeydiyyatda olmaqla orada yaşayır. X2 həmkəndlisidir. 10 yanvar 2023-cü il tarixdə, saat təxminən 11 radələrində Piran-Hamarat yolunun kənarında çayxanada olarkən “Azersun” şirkətinə məxsus Hyundai markalı yük avtomobilinin Zaid Surətova məxsus mağazaya yük gətirib boşaltdıqdan sonra avtomobili arxaya doğru hərəkət etdirdiyini görmüşdür. Bu anda qışqırıq səsi eşitmiş, səs gələn tərəfə getdikdə Hyundai markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmkəndlisi Əliməmməd Məmmədovu vurduğunu görmüşdür. X7 kənd məscidinin qarşısında vurmuşdur. Əliməmməd Məmmədova ilk tibbi yardım göstərib onu dərhal Lənkəran RMX-na göndərmişlər. X8 həmin gün Lənkəran RMX-da vəfat etdiyini eşitmişdir. Cinayət işinin materiallarında olan Şahid2 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, Lənkəran şəhəri, İ.Qayıbov küçəsi, ev 34-də qeydiyyatda olmaqla orada yaşayır. 2022-ci ilin fevral ayından "xxxx" MMC-də sürücü köməkçisi işləyir. 10 yanvar 2023-cü il tarixdə, saat təxminən 10 radələrində iş yoldaşı, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai HD72 markalı, **- JL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Piran kəndinə, həmin kənd sakini Zaid Surətova məxsus mağazaya ərzaq məhsulları gətirmişlər. Təqsirləndirilən şəxs avtomobildə olan yükləri boşaltmağa köməklik etmişdir. Yükləri boşaltdıqdan sonra avtomobilə əyləşmişlər. Yer səthi qarlı və sürüşkən olmuş, Akşin avtomobili Piran-Hamarat yolunun 1-ci km-də, üzü Hamarat kəndi istiqamətində yolun kənarında, ərzaq mağazasına çatmağa təxminən 10 metr qalmış saxlamışdır. Saat 11 radələrində avtomobilə minmiş, Akşin sükan arxasında, o, isə yan sərnişin oturacağında oturmuşdur. Akşin avtomobilin mühərrikini işə salmış və yol səthi buzlu və sürüşkən olduğuna görə avtomobili döndərməyib sürətlər qutusunu arxa ötürücüyə qoşub avtomobili Lənkəran-Lerik avtomobil yoluna çıxarmaq üçün arxaya hərəkət etdirməyə başlamışdır. Avtomobili təxminən 15 metr arxaya hərəkət etdirmiş və birdən avtomobilin arxa sağ təkərinin nəyinsə üzərindən keçdiyini hiss etmişlər. Aqşin dərhal avtomobili dayandırmış, avtomobildən düşüb baxdıqda Aqşinin piyadanı vurduğunu görmüşlər. Həmin şəxs Piran kənd sakini, sonradan tanıdığı X10 olmuş, bu zaman kənd sakinlərindən bir neçəsi hadisə yerinə gəlmiş, onu Lənkəran RMX-na aparmışlar. X15 arxada hərəkət edən piyadanı görməmiş və onu vurmuşdur. O, avtomobili arxaya hərəkət etdirərkən güzgüyə baxmamışdır. Aqşin Bağırov avtomobili təxminən 10-15 km/saat sürətlə idarə etmişdir. Cinayət işinə əlavə edilmiş Lənkəran MTE və PA zona mərkəzinin 01 fevral 2023-cü il tarixli, 02 saylı rəyindən görünür ki, X2nun meyitində aşkar edilmiş xəsarətlər – sol qalça, qasıq və oturaq sümüklərinin sınıqları və peritonarxası qanaxma, hər iki böyrəyin, sidik kisəsinin zədələnməsi, daxili qanaxma, sol baldır sümüklərinin sınıqları, penis-xayalar nahiyəsində yayılmış qansızma-hematoma, sol bud-qasıq, sağ bud, sol baldır nahiyələrində qançırlar, sol bud, sol baldır nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan yük maşının qabarıq hissələrinin və ya mərhumun çanaq nahiyəsinin yük maşınının təkərinin altında qalmaqla sıxılması nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X4 ölümünə - çanaq nahiyəsinin küt travması ilə əlaqədar hər iki böyrəyin zədələnməsi, daxili qanaxma, travmatik şok İİİ-İV dərəcə (klinik) səbəb olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli, 8/212 nömrəli ekspert rəyindən görünür ki, Hyundai HD72 markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hossəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinə əlavə edilmiş istintaq zamanı hadisə yerinə baxış zamanı götürülmüş xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd DVD-R markalı diskə baxış keçirilərək müəyyən edilmişdir ki, Piran-Hamarat avtomobil yolunun 1-ci km-də Hyundai HD72 markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Lənkəran-Lerik avtomobil yoluna doğru geriyə hərəkət edərkən onunla eyni hərəkət zolağında, eyni istiqamətdə piyada hərəkətdə olan Lerik rayonunun Piran kənd sakini X5 avtomobilin arxa sağ tərəfi ilə vurmuş, avtomobilin arxa sağ təkəri Əliməmməd Məmmədovun üzərindən keçmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş 10 yanvar 2023-cü il tarixli, 000108 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Cinayət işinə əlavə edilmiş rəsmi sənədlərin surətlərindən görünür ki, Hyundai HD72 markalı, **-JL-***dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nə məxsusdur. Təqsirləndirilən şəxs avtomobili etibarnamə əsasında, AE409226 nömrəli, BCE kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şiləvar kənd Ərazi İcra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. AzərbaycanRespublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanı ödəmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şiləvar kənd Ərazi İcra nümayəndəsi tərəfindən verilmiş verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü oğlu X14 adlı 1 (bir) azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş səxsin hüquqi varisi ilə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, ailəsinin qazanc gətirən şəxsi olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının «Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.» tövsiyyəsini də nəzərə alır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş maddi və mənəi ziyanı ədməsini, ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alıb təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nın 263.2ci maddəsilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nın 70-ci maddəsi tətbiq edilərək sınaq müddəti müəyyən edilməklə barəsində təyin ediləcək cəzasının şərti hesab edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Belə ki, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs CM-nin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələr qoyulmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Belə ki, həmin maddəyə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə əlavə cəzası da təyin edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən video çəklilişə dair bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirlməsi daimi qeydiyyatda olduğu və yaşdığı yer üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut – baş vermiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən video çəklilişə dair bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar