Məhkəmə qərarları › İş №1(048)-29/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-29/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-29/2024 27.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Xüsusi X1 və vəkili Müdafiəçi iştirakları ilə, X8 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X8 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb etməklə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilmələrini xahiş etmişdir. Xüsusi X1 şikayətini onunla əsaslnadırmışdır ki, o, xx.xx.1958-cü ildə Lerik rayonu, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X10 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərini təkrar olaraq törətmişdir.Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayətçi olduğu X10 Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olmuş e-16(004)- 491/2023 saylı xx.xx.2023-cü il tarixli MMT ilə bağlı qərardadından həmin rayon məhkəməsinin hakimi Təhminə xanım Xəlilovanın adına 28 dekabr 2023-cü il tarixdə ünvanladığı şikayət ərizəsində həmin mülki iş üzrə tərəf olmamağına baxmayaraq ağır cinayətlər törətməkdə ittiham etməklə ona qəsdən böhtan atmış və təhqir etmiş, habelə onun və ailəsinin haqqında nalayiq ifadələr istifadə edərək şərəf və ləyaqətini və işgüzar nüfuzunu qəsdən alçaltmışdır. X10 Bakı şəhəri Yasamal rayon məhkəməsinin e- 16(004)-491/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından etdiyi xx.xx.2023-cü il tarixli şikayətində qeyd edib ki, guya o bir rüşvətxor məmur olaraq qızı Balayeva Lalə ilə birləşib qurban olaraq qonşuluqda yaşayan çox kasıb bir ailənin üzüvü olan Günay Əsədullayevanın müəyyən haqq müqabilində elə alaraq onu seçmişik, habelə gələcəkdə istintaq orqanları evi yandıran şəxsi aşkar edəndə desinki oğlu X14 Əsədullayevanı aldatdığından və o da öz qisasını almaqdan ötrü Zaur Nəzərovun evini yandırıbdır. Halbu ki, guya Günay Əsədullayevaya evin açarını evi yandırmaq üçün Möhübbət Balayev şəxsən vermişdir.Həmçinin, X10 şikayətində qeyd etmişdir ki, acgöz, əmlak düşkünü olan Balayevlər ailəsinin məqsədi onun oğlu Zaur Nəzərovun əmlakını ələ keçirmək olmuş, guya Möhübbət Balayevə 4 və artıq qeyri legal arvadlar saxlamaqla məşqul olan keçmiş korrupsioner məmur olaraq qızının ailəsi deyil, ona arvadlarının tələbatını ödəmək üçün pul-para lazım olmuşdur. X10 şikayətində qeyd etdiyi Zaur Nəzərovun adında qeydiyyatdan keçən və X16 ilə birgə mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini yandırdığına görə X3 rayon məhkəməsinin 1(048)-23/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci ve 186.2.2-ci maddələri ilə təqsirli bilinib 2 İl sınaq müddəti ilə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum etme cəzasına məhkum edilmişdir.Eyni zamanda hazırkı şikayətinə sübut olaraq qoşma edilmiş içərisində Günay Əsədullayeva, Zaur Nəzərov, Azad Nəzərov, o Möhübbət Balayev, həyat yoldaşı Cəmilə Balayeva, Kamil Mövlanov, Zamiq Nəzərov, Naimə Nəzərova, Gülnaz və Elvin Əsədullayevlərin iştirakı ile xx.xx.2019-cu il tarixdə saat 19:30-da, xx.xx.2019-cu il tarixde saat 17:22-də, xx.xx.2019-cu il tarixdə saat 12:10-da və xx.xx.2019-cu il tarixdə saat 15:04-də aparılan danışıqlardan açıq aydın şəkildə müəyyən olunur ki, Günay Əsədullayeva hazırda şikayətçi olduğu Azad Nəzərovun böhtan və şərlərlə dolu şikayət ərizəsində qeyd olunan evin Azad Nəzərovun oğlu keçmiş kürəkəni Zaur Nəzərov tərəfindən aldadıldığına və sonuncunun onunla cinsi əlaqəyə girdiyindən və nəticə etibarı ile Zaur Nəzərov tərəfindən həyatının məhv edildiyini düşənərək qisas almaq məqsədiilə yandırdığını etiraf edir, habelə söhbət zamanı X15 Əsədullayevanın hərəkətlərini pisləyərək ona iradlarını bildirir və Günay Əsədullayevadan oğlunun ailəsini dağıtmamağı və qarşılığıda ondan şikayətçi olmayacağını israrla Günay Əsədullayevadan xahiş edir.Nəticə etibarı ilə barəsində xüsusi ittiham qaydasında şikayətçi olduğu X10 bu kimi qanunsuz əməlləri ilə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərini törədərək, ona xeyli miqdarda 20000 manat məbləğində maddi və 30000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Belə ki, X10 hər dəfə öz qanunsuz əməlləri ilə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərini törədərək ona mənəvi və psixoloji sarsıntılar yaşatmış, habelə onun tərəfindən hər dəfə onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini aşılandıqca ona maddi və mənəvi ziyan vulmuşdur. X16 elektron məhkəmə üzərindən iddiaçı tərəf olduğu mülki işin materiallarına Azad Nəzərov tərəfindən əlavə edilmiş şər və böhtanla dolu ərizə və müraciətlərdəki ifadələr barədə ailələrində oğlulunun, qızının, atasının və həyat yoldaşının yanında danışmış və nəticə etibarı ilə o çox dərin istirablar və psixoloji sarsıntılar keçirmişdir. Həmçinin, X10 bununla kifayətlənməyərək təkrar olaraq xx.xx.2024-cü il tarixdə eyni məzmunlu yeni ona ağır cinayətləri törədilməkdə böhtan ataraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayetlerini törədərək ona mənəvi və psixoloji sarsıntılar yaşatmış, habelə onun tərəfinden hər dəfə iş güzar nüfuzu və şərəf və ləyaqəti aşılandıqca ona maddi və mənəvi ziyan vulmuşdur. Eyni zamanda X10 tərəfindən barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə ünvanlanmış şər və böhtanlarla dolu, şərəf və ləyaqətini, İşgüzar nüfuzunu alçaldan məlumatlar həmin rayon məhkəməsinin icraatında olan e-16(004)-634/2024 saylı, 2(004)- 634/2024 saylı mülki İşlərə elektron məhkəmə üzərindən əlavə edilməklə və nəticə etibarı ilə həmin məlumatlar mülki işə buraxılmış iş üzrə tərəflər fiziki, hüquqi və vəzifəli şəxslər, habelə dövlət orqanları qarşısında (İddiaçı: Balayeva (Nəzərova) Lale Möhübbət qızı, Cavabdeh: "xxxx" MTK, Cavbdeh: X12, Cavbdeh: Qurbanov liqar Talıb oğlu, Cavbdeh: X6, Cavabdeh: habele onun tərəfindən hər dəfə onun iş güzar nüfuzu və şərəf və ləyaqəti aşılandıqca ona maddi və mənəvi ziyan vulmuşdur.O Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan, polkovnik rütbəsində zabitidir. Bütün qulluq illərində vətəninə, xalqına sədaqətlə xidmət etmiş və bütün xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilərək müxtəlif yuxarı vəzifələrdə irəli çəkilmiş ll Vətən müharibəsi İştirakçısıdır. X10 yuxarıda sadaladığı işgüzar nüfuzunu ve bundan irəli gələn şərəf və layaqətini qanunsuz əməlləri ilə alçaltmış, ona qarşı böhtan və təhqir cinayətlərini törədərək nəticə etibarı ile ona psixoloji sarsıntı və mənəvi istirab yaşadaraq xeyli miqdarda 20000 manat məbləğində maddi və 30000 manat məbləğində mənəvi ziyan vurmuşdur.Ona görə də məhkəmədən X8 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb etməklə onun barəsində müvafiq hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi X1 məhkəmə hazırlıq iclası zamanı şikayətini müdafiə edərək göstərdi ki, məhkəmədən X8 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb etməklə onun barəsində müvafiq hökm çıxarılmasını xahiş etdi. Xüsusi X1nun vəkili Müdafiəçi məhkəmə hazırlıq iclası zamanı X2 şikayətini müdafiə edərək X8 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb etməklə onun barəsində müvafiq hökm çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində xüsusi ittiham qaydasında şikayət olunan X10 məhkəmənin hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə onun iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, X8 Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olmuş e-16(004)- 491/2023 saylı xx.xx.2023-cü il tarixli MMT ilə bağlı qərardadından həmin rayon məhkəməsinin hakimi Təhminə xanım Xəlilovanın adına 28 dekabr 2023-cü il tarixli şikayət ərizəsində işlədilmiş “bir rüşvətxor məmur”, “acgöz, əmlak düşkünü olan Balayevlər ailəsi” və “leqal arvadlar saxlamaqla məşqul olan keçmiş korrupsioner məmur” kimi məlumatlar böhtan xarakterli olduğu təqdirdə X4 şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunur. Təqdim olunan məqalələrdə verilmiş məlumatların böhtan olub-olmamasının araşdırlması xüsusi bilik tələb etmədiyindən ekpert-linqvistin səlahiyyətinə aid deyildir. Yuxarıda qeyd olunan məlumatlarda işlənilmiş söz və ifadələr mənfi məzmun ifadə etsə də, təhqir xarakterli söz və fikir hesab oluna bilməz. Məhkəmə xüsusi ittihamçını və vəkilini dinləyib, xüsusi ittiham qaydasında verilən şikayəti öyrənib belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. Həmin Məcəllənin 147.1-ci maddəsinə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 saylı qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Qeyd olunan Məcəllənin 302.2.3-cü maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq və qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, X8 əməlində cinayət əlamətləri olmadığından məhkəmə baxışının keçirilməsindən və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.1.6, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 X10 haqqında Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar