Məhkəmə qərarları › İş №1(048)-3/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-3/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-3/2024 31.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X3, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxxxx 1962-ci ildə Lerik rayon 30-cu km kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Hamarmeşə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 29 avqust 2023-cü il tarixdə saat 14 radələrində Lənkəran-Lerik yolunun 36-cı km-də yerləşən «Sevinc» kafenin qarşısına gələrək tanımadığı mülki geyimdə olan 3 nəfərin rayonun Bibiyanı kənd sakini Şahid2 məxsus, odunla yüklü vəziyyətdə olan KAMAZ markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında sonuncu ilə söhbət etmələrini görüb onlara yaxınlaşaraq nə üçün dayandığını soruşduğu zaman Şahid2 ona odunun sənədinin olub-olmadığını soruşurlar dedikdən sonra Təqsirləndirilən şəxs həmin şəxslərin Ekologiya idarəsinin əməkdaşları olmalarını düşünərək odunun müsadirə olunmasının qarşısını almaq məqsədilə avtomobili saxlamalarına irad bildirərək orada olan şəxslərin, yəni polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib özbaşına həmin KAMAZ markalı avtomobilin sükanı axasına keçib mühərriki işə salaraq Lənkəran istiqamətinə sürmüş, Əlizadə X7 Rzayevin hərəkətlərinin qarşısını almaq məqsədilə avtomobili dayandırmaq üçün Lerik RPŞ-nin YPX-nin əməkdaşlarına məlumat vermiş, Lənkəran-Lerik yolunda xidmət aparan Lerik RPŞ-nin YPX-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi KAMAZ markalı avtomobildə Lənkəran-Lerik yolunun 34-cü km-də dayandırıldıqdan sonra Zərərçəkmiş şəxs3 digər polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin yerə gəlib Təqsirləndirilən şəxs hansı səbəbdən avtomobili özbaşına sürməsinə irad bildirərkən sonuncu sükan arxasından düşərək xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ictimai qaydanın qorunması üzrə xidməti vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab olunan polis əməkdaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyüb müqavimət göstərərək onlarla əlbəyaxa olub təpik və yumruqla bədənlərinin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs1 sol said və döş qəfəsi nahiyələrində sıyrıqlarla, Zərərçəkmiş şəxs3 isə sol baldır nahiyəsində qançırla nəticələnən, dərəcəsinə görə sağlamlıqlarına zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Hamarmeşə kəndində yaşamaqla rəsmi olaraq heç yerdə işləmir, lakin günəmuzd işləyib ailəsini dolandırır. Sürücülük vəsiqəsi vardır, uzun müddət müxtəlif markalı yük avtomobillərini sürmüş, Lerik rayonunun Bibiyanı kənd sakini Şahid2 və Haran kənd sakini Salman Həşımovu tanıyır, onlarla ziddiyyəti olmamışdır. 29 avqust 2023-cü il tarixdə, saat təxminə 14 radələrində şəxsi işi ilə əlaqədar yol maşını ilə Lənkəran-Lerik yolunun 36-cı km-də yerləşən «Sevinc» kafeyə gəlmiş, Kafenin qarşısında Şahid2 idarə etdiyi Kamaz markalı avtomobilin oduncaqla yüklü vəziyyətdə dayandığını və tanımadığı 3 nəfərin mülki formada avtomobilin yanında Cəsarətlə söhbət etmələrini görüb Cəsarəti tanıdığına və münasibəti yaxşı olduğuna görə onlara yaxınlaşıb hansı səbəbdən Cəsarələ söhbət etmələrini bilmək istəmiş, Cəsarətdən nə üçün dayandığını soruşmuş, Cəsrət ona «avtomobildə odun yükü var, odun Salmanındır sənədi özündədir, mənə verməmişdir, bu şəxslər məndən sənəd tələb edirlər» demiş, həmin şəxslərin kimliyini bilməyib Ekologiya idarəsinin əməkdaşları olduğunu düşünərək odunu Cəsarətdən alıb müsadirə etmələrini fikirləşdib odunun müsadirə olunmamasına görə Cəsarətin həmin vaxt idarə etdiyi sürmək üçün ona etibarnamə verdiyi KAMAZ markalı, **-ZT-*** qeydiyyat nömrə nişanlı avtomobilin sükan arxasına keçib mühərriki işə salaraq Lənkəran istiqamətinə sürmüş, yolun Ağ-Göl istirahət mərkəzinin qarşısından keçən hissəsində Lerik RPŞ-nin DYPB-nin avtomobilinin qarşıdan gəldiyini və idarə etdiyi avtomobili dayandırmaq üçün işarə verildiyini görüb idarə etdiyi KAMAZ markalı avtomobili yolun sağ kənarına çəkib dayandıraraq yerə düşmək istədiyi zaman «Sevinc» kafenin qarşısında Cəsarətlə dayanıb söhbət edən 3 nəfər həmin yerə gəlmişlər. Sonradan adını bildiyi Lerik RPŞ-nin əməkdaşı Dəyanət adlı şəxs ona yaxınlaşıb polisə hörmətsizilka edirsən qanuni tələblərimizə tabe olmursan deyərək ünvanına kobud ifadələr işlətdiyinə görə ona cavab vermiş, onu yaxalayıb polisə aparmalarını başa düşərək idarə etdiyi Kamaz markalı avtomobilin kabinsasından yerə düşmüş, Dəyanətlə digər bir əməkdaş ona yaxınlaşıb onu yaxalayıb aparmaq istəmişlər, Kamaz markalı avtomobilin qapısını tutub onlarla getmək və avtomaşından uzaqlaşmaq istəmədiyinə görə əlbəyaxa olmuşlar, düşünür ki, əlbəyaxa zamanı həmin şəxslər xəsarət almışlar, onları qəsdən vurmamış, onlarla etmək istəmədiyinə görə özünü qorumuş, bu anda Salman Həşımov yanına gəlib polis əməkdaşlarını ondan uzaqlaşdıraraq onu sakitləşdirmiş, bundan sonra Dəyanət adlı polis əməkdaşı onu tutub YPX-nin avtomobilinə otuzdurub Lerik rayon polis şöbəsinə aparmışdır. Ounla mübahisə edən şəxslərin sonradan polis əməkdaşları olduqlarını bilmişdir. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxslərlə barışmış, dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Lerik şəhərində yaşamaqla Lerik RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs3 Tələt oğlu tağım komandiri, Zərərçəkmiş şəxs2 Bəybalə oğlu isə manqa komandiri vəzifəsində işləyirlər. Münasibətləri yaxşıdır. 29 avqust 2023-cü il tarixdə, saat 14 radələrində Lerik RPŞ-nin PPXB-nin tağım komandiri Zərərçəkmiş şəxs3 Tələt oğlu və manqa komandiri Zərərçəkmiş şəxs2 Bəybalə oğlu ilə birlikdə sonuncunun idarə etdiyi avtomaşında rayonunun Piran kəndinə getdikləri zaman Lənkəran-Lerik yolunun 36-cı km-də yerləşən «Sevinc» kafenin qarşısında oduncaqla yüklü vəziyyətdə KAMAZ markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər, Lerik rayonu ərazisində mövcud olan meşə sahələrində ağacların qanunsuz kəsilərək daşınması və buna qarşı şöbə əməkdaşları tərəfindən mübarizənin aparılması ilə əlaqədar mütəmadi şöbə rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verildiyinə görə həmin avtomobildə daşınan oduncağın qanunamüvafiq daşınıb-daşınmadığını öyrənmək məqsədilə avtomobilin sürücüsünü, sonradan adını bildiyi Cəsarət adlı şəxsi çağırıb avtomobilinin yanında onunla söhbət edib idarə etdiyi avtomobilin banında olan oduncağa dair meşə buraxılış orderinin olub-olmadığını soruşmuşlar. Cəsarət Baryamov avtomobilinin banında daşıdığı oduncağa dair meşə buraxılış orderinin üzərində olmadığını, oduncağın Salman Həşımava məxsus olduğuna və onun həyətində yüklədiyinə görə odunacağa dair müvafiq sənədlərin Salman Haşımovda olduğunu bildirmiş, Şahid2la avtomobilin yanında təxminən 5-10 dəqiqə söhbət etmişlər. X6 adlı şəxsə zəng edib «polis əməkdaşları avtomobili saxlamışlar, odunun sənədini istəyirlər, sən sənədi gətir» demiş, Cəsarətlə avtomobilin yanında söhbət etdikləri zaman Lerik rayonunun Hamarmeşə kənd sakini, sürücü kimi tanıdığı Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq avtomobildə olan yükü nə üçün saxladıqlarını uca səs və əda ilə qərəzli formada soruşmuş, Azadın onlara qarşı qərəzli hərəkət edə biləcəyini başa düşüb ona heç bir cavab verməmişlər. Buna baxmayaraq Təqsirləndirilən şəxs onu tanıdığına görə ona tərəf baxıb «niyə saxlamısan, pox yeyib saxlamısan» kimi sözlər deyərək ünvanına ətrafdakıların eşidə biləcəkləri təhqiramız sözlər demiş, ona «danışığınıza fikir verin bizi təhqir etməyin və bizim işimizə qarışmayın» demiş, X10 Rzayevə yaxınlaşıb özünü ona təqdim etmək istəmiş, Azad Zərərçəkmiş şəxs3 «niyə saxlamısan, sənin torbanı tikərəm, şərəfsiz» kimi sözlər deyib təkrar ünvanlarına uca səslə söyüşlər söydukdən sonra danışıqlarına əhəmiyyət verməyib özbaşına Şahid2 avtomobilinin sükan arxasına keçib və mühərriki dərhal işə salaraq sürətlə sürüb Lənkəran-Lerik yoluna daxil olduqdan sonra Lənkəran istiqamətinə sürüb onlardan uzaqlaşmış, Təqsirləndirilən şəxs qanunsuz və özbaşına idarə etdiyi KAMAZ markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomobili dayandırmaq üçün Lənkəran-Lerik yolunda xidmət aparan Lerik RPŞ-nin YPXB-nin əməkdaşları Şahid4 və Şahid1 məlumat verdikdən sonra Zərərçəkmiş şəxs2 avtomobilində Lənkəran istiqamətində hərəkətə başlamışlar. Lənkəran-Lerik yolunun 34-cü km-də yerləşən «Ağ Göl» istirahət mərkəzinə dönən sahədə Təqsirləndirilən şəxs özbaşına idarə etdiyi həmin avtomobilin Lerik RPŞ-nin YPXB-nin əməkdaşları tərəfindən dayandırılmasını görüb həmin sahədə dayanıb avtomobildən yerə düşdüyükləri zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sükan arxasında olmuş, həmin anda Salman Haşımov da yanlarına gəlmiş, Təqsirləndirilən şəxs onları görən kimi ətrafdakıların eşidə biləcəkləri uca səslə ünvanlarına nalayiq sözlər deyərək «məni heç yerə apara bilməzsiniz» deyib sükan arxasından yerə düşərək «mənə yaxınlaşmayın» demiş, onunla söhbət aparıb qanuni tələblərinə tabe olmasını təklif etmişlər, lakin Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabe olmaq istəməyərək ünvanlarına təhqiramz sözləri demiş, Ayyətlə birlikdə ona yaxınlaşıb xidməti avtomobilə oturmasını ona təklif etmişlər, Təqsirləndirilən şəxs bundan imtina edərək idarə etdiyi KAMAZ markalı avtomobilin kabina qapısından tutub ona yaxınlaşmalarına imkan verməyib onlara tərəf təpik və yumruq atmağa başlamış, Ayyətlə birlikdə onun müqavimətinə əhəmiyyət verməyib ona yaxınlaşmışlar, Təqsirləndirilən şəxs atdığı təpik və yumruqlardan ona həmçinin Ayyətə dəydiyinə görə xəsarət almışlar, həmçinin onu kabinadan uzaqlaşdırdıqları zaman onunla əlbəyaxa olmuş, avtomobildən uzaqlaşmaq istəməmiş, həmin vaxt əynindəki idman köynəyi qismən cırılmış, bu zaman Salman araya girərək onları kənara itələyərək Azadı sözlə sakitləşdirib KAMAZ markalı avtomobildən uzaqlaşdırdıqdan sonra Azadı tutub Şahid1 idarə etdiyi xidməti avtomobilə otuzduraraq özü də arxa oturacaqda onun yanında, Şahid4 qabaq oturacaqda oturmuşlar, Şahid1 avtomobili sürmüş Azadı Lerik RPŞ-nə gətirmişlər. Şahid2 avtomobilini oduncaqla yüklü vəziyyətdə şöbəyə gətirilmişdir. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X5 Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunda izahahat verdilər. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, X5 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmadığını göstərməklə təqsirləndirlən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, URAL markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobili vardır. Rayonun Bibiyanı kənd sakini Şahid2 dayısı oğludur. Yanacaq kimi istifadə etmək üçün oduna ehtiyacı olduğuna görə 2023-cü ilin iyul ayının axırında 1 saylı X4 Mərkəzinə müraciət etmiş və qardaşı Müşfiqin adına müvafiq olaraq 8 kub metr həcmində odunun təşkil etdiyi 160 manatı hesaba ödəmiş və 28 iyul 2023-cü il tarixdə meşə buraxılış orderi yazılaraq bizə təqdim olunmuşdur. 28 avqust 2023-cü il tarixdə Lerik rayonu üzrə Vizəzəmin meşəbəyliyin 13 saylı meşə dolayısında ona verilmiş orderə əsasən tədarük etdiyi 8 kub metr həcmində odunu idarə etdiyi URAL markaldı avtomobitlə yükləyib Peştətük kənldindəki evinin həyətinə gətirmişdir. Odunu Abşeron rayonu Əliçıraq qəsəbəsində yerləşən evində istifadə etmək üçün ora aparmaq qərarına gəlmiş və texniki cəhətdən tam saz olmayan URAL markalı avtomobilini Bakı şəhərinə sürmək mümkün olmdığına görə odunu dayısı oğlu Cəsarətin idarə etdiyi KAMAZ markalı avtomaşınla aparmaq qərarına gəlmiş və Cəsarətə zəng edib avtmobillə həyətinə gəlsin odunu yükləyib Bakıya aparmasını demişdir. 28 avqust 2023-cü il tarixdə Cəsarət avtomobili həyətinə sürmüş və saxlamışıdır. O, odunu Cəsarətin avtomobilinə yükləyərək 29 avqust 2023-cü il tarixdə Bakı şəhərinə getməklərinə razılaşmışlar. 29 avqust 2023-cü il tarixdə şəxsi işi ilə əlaqədar Lerik rayonunun Piran kəndinə gedərək Cəsarətə demişdir ki, sən işlərini səhmanla yola çaxanda ona zəng et, Piran kəendindən onu götürərsən ki Bakı şəhərinə gedək. Həmin gün saat təxminən 14 radələrində Cəsarət ona zeg edib demişdi ki, Lerik rayon polis şöbəsinin əməkdaşları onu «Sefinc» kafenin qarşısında oduna görə saxlamışlar, odunun sənədini istəyirlər, ona demişdir ki, meşə buraxılış orderi ondadır, sən maşını tərpətmə o özü ora gəlir. Yol maşını ilə Lənkəran-Lerik yolunun 36-cı km-də yerləşən «Sefinc» kafeyə yola düşmüş, yolun «Ağ Göl» istirahət mərkəzinə dönən sahəsində Şahid2 avtomobilinin dayandığını, Lerik RPŞ-nin DYPB-nin əməkdaşlarını, digəri mülki formada tanımadığı 3 nəfəri, Təqsirləndirilən şəxs və Şahid2 görüb onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs ad və soyadlarını bilmədiyi polis əməkdaşları ilə mübahisə etmələrini görüb hər hansı bir həxsə kobudluq etmədən və zor tətbiq etmədən Təqsirləndirilən şəxs, eləcə də ona yaxınlaşmaq istəyən polis əməkdaşlarını sakitləşdirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Lerik RPŞ-nin DYB-nin YPX-nin avtomobilinə mindirib Lerik rayon polis şöbəsinə aparmışlar. Onu və Cəsarəti şöbəyə dəvət etdiklərinə görə o da Lerik RPŞ-nə getmişdir. Məhkəmə iclası zamanı Şahid4 teleqrama ilə məhkməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik şəhərində yaşamaqla Lerik RPŞnin DYPB-nin YPX-nin baş inispektoru vəzifəsində işləyir. Müvafiq təlimata uyğun olaraq 2023-cü ilin avqust ayı ərzində 2 saylı dislaksiya üzrə Lənkəran-Lerik yolunda xidmət aparmışdır. 29 avqust 2023-cü il tarixdə, saat təxminən 14 radələrində Lənkəran-Lerik yolunun 30-cu km ərazisində DYPB-nin YPX-nin inispektoru Şahid1la xidmətdə olduğu zaman Lerik rayonunun Hamarmeşə kənd sakiniİ X2 Lənkəran-Lerik yolunun 36-cə km-də şöbə əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb KAMAZ markalı, **-ZT-*** qeydiyyat nömrəli avtomobili özbaşına sürərək Lənkəran istiqamətində hərəkət etməsi barədə efirdə olara məlumat verilmişdir. Şahid1la birlikdə həmin avtomobili dayandırmaq üçün Lerik istiqamətində hərəkət etməyə başlamışlar. Lənkəran-Lerik yolunun 34-cü km-də Lənkəran istiqamətində hərəkətdə olan KAMAZ markalı, **-ZT-*** qeydiyyat nömrəli avtomobilin sürücüsünə yolun «Ağ Göl» istirahət mərkəzinə dönən sahəsində rastlaşıb avtmobili saxlamaq üçün işarə vermişlər, sürücü həmin avtomobili yolun sağ kənarına çəkərək dayandırmış, avtomobilin tanıdığı Təqsirləndirilən şəxs sürməsini bilmiş, həmin avtomobilə yaxınlaşdıqları anda Lerik RPŞ-nin əməkdaşları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin yerə gəlmişlər, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşdığı zaman Azad sükan arxasından yerə düşərək Dəyanət və onunla olan digər polis əməkdaşların ünvanına uca səslə söyüş söyməyə başlamış, həmin anda Haran kənd sakini Salman Haşımov da onların yanına gəlmiş, Dəyanət və Ayyət Təqsirləndirilən şəxs yaxınlaşıb «bizi söymə gəl otur avtomobilə şöbəyə gedək» demişlər, Təqsirləndirilən şəxs Kamaz markalı avtomobilin qapısından yapışaraq söyüş söyməklə «məni heç kəs heç yerə apara bilməz» demiş, Dəyanət və Ayyət onu tutub avtomobilə otuzdurmaq istədikləri zaman Azad onlara təpik və yumruq atmış, Dəyanət Azadı qucaqlayıb xidməti avtomobilə oturzdurmaq istədiyi zaman Azad avtomobilə oturmaq istəməyib Dəyanətin əlindən buraxılmaq üçün dartınmış və söyüş söymüş, buna baxmayaraq Dayanət Azadı xidməti avtomobilə arxa oturacağa otuzduraraq özü də onun yanında oturmuş, Şahid1 avtomobili sürmüş, özü də qabaqda oturmuş, Azadı Lerik RPŞnə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təsvir etdiyi hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik şəhərində yaşmaqla Lerik RPŞnin DYPB-nin YPX-nin inispektoru vəzifəsində işləyir. Müvafiq təlimata uyğun olaraq 2023cü ilin avqust ayı ərzində 2 saylı dislaksiya üzrə Lənkəran-Lerik yolunda xidmət aparmışdır. 29 avqust 2023-cü il tarixdə, saat təxminən 14 radələrində Lənkəran-Lerik yolunun 30-cu km ərazisində DYPB-nin YPX-nin baş inispektoru Şahid4 xidmətdə olduğu zaman Lerik rayonunun Hamarmeşə kənd sakiniİ X2 Lənkəran-Lerik yolunun 36-cə km-də şöbə əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb KAMAZ markalı, **-ZT-*** qeydiyyat nömrəli avtomobili özbaşına sürərək Lənkəran istiqamətində hərəkət etməsi barədə efirdə olara məlumat verilmişdir. Şahid4la birlikdə həmin avtomobili dayandırmaq üçün Lerik istiqamətində hərəkət etməyə başlamışlar. Lənkəran-Lerik yolunun 34-cü km-də Lənkəran istiqamətində hərəkətdə olan KAMAZ markalı, **-ZT-*** qeydiyyat nömrəli avtomobilin sürücüsünə yolun «Ağ Göl» istirahət mərkəzinə dönən sahəsində rastlaşıb avtmobili saxlamaq üçün işarə vermişlər, sürücü həmin avtomobili yolun sağ kənarına çəkərək dayandırmış, avtomobilin tanıdığı Təqsirləndirilən şəxs sürməsini bilmiş, həmin avtomobilə yaxınlaşdıqları anda Lerik RPŞ-nin əməkdaşları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin yerə gəlmişlər, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşdığı zaman Azad sükan arxasından yerə düşərək Dəyanət və onunla olan digər polis əməkdaşların ünvanına uca səslə söyüş söyməyə başlamış, həmin anda Haran kənd sakini Salman Haşımov da onların yanına gəlmiş, Dəyanət və Ayyət Təqsirləndirilən şəxs yaxınlaşıb «bizi söymə gəl otur avtomobilə şöbəyə gedək» demişlər, Təqsirləndirilən şəxs Kamaz markalı avtomobilin qapısından yapışaraq söyüş söyməklə «məni heç kəs heç yerə apara bilməz» demiş, Dəyanət və Ayyət onu tutub avtomobilə otuzdurmaq istədikləri zaman Azad onlara təpik və yumruq atmış, Dəyanət Azadı qucaqlayıb xidməti avtomobilə oturzdurmaq istədiyi zaman Azad avtomobilə oturmaq istəməyib Dəyanətin əlindən buraxılmaq üçün dartınmış və söyüş söymüş, buna baxmayaraq Dəyanət Azadı xidməti avtomobilə arxa oturacağa otuzduraraq özü də onun yanında oturmuş, o, avtomobili sürmüş, Şahid4 qabaqda oturmuş, Azadı Lerik RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təsvir etdiyi hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, o, Lerik rayonunun Bibiyanı kəndində yaşayır, heç yerdə işləmir, şəxsi Kamaz markalı, **-ZT-*** qeydiyyat nişanlı özüboşaldan yük avtomobili vardır, özü sürüb istifadə edir. Haran kənd sakini Şahid3 bibisi oğludur, münasibətləri yaxşıdır. Hamarmeşə kənd sakini Təqsirləndirilən şəxs tanıyır, münasibətləri yaxşıdır, özünə məxsus Kamaz markalı avtomobili sürmək üçün ona etibarnamə vermiş, bəzi vaxtlarda Azad maşınını sürür. 28 avqust 2023-cü il tarixdə səhər saatlarında Salman ona zəng edib «mən meşə buraxılış orderini götürmüşəm, odun tədarük etmişəm, öz maşınımla meşədən həyətimə gətirmişəm, odunu Binəqədi rayonunun ərazisində yerləşən evimə aparmaq istəyirəm həyətimə gəl həmin odunu sizin maşına yükləyək və Binəqədi rayonuna apararsan» demiş, onunla razılaşaraq 28 avqust 2023-cü il tarixdə avtomobilini sürüb Salmanın Peştətük kəndindəki evinin həyətində saxlamış, onlar təxminən 8 kub metr həcmində odunu onun avtomobilinə yükləmişlər. 29 avqust 2023-cü il tarixdə günün birinci yarısında Salmanın evinə gəlib avtomobilinə yüklədikləri odunu onun Binəqədi rayonunun ərazisində yerləşən evinə aparmaq üçün avtomobilini işə salıb sürərək Lənkəran-Lerik yolunun 36-cı km-də yerləşən «Sevinc» kafenin qarşısına gəlib avtomobili orada dayandırıb, saat təxminən 14 radələrində Salman Həşımova zəng edərək harada olduğunu soruşmuş, sonuncu ona «Piran kəndindəyəm sən maşını sür gəl burdan məni götür gedək» demiş, Salman Həşımovla danışığı bitirib avtomobilə yaxnılaşdığı zaman nömrə nişanını xatırlamadığı qırmızı rəngdə «Mercedes» markalı avtombil yaxınlıqda dayanaraq 3 nəfər mülki formada avtomobildən düşüb ona yaxınlaşıb ona «biz Lerik RPŞnin əməkdaşlarıyıq, avtomobildə olan odunun sənədi var ya yox» deyərək sorğu etmişlər, onlara «odun Salmanındır sənədi də özündə olar, Bakı şəhərinə aparıram» demiş, dərhal Salmana zəng edib polis əməkdaşları tərəfindən saxlanıldığını və oduna aid sənədin lazım olduğunu demiş, Salman ona «sən orada gözlə maşını tərpətmə odunun sənədi, yəni bilet məndədir gətirirəm» demiş, polis əməkdaşlarına Salmanın oduna dair sənədini gətirdiyini demiş, polis əməkdaşları ilə söhbət etdiyi zaman Hamarmeşə kənd sakini Təqsirləndirilən şəxs onların yanına gələrək maşınında olan odunun saxlanılmasını biləndən sonra polis əməkdaşları ilə qısa müddət söhbət edib odunu saxlamalarınınsəbəbini soruşmuş, polis əməkdaşları ona odunun sənədinin lazım olduğunu demişlər. Azad polis əməkdaşları ilə mübahisə edərək avtomobilinə yaxınlaşıb sükan arxasına keçib mühərriki ani işə salaraq Lənkəran istiqamətində surətlə sürməyə başlamış, polis əməkdaşları da öz maşınlarına oturub onun ardınca sürmüşlər, özü isə yol maşını ilə Lənkəran istiqamətində hərəkətə başlamış, Lənəkran-Lerik yolunun 34-cü km-də, «Ağ Göl» istirahət mərkəzinə dönən yolda avtomobilinin yolun kənarında dayandığını, polis əməkdaşlarının Azadla söhbət etdiyini görmüş, özü də onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs yerdə avtomobilinin yaxınlığında dayanmış, polis əməkldaşları ona «gəl bizimlə şöbəyə gedək» demişlər. Azad onlarla mübahisə edib şöbəyə getməyəcəyini bildirmiş, polis əməkdaşları ona yaxınlaşmaq istədikləri zaman Azad onlara «heç kəs mənə yaxınlaşmasın mən heç yerə getmirəm, məni apara bilməzsiniz» demiş, bu zaman Salman Həşımov onların yanına gəlib Azada yaxınlaşaraq onunla söhbət etdi onu bir qədər sakitləşdirəndən sonra polis əməkdaşları Azadı YPX-nin avtomobilinə mindirib şöbəyə aparmışlar, özü Salmanla birlikdə Lerik RPŞnə gəlmişlər. Lənkəran MTE və PA Zona mərkəzinin 30 avqust 2023-cü il tarixli 76 saylı rəyindən görünür ki, 30 tarixdə tibbi müayinədən keçirilmiş Zərərçəkmiş şəxs1 bədəni üzərində-sol said, döş qəfəsi nahiyələrində sıyrıq kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Lənkəran MTE və PA Zona mərkəzinin 30 avqust 2023-cü il tarixli 77 saylı rəyindən görünür ki, 30 tarixdə tibbi müayinədən keçirilmiş Zərərçəkmiş şəxs3 Tələt oğlunun bədəni üzərində-sol baldır nahiyəsində qançır kimi xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd Ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Belə ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət əməli hesab olunur. CM-nin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə tövsifedici əlamət kimi nəzərətə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 130-ci maddəsinin 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Belə ki, müvafiq qərara əsasən xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Həmin qərara əsasən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarın 2-ci bəndində göstərilmişdir ki, cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Qərarının 6-cı bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyatakeçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər,qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanınqorunması halları başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək məhkəmə zalında zərərçəkmiş şəxsləri qəsdən vuraraq xəsarət yetirməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri ilə, həmçinin toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olundu. Məhkəmə təqsirləndirilən Azan Rzayevin ifadəsini inandırıcı bilmir və hesab edir ki, onların ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Ona görə də o,həmin maddəl ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini CM-nin 59.1.13-cü, sonda əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 347-349, 351- 353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar