Məhkəmə qərarları › İş №1(048)-3/2025

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-3/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-3/2025 02.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrəİdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil X5, Təqsirləndirilən şəxs- Əliyev Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1981-ci ildə Lerik rayonunun Zərdəbərə kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fəhlə işləyən, Lerik rayonunun Zərdəbərə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Əliyev Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 20 aprel 2018-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü Əliyev Elcan Təqsirləndirilən şəxs oğlunun, xx.xx.2011-ci il təvəllüdlü Əliyev Fariz Təqsirləndirilən şəxs oğlunun xx.xx.2012-ci il təvəllüdlü Əliyeva Zəhra Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbəğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsinə dair Lerik Rayon Məhkəməsinin 2(048)-487/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 20 fevral 2024-cü il tarixədək Zərərçəkmiş şəxs 11100,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu hərəkəti ilə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə evlənmişdir. xx.xx.2011-ci ildə rəsmi nikaha daxl olmuşlar. Birgə nikahdan xx.xx.2010-cu ildə Elcan, xx.xx.2011-ci ildə Fariz, xx.xx.2012-ci ildə Zəhra adlı üç uşaqları doğulmuşdur. Evləndikdən sonra Gülmirə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Gülmirə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi ondan 20 aprel 2018-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü Əliyev Elcan Təqsirləndirilən şəxs oğlunun, xx.xx.2011-ci il təvəllüdlü Əliyev Fariz Təqsirləndirilən şəxs oğlunun xx.xx.2012-ci il təvəllüdlü Əliyeva Zəhra Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbəğində aliment Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Bu barədə icra sənədi Lerik rayon icra və probasiya icraya yönəldilmişdir. İcra şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Lerik Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Qətnamə üzrə aliment borcundan Gülmirəyə ümumilikdə 420 manat ödəniş etmişdir. Qalıq aliment borcunu ödəmədiyindən məhkəmə qətnaməsini icra etməmişdir. Hazırda borcundan 1500 manat ödəniş etmək etmək istəyir. Ona görə də məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Əliyev Təqsirləndirilən şəxs ilə 2008-ci ildə evlənmişdir. xx.xx.2011-ci ildə rəsmi nikaha daxl olmuşlar. Birgə nikahdan xx.xx.2010-cu ildə Elcan, xx.xx.2011-ci ildə Fariz, xx.xx.2012-ci ildə Zəhra adlı üç uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Əliyev Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 20 aprel 2018-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü Əliyev Elcan Təqsirləndirilən şəxs oğlunun, xx.xx.2011-ci il təvəllüdlü Əliyev Fariz Təqsirləndirilən şəxs oğlunun xx.xx.2012-ci il təvəllüdlü Əliyeva Zəhra Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbəğində aliment alınıb ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs Əliyev ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Uşaqları məktəbə getmir. Əliyev Təqsirləndirilən şəxs ev ustası işləyir. Aylıq 2000,00 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs Əliyev icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs Əliyev aliment borcundan istintaq dövründə 400,00 manat ödəniş etmişdir. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 ifadəsində göstərdi ki, Lerik Rayon Məhkəməsinin 2(048)- 487/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Lerik rayon icra şəbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Əliyev Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin E.Əliyev ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Lerik Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 08 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Əliyev Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcraat dövründə E.Əliyev tərəfindən öhdəlik tam yerinə yetirməmiş, icra sənədi üzrə cəmi 11100,00 manat aliment borcu isə ödənilməmiş qalmışdır. E.Əliyev yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2024-cü il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Lerik Rayon İcra Hakimiyyəti başçısının Nuravud kənd ərazi icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Əliyev Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Əliyev Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə tərəfindən Əliyev Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Əliyev Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 1(048)-3/2025 saylı qərarı ilə Əliyev Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 xx.xx.2025-ci il tarixli 3-16-17/60/2-9286/2025 saylı, məktubunda Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs Lerik RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə tutularaq saxlanılması üçün X3 təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 1(048)-3/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Məhkəmə hesab edir ki, Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmadır. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əliyev Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2025-ci il tarixdən hesablansın. Əliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vəapelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar