Məhkəmə qərarları › İş №1(048)-30/2024

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-30/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-30/2024 17.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 10:50 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs X4, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1987-ci ildə Lerik rayonunun Dızdipok kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lerik rayonunun Dızdipok kəndində qeydiyyatda olmaqla orada yaşayan, Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinrək 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 01 dekabr 2023-cü il tarixdə, saat 13 radələrində Lerik rayonunun Bradi kəndi ərazisində yerləşən Lerik rayon İcra Hakimiyyəti Başçısının Daster kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyətində rayonun Hücü kənd sakini Zərərçəkmiş şəxs ilə rastlaşaraq sonuncunun ona heyvan almaq istəyini bildirməsi ilə bağlı aralarında yaranmış mübahisə zəminində heç bir səbəb olmadan xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib ətrafdakıların eşidəcəkləri uca səslə söyüşlər söyməklə yerdən götürdüyü daş parçasından silah qismində istifadə edib Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya baş beyin silkələnməsi, sol gicgah nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 01 dekabr 2023-cü il tarixdə, saat təxminən 12 radələrində Lerik RPŞ-nin İstintaq qrupunun baş müstəntiqi Şahid1 mobil telefonuna zəng etmiş, Şahid1 cavab verməmişdir. Bundan sonra Şahid1 yaşadığı evin həyətinə gəlib torpaq zəbt etməsi ilə bağlı material üzrə izahatının alınmalı olduğunu deyib onu Lerik rayonunun Bradi kəndində yerləşən Lerik rayon İcra Hakimiyyəti Başçısının Daster kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə dəvət etmiş və birlikdə nümayəndəliyə getmişlər. İcra nümayəndəliyinin həyətinə daxil olmuş, lakin nümayəndəliyin inzibati binasına daxil olmamış, yəni izahat verməmiş polis əməkdaşlarından qorxduğu üçün yaşadığı kənd istiqamətində qaçmağa başlamışdır. Təxminən 20-30 metr qaçmışdır ki, Lerik RPŞ-nin Emil adlı əməkdaşı onu yaxalamışdır. Polis əməkdaşları oradan onu Lerik RPŞ-nə gətirmişlər. Lerik rayonunun Hücü kənd sakini Zərərçəkmiş şəxs tanımır, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Həmin vaxt orada polis əməkdaşları Şahid1, Şahid3, Şahid4, adını sonradan bildiyi Şahid2 və təxminən 50 metr aralıda tanımadığı mülki geyimli 1 nəfər şəxs olmuşdur. Həmin vaxt Hücü kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsi görməmiş, sonuncunu təhqir etməmiş, xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ona qanunamüvafiq qaydada köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Məhkəmə iclası zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik rayonunun Dızdipok kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 2023-cü ilin noyabr ayının əvvəlində həbsdən azad olmuş, hazırda heç yerdə işləmir. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra adaptasiya olunması üçün Dövlət tərəfindən ona 1500 manata qədər pul veriləcəkdir. Hər hansı bir məşğuliyyəti olmadığına görə ona veriləcək pulun dəyərində təsərrüfatında saxlamaq üçün qaramal almaq qərarına gəlmiş, buna görə də 01 dekabr 2023-cü il tarixdə səhər saatlarında Lerik raynunun Piran kəndinə gəlib almaq üçün qarmal soraqlaşmış, ona demişlər ki, Daster ərazisində ucuz qarmal satanlar vardır. Daster kəndinə getmək üçün yol ilə piyada yeriməyə başlamış, arxadan gələn nömrə nişanına baxmadığı VAZ- 2121 markalı avtomobili dayandırıb həmin avtomobillə Daster kəndinə gəlmiş, orada avtomobildən düşüb bir neçə nəfərlə söhbət edib qaramal almaq istədiyimi demiş, tanımadığı şəxslər ona “Bradi kəndində qaramal satanlar var onlardan soruş” demişlər. Yol ilə piyada Bradi kəndinə gəlib kəndin girişində, Daster kənd Ərazi Dairəsi üzrə nümayəndəliyin qarşısından keçdiyi zaman nümayəndəliyin inzibati binasının həyətində polis əməkdaşları və digər mülki formada olan bir şəxsi görüb həyətə giriş qapısından daxil olub sonradan adını polis əməkdaşlarından öyrəndiyi Ramin adlı şəxsə yaxınlaşmışdır. Raminlə söhbət edib qaramal almaq üçün gəldiyini demiş və bu kəndlərdə qarmal satanların olub-olmadığını soruşduqda Ramin ona “mən mal otaranam?” deyə sərt cavab vermişdir. Buna görə Raminə “səndən adam kimi söz soruşuram, məni tanımırsan” demiş, Ramin ona “nədir, böyük adamsan, sizin kimi adamlardı gəlib heyvanları oğurlayıb bizim kimiləri zibilə salırlar” deyə cavab vermişdir. Bundan sonra Ramin heç bir səbəb olmadan ona kobud formada yazılışı və deyilişi mümkün olmayan söz deyib uca səslə ünvanına nalayiq söyüşlər söymüş, Raminə bir qədər yaxınlaşıb nə üçün onu söyməsini soruşmaq istədikdə Ramin söyüş söyməsini davam edərək onunla əlbəyaxa olmuşdur. Ramini özündən uzaqlaşdarmaq üçün itələmiş, Ramin yerdən daş götürüb sol tərəfdən sifətinə daşla zərbə vurmuşdur. Huşunu itirib yerə oturmuş, bu anda yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşan zaman Ramin yola çıxaraq qaçmış, polis əməkdaşlarından bir nəfər onun ardınca qaçıb Ramini yaxalamışdır. Raminin onu söyərək dalaşıb ona xəsarət yetirməsi təxminən 3-5 dəqiqə davam etmişdir. Heç bir səbəb olmadan Ramin adlı şəxsin onu söyüb xəsarət yetirdiyinə görə barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sol gicgah nahiyəsinə daşla zərbə vurub ona xəsarət yetirmişdir.Həmin vaxt orada polis əməkdaşları Şahid1, Şahid3, Şahid4, adını sonradan bildiyi Təqsirləndirilən şəxs olmuşdur. Bədəni üzərində olan xəsarətləri xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs sol gicgah nahiyəsinə daşla vurması nəticəsində ona yetirmişdir. Hazırda təqsirləndirlən şəxslə barışmamışdır. Odur ki, təqsirləndirlən şəxs Ramin Bunyadova qanunamüvafiq qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o,1989-cu ildən Azərbaycan Respublikası DİO-da, 1996-cı ildən Lerik rayon PŞ-nin İQnun müstəntiqi, 2003-cü ildən hal-hazıra kimi baş müstəntiqi vəzifəsində çalışır. Lerik rayonunun Dizdipok kənd sakini X9 tanıyır, aralarında düşmənçilik və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs qonşuları tərəfindən pay torpaq və həyətyanı sahəsinə gediş-gəliş yolunun tutulması, həmçinin qonşularına verilmiş torpağa dair sənədlərin saxta olması ilə bağlı müraciətini araşdırmış, həmin müraciət əsasında topladığı material üzrə 21 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanmasını rədd edmişdir. Hüquqları barədə Təqsirləndirilən şəxs məlumat verilməklə qərarın surətini poçt vasitəsi ilə Təqsirləndirilən şəxs ünvanına göndərmişdir. Belə ki, Lerik RPŞ-nin İTB-nin sahə rəisi Rəhman Cahangirov tərəfindən yazılmış raportda Təqsirləndirilən şəxs həmkəndlisi X2 məxsus pay torpaq sahəsinə gedən yolu özbaşına çəpərə alması və aralarında ciddi narazılığın yaranması göstərildiyindən həmin faktla bağlı araşdırmanın aparılması və Təqsirləndirilən şəxsla profilaktiki söhbətlər aparılması üçün Lerik RPŞ-nin əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı Dizdipok kəndində yerləşən evinin həyətinə gəlib onunla bir qədər söhbət etmiş və izahatını almaq üçün Daster Ərazi Dairəsi üzrə Nümayəndəliyinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Bradi kəndində yerləşən Daster İnzibati Ərazi dairəsi üzrə nümaynədəliyin inzibati binasının həyətinə gəlmiş və maşıdan düşmüşlər. Həmin vaxt Lerik RPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis mayoru Şahid3 orada görmüşdür. Maşından düşən kimi fizoloji tələbatını ödəmək üçün binanın araxasında yerləşən sanitar qovşağa getdiyi zaman binanın maşın yoluna tərəf qarşısında uca səslə söyüşlərin söyülməsini eşidib dərhal geri qayıtmış, görmüşdür ki, Təqsirləndirilən şəxs sonradan adını bildiyi Lerik rayonunun Hücü kənd sakini Zərərçəkmiş şəxsla əlbəyaxa olur. Aralarında təxminən 30 metr məsafə olmuş, qışqırıb dalaşmayın demiş və iti addımlarla onlara tərəf yerimişdir. Ondan bir qədər öndə, yəni onlara yaxın məsafədə olan Şahid2 qaçaraq onlara tərəf getmiş, Təqsirləndirilən şəxs Maisi nalayiq formada söymüş, Şahid2 onlara yaxınlaşan anda Ramin yerdən daş parçasını götürüb Mais Rustəmovun sol tərəfdən sifətinə vurmuş, Mais yerə oturmuşdur. Ramin isə qapıdan çıxıb yolu ilə qaçmağa başlamış, Şahid2 Raminin ardınca qaçıb sonuncunu yaxalamışdır. Daha sonra Təqsirləndirilən şəxs Lerik RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs onların normal xidməti fəaliyyətlərini tam pozduğuna görə etdiyi xuliqanlıq hərəkətləri ilə bağlı barəsində tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Şahid3 ifadəsində göstərdi ki, o, Lerik RPŞ-nin TQ-nun baş təhqiqatçısı vəzifəsində çalışır. Lerik rayonunun Dizdipok kənd sakini X9 tanıyır, aralarında düşmənçilik və ziddiyyət olmamışdır. Lerik rayonunun Bradi kənd sakini X5 xx.xx.2023-cü il tarixdə Bəgəli Nəcəfov tərəfindən döyülməsi ilə bağlı müraciəti qeydə alınaraq icrası ona həvalə olunmuşdur. xx.xx.2023-cü il tarixdə Lerik RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4 ilə birlikdə sonuncunun idarə etdiyi VAZ-21074 markalı avtomobildə rayonun Bradi kəndinə getmişlər. Bradi kəndində yerləşən daster kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin inzibati binasının həyətinə gedib Gövhər Nəcəfovanı nümayəndəliyə dəvət etmək istədikdə həmin vaxt müstəntiq Şahid1 və sahə rəisi Şahid2 görmüşdür. Həmin vaxt binanın qarşısında, maşın yoluna tərəf olan hissədə uca səslə söyüş səsləri eşitmiş, həmin tərəfə getdikdə Təqsirləndirilən şəxs sonradan adını bildiyi Hücü kənd sakini Zərərçəkmiş şəxsla əlbəyaxa olduğunu görmüş, aralarında təxminən 20 metr məsafə olmuşdur. Qışqırıb “dalaşmayın” demiş və iti addımlarla onlara tərəf yerimişdir. Ondan bir qədər öndə olan Şahid2 qaçaraq onlara tərəf getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq formada söymüşdür. Şahid2 onlara yaxınlaşan anda Təqsirləndirilən şəxs yerdən daş parçası götürüb Zərərçəkmiş şəxs sol tərəfdən sifətinə vurmuş, Mais yerdə oturmuşdur. Ramin isə qapıdan çıxıb qaçmağa başlamış, Şahid2 Raminin ardınca qaçıb sonuncunu yaxalamışdır. Təqsirləndirilən şəxs onların normal xidməti fəaliyyətlərini tam pozduğuna görə etdiyi xuliqanlıq hərəkətləri ilə bağlı barəsində tədbir görülməsi üçün Təqsirləndirilən şəxs Lerik RPŞ-nə gətirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Lerik RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Şahid5 ifadəsində göstərdi ki, o, Lerik rayonunun Bradi kəndində yaşayır. Hamarat kənd tam orta məktəbində kitabxanaçı işləyir. Yaşadığı ev Daster kənd Ərazi İcra Nümayəndəliyinin tam yaxınlığında yerləşir. Evləri ilə inzibati binanın arasında yalnız avtomobil yolu keçir, evindən binaya qədər təxminən 40 metr məsafə vardır. Dızdipok kənd sakini Təqsirləndirilən şəxs tanıyır, aralarında düşmənçilik və ziddiyyət olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 3 radələrində yaşadığı evin həyətyanı sahəsində işləyib bağının çəpərlərini təmir etdiyi zaman evinin yaxınlığında yerləşən icra nümayəndəliyinin inzibati binasının həyətində söyüş səsləri eşitmiş və həmin istiqamətə baxdığı zaman Təqsirləndirilən şəxs maşın yolu ilə yuxarı, yəni kəndin mərkəzinə doğru qaçdığını, onun ardınca tanımadığı polis əməkdaşının getdiyini görmüşdür. Ramin qaçıb təpəni dərəyə tərəf keçəndən az vaxt sonra polis əməkdaşının Ramini tutub yola gətirdiyini və avtomobilə əyləşdirməsini görmüşdür. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs nümayəndəliyin həyətində digər bir şəxslə dalaşmış və sonuncunu döydükdən sonra qaçmışdır. Cinayət işinə əlavə edilmiş Lənkəran MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 97 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - baş beyin silkələnməsi, sol gicgah nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya (daş) ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə bir daha göstərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı videoçəkilişdən istifadə edilmiş, diskə köçürülməklə cinayət işinin materallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, xx/xx-2024 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs çəkilməmiş 6 (altı) ay cəzası qalmışdır, hazırda Lerik rayon İcra və probasiya şöbəsinin qeydiyyatındadır. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 01 dekabr 2023-cü il tarixindən, 03 dekabr 2023-cü il tarixədək şübhəli şəxs kimi Lerik RPŞ-in MSY-də saxlanılmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında Lerik rayon Məhkəməsinin 03 dekabr 2023-cü il tarixli 4(048)-24/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 dekabr 2023-cü il tarixdən saat 19:00-dan hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Lerik Rayon Məhkəməsinin 03 dekabr 2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri, “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Lerik RİHB-nın Daster kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmədə zərərçəkmiş şəxs X6 xəsarət yetirməməklə xuliqanlıq hərəkətlərinə yol verməməsi kimi verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahid ifadəsi, istintaq hərəkəti protokolları, ekspert rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkiməmiş qalan 06 (altı) ay islah işləri cəzası hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəzaya CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Lerik RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan hadisə ifadənin yerində yoxlanılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 354, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkiməmiş qalan 06 (altı) ay islah işləri cəzası hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəzaya CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək X8 qəti olaraq 2 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin matreallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar