Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-31/2023 04.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 10:15 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonunun Çərəkə kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və dövrdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq 35,21 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 22 yanvar 2023-cü il tarixdə, saat 22:20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu Lerik şəhəri, Cəfər Cabbarlı küçəsində, “Ruslan” şadlıq sarayının yaxınlığında saxlanılaraq Lerik RPŞnin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçəsinin sol yan cibindən bir ədəd sellofana bükülmüş halda içərisində 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -6,890 qram, -6,982 qram, -6,977 qram, -7,075 qram, -7,286 qram olmaqla ümumi təmiz çəkisi -35,21 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir. Göyçay rayonunun Çərəkə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Evlidir, 3 azyaşlı uşağı vardır. Fəhləliklə məşğul olur. Əvvəllər narkotik maddə ilə bağlı məhkum olunmamış, lakin arabir narkotik maddə nəşədən qəbul edir. 19 yanvar 2023-cü il tarixdə Göyçay rayonundan Lerik rayonuna işləmək məqsədilə bacısı oğlu Şahid6la birlikdə sonuncuya məxsus VAZ-2106 markalı, nömrə nişanını xatırlamadığı avtomobillə Lerik şəhərinə gəlmişlər. Lerik rayonunda işlədiyinə görə rayonu qismən tanıyır. Lerik rayonunun Rəzəvul kəndində Bakcell stansiyasının təmirində işləmişdir. Barzavu kəndində yerləşən teleqüllənin təmirində işləməsi ilə əlaqədar həmin kənd sakini Famil adlı şəxslə tanış olmuşdur. 22 yanvar 2023-cü il tarixdə, Rəzəvul kəndində işləyərkən otluq yerdə göy rəngdə sellofan torba görmüş, həmin torbanı götürüb baxdıqda içərisində 5 ədəd kibrit qutusu görmüş, həmin kibrit qutularına baxdıqda içərisində nəşə olduğunu bilmişdir. Nəşədən istifadə etdiyinə görə gələcəkdə qəbul etmək məqsədilə götürüb gödəkçəsinin cibinə qoymuşdur. Həmin gün ad günü olmuş, buna görə də Lerik rayonunun Barzavu kəndində olan tanışı Familin istifadəsində olan mobil telefona zəng edib Lerik şəhərində olduğunu, görüşüb çay içmək istədiyini demişdir. Həmin gün, saat təxminən 22 radələrində bacısı oğlu Şahid6 və Barzavu kənd sakini Famil adlı şəxslə Ruslan şadlıq sarayının yanındakı kafedə oturub çay içmiş, bir qədər dərdləşib söhbət etmişlər. Famil üzərində narkotik vasitə olmasını bilməmiş, bundan xəbəri olmamışdır. Bundan sonra kafedən çıxmışlar. Famil onlardan uzaqlaşmış, bacısı oğlu Samirlə birlikdə Lerik şəhər məscidinə doğru irəliləyərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər. Sonra polis əməkdaşları onları avtomaşınla birlikdə Lerik rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Bu barədə qərarla tanış olmuş və ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində gizlətdiyi və istifadə etmək məqsədilə əldə etdiyi bir ədəd sellofan bükümdə, içərisində 5 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində marixuana var, tapmışdır. Təqdim etdiyi bükümə baxıldıqda selofan bükümün içərisində 5 ədəd kibrit qutusu, həmin qutuların içərisində narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Təqdim etdiyi bükümlər zərfə qoyulmuş, müvafiq qaydada qablaşdırılmışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Üzərində aşkar edilmiş narkotik vasitəni 22 yanvar 2023-cü il tarixdə, səhər saatlarında işləyərkən yerdə tapmış, istifadə etmək məqsədilə götürüb üzərində saxlamaqla daşımışdır. Narkotik vasitə satmamışdır. Hazırda etdiyi əməlindən peşimandır. Söz verir ki, bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq ona qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, barəsində ədalətli hökm çıxarılmasını bildirərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Göyçay rayonunun Çərəkə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Heç vaxt narkotik maddələrdən istifadə etməmiş, narkotik vasitələri tanımır. Təqsirləndirilən şəxs dayısıdır, münasibəti yaxşıdır. 19 yanvar 2023-cü il tarixdə Göyçay rayonundan Lerik rayonuna işləmək məqsədilə dayısı Təqsirləndirilən şəxsla birlikdə ona məxsus VAZ-2106 markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhərinə gəlmişlər. 6 ay bundan qabaq da dayısı Famillə Lerik rayonuna işləməyə gəlmişdir. Lerik rayonunun Rəzəvul kəndində yerləşən Bakcell stansiyasının təmirində işləmişlər. 22 yanvar 2023-cü il tarixdə dayısı Təqsirləndirilən şəxs ad günü olmuş, həmin axşam dayısı Famillə yemək yeyib spirtli içki qəbul etmişlər. Bundan sonra dayısı Təqsirləndirilən şəxs tanışı, Lerik rayonunun Barzavu kənd sakini Famil adlı şəxsin istifadəsində olan mobil telefona zəng edib görüşüb çay içmək istədiyini demişdir. Həmin gün, saat təxminən 22 radələrində dayısı Təqsirləndirilən şəxs və Barzavu kənd sakini Famil adlı şəxslə Ruslan şadlıq sarayının yanındakı kafedə oturub çay içmiş, bir qədər dərdləşib söhbət etmişlər. Bundan sonra kafedən çıxmışlar. Famil onlardan uzaqlaşmış, dayısı Təqsirləndirilən şəxsla birlikdə Lerik şəhər məscidinə doğru irəliləyərkən mülki geyimdə olan şəxslər dayısına yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demişlər. Sonra polis əməkdaşları dayısı Təqsirləndirilən şəxs Lerik rayon polis şöbəsinə gətirmişlər. Sonradan eşitmişdir ki, dayısı Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmuş və polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. Dayısı Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmasını bilməmiş, bu barədə məlumatı olmamışdır. Ümumiyyətlə dayısı Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisi olduğunu bilməmişdir. Dayısı Təqsirləndirilən şəxs polis şöbəsindən çıxdıqdan sonra ona narkotik vasitəni Lerik rayonunun Rəzəvul kəndində yerdən tapdığını demişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bilməmiş, ümumiyyətlə narkotik maddələri tanımır, bu barədə anlayışı yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid1 ifadəsində göstərdi ki, 2004-cü ildən DİO-da 2018-ci ildən isə Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Göyçay rayonunun Çərəkə kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 22 yanvar 2023-cü il tarixdə Lerik rayonunun Barzavu kənd sakini X1 RPŞ-nə ərizə ilə müraciət edərək tanışı, Göyçay rayon sakini Təqsirləndirilən şəxs 2-3 gündür ki, Lerik şəhərində olmaqla üzərində narkotik vasitə marixuana gəzdirməsini bildirərək əməllərinin ifşa olunmasını xahiş etmiş, həmin ərizənin icrası ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə almışdır. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Lerik PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 çağırıb təlimatlandırmış, Təqsirləndirilən şəxs olduğu yeri dəqiqləşdirib onu müşahidəyə götürmüşlər. Təqsirləndirilən şəxs həmin gün saat 22:20-də Lerik şəhəri, C.Cabbarlı küçəsində, “Ruslan” şadlıq sarayının yaxınlığında Lerik şəhər məscidi istiqamətində bacısı oğlu Şahid6la piyada hərəkətdə olduğu zaman dərhal ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onu saxlamalarının səbəbini izah etmiş və onu Lerik RPŞ-nə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş, bundan sonra şöbənin Təhqiqat qrupunun baş təhqiqatçı Ruslan Əsədullayev tərəfindən hal şahidlərinin və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışda iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində bir ədəd sellofan torba çıxarıb təqdim etmiş, həmin sellofan torbanın içərisində marixuana olduğunu, tapdığını bildirmişdir. Bundan sonra sellofan torbaya baxış keçirilmişdir. Torbanın içərisində 5 ədəd kibrit qutusunda içərisində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmiş, aşkar edilmiş kütlələr ekspertiza tədqiqatından ötrü götürülərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli digər əşya və alət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni tapdığını və istifadə etmək məqsədilə götürüb üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış, o da protokola imza etmişdir. Ona Təqsirləndirilən şəxs istifadə və satış məqsədilə narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs və ya başqa hər hansı bir şəxs tərəfindən onlara müqavimət göstərilməmiş və ya hər hansı bir bədən xəsarəti yetirilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni hansı mənbədən əldə etməsini bilmir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satışı məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, eyni zamanda narkotik vasitənin satması barədə ona məlumat daxil olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadələri ilə eyni məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs narkotik vasitəni satışı məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, eyni zamanda narkotik vasitənin satması barədə məlumatın daxil olmadığını bildirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindilmiş Şahid4 ifadəsində göstərdi ki, Lerik şəhəri, H.Aslanov küçəsi, ev 9-da qeydiyyatda olmaqla orada yaşayır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 22 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində dəvət əsasında Lerik RPŞya gəlmiş, orada polis əməkdaşları Şahid1, Şahid2və Şahid3, vəkil Müdafiəçi, sonradan adını bildiyi Təqsirləndirilən şəxs görmüşdür. Bir neçə dəqiqə sonra ora Lerik şəhər sakini Şahid5 da gəlmişdir. İlk öncə təhqiqatçı Ruslan Əsədullayev orada olan Təqsirləndirilən şəxs göstərib şübhəli şəxs qismində tutulduğunu, üzərində vəkilin iştirakı ilə şəxsi axtarış aparmalı olduğunu demişdir. O və Şahid5 şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Bundan sonra iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində bir ədəd sellofan torba çıxarıb təqdim etmiş, həmin sellofan torbanın içərisində marixuana olduğunu, tapdığını bildirmişdir. Bundan sonra sellofan torbaya baxış keçirilmiş, torbanın içərisində 5 ədəd kibrit qutusunda içərisində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr ekspertiza tədqiqatından ötrü götürülərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli digər əşya və alət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni tapdığını və istifadə etmək məqsədilə götürüb üzərində gəzdirdiyini bildirmişdir. Sonda şəxsi axtarış və baxış keçirilməsi barədə tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclası zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid5 ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsindən görünür ki, Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında narazılıq və ziddiyyət olmamışdır. 22 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində dəvət əsasında Lerik RPŞ-ya gəlmiş, orada polis əməkdaşları Şahid1, Şahid2və Şahid3, vəkil Müdafiəçi, sonradan adını bildiyi Təqsirləndirilən şəxs görmüşdür. Bir neçə dəqiqə sonra ora Lerik şəhər sakini Şahid4 də gəlmişdir. İlk öncə təhqiqatçı Ruslan Əsədullayev orada olan Təqsirləndirilən şəxs göstərib şübhəli şəxs qismində tutulduğunu, üzərində vəkilin iştirakı ilə şəxsi axtarış aparmalı olduğunu demişdir. O və Şahid5 şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Bundan sonra iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində bir ədəd sellofan torba çıxarıb təqdim etmiş, həmin sellofan torbanın içərisində marixuana olduğunu, tapdığını bildirmişdir. Bundan sonra sellofan torbaya baxış keçirilmiş, torbanın içərisində 5 ədəd kibrit qutusunda içərisində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr ekspertiza tədqiqatından ötrü götürülərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli digər əşya və alət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni tapdığını və istifadə etmək məqsədilə götürüb üzərində gəzdirdiyini bildirmişdir. Sonda şəxsi axtarış və baxış keçirilməsi barədə tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. 22 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə marixuana olmasını bildirmiş, həmin sellofan torbaya baxış keçirilərkən içərisində 05 ədəd kibrit qutusunda içərisində narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış, fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 23 yanvar 2023-cü il tarixli, 19/98 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -6,890 qram, -6,982 qram, -6,977 qram, -7,075 qram, -7,286 qram; ümumi təmiz çəkisi: -35,21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X3 X8 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, 97 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon İcra Hakimiyyəti başçısının Çərəkə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon İcra Hakimiyyəti başçısının Çərəkə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009, xx.xx.2011 və xx.xx.2015-ci il təvəllüldü 3 azyaşlı uşağı vardır. Maddi sübur qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə edərək üzərində saxlamaqla daşıdığı 35,21 qram olan marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,11 qram marixuana iş üzrə maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətdən şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ittihamı irəli sürmüşdür. Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncudan üzərindən aşkar olunmuş 5 ədəd kibrit qutusunda olan (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə və psixotrop maddəyə münasibətdə hələ cinayət təqibinin başlanğıcında Təqsirləndirilən şəxs niyyətinin satış məqsədi olmaması ilə bağlı nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə əməliyyat tapşırığı, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında “Cinayət işinin başlanması haqqında” 23 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın daxil olmadığını, sonuncu barədə yalnız narkotik vasitələrin istifadə etməsi barədə məlumatları olduqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 05 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı 35.21 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr, psixotrop maddələr qəbul edən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 22 yanvar 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibində bir ədəd sellofana bükülmüş halda içərisində beş ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar kütlə istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə – marixuananı mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda 05 ədəd kibrit qutusunda, içərisində qurudulmuş halda narkotik vasitə marixuana əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə çətənə biTkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarkterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki,onlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı təqsirin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmçinin cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cüiltarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixədək cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Lerik RPŞ-in 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsə alındığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın azadlıqdan məhrum etmə müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını və onun üzərinə Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Göyçay rayonunun Çərəkə kəndində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göyçay rayon İcra və probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut olan və Lerik Rayon Polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,11 qram marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsə alındığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Göyçay rayonunun Çərəkə kəndində yerləşdiyi evi axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Göyçay rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində müvafiq qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Lerik Rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,11 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-31/2023
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-31/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver