Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-31/2024 22.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 10:00 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1986-cı ildə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 59, mənzil 12-də qeydiyyatda yaşamış olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Lerik rayonunun Piran kənd sakini Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra oğurluq cinayətini törətdiyinə görə Lənkəran RPŞ-nin İB-də istintaq olunan cinayət işi üzrə həbs olunmuş oğlunu azadlığa buraxdıracağı ilə bağlı özünə inam yaradacaq məzmunda söhbətlər apararaq etibarını qazanıb və ondan pul istəmiş, sonuncu 2023-cü ilin otyabr ayının əvvəlindən dekabr ayının təxminən 20-nə kimi olan müddətdə, «MilliÖn» elektron ödəmə terminalı vasitəsi ilə ayrı-ayrı gün və saatlardan cəmi 45.000 (qırx beş min) manat pulu verdiyi kart hesabına keçirtdikdən sonra həmin məbləğdə pulu vahid niyyətlə ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs 45.000 (qırx beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Keşlə qəsəbəsində yaşayan dayısı oğlu X3 2023-cü ilin təxminən sentyabr ayında zəng edib ona Lerik rayon sakini qohumunun oğlunun oğurluq üstündə tutulduğunu deyərək onu həbsdən buraxdırmaq üçün köməklik edə biləcəyini soruşmuş, düşünmədən dərhal Rəfailə kömək edə bilcəyini demiş, bundan sonra tutulmuş şəxsin atası Hacıkişi adlı şəxsin mobil telefon nömrəsini Rəfaildən alaraq Hacıkişi ilə telefon vasitəsi ilə əlaqə yaradaraq hansı hadisənin baş verdiyini soruşmuş, Hacıkişi ona «oğlum sürücüdür, digər 2 nəfər mal-qara oğurlayıblar, oğlum da idarə etdiyi avtomaşınla həmin şəxslərin oğurladıqları qaramalları bazara aparmış, qaramalları oğurlayan şəxslər malları satmış oğluma yolpulu vermişlər, oğlunun heç bir günahı olmadan Lənkəran RPŞ-də həbs edilmişdir, oğlunu həbsdən buraxdırmaq üçün mənə köməklik edə bilərsən ya yox», Hacıkişiyə «bu işi görmək üçün böyük məbləğdə pul lazımdır tanışlarım vardır buna görə Lənkəran RPŞ-nə gedib orada danışmalıyam», Hacıkişi ona «nə qədər pul lazım olsa verirəm oğlumu həbsdən buraxdır» demiş, Hacıkişinin ona inandığını başa düşərək onu aldadıb pulunu ələ keçirmək qərarına gəlmiş, Hacıkişiyə istifadəsində olan Kapital Bank tərəfindən verilmiş kart nömrəsini vermiş və həmin kartın hesabına pulu köçürməsini demiş, İlk öncə Hacıkişi MilliÖn ödəmə terminalı vasitəsi ilə kartının hesabına 1000 (bir min) manat pul köçürtmüş, həmin pulu kartının hesabından çıxarıb şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra Hacıkişiyə zəng edib iş görmək üçün pul lazım olduğunu demiş, Hacıkişi təkrar onun üçün həmin qayda ilə 1500 (bir min beş yüz) manat pul göndərmiş, həmin məbləği də kartın hesabından çıxarıb xərclədikdən sonra Hacıkişiyə «tanışım vardır oğlunuzu həbsdən buraxdırmaq üçün danışmışdır, oğlunuz tezliklə buraxılacaqdır» demiş, hətta ötəm müddətdə 3-4 dəfə Lerik rayonunun Piran kəndinə Hacıkişinin evinə gəlib onunla görüşərək ona «bu işdən heç kəsin xəbəri olmamalıdır, əgər kimsənin xəbəri olsa bu iş pozulacaqdır» demiş, həmçinin qəsdən Hacıkişiyə «bir neçə dəfə Lənkəran rayon polis şöbəsinə gəlmişəm müstəntiqlə görüşmüşəm, işi danışmışam, bu yaxınlarda oğlunuz buraxılacaqdır» deyərək Hacıkişini tam inandırmış, ayrı-ayrı günlərdə Hackişi Milliön ödəmə terminalı vasitəsi ilə istifadəsində olan kartın hesabına ümumilikdə 45.000 (qırx beş min) manat pul köçürtmüşdür. Hacıkişini aldadıb ondan aldığı 45.000 manat puldan təxminən 15.000 manat pulu anadan şikəst doğulmuş 9 aylıq uşağının müalicəsinə xərcləmiş, təxminən 7-8 min manat borclarını vermiş, digər məbləğdə pulları isə gündəlik zəruri ehtiyaclarına xərcləmiş, son vaxtlarda Hacıkişi ilə tez-tez əlaqə yaradıb danışaraq oğlunun buraxılmasını demişdir. 2023-cü ilin dekabr ayının təxminən 23-25-də Hacıkişi ona zəng edib «oğlumu Lənkəran RPŞ-nə etap ediblər lakin onun həbs müddətini uzatdılar, oğlumu buraxmadılar», Hacıkişiyə «narahat olma danışmışam oğlunuzu buraxarlar» demiş, bundan sonra Hacıkişinin kürəkəni adını bilmədiyi şəxs zəng edib ona «mən qayınımın işini istintaq edən müstəntiqin yanına getdim ondan Ələddinin buraxılması barədə onunla hər hansı bir şəxsin danışıb-danışmadığını soruşdum, müstəntiq mənə dedi ki, Ələddinin azadlığa buraxılması mümkün deyildir, həbs olunmuşdur, barəsində olan cinayət işi məhkəmyə veriləcəkdir, sən bizi aldatmısan sənin haqqında polisə ərizə yazıram», həmin şəxsə «sən polisə şikayət etmə pulunuzu hissə-hissə qaytararam» demiş, bu danışıqdan dərhal sonra özündə olan 5000 (beş min) manatı Ələddinin qayınatası Bakı şəhərində yaşayan Saleh adlı şəxsin ona göndərdiyi kartın hesabına keçirtmiş, hazırda Hacıkişiyə 40000 (qırx min) manat borcu qalmışdır. Azadlıqda qalsa həmin pulu hissə-hissə qaytarar. Körpə uşağının müalicəsi ilə əlaqədar pula ehtiyacı olduğuna görə Hacıkişini aldadıb ondan 45.000 manat pul əldə etmişdir, əməlindən peşmandır, ona köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs sonda bildirmişdir ki, zərərçəkmiş şəxsə vurduğu ziyandan beş min manatını ödəmişdir. Etdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxslə barışığa cəhd etsə də zərərçəkmiş şəxs onunla barışmamış, ailədə yeganə qazanc gətirən şəxsdir. Bütün bunları nəzərə alıb ona qanuna müvafiq köməklik göstərilməsini xahiş edir. Belə ki, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi,özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik rayonunun Piran kəndində yaşamaqla heç yerdə işləmir, təsərrüfatla məşğul olub dolanır. Ələddin Sultanov oğludur, ailəsi ilə birlikdə onunla bir evdə, yəni birlikdə yaşayırlar. Lerik rayonunun Davradibi kənd sakini Şahid1 qızının əridir, Şahid3 oğlu Ələddinin qayınatasıdır, Rəfail Abdurəhmanv isə Şahid3 qardaşının kürəkənidir, qohumçuluqda münasibətləri yaxşı olmuşdur. Oğlu Ələddinin şəxsi QAZEL markalı avtomobili olmuş, özü sürüb istifadə etmişdir. 2023-cü ilin senyabr ayının təxminən 21-22-də X7 RPŞ-nin əməkdaşları tərəfindən həbs olunmasını eşidərək hansı səbəbdən həbs olunması ilə maraqlanmış və ona məlum olmuşdur ki, güya Piran kənd sakini qohumu X9 və Lənkəran rayonunun Şovu kənd sakini X12 yaşadıqları kəndlərin ərazisindəki meşə sahələrindən bir neçə nəfərə məxsus qaramalları oğurlayıb oğlu Ələddinin idarə etdiyi QAZEL markalı avtomaşınla Masallı, Cəlilabad və Salyan mal bazarlarına aparıb satmışlar. X13 cinayət məsuliyyətinə cəlb olunub barəsində 3 ay müddətində həbs qətimkan tədbirinin seçilməsini biləndən sonra onu həbsdən buraxdırmaq üçün qohumu, yəni Ələddinin qayıntası Saleh ilə danışmış, Saleh qardaşının kürəkəni Rəfail ilə bu barədə danışdığı zaman Rəfail bibisi oğlu Vüsal adlı şəxslə danışdığını, Vüsalın ona güya Ələddini həbsdən buraxdırmaq üçün tanışlarının köməyindən istifadə edəcəyini və Ələddini həbsdən buraxdıracağını demiş, bu danışıqdan sonra Rəfailin bibisi oğlu Vüsal adlı şəxs ona zəng edib ona «oğlunuzu həbsdən buraxdırmaq üçün sizə köməklik edərəm ancaq bunun üçün külli miqdarda pul lazımdır, Vüsala nə qədər pul lazımdır verirəm təki oğlum həbsdən buraxılsın» deyərək razılaşmış, Vüsal arvadı Günelin adına olan Kapital bank tərəfindən verilmiş kartın hesab nömrəsini ona vermiş, həmin kart hesabına Vüsalın istədiyi vaxtlarda və günlərdə Piran kəndində yerləşən Fərid Marketdə quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsi ilə pullar köçürtməyə başlamış, hətta qızının əri Sücəddin qaramllarını sataraq ona 3500 manat pul vermiş həmin pulu da Vüsalın istifadə etdiyi kartın hesabına keçirtmiş, Vüsal 2023-cü ilin noyabr ayında 2 dəfə Piran kəndinə evinə gəlmiş, 2 dəfəyə evində ona 8000 (səkkiz min) maat pul vermiş, lakin Vüsal heç bir işi həll edə bilməyib əlavə pul istəmiş, pulu çatmadığına görə oğlu Əllədinin qayınatası Saleh ilə danışıb pul lazım olduğunu ona demiş, Saleh ona pulu olmadığını bildirmiş, Salehi məcbur edərək «sən pul tam ver mən sizə qaytararam» demiş. Saleh tanışlarından əvəzində borc almış və kininsə adına kredit alaraq 2 ay ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə 15 dəfəyə 25.000 (iyirmi beş min) manat pulu Vüsalın arvadının adına olan kartın hesabına elektron ödəmə terminalı vaitəsi ilə keçirtmiş, özü şəxsən ayrı-ayrı vaxtlarda Vüsalın istifadə etdiyi kartın hesabına keçirtməklə və nağd şəkildə əlbə-əl ona 20.000 manat, qohumu Saleh isə onun əvəzində 25.000 manat pulu Vüsalın istifadə etdiyi kartın hesabına keçirtmişdir. Ümumilikdə 45.000 manat pulu Vüsala çatdırmış, Vüsal ilə telefon danışığı zamanı ona «danışmışam Ələddini bu yaxınlarda Lənkəran RPŞ-nə aparıb oradan buraxarlar» demiş, buna baxmayaraq 2023-cü ilin dekabr ayının təxminən 20-də Ələddin Kürdəxanı həbsxanasından Lənkəran RPŞ-nə gətirilərək barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmış, bunu biləndən sonra Bakı şəhərində olduğuna görə kürəkəni Sucəddinə məlumat vermiş, Sucəddin dərhal Lənkəran RPŞ-nə gedib Ələddin Sultanovun barəsində olan cinayət işinin istintaqını aparan müstəntiqlə əlaqə yaradaraq ona «bizə Ələddinin həbsdən buraxılmasını demişdilər, nə üçün həbsdə saxlama müddətini uzatmısınız» demiş, müstəntiq Sucəddinə «Ələddin Sultanov barəsində olan cinayət işi mürəkkəb olduğuna görə həbs müddətini uzatmışam Ələddin Sultanov həbsdən buaxılmayacaqdır barəsində olan cinayət işi məhkəməyə veriləcəkdir» demiş, bundan sonra Sucəddin Vüsal adlı şəxsin mobil nömrəsinə zəng edib ona «Ələddini buraxmadılar onun barəsində olan cinayət işi isə məhkəməyə göndəriləcəkdir, sən bizi aldadırsan» demişdir. Vüsalın bizi aldatdığını bilmiş, Bakı şəhərində olduğuna görə Sucəddinə bu işlə bağlı polisə ərizə yazmasını demiş, Vüsal Sucəddinlə danışandan sonra o, 5000 (beş min) manat pulu Ələddinin arvadının adına olan kartın hesabına keçirtmişdir. Qalan 40.000 manat pulu hissə-hissə verəcəyini onlara demiş, lakin onunla razılaşmamışdır. 28 dekabr 2023-cü il tarixdə Sucəddin onun əvəzinə Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzinə məlumat verərək Lerik RPŞ-nə gəlib ərizə və izahat yazmış, hətta pulun Vüsalın arvadının kart hesabına keçirilməsinə dair onlarda olan bir neçə ədəd qəbzlərin surətini də izahatına əlavə etmişdir. Təkrar bildirmişdir ki, Ələddinin qayınatası Salehdən 25.000 manat pulu borca almış, Saleh onun xaşinə əsasən əvəzində 25.000 manat pulu Vüsala çatdırmışdır. Hazırda təqsirləndirlən şəxs ona vurlmuş ziyanı tam ödəməmişdir. Ona görə də mülki iddianın təmin edilməsini və təqsirləndirlən şəxsə qanunamüvafiq qayda cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qayınatasıdır, onun oğlu Ələddin Sultanov isə qayınıdır. Onlarla münasibəti yaxşıdır. 2023-cü ilin senyabr ayının təxminən 21-22-də X7 RPŞ-nin əməkdaşları tərəfindən həbs olunmasını eşidərək hansı səbəbdən həbs olunması ilə maraqlandığı zaman ona məlum olmuşdur güya Piran kənd sakini X9 və Lənkəran rayonunun Şovu kənd sakini X12 yaşadıqları kəndlərin ərazisindəki meşə sahələrindən bir neçə nəfərə məxsus qaramalları oğurlayıb Ələddin Sultanovun idarə etdiyi QAZEL markalı avtomaşınla Masallı, Cəlilabad və Salyan mal bazarlarına aparıb satmışlar. Ələddin Sultanovun cinayət məsuliyyətinə cəlb olunub barəsində 3 ay müddətində həbs qətimkan tədbirinin seçilməsini bilən atası Zərərçəkmiş şəxs oğlunu həbsdən buraxdırmaq üçün qohumu, yəni Ələddinin qayıntası Saleh ilə danışmış, Saleh qardaşının kürəkəni Rəfail ilə bu barədə danışdığı zaman Rəfail bibisi oğlu Vüsal adlı şəxslə danışmış, Vüsal ona demişdir ki, güya Ələddini həbsdən buraxdırmaq üçün tanışlarının köməyindən istifadə edər və onu həbsdən buraxdıracaqdar. Bu danışıqdan sonra Vüsal Hacıkişi ilə əlaqə yaradaraq Ələddini həbsdən buraxdırmaq üçün Hacıkişidən pul istəmiş, Hacıkişi Vüsalın arvadının adına olan Kapital bank tərəfindən verilmiş kartın hesabına ayrı-ayrı vaxtlarda Piran kəndində yerləşən Fərid Marketdə quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsi ilə pullar köçürtməyə başlamış hətta özü də təsərrüfatında olan qarmallardan satıb 3500 manat pulu Hacıkişiyə vermiş, daha sonra isə Vüsal 2023-cü ilin noyabr ayında Hacıkişinin evinə gəlmiş və Hacıkişidən evində 2 dəfəyə 8000 (səkkiz min) manat alıb getmiş, Hacıkişi cəmi 45.000 (qırx beş min) manat pulu 2023-cü ilin oktyabr ayının əvvəlindən dekabr ayının təxminən 20-nə kimi olan müddətdə Vüsala çatdırmışdır. X4 2023-cü ilin dekabr ayının ortalarına kimi həbsdən buraxdıracağına və barəsində olan cinayət işini bağlatdırmasına söz vermiş, buna baxmayaraq 2023-cü ilin dekabr ayının təxminən 20-də X8 həbsxanasından Lənkəran RPŞ-nə gətirilərək barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmış, bunu biləndən sonra dərhal Lənkəran RPŞ-nə gedib Ələddin Sultanovun barəsində olan cinayət işinin istintaqını aparan müstəntiqlə əlaqə yaradaraq ona «bizə Ələddinin həbsdən buraxılmasını demişdilər, nə üçün həbsdə saxlama müddətini uzatmısınız», müstəntiq ona «Ələddin Sultanov barəsində olan cinayət işi mürəkkəb olduğuna görə həbs müddətini uzatmışam. Ələddin Sultanov həbsdən buaxılmayacaqdır barəsində olan cinayət işi məhkəməyə veriləcəkdir» demiş, bunu biləndən sonra Vüsal adlı şəxsin mobil nömrəsinə zəng edib «Ələddini buraxmadılar onun barəsində olan cinayət işi isə məhkəməyə göndəriləcəkdir, sən bizi aldadırsan, bu işlə bağlı polisə ərizə yazaram» demiş, Vüsal onunla danışdıqdan sonra 5000 (beş min) manat pulu Ələddinin arvadının adına olan kartın hesabına keçirtmiş, qalan 40000 manat pulu hissə-hissə verəcəyini ona demiş, onunla razılaşmayaraq 28 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzinə məlumat vermiş, daha sonrta Lerik RPŞ-nə gəlib ərizə və izahat yazmış, hətta pulun Vüsalın arvadının kart hesabına keçirilməsinə dair qəbzlərin surətini də izahatına əlavə etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri Keşlə qəsəbəsində kirakeş yaşayır, İsmayıllı rayonu QubaXəlilli kəndində qeydiyyatdadır, Lerik rayonunun Piran kənd sakini X5 arvadının əmisi və xalası qızının əridir, qohumçuluqda münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs bibisi oğludur, onu və ailə üzvlərini tanıyır, münasibətləri həmişə yaxşı olmuşdur. 2023-cü ilin senyabr ayının təxminən 21-22-də X7 RPŞ-nin əməkdaşları tərəfindən həbs olunmasını eşidərək hansı səbəbdən həbs olunması ilə maraqlanmış və ona məlum olmuşdur ki, güya Ələddin malqara oğurlayan şəxslərlə əlbir olub oğurluq malları idarə etdiyi QAZEL markalı avtomaşınla Masallı, Cəlilabad və Salyan mal bazarlarına aparıb satmışlar. Ələddin Sultanovun cinayət məsuliyyətinə cəlb olunub barəsində 3 ay müddətində həbs qətimkan tədbirinin seçilməsini bilən atası Zərərçəkmiş şəxs oğlunu həbsdən buraxdırmaq üçün çalışdığı günlərdə Ələddinin qayınatası Şahid3lə birlikdə söhbət edərkən Saleh «biz adam tapmalıyıq ki, bizə kömək etsin», Şahid3 «bibim oğlu Vüsal ilə danışıram onun tanışları çoxdur, imkanı olsa kömək edə bilər» demiş, bundan sonrakı günlərin birində Vüsal ilə görüşüb qohumu Ələddin Sultanovun həbs olunmasını və onu buraxdırmaq üçün köməklik edə biləcəyini soruşmuş, Vüsal ona «bu sahədə tanışları çoxdur, Ələddini tanışlarının köməyi ilə buraxdıra bilər» demiş, daha sonra Hacıkişi ilə əlaqə saxlayıb ona «bibim oğlu Vüsal mənə söz verib deyir ki, Ələddini buraxdırmaq üçün tanışları vardır bizə kömək edə bilər», Hacıkişi ona telefonumu Vüsala verin mənimlə əlaqə saxlasın» demiş, Hacıkişinin mobil telefon nömrəsini Vüsala vermiş, bundan sonra Vüsalın Hacıkişi ilə əlaqə saxlayıb-saxlamadığını bilməmiş, lakin 3-4 dəfə telefon vasitəsi ilə Hacıkişi ilə əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşmuş, Hacıkişi ona işlərin yaxşı olduğunu desə də Vüsal ilə əlaqələri və ona pul verməsi barədə ona heç bir söz deməmiş, Vüsalın Ələddini həbsdən buraxdırmaq üçün söz verdiyini, lakin əməl edə bilmədiyini, həmçinin bu işi görmək üçün Hacıkişi və Ələddinin qayınatası Salehdən ümumilikdə 45.000 (qırx beş min) manat pul aldığını 2023-cü ilin dekabr ayının ortalarında eşitmiş, şəxsən Vüsalın onlardan pul almasını bilməmiş, bu barədə Vüsal ilə heç bir danışığı və razılaşması olmamışdır. Məhkəmə iclası zamanı dindirlmiş Şahid4 ifadəsində göstərdi ki, Masallı rayonu Mahmudavar kəndində yaşayır. Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qonşusu mərhum Arzuman İskəndərovun kürəkənidir, onu 3-4 ildir tanıyır, aralarında ziddiyət olmamışdır. Vüsal qayınatasının evində yaşadığına görə onunla münasibəti yaranmışdır. 21 dekabr 2023-cü tarixdə Vüsal Mahmudavar kəndində çayxanada onunla görüşərək ona «dayım oğlunun bacanağı Ələddini Lənkəran RPŞ-də oğurluq cinayətinə görə sürücü kimi həbs etmişlər, ona köməklik göstərmək üçün atasından pul almışam, mən işləmək üçün Laçın rayonuna gedirəm, Lənkəran RPŞ-nə getməyə vaxtım yoxdur, Ələddinin oğurladığı malların pulunu müstəntiqlə danışıb mal sahiblərinə vermək üçün sənə pul verirəm» demiş, neçə manat pul aldığını bildirməmiş, Vüsala «müstəntiqin yanına gedərəm mal sahiblrəini öyrənib onlarla görüşüb pullarını verərəm» dedikdən sonra Vüsal ona 3900 manat pul vermiş, 24 dekabr 2023-cü il tarixdə Lənkəran şəhər polis şöbəsinə gedib Zaur adlı müstəntiqlə görüşüb işlə maraqlanmış, Zaur ona Ələddinin digər 2 nəfərlə 21 baş qaramal oğurladığını, malların pulunun 21000 manatdan çox olduğunu demiş, vəziyyəti belə görüb oradan qayıdıb Vüsal ilə telefon vasitəsilə əlaqə yaradaraq Ələddinin digər 2 nəfərlə birlikdə 21 baş qaramal oğurladığını, müstəntiqin dediyi ki, malların ziyanının 21000 manatdan çox olduğunu, mal sahibləri ilə görüşmədiyini, pulu qaytarmaq istədiyini demiş, Vüsal ona pulu qaytar dedikdən sonra Vüsladan aldığı 3900 manat pulu tam olaraq Vüsalın ona verdiyi kart nömrəsinə keçirtmiş, ona borcu qalmamışdır. Təqsirləndirilən şəxs Ələddinin atasından nə üçün neçə manat pul aldığını ona deməmiş, Ələddin və atasını həmçinin digər qohumlarını tanımır. Cinayət işinin materiallarında olan Şahid3 ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Cəlilabad rayonunun İncilli kəndində doğulmuşdur, hazırda ünvan 1 ünvanında ailəsi ilə birdlikdə yaşayır. Lerik rayonunun Piran ənd sakini X1, Rəfail Aburəhmanov qardaşı və baldızının kürəkəni, Təqsirləndirilən şəxs isə Rəfailin bibisi oğludur. Bu şəxsləri və ailə üzvlərini tanıyır, münasibətləri həmişə yaxşı olmuşdur. 2023-cü ilin senyabr ayının təxminən 21-22-də X7 RPŞ-nin əməkdaşları tərəfindən həbs olunmasını eşidərək hansı səbəbdən həbs olunması ilə maraqlanmış və ona məlum olmuşdur ki, güya Piran kənd sakini və qohumu X9 digər bir şəxslə meşələrdən bir neçə nəfərə məxsus qaramalları oğurlayıb Ələddin Sultanovun idarə etdiyi QAZEL markalı avtomaşınla Masallı, Cəlilabad və Salyan mal bazarlarına aparıb satmışlar. Ələddin Sultanovun həbs olunmasını eşidən yaxın qohumları və Rəfail bir yerə toplaşıb söhbət etdikləri zaman Ələddinin buraxılması üçün onlara köməklik edə biləcək şəxs axtarmışlar. Rəfail onlara «bibim oğlu Vüsal bu işləri bilir, onun bu sahədə tanışları çoxdur. Mən Vüsal ilə danışıb məsləhət edərəm, bizə kömək edə bilsə sizə bildirərik» deyib Vüsal ilə əlaqə yaratmış, sonuncu Ələddinin həbsdən buraxdırmasında kömək edə biləcəyini və bunun üçün böyük məbləğdə pul lazım olduğunu bildirmiş, Rəfail Hacıkişi ilə danışdıqdan sonra Hacıkişinin razılığı ilə onun mobil telefon nömrəsini Vüsala vermiş, Vüsal Hackişi ilə danışandan sonra Ələddini həbsdən buraxdırmaq və onun barəsində Lənkəran RPŞ-nə olan işi bağlatdırmaq üçün 2023-cü ilin oktyabr ayının əvvəlindən hissə-hissə pul almağa başlamış, həmin günlərdə Hacıkişi ona zəng edərək «Vüsal pul istəyir sən pulu ver mən sənə qaytararam» demiş, bu yolla özü 2 ay ərzində təxminən 15 dəfəyə 25.000 (iyirmi beş min) manat pulu Vüsalın arvadının adına olan kartın hesabına elektron ödəmə terminalı vaitəsi ilə keçirtmiş, daha sonra ona məlum olmuşdur ki, 20.000 manat pulu Hacıkişi ayrı-ayrı vaxtlarda Vüsala çatdırmışdır. Buna baxmayaraq 2023-cü ilin dekabr ayının təxminən 20-də X8 həbsxanasından Lənkəran RPŞ-nə gətirilərək barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmış, bundan sonra ona məlum olmuşdur ki, Vüsal onlardan aldığı pulları özü xərcləyib heç kəsə verməmiş, Ələddini həbsdən buraxdırıb onun işini bağlatdırmaq üçün heç kəslə danışmamışdır. Bunu bilən Hacıkişinin kürəkəni Sucəddin Vüsal ilə danışıb onun haqqında polisə ərizə yazacağını deyəndən sonra Vüsal özündə saxladığı 5000 (beş min) manat pulu qızının, yəni Ələddinin arvadının adına olan kartın hesabına keçirtmişdir. Ələddin kürəkəni olsa belə 25.000 (iyirmi beş min) manat pulu Hacıkişiyə borca vermiş, hər dəfə pulu Vüsala verəndə Hacıkişi ona dedikdən sonra özü pulu vermiş, Hacıkişi ona «sən pulu ver mən sənə qaytararam» demiş, buna görə özü 25000 manat pulu Hacıkişiyə borca vermiş və onun sözünə Vüsalın ona verdiyi kartın hesabına keçirtmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Həsənov X11 rayon məhkəməsinin 19 yanvar 2012-ci il tarixli hökmu ilə Azərbaycan Respubliksı CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəznsına məhkum olunmuş, cəriməni ödədiyi üçün 24 may 2016-cı il tarixdə qeydiyyattdan çıxarılmış, bundan sonra Xətai rayon polis idarəsində barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqolunan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinin tələbinə əsasən xitam verilmiş, daha sonra Nəsimi rayorn məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmu ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2 maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixli qərarla cəzası dəyişdirilərək 4 il 5 ay 11 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 23 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatlar Departamentinin Qaradağ rayon Mənzil Komunnal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2020 və 2023-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş Lerik rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtan 28 dekabr 2023-cü ildən hesablanmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, dəymiş ziyanı qismən ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə iləəlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Zərərçəkmiş şəxs vurulmuş 40.000 (qırx min) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs hesabına köçürülməli, iş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdr. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 354, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, 40.000 (qırx min) manat ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs hesabına köçürülsün. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-31/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-31/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver