Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-32/2023 24.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat 10:40 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə Lerik Rayon Məhkəməsinin binasında xx.xx.1993-cü ildə Lerik rayonunun Hamarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lənkəran-Astara regional məşğulluq filialının Lerik rayon xidmət şöbəsində böyük mütəxəssis işləyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Hamarmeşə kəndində daimi qeydiyyatda olmaqla orada yaşayan, barəsində 23 aprel 2023-cü il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 12 fevral 2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı Lerik rayonunun Hamarmeşə kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində mübahisə edərək dalaşmış, dalaşma zamanı sonuncunun burun nahiyəsinə yumruqla qəsdən bir dəfə zərbə vuraraq ona burun sümüyünün yerini dəyişməyən sınığı, burun nahiyəsində qançırla nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş cinayət üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 12 fevral 2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı Lerik rayonunun Hamarmeşə kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı oğlu Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı yumruqla həyat yoldaşının burnuna zərbə vuraraq xəsarət yetirmişdir. Hazırda etdiyi əməldən peşimandır. Məhkəmə hazırlıq iclasından sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır, halhazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxslə barışdığına görə onun cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 12 fevral 2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı Lerik rayonunun Hamarmeşə kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Yalçın yumruqla onun burun nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə hazırlıq iclasından sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışmışdır. Hazırda ondan heç bir tələbi və şikayəti yoxdur. Lənkəran MTE və PA şöbəsinin 13 fevral 2023-cü il tarixli, 13 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün yerini dəyişməyən sınığı, burun nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Materiala əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. Lakin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsüf edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı ödəməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinə xitam verilməsini qanuni və əsaslı hesab edir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Eyni zamanda məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri ləğv edilməli, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.3, 321.2.1 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-32/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-32/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver