Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-32/2025 19.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi1 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili – Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Lerik rayonu, Veri Əliabad kəndində anadan olmuş anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Veri Əliabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.2003-cü il tarixdə Lerik rayonu, Veri Əliabad kəndində anadan olmuş anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Veri Əliabad kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 189 nömrəli bağ sahəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Lerik rayonunun Veri-Əliabad kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş 08 avqust 2025-ci ildə, saat 21 radələrində Lerik rayonunun Veri-Əliabad kəndi ərazisində örüş sahəsində Zərərçəkmiş şəxs məxsus 01 baş erkək, qara rəngli, diri çəkisi 260 kq olan qaramalı oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 1950 (min doqquz yüz əlli) manat dəyərində ziyan vurmuşlar. Bundan başqa o, təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Lerik rayonunun Veri-Əliabad kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında 09 avqust 2025-ci ildə, saat 21 radələrində Lerik rayonunun Veri-Əliabad kəndi ərazisində örüş sahəsində Zərərçəkmiş şəxs məxsus 01 baş erkək, ağ-qara rəngli, diri çəkisi 220 kq olan qaramalıı təkrar oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 1650 (min altı yüz əlli) manat dəyərində ziyan vurmuşlar. Təqsirləndirilən şəxs2 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Lerik rayonunun Veri-Əliabad kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş 08 avqust 2025-ci ildə, saat 21 radələrində Lerik rayonunun Veri-Əliabad kəndi ərazisində örüş sahəsində Zərərçəkmiş şəxs məxsus 01 baş erkək, qara rəngli, diri çəkisi 260 kq olan qaramalı oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 1950 (min doqquz yüz əlli) manat dəyərində ziyan vurmuşlar. Bundan başqa o, təkrar oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Lerik rayonunun Veri-Əliabad kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında 09 avqust 2025-ci ildə, saat 21 radələrində Lerik rayonunun Veri-Əliabad kəndi ərazisində örüş sahəsində Zərərçəkmiş şəxs məxsus 01 baş erkək, ağ-qara rəngli diri çəkisi 220 kq olan qaramalıı təkrar oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 1650 (min altı yüz əlli) manat dəyərində ziyan vurmuşlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik rayonunun Veri-Əliabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə orada yaşayır və fərdi təsərrüfatla məşğuldur. 2025-ci ilin avqust ayının əvvəlində Elnur ona kəndin digər sakinlərinə məxsus heyvanları oğurlayaraq satmağı təklif etmiş, o da onunla razılaşmışdır. Belə ki, 08 avqust 2025-ci il tarixdə, saat 22:00 radələrində Elnur bir baş erkək cinsli, qara rəngli, təxmini diri çəkisi 260 kq olan iri buynuzlu heyvanı onun yaşadığı evin həyətinə gətirmiş və həmin heyvanı əvvəlcədən “Tiktok” sosial şəbəkəsində tanış olduqları Elvin adlı şəxsə satmağı təklif etmişdir. O, həmin vaxt Elnurun gətirdiyi bir baş iri buynuzlu heyvanın ona məxsus olmadığını və oğurluq olduğunu bilmişdir. O, xx.xx.2025-ci il tarixdə əvvəlcədən “Tiktok” sosial şəbəkəsində tanış olduğu Lerik rayonunun Durğan kənd sakini Elvin adlı şəxslə telefon əlaqəsi saxlayaraq bir ədəd iri buynuzlu heyvan olduğunu və həmin heyvanı onunla onun təsərrüfatına məxsus olan bir baş iri buynuzlu heyvanla dəyişmək istədiyini bildirmiş, Elvin də onunla razılaşmışdır. Elvin həmin gün Veri-Əliabad kəndinə gəlmiş, həmin vaxt Elvinə öz təsərrüfatına məxsus olduğunu bildirdiyi bir baş erkək cinsli, qara rəngli, diri çəkisi təxminən 260 kq olan iri buynuzlu heyvanı 1350 (min üç yüz əlli) manata satmış və qarşılığında isə Elvindən 2500 (iki min beş yüz) manat müqabilində bir baş iri buynuzlu boğaz heyvan almışdır. Daha sonra Elnurla Elvinin razılaşmasına əsasən onun təsərrüfatına məxsus olan bir baş iri buynuzlu heyvan qarşılığında Elvinin təsərrüfatına məxsus olan bir baş iri buynuzlu heyvan və onun balasını dəyişməklə bağlı razılaşmışlar. Həmin gün Veri kənd sakini Sahil adlı şəxsə məxsus “Uaz” markalı avtomobilə ilk öncə onun həyətində olan heyvanı mindirdikdən sonra, Elnurun həyətinə gedərək onun təsərrüfatına aid olan heyvanları maşına mindirərək Durğan kəndinə Elvingilin həyətinə aparmışlar. Onlar Elvindən aldıqları 03 baş heyvanı həmin avtomobilə yükləyərək Veri-Əliabad kəndinə qayıtmışlar. xx.xx.2025-ci il tarixdə təkrarən Elnur bir baş erkək cinsli, ağ-qara rəngli, təxmini diri çəkisi 220 kq olan iri buynuzlu heyvanı ona məxsus olan həyətə gətirmiş və satmağını ona bildirmişdir. O, Elnurun ikinci dəfə gətirdiyi bir baş iri buynuzlu heyvanın ona məxsus olmadığını və oğurluq olduğunu bilmişdir. xx.xx.2025-ci il tarixdə həmin heyvanı Lənkəran rayonunun Qurunba kənd sakini Xəyyam adlı şəxsə 1250 (min iki yüz əlli) manat müqabilində satmışdır. Həmin 1250 (min iki yüz əlli) manat pulu Elnurla yarı bölməklə hər birlərinə 625 (altı yüz iyirmi beş) manat pul çatmışdır. Onun həmin heyvanların Elnurun təsərüfatına məxsus olmadığını və digər kənd sakinlərindən oğurlayaraq gətirdiyi barədə əvvəlcədən məlumatı olmuşdur. Sonda Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiklərini, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik rayonunun Veri-Əliabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə orada yaşamış, fərdi təsərrüfatla məşğul olmuşdur. Hazırda isə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 189 nömrəli bağ sahəsində ailəsi ilə birlikdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə həmkəndlisi Vahid kənd ərazisində ona yaxınlaşaraq örüş sahəsində öz təsərrüfatına aid olan 02 ədəd iri buynuzlu heyvan olduğunu bildirərək, onları evinə gətirməyə köməklik edəcəyini xahiş etmiş və həmin heyvanları satdıqda pulunu onunla yarı böləcəyini bildirmiş, o, da Vahidlə razılaşmışdır. Həmin gün Vahidlə birlikdə örüş sahəsinə gedərək bir baş erkək cinsli, qara rəngli, təxmini diri çəkisi 260 kq olan iri buynuzlu heyvanı onun yaşadığı evə gətirmişlər. xx.xx.2025-ci il tarixdə əvvəlcədən “Tiktok” sosial şəbəkəsində tanış olduqları Lerik rayonunun Durğan kənd sakini Elvin adlı şəxs Veri- Əliabad kənd ərazisinə gəlmiş və onun təsərrüfatına məxsus olan bir baş iri buynuzlu heyvan qarşılığında öz təsərrüfatına məxsus olan bir baş iri buynuzlu heyvan və onun balasını dəyişməklə bağlı razılaşmışlar. Həmin vaxt Vahid öz təsərrüfatına məxsus olduğunu bildirdiyi bir baş erkək cinsli, qara rəngli, diri çəkisi təxminən 260 kq olan qaramalı 1300 (min üç yüz) manat qarşılığında Elvinə satmış və qarşılığında isə Elvindən 2500 (iki minq beş yüz) manat müqabilində bir baş iri buynuzlu heyvan almışdır. Həmin gün Veri kənd sakini Sahil adlı şəxsə məxsus “Uaz” markalı avtomobilə ilk öncə Vahidin həyətində olan heyvanı mindirdikdən sonra öz həyətinə gedərək şəxsi təsərrüfatına aid olan heyvanları maşına mindirərək Durğan kəndinə Elvingilin həyətinə aparmışlar. Elvindən aldıqları 03 baş heyvanı həmin avtomobilə yükləyərək Veri-Əliabad kəndinə qayıtmışlar. xx.xx.2025-ci il tarixdə Vahidlə birlikdə Veri-Əliabad kənd ərazisində örüş sahəsinə getmiş və bir baş erkək cinsli, ağ-qara rəngli, təxmini diri çəkisi 220 kq olan iri buynuzlu heyvanı ona məxsus olan həyətə gətirmişlər. Vahid həmin heyvanı Lənkəran rayonunun Qurunba kənd sakini Xəyyam adlı şəxsə 1500 (min beş yüz) manat müqabilində satmışdır. Əvvəlcədən razılaşmalarına əsasən Vahid ona 500 (beş yüz) manat pul verməli olduğu halda ona ümumilikdə 250 (iki yüz) manat pul vermişdir. Sonda Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiklərini, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Ona məxsus 07 baş iribuynuzlu qaramal təxminən 3 aya yaxın müddətdir ki, Veri-Əliabad kəndinin yuxarısında yerləşən örüş sahəsində gecələr orada qalmaqla otlayırlar. O, da hər 2 gündən bir gedib heyvanları yoxlayıb evə qayıdırdı. Təxminən 2025-ci ilin avqust ayının əvvəllərində hər dəfə olduğu kimi gedib qaramalları örüş sahəsində tapmış, lakin onlardan iki baş qaramalın orada olmamasını müəyyən etmiş, həmin qaramalları nə qədər axtarsa da, tapa bilməmişdir. Daha sonra evinə gəlib kənd camaatından bu barədə soruşsa da, heç bir müsbət nəticə əldə edə bilməmişdir. O, təxminən 10 günə yaxın müddətdə həmin qaramalları örüş sahəsində axtarmış, lakin heç yerdə onları tapa bilmədiyi üçün 20 avqust 2025-ci il tarixdə DİN-nin “102” XZM-nə telefon zəngi edərək, iki baş qaramalın itməsi barədə məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin iribuynuzlu heyvanlar Vahid və Elnur tərəfindən oğurlanmışdır. Həmin iki baş erkək döllü, qara-ala və qara rəngli, diri çəkisi 240 kq və 180 kq olan iribuynuzlu heyvanlarının oğurlanması nəticəsində ona ümumilikdə 3000 (üç min) manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını, onlara yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Qurunba kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Vahid və Elnuru tanıyır. Belə ki, 10 avqust 2025-ci il tarixdə Lerik rayonunun Veri- Əliabad kəndində Təqsirləndirilən şəxs1 bir baş iribuynuzlu, erkək cinsli, ayaqları ağ, bədən hissəsi qara rəngli diri çəkisi təxminən 180 kq olan qaramalı 1250 (min iki yüz əlli) manata almış, daha sonra isə 12 avqust 2025-ci il tarixdə Lerik rayonunun Durğan kəndində Elvin adlı şəxsdən bir baş iribuynuzlu, qara rəngli, erkək cinsli diri çəkisi təxminən 200 kq olan qaramalı 1520 (min beş yüz iyirmi) manata almışdır. Hal-hazırda həmin qaramalları Lənkəran rayonunun Qurunba kəndində yerləşən özünə məxsus mal tövləsində saxlayır. Şahid daha sonra izahatında bildirmişdir ki, son dövrlərdə onlarla aralarında qeyd edilən qaramallardan başqa heyvan alqı-satqısı olmamış, heyvanların oğurluq olduğunu 22 avqust 2025-ci il tarixdə polis əməkdaşlarının ona telefonla zəng etməsi nəticəsində öyrənmiş, həmin iki baş qaramalı xx.xx.2025-ci il tarixdə Lerik rayon polis şöbəsinin əməkdaşlarına təqdim etmiş, daha sonra Vahid və Elnurun ziyanı tam şəkildə ödədiyinri bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Veri kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, 08 avqust 2025-ci il tarixdə təxminən saat 13:00 radələrində Təqsirləndirilən şəxs1 ona telefon zəngi edərək bildirmişdir ki, iki baş iribuynuzlu heyvan vardır, onları Lerik rayonunun Durğan kəndinə aparmaq lazımdır. O, da Vahidin təklifini qəbul etmiş və elə həmin gün bir baş iribuynuzlu erkək cinsli, qara rəngli, diri çəkisi təxminən 240 kq olan və bir baş iribuynuzlu dişi cinsli, qara-ağ rəngli, diri çəkisi təxminən 400 kq olan qaramalları özünə məxsus “Uaz” markalı yük maşını ilə Lerik rayonunun Durğan kəndinə Vahid, Elnur və iki nəfər adlarını bilmədiyi Durğan kənd sakinləri ilə birlikdə aparmışdır. Həmin qaramalları Elvin adlı şəxsin həyətində düşürdərək iki baş iribuynuzlu heyvanı və bir baş buzovu maşına yükləyərək üzü Veri-Əliabad kəndi istiqamətində yola düşmüşlər. Həmin heyvanları Elnurun həyətində düşürərək evinə qayıtmışdır. Şahid daha sonra izahatında bildirmişdir ki, Vahid və Elnur ona ümumilikdə 140 (yüz qırx) manat pul vermiş, nəqliyyat vasitəsini yük avtomobili olduğu üçün kənd sakinlərinin yüklərinin daşınmasında nəqliyyat vasitəsini istifadə edir, Vahid və Elnurla bağlı yükərin daşımasında ilk dəfə iştirak etmiş, heyvanların oğurluq olduğunu 22 avqust 2025-ci il tarixdə polis əməkdaşlarının ona telefonla zəngi etməsi nəticəsində öyrəndiyini bildirmişdir. Cinayət işi materiallarında olan 22 avqust 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri cinayət işi başlanmışdır. Cinayət işi materiallarında olan 20 avqust 2025-ci il tarixli məlumatdan görünür ki, Lerik rayonu, Veri-Əliabad kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin “102” XZM-nə zəng vuraraq iki iribuynuzlu heyvan oğurlanması barədə məlumat vermişdir. Cinayət işi materiallarında olan 22 avqust 2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 avqust 2025-ci il tarixdə, saat 23:00-dan şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 23 avqust 2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 avqust 2025-ci il tarixdə, saat 01:00-dan şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 23 avqust 2025-ci il tarixli baxış keçirilməsi haqqında prtokoldan göürünr ki, Lənkəran rayonunun Qurunba kəndi sakini Şahid3 fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən mal tövləsinə baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Şahid3 satılmış iki baş qaramal aşkar edilərək götürülmüşdür. Tərtib olunmuş fotoşəkil cinayət işinə əlavə edilmişdir. Cinayət işi materiallarında olan 23 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarında olan 23 avqust 2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir baş erkək, qara rəngli, diri çəkisi 240 kq olan, bir baş erkək, ayaqları ağ, bədəni qara rəngli diri çəkisi 180 kq olan qaramalları maddi sübut kimi tanınmış və işin nəticəsinə kimi saxlanılması üçün sahibinə təhvil verilmişdir. Cinayət işi materiallarında olan 24 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Cinayət işi materiallarında olan 24 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Cinayət işi materiallarında olan 24 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərarla 24 avqust 2025-ci il tarixdə saat 11:00-da tanış olmuşdur. Cinayət işi materiallarında olan 24 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərarla 24 avqust 2025-ci il tarixdə saat 13:00-da tanış olmuşdur. Cinayət işi materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş 01 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş 01 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan 13 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus bir baş erkək döllü, qara rəngli, diri çəkisi 260 kq olan və bir baş erkək döllü, ağ-qara rəngli, diri çəkisi 220 kq olan qaramalların 2025-ci ilin avqust ayının 8 və 9-da oğurlanması ilə əlaqədar vurulmuş ziyanın məbləğini müəyyən etmək məqsədilə təqdim olunmuş material nəzərdən keçirilmiş və Lerik rayonu ərazisində qaramal ətinin satışı ilə məşğul olan şəxslər arasında keçirilmiş sorğu zamanı məlum olmuşdur ki, 2025-ci ilin avqust ayı ərzində Lerik rayonu ərazisində 1 kq qaramal (dana) ətinin pərakəndə satış qiyməti 15 manat müəyyən edilmişdir. Təqdim olunmuş materialdan görünür ki, iribuynuzlu heyvanlarda diri çəki nisbətində ət çıxarı 50%-ə düşür, belə olduğu halda Zərərçəkmiş şəxs məxsus 1 baş erkək döllü, qara rəngli, diri çəkisi 260 kq olan qaramalın ət çıxarı 130 kq, bir baş erkək döllü, ağ-qara rəngli, diri çəkisi 220 kq olan qaramalın ət çıxarı 110 kq təşkil edir, ətin pərakəndə satışı qiymətini və qaramalların nəzəri olaraq ayaq üstə təxmini diri çəkisinə uyğun qiymətləndirilərək alışı və satışını nəzərə alıb orta bazar qiymətlərinə uyğun 130x15=1950 manat və 110x15=1650 manat olmaqla, ümumilikdə 3600 (üç min altı yüz) manat qiymətləndirilməsi məqsədəmüvafiqdir. Beləliklə aparılmış araşdırma və hesablamaya görə Lerik rayonunun Veri-Əliabad kənd sakini Zərərçəkmiş şəxs məxsus iki baş qara və ağ-qara rəngli, erkək döllü qaramaların oğurlanması ilə ona 1950 (bir min doqquz yüz əlli) manat və 1650 (bir min altı yüz əlli) manat məbləğində, ümumilikdə zərərçəkmiş şəxsə 3600 (üç min altı yüz) manat ziyan dəymişdir. Cinayət işi materiallarında olan 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işi materiallarında olan 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işi materiallarında olan Lerik RİHB-nin Veri kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 aşağıdakı tərkibdə ailə üzvləri vardır: anası xx.xx.1963-cü il təvəllüdlü X2, bacısı xx.xx.1999cu il təvəllüdlü X5. Cinayət işi materiallarında olan Lerik RİHB-nin Veri kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Lerik RİHB-nin Veri kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 aşağıdakı tərkibdə ailə üzvləri vardır: atası xx.xx.1977-ci il təvəllüdlü X9, anası xx.xx.1979cu il təvəllüdlü X4, qardaşı xx.xx.2000-ci il təvəllüdlü X13, qardaşı xx.xx.2004-cü il təvəllüdlü X11, bacısı xx.xx.2012-ci il təvəllüdlü X7, qardaşı xx.xx.2013-cü il təvəllüdlü X12. Cinayət işi materiallarında olan Lerik RİHB-nin Veri kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış 19 noyabr 2025ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan ödənilmişdir. Onlarla barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Xəzər RİHB-nın Şüvəlan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli 933 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 189 nömrəli bağ sahəsində qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmələrini onların cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 22 avqust 2025-ci il tarixdən 24 avqust 2025-ci il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün saat 07:00dək yaşayış yeri Lerik rayonu, Veri Əliabad kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 23 avqust 2025-ci il tarixdən 24 avqust 2025-ci il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün saat 07:00dək yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 189 nömrəli bağ sahəsində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir baş erkək, qara rəngli, diri çəkisi 240 kq olan, bir baş erkək, ayaqları ağ, bədəni qara rəngli diri çəkisi 180 kq olan qaramalların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 22 avqust 2025-ci il tarixdən 24 avqust 2025ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün saat 07:00dək yaşayış yeri Lerik rayonu, Veri Əliabad kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 23 avqust 2025-ci il tarixdən 24 avqust 2025ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün saat 07:00dək yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 189 nömrəli bağ sahəsində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №1(048)-32/2025
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-32/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver