Məhkəmə qərarları › İş №1(048)-33/2023

Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-33/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-33/2023 27.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 10:15 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi- Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Lerik Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1971-ci ildə Lerik rayonunun Soru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, X11 X3 Meşəbəyliyinin 8 saylı meşə dolayısının gözətçisi işləyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Soru kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, X12 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 8 saylı meşə dolayısının gözətçisi vəzifəsində işlədiyi müddətdə, yəni 2022-ci ilin iyul aynın ortalarında qulluq mövqeyindən istifadə etməklə, 01 iyul 2021-ci il tarixdə müəssisə ilə onun arasında bağlanmış əmək müqaviləsinin (kontraktın), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 188 saylı qərarı ilə təsdiq edilmiş «Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi Müqavilə»nin, eləcə də hazırda qüvvədə olan keçmiş SSRİ Nazirlər Soveti tərəfindən 1982-ci ildə təsdiq edilmiş «Dövlət meşə mühafizəsi haqqında Əsasnamə»nin tələblərini kobud surətdə pozaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasına cinayətkarcasına yanaşaraq mühafizə etdiyi 8 saylı meşə dolayısında istintaqla müəyyən edilməsi mümkün olmayan şəxs və yaxud da şəxslər tərəfindən FİSDİQ cinsindən işlik növünə aid 1 ədəd, 72/60 sm d-də və 3 ədəd 80/64 sm d-də, cəmi 4 ədəd, 17,91 kub metr həcmində kök üstə yaş halda ağacların qanunsuz kəsilərək işlik hissələrinin emal olunub şpal hazırlandıqdan sonra atla maşın yoluna, daha sonra isə nəqliyyat vasitəsi ilə meşə sahəsindən danışıb aparılmasına şərait yaratmaqla Dövolət meşə fonduna 4163,71 (dörd min bir yüz altmış üç manat, yetmiş bir qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Lerik rayonunun Soru kəndində yaşamaqla 2019-cu ilin iyun ayından hazıra kimi X12 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 8 saylı meşə dolayısının gözətçisi işləyir. Meşə dolayısı həmin meşəbəyliyin 7 və 9-a saylı dolayıların əhatəsində yerləşir. 2022-ci ilin may ayının əvvəlində 7 saylı dolayına Şahid2 meşə gözətçisi təyin olunmuşdur. Onun mühafizə etdiyi dolayısı əsasən Lerik rayonunun Bırkandul, Vistən və Peştətük kəndlərinə yaxın ərazidə sərhəddir. Bu kəndlərdən meşə sahələrinə gedən piyada və maşın yolları tam olaraq 7 saylı meşə sahəsindən keçir, yəni bir başa mühafizə etdiyi meşə sahəsinə maşın yolu yoxdur. İntiqam Qədimovla mütəmadi əlqəsi olmuşdur, aralarında ziddiyyət olmamışdır. 2022-ci ilin iyun ayının axırlarında, saat 22 radələrində İdrak mobil telefonuna zəng edib «mən həmkəndlim Ceynuhunun idarə etdiyi URAL markalı avtomaşınla mühafizə etdiyim meşəyə odun üçün gedirəm, öz meşəmdən bir maşın odun gətirirəm» demiş, İdraka «mənə nə üçün deyirsən, İdrak dedi ki, mənim və sizin meşəyə gedən maşın yolu birdir, bəlkə kimsə sənə zəng etsə meşəyə maşının girdiyini desə bil ki, mən getmişəm, İdraka sənin şəxsi işindir, özün bilərsən» demiş, həmin gecə bir neçə dəfə İdrakla əlaqə saxlamış, odunu aparıb-aparmadığını soruşmuş, İdrak ona «odunu apardım narahat olma» demiş, daha sonra 20 iyul 2022-ci il tarixdə axşam çağı İdrak mobil nömrəsinə zəng edib «Ceyhunun URAL markalı avtomobili ilə meşəmə odun üçün gedirəm, sənin məlumatın olsun, İdraka öz meşənə gedirsən özün bilərsən» demiş, həmin gecə İdraka zəng edib vəziyyəti ilə maraqlanmaq istəmiş, lakin ona zəng çatmadığına görə Ceyhunun mobil nömrəsinə zəng edib onunla danışmış, ona «İdraka zəng çatmır, hardadır, Ceyhun ona İdrak başqa yerdədir mən meşədən çıxarım» demiş, 21 iyul 2022-ci il tarixdə səhər saat 08 radələrində mühafizə etdiyi meşə sahəsinə 7 saylı dolayının ərazisindən keçən maşın yolunun «Haymi rəğ» adlanan ərazisindən keçən hissəsinə gəlmiş, həmin yolda meşəbəyi Şahid1 və Şahid2la rastlaşmış, onlarla görüşəndən sonra bir qədər söhbət etmiş, İdrak onlardan ayrılıb əraziyə getmiş, bundan sonra Nurəddindən səhər vaxtı nə üçün əraziyə gəldiyini soruşmuş, Nurəddin ona «bu gün saat 06 radələrində X9-Lerik yolunun 36-cı km-də yolda gördüm, nə üçün orada olduqlarını soruşdum, İdrak mənə dedi ki, məlumat daxil olmuşdur meşəyə gedirəm. Ceyhun isə dedi ki, mənim maşınımda qaynaq işi var, maşını qaynaq etdirmək üçün gətirmişəm» demiş, 21 iyul 2022-ci il tarixdə mühafizə etdiyi meşə sahəsinin «Tehrani nıştəy» adlanan əraziyə gəlmiş, mühafizə etdiyi meşə dolayısının sanitar qırıntı sahəsindən odun aparmaq üçün avtomaşınlar də həmin yerə gəlmiş, avtomobilləri bir-bir sanitar qırıntı sahəsinə buraxmış, sonuncu avtomobilin sürücüsü ondan odun üçün hansı istiqamətə getməsini soruşmuş, ona ərazidə qış fəslində təbii təsir nəticəsində yıxılmış və sekvestr kimi qeydə alınmış ağacın olduğu istiqaməti göstərərək həmin əraziyə getdiyini, orada yıxılmış fısdıq cinsindən ağacı doğramasını demiş, sürücü avtomobilini sürüb ona göstərdiyi istiqamətə getmiş, bundan təxminən 10-15 dəqiqə sonra özü də həmin istiqamətə sürücünün, yəni odun üçün gələn şəxsin hərəkətlərinə nəzarət etmək üçün gedərək ətrafa nəzər salmış, ərazidə yeni kəsilmiş ağacın budaqlarını görmüş, budaqları gördüyü yerə getmək istəsə də olduğu yerdən keçə bilməmiş, kol-kos olan ərazidir. Yenidən «Tehrani nıştəy» adlanan sahəyə gəlib budaqları gördüyü yerə gedərək bir ədəd fısdıq cinsindən ağac kəsilib şpal hazırlanaraq aparılmışdır. Ətrafı tam yoxlamış, məlum olmuşdur ki, ağacın kəsildiyi yerdə hazırlanmış şpallar atla maşın yoluna daşınmışdır. Dərhal meşəbəyi Nurəddinə zəng etmiş, lakin ona zəng çatmadığına görə müəssisənin rəhbəri Aqil Babaşova məlumat vermiş, Aqil Babaşov ona «mənim bu işdən xəbərim vardır» demiş, ondan əraziyə yoxlama göndərməsini xahiş etmiş, direktor ona əraziyə yoxlamanın gəlib baxacağını demiş, həmin gün saat 18 radələrində meşəbəyi Nurəddin əraziyə gəlmiş, qanunsuz kəsilmiş ağacın kötüyünü ona göstərmiş, Nurəddin kötüyə damğa vuraraq akt tərtib etmiş, 3 gündən sonra Nurəddin və baş mühafizə mühəndisi Məhrəm ona zəng edib meşədə 1 ağac yox 12 ağacın kəsilməsini demişlər. Onlara «meşəni gəzirəm tapa bilmirəm, yerini görməmişəm, kim sizə məlumat vermişdirsə gəlib göstərsin» deyərək yoxlamanı aparmalarını tələb etmişdir. 2022-ci ilin iyul ayının axırında müəssisənin əməkdaşları Məhrəm və Elşad meşəyə gəlib ona «sənin meşəndə bir ağac yox, 6-12 ağac kəsilməsi barədə bizə məlumat verilmişdir» demişlər. Meşəni gəzmələrinə baxmayaraq qanunsuz qırıntı aşkar etməmişlər. 02 avqust 2022-ci il tarixdə səhər saatlarında Şahid3 ona zəng edib meşəyə gəldiyini bildirmişdir. Məhrəmə ağacların kəsilməsi barədə məlumat vermiş şəxsdən kəsilmiş ağacların yerini soruşmasını demiş, Məhrəm ona ağacların meşə sahəsinin «Nəci kuməco» adlanan ərazidə kəsilməsi barədə məlumat aldığını bildirmiş, dərhal Məhrəmin dediyi əraziyə gedib gəzmiş, həmin ərazidə 3 ədəd fısdıq cinsindən ağacların kəsilməsini və şpal hazırlanıb atla yerindən maşın yoluna daşınmasını atın ayaq izləri ilə müəyyən etmiş, həmin əraziyə tam baxmış, ərazidə bir ədəd vintaçan tapıb əl barmaq izim qalmasın deyə sellofana büküb götürmüş, bundan sonra Məhrəmə zəng edib ağacları aşkar etdiyini demiş, həmin gün saat təxminən 11 radələrində müəssisənin əməkdaşları Məhrəm, Abutalıb və Nağdəli mühafizə etdiyi meşə sahəsinə gəlib onunla görüşmüşlər. Həmin şəxsləri kəsilmiş ağacların yerləşdiyi sahəyə aparıb kötükləri göstərmiş, ölçü işini aparmışlar, daha sonra 2022-ci ilin iyun ayının axırında qanunsuz kəsilməsini aşkar etdiyi ağacın yerləşdiyi sahəyə gəlib həmin ağacın dib kötüyünü də ölçub akt tərtib etmişlər. Məhrəm ona «7 saylıda ağacların kəsilməsi barədə bizə məlumat verilmişdir, həmin ərazini də yoxlamalıyıq» deyərək 7 saylı meşə dolayısına getmişlər, bir qədər sonra İdrak idarə etdiyi VAZ-2121 markalı avtomaşınla yanına gəlmiş, Məhrəm və onunla onlaların hara getmələrini soruşmuş, İdraka onun meşəsinə getdiklərini demiş, İdrak ondan ayrılmışdır. Mühafizə etdiyi meşə sahəsində ağacların ondan xəbərsiz kəsilməsini biləndən sonra Ceyhuna zəng edib ondan 20 iyul 2022-ci il tarixdə gecə 7 saylı meşədən odunu hara apardığını soruşmuş, Ceyhun ona «Almu kənd sakini URAL sürücüsü Namazın evinə apardığını demiş, Namaz adlı şəxsin mobil telefonunu əldə edib onunla əlaqə saxlamış və Ceyhunun onun evinə odun aparıbaparmadığını soruşmuş, Namaz ona Ceyhun adlı şəxsin evinə odun gətirmədiyini, məlumatın yalan olduğunu bildirmişdir. Daha sonrakı günlərdə Məhrəmdən telefon vasitəsi ilə 7 saylı dolayıda yoxlama aparan zaman neçə maşın odunun aparılmasnı müəyyən etdiyini soruşmuş, Məhrəm ona bir maşın odunun aparılmasını demişdir. Bundan sonra ona məlum olmuşdur ki, İdrak onu aldadıb öz meşəsindən bir maşın aparıb, daha sora onun mühafizə etdiyi meşə sahəsinə gedib ağacları kəsdirib şpal hazırlatdırıb aparmışdır. İdrakın ağacları Brkandul kənd sakini İltifatın köməkliyi ilə kəsdirib meşə sahəsindən aparmasından şübhələnmişdir. Ağacların kəsilmə müddəti 2022-ci ilin iyun ayının axırına uyğun gəlir. Həmin ağaclar eyni günlərdə kəsilmişdir. Ağacların yerləşdiyi əraziyə maşın yolu Babagil türbəsinin yanından Brkandul kəndi ilə Vistən kəndlərinin arasından keçir. Ağacların kəsmə və emal vaxtı gecə saatlarına uyğundur. Yaşadığı Soru kəndi həmin əraziyə uzaq olduğuna görə bu hərəkətləri vaxtında aşkar edə bilməmişdir. Ağacların tam olaraq Şahid2 rəhbərliyi və köməkliyi ilə kəsilməsindən şübhələnir, ağacları kəsəni İdrak bilir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 314.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, barəsində ədalətli hökm çıxarılmasını bildirərək, onun əməlinin CM-nin 314.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Lənkəran şəhərində yaşamaqla Lənkəran X8 Mərkəzində baş mütəxəssis-hüquqşunas vəzifəsində işləyir. X12 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 8 saylı meşə dolaysının gözətçisi Təqsirləndirilən şəxs tanıyır, aralarında ziddiyyət olmamışdır. Gürdəsər meşəbəyliyinin 8 saylı meşə dolayısında 02 avqust 2022ci il tarixlərdə mütəxəssislər tərəfindən aparılmış yoxlamaya dair tərtib olunmuş akt üzrə ilkin araşdırma aparılıb Dövlət Meşə fonduna vurulmuş ziyanın məbləği müəyyən olunaraq toplanmış material üzrə Azərbaycan Reçspublikası CM-nin 259-cu maddəsinin tərkibi yarandığına görə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, qısa müddət ərzində 8 saylı meşə dolayısında işlik növünə aid fısdıq cinsindən 4 ədəd müxtəlif diametrdə ağaclar qanunsuz kəsilmişdir. Qanunsuz kəsilmiş ağacların işlik hissələri matorlu mişarla yerində emal olunmuş və meşədən atla maşın yoluna kimi daşınmış, daha sonra isə nəqliyyat vasitəsi ilə meşədən kənara çıxırılmışdır. Həmin 4 ədəd ağacların kəsilib yerində emal olunub və hazırlanmış şpalın atla maşın yoluna daşınması üçün xeyli vaxt tələb olunur. Buna baxmayaraq meşə gözətçisi və yaxud da meşəbəyi ağacların kim və yaxud da kimlər tərəfindən kəsilib emal olunmasını görmədiklərini bildirirlər. Bu da onu göstərir ki, meşəbəyi və meşə gözətçisi üzərilərinə düşən vəzifəni günün tələbi səviyyəsində həyata keçirməyib meşə sahəsinin qournması üçün heç bir ciddi tədbir görməmişlər, maddi məsul şəxslərin həmin ağacların kəsilməsi üçün şərait yaratmalarını düşünər. Buna digər formada yanaşmaq mümkün deyildir. Buna görə də həmin 4 ədəd ağacların qanunsuz kəsilməsi ilə Dövlət meşə fonduna vurulmuş ziyanı meşə gözətəçisindən tələb edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lerik rayonunun Ləkər kəndində yaşamaqla 20 aprel 2022-ci il tarixdən X12 X6 rayonu üzrə Gürdəsər meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. Lerik rayonunun Soru kəndində yaşayan Təqsirləndirilən şəxs meşəbəyliyin 8 saylı meşə dolayısıın gözətçisi işləyir. 20 iyul 2022-ci il tarixdə səhər saatlarında 8 saylı meşə dolayısının ərazisində olan sanitar qırıntı sahəsində odun buraxılışı ilə əlaqədar getdiyi zaman sanitar qırıntı sahəsindən uzuq məsafədə 8 saylı dolayının ərazisində kolların əzildiyini, həmin istiqamətə avtomobilin hərəkət etdiyini izlərlə görüb yanında olan Nurəliyə «əraziyə bax gör həmin ərazidə ağac kəsilib ya yox» demiş, Nurəli ona «həmin əraziyə baxmışam ağac kəsmə hallarını aşkar etməmişəm, heç bir şey yoxdur» demiş, ona inanıb əraziyə baxış keçirməmişdir. 21 iyul 2022-ci il tarixdə səhər saat təxminən 08 radələrində Nurəli ona zəng edib kolların əzidiyi və maşının getdiyi istiqamətdə meşədə bir ədəd fısdıq ağacının kəsilib aparıldığını demiş, Nurəliyə «orada gözlə gəlirəm» deyərək 8 saylı dolayıya gəlib kol-kosların əzildiyi sahəyə getmiş, maşın təkər izi ilə hərəkət edib meşədə bir ədəd fısdıq cinsindən ağacın təxminən 4-5 gün bundan əvvəl kəsilib aparıldığını müəyyən edib, dib kötüyünə damğa vurub ölçülərini götürüb akt tərtib edib müəssisəyə təqdim etmiş, Nurəlidən ağacın kim tərəfindən kəsildiyini soruşmuş, Nurəli ona ağacı kəsən zaman görmədiyini, kim tərəfindən kəsildiyini bilmədiyini söyləmiş, Nurəli ilə söhbət zamanı 20 iyul 2022-ci il tarixdə saat 06 radələrində Şahid2 sürücü Ceyhunla Lənkəran-Lerik yolunun 36cı km-də görmüş, İdrak ona güya əraziyə baxmaq üçün çıxdığını, Ceyhun də avtomobilini təmirə gətirdiyini demiş, İdrakın hərəkətləri onda şübhə yaratmış, həmçinin Nurəlinin hərəkətlərində şübhələnmiş, bir neçə nəfərdən eşitmişdir ki, Nurəlinin meşəsində əlavə ağaclar kəsilmişdir. Ağacların kəsilmə istiqamətini, yəni meşə sahəsini təxmini ona demişlər. Nurəliyə heç bir söz deməmiş müəssisənin direktoruna 8 saylı meşə dolayısına yoxlama göndərməsini demiş, bununla bağlı 8 saylı dolayıya 2022-ci ilin iyul aylının son günlərində komisiyanın üzvləri 2 dəfə getmiş, lakin qanunsız qırıntı aşkar edə bilməmişlər. Nurəli özüdə onlarla meşəni gəzmişdir. 02 avqust 2022-ci il tarixdə təkrar 8 saylı dolayıda onun dediyi istiqamətdə aprılan yoxlamada 3 ədəd fısdıq cinsindən ağacların qanunsuz kəsilməsini aşkar etmişlər. Həmin ağacların yerini Nurəli deməmişdir. Nurəliyə Şahid3 onun sözlərinə əsasən təxmini istiqamət dediyinə görə Nurəli özü kosmisiyanın üzvlərindən əvvəl sahəyə gedib ağacların kötüklərini tapmışdır. Həmin ağacların yerləşdiyi sahəyə maşın yolu Brkandul kəndindən gedir, meşənin dərinliyində yerəşir. Ağacların kim tərəfindən kəsilməsini bilmir, lakin Nurəli də deyir ki, güya ağacları kəsəni bilmir və görməmişdir. 3 ədəd ağacların kötükləri aşkar olunandan sonra onun 21 iyul 2022-ci il tarixdə tərtib etdiyi aktı ləğv edib birləşdirərək bir akt tərtib olunmuş və 4 ədəd ağacların kəsilməsi qeyd edilmişdir. Qanunsuz kəsilmiş 4 ədəd ağaclardan işlik material şpal hazırlanmışdır. Həmin şpalların qəlbiri və yonqarı meşədə üstü örtülmüşdür. Ağacların kəsilməsi üçün icazə verilmiş və ağacları kəsən şəxslər tam sərbəst olaraq bir neçə gün ərzində matorlu mişarla meşədə sərbəst işləmişlər. Buna görə də Nurəlidən şübhələnir, düşünür ki, Nurəli ağacları kəsən şəxs və yaxud da şəxsləri tanıyır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lerik rayonunun Vistən kəndində yaşamaqla 04 may 2022-ci il tarixdə Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısına gözətçi təyin olunmuş, 2022-ci ilin sentyabr ayının ortalarına kimi həmin vəzifəni icra etmiş, mühafizə etdiyi 7 saylı meşə dolayısı Lənkəran rayonunun Türkəncil, Günəhir və Odəsə, Lerik rayonunun Brkandul, Peştətük, Babagil kədlərinin əhatəsində yerləşir. Gürdəsər meşəbəyliyin 8 saylı meşə doayısı isə tam olaraq 7 saylı ilə sərhəddir. Aralarından maşın yolu keçir. 8 saylı meşə dolayısının gözətçisi uzaq qohumu, Soru kənd sakini Təqsirləndirilən şəxs işləyir. Nurəli ilə ziddiyəti olmamışdır. Təqsirləndirilən şəxs mühafizə etdiyi meşə sahəsində ağac kəsdirməmiş və özü də həmin meşədə odun tədarük etməmişdir. Nurəlinin onun haqqında göstərdiklər yalan və böhtandır. 8 saylı meşə dolayısında 4 ədəd ağacların qanunsuz kəsilməsi ilə əlaqədar eşitdiklərini deyə bilər. Belə ki, şəxsi ehtiyacına görə evinə odun gətirmək üçün meşəbəyi Nurəddindən icaza alıb 2022-ci ilin iyul ayının əvvəlində mühafizə etdiyi meşə sahəsində yıxılmış ağacı doğrayıb Ceyhunun avtomaşını ilə odunu evinə gətirmiş, həmin odunu evinə gətirmək üçün maşın yolu Nurəlinin meşəsindən keçdiyinə görə ona zəng edib onun meşəsindən keçib mühafizə etdiyi meşə sahəsinə getdiyini bildirmiş, mühafizə etdiyi meşə sahəsindən evinə bir maşın odun aparandan sonra həmin ərazidə yığdığı çırpını da Ceyhunun maşını ilə evinə aparmışdır. Nurəlinin bundan məlumatı olmuşdur. Evinə odun aparmaq üçün rəsmi orderi yoxdur. Buna görə də onun meşəsində kəsilmiş ağacların onun tərəfindən kəsdirilməsini Nurəli bildirir. Nurəli ona şər atır. Belə ki, Nurəlinin müahafizə etdiyi meşə sahəsində «Tehrani nıştəy» adlanan ərazidə kəsilmiş 1 ədəd fısdıq ağacı Nurəlinin gündəlik olduğu ərazidə kəsilmiş, digər 3 ədəd ağaclar də onun gündəlik gəzdiyi meşə sahəsinə, maşın yoluna yaxın məsafədə kəsilmiş və eşitdiyinə görə şpal hazırlanıb atla daşınmışdır. Bu işi görmək üçün xeyli vaxt tələb olunur, düşünür ki, ağacların kəsilməsinə Nurəli özü şərait yaratmış və ağacları kəsdirmişdir. Həmin ağacları kəsəni Nurəli şəxsən özü biləcəkdir. 2022-ci ilin iyul ayının ortalarında səhər saat 06 radələrində evində olduğu zaman Brkandul kənd sakini Xalid ona zəng edib «xəbərin var mühafizə etdiyin meşə sahəsinin «Dokır» adlanan ərazisindən İltifatın fermasına material gətiriblər» demiş, bu məlumatı yoxlamaq üçün dərhal avtomaşını ilə İltifatın Brkandul kəndinin ərazisində yerləşən fermanın həyətinə getmək istəmiş, lakin yolda onun qohumu Nazimlə rastlaşıb İltifatın meşədən material oğurladığını ona demiş, Nazim ona xəbəri olmadığını bildirmiş, İltifatın fermasına gedən yolun başlanğıcına gəlib əraziyə yük avtomobilinin daxil olmadığını dəqiqləşdirib fermanın həyətinə girməyərək Lənkəran-Lerik yolunun 40-cı km-nə gələrək Xalidin qardaşı Sultanla rastlaşmış, Sulat ona «material İltifatın fermasındadır» demiş, Sultana fermanın həyətinə yük maşının getmədiyini deyərək avtomobili ilə Lənkəran-Lerik yolunun 36-cı km-də yerləşən «Sevinc» kafeyə gəlib yaxınlıqda olan dükandan su alıb içdiyi zaman həmkəndlisi Ceyhun idarə etdiyi avtomaşınla həmin yerə gəlmiş, ondan nə üçün gəldiyini soruşmuş, Ceyhun ona «avtomobilimdə qaynaq işi var onu düzəlitdirməyə gəlmişəm» demiş, bundan təxminən 10-15 dəqiqə sonra meşəbəyi Nurəddin də onların yanına gələrək ondan nə üçün gəldiyini soruşmuş, Nurəddinə «tapşırığınıza əsasən əraziyə gedirəm» demiş, həmin gün mühafizə etdiyi meşə sahəsini gəzmiş ağacların qanunsuz kəsilməsini aşkar etməmişdir. Ona məlum olmuşdur ki, İltifatla münasibəti olmayan Sultan və Xalid qardaşları onu İltifatla dalaşdırmaq istəyirlər. Sonradan ona məlum olmuşdur ki, Nurəliyə də məlumatı Xalid vermişdir. Buna görə də Nurəli onun meşəsində kəsilmiş ağacların onun tərəfindən İltifatla birlikdə kəsdirilməsini bildirmişdir. 2022-ci ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs mühafizə etdiyi 8 saylı meşə dolayısında 4 ədəd ağacların qanunsuz kəsilməsi aşkar olunmamış Təqsirləndirilən şəxs şəxsən özü mühafizə etdiyi meşə sahəsində qanunsuz ağac kəsdirib bir URAL markalı maşının kuzası dolu işlik material (kötük) Lerik şəhər sakininə satmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 Möhbət oğlu ifadəsində göstərdi ki, Lənkəran rayonunun Mamusta kəndində yaşamaqla hazırda Lənkəran X8 Mərkəzində meşələrin qorunub mühafizəsi üzrə baş mühəndis vəzifəsində işləyir. 2022-ci ilin iyul ayının axırlarında Lerik rayonu üzrə Gürdəsər meşəbəyliyinin meşəbəyisi Şahid1 müəssisənin rəhbəri Aqil Babaşova məlumat verib meşəbəyliyin 8 saylı dolayısında ağacların qanunsuz kəsilməsini bildirməklə həmin dolayıda yoxlamanın aparılmasını xahiş etmiş, Gürdəsər meşəbəyliyin ərazisində yoxlamanın aparılması üçün 2022-ci ilin iyul ayının son günlərində iki gün meşə sahəsinə gedib ağacların qanunsuz kəsilmə hallarını aşkar edə bilməmiş, 02 avqust 2022-ci il tarixdə səhər saatlarında Lerik rayonu üzrə meşə mühafizə mühəndisi Nağdəli Dənziyev ona zəng edib «8 saylı dolayıda ağacların kəsildiyi yeri mənə deyiblər, ağaclar meşənin «Qoliz» deyilən sahəsində kəsilmişdir, gəlin həmin əraziyə gedək» demiş, müəssisənin əməkdaşı Abuturab Bağırovla birlikdə 8 saylı dolayıda yoxlama aparmaq üçün yola düşmüş, meşə gözətçisi Təqsirləndirilən şəxs zəng edib ona «ağaclar Qoliz deyilən sahədə kəsilmişdir, həmin sahəyə gedirik» demiş, Lerik rayonunun Babagil kəndinin ərazisində Nağdəli Dənziyevlə görüşüb meşəyə yola düşmüş, Təqsirləndirilən şəxs ona zəng edib ona «bir ağacın kötüyünü tapmışam» demiş, 8 saylı dolayının «Qoliz» adlanan ərazisinə gəlib Nurəli ilə görüşüb onun tapdığı kötüyə baxış keçirmiş, daha sonra ərazini tam olaraq gəzib Nurəlinin tapdığı qanunsuz kəsilmiş ağacın kötüyündən təxminən 20-30 metr aralıda bir-birinə yaxın məsafədə fıstıq cinsindən işlik növünə aid 72/60 sm d-də 1 ədəd və 80/64 sm d-də 2 ədəd cəmi 3 ədəd ağacların avtomobil hərəkət edə bilən sahədə, maşın yoluna yaxın yerlərdə kəsilib şpal hazırlanaraq aparılmasını, kəsilmiş kötüklərin, qəlbir və yonqarların örtüldüyünü, ağacların 02 avqust 2022-ci il tarixdən təxminən 10-15 gün əvvəl kəsildiyini müəyyən etmişlər, həmin ağacların dib kötüklərinə Nağdəli Dənziyevin istifadəsində olan damğanı vurmuşlar. Bundan əlavə Şahid1 21 iyul 2022-ci il tarixdə tərtib etdiyi aktda qeyd etdiyi ağacın kötüyünə baxıb həmin aktı ləğv edib dolayda 4 ədəd ağacların qanunsuz kəsilməsini qeyd etməklə ziyanı hesablayıb akt tərtib etmişlər. 8 saylı meşə dolayısında qanunsuz kəsilməsini aşkar etdikləri ağaclar 2022-ci ilin iyul ayının təxminən 15-25-nə dək olan günlərdə kəsilmişdir. Həmin ağaclar matorlu mişarla kəsildikdən sonra emal ounub şpal hazırlanmışdır. Qanunsuz kəsilmiş 4 ədəd ağaclardan işlik material şpal hazırlanmışdır. Həmin şpalların qəlbiri və yonqarı, həmçinin kəsilmiş ağacların kötükləri üstü örtülmüşdür. Bu da onu göstərir ki, ağacların kəsilməsi üçün icazə verilmiş və ağacları kəsən şəxslər tam sərbəst olaraq bir neçə gün ərzində matorlu mişarla meşədə sərbəst işləmişlər. Düşünür ki, Nurəli ağacları kəsən şəxs və yaxud da şəxsləri tanıyır və yaxud da həmin ağacları kəsmək üçün icazə vermişdir. 4 ədəd ağacları matorlu mişarla kəsib şpal hazırlamaq, avtomaşınla meşədən daşımaq üçün ən azı 5-6 gün işləmək lazımdır. Həmin işi görmək üçün meşə gözətçisi icazə verməmişdirsə, bu işləri görən şəxs və yaxud da şəxsləri meşə sahəsində yaxalamalı idi. Əgər bunu etməmişdirsə, şübhələr ağacları kəsmək üçün icazə verməsinə yönəlir, qanunsuz kəsilmiş ağaclar 8 saylı meşə dolayısında ayrılmış sanitar qırıntı sahəsinə gedən maşın yolun kənarında yerləşir. Həimin günlərdə sanitar qırıntı sahəsinə gündəlik avtomaşınlar getmiş və Nurəli odun buraxılışı üçün ərazidə olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 Musəddin oğlu ifadəsində göstərdi ki, Lerik rayonunun Vistən kəndində yaşamaqla heç yerdə işləmir, şəxsi URAL markalı, **-BA-*** qeydiyyat nişanlı avtomobili vardır, lazım olan şəxslər üçün yük daşımaqla məşğul olub ailəsini dolandırır. İdrak Qədimrov həmkəndlisidir, ounla münasiəbti yaxşıdır. Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolaysınıın gözətçisi işləyir, Təqsirləndirilən şəxs isə 8 saylı meşə dolayısının gözətçisi işləyir, onu da tanıyır. Onunla düşmənçilik və ziddiyəti olmışdır. Təqsirləndirilən şəxs əvvəllər meşə gözətçisi işlədiyi müddətdə mühafizə etdiyi ərazidə ağacları qanunsuz kəsdirib satdığına görə işdən çıxarılmışdır. Hazırda da hansı yollarla meşəyə gözətçi təyin olunmuşdur, yenidən əməllərini təkrarlayır, öz hərəkətlərini digər şəxslərin üzərinə atmaq istəyir. Təqsirləndirilən şəxs öz işini yaxşı bacarır və meşədə ağacları satmaqda pərgardır. 2022-ci ilin yay aylarında 8 saylı meşə dolayısının sanitar qırıntı sahəsində vətəndaşlara verilmiş və onlar tərəfindən doğranılmış oduncağı daşımış, həmin oduncağı meşədən meşəbəyinin verdiyi meşə buraxılış orderinə əsasən meşə gözətçisi Təqsirləndirilən şəxs buraxılış etmişdir. Özü şəxsən Təqsirləndirilən şəxs mühafizə etdiyi meşə sahəsindən qanunsuz olaraq meşə məhsulunu daşımamış, bundan əlavə Şahid2 mühafizə etdiyi 7 saylı meşə dolayısında doğranmış bir maşın odun və bir maşın çırpı evinə aparmış, odunun qanuni və yaxud da qanunsuz tədarük olunmasını bilmir. Lakin yıxılmış ağacın hissələri olmuşdur. Odunu və çırpını İdrak, oğlu və Taleh adlı şəxs maşınına yükləmişlər. Oduncağı axşam saatlarında aparmış, lakin hansı ayın neçəsində apardığını xatırlamır. Nurəlinin mühafizə etdiyi meşə sahəsindən keçib İdrakın meşəsinə getmiş, buna görə də İdrak qabaqcadan Nurəliyə məlumat verib odun üçün onun maşını ilə öz meşəsinə getdiyini demişdir. Nurəli ilə telefon vasitəsi ilə mütəmadi əlaqəsi olmuşdur, Nurəli onunla telefonda danışarkən İdrakın meşəsindən 20 iyul 2022-ci il tarixdə apardığı odunu kimə verdiyini soruşmamış, odunu Almu kəndinə apardığını və Namaz adlı şəxsə verdiyini Nurəliyə deməmiş, şəxsən İdrakla birlikdə və yaxud da digər şəxslərlə gizli Nurəlinin mühafizə etdiyi meşə sahəsinə getməmiş və ağac kəsib şpal hazırlayıb daşımamış, Nurəli özü həmin 4 ədəd ağacları tanıdığı və etibar etdiyi şəxslərə kəsməsinə icazə verməsini düşünür, çünki URAL markalı avtomaşınla gizli meşəyə girmək mümkün deyildir. Hətta 4 ədəd ağacları kəsib şpal hazırlamaq üçün bir neçə gün vaxt lazımdır. Bu günlərdə Nurləri matorlu mişarın səsini eşitməli və yaxud da meşəyə gedib həmin işi icra edənləri görməlidir. Bu mümkün deyildir ki, Nurəli meşə gözətçisi kimi həmin ağacların kim tərəfindən hansı vaxtlarda kəsilməsini bilməsin. Nurəli öz hərəkətlərini ona məlum olmayan səbəbdən İdrak və yaxud da onun üzərinə atmaq istəyir. Nurəlinin meşəsində 4 ədəd ağacların kim və yaxud kimlər tərəfindən hansı vaxtlarda qanusuz kəsildiyini şpalın hzazırlanaraq aparılmasını bilmir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ifadəsində göstərmişdir ki, Lerik rayonunun Brkandul kəndində yaşamaqla rəsmi olaraq heç yerdə işləmir, təsərrüfatla məşğul olub ailəsini dolandırır. Gürdəsər meşəbəyliyinin 8 saylı meşə dolayısının gözətçisi işləyən Soru kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla düşmənçiliyi olmamışdır.Nurəlinin ona qarşı verdiyi ifadəsi ilə razı deyildir. 2022-ci ilin yay aylarında və digər vaxtlarda Gürdəsər meşəbəyliyinin 8 saylı meşə dolayısında hər hansı bir şəxsə ağac kəsdirməmiş və materialını meşədən daşıtdırmamış, eşitdiyinə görə 8 saylı meşə dolayısında 2022-ci ilin iyul ayının ortalarında 4 ədəd ağaclar qanunsuz kəsilmişdir. Həmin ağacların onun tərəfindən kəsdirilməsi barədə X13 X8 mərkəzinin rəhbərliyinə və rayon prokurorluğuna izahat verdiyinə görə özü də onun izahatına əsasən izahat yazmış, 8 saylı dolayıda özü şəxsən 2022-ci ilin iyul ayında və digər vaxtlarda ağaclar kəsdirməmiş, Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısında qanunsuz kəsilərək meşə sahəsində saxlanılmış ağacların məhsulundan 4 kub metr həcmində oduncağı 19 avqust 2022-ci il tarixdə, meşəbəyi Şahid1 ona verdiyi 012570 saylı meşə buraxılış oderinə əsasən pulunu kassaya ödəməklə Vistən Kənd sakini Şahid5 avtomaşını ilə evinə gətirmiş və yanacaq kimi istifadə edir. Bundan əlavə 2022-ci ilin iyul ayının ortalarında səhər saat 06 radələrində qayını Nazim Əliyev mobil nömrəsinə zəng edib ona «İdrak yanıimdadır deyir ki, İltifat meşəmdən material çıxartmışdır, Nazimə evimdəyən meşəyə getməmişəm, İdraka verilmiş məlumat yalandır» demiş, bundan sonrakı günlərdə ona məlum olmuşdur ki, həmkəndlisi Xalid qardaşı Sultanla Gürdəsər meşəbəyliyinin 7 saylı meşə dolayısının gözətçisi İdraka yalan məlumat verib onun 7 saylı meşə dolayısından materialı fermasına gətirməsini bidirmiş, İdrak fermanın ərazisini yoxlamış və ərazidə meşə materialı aşkar edə bilməmişdir. Düşünür ki, 8 saylı meşə dolayısından həmin vaxtlarda onunla yaxşı münasibəti olmayan həmkəndliləri Xalid və Sultan Mirzəyev qardaşları özləri Təqsirləndirilən şəxsla əlaqəyə girib ağacları kəsib mterialı apardıqdan sonra ona şər atmaq məqsədilə materialın tərəfindən meşədən aparılması barədə İdraka məlumat vermişlər. Daha sonra Təqsirləndirilən şəxs da bundan istifadə edib Xalid və Sultanın sözlərini əsas götürərək onun meşəsində qanunsuz ağac kəsdirməsi barədə izahat yazmışdır. Onun haqqında böhtan xarakterli izahat verən Nurəli ilə söhbət edib ona şər atmasının səbəbini soruşmuş, Nurəli ona «sizin adınızı mənə dedilər mən də sizdən şübhələnib ağacları kəsdirməyinizi düşünüb adınızı izahatımda yazdım» demiş, məlumatı ona verən şəxsin kimliyini bildirməmiş, 2022-ci ilin yay aylarında Nurəli ilə telefon vasitəsi ilə əlaqə yaradıb onun meşəsində sanitar qırıntı sahəsindən ona odun verməsini istəmiş, Nurəli ona «sən 3-4 kub bilet götür yanıma gəl sənə 10-15 kub metr oldun verərəm pulumu verərsən» demiş, Nurəlinin danışığından başa düşmüşdür ki, odunu ona qanunsuz satmaq istəyir onun meşəsinə odun üçün getməmişdir. Bundan sonra Şahid1 müraciət edib 7 saylı meşə dolayısında sekvestr olunmuş meşə məhsulunun oduncağını meşə buraxılış orderinə əsasən evinə gətirmiş, eşitdiyinə görə Nurəlinin mühafizə etdiyi meşə sahəsində «Tehrani nıştəy» adlanan ərazidə kəsilmiş 1 ədəd fısdıq ağacı Nurəlinin gündəlik olduğu ərazidə kəsilmiş, digər 3 ədəd ağaclar də onun gündəlik gəzdiyi meşə sahəsinə, maşın yoluna yaxın məsafədə kəsilmiş və şpal hazırlanıb daşınmışdır. Bu işi görmək üçün xeyli vaxt tələb olunur, düşünür ki, ağacların kəsilməsinə Nurəli özü şərait yaratmış və ağacları kəsdirmişdir. Şahid X2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan olunmaqla tədqiq edilən ifadəsindən görünür ki, Lerik şəhərində yaşamaqla X12 X5 rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində işləyir. Gürdəsər meşəbəyliyinin meşəbəyisi Şahid1, 8 saylı meşə dolayısının gözətçisi isə Təqsirləndirilən şəxs işləyirlər. 02 avqust 2022-ci il tarixdə tərtib olunmuş akt üzrə bildirmişdir ki, 8 saylı dolayıda 01 ədəd fısdıq cinsindən ağacın qanunsuz kəsilməsini meşə gözətçisi və meşəbəyi 2022-ci ilin iyul 21-də aşkar edib akt tərtib etməklə ağacın kötüyünə damğa vurmuşlar, bundan sonra həmin meşə sahəsində əlavə olaraq ağacların qanunsuz kəsilməsi barədə meşəbəyinin verdiyi məlumat üzrə 2022-ci ilin iyul ayının axırında 2 dəfə yoxlama komisiyası meşə sahəsinə gedib gəzmiş, lakin ağacların qanunsuz kəsilməsini aşkar edə bilməmişlər. 02 avqust 2022-ciil tarixdə səhər saatlarında xatırlamadığı şəxs onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng edib ona «8 saylı meşə dolayısında 5-6 ədəd ağaclar kəsilmişdir. Bundan xəbəriniz var ya yox» demiş, həmin şəxsə ağacların kəsilməsi barədə xəbəri olmadığını deyərək ağacların kəsildiyi meşə sahəsini və istiqaməti ondan soruşmuş, həmin şəxs ağacların kəsildiyi ərazini təxmini olaraq ona telefon danışığı zamanı təsvir etmiş, barədə təsərrüfatın rəhbərinə məlumat verib meşəyə yoxlamaya getmək üçün avtomaşını olan əməkdaşlardan göndərməsini deyərək Lənkəran-Lerik yolunun 40-cı km-də gözləmiş, müəssisəinin əməkdaşlarından Abuturab Bağırov və Şahid3 Lənkəran-Lerik yolunun 40-cı km-nə gəlib onunla görüşüb 8 saylı meşə dolayısında ona deyilən əraziyə gəlmişlər. Həmin sahəyə gələnə kimi Şahid3 meşə gözətçisi Nurəli ilə əlaqə saxlayıb ağacların kəsildiyi ərazini ona demiş, özləri həmin əraziyə gələnə kimi Nurəli Məhrəmə zəng edib 01 ədəd ağacın kəsilmiş kötüyünü tapdığını demiş, meşə sahəsinə gəlib Nurəli ilə görüşüb onun tapdığı kötüyə baxış keçirib daha sonra ərazini tam olaraq gəzib Nurəlinin tapdığı qanunsuz kəsilmiş ağacın kötüyündən təxminən 20-30 metr aralıda bir-birinə yaxın məsafədə 2 ədəd, cəmi 3 ədəd fısdıq cinsindən ağacların avtomobil hərəkət edə bilən sahədə, maşın yoluna yaxın yerlərdə kəsilib şpal hazırlanaraq aparılmasını, kəsilmiş kötüklərin, qəlbir və yonqarların örtüldüyünü, ağacların 02 avqust 2022-ci il tarixdən təxminən 10-15 gün əvvəl kəsildiyini müəyyən etmişlər. Bundan əlavə Şahid1 21 iyul 2022-ci il tarixdə tərtib etdiyi aktda qeyd etdiyi ağacın kötüyünə baxıb həmin aktı ləğv edib dolayda 4 ədəd ağacların qanunsuz kəsilməsini qeyd etməklə ziyanı hesablayıb akt tərtib etmişlər. 8 saylı meşə dolayısında qanunsuz kəsilməsini aşkar etdikləri ağaclar 2022-ci ilin iyul ayının təxminən 15-25-nə dək olan günlərdə kəsilmişdir. Həmin ağaclar matorlu mişarla kəsildikdən sonra emal ounub şpal hazırlanmış, qəlbiri və yonqarı, həmçinin kəsilmiş ağacların kötüklərin üstü örtülmüşdür. Bu da onu göstərir ki, ağacların kəsilməsi üçün icazə verilmiş və ağacları kəsən şəxslər tam sərbəst olaraq bir neçə gün ərzində matorlu mişarla meşədə sərbəst işləmişlər. Düşünür ki, Nurəli ağacları kəsən şəxs və yaxud da şəxsləri tanıyır və yaxud da həmin ağacları kəsmək üçün icazə vermişdir. 4 ədəd ağacları matorlu mişarla kəsib şpal hazırlamaq, avtomaşınla meşədən daşımaq üçün ən azı 5-6 gün işləmək lazımdır. Həmin işi görmək üçün meşə gözətçisi icazə verməmişdirsə, bu işləri görən şəxs və yaxud da şəxsləri meşə sahəsində yaxalamalı idi. Əgər bunu etməmişdirsə, şübhələr ağacları kəsmək üçün icazə verməsinə yönəlir. Qanunsuz kəsilmiş ağaclar 8 saylı meşə dolayısında ayrılmış sanitar qırıntı sahəsinə gedən maşın yolun kənarında yenrləşir. Həmin günlərdə sanitar qırıntı sahəsinə günləlik avtomaşınlar getmiş və Nurəli odun buraxılışı üçün ərazidə olmuşdur. Cinayət işi üzrə törədilmiş əməllər 27 mart 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 259.2.3 və 314.1-ci maddələrinə tövsif edilərək istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Lerik rayon prokurorluğuna göndərilmişdir. Lerik rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 259.2.3 və 314.1-ci maddələri ilə istintaqı aparılmış ********* saylı cinayət işi üzrə 11 aprel 2023-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, X12 X3 meşəbəyliyinin meşəbəyisi Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilmiş, ********* saylı cinayət işi üzrə törədilmiş əməl həmin meşəbəyliyin 8 saylı meşə dolayısın gözətçisi işləyən Təqsirləndirilən şəxs mühafizə etdiyi meşə sahəsində 4 ədəd, 17,91 kub metr həcmində, müxtəlif diametrdə, kök üstə yaş halda fısdıq cinsindən ağacların qanunsuz kəsilməsi ilə Dövləm meşə fonduna 4163,71 manat məbləğində xeyli miqdarda ziyan vurulmasına şərait yaratması faktına əsasən Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsinə tövsif edilərək istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Lerik rayon polis şöbəsinə göndərilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Resppublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Lənkəran X8 Mərkəzinin 01 iyul 2021-ci il tarixli 101 saylı əmrindən görünür ki, Əsədov X7 Gürdəsər meşəbəyliyinin 8 saylı meşə dolayısına meşə gözətçisi işinə bərpa olunması və əmək haqqı ştat cədvəlinə uyğun hesablanması əmr edilmişdir. Cinayət işinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 02 avqust 2022-ci il tarixdə X12 X3 meşəbəyliyinin 8 saylı meşə dolayısında aparılmış yoxlamada fıstıq cinsindən işlik növünə aid 72/60 sm d-də 1 ədəd və 80/64 sm d-də 3 ədəd cəmi 4 ədəd, 17,91 kub metr həcmində, 531,71 manat nırx dəyərində kök üstə yaş halda ağacların 2022-ci ilin iyul ayının ortalarında qanunsuz kəsilərək işlik hissələrinin emal olunaraq aparılması, oduncağın yerində saxlanılması müəyyən edilmişdir. Təqdim olunmuş rəsmi sənədlərdən görünür ki, ağaclar Təqsirləndirilən şəxs meşə gözətçisi işlədiyi müddətdə kəsilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən 4 ədəd müxtəlif diametrdə fısdıq cinsindən işlik növünə aid ağacların qanunsuz kəsilməsinə görə cərimə ziyanı 3632,00 manat olduğu halda ümumilikdə dövlət meşə fonduna 4163,71 manat məbləğində ziyan vurlumuşdur. Qanunsuz kəsilmiş ağacların 6,45 kub metr həcmində 23,52 manan dəyərində hissəsi yerində qaldığına görə (nırx qiymətlə birlikdə) təqsirkar şəxsdən 4138,91 (dörd min bir yüz otuz səkkiz man, doğsan bir qəp) ziyan tələb olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Soru kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Himayəsində 2008, 2010 və 2014-cü il təvəllüdlü 3 övladı vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 259.2.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətdən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilmədə ifadə olunur. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 259.2.3-cü maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq həmin maddə ilə tövsif edilməmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ittihamı irəli sürmüşdür. Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız Təqsirləndirilən şəxs mühafizə etdiyi 8 saylı meşə dolayısında istintaqla müəyyən edilməsi mümkün olmayan şəxs və yaxud da şəxslər tərəfindən fıstıq cinsindən işlik növünə aid 1 ədəd, 72/60 sm d-də və 3 ədəd 80/64 sm ddə, cəmi 4 ədəd, 17,91 kub metr həcmində kök üstə yaş halda ağacların qanunsuz kəsilərək işlik hissələrinin emal olunub şpal hazırlandıqdan sonra atla maşın yoluna, daha sonra isə nəqliyyat vasitəsi ilə meşə sahəsindən danışıb aparılmasına şərait yaratmaqla Dövlət meşə fonduna 4163,71 (dörd min bir yüz altmış üç manat, yetmiş bir qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurulmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında “Cinayət əməlinin tövsif olunması haqqında” 28 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsindən həmin Məcəllənin 259.2.3-cü maddəsinə tövsif etmişdir. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid6 məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi ilə bağlı heç bir məlumatın daxil olmadığını bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Belə ki, CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsindən həmin Məcəllənin 314.1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda cinayət məsiliyyətinə səbəb olur. Səhlənkarlıq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməlin törədilməsi nəticəsində dövlət hakimiyyəti və idarəetmə orqanlarının normal fəaliyyəti pozulur, bunun nəticəsində qeyd olunan orqanlar nüfuzdan salınır, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulur. Həmin maddənin dispozisiyasında göstərilən vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi dedikdə qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməməsi isə vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsidir. Vəzifəli şəxsin səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb olunması üçün onun üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bunların hansı hüquqi akt ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilib-yetirilmədiyini və qulluq vəzifələrini yerinə yetirmək üçün vəzifəli şəxsin real imkanının olub-olmadığını müəyyən etmək zəruridir. Qanunvericilikdə yaşıllıqların mühafizə tədbirləri və mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti orqanlarının, habelə bələdiyyələrin yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələri müəyyən edilmişdir. Cinayət işinin materillarından da göründüyü kimi, Təqsirləndirilən şəxs, məsul vəzifəli şəxs kimi mühafizə etdiyi 8 saylı meşə dolayısında fıstıq cinsindən işlik növünə aid cəmi 4 ədəd kök üstə yaş halda ağacların qanunsuz kəsməmiş, həmin ağacların istintaqla müəyyən edilməsi mümkün olmayan şəxs və yaxud da şəxslər tərəfindən kəsilməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs, X12 X5 rayonu üzrə Gürdəsər meşəbəyliyinin 8 saylı meşə dolayısının gözətçisi vəzifəsində işlədiyi müddətdə, yəni 2022-ci ilin iyul aynın ortalarında vəzifəli şəxs kimi, 01 iyul 2021-ci il tarixdə müəssisə ilə onun arasında bağlanmış əmək müqaviləsinin (kontraktın), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 188 saylı qərarı ilə təsdiq edilmiş «Tam maddi məsuliyyət haqqında nümunəvi fərdi Müqavilə»nin, eləcə də hazırda qüvvədə olan keçmiş SSRİ Nazirlər Soveti tərəfindən 1982-ci ildə təsdiq edilmiş «Dövlət meşə mühafizəsi haqqında Əsasnamə»nin tələblərini kobud surətdə pozaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, qanunsuz qırıntılardan mühafizəsini təşkil etməsi və digər tədbirlər görməyə məsul vəzifəli şəxs olduğu halda, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə mühafizə etdiyi 8 saylı meşə dolayısında istintaqla müəyyən edilməsi mümkün olmayan şəxs və yaxud da şəxslər tərəfindən FİSDİQ cinsindən işlik növünə aid 1 ədəd, 72/60 sm d-də və 3 ədəd 80/64 sm d-də, cəmi 4 ədəd, 17,91 kub metr həcmində kök üstə yaş halda ağacların qanunsuz kəsilərək işlik hissələrinin emal olunub şpal hazırlandıqdan sonra atla maşın yoluna, daha sonra isə nəqliyyat vasitəsi ilə meşə sahəsindən danışıb aparılmasına və Dövlət meşə fonduna 4163,71 (dörd min bir yüz altmış üç manat, yetmiş bir qəpik) manat məbləğində mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş mütəxəssis rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək yaşadığı Soru kəndi həmin əraziyə yəni Gürdəsər meşəbəyliyinə uzaq olduğuna görə qanunsuz kəsintiləri vaxtında aşkar edə bilməməsi, ağacların Şahid2 rəhbərliyi və köməkliyi ilə kəsilməsi, onun tərəfindən Gürdəsər meşəbəyliyinin 8 saylı meşə dolayısında 4 ədəd müxtəlif cins və diametrdə ağacların qanunsuz kəsilməsi üçün şərait yatarmaması barədə verdiyi ifadəsi özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarkterizə olunması və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə müəyyən müddətə islah işləri cəzasına məhkum edilməlidir. Məhkəmə eyni zamanda on da qeyd edir ki, törədilmiş cinayət vəzifəli şəxs tərəfindən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə bağlı olsa da, hazırki işin hallarından da göründüyü kimi törədilən cinayət əməli təqsirləndirilən şəxsin himayəsində olan azyaşlı övladlarının gələcək tərbiyə və təhsil, həmçinin maddi ehtiyaclarını qarşılamasını nəzərə alaraq təqsirləndirilən şəxsə CMnin 46.2-ci maddəsinin tələbi baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsinə zərurət görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəyə yeganə gəlir gətirən şəxsi olmasını, həmçinin təyin ediləcək əlavə cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ona görədə məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən halları nəzərə almaqla əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza təyin edilərsə ailənin yeganə qazanc gətirənindən məhrum olacağını və ailənin ağır maddi ehtiyac içərisində tam təminatsız qalacağını, övladlarının gələcək təhsil almalarında çətinliklərə səbəb olacağını, bunun da gələcəkdə daha ciddi nəticələrə səbəb olacağını müstəsna hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmçinin cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cüiltarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasının təqsirləndirilən şəxsin qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini əsaslı hesab edir. Cinayət işinə əlavə edilmiş mülki iddiaçı Amil Abdullayev tərəfindən imzalanmış mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət yolu ilə Lənkəran X8 Mərkəzinə vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbycan Respublikası Cinayət Prosessual Məcəllənsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə mülki iddiaçı Amil Abdullayev tərəfindən verilmiş mülki iddia təmin edilməli, Lənkəran X8 Mərkəzinə vurulmuş və ödənilməmiş 4138.91 (dörd min bir yüz otuz səkkiz manat, doxsan bir qəpik) ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Lənkəran X8 Mərkəzinin hesabına köçürülməli, iş üzrə məhkəmə xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun aylıq qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, dövlət meşə fonduna vurulmuş 4138.91 (dörd min bir yüz otuz səkkiz manat, doxsan bir qəpik) ziyan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Lənkəran X8 Mərkəzinin fondunun hesabına köçürülsün. İş üzrə maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar